Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-779/2024 16.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı, Cavabdehin nümayəndələri X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası İnzibati Prossesual Məcəllənin 2.2.1 və 33-cü maddələrinin, habelə digər qanun normalarının tələblərini rəhbər tutmaqla, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən qəbul edilmiş, 24 yanvar 2023-cü il tarixli 3-17-4/2-H-1197/2023 saylı cavabda adı çəkilən, “Diaqnozun əlillik əlaməti təyin etməməsinə” dair qərarının qanunsuz və əsassız qərar hesab edilərək ləğv edilməsini, İkinci qrup əlil kimi aldığı pensiyanın bərpa olunmaqla, bu dövr ərzində ödənilməmiş ayların pensiyasının iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1978-ci ildə anadan olmuşdur. Ali təhsillidir, ailəlidir və himayəsində dörd uşağı vardır. 2002-ci ilin aprel ayından 2015-ci ilə qədər Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi orqanlarında zabit kimi çalışmışdır. 2013-cü ilin noyabr ayında, xidməti xəzifənin icrası zamanı avtoqəza hadisəsi səbəbindən ağır xəsarətlər almış və 6 aydan artıq stasionar müalicə almışdır. Xəstəxanaya daxil olarkən iddiaçıya: -Politravma. Travmatik şok, kəllənin üz sümüklərinin hər iki almacıq, saq çənə sümüyünün, sınığı, 10-cu fəqərənin arxa çıxıntısının sınığı, sol 4.5.6-cı qabırğalarının sınığı, Saq gözaltı və çənəaltı nahiyyənin kəsilmiş yaraları. Beyin silkələnməsi diaqnozları qoyulmuşdur. Əmək qabliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi HTBİ mərkəzi hərbihəkim komissiyası tərəfindən həyata keçirilmiş, hərtərəfli və təkrar müayinələrdən sonra, iddiaçıya 19 iyun 2015-ci il tarixli, 23/1 /579 saylı Xəstəlik şəhadətnaməsi ilə Keçirilmiş qapalı kəllə beyin travmasından sonrakı davamlı qalıq əlamətləri. Posttravmatik ensefalopatiya. Sol gözdə travmadan sonra subretinal qansızma. Dayaq hərəkət və hissi funksiyaların mülayim dərəcədə pozulması ilə müşayət olunan onurğanın yayılmış osteoxondrozu, C5-C5 fəqərəarası diskin protruziyası.ThlO fəqərəsinin arxa çıxıntısının köhnə sınığının nəticəsi, Hipertaniya xəstəliyi İİ mərhələ, tədricən inkişaf edən gedişlə, sağ gözün mürəkkəb, dərəcəsi 1,25D, ümumi amertoriyası Q,75D olan miorik astiqmatizmi (korreksiyasız görmə itiliyi 0,8, korreksiya ilə1,0) Sol gözün mürəkkəb dərəcəsi 2,25D, ümumi ametroziyası 2,OD olan miorik astiqmatizmi (korreksiyasız görmə itiliyi-0,4, korreksiya vermir). Burunla tənəffüs birtərəfli mülayim pozulması ilə burun çəpərinin sola doğru əyriliyi diaqnozları qoyulmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Xəstəliklər cədvəlinin” 23 b, 26b, 43b, 66b, və 82c maddəsinin İİİ qrafasına müvafiq olaraq, iddiaçının sağlamlığı sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı kimi qiymətləndirilərək, xəstəliyin hərbi xidmət dövründə alındığı təsdiq olunmuşdur. Nəticədə ikinci qurup əlil kimi pensiyaya çıxmaq məcburiyyətində qalmışdır. Cavabdeh, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən verilmiş xx.xx.2015-cı il tarixli Müayinə olunan şəxs haqqında Məlumat kartından göründüyü kimi, İddiaçı hərbi Xidmət dövrü ilə əlaqədar keçirilmiş kəllə-beyin travmasının davamlı qalıq əlamətləri, Postravmatik ensefalopatiya,Sol gözdə travmadan sonra subretinal qansızma. Dayaq hərəkət və hissi funksiyanın mülayim dərəcə pozulması ilə müşayət olunan onurğanın yayılmış ostroxandrozu, C4-C5 fəqərəarası diskin protraziyası diaqnozları ilə ikinci dərəcəli əlillik dərəcəsi təyin edilmişdir. İddiaçıya ikunci dərəcəli əlillik verilməsinin meyarı olaraq, sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozunluqları mənşəli) kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən funksional pozuntuları hesab olunmuşdur. Bu əsaslarla iddiaçıya xx.xx.2015-ci il tarixdən İkinci qrup əlillik statusu verilməklə, ayda 585 manat pensiya təyin olunmuşdur. Həmin dövrdən başlayaraq ikinci qurup əlil kimi fasiləsiz olaraq pensiya almışdır. 2021-ci ilin iyun ayında səbəbləri barədə ona hər hansı məlumat verilmədən pensiyası kəsilmişdir. Bununla bağlı əlaqədar dövlət orqanlarına müraciətlərinə uzun müddət heç bir cavab verilməmiş, ardıcıl müraciətlərimdən sonra isə, qeyri- müəyyən cavablar verilmişdir. Artıq üçüncü ildir ki, iddiaçı altı nəfər ailə üzvü ilə dövlətdən heç bir pensiya və müavinət almadan yaşayır. Ailəsində işləyib qazanc gətirən digər şəxs yoxdur. Lakin, bütün bunlara baxmayaraq, iddiaçıya barəsində qəbul edilmiş qərar barədə heç bir məlumat vermədən, xəbərdarlıq etmədən, qəbul edilmiş qərarla bağlı hansı addımlar atmalı olduğuna dair, məlumat vermədən pensiyanın kəsilməsi, bütün dərəcələr üzrə qanunsuzluqdur. İddiaçı qeyd ermişdir ki, dövlətdən pensiya alıramsa, deməli Sosial Müdafiə Nazirliyinin himayəsində olan ailə statusu daşıyıram. İdddiaçının sağlamlığı dövlətin qayğısı ilə əhatə olunmalıdır. Belə çıxır ki, əgər iddiaçı, sağlamlığı məhdud şəxs kimi öz hüquqlarının müdafiəsinə qalxmaq imkanım yoxdursa, iddiaçı ölümə məhkum edilmiş vəiyyətə salınmış olur. Dövlət orqanı heç bir əsas gətirmədən, heç bir xəbərdarlıq etmədən, vəziyyətdən çıxış yollarını izah etmədən, nəhayət xəbərdarlıq etmədən pensiyaçının pensiyasını kəsir və susursa, bu sosial-müdafiənin kobud surətdə pozulması kimi qiymətləndirilməlidir. İddiaçı güman edir ki, məhkəmə bu hala hüquqi qiymət verməklə, cavabdeh barəsində xüsusi qərar çıxarmalıdır. Pensiyanın kəsilmə səbəbləri barədə iddiaçıya məlumat verilməsi barədə müraciətinə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş 24 yanvar 2023-cü il tarixli 3-17-4/2-H- 1197/2023 saaylı sonuncu cavabla mənə bildirilmişdir ki, “Hərbi xidmər dövrü ilə əlaqədar” əlillik vəziyyətinin qiymətləndirilməsi üçün Siz xx.xx.2022-ci il tarixdə Agentlikdə komissiyada əyanı müayinə olunmuşunuz. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq barənizdə “Diaqnoz əlillik dərəcəsi təyin etmir” qərarı verilmişdir. Belə ki, müayinə zamanı göndərişdə əsas xəstəlik və ağırlaşma kimi qeyd edilmiş Kəllədaxili travmanın nəticələri onurğanın ossteoxondrozu, bel və digər şöbələrin fəqərəarası diskilərinin radikulopatiyası” diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlillik təyinatına əsas verilməmişdir .Aşağıda göstərilən hallara görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən qəbul edilmiş, 24 yanvar 2023-cü il tarixli 3- 17-4/2-H-1197/2023 saylı cavabda adı çəkilən, lakin tarixi bəlli olmayan qərarın qanunsuz və əsassız qərar hesab edilərək ləğv edilməsini, İkinci qrup əlil kimi aldığı pensiyanın bərpa olunmaqla, bu dövr ərzində ödənilməmiş ayların pensiyasının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş edir. İddiaçı qeyd edir ki, cavabdeh onun pensiya almaq hüququnu ləğv edərkən, guya onun yenidən müayinədən keçərkən qoyulmuş xəstəlik diaqnozlarının hal-hazırda əlillik dərəcəsi verilməsi üçün əsas yaratmadığını bildirir. Cavabdeh tərəfindən iddiaçının ünvanına göndərilən 24 yanvar 2023-cü il tarixli 3-17-4/2- H-1197/2023 saaylı sonuncu cavabla ona bildirilmişdir ki, müayinə zamanı göndərişdə əsas xəstəlik və ağırlaşma kimi qeyd edilmiş edilmiş Kəllədaxili travmanın nəticələri onurğanın ossteoxondrozu, bel və digər şöbələrin fəqərəarası diskilərinin radikulopatiyası” diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlillik təyinatına əsas verilməmişdir. Göründüyü kimi burada yalnız, Kəllədaxili travmanın nəticələri, onurğanın ossteoxondrozu, bel və digər şöbələrin fəqərəarası diskilərinin radikulopatiyası” diaqnozları qeyd olunur. Halbuki mənə əlillik dərəcəsi verilərkən diğər bir sıra digər xəstəliklərin də, mövcudluğuna da istinad olunurdu. Məktubda, bu xəstəliklərin hal-hazırda daşıyıcısı olub-olmadığım barədə susulur. Halbuki mənə əlillik təyin edilərkən xeyli diğər xəstəliklərin də, daşıyıcısı olduğum qeyd edilmiş və bu xəstəliklərə kompleks yanaşmaqla mənə İİ qpup əlillik dərəcəsi verilmişdi. Digər tərəfdən, qeyd edik ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, iddiaçının aldığı pensiyanı 2021 -ci ilin iyun ayından kəsməsinin səbəbləri ilə bağlı müraciətinə verdiyi, xx.xx.2022-ci il tarixli, ilkin məktubda ona bildirir ki, AR. Nazirlər Kabinetinin 16.01. 2020-ci il il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydalarına” uyğun olaraq əlillik vəziyyətinin Dövlət tibb müəssisəsinin 5126003AAAE6 nömrəli göndərişi əsasında xx.xx.2021-il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. Diqqət yetirin, bu nə deməkdir. İddiaçının əlavə müalicəyə ehtiyacım var deyə, aldığı pensiya kəsilməlidir? Axı bu əlavə müalicənin nəticələri bəlli olmadan, əlillik dərəcəsi necə ləğv edilə bilərdi ? Məlum deyil, cavabdeh hansı sənədlərə və əlavə müayinələrdən əldə olunmuş hansı yeni diaqnozlara istinad edərək, mənim pensiyamı dayandırır? Qoy cavabdeh, ona pensiya verilməsinin dayandırılmasına əsas olmuş, 2021-ci ilin iyun ayından əvvəlki tarixə əldə etdiyi, tibbi sənədləri məhkəməyə təqdim etsin. 2021-ci ilin iyun ayında, iddiaçının pensiyasının dayandırılması hansı tibbi sənədlər və faktlar, hansı hüquqi əsaslarla həyata keçirilmişdir ? Cavabdeh iddiaçıya bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na istinad etməklə, yəni məhz həmin qaydalara müvafiq olaraq əlillik təyinatına əsas verilməmişdir. Qəribədir cavabdehin istinad etdiyi qərar iddiaçının pensiyasının kəsilməsindən on bir ay sonra qəbul edilmişdir. Göründüyü kimi, əsassızlıq və qanun pozuntusu göz qabağındadır. Nazirlər Kabinetinin bu Qaydaları qəbul edildikdən sonra iddiaçı təkrar, yenidən müayinəyə cəlb edilərək artıq sağaldığı nəticəsinə gəlinmiş olsa idi, pensiyanın kəsilməsinə hər hansı əsasın olduğu iddiaları yarana bilərdi. Bu da, yoxdur. İddiaçıya ikinci dərəcəli əlillik dərəcəsi, əlilliyin yarandığı dövrdə qüvvədə olmuş Qanun normalarına, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Xəstəliklər cədvəlinin” 23b, 26b, 43b, 66b, və 82c maddəsinin İİİ qrafasına müvafiq olaraq, təyin edilmişdir. Bu gün bu qaydaların dəyişdirilməsi ilə qəbul olunmuş yeni qaydalara istinad edilməklə iddiaçının pensiyasının kəsilməsi qanuna ziddir. Belə ki, vətəndaşın vəziyyətini pisləşdirən qanun normasının geriyə qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndində deyilir ki,... yalnız fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Müvafiq halda iddiaçı artıq çoxdan pensiya aldığı halda, yeni qəbul edilmiş Əlillik dərəcələrinin müəyyən edilməsi ilə bağlı meyarları müəyyən edən qaydalar idddiaçının vəziyyətini pisləşdirdiyi halda, bu qaydalar ona tətbiq oluna bilməzdi. İddiaçı qeyd edr ki, İİ qrup əlillik dərəcəsinin ləğv edilməklə pensiya almaq hüququna xitam verildikdən sonra əlavə müalicə və müayinələrə cəlb edilərkən, qoyulmuş xəstəlik diaqnozlarının əksəriyyəti, əvvəlki diaqnozların təsdiq edilməsi ilə yanaşı, səhhətində yeni xəstəlik ocaqlarının yarandığı da təsdiq edilir. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi- Tibbi Baş İdarəsi Hərbi Hospitalı tərəfindən tərtib edilmiş, iddia ərizəsinə əlavə etdiyi Epikrizlərdə, bu diaqnozlar ətraflı şərh olunmuşdur. Təəssüf ki, iddiaçın İİ qrup əlillik dərəcəsi araşdırılarkən bu rəsmi tibbi sənədlər, nəzər diqqətdən kənarda qalmışdır. Bu diaqnozların ikinci və ya İİİ qrup əlil verilməsi üçün əsas olub-olmadığı belə araşdırılmamış, hüquqi qiymət verilməmişdir. Nəticədə, heç bir qanuni əsaslar olmadan, cavabdeh tərəfindən iddiaçı birdən-birə İİ qrup əlilik dərəcəsi ləğv edilməklə, pensiya hüququna xitam verilmişdir. Hətta ona İİİ qrup əlillik dərəcəsi belə verilməmişdir. İddiaçı hesab edir ki, yuxarıda göstərdiyi bütün bu hallar birmənalı şəkildə təsdiq edir ki, barəsində qəbul olunmuş qərar qanunsuzdur. Bu qərar ləğv edilməli və pozulmuş hüquqları bərpa olunmalıdır. Məhkəmənin 2-1(112)-6368/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tibbi ekspertizası təyin edilmiş və iş ekspert rəyinin verilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X6”nə göndərilmişdir. Məhkəmənin 2-1(112)-6368/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı əlilliyinin müəyyən edilməsi üçün onun müraciətinə 1 ay müddətində yenidən baxılaraq müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında iddiaçı tərəfin “İddiaçı xx.xx.2023-cü il tarixdən əliliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddia tələbinin əsassız olduğunu və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə dair məhkəməyə təqdim etdiyi etiraz ərizəsində qeyd etmişdir ki bildiririk ki, iddiaçının əlillik vəziyyəti Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi Hərbi Tibb İdarəsinin xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; “X2: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G93 - Baş beynin digər zədələnmələri => G93.8 - Baş beynin digər dəqiqləşdirilmiş zədələnmələri, Diaqnozun mətni: M50.1 Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi, Boyun radikulopatiyası. C3-C4,C4-C5,C5-C6,C6-C7 fəqərəarası disklərdə protruziyalar.Boyun osteoxondrozu. Kökcük ağrılarla (Hərbi travmadır-Mərkəzi Hərbi Həkim komissiyasının xx.xx.2019-cu il 498 saylı qərarı)., Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.12. Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu...” səbəbi ilə 1 illik əlillik dərəcəsi təyin edilmişdir. Daha sonra elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “X2: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G93 - Baş beynin digər zədələnmələri => G93.8 - Baş beynin digər dəqiqləşdirilmiş zədələnmələri, Diaqnozun mətni: Keçirilmiş kəllə-beyin travmasının davamlı qalıq əlamətləri. Postravmatik ensefalopatiya. Sol gözdə travmadan sonra subretinal qansızma. Dayaq hərəkət və hissi funksiyanın mülayim dərəcə pozulması ilə müşayiət olunan onurğanın yayılmış osteoxondrozu. C4-C5 fəqərəarası diskin protruziyası., Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.12. Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu...” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. Həmin xəstəxananın xx.xx.2020-ci ildə sözügedən xəstəxananın 0033003AADAN saylı sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M50-M54 - Digər dorsopatiyalar => M50 - Boyun şöbəsinin fəqərəarası disklərinin zədələnməsi Diaqnozun mətni: Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi, Boyun radikulopatiyası. C3-C4,C4-C5,C5-C6,C6-C7 fəqərəarası disklərdə protruziyalar, Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir.” səbəbi ilə imtina verilmişdir. Bakı DTX Hərbi Tibb Baş İdarəsinin xx.xx.2021-ci ildə sözügedən xəstəxananın göndərişi əsasında baxılmış və “X2: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 - Başın ..., Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri, Keçirilmiş qapalı kəllə-beyin travması.baş beyin əzilməsindən sonrakı davamlı qalıq əlamətləri,dağınıq üzvi əlamətlər və vegetativ damar krizləri ilə.Nevrasteniya, Qabarıq nəzərə çarpan asteno-nevrotik sindrom.Kəllədaxili travmaların nəticələri, Başın çoxsaylı travmaları Kəllənin və üz sümüklərinin sınığının nəticələri, Kəllənin və sümüklərinin sınıqlarının nəticələri.Onurğanın osteoxondrozu, Onurğanın osteoxondrozu Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi, Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir” səbəbi ilə imtina verilmişdir. Daha sonra həmin tibb müəssisəsinin xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “X2: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S09 - Başın digər və dəqiqləşdirilməmiş travmaları => S09.7 - Başın çoxsaylı... ; Diaqnozun mətni: Əsas diaqnoz S09.7 Başın çoxsaylı travmaları, Başın çoxsaylı travmaları Ağırlaşma T90.4 Gözün gözətrafı nahiyəsinin travmalarının nəticələri, Gözün gözətrafı nahiyyəsinin travmalarının nəticələri Ağırlaşma T90.2 Kəllənin və üz sümüklərinin sınığının nəticələri, Kəllənin və sümüklərinin sınıqlarının nəticələri Ağırlaşma G83.2 Yuxarı ətrafların monoplegiyası, Sol yuxarı ətrafın parezi Ağırlaşma F48.0 Nevrasteniya, Qabarıq nəzərə çarpan asteno-nevrotik sindrom. Ağırlaşma S22.4 Qabırğaların çoxsaylı sınıqları, Sol İV,V,Vİ qabırğaların sınığı Ağırlaşma G90.8 Vegetativ [avtonom] sinir sisteminin digər pozğunluqları, Vegetativ damar krizləri Ağırlaşma T93.4 Aşağı ətrafın sinirinin travmasının nəticələri, Posttravamatik ensefalopatiya Yanaşı xəstəliklər M42 Onurğanın osteoxondrozu, Dayaq-hərəkət və hissi funksiyaların ifadəli dərəcədə pozulması ilə müşayiət olunan onurğanın yayılmış osteoxondrozu. Yanaşı xəstəliklər R26 Hərəkətin və yerişin pozulmaları, Yerişin pozulması, Yanaşı xəstəliklər E11 İnsulindən asılı olmayan şəkərli diabet, Şəkərli diabet 2-ci tip, Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Son bir ildə ixtisaslaşmış bərpa müalicə kursu yetərli deyil stasionar şəraitdə ixtisaslaşmiş əlavə müayinə və müalicə qərarı verilir..” səbəbi ilə imtina verilmişdir. Daha sonra həmin göndəriş əsasında əyani müayinəsi həyata keçirilmiş və Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə Qərar qəbul edilmişdir. Onun əsasında Əlillik atsisteminə X2: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S09 - Başın digər və dəqiqləşdirilməmiş travmaları => S09.7 - Başın çoxsaylı...., Diaqnozun mətni: Başın çoxsaylı travmaları.Nevrasteniya, Qabarıq nəzərə çarpan asteno-nevrotik sindrom.Vegetativ [avtonom] sinir sisteminin digər pozğunluqları, Vegetativ damar krizləri. Posttravamatik ensefalopatiya. Onurğanın osteoxondrozu,, Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” məlumatları işlənmişdir. Daha sonra Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri. Onurğanın osteoxondrozu, Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, Radikulopatiya. Gözün gözətrafı nahiyəsinin travmalarının nəticələri., Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul arlilmicrliı ” cahahi ila imtina varilmişdir. Həmçinin sonuncu göndəriş əsasında vətəndaş əyani müayinəyə dəvət olunmuş və xx.xx.2023-ci il tarixli müayinə aktı ilə barəsində Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul olunmuşdur. Beləliklə, həm elektron qiymətləndirmənin, həm əyani müayinənin nəticəsində vətəndaşa əlillik təyinatının aparılması mümkün olmamışdır. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci 11 tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi- sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi təəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq əlillik vəziyyətiniz dövlət tibb müəssisəsinin 5126003AAAE6 nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. Bundan irəli gələrək, dövlət tibb müəssisəsi tərəfindən müayinə olunacağınız və yenidən göndəriş rəsmiləşdiriləcəyi təqdirdə, əlillik vəziyyətiniz mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəkdir. - xx.xx.2015-ci il tarixli 23/1/579 nömrli Xəstəlik haqqında şəhadətnaməyə əsasən İddiaçı keçirilmiş qapalı kəllə-beyin travmasından sonrakı davamlı qalıq əlamətləri. Postravmatik ensefalopatiya. Sol gözdə travmadan sonra subretinal qansızma. Dayaqhərəkət və hissi funksiyaların mülayim dərəcədə pozulması ilə müşayiət olunan onurğanın yayılmış osteoxondrozu. C4-C5 fəqərəarası diskin protruziyası. ThlO fəqərəsinin arxa çıxıntısının köhnə sınığının nəticəsi. Hipertoniva xəstəliyi İİ mərhələ, tədricən inkişaf edən gedişlə. Sağ gözün mürəkkəb, dərəcəsi 1,25D, ümumi ametropiyası 0,75D olan miopik astiqmatizmi (korreksiyasız görmə itiliyi=0,8, korreksiya ilə=l,0). Sol gözün mürəkkəb, dərəcəsi 2,25D, ümumi ametropiyası 2,0D olan miopik astiqmatizmi (korrreksiyasız görmə itiliyi=0,4, korreksiya vermir). Burunla tənəffüsün birtərəfli mülayim pozulması ilə burun çəpərinin sola doğru əyriliyi diaqnozu qoyularaq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 №li qərarı ilə təsdiq edilmiş “Xəstəliklər Cədvəlinin” 23 “B”, 26 “B”, 43 “B”, 66 “B”, 82 “C”maddələrinin İİİ qrafasına müvafiq olaraq: Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. b) Xəstəlik hərbi xidmət dövründə alınmışdır kimi hərbi həkim komisiaysı qərar qəbul etmişdir. - Azərbaycan Respublikasi Dövlət Təhlükəsizliyi Xidməti Hərbi-Tibb Baş İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə Onurğanın Bel-Oma nahiyyəsinin MRT müayinəsi zamanı iddiaçıya müayinənin nəticəsi olaraq qeyd edilmişdir ki, L2-L3 diskin median yerləşmiş 2.0mm ölçülən proturuziyası izlənilir. L3-L4 diskin sol extra foramenal yerləşmiş 4.0nım ölçülən proturuziyası izlənilir, sol sinirkökünə kompressiya görünür. L4- L5 diskin sol foramenal yerləşmiş 6.0mm ölçülən geniş əsaslı yırtığı izlənilir, sol sinir kökünə kompressiya göründü. - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti Hərbi-Tibb Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə Beyin MRT müayinənin nəticəsi olaraq, qeyd edilmişdir ki, Kortikal sulkuslar genişliyi beyin yarımkürələri və beyinciyin subaraxnoidal məsafələri və yaşla uyumlu olmayan atrofıyaya bağlı genişlənmişdir, Hər iki serebral hemisfer semioval mərkəzlərdə bir neçə ədəd mikro angiopatik ocaqlar görünür. Sol makisallar sinus inferiorunda posttravmatik postop dəyişikliklər izlənilir. Hər iki maksillar sinusda, frontal sinusda ,ethimoidal hüceyrələrdə mukozal qalınlaşamalar izlənilir.Nasal septa Svari deviyasiya göstərir. - Azərbaycan Respublikasi Dövlət Təhlükəsizliyi Xidməti Hərbi-Tibb Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə Beyin KT müayinəsinin nəticəsi olaraq, qeyd edilmişdir ki, Sağ maksillar sümük superior divarında (blow out), hər iki oszygomatikusda ,burun sümüyü sağ qanadında sınıq izlənilir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən idiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, “Hərbi xidmət dövrü ilə əlaqədar” əlillik vəziyyətinizin qiymətləndirilməsi üçün Siz xx.xx.2022-ci il tarixdə Agentlikdə komissiyada əyani müayinə olunmuşunuz. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq barənizdə “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı verilmişdir. Belə ki, müayinə zamanı göndərişdə əsas xəstəlik və ağırlaşma kimi qeyd edilmiş “Kəllədaxili travmaların nəticələri, Onurğanın osteoxondrozu, Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiyası" diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlillik təyininə əsas verməmişdir. - Azərbaycan Respublikasi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli “Müraciətə baxılmasının nəticəsi haqqında” məktubda qeyd etmişdir ki, bildiririk ki, sizin tibbi sənədlərinizin hazırlanaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sistemində Tibbi-Sosial Ekspertiza və X5 (TSERAS) yerləşdirilmiş (Bildiriş kodu: 5126003AAAE6) və qiymətləndirilərək “İmtina edilib. Səbəb: Əlavə müalicəyə ehtiyacın olması. Ətraflı: Əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir.” imtina cavabı verilmişdir. Qeyd edək ki, sizin ixtisaslaşmış tibb müəssisəsində müayinə və müalicənizdən sonra sənədlərinizin təkrar qiymətləndirilməsi üçün qeydiyyatda olduğunuz tibb müəssisəsinin Həkim Məsləhət Komissiyasına təqdim edilməsi mümkündür. Nəzərinizə çatdırırıq ki, vətəndaşlar əlilliyin qiymətləndirilməsinin nəticələrinə dair TSEK tərəfindən qəbul edilmiş qərarlarla razılaşmadığı təqdirdə aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməlidirlər. - Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi vərəqində qeyd edilmişdir...“ Forma №- 088; №-5126003AAAE6; Qiymətləndirmə tarixi: xx.xx.2021; Əmək qabiliyyəti itirilmə faizi-, Diaqnoz: Kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin əzilməsindən sonrakı davamlı qalıq əlamətləri, dağınıq üzvü əlamətlər və vegetativ damar krizləri ilə, nevrosteniya, qabarıq nəzərə çarpan asteno-nevrotik sindrom, kəllədaxili travmaların nəticələri, başın çoxsaylı travmaları, kəllənin və üz sümüklərinin sınığının nəticələri, kəllənin və sümüklərinin sınıqlarının nəticələri, onurğanın osteoxondrozu, bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi. Əlil və sağlamliq imkanlarının məhdudluğu müəyyən edilməsi barədə məlumat: İmtina edilib. Səbəb: Əlavə müalicəyə ehtiyacın olması. Ətraflı: Əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. - Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ (canlı şəxsin ekspertizası) T 315/2023 nömrəli ekspert rəyinin nəticəsi olaraq qeyd edilmişdir ki, vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən o, hazırda “Kəllə daxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin əzilməsindən sonrakı davamlı qalıq əlamətləri,dağınıq üzvü əlamətləri və vegetativ damar krizləri ilə, nevrosteniya, qabarıq nəzərə çarpan asteno-nevrotik sindrom, kəllədaxili travmaların nəticələri, başın çoxsaylı travmaları, kəllənin və üz sümüklərinin sınığının nəticələri, kəllənin və sümüklərinin sınıqlarının nəticələri, onurğanın osteoxondrozu, bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi” xəstəliklərindən əziyyət çəkir. - Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə təqdim edilmiş “Vətəndaşın əyani müayinə olunması haqqında” xx.xx.2023cü il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2023-cü il tarixində Agentlikdə qəbulda olmuşdur. Keçirilən qəbulda təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin obyektiv vəziyyətinin müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlan”na uyğun olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı dair tibbi-sosial ekspert komissiyasının qərarının surəti Sizə təqdim olunur. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Sosial Ekspert Komissiyasının 3-17-4/3- 3-17557/2023 nömrəli 22 sentyabr 2023-cü il tarixli qərarı ilə iddiaçı barəsində hazırda əlillik təyinatına əsas verən nevroloji, psixi defisit və digər orqanlar tərəfindən patofunksional pozuntular aşkar edilmədiyi və nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Məhkəmə hazırkı iddianın məcburetmə iddia növünə aid olduğunu və iddiaçının ünvan 1 ünvanında qeydiyyatda olduğunu nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatlarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Hazırkı iş üzrə iddiaçının tələbi ona əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Belə ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi Hərbi Tibb İdarəsinin xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; “X2: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90- G99 - Sinir sisteminin digər pozğunluqları => G93 - Baş beynin digər zədələnmələri => G93.8 - Baş beynin digər dəqiqləşdirilmiş zədələnmələri, Diaqnozun mətni: M50.1 Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi, Boyun radikulopatiyası. C3-C4,C4-C5,C5-C6,C6-C7 fəqərəarası disklərdə protruziyalar. Boyun osteoxondrozu. Kökcük ağrılarla (Hərbi travmadır-Mərkəzi Hərbi Həkim komissiyasının xx.xx.2019-cu il 498 saylı qərarı)., Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.12. Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu...” səbəbi ilə 1 illik əlillik dərəcəsi (ikinci) təyin edilmişdir. İş materiallarından görünür ki Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Sosial Ekspert Komissiyasının 3-17-4/3-3-17557/2023 nömrəli 22 sentyabr 2023-cü il tarixli qərarı ilə iddiaçı barəsində hazırda əlillik təyinatına əsas verən nevroloji, psixi defisit və digər orqanlar tərəfindən patofunksional pozuntular aşkar edilmədiyi və nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçıda mövcud xəstəliyin olması cavabdeh orqan tərəfindən xx.xx.2015-ci il tarixdə TSEK-in diaqnozu - keçirilmiş kəlləbeyin travmasının davamlı qalıq əlamətləri. Postravmatik ensefalopatiya. Sol gözdə travmadan sonra subretinal qansızma. Dayaq hərəkət və hissi funksiyanın mülayim dərəcə pozulması ilə müşayiət olunan onurğanın yayılmış osteoxondrazu. C4-CS fəqərəarası diskin protruzryası. Əlilliyin müəyyən olunması meyarı: 2.2. İkinci dərəcə əlillik təyin edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçıya eyni diaqnozla ardıcıl olaraq 2 dəfə (2015 və 2016cı illərdə) qüvvədə olmuş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq 2-ci dərəcə əlillik təyin edilmişdir. Eyni zamanda Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ (canlı şəxsin ekspertizası) T 315/2023 nömrəli ekspert rəyinin nəticəsi olaraq qeyd edilmişdir ki, Vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən o, hazırda “Kəllə daxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin əzilməsindən sonrakı davamlı qalıq əlamətləri, dağınıq üzvü əlamətləri və vegetativ damar krizləri ilə, nevrosteniya, qabarıq nəzərə çarpan asteno-nevrotik sindrom, kəllədaxili travmaların nəticələri, başın çoxsaylı travmaları, kəllənin və üz sümüklərinin sınığının nəticələri, kəllənin və sümüklərinin sınıqlarının nəticələri, onurğanın osteoxondrozu, bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi” xəstəliklərindən əziyyət çəkir. Məhkəmə, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya verilmiş xx.xx.2023-cü il tarixli imtinanın dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə qeyd edir ki, iddiaçıya qoyulmuş xəstəlik diaqnozu ekspert rəyi ilə də öz təsdiqini tapmışdır. Hansı ki, həmin diaqnoz əlilliyin qiymətləndirmə meyarlarını müəyyən edən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarında göstərilmişdir. Belə ki, iddiaçıya təyin edilmiş xəstəlik diaqnozu “Əlilliyin müəyyən olunması meyarları”nın 6.6.3-cü bəndində boyun şöbəsinin fəqərəarası disklərinin zədələnməsi- M50, digər şöbələrin fəqərəarası disklərinin zədələnmələri-M51 və meyarların 6.1-ci bəndində başın travmalarının nəticələri- T90 olaraq göstərilmişdir. Göründüyü kimi, iddiaçının xəstəlik diaqnozu müvafiq meyarlarda nəzərə tutulduğundan və onun hazırkı halda həmin xəstəlikdən əziyyət çəkdiyi məhkəmə araşdırması ilə də müəyyən olunduğundan cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 12.2-ci maddəsinə əsasən İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-ci bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 2.5-ci bənd. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcələri onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X2na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.6-cı bənd. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. 2.4-cü bənd. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9-cu bənd. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və X1”nin 3.1.2-ci bəndinə əsasən müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək və 3.1.3.-cü bəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin orqanizminin funksiyalarının pozulması faizini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək Agentliyin vəzifəsidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçıya təyin edilmiş diaqnoz əlilliyin təyin edilməsinə əsas verən xəstəliklər sırasında öz əksini tapdığından, eyni zamanda həmin diaqnoz Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 tərəfindən verilmiş ekspert rəyi ilə təsdiq edildiyindən və iddiaçı hazırda həmin xəstəlikdən əziyyət çəkdiyindən onun iddia tələbi əsaslıdır və təmin olunmalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərardad məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir (maddə 68.1). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır (maddə 68.2). İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.2023-cü il tarixdən əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2023-cü il tarixdən əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev