Məhkəmə qərarları › İş №2-1(112)-7795/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7795/2023

22.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7795/2023 22.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinin ½ hissəsinə və 200 kv.m torpaq sahəsinə dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olmasına dair arayışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X24 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X12 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinin ½ hissəsinə və 200 kv.m torpaq sahəsinə dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olmasına dair arayışın verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi, döngə 3, ev 20 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsinə (11.4 kv.m yaşayış otağı, 7.8 kv.m digər sahə) və 200 kv.m torpaq sahəsinə dair hüququn X23 oğluna məxsus olması haqqında arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1958-ci il tarixli, 232/14997 nömrəli “Bakı şəhərində Bələdiyyələşdirilməmiş Tikililərin Reyestrindən Çıxarış"a əsasən ünvan 2 ünvanında (keçmiş Maştağa rayonu, Maştağa qəsəbəsi, 1424 "A”) yerləşən mülkün ½ hissəsi X3 və digər 1/2 hissəsi isə X2 adına rəsmiləşdirilmişdir. 04 iyun 1970-ci il tarixli, 13- 7161 № li vərəsəlik şəhadətnaməsi ilə X4 miras qalmış əmlakın 1/2 hissəsi vərəsəsi, X15 adına rəsmiləşdirilmiş, 04 iyun 1970-ci il tarixdə isə X21 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi, döngə 3, ev 20 ünvanında yerləşən yaşayış sahəsinin 1/2 hissəsini (11.4 m2 yaşayış otağı, 7.8 m2 digər sahə) və 200 m2 torpaq sahəsini Tağı Ələkbər oğluna satmış və Bakı şəhəri 4 №-li dövlət notariat ofisində 05 iyun 1970-ci il tarixli, 13-7221 reyestr № li alqı-satqı müqaviləsi bağlamışdır. Tağı Ələkbər oğlu 05 iyun 1970-ci il tarixli, 13- 7221 reyestr №-li alğı-satqı müqaviləsini Texniki İnventarlaşdırılma Bürosuna təqdim etməmişdir. Lakin, 04 fevral 1979- cu il tarixdə Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş "Şəxsi mülkiyyət hüququ və evlərin Texniki İnventarizasiya və Qiymətləndirilməsinə aid Pasport"unda Tağı Ələkbər oğlunun adı qeyd edilmişdir. Digər payçı X9 da, ünvan 3 ünvanında yerləşən mülkü və torpaq sahəsinin 1/2 hissəsini Musa Dadaşov adlı şəxsə satmış və Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş "Şəxsi mülkiyyət hüququ və evlərin Texniki İnventarizasiya və Qiymətləndirilməsinə aid PASPORT"unda Dadaşov Musanın adı qeyd edilmişdir. X8 Mirzəağa 1981-ci ildə ünvan 3 ünvanında yerləşən mülkün və torpaq sahəsinin ½ hissəsini X1. X13 əmlakın alğı-satqısını rəsmiləşdirməmişdir. Dadaşov Musa, Dadaşov Mirzəağa və Vəliyev Mübariz vəfat etmişlər. Hal-hazırda ünvan 3 ünvanda yerləşən mülk uzun müddətdir ki, X6 övladı Vəlizadə Zamiqin istifadəsindədir. Tağı Ələkbər oğlu xx.xx.2010-cu il tarixdə vəfat etmiş və hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində Qeydiyyata alınmadığından həyat yoldaşı İddiaçı "Vərəsəlik hüququ haqqında şəhadətnamə" verilməsi ilə bağlı Bakı şəhəri, 17 saylı Dövlət Notariat Kontoruna etdiyi müraciəti əsasında adına xx.xx.2021-ci il tarixdə 526 №-li vərəsəlik işi açılmışdır. xx.xx.1958-ci il tarixli, 232/14997 № li “Bakı şəhərində Bələdiyyələşdirilməmiş Tikililərin Reyestrindən Çıxarış"da adı qeyd olunan X11 1970-ci ildə vəfat etmiş və vərəsəsi X21 müəyyən edilmişdir. Digər payçı X9 haqqında heç bir məlumat yoxdur. X9 ünvan 4 ünvanında yerləşən mülkü və torpaq sahəsinin 1/2 hissəsini Dadaşov Musa adlı şəxsə satdıqdan sonra məlum olmayan ünvana köçmüşdür. 04 fevral 1979-cu il tarixdə Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş “Şəxsi mülkiyyət hüququ və evlərin Texniki İnventarizasiya və Qiymətləndirilməsinə aid Pasport”unda adı qeyd olunan X21 haqqında heç bir məlumat əldə etmək mümkün olmamışdır. Digər payçı Dadaşov Musa və onun övladı Dadaşov Mirağa da, vəfat etmişdir. Onlar haqqında məlumat almaq yalnız İ və İİ dərəcəli qohumlarına məxsusdur. Tağı Ələkbər oğlu isə xx.xx.2010-cu il tarixdə vəfat etmiş və həyat yoldaşı İddiaçı onun vərəsəsi müəyyən edilmişdir. "Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında" qanunun 22.2. maddəsini əsas tutaraq, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi, döngə 3, ev 20 ünvanda yerləşən fərdi yaşayış evinin Vz hissəsi (11.4 m2 yaşayış otağı, 7.8 m2 digər sahə) və 200 m2 torpaq sahəsi üzərində hüququn X23 oğluna məxsus olması haqqında arayışın Tağı Ələkbər oğlunun vərəsəsinə verilməsi barədə xx.xx.2023-cü ildə İddiaçı Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş, lakin, cavabdeh xx.xx.2023-cü il tarixdə, **********51 №-li məktubu ilə mahiyyəti üzrə cavab verməyərək arayışın verilməsinə imtina etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı X10 miras qalmış ünvan 5 ünvanında fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli və ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli ərizələr ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın araşdırılması zamanı məlum olmuşdur ki, təqdim edilmiş 232/14997 nömrəli “Bakı şəhərində bələdiyyələşdirilməmiş tikintilərin reyestrindən çıxarış”da qeyd olunan mülkiyyətçilər ilə 1979-cu il tarixli texniki pasportda qeyd olunan mülkiyyətçilər arasında əlaqəli sənəd təqdim edilməmişdir. Bundan əlavə təqdim edilmiş texniki pasporta əsasən fərdi yaşayış evi paylı mülkiyyətdə olduğu üçün daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair payçıların notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi təqdim edilməlidir. Bu səbəblərdən, ərizənin icrası tərəflərindən mümkün olmamış, bu barədə vətəndaşa **********80 nömrəli, xx.xx.2021-ci il tarixli və **********26 nömrəli, xx.xx.2021-ci tarixli cavab məktubları ünvanlanmışdır. Məlumat üçün bildirirlər ki, İdarənin mütəxəssisləri tərəfindən fərdi yaşayış evinin 11.4 kv.m yaşayış otağı, 7.8 kv.m digər sahədən ibarət hissəsinə keçirilmiş texniki baxış zamanı məlum olmuşdur ki, fərdi yaşayış evinin sözügedən hissəsi 2 otaqdan ibarət olmaqla, faktiki sahəsi 43.0 kv.m təşkil edir. Fərdi yaşayış evinə bitişik hissədə 11.7 kv.m olan köməkçi sahə (mətbəx) sonradan inşa edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.11-ci bəndinə əsasən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar; 2.4-cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) əsas hesab edilir.

5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. İddiaçı tərəfindən məhkəməyə müraciət edilməmişdən öncə müvafiq ərizə ilə cavabdehə müraciət edilmişdir.

8. xx.xx.1958-ci il tarixli 232/14997 nömrəli “Bakı şəhərində Bələdiyyələşdirilməmiş Tikililərin Reyestrindən çıxarış”a əsasən ünvan 6 ünvanında (keçmiş Maştağa rayonu, Maştağa qəsəbəsi 1424 “A”) yerləşən mülkün ½ hissəsi X5 və digər ½ hissəsi isə X2 adına rəsmiləşdirilmişdir.

9. Bakı şəhəri 17 saylı notariat ofisi tərəfindən verilmiş 29 iyul 2021-ci il tarixli 526 nömrəli məktuba əsasən İddiaçı Bakı şəhəri 17 saylı notariat ofisinə müraciət edərək, xx.xx.2010-cu il tarixdə vəfat etmiş əri Tağı Ələkbər oğlundan miras qalmış əmlaka (ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə) dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Miras əmlak üzərində miras qoyan Tağı Ələkbər oğlunun hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından “Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrində arayışın verilməsi haqqında” Təlimatın 7-ci bəndinə uyğun olaraq miras əmlak üzərində miras qoyanın adına tərtib edilmiş çıxarışın və bu barədə müvafiq məlumatın İddiaçı və ya onun etibarnamə üzrə nümayəndəsinin vasitəsi ilə verilməsinin təmin edilməsi xahiş edilmişdir.

10. X14 ilə iddiaçı arasında xx.xx.2023-cü il tarixdə notarial qaydada Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi, döngə 3, ev 20 ünvanında yerləşən torpaq sahəsinin bölgü sxemi notarial qaydada təsdiq edilmişdir.

11. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən xx.xx.2023-cü il tarixli 3165/6-11-3244/23 nömrəli məktubla Bakı şəhəri 4 saylı Dövlət Notariat Ofisində 05 iyun 1970-ci il tarixdə 13-7221 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işinin kserosurəti təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, vərəsəlik şəhadətnaməsi ilə X4 miras qalmış əmlakın ½ hissəsi (11.4 kv.m yaşayış otağı, 7.8 kv.m digər sahə) və 200 kv.m torpaq sahəsi vərəsəsi X21 tərəfindən 05 iyun 1970-ci il tarixli 13-7221 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən Tağı Ələkbər oğluna satılmışdır.

12. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli 3-21-3-30/2- 10284/2023 **********84 nömrəli məktubla mübahisəli ünvana dair sənədlərin təsdiq edilmiş surətləri, həmçinin X16 və Musa Dadaşov adına Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyi İnventarlaşdırma Bürosu tərəfindən tərtib edilmiş may 1970-ci il tarixli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” texniki pasport məhkəməyə təqdim edilmişdir.

13. Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyi İnventarlaşdırma Bürosu tərəfindən, X16, Musa Dadaşovun və Tağı Ələkbər oğlunun adına xx.xx.1979-cu il tarixdə mübahisəli ünvana dair “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” texniki pasport tərtib edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

14. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

15. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

16. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

17. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

18. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

19. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

20. Belə ki, məhkəmə cavabdehin imtina məktubunda əks olunan imtinanın əsasları ilə bağlı aparılmış məhkəmə araşdırması nəticəsində işin faktiki hallarına hüquqi qiymət verərək, aşağıdakıları qeyd edir:

21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə (Hüquqi dövlətin ümumi prinsipləri) əsasən: 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. 10.3. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Həmin Qanunun 11-ci maddəsinə əsasən (Qanunçuluq prinsipi). 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 19-cu maddəsinə əsasən (Mötəbərlik prezumpsiyası). 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. Həmin Qanunun 8.0-cı maddəsin əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; ... Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

23. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 1.11-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəddir.

24. İşin hallarından göründüyü kimi, xx.xx.1958-ci il tarixli 232/14997 nömrəli “Bakı şəhərində Bələdiyyələşdirilməmiş Tikililərin Reyestrindən çıxarış”a əsasən ünvan 6 ünvanında (keçmiş Maştağa rayonu, Maştağa qəsəbəsi 1424 “A”) yerləşən mülkün ½ hissəsi X5 və digər ½ hissəsi isə X2 adına rəsmiləşdirilmişdir. X5 vərəsəsi X21 tərəfindən miras qalmış əmlakın ½ hissəsi (11.4 kv.m yaşayış otağı, 7.8 kv.m digər sahə) və 200 kv.m torpaq sahəsi 05 iyun 1970-ci il tarixli 13-7221 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən Tağı Ələkbər oğluna satılmışdır. Həmin ünvanda yerləşən daşınmaz əmlaka dair X16 və Musa Dadaşovun adına Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyi İnventarlaşdırma Bürosu tərəfindən may 1970-ci il tarixli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” texniki pasport tərtib edilmişdir. xx.xx.1979-cu il tarixdə isə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyi İnventarlaşdırma Bürosu tərəfindən, X16, Musa Dadaşovun və Tağı Ələkbər oğlunun adına mübahisəli ünvana dair “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” texniki pasport tərtib edilmişdir. İddiaçı Tağı Ələkbər oğlunun vərəsəsi kimi iddiaçı cavabdehə müraciət edərək fərdi yaşayış evinin ½ hissəsinə və 200 kv.m torpaq sahəsinə dair hüququn X23 oğluna məxsus olması haqqında arayışın verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh tərəfindən müraciəti təmin edilmədiyindən o, hazırki tələblə məhkəməyə müraciət etmişdir.

25. Cavabdehin etirazının əsasını aşağıdakılar təşkil etmişdir:

1. Təqdim edilmiş 232/14997 nömrəli “Bakı şəhərində bələdiyyələşdirilməmiş tikintilərin reyestrindən çıxarış”da qeyd olunan mülkiyyətçilər ilə 1979-cu il tarixli texniki pasportda qeyd olunan mülkiyyətçilər arasında əlaqəli sənəd təqdim edilməmişdir.

2. Bundan əlavə təqdim edilmiş texniki pasporta əsasən fərdi yaşayış evi paylı mülkiyyətdə olduğu üçün daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair payçıların notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi təqdim edilməlidir.

26. Məhkəmə cavabdehin dəlillərinə münasibətdə qeyd edir ki, iş materiallarında olan kifayət qədər mötəbər sənədlərlə sübuta yetirilmişdir ki, iddiaçının vərəsəsi olduğu Tağı Ələkbər oğlu ona məxsus olan fərdi yaşayış evinin ½ hissəni və 200 kv.m torpaq sahəsini Bakı şəhəri 4 saylı dövlət notariat ofisi tərəfindən 05 iyun 1970-ci il tarixdə 13-7221 reyestr nömrəsi ilə təsdiq edilmiş alğı-satqı müqaviləsinə əsasən fərdi yaşayış evinin əvvəlki mülkiyyətçisi olmuş X20 əldə etmişdir. 1979-cu il tarixdə onun adına Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid” texniki pasport tərtib edilmişdir.

27. Göründüyü kimi, iddiaçının mərhum ərinin mübahisəli əmlaka dair hüquqlarını təsdiq edən notarial qaydada təsdiq edilmiş alğı-satqı müqaviləsi və onun adına 1979-cu il tarixdə tərtib edilmiş Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid” texniki pasport mövcuddur ki, həmin sənədlərdə iddiaçının mərhum ərinə məxsus hissələr konkret olaraq öz əksini tapmışdır və sözügedən sənədlər hazırki qərarda qeyd edilən qanunvericilik normalarına əsasən mübahisəli əmlak üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsasdır.

28. Məhkəmə eləcə də, qeyd edir ki, hazırda iddiaçı ilə mübahisəli ünvanda yerləşən torpaq sahəsinə dair digər hissənin sahibi arasında notarial qaydada təsdiq edilmiş bölgü sxemi vardır ki, həmin bölgü sxeminə əsasən mərhumun vərəsəsi kimi iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi öz əksini tapmışdır.

28. Göründüyü kimi, cavabdehin dəlilləri əsassız olmaqla iddiaçının mərhum ərinə məxsus hüququn qeydə alınmasından imtina üçün əsas ola bilməz.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında ifadə olunmuş, etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsi ilə bağlı hüquqi mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda qeyd edilmişdir ki, ... etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015ci il 29 yanvar tarixli, §49 Qərarlar). ...Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilib-edilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir.

30. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn olmuş şəxsə məxsus olması haqqındaarayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7-ci bölməsinin (Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi) müddəalarına əsasən, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir (7.1). Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış verilir (7.2). Bu Təlimatın 7.1-ci və 7.2-ci bəndlərində göstərilən qaydada çıxarış verildikdə, notariat kontorunda vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur (7.3).

32. Məhkəmə hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinin ikinci cümləsində hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilməsi nəzərdə tutulduğundan, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatdan daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt olduğundan hazırki mübahisə də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 22.2-ci maddəsinin müddəaları tətbiq edilməklə iddia tələbi təmin edilməli və Tağı Ələkbər oğlunun vərəsəsi İddiaçı mübahisəli fərdi yaşayış evinin 1\2 hissəsinə və 200 kv.m torpaq sahəsinə dair hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verilməlidir.

33. Azərbaycan Respublikası Konstitusiyasının Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının fərmanları, aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azəbraycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır.

34. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

35. Azərbaycan Respublikası MPM-nin 13.1-ci maddəsinə əsasən məhkəmə mübahisələri Azəbraycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azəbraycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir. 13.2-ci maddəsinə əsasən məhkəmə işə baxarkən normativ hüquqi aktlar arasında ziddiyyət aşkar edirsə, o, daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt əsasında qərar qəbul edir.

36. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.3-cü maddəsinin və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 1.11-ci bəndinin tələbləri təmin edildiyindən, iddiaçının mərhum ərinin sözügedən daşınmaz əmlaka mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur.

37. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

38. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

39. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

40. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi, döngə 3, ev 20 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsinə (11.4 kv.m yaşayış otağı, 7.8 kv.m digər sahə) və 200 kv.m torpaq sahəsinə dair hüququn ölmüş şəxsə (Tağı Ələkbər oğluna) məxsus olması barədə arayışın (çıxarışın) İddiaçı Əligün qızına verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar