Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7796/2021 26.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Vəliyeva Ayla Fuad qızının katibliyi, İddiaçının nümayəndəsi X8 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh QSC-yə qarşı “sənədlərin götürülməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh QSC-yə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan vergi ödəyicisinin dövlət qeydiyyatı və uçot, habelə təşkilati-struktur dəyişiklikləri barədə məlumat və sənədlərin, vergi ödəyicisinin İT sistemi ilə əlaqədar sorğu üzrə cavabların, vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə əlaqədar sorğu üzrə cavabların, yoxlama ilə əhatə edilən dövr üzrə elektron formatda bank hesablarının hərəkətinin, yoxlama ilə əhatə edilən dövr üzrə elektron formatda nağd dövriyyələrin hərəkətinin, yoxlama ilə əhatə edilən dövrlər üzrə dövriyyə qalıq cədvəlinin (excel faylda), vergi ödəyicisinin aid olduğu şirkətlər qrupunun təşkilati-strukturunun, iştirak payı göstərilməklə Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən hər-hansı törəmə müəssisə(lər) barədə məlumatın, ipoteka predmeti olan bütün aktivlərin mülkiyyət sənədlərinin surətinin, Vergi Məcəlləsinin 18-ci maddəsinə əsasən vergi ödəyicisi ilə qarşılıqlı surətdə asılı şəxs hesab olunan bütün şəxslərin siyahısının, vergi ödəyicisinin ən son nizamnamə və ya əsasnaməsinin surətinin, yoxlama ilə əhatə edilən dövrlər üzrə hüquqi şəxs vergi ödəyicisinin təsisçilərində olan bütün dəyişikliklərin, ünvanı və təyinatı göstərilməklə vergi ödəyicisinin faktiki istifadəsində olan təsərrüfat obyektlərinin (subyektləri) adlı (obyektin adı, sahəsi, ünvanı və s.) siyahısının (excel faylda), dəyəri 10,0 min manatdan yuxarı olan bütün borc və kredit müqavilələrinin, dəyəri 2,0 min manatdan yuxarı olan bütün sığorta polislərinin, qeydiyyatda olan bütün NKA üzrə Z-hesabatlarının, debitor və kreditorlar üzrə adlı siyahısının (müəssisənin adı, VÖEN, təyinatın adı, məbləği və s.), yoxlanılan dövr ərzində müəssisənin əsas fəaliyyəti, direktor və mühasibi, mühasibatlığı hansı proqram təminatı, orta işçi sayı göstərməklə qısa arayışın, ƏDV-nin sıfır dərəcə ilə ödənilməsinə hüquq verən sertifikatın və ya digər əsas verici sənədlərin müvafiq təsdiq edilmiş sürətləri müvafiq fəaliyyət üzrə lisenziya(lar)nın, müəssisə tərəfindən görülmüş işləri təsdiq edən təhvil-təslim aktları və forma № 2-nin elektron surətinin və yoxlamanın predmetinə aid olan 01.01.2017-ci il tarixdən 01.11.2020-ci il tarixədək olan dövr üzrə yoxlanılan dövrlər üzrə bütün gəlir və xərc hesablarının hərəkətinin (excel faylda), yoxlama ilə əhatə edilən hər bir il üzrə dövriyyə qalıq cədvəlinin (excel faylda), yoxlama ilə əhatə edilən dövr üzrə elektron formatda yerli və xarici bank hesablarının hərəkətinin (excel faylda), yoxlama dövrünü əhatə edən bütün dövrlər üzrə aylıq, rüblük və illik bəyannamələrin hesablama fayllarının (rəqəmlərin götürüldüyü uçot hesabları göstərilməklə), yoxlama dövrün əvvəlinə və sonuna qalıqlar göstərilməklə xammal-material hərəkəti barədə məlumatın (excel faylda), siyahısı əlavə edilmiş müştəri və podratçılarla olan əməliyyatların xarakteri barədə məlumat, onlarla bağlanmış müqavilələr və onların bütün əlavələrinin təsdiq olunmuş surətinin, yoxlama ilə əhatə edilən dövrlər üzrə aktivlərin ilkin dəyərini, ilin əvvəlinə olan qalıq dəyərini, alınmış və satılmış aktivləri, il ərzində əsas vəsaitə əlavə edilmiş təmir xərclərini, il ərzində vergi məqsədləri üçün tətbiq edilmiş amortizasiya dərəcələrini, ilin sonunda amortizasiya məbləğlərini və qalıq dəyərlərini göstərməklə əsas vəsait/qeyri-maddi aktivlərin adlı reyestrinin (excel faylda), xarici əməkdaşlarla bağlanmış əmək müqavilələri, iş vaxtı cədvəlləri, xarici əməkdaşların əldə etdikləri gəlirlərin ödənilməsini təsdiq edən bank sənədləri, xarici əməkdaşların pasport və miqrasiya ilə bağlı sənədlərin təsdiq olunmuş surətlərinin, müəssisədə çalışmış xarici əməkdaşların vətəndaş olduğu ölkədə vergi orqanlarına və ya onu əvəz edən qurumlara təqdim etdikləri illik fərdi bəyannamələrin təsdiq olunmuş surətlərinin, Azərbaycan Respublikasındakı əməliyyatlarla əlaqədar filial və ya nümayəndəliyin baş ofisi tərəfindən təqdim edilmiş invoysların, təhvil-qəbul aktlarının təsdiq olunmuş surətlərinin, yoxlanılan dövrlər üzrə icarədə olan əsas vəsaitlərin adlı siyahısının, yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən əmlakın sığortası üzrə sığorta polislərinin (PDF faylda), yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən qeyri-rezidentlərlə bağlanmış müqavilələrin (PDF faylda), yoxlanılan dövrlər üzrə işçilərin (tutduğu vəzifə, təvəllüdü) əldə etdiyi bütün mükafatlar, faydalar və ŞGV-ni və SSH-ni göstərməklə əmək haqqı cədvəllərinin (aylıq əsasda excel faylda) imzalanmış və möhürlənmiş kağız daşıyıcıda və ya gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş elektron surətinin Cavabdeh QSC-dən götürülərək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə təqdim olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 10.02.2021-ci il tarixli **********144457 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında“ qərarı əsasında Cavabdeh QSC-də (VÖEN **********) növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Vergi Məcəlləsinin 42-ci maddəsinə əsasən vergi ödəyicisinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada 11.02.2021-ci il tarixli **********144480 nömrəli Tələbnamə təqdim edilmişdir. Lakin səyyar vergi yoxlaması zamanı yoxlama ilə əhatə edilən dövrdə (01.01.2018- 31.12.2020) tələb edilən sənədlər yoxlamaya tam təqdim edilmədiyi üçün yoxlamanın keçirilməsi mümkün olmamışdır. Tələbnamədə göstərilən sənədlər tam təqdim edilmədiyi üçün vergi ödəyicisinə 03.03.2021-ci il tarixdə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 42-ci maddəsinə uyğun olaraq sənədlərin qismən təqdim edilməsi barədə iki nüsxədən ibarət Akt tərtib edilmişdir. Tələbnamədə qeyd olunan sənədlər, o cümlədən cəmiyyət tərəfindən həyata keçirilən təmir-tikinti işləri üzrə müqavilələr, onlara əlavə olunan təhvil-qəbul aktları, smeta, forma 2, forma 3 sənədləri, habelə cəmiyyət tərəfindən sifarişçi qismində üçüncü tərəflə bağlanmış subpodrat müqavilələri üzrə müqavilələr, onlara əlavə olunan təhvil-qəbul aktları, smetalar, forma 2, forma 3 sənədləri, mal-material və xidmətlərin alışı üzrə müqavilələr və müqaviləyə əlavə olunan digər sənədlər, təhvil-qəbul aktları, smetalar, forma 2, forma 3 sənədləri yoxlamaya tam təqdim olunmadığı üçün vergi ödəyicisinə 13.04.2021-ci il, 03.06.2021-ci il və 08.06.2021-ci il tarixlərdə xəbərdarlıq məktubları göndərilmişdir. 10.06.2021-ci il tarixdə 09.06.2021-ci il tarixli **********2147456 nömrəli qərar əsasında yoxlamaya qismən təqdim olunmuş mal, iş və xidmətlərin satışı üzrə 66 müqavilə və onlara əlavə olunmuş sənədlərin, mal, iş və xidmətlərin alışı üzrə isə 56 müqavilə və onlara əlavə olunmuş sənədlərin götürülməsi həyata keçirilmiş və 10.06.2021-ci il tarixli protokolla rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdehin iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada cavabdehin məlum olan hüquqi ünvanına məhkəmə bildirişi göndərilmiş, lakin cavabdeh nümayəndəsi vasitəsilə məhkəmə iclasında təmsil olunmamış, məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş İnternet Vergi İdarəsinin Kommersiya qurumlarının dövlət reyestri haqqında məlumatından görünür ki, qurumun adı: Cavabdeh QSC, qeydiyyata alındığı tarix: 04.03.2016, dövlət qeydiyyatı № (VÖEN): **********, təşkilatihüquqi forması: Qapalı Səhmdar Cəmiyyəti, hüquqi ünvanı: AZ1117, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, ev 53, qanuni təmsilçi: X3r. İş materiallarına əlavə edilmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 10.02.2021-ci il tarixli **********144457 nömrəli qərarından görünür ki, Cavabdeh QSC (VÖEN **********) üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıda göstərilən vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi qərara alınmışdır. Yoxlama ilə əhatə olunan vergi dövrü: yanvar 2018-dekabr 2020. X6 10.02.2021-ci il tarixdə qərarla tanış olmuş və imzası və müəssisənin möhürü ilə təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş 10 fevral 2021-ci il tarixli KY211557631 nömrəli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilmişdir: Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti barəsində yoxlama müddəti: 11.02.2021-30.03.2021-ci il; yoxlanılan dövr: 01.01.2018-01.01.2021-ci il; yoxlamanın növü: növbədənkənar səyyar vergi yoxlaması. X6 qeyd edilən reyestrdən çıxarışla tanış olmuş və imzası və müsəssisənin möhürü ilə təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” 11.02.2021-ci il tarixli **********144480 nömrəli Tələbnamə ilə Cavabdeh QSC-dən (VÖEN **********) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü, 36-cı, 37-ci və 42-ci maddələrini əsas tutularaq, zəruri sənədlərin təqdim edilməsi tələb olunmuş, tələbnamə X6 tərəfindən 11.02.2021-ci il tarixdə alınmış və alınma imzası və müsəssisənin möhürü ilə təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Sənədlərin yoxlamaya qismən təqdim edilməsi haqqında” 03.03.2021-ci il tarixli Aktından görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 10.02.2021-ci il tarixli **********144457 nömrəli qərarına əsasən Cavabdeh QSC (VÖEN **********) üzrə təyin olunmuş növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü, 36-cı, 37-ci və 42-ci maddələrinə uyğun olaraq cəmiyyətin rəhbəri X4 11.02.2021-ci il tarixli **********144480 nömrəli tələbnamədə qeyd olunan sənədlərin yoxlamaya təqdim edilməsi təklif olunmuş, vergi ödəyicisinin səlahiyyətli nümayəndəsi qərar, tələbnamə, xidməti vəsiqə və yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışı ilə tanış olduqdan sonra aşağıda qeyd olunan sənədlər yoxlamaya qismən təqdim olunmuşdur: yoxlama dövrünü əhatə edən bank çıxarışları, mal-material alışı müqavilələri, podrat müqavilələri, forma 2, forma 3, smetalar, nəqliyyat vasitələrinin icarə müqavilələri, qeyriyaşayış sahələrinin icarə müqavilələri, lisenziyalar, əmək haqqı hesablama cədvəlləri, malmaterialların hərəkəti cədvəli, habelə əsas vəsaitlərin hərəkəti, kassa əməliyyatlarının hərəkəti, debitor və kreditorların hərəkəti, təhtəlhesab şəxslərlə hesablaşmaların hərəkəti, təsisçilərlə hesablaşmaların hərəkəti haqqında arayışlar təqdim edilmişdir. Sənədlərin çoxluğu nəzərə alınaraq müəssisənin fəaliyyətinə aid digər sənədlər yoxlamanın gedişi zamanı təqdim ediləcəkdir. Aktın doğruluğunu 03.03.2021-ci il tarixdə X5 imza və QSC-nin möhürü ilə təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin səyyar vergi yoxlaması haqqında 13.04.2021-ci il tarixli, **********776200 nömrəli cavabdehə ünvanlanmış məktubunda bildirilmişdir ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən Cavabdeh QSC (VÖEN **********) üzrə 10.02.2021-ci il tarixli **********144457 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərar və 11.02.2021-ci il tarixli **********144480 nömrəli “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamə çıxarılmış və 11.02.2021-ci il tarixdə əlbəəl qaydada cəmiyyətə təqdim edilmişdir. Tələbnamədə qeyd olunan sənədlərin 03.03.2021-ci il tarixə kimi təqdim olunması tələb edilmişdir. Yoxlamanın əhatə etdiyi dövr üzrə tələbnamədə göstərilən sənədlər yoxlamaya qismən təqdim edilmiş və sənədlərin yoxlamaya qismən təqdim edilməsi səbəbindən yoxlamanın aparılması hazırkı vaxta kimi mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq tələbnamədə nəzərdə tutulan məlumatların dərhal təqdim edilməsi xahiş olunur. Əks təqdirdə cəmiyyətin məsul şəxsləri tərəfindən tələbnamədə nəzərdə tutulan məlumatların təqdim edilməməsi, habelə zəruri hərəkətlərin yerinə yetirilməməsi yoxlamanın keçirilməsinə bilərəkdən mane olmaq kimi qiymətləndiriləcək və qanunla müəyyən edilmiş bütün tədbirlər görüləcəkdir. İş materiallarına əlavə edilmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin səyyar vergi yoxlaması haqqında 03.06.2021-ci il tarixli, **********373500 nömrəli cavabdehə ünvanlanmış məktubunda bildirilmişdir ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən Cavabdeh QSC (VÖEN **********) üzrə 10.02.2021-ci il tarixli **********144457 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərar və 11.02.2021-ci il tarixli **********144480 nömrəli “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamə çıxarılmış və 11.02.2021-ci il tarixdə əlbəəl qaydada cəmiyyətə təqdim edilmişdir. Tələbnamədə qeyd olunan sənədlərin 03.03.2021-ci il tarixə kimi təqdim olunması tələb edilmişdir. Lakin yoxlamanın əhatə etdiyi dövr üzrə tələbnamədə göstərilən sənədlər, o cümlədən cəmiyyət tərəfindən həyata keçirilən təmir-tikinti işləri üzrə müqavilələr, onlara əlavə olunan təhvilqəbul aktları, smeta, forma 2, forma 3 sənədləri, habelə cəmiyyət tərəfindən sifarişçi qismində üçüncü tərəflə bağlanmış subpodrat müqavilələri üzrə müqavilələr, onlara əlavə olunan təhvil-qəbul aktları, smetalar, forma 2, forma 3 sənədləri, mal-material və xidmətlərin alışı üzrə müqavilələr və müqaviləyə əlavə olunan digər sənədlər yoxlamaya tam təqdim edilmədiyi üçün yoxlamanın aparılması hazırkı vaxta qədər mümkün olmamışdır. Sənədlərin yoxlamaya tam təqdim edilməsi ilə bağlı cəmiyyətə 13.04.2021-ci il tarixdə xəbərdarlıq məktubu göndərilmişdir. Qeyd olunanları nəzərə alaraq tələbnamədə nəzərdə tutulan bütün məlumatların 3 (üç) iş günü ərzində təqdim edilməsi xahiş olunur. Əks təqdirdə cəmiyyətin məsul şəxsləri tərəfindən tələbnamədə nəzərdə tutulan məlumatların təqdim edilməməsi, habelə zəruri hərəkətlərin yerinə yetirilməməsi yoxlamanın keçirilməsinə bilərəkdən mane olmaq kimi qiymətləndiriləcək və qanunla müəyyən edilmiş bütün tədbirlər görüləcəkdir. İş materiallarına əlavə edilmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin səyyar vergi yoxlaması haqqında 08.06.2021-ci il tarixli, **********729200 nömrəli cavabdehə ünvanlanmış məktubunda göstərilmişdir ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən Cavabdeh (VÖEN **********) üzrə 10.02.2021-ci il tarixli **********144457 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərar və 11.02.2021-ci il tarixli **********144480 nömrəli “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamə çıxarılmış və 11.02.2021-ci il tarixdə əlbəəl qaydada cəmiyyətə təqdim edilmişdir. Tələbnamədə qeyd olunan sənədlərin 03.03.2021-ci il tarixə kimi təqdim olunması tələb edilmişdir. Lakin yoxlamanın əhatə etdiyi dövr üzrə tələbnamədə göstərilən sənədlər, o cümlədən cəmiyyət tərəfindən həyata keçirilən təmir-tikinti işləri üzrə müqavilələr, onlara əlavə olunan təhvilqəbul aktları, smeta, forma 2, forma 3 sənədləri, habelə cəmiyyət tərəfindən sifarişçi qismində üçüncü tərəflə bağlanmış subpodrat müqavilələri üzrə müqavilələr, onlara əlavə olunan təhvil-qəbul aktları, smetalar, forma 2, forma 3 sənədləri, mal-material və xidmətlərin alışı üzrə müqavilələr və müqaviləyə əlavə olunan digər sənədlər, o cümlədən təhvil-qəbul aktları, smetalar, forma 2, forma 3 sənədləri yoxlamaya tam təqdim edilmədiyi üçün yoxlamanın aparılması hazırkı vaxta qədər mümkün olmamışdır. Sənədlərin yoxlamaya tam təqdim edilməsi ilə bağlı cəmiyyətə 13.04.2021-ci il və 03.06.2021-ci il tarixlərdə xəbərdarlıq məktubları göndərilmişdir. Qeyd olunanları nəzərə alaraq tələbnamədə nəzərdə tutulan bütün məlumatların 3 (üç) iş günü ərzində təqdim edilməsi xahiş olunur. Əks təqdirdə cəmiyyətin məsul şəxsləri tərəfindın tələbnamədə nəzərdə tutulan məlumatların təqdim edilməməsi, habelə zəruri hərəkətlərin yerinə yetirilməməsi yoxlamanın keçirilməsinə bilərəkdən mane olmaq kimi qiymətləndiriləcək və qanunla müəyyən edilmiş bütün tədbirlər görüləcəkdir. İş materiallarına əlavə edilmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” 09.06.2021-ci il tarixli **********147456 nömrəli qərarından görünür ki, Cavabdeh QSC-dən (VÖEN **********) yoxlanılan dövr üzrə, yəni 01.01.2018-ci il tarixdən 31.12.2020-ci il tarixədək ilkin mühasibat sənədləri, o cümlədən podrat müqavilələri, alqı-satqı müqavilələri, smetalar, təhvil-qəbul aktları, forma 2, forma 3, VHFlar, EVHF-lar, bank və xəzinə sənədləri, xammal-material alışını təsdiq edən sənədlər, həmçinin mənfəət vergisi bəyənnaməsinin yoxlanılması məqsədi ilə 2018-2020-ci illər üzrə gəlir və xərcləri təsdiq edən ilkin mühasibat sənədləri, VM-nin 42-ci maddəsinə əsasən elektron fayllar və yoxlama predmetinə aid olan digər sənədlərin götürülməsi həyata keçirilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” 10.06.2021-ci il tarixli protokolundan görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü və 43-cü maddələrinə uyğun olaraq sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında 09.06.2021-ci tarixli **********2147456 nömrəli Qərarına əsasən dövlət vergi müfəttişi, 3-cü dərəcəli müfəttiş X10 tərəfindən Cavabdeh QSC (VÖEN **********) üzrə səyyar vergi yoxlamasının predmetinə aid olan və yoxlamaya qismən təqdim olunmuş mühasibat sənədlərinin götürülməsi həyata keçirilmişdir. Sənədlərin və nümunə kimi əşyaların götürülməsində vergi ödəyicisinin direktoru X5 iştirak etdi. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 43cü maddəsinə uyğun olaraq yuxarıda göstərilən şəxslərə yoxlayıcıların protokola qeyd olunan bütün proseslərində iştirak etmək, bu proseslərə dair irad və təkliflərini bildirmək hüquqlarının olduğu izah edilmişdir. Sənədlərin və nümunə kimi əşyaların götürülməsi həyata keçirilməzdən əvvəl vergi ödəyicisinin direktoru X1 və nümunə kimi əşyaların götürülməsi haqqında 09.06.2021-ci tarixli **********2147456 nömrəli qərar təqdim edildi və bu qərarda göstərilən sənədlərin və əşyaların təqdim edilməsi təklif olundu. Vergi ödəyicisinin direktoru X5 bu protokolda qeyd olunan sənədləri - tikinti işləri üzrə müqavilələr, onlara əlavə olunmuş forma 2, forma 3 və s. mal-material, iş və xidmətlərin alış müqavilələri ümumilikdə 3232 vərəq surətlərini könüllü surətdə təqdim etmişdir (siyahı əlavə olunur). Göstərilən sənədlər və əşyalar qovluqlarda qablaşdırılmışdır. Götürülən sənədlərin vergi ödəyicisi tərəfindən təsdiq edilmiş surətləri çıxarıldıqdan sonra vergi ödəyicisinin direktoru X4 qaytarılmışdır. X2 tərəfindən imzalanmış və QSC-nin möhürü ilə təsdiq edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -42.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı sənədlərin və ya elektron faylların verilməsi barədə tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 1 iş günü ərzində təqdim etməlidir. Sənədlərin lazımi qaydada təsdiq edilmiş surətləri təqdim edilir. -42.3-cü maddəsinə görə səyyar vergi yoxlaması üçün zəruri olan vergi orqanı tərəfindən tələb edilən sənədlərin və ya elektron faylların vergi ödəyicisi tərəfindən vergi orqanına verilməsindən imtina edilməsi və ya bu Məcəllənin 42.1-ci maddəsində göstərilən müddətdə təqdim edilməməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Bu maddədə göstərilən qaydada sənədlərin və ya elektron faylların təqdim edilməsindən imtina edildikdə, səyyar vergi yoxlamasını həyata keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada sənədlərin götürülməsini həyata keçirə bilər. -43.1-ci maddəsinə görə sənədlərin və nümunə kimi əşyaların götürülməsinə səyyar vergi yoxlaması və operativ vergi nəzarəti keçirildikdə yol verilir. -43.11-ci maddəsinə əsasən vergi ödəyicisinin bu maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. İş üzrə təqdim olunmuş sübutlarla müəyyən olunur ki, vergi orqanının 10.02.2021-ci il tarixli **********144457 nömrəli qərarı ilə hazırkı Cavabdeh QSC-də (VÖEN **********) növbədənkənar səyyar vergi yoxlaması (yoxlanılan dövr: 01.01.2018-01.01.2021) təyin edilmiş, vergi orqanı Vergi Məcəlləsinin 42-ci maddəsinə əsasən vergi ödəyicisinə müəyyən edilmiş qaydada 11.02.2021-ci il tarixli **********144480 nömrəli Tələbnamə təqdim etmiş, lakin tələbnamə üzrə tələb olunan sənədlər vergi orqanına tam təqdim edilməmişdir. Yoxlama ilə əhatə edilən dövrə aid sənədlər tam təqdim edilmədiyi üçün yoxlamanın keçirilməsi mümkün olmamışdır. Yoxlamanın aparılması üçün zəruri olan sənədlərin təqdim edilməsi ilə bağlı 13.04.2021-ci il, 03.06.2021-ci il və 08.06.201-ci il tarixlərdə xəbərdarlıq məktubları cavabdehə göndərilmişdir. Müvafiq sənədlər təqdim edilmədiyindən Vergi Məcəlləsinin 43cü maddəsində nəzərdə tutulmuş qaydada “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” 09.06.2021-ci il tarixli qərar qəbul edilmiş, vergi ödəyicisi adıçəkilən qərarda yoxlamaya zəruri hesab edilən sənədləri qismən təqdim etmiş və bu barədə 10.06.2021-ci il tarixli protokol tərtib edilmişdir. Məhkəmə tərəfindən sübut qismində qəbul edilmiş, iş materiallarında olan sənədlərə əsasən müəyyən edilir ki, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlər iddiaçı Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qanunla müəyyən edilmiş qaydada cavabdehdən tələb edilsə də cavabdeh tərəfindən vergi orqanına təqdim edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1-ci maddəsinə görə vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; 23.1.2. vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, habelə yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə işin hallarını, yuxarıda qeyd olunan qanunvericilik aktlarının tələblərini, eləcə də vergi orqanı tərəfindən həyata keçirilən növbədənkənar səyyar vergi yoxlamasının tam, hərtərəfli və obyektiv aparılması zəruriliyini nəzərə alaraq hesab edir ki, iddiaçının tələbi təmin olunmalı, Cavabdeh QSC -də səyyar vergi yoxlamasının aparılması üçün zəruri olan sənədlər həmin qurumdan götürülməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdeh "Star Construktion-12” QSC-dən səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan aşağıdakı sənədlərin elektron surəti: vergi ödəyicisinin dövlət qeydiyyatı və uçot, habelə təşkilati-struktur dəyişiklikləri barədə məlumat və sənədlər, vergi ödəyicisinin İT sistemi ilə əlaqədar sorğu üzrə cavablar, vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə əlaqədar sorğu üzrə cavablar, yoxlama ilə əhatə edilən dövr üzrə elektron formatda bank hesablarının hərəkəti, yoxlama ilə əhatə edilən dövr üzrə elektron formatda nağd dövriyyələrin hərəkəti, yoxlama ilə əhatə edilən dövrlər üzrə dövriyyə qalıq cədvəli (excel faylda), vergi ödəyicisinin aid olduğu şirkətlər qrupunun təşkilati-strukturu, iştirak payı göstərilməklə Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən hər-hansı törəmə müəssisə(lər) barədə məlumat, ipoteka predmeti olan bütün aktivlərin mülkiyyət sənədlərinin surəti, Vergi Məcəlləsinin 18-ci maddəsinə əsasən vergi ödəyicisi ilə qarşılıqlı surətdə asılı şəxs hesab olunan bütün şəxslərin siyahısı, vergi ödəyicisinin ən son nizamnamə və ya əsasnaməsinin surəti, yoxlama ilə əhatə edilən dövrlər üzrə hüquqi şəxs vergi ödəyicisinin təsisçilərində olan bütün dəyişikliklər, ünvanı və təyinatı göstərilməklə vergi ödəyicisinin faktiki istifadəsində olan təsərrüfat obyektlərinin (subyektləri) adlı (obyektin adı, sahəsi, ünvanı və s.) siyahısı (excel faylda), dəyəri 10,0 min manatdan yuxarı olan bütün borc və kredit müqavilələri, dəyəri 2,0 min manatdan yuxarı olan bütün sığorta polisləri, qeydiyyatda olan bütün NKA üzrə Z-hesabatları, debitor və kreditorlar üzrə adlı siyahısı (müəssisənin adı, VÖEN, təyinatın adı, məbləği və s.), yoxlanılan dövr ərzində müəssisənin əsas fəaliyyəti, direktor və mühasibi, mühasibatlığı hansı proqram təminatı, orta işçi sayı göstərməklə qısa arayış, ƏDV-nin sıfır dərəcə ilə ödənilməsinə hüquq verən sertifikatın və ya digər əsas verici sənədlərin müvafiq təsdiq edilmiş sürətləri müvafiq fəaliyyət üzrə lisenziya(lar), müəssisə tərəfindən görülmüş işləri təsdiq edən təhviltəslim aktları və forma № 2 və yoxlamanın predmetinə aid olan 01.01.2017-ci il tarixdən 01.11.2020-ci il tarixədək olan dövr üzrə aşağıdakı sənədlərin imzalanmış və möhürlənmiş kağız daşıyıcıda və ya gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş elektron surəti: yoxlanılan dövrlər üzrə bütün gəlir və xərc hesablarının hərəkəti (excel faylda), yoxlama ilə əhatə edilən hər bir il üzrə dövriyyə qalıq cədvəli (excel faylda), yoxlama ilə əhatə edilən dövr üzrə elektron formatda yerli və xarici bank hesablarının hərəkəti (excel faylda), yoxlama dövrünü əhatə edən bütün dövrlər üzrə aylıq, rüblük və illik bəyannamələrin hesablama faylları (rəqəmlərin götürüldüyü uçot hesabları göstərilməklə), yoxlama dövrün əvvəlinə və sonuna qalıqlar göstərilməklə xammal-material hərəkəti barədə məlumat (excel faylda), siyahısı əlavə edilmiş müştəri və podratçılarla olan əməliyyatların xarakteri barədə məlumat, onlarla bağlanmış müqavilələr və onların bütün əlavələrinin təsdiq olunmuş surəti, yoxlama ilə əhatə edilən dövrlər üzrə aktivlərin ilkin dəyərini, ilin əvvəlinə olan qalıq dəyərini, alınmış və satılmış aktivləri, il ərzində əsas vəsaitə əlavə edilmiş təmir xərclərini, il ərzində vergi məqsədləri üçün tətbiq edilmiş amortizasiya dərəcələrini, ilin sonunda amortizasiya məbləğlərini və qalıq dəyərlərini göstərməklə əsas vəsait/qeyrimaddi aktivlərin adlı reyestri (excel faylda), xarici əməkdaşlarla bağlanmış əmək müqavilələri, iş vaxtı cədvəlləri, xarici əməkdaşların əldə etdikləri gəlirlərin ödənilməsini təsdiq edən bank sənədləri, xarici əməkdaşların pasport və miqrasiya ilə bağlı sənədlərin təsdiq olunmuş surətləri, müəssisədə çalışmış xarici əməkdaşların vətəndaş olduğu ölkədə vergi orqanlarına və ya onu əvəz edən qurumlara təqdim etdikləri illik fərdi bəyannamələrin təsdiq olunmuş surətləri, Azərbaycan Respublikasındakı əməliyyatlarla əlaqədar filial və ya nümayəndəliyin baş ofisi tərəfindən təqdim edilmiş invoysların, təhvil-qəbul aktlarının təsdiq olunmuş surətləri, yoxlanılan dövrlər üzrə icarədə olan əsas vəsaitlərin adlı siyahısı, yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən əmlakın sığortası üzrə sığorta polisləri (PDF faylda), yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən qeyri-rezidentlərlə bağlanmış müqavilələr (PDF faylda), yoxlanılan dövrlər üzrə işçilərin (tutduğu vəzifə, təvəllüdü) əldə etdiyi bütün mükafatlar, faydalar və ŞGV-ni və SSH-ni göstərməklə əmək haqqı cədvəlləri (aylıq əsasda excel faylda) götürülsün. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-7796/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7796/2021
26.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver