Məhkəmə qərarları › İş №2-1(112)-7797/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7797/2023

23.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7797/2023 23.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi, Cavabdeh2 və Cavabdeh3 qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi, Cavabdeh2 və Cavabdeh3 qarşı “mülkiyyətində olan ünvan 1 mənzil 114-dən X1 və Cavabdeh3 qeydiyyatdan çıxarılmaları” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X2 ünvan 1 ünvanında yerləşən 114 saylı mənzili, 51 saylı notariat konturunda alqı-satqı yolu ilə xx.xx.2021-ci il tarixdə almış və ********** qeydiyyat nömrəli xx.xx.2021-cı il tarixli çıxarış ilə onun mülkiyyətindədir. Cavabdehlər X1 və Cavabdeh3 ataları tərəfindən onların razılığı ilə alqı-satqı olunan ünvanda yerləşən mənzildə qeydiyyatda olduqlarından, alqı-satqı prosesindən sonra 1 ay müddətində qeydiyyatdan çıxacaqlarına söz versələr də, bu günə qədər də onun mülkiyyətində olan mənzildə qeydiyyatdadırlar. Ödədiyi bəzi kommunal xidmətlər qeydiyyatda olan şəxslərin sayı ilə ödənildiyindən əlavə olaraq həmin şəxslərin əvəzinə də kommunal xərcləri ödəyir. Onlar isə bu vaxta qədər heç bir ödəniş etməyərək ona maddi zərər vurmaqda davam edir. “Asan Gəncə” tərəfindən verilən ******* saylı xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, cavabdehlər ona məxsus mənzildə qeydiyyatdadırlar. Cavabdehlərin qeydiyyatdan çıxarılması xahişi ilə Nəsimi Rayon Polis İdarəsinə müraciət etmiş və ***-******* saylı xx.xx.2021 -cı il tarixli cavab məktubu almışdır. Cavabda aidiyyətı üzrə cavabdehin mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarıldımış hesab edilməsi barədə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Ərazi aidiyyətı üzrə Nəsimi Rayon Məhkəməsinə müraciət etsə də, Nəsimi Rayon Məhkəməsi xx.xx.2022-ci il tarixli 2(006)-3823/2022 saylı qərardadı ilə aidiyyəti üzrə məhkəməyə müraciət etməyini tövsiyə etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 082-47146X saylı xx.xx.2021-ci il tarixli məktubla bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Qanunun 9-cu maddəsinin tələblərinə əsasən müraciətdə göstərilən şəxslərin ünvan 3 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qeydiyyatdan çıxarılma barədə qətnaməsi əsasında həyata keçirilir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3823/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadına əsasən İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı “istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa (qeydiyyat nömrəsi **********; xx.xx.2021-ci il) əsasən ünvan 4 İddiaçı xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı xx.xx.2021-ci il tarixli arayışa əsasən Cavabdeh2 və Cavabdeh3 ünvan 4 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2-15405/2023 **********05 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, Cavabdeh2 və Cavabdeh3 qeyd olunan mənzil üzərində istifadə hüququnun qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. X4 və İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən ünvan 4 İddiaçı satılmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 18/2-13644/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, X1 xx.xx.2016-cı il tarixdə, Cavabdeh3 isə 1 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən xx.xx.2018-ci il tarixdə X3 mülkiyyətində olan ünvan 5 ünvanına razılıq ərizəsi əsasında yaşayış yeri üzrə qeydiyyata alınaraq şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilmişlər. Ə.Əsgərovanın yaşayış yeri üzrə qeydiyyata alınmasına əsas olmuş sənədlərin saxlama müddəti bitdiyi üçün məhv edildiyindən göndərilməsi mümkün deyil. Cavabdeh3 yaşayış yeri üzrə qeydiyyata alınmasına əsas olmuş sənədlərin surəti təqdim edilmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım edilərək bildirilmişdir ki, iddia ərizəsi tərəfindən imzalanmamışdır, həmçinin iddia ərizəsində cavabdeh qismində göstərilən Cavabdeh2 və Cavabdeh3 fiziki şəxs olduğundan həmin şəxsə qarşı iddia tələbinə inzibati icraat qaydasında baxıla bilməz. İddia ərizəsinin imzalanması və cavabdeh qismində yalnız Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi göstərilməklə iddia tələbinin dəqiqləşdirilməsi üçün iddiaçıya 10 gün müddət təyin edilmişdir. İddia ərizəsindəki çatışmazlıqların məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmamasının iddianın mümkünsüzlüyünə səbəb olması barədə məlumat verilmişdir. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə bildiriş ünvanlanmışdır. İddiaçı və cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasında iştirak etməmişlər. Cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi ərizə ilə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s.) məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.Məhkəmə qeyd edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəmədə iddia qaldrımaq üçün qeyd edilən ünvana dair subyektiv hüquqlarını təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, iddia ərizəsi imzalanmamışdır, həmçinin iddia ərizəsində cavabdeh qismində göstərilən Cavabdeh2 və Cavabdeh3 fiziki şəxs olduğundan həmin şəxsə qarşı iddia tələbinə inzibati icraat qaydasında baxıla bilməz. İddia ərizəsinin imzalanması və cavabdeh qismində yalnız Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi göstərilməklə iddia tələbinin dəqiqləşdirilməsi üçün iddiaçıya 10 gün müddət təyin edilmişdir. İddia ərizəsindəki çatışmazlıqların məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmamasının iddianın mümkünsüzlüyünə səbəb olması barədə məlumat verilməsinə baxmayaraq iddiaçı tərəfindən qeyd edilən çatışmazlıqlar aradan qaldırılmamışdır. Odur ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya qeyd edilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən müvafiq tələblə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və həmin Məcəllənin 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar