Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7797/2024 31.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin fərqinin hesablanaraq ona ödənilməsi" tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2003-cü il tarixdən xx.xx.2009-cu il tarixədək Bakı şəhəri, Əcəmi 200 fərdi şirkətində suvaqçı işləməyinin əmək stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona pensiya hüququnun yarandığı 65 yaşından, yəni 10 yanvar 2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin fərqinin hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş,ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı müxtəlif yerlərdə işləmiş və hamısı da əmək kitabçasında qeyd olunmuşdur. Həmçinin, o, xx.xx.1972-cu il tarixindən xx.xx.1973-ci il tarixə kimi 16 saylı texniki peşə məktəbində oxumuş, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixə kimi hərbi xidmətdə olmuşdur. O, xx.xx.1977-cı il tarixdən xx.xx.1978-ci il tarixə kimi Bakı şəhər Baş Tikinti idarəsinin Su-5 idarəsində suvaqçı, xx.xx.1978-ci ildən xx.xx.1978-ci il tarixə kimi Qazaxıstan SSR-də 3-cü dərəcəli qazmaçı köməkçisi, xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixə kimi Qazaxıstanda ət kombinatında maşın təmirçisi, xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixə kimi Qazaxıstanda avtobazada çilingər işləmişdir. xx.xx.1979-cu iİ tarixdən xx.xx.1979-cu il tarixə kimi Qazaxıstanda Avtobazada sürücü, xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixə kimi Qazaxıstanda Ət kombinatında çilingər, xx.xx.1979-cu il tarixdən 1985-ci il tarixə kimi Qazaxıstanda PMK-1105 də QAZ-53-ün sürücüsü işləmişdir. O, xx.xx.1986-cı il tarixdən Bakı şəhər təmir-tikinti idarəsində xx.xx.1994-cü il tarixə kimi suvaqçı işləmişdir. xx.xx.2003-cü il tarixdən xx.xx.2009-cu il tarixə kimi Bakı şəhəri, Əcəmi-200 fərdi şirkətdə suvaqçı işləmişdir. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh ona imtina etmişdir. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi sənədlərin surətlərinə əsasən sığorta stajının (xx.xx.1972-ci il tarixdən xx.xx.1973-cu il tarixədək təhsil aldığı illər, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla) 20 il 1 ay 5 gün təşkil etdiyi müəyyən olunmuşdur. xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmadığı müəyyən olunmuşdur. xx.xx.2006-cı il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində qeyd olunmuş 18 il 3 ay 5 gün sığorta stajına uyğun olaraq 18403,79 manat, xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək 1142,10 manat olmaqla, ümumilikdə 19545,89 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320,00 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. İddiaçının əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1979-ci il tarixdən xx.xx.1983-cü il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işə daxilolma tarixində qaralama var) həmin dövrün sığorta stajına daxil edilməsi mümkün olmamışdır. İddiaçının əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək və 2003-cü il tarixdən xx.xx.2009-cu il tarixədək əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. Cavabdehin keçirdiyi monitorinq nəticəsinə əsasən Təsərrüfatın İnkişafı və İstismarı birliyinin 1 №-li Təmir Tikinti idarəsinin yerləşdiyi ünvan məlum olmadığından xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək olan əmək fəaliyyəti dövrün araşdırılması mümkün olmamışdır. Eyni zamanda Ordubad rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli müvafiq aktına əsasən “Əcəmi-200” fərdi şirkətinin xx.xx.2003-cü il tarixdən xx.xx.2009-cu il tarixədək olan arxiv sənədləri saxlanılması üçün Dövlət Arxivinə təhvil verilməmişdir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2009-cu il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunan əsaslara görə xx.xx.1979-cu il tarixdən xx.xx.1983-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək və xx.xx.2003-cü il tarixdən xx.xx.2009-cu il tarixədək olan dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.1957-ci ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçının əmək kitabçasının surətinin notarial qaydada təsdiq edilmiş surətinə əsasən iddiaçı xx.xx.1972-ci ildən xx.xx.1973-cü ilədək 16 nömrəli Peşə məktəbində təhsil almışdır. xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək “Visotkostroy” SU-5 trestində üçüncü dərəcəli suvaqçı işləmişdir. xx.xx.1975-ci ildən xx.xx.1977-ci il tarixədək Sovet ordusu sıralarında xidmət etmişdir. xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək “Visotkostroy” SU-5 trestində suvaqçı işləmişdir. xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək 3-cü dərəcəli qazmaçı köməkçisi işləmişdir. xx.xx.1978-ci il tarixdən xx.xx.1978ci il tarixədək idxal edilən heyvanın otarılması üçün maldar işində işləmişdir. xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək avtomobillərin təmiri üzrə avtomobil müəssisəsinə 1-ci dərəcəli çilingər, xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək avtomobil müəssisəsidə 3-cü dərəcəli sürücü işləmişdir. xx.xx.1979-xx.xx.1979-cu il tarixlərdə Cezqazqan ət kombinatında nəqliyyat sexində 6-cı dərəcəli mövsümi işçi işləmiş, xx.xx.1979-cu il tarixdə Cuzdinsk QMK-1105 sürücü qəbul edilmiş, xx.xx.1980-cı il tarixdə suvaqçı vəzifəsinə keçirilmiş, xx.xx.1981-ci il tarixdə işdən azad edilmişdir. xx.xx.1982-ci il tarixdən xx.xx.1986-cı il tarixədək Aktassk QPT-də müxtəlif vəzifələrdə işləmiş, xx.xx.1986-cı il tarixdən xx.xx.1994-cü il tarixədək Bina fasadlarının təmiri üzrə 10 saylı xüsusi idarədə suvaqçı işləmişdir. xx.xx.1994-xx.xx.1997-ci il tarixlərdə Suraxanı rayon 4 nömrəli RSU təsərrüfatında suvaqçı işləmişdir. xx.xx.2003-xx.xx.2009-cu il tarixlərdə “Əcəmi 200” Fərdi Şirkətdə suvaqçı işləmişdir. Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsinin 673 nömrəli Attestatına əsasən X1 01 sentyabr 1972-ci il tarixdən 22 iyun 1973-cü il tarixədək Azərbaycan SSR Bakı şəhər texniki-peşə məktəbində təhsil almışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 03 sentyabr 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, “Əcəmi-200” fərdi şirkəti xx.xx.2002-ci il tarixdə 12- 02-05/03 nömrə ilə dövlət qeydiyyatına alınmış xx.xx.2013-cü il tarixdə ləğv edilərək kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 29 avqust 2024-cü il tarixli, 3-21-3/2-14635/2024 saylı məktubunda göstərilmişdir ki, Təsərrüfatın İnkişafı və İstismarı Birliyinin 1 №-li Təmir Tikinti İdarəsinin və “Əcəmi-200” fərdi şirkətinin emissiya protokollarında İddiaçı həmin qurumlarda işləyib-işləməməsi barədə məlumatların (olduğu təqdirdə işlədiyi dövrlər barədə məlumatların) məhkəməyə təqdim olunması barədə müraciətə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Müraciətdə qeyd olunan müəssisələr barədə Əmlak Məsələləri Dövlət Xidmətində hər hansı məlumat yoxdur. НЗ seriyalı, ******* nömrəli hərbi biletə əsasən iddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olmuşdur. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubunda etirazda göstərilən əsaslar qeyd edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində 65 yaşından, yəni 10 yanvar 2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin fərqinin hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina məktubundan da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi xx.xx.2021-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. İşdən göründüyü kimi iddiaçı 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixindən ona yaşa görə əmək pensiyası təyin edilməsini xahiş edir. O, həmin tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən tələbin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin imtinasının əsası ondan ibarət olmuşdur ki, iddiaçının sığorta stajı xx.xx.1972ci il tarixdən xx.xx.1973-cu il tarixədək təhsil aldığı illər, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla 20 il 01 ay 05 gün təşkil edir. Belə ki, iddiaçının xx.xx.1979-ci il tarixdə “Cüzdinsk GMK” yə işə qəbul olunması ilə bağlı əmək kitabçasında işə daxilolma tarixində qaralama olduğu üçün xx.xx.1983-cü il tarixədək olan iş stajı nəzərə alınmamış, həmçinin 1 №-li Təmir Tikinti idarəsinin yerləşdiyi ünvan məlum olmadığından xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək olan əmək fəaliyyəti dövrünün sosial sığorta dövrünün, həmçinin “Əcəmi-200” fərdi şirkətinin xx.xx.2003-cü il tarixdən xx.xx.2009-cu il tarixədək olan arxiv sənədləri saxlanılması üçün Dövlət Arxivinə təhvil verilmədiyi üçün həmin dövrün sosial sığorta stajına daxil edilməsindən imtina edilmişdir. Eyni zamanda bildirilmişdir ki, iddiaçının xx.xx.2006-cı ildən sonra fərdi hesabının sığorta hissəsində sığorta kapitalı qeydə alınmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”n 4.1.1-ci bəndində göstərilmişdir ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir. Qeyd edilməlidir ki, iddiaçının əmək kitbçasında olan qeydə əsasən o, xx.xx.1979-ci il tarixdə “Cüzdinsk GMK” yə işə qəbul olunmuşdur. O, həmin müəssisədə 1981-ci ilə qədər işləmiş olsa da, cavabdeh məhz xx.xx.1983-cü ilə qədər olan stajı nəzərə almamışdır. Eyni zamanda cavabdeh iddiaçının 1 №-li Təmir Tikinti idarəsinin yerləşdiyi ünvan məlum olmadığından xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək olan stajını nəzərə almamışdır. Lakin, o iddiaçının həmin dövrdə olan əmək stajının nəzərə alınmamasının əsaslılığını sübut edə bilməmişdir. Eyni qaydada cavabdeh iddiaçının “Əcəmi-200” fərdi şirkətində xx.xx.2003-cü il tarixdən xx.xx.2009-cu il tarixədək olan əmək stajını da nəzərə almmamış, lakin qeyd edilən halı da əsaslandıra bilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının əmək kitabçasında qeyd olunmuş dövrlərin sadəcə həmin dövrlə bağlı “əsaslı şübhələrin” olmas səbəbindən nəzərə almaması qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçının vaxtilə işləmiş olduğu həmin müəssisələrin hazırda mövcud olmaması və cavabdehin həmin dövrlərlə bağlı əmək stajının həqiqiliyini araşdırmaq imkanında olmaması iddiaçının xeyrinə şərh edilməlidir. xx.xx.2006-cı ildən sonra iddiaçının fərdi hesabında sığorta stajının olmaması ilə bağlı məhkəmə qeyd edir ki, həmin dövr nəzərə alınmasa belə, həmin dövrə kimi iddiaçının ümumi stajı yuxarıda qeyd olunan dövrlər nəzərə alınmaqla 25 ildən artıqdır. Bu isə ona əmək pensiyası təyin edilməsi üçün əsasdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya 65 yaşından, yəni 10 yanvar 2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin fərqinin hesablanaraq ona ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 65 yaşından, yəni 10 yanvar 2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin fərqinin hesablanaraq ona ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-7797/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7797/2024
31.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver