Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7797/2025 18.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, cavabdeh Bakı şəhəri Cavabdeh1 nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh1nə, Bakı şəhəri Cavabdeh1 başçısının Bibiheybət qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə və Bakı şəhəri Səbail rayon Bələdiyyəsinə qarşı “qohumluq əlaqələrinə dair məlumatlara düzəlişlər edilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh1nə, Bakı şəhəri Cavabdeh1 başçısının Bibiheybət qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə və Bakı şəhəri Səbail rayon Bələdiyyəsinə qarşı məhkəmədə iddia qaldıraraq, ünvan 1 ünvanla bağlı cavabdehlərin təqdim etdikləri rəsmi sənədlərdəki məlumatlara dair qeydlərinin qanunsuz hesab edilməsi və qeyd edilən ünvanda yaşayan şəxslərin qohumluq əlaqələrinə dair məlumatlara düzəlişlər edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı, təqaüdçü, FHN-in əməkdar işçisi 9 nəfərdən ibarət ailəsi ilə birlikdə ünvan 1 ünvanda yaşayır. Yaşadığı həyətdə yaranan vəziyyətlə əlaqədar hüquqlarını və yaşayış yerində azadlığını müdafiə etmək üçün məhkəməyə müraciət etməyə məcbur qalmışdır. Onlarla bir həyətdə yaşayan vətəndaşlar problemlər yaradır. Belə ki, həyətdən istitadə haqqını məhdudlaşdırır, zorakılıq yolu ilə demək olar ki, bütün yaşayış və yardımçı sahələri zəbt ediblər. Bu işdə onlara rayon üzrə İcra hakimiyyəti, bələdiyyə, polis köməklik göstərir. ünvan 1 ünvanı üzrə torpağın ilk sahibi iddiaçının babası 1876-cı il təvəllüdlü X2b. 1931-ci ildə naməlum şəraitdə vəfat edib. Onun adına sənədlər var. Onun ölümündən sonra həmin sahədə iddiaçının lal-kar və savadsız atası, 1904-cü il təvəllüdlü X13 yaşamışdır. Anası 1883-cü il təvəllüdlü X10 və kiçik bacısı onun himayəsində qalmışlar. X1 adına torpaq rentası və 427 kv.m sahədə torpaq sahəsinə və tikililərə vergi üzrə ödəniş bildirişi var. 40-cı illərdə həmin həyətə qonşularının ataları kirayəçi qismində köçmüşdür. İşə düzəlmək, sonra isə mənzil almaq üçün onları qeydiyyata almışlar və onlara pasportlar verilmişdir, ilk olaraq 1944-cü ilin yanvar ayında 1922-ci il təvəllüdlü X6 qeydiyyata alınmışdır. Ondan sonra 1947-ci ildə onun qardaşı 1930-cu il təvəllüdlü X5 qeydiyyata düşmüş və pasport almışdır. Pasport aldıqdan sonra onlar özlərini ev sahibi kimi aparmağa başlamışdırlar. Onlar yerli hakimiyyət və milislə əlbir olmuşdular. Onların haradan gəldiyi və həmin vaxta qədər harada yaşadığı məlum deyil. Onlardan sonra onların digər ailə üzvləri: qardaşları, bacısı və anası da qeydiyyata alınmışdır. Onlarla birlikdə daha bir vətəndaş yaşayırdı. Onların deməsinə görə, həmin adam onların atası idi, lakin o, bizim ev kitabında qeydə alınmamışdır. Sonra o, elan etdi ki, atasının doğma qardaşıdır və atasının soyadı Səfərov oldu. 1939-cu ildən atasının ümumiyyətlə heç bir soyadı olmamışdır, çünki o, nə tələffüz edə, nə də yaza bilirdi. Həmin soyad atasına 1948-ci ildən verilmişdir. Həmin şəxslər həyətə köçəndən sonra qəsəbə sovetliyində iddiaçının babasının və atasının adına olan sənədlər yoxa çıxmışdır. Onların həyətində digər kirayəçilər də yaşayırdı. Ev kitabında onların haradan gəldiyi və ailə vəziyyəti qeyd olunmuşdur. Onlardan aldığı gəlirdən atası dövlətə vergi ödəyirdi. Hazırkı iş üzrə Cavabdeh1 və onun bilavasitə tabeliyində olan Cavabdeh1 Başçısının Bibi Heybət qəsəbəsində nümayəndəliyi tərəfindən verilən rəsmi sənədlərdə mənbəyi olmayan, heç bir sənədlə əsaslanmayan yanlış məlumatlar qeyd edilmişdir: Cavabdeh1 Başçısının Bibi Heybət qəsəbəsində nümayəndəliyi tərəfindən verilmiş 234 saylı, xx.xx.2021-ci il tarixli forma 2 arayışında bir çox şəxsləri qohumu kimi təqdim etmişdirlər. Həmin arayış qızına təqdim edilmişdir. Lakin qonşularını həmişə olduğu kimi, əvvəlcədən razılaşmış qaydada qohum kimi qələmə vermişdilər. Rəsmi dövlət orqanının belə məsuliyyətsiz hərəkəti nəticəsində, dövlətin adından qərar çıxarmağa səlahiyyət verilən məhkəmələr yanlış qənaətə gəlmələrinə səbəb olmuşdur. Qoşma kimi iddia ərizəmə əlavə etdiyi arayışdan da görünür ki, sıra nömrəsi 7-dən başlayaraq ailəsinə yad insanlar qohum kimi qeyd edilmişlər. Onların qohum olmalarını rəsmi Dövlət orqanı hansı sənədə istinadən yazır? Çünki belə sənəd mövcud deyil. Cavabdeh1 Başçısının Bibi Heybət qəsəbəsində nümayəndəliyi tərəfindən əvvəlki tarixlərdə də analoji forma 2 arayışları verilmişdir ki, onların yanlış məlumatları əsasında rəsmi sənədlərdə saxtakarlıqlara nail olunmuşdu. Cavabdeh tərəfindən bu məlumatların verilməsi iddiaçı kimi onun və ailə üzvlərinin hüquqlarını pozur. O cümlədən yekunda mülkiyyət hüquqları ilə bağlı gözlənti hüquqlarına da xələl gətirir. Lazımi qaydada hüquqlarından istifadə edilməsinə maneəçilik yaradır. Belə ki, ünvan 1 ünvanı üzrə Dövlət reyestrinə əsasən 9 otaqlı yaşayış və qeyri yaşayış sahələri olması qeyd edilmişdir. Həmin sahələr 1989-cu il tarixdə ona təqdim edilmiş texniki pasporta əsasən (həmçinin əvvəlki illərə aid sənədlərə əsasən atama və babama məxsusluğu qeyd edilmişdir) ona məxsusdur. Yalnış məlumatlara əsasən (həmçinin qohumluğu inkar edən sənədlərin olmamasına görə) 2005-ci il tarixdə qeyd edilən ünvan üzrə yalnız 59,5 kv.m sahə özəlləşdirilmişdir. Ünvan üzrə qalan sahələr yuxarıda qeyd edilən əsassız məlumatlara əsasən özəlləşdirilməsi aparılmamışdır. Əvvəllər mübahisələri məhkəmə müstəvisində həlli zamanı Səbail Bələdiyyəsinin nümayəndəsi olmuş, sonralar bələdiyyə işçisi statusunu itirdikdən sonra onun yalançı qohumlarının nümayəndəsi kimi məhkəmə proseslərində iştirak edən Babayeva Nilufər adlı xanım da iddiaçının maraqlarına ciddi xələl gətirmişdi. Onun sonradan da “qohumlarının” nümayəndəsi kimi məhkəmə iclaslarına çıxması halı bir daha sübut edir ki, bələdiyyə orqanının verdiyi “qohumluq”, “tikili və torpaq sahələrinə dair” məlumat-sənədlər yanlış olub və heç bir mənbəyi olmadan “havadan” götürülmüşdür. İddiaçının mülkiyyətinə dair “domovoy” kitabda da “yalan” məlumatlar öz əksini tapmışdır. Bu məlumatları da cavabdehlərin məsul əməkdaşlarının nəzarətsizliyi və məsuliyyətsizliyi nəticəsində əmələ gəlmişdir. Cavabdehlərin hərəkətləri nəticəsində sahəsi özgə adamlar tərəfindən zəbt edilmişdir. Hansıkı həmin adamlar özlərini qohum kimi təqdim etmişdilər. Əslində isə onlar qohum olmayıblar. Saxtakarlıqla əmlakını ələ keçirmək istəyiblər. Onlar iddiaçının yaşayış şəraitinin pisləşməsinə səbəb olurlar. Əvvəllər qonşu , “kirayənişin” kimi sahəsində məskunlaşıb, indi isə “qohum” iddiasını bildirirlər.
3. İddia ərizəsinə əlavə onunla əsaslandırılmışdır ki, hazırkı iddia tələbinin qaldırılmasında məqsəd özlərini “qohum” kimi təqdim edən, əslində ona məxsus mülkdə kirayənişin kimi yaşayan şəxslərin həmin mülkdən çıxarılması və onlara himayəlik edən cavabdeh qurumlarının ifşa edilməsi, cavabdehlərin qanunsuz hərəkətlərinə son qoymaqdır. Qohum kimi özlərini təqdim edən şəxslərin haradan gəlmələri və onların qohumluq faktlarını təsdiq edən sənədləri yoxdu. Onların bəzilərinin valideynləri mülkündə kirayənişin kimi yaşamışlar. Sonradan onlara ev verilməsi səbəbindən evi tərk etmiş, amma 1 ildən sonra digər qohumlarını mülkünə gətirmişlər. Onların bəzilərinin vəzifədə olmaları, cavabdehlərin onlara himayə etmələrinə səbəb olmuşdur. Səfərov Abdulla - öz adına sənəd olmadığından, özünü qohum kimi təqdim edərək, onun adına olan 1989-cu il tarixli texniki pasportun dublikatını əldə edərək, məskunlaşdığı sahəyə dair sənəd əldə etmək istəmişdir. Bunun sübutu kimi onun Səbail İcra Hakimiyyətinə müraciəti və müraciətinə verilmiş cavab məktubudur. Həmin dövrdə ona bələdiyyədə işləyən Nilufər Babayeva köməklik göstərirdi. Ola bilər sənədin dublikatının alınmasında da Nilufər köməklik etmişdir. Belə ki, Nilufərin sənədi aldığı orqanda tanışlığı var idi. Sənədin dublikatı heç kəsə elə belə verilmirdi. Xoş təsadüfdən Səfərov Abdullaya 2007-ci il tarixdə özünə məxsus olmayan sənədlə müraciətinə imtina cavabı verilmişdir, (qoşma kimi hazırki ərizəyə əlavə edilir) Bələdiyyənin nümayəndəsi X3 cəlb edilmədiyi iş üzrə cavabdeh Səfərov Abdullanın nümayəndəsi kimi iddia ərizəsinə etiraz müraciəti yazmış və onu imzalamışdı. Baxmayaraq ki, həmin müddətdə Nilufər rəsmi olaraq Bələdiyyədə işləyirdi. Həmçinin yazdığı etiraz ərizəsində yalan məlumatlara istinad edərək ədalət məhkəməsinin araşdırılmasını başqa səmtə yönəltmişdir. Bələdiyyənin nümayəndəsi olmaqla yanaşı sözügedən iş üzrə kimi imza edən Babayeva Nilufər cavabdehin də nümayəndəsi kimi çıxış etmişdir. Bu hal Nilufərin bələdiyyədən çıxdıqdan sonra (2005-2010 da işləyib) birbaşa cavabdehin nümayəndəsi kimi məhkəmə prosesinə çıxması faktı da olmuşdur. İddiaçıya məxsus həyətin bölünməsinə dair məsələdə də onun mühüm rolu olmuşdur (etiraz ərizəsi qoşma kimi hazırki ərizəyə əlavə edilir). Babayevə Nilufər bələdiyyədə işləyə-işləyə Bakı Apellyasiya Məhkəməsinin hakimi M.Məmmədova- rəsmi olaraq Səfərov Abdullanın nümayəndəsi kimi etiraz ərizəsini təqdim etmişdir. Cavabdehlərin himayəsi nəticəsində dövlətin adından qərar verən məhkəmələr də “qonşu kirayənişinləri” qohumları kimi qəbul etmiş və ziyanına qərarlar qəbul etmişdir. Sonuncu belə hal Bakı İnzibati Məhkəməsində “qeydiyyatdan çıxarılma” tələbinə baxan hakim Aysev Almazova qohumluq sözünə əsaslanaraq, iddianın ümumi rayon məhkəməsində baxılmalı olduğunu bildirmişdir. Cavabdehlərin himayəsi ilə 1989-cu il tarixdə qanunsuz olaraq həmin sahəyə aid olan qaraj akt tərtib edilməklə satılmışdır. Bu səbəbə həmin qarajın sahəsi ona verilən texniki pasportda qeyd (qeydiyyata alınmamışdır) edilməmişdir. Qarajın satılmasında onun razılığı olmamışdır. Yerli icra hakimiyyətinin razılığı olmadan qaraj satılmayacaqdır. Kirayəşin qonşular ona məxsus həyəti faktiki olaraq cavabdehlərə arxayın olaraq zəbt etmişdilər. Mülkiyyət əldə edilməsi gözləntisi hüququna sahib olmağıma baxmayaraq, həyətində olan tikili sahələrin böyük hissəsində digər şəxslər yaşayır. İddiaçı isə ailəsilə nisbətdə götürdükdə kiçik sahədə yaşayır. Cavabdehlərin “qohum” damğası səbəbindən 2006-cı ildə yalnız hazırda yaşadığı sahəni özəlləşdirə bilmişdir. Halbuki 1989-cu ilin texniki pasportuna (və ondan əvvəl mövcud olan digər hüquqmüəyyənedici sənədlərə) əsasən bütün ərazi (ünvan 1) iddiaçıya məxsusdur. Kirayənişin qonşular cavabdehlərlə əlbir olub, evinə aid olan sənədləri gizlətmiş, mövcud sənəddə saxtakarlıq etməyə belə çəkinməmişdilər. Onların qanunsuz hərəkətlərinin ifşa edilməsi üçün illər tələb olunmuş və xeyli müddət keçdikdən sonra özünə və ailəsinə məxsus sənədlərin bəzilərini bərpa edə bilmişdir. Əfsuslar olsun ki, sənədlərin olmadığı zaman onun və ailəsinin ziyanına olan məhkəmə aktları qəbul edilmişdir. Həmin aktların qəbul edilməsinin səbəbkarı cavabdehlərdir. Heç bir sənəddə Səfərov Kərim yazılmadığı halda onu qohumu kimi təqdim etmişdilər. Səfərov soyadı heç bir sənəddə qeyd edilməmişdir. Hətta Kərimin arvadı kimi göstərilən Səfərova Püstə, soyadının haradan götürdüyü naməlumdur. Onun uşaqları da Səfərov soyadını daşıyır. Halbuki atalarının Səfərov soyadı olmayıb. Deməli yad adamları onlara qohum kimi təqdim ediblər. X12 hazırkı mübahisəsi gedən mülk məxsus olubsa, o zaman onun ailəsinə (özü, arvadı, 6 övladı) 1975-ci ildə ev (8 km qəsəbəsində) verilməzdi. Bundan başqa 1986-cı ildə onun ailə üzvünə əlavə olaraq 4 mkr da 3 otaqlı ev verilməzdi. Onların evləri olmayıb ki, onlar mənzillə təmin ediliblər. 1975-ci ildə Fətəli qeydiyyatdan çıxarılır. Amma 1976-ci ildə qızı Bəxtiyarova Validə evə yenidən köçür. Onun evə daxil olma hüququ olmayıb. Amma cavabdehlər onların evə yenidən qayıtmasına göz yummaqları azmış, onları qohum kimi təqdim etmişdilər. Validə adlı şəxs 1970-ci ildən rayon üzrə milis idarəsində işləyir. Öz vəzifəsindən və əlaqələrindən istifadə etməklə tədricən onun mülkünü zəbt etmişdir. 1976-cı ildə Səfərov Abdulla və Validə ona məxsus evin qapısını açmış və ora ərinin qohumunun ailəsini buraxmışdır. Həmçinin evin içində olan atasına (Təhməzə) məxsus bütün sənədləri məhv etmişlər. 1984-cü ildə Validə onun ünvanına ərinin qohumu Bəxtiyarov Vidadini qanunsuz olaraq qeydiyyata salmışdır. Vəzifəli şəxs kimi səlahiyyətindən istifadə etməklə, hazırki iş üzrə cavabdehlərə qanunsuz təsir edən şəxslərdən Validənin kiçik qardaşı X7 da DİN-də məsul şəxs vəzifəsində işləyir, polkovnikdir. Validənin oğlu Bəxtiyarov Emin Ədliyyə Nazirlitinin Penitensiar Xidmətində işləyir. Polkovnik leytenant rütbəsindədir. Əldə etdiyi bütün sənədlərdə sadaladığı məlumatlar öz əksini tapıb. Bütün qanunsuzluqlara dövlət strukturları olmaqla cavabdehlər nəzarət etməli idilər. Amma reallıqda onların məsuliyyətsiz göstərmələri, özbaşınılıqların törədilməsinə zəmin yaratmışdır. Cavabdehlərin və qanunsuz məskunlaşan şəxslərin hərəkətlərindən polisə etdiyi şikayətlərə cavab olaraq mülki iş olması bildirilmişdir. Ona məxsus sahənin sənədlərində ardıcıllıqla onun və əjdadlarının adları qeyd edilmişdir. Onlardan kim harada və nə vəzifəsində işləyib. Məsələn: Atasının 2 oğlu olub. Amma əks tərəfin heç bir sənədi yoxdu. Amma ona məxsus sahəni zəbt ediblər. Haradan ona qohum olduqlarını təsdiq edə bilmirlər. Kimin əqrəbası olmaları naməlumdur. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində hazırda ünvanında problemlər davam edir. Sənədlər adında olduğu halda kənar şəxslər ona məxsus ünvanda yaşayır. Bundan başqa həyətini alt üst ediblər. Başqa ünvanda qeydiyyatda olan şəxslər də onun həyətində məskunlaşıb. Səbail İcra Hakimiyyəti ərazisinə qonşu olan bütün tikililərin damlarını düzəltdiyi halda onum damının düzəldilməsindən imtina etmişdir. Səbəb kimi “qohumlarının” etiraz etdiyini bildirmişdir. Bu və digər hallar cavabdehlərin qanunsuz hərəkətlərinin sübutudur. 2005-ci ildən indiyədək çoxsaylı məhkəmə araşdırmaları zamanı “qohum kimi” təqdim etdikləri kirayənişin qonşularının xeyrinə məhkəmə aktları qəbul edilmişdir ki, sonradan qohum olmadıqlarını üzə çıxardıqdan sonra müəyyən problemlərin həllində yenidən məhkəmə araşdırılmasının aparılmasının qeyri-mümkün olması halı ilə rastlaşmışdır. Qohum olmadıqları bildirilsə idi, indiyədək şəxslərin ünvanından çıxarılmasına nail ola bilərdi. Hətta evinə dair tam mülkiyyət sənədi də əldə etmiş olardı.
4. Məhkəmə iclasında izahat verən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.
5. Məhkəmə iclasında izahat verən cavabdeh Bakı şəhəri Cavabdeh1 nümayəndəsi iddianın rədd edilməsini xahiş etdi.
II. İddianın mümkünlüyü
6. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
7. Belə ki, iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir.
8. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.
11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır.
11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır.
17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.
9. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 03№-li Qərarına əsasən:
4. Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 4.1. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.
10. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçı hazırda cavabdehlərin üzərinə qohumluq əlaqələrinə dair məlumatlara düzəlişlər edilməsi öhdəliyinin qoyulmasını xahiş edir.
11. İddia ərizəsində irəli sürülən tələb inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbinə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalıdır.
12. Belə ki, qohumluq münasibətlərinin müəyyən edilməsi üçün məhkəmə qaydasında hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Belə bir faktın müəyyən edilməsi isə inzibati deyil, mülki mühakimə icraatı qaydasında həyata keçirilir.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1. şəxslərin qohumluq münasibətlərinin;
14. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 15-ci hissəsinə əsasən İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir (bənd 15.1). İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır (bənd 15.2). Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (bənd 15.3).
15. Odur ki, iddiaçıya müvafiq ərizə ilə ümumi məhkəməyə (yaşadığı yerin məhkəməsinə) müraciət etmək hüququ izah olunsun.
16. Odur ki, Ali Məhkəmənin Plenumunun istinad edilən qərarında (10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarının 8-ci bəndində) ifadə edilmiş hüquqi mövqeyə görə, belə tələblərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır.
17. İddiaçıya səmərəli hüquq müdafiə vasitəsi izah olunduğundan iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
18. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
19. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva