Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-78/2024 08.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə Bakı İnzibati Məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin qəbul etdiyi və iddiaçıya tətbiq etdiyi 276.115,85 manat əsas, 70.795,28 manat faiz, 260.00 manat maliyyə sanksiyası olmaqla ümumilikdə 347.171,12 manat məbləğində vergi, faiz və maliyyə sanksiyasına dair “tələbin icraya yönəldilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********425400 №-li qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslanıdırlmışdır ki, ixtisaslaşdırılmış mağazalarda qəzetlərin və dəftərxana ləvazimatlarının pərakəndə satışı ilə məşğul olmaq üçün xx.xx.2016-cı il tarixdə qanunla müəyyən edilmiş qaydada Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində fiziki şəxs kimi qeydiyyatdan keçmişdir. 19 iyun 2016-cı il tarixdə iddiaçı X8 ilə birlikdə bütün səlahiyyətlərini Bakı şəhəri 14 saylı notariat kontorunda təsdiq edilmiş və 7E- 8243 reyestr №-si ilə qeydə alınmış etibarnamə ilə 10 il müddətinə X1 vermişdir, ondan sonra iddiaçı fiziki şəxs kimi həmin fəaliyyətlə məşğul olmamışdır. Bundan sonra isə iddiaçı 17 mart 2017-ci il tarixdə X8 ilə birlikdə bütün səlahiyyətlərini Bakı şəhəri 14 saylı notariat kontorunda təsdiq edilmiş və 7E-3474 reyestr №-si ilə qeydə alınmış etibarnamə ilə 9 il 2 ay 24 gün müddətinə X4 və X2 vermişdir. İddiaçı fiziki şəxs kimi qeydə alındığı fəaliyyətlə heç vaxt məşğul olmamışdır. Lakin iddiaçı 19 mart 2021-ci il tarixdə Bakı şəhəri Nizami rayon İcra şöbəsinə dəvət edilərək cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini Samir Seyidəhmədlinin “tələbin icraya yönəldilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********425400 №-li qərarının surətini İcra Şöbəsindən həmin tarixdə aldıqdan sonra ona aydın olmuşdur ki, onun adına 1276.115,85 manat əsas, 70.795,28 manat faiz, 260.00 manat maliyyə sanksiyası olmaqla ümumilikdə 347.171,12 manat məbləğində vergi, faiz və maliyyə sanksiyası vergi borcum qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilmədiyinə görə cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini Samir Seyidəhmədlinin xx.xx.2021 -ci il tarixli, **********425400 №-li qərarı xx.xx.2021 -ci il tarixdən icraya yönəldilmiş və həmin tarixdən qüvvəyə minmişdir. İddiaçı fiziki şəxs kimi qeydiyyatdan keçdiyi fəaliyyətlə heç vaxt məşğul məşğul olmamış, bununla əlaqədar bütün səlahiyyətlərini sonuncu dəfə 17 mart 2017-ci il tarixdə X8 ilə birlikdə Bakı şəhəri 14 saylı notariat kontorunda təsdiq edilmiş və 7E-3474 reyestr №-si ilə qeydə alınmış etibarnamə ilə 9 il 2 ay 24 gün müddətinə X6 və X2 vermişdir. Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini Samir Seyidəhmədlinin xx.xx.2021 -ci il tarixli, **********425400 №-li qərarının surəti qanunla müəyyən edilmiş qaydada ona verilməmiş və qeyd edilən qərarın qəbulundan iddiaçının xəbəri olmamışdır. Ona görə də ümumilikdə 347.171,12 manat vergi, faiz və maliyyə sanksiyası vergi borcunun yaranmasında onun heç bir təqsiri yoxdur, həmin vergi borcunun hansı şəraitdə yaranmasından onun xəbəri olmamışdır, iddiaçı həmin borca görə məsuliyyət daşımır və qeyd olunan məbləğdə vergi borcunun ona heç bir aidiyyəti yoxdur. Lakin buna baxmayaraq cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini Samir Seyidəhmədlinin qəbul etdiyi “tələbin icraya yönəldilməsi haqqında” xx.xx.2021 -ci il tarixli, **********425400 JV»-li qərarına əsasən 276.1 15,85 manat əsas, 70.795,28 manat faiz, 260.00 manat maliyyə sanksiyası olmaqla ümumilikdə 347.171,12 manat vergi, faiz və maliyyə sanksiyasını ödəməyi Bakı şəhəri Nizami rayon İcra şöbəsi ondan tələb edir. Hesab edir ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini Samir Seyidəhmədlinin qəbul etdiyi 276.115,85 manat əsas, 70.795,28 manat faiz, 260.00 manat maliyyə sanksiyası olmaqla ümumilikdə 347.171,12 manat vergi, faiz və maliyyə sanksiyasına dair “tələbin icraya yönəldilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********425400 №-li №-li qərarı ona münasibətdə qanunsuz və əsassız olduğuna görə ləğv edilməlidir. Həmin qərarı qəbul edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini Samir Seyidəhmədli tərəfindən iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasında, Mülki Məcəlləsində, Mülki-Prosessual Məcəlləsində, digər qanunlarında, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan Hüquqlarının və X3 Haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuş mülkiyyət hüquqlarım kobud surətdə pozulmuşdur. Ona görə də yuxarıda şərh olunanlara əsasən hesab edir ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini Samir Seyidəhmədlinin qəbul etdiyi 276.115,85 manat əsas, 70.795,28 manat faiz, 260.00 manat maliyyə sanksiyası olmaqla ümumilikdə 347.171,12 manat vergi, faiz və maliyyə sanksiyasına dair “tələbin icraya yönəldilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********425400 №-li qərarının ləğv edilməsi üçün “mübahisələndirmə haqqında iddia” tələbi ilə aidiyyəti üzrə Bakı inzibati Məhkəməsinə müraciət edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra “İPM”) tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə növbəti məhkəmə iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. İş materiallarından görünür ki, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli məhkəmə iclaslarında iştirak edən iddiaçının vəkilinə, həmçinin xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkilinə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq hüquqi yardım edilərək, iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmişdir. Daha sonra iddiaçıya xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli hüquqi yardım məktubları göndərilərək qanunvericiliyin müvafiq tələbləri izah edilmiş və iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmişdir. İş materiallarından görünür ki, hüquqi yardım məktubunun göndərildiyi zərf “köçüb” qeydi ilə məhkəməyə geri qaytarılmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, məktublar iddiaçının iddia ərizəsində göstərdiyi ünvana (Bakı şəhəri, Nizami rayonu, ünvan 1dan köçməsi və məhkəmə sənədlərinin başqa ünvana göndərilməsi ilə bağlı məhkəməyə müraciət etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə iclasın yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş iddiaçının iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində məhkəmə iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən) ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə tərəfin izahatını dinləyərək, ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iddiaya İPM-in müddəalarına uyğun olaraq mümkün sayılmamalıdır. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır:
1. mümkünlük;
2. əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Hər bir inzibati iddianın mümkün sayılması üçün:
1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı;
2. iddia bilavasitə tələbə cavab verməli olan subyektə yönəldilməli;
3. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2, 35.1). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 8.1.2. mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İş materiallarından görünür ki, iddiaçı barəsində cavabdeh inzibati orqan tərəfindən **********034300 nömrəli, xx.xx.2019-cu il tarixli **********347000 nömrəli və xx.xx.2020-ci il tarixli **********664100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarlar qəbul edilmişdir. Daha sonra həmin qərarların icraya yönəldilməsi ilə bağlı cavabdeh inzibati orqan tərəfindən xx.xx.2021-ci il tarixli, **********425400 №-li qərarı “Tələbin icraya yönəldilməsi haqqında” Qərar qəbul edilmişdir. İş materiallarından görünür ki, iddiaçının hazırkı iddia tələbi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini Samir Seyidəhmədlinin qəbul etdiyi və iddiaçıya tətbiq etdiyi 276.115,85 manat əsas, 70.795,28 manat faiz, 260.00 manat maliyyə sanksiyası olmaqla ümumilikdə 347.171,12 manat məbləğində vergi, faiz və maliyyə sanksiyasına dair “tələbin icraya yönəldilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********425400 №-li qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsindən ibarətdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, iddiaçı iddia ərizəsində ona hesablanan vergi borcunun yaranmasında onun heç bir təqsiri olmadığını və heç bir məsuliyyət daşımadığını əsas gətirsə də, həmin vergi borcunun hesablanması ilə bağlı inzibati aktları deyil, qeyd edilən inzibati aktların icraya yönəldilməsi ilə bağlı qərarı mübahisələndirmişdir. Göstərilənlərə əsasən iddiaçı tərəfə edilən hüquqi yardıma və bununla bağlı iddiaçı tərəfin iştirak etdiyi məhkəmə iclaslarında edilmiş müzakirələrə baxmayaraq iddia tələbi iddiaçının nail olmaq istədiyi hüquqi marağa uyğun olaraq dəqiqləşdirilməmişdir. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçıya iddia tələbini dəqiqləşdirməsi (nail olmaq istədiyi hüquqi marağa uyğun olaraq konkretləşdirməsi) üçün kifayət qədər şərait yaradılsa da, iddia tələbini dəqiqləşdirməmiş və dəqiqləşdirilmiş iddia ərizəsini məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçının vəkilinə 14 fevral 2022-ci il və xx.xx.2023-cü il tarixlərində keçirilən məhkəmə iclasında hüquqi yardım göstərilmiş və bu məqsədlə məhkəmə iclasları təxirə salınmışdır. Lakin dəfələrlə məhkəmə iclasları təxirə salınmasına baxmayaraq iddiaçı tərəfindən tələbin dəqiqləşdirilməsi həyata keçirilməmişdir. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” 12 aprel 2017-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu xüsusi olaraq qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslar konstitusiya əhəmiyyətli məqsədlərə cavab verməli, hüquqi müəyyənlik və mütənasiblik prinsiplərinə uyğun olaraq məhkəmə qərarının ədalətliliyini, stabilliyini və tarazlığını pozmamalıdır. İddiaçının nail olmaq istədiyi hüquqi marağa uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmiş və bununla bağlı ona kifayət qədər şərait yaradılaraq vaxt verilməsinə baxmayaraq, o iddia tələbini dəqiqləşdirməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi iddiaçının hüquqi marağına uyğun dəqiqləşdirilmədiyindən mümkün sayıla bilməz. Əlavə olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. Göründüyü kimi, hazırkı halda iddiaçı iddia tələbini dəqiqləşdirmədiyindən, mübahisələndirmə haqqında iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan xüsusi mümkünlük şərtlərinin, yəni iddia qaldırmaq müddətinə əməl edilib-edilməməsinin yoxlanılmasına zərurət yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarı:2.3, 8.5 və 9-cu bəndlər: Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub- olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub- olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Nəzərə almaq lazımdır ki, müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarınının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Nəzərə alınmalıdır ki, müddətlə bağlı tələbə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzürsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə dövlət idarəçiliyində sabitliyi və hüquqi müəyyənliyi təhdid altına almaqda haqlı sayıla bilməzlər. İddiaçıya izah olunur ki, iddianın qeyri-mümkün sayılması mümkünlük şərtlərinə əməl etməklə yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-nin 80.1-ci maddəsinə əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
NƏTİCƏVİ HİSSƏ:
Göstərilənlərə əsasən və İPM-in 35, 80 və 85.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddiaçı iddia tələbi mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər.
Hakim Elvin Əliyev