Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-780/2020 18.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Emin Etibar oğlu Eminzadənin katibliyi, Cavabdehin nümayəndəsi X4 oglunun iştirakı ilə, iddiaçı X7 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi, qaçqın statusunun verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı X7 nümayəndəsi X3 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-225/1 saylı xx.xx.2019-cu il tarixli Qərarının qərarı qanunsuz hesab edilməsi, Əfqanıstan İslam Respublikasının vətəndaşı AkhlaqiMohammad Jumanın “qaçqın statusu verilməsi haqqında" vəsatəti təmin edilərək X10 “qaçqın" statusu verilməsi barədə qərarın qəbul edilməsi vəzifəsinin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2020-ci il tarixə təyin olunmuşdur. İddia ərizəsində bildirilmişdir ki, hazırkı iddia ərizəsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45-ci maddəsinə əsasən iddiaçı X11 tərəfindən cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı verilir. İddiaçı Əfqanıstan vətəndaşıdır, etnik mənsubiyyətinə görə Həzara, dini mənsubiyyətinə görə Şiədir. O, Qəzni vilayətində 1995-ci ildə anadan olub, qonşu kənddə orta təhsilini (12 sinif) başa vurduqdan sonra tibb ixtisası üzrə “Zaul ali təhsil müəssisəsi”ndə 7 il təhsil alıb və diplom alıb, lakin həkim kimi ixtisaslaşmaq üçün daha iki il əlavə təhsil almasına zərurət olduğu üçün təhsilini başa vurmayıb. Bir müddət “Vəhdəti islami” adlı təşkilatda ictimai işlərlə məşğul olub, daha sonra 2013-cü ildə X12 xəstəxanasında 2 ay həkim köməkçisi kimi işləyib, daha sonra “Meyvən” xəstəxanasının cərrahiyyə şöbəsində təcrübə keçib. 2017-ci ildə 4 ay əczaxanada işləyib. İddiaçı subaydır. 4 qardaşı və 3 bacısı var. İddiaçının dediyinə görə onun atası 20-ci əsrin 90-cı illərində Dağlıq Qarabaq müharibəsində iştirak edib. Kəndlərində yaşayan və həmin hadisələrin şahidi olan Rəşid Azəri adlı şəxsdən atasının Dağlıq Qarabağda şəhid olduğunu öyrənib. Hazırda İddiaçının ailəsi (anası və bacıqardaşları) öz kəndlərində yaşayır. İddiaçı Əfqanıstanda qeyri-stabil vəziyyət hökm sürdüyünə, tez-tez partlayışlar baş verdiyindən orada qalmaq istəmədiyini, həmçinin atasının məzarını tapmaq üçün 2019-cu ilin iyun ayında Azərbaycana gəlib. Təqib qorxusunun faktiki əsasları ondan ibarətdir ki, iddiaçı Əfqanıstan vətəndaşı və həzaradır. O, Qəzni vilayəti sakinidir. İddiaçı ümumi təhlükəsizlik səbəbindən Əfqanıstanda qala bilmir. Bu səbəbdən də o, ölkəsini tərk edib. Belə ki, hazırda ölkədə vəziyyət qeyri-stabildir və anti-həzara motivi olan talib silahlı qüvvələri bölgədə dominantlıq edirlər. İddiaçı 2019cu ilin iyun ayında Azərbaycana gəlib. 04 iyul 2019-cu ildə iddiaçı sığınacaq vəsatəti ilə müraciət edib. Dövlət Miqrasiya Xidməti onun vəsatətini ***-**** saylı iş nömrəsi ilə qeydiyyata alıb və iddiaçı ilə müsahibə aparıb. İddiaçı bildirib kı, o, Əfqanıstandakı ümumi zorakılıq səbəbindən ölkəsinə geri qayıtmaq istəmir. 03 oktyabr 2019-cu ildə cavabdeh İQ- 225/1 saylı qərarı ilə iddiaçının sığınacaq vəsatətini rədd edib. Cavabdeh qərarını onunla əsaslandırıb ki, iddiaçının əsaslı qorxusu mövcud deyil. 09 oktyabr 2019-cu ildə cavabdehin qərarı iddiaçıya təqdim edilib. Həmin qərardan iddiaçı inzibati şikayət verib, lakin şikayət təmin olunmayıb. Sonuncu qərar iddiaçıya 06 dekabr 2019-cu il tarixdə təqdim edilib. İddiaçı MirzaeeMohammadJafarin nümayəndəsi və vəkili X3 məhkəməyə göndərdiyi xx.xx.2020-ci il tarixli ərizəsində hazırki iddianı müdafiə edərək məhkəmə iclasına onun iştirakı olmadan baxıb qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edir ki, iddia təmin edilməməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.11-ci maddəsinə əsasən əlverişsiz (yükləyici) inzibati akt maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. İşin faktiki hallarından göründüyü kimi, 22 mart 1995-ci il təvəllüdlü milliyətcə həzarə Əfqanıstan İslam Respublikası vətəndaşı X11 17 iyul 2019-cu ildə Azərbaycan Respublikasına gəlmiş, 29 iyul 2019-cu ildə iddiaçı sığınacaq vəsatəti ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, adına ***-**** saylı saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş və onunla müsahibə keçirilmişdir.İddiaçı müsahibə zamanı tibb universitetində 7 il təhsil aldıgını, lakin ixtisaslamamış həkim oldugunu, 2013-cü ilin axırlarında işləməyə başladıgını, xəstəxanada 2 ay həkim köməkçisi kimi işlədiyini, sonra 6 ay cərrahiyyə şöbəsində təcrübə keçdiyini, sonra imtahanlara hazırlaşdığı üçün heç yerdə işləmədiyini, 2017-ci ilin axırlarında aptekdə 4 ay işlədiyini, bundan başqa Azərbaycana gələnə qədər uşaqları sünnət etdiyini, atasının 1990-cı illərdə Azərbaycanda Qarabağda şəhid oldugunu, ölkəsində anası, qardaş-bacılarının yaşadıqlarını, oradan tək olaraq qanuni yolla ƏİR-nın DİN Baş pasport idarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli xx.xx.2024-cü il tarixədək qüvvədə olan P02106866 nömrəli pasportla gəldiyini, təxminən 3 ildir ki, “Vəhdəti islami” partiyasının üzvü oldugunu, bu partiyanın ictimai fəaliyyətlə məşğul oldugunu, onun vasitəsilə yaşadığı bölgədə müəllimlər göndərilərək dərzilik öyrədildiyini, heç vaxt həbs olunmadıgını, xx.xx.2019-cu il tarixdə ölkəsindən çıxdıgını, sonra Azərbaycana viza almaq üçün 1 həftə Özbəkistanda qaldıgını, Heydər Əliyev aeroportu ilə Azərbaycana təyyarə ilə qanuni gəldiyini, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi, ev 55/1-də müvvəqəti qeydiyyata alındıgını, “Əfqanıstanı niyə tərk etmisiniz?” sualına “Azərbaycana atamın qəbrini tapmaq üçün həm də, Əfqanıstanda ümumi vəziyyətin pis olması, partlayışların olmasi ilə bağlı tərk etmişəm, mənim yaşadığım bölgədə vəziyyət çox çətindir, yollar təhlükəlidir. Onu da qeyd etmək istəyirəm ki, universitetdə oxuduğum zamanlar partlayış oldu, 4 nəfər tələbə yoldaşım gözümün qarşısında yandı, mən başımı itirdim, oradan uzaqlaşmaq üçün universitetin yaxınlığında olan toy salonuna tərəf qaçdım, gördüm ki, partlayışa məruz qalanlardan birinin əlləri salonun ortasına düşmüşdü, polis partlayış törədənin şəxsiyyətini müəyyənləşdirə bilmədi, çünki o özü də yanmışdı”, “Şəxsən sizi nə vaxtsa təhdid ediblərmi? sualına “Bəli, mən universitetdən tətil zamanı evə qayıdarkən taliblər 3 dəfə Cağuri yolunda məni yoxlayıblar, 2 dəfə üstümdən bir şey tapa bilmədilər, buraxdılar, 3-cü dəfə də bir şey tapa bilmədilər, lakin məni kabellə döydülər, axırda isə çiynimə tüfəngin qundağı ilə vurdular, indi də çiynimdə izi qalıb”, “Ailə üzvlərinizdən kimsə, nə vaxtsa təhdid edilibmi?” sualına “Xeyr”, “Əfqanıstanı tərk etməyinizin hər hansı bir başqa səbəbi də varmı?” sualına “Xeyr, başqa səbəb yoxdur. Səbəb Əfqanıstanda vəziyyətin çox çətin olması və atamın burada torpağa tapşırılmasıdır, biz heç vaxt atamın qəbrini görməmişik, qardaşım dedi ki, heç olmasa bir dəfə onun qəbrini ziyarət etmək lazımdır”, “Əfqanıstana qayıtmaq istəyirsinizmi?” sualına “Xeyr”, “Əgər Əfqanıstana qayıtsanız həyatınız üçün hansı təhlükə ola bilər?” sualına “Əfqanıstanda indi taliblər tərəfindən bizə təhlükə var, əsasən də Həzarələri çox incidirlər, biz sizinlə bir millətik, Ermənistan Azərbaycan ilə Qarabağ müharibəsi edərkən bizim bölgədən çox mücahid köməyə gəli, indi də onlardan biri bizim kənddə yaşayır, o Azərbaycanda döyüşdüyünə görə adına Rəşid Azəri deyirlər, o mənə atam haqqında müxtəlif məlumatlar verib, gah deyir gözündən yaralanmışdı, sonra yenidən döyüşüb şəhid olmuşdur, gah deyir atamın burda qəbri var, gah da deyir atam döyüş vaxtı yanıb meyidi ələ gəlməyib”, “Bizim təşkilatdan xahişiniz nədir?” sualına “Sizdən xahişim odur ki, atamın qəbrinin tapılmasında mənə köməklik edəsiniz, çünki mən axtarsam da tapa bilməmişəm, bir də mənim burada təhsilimi davam etdirməyimə köməklik göstərəsiniz” və hazırkı iddia ərizəsində göstərilən halları əsas gətirərək ona qaçqın statusunun verilməsini xahiş etmişdir. Cavabdeh orqanın 03 oktyabr 2019-cu il tarixli İQ-225/1 saylı qərarı ilə ərizəçi X6çqın statusu verilməsindən imtina edilmişdir. Bununla baglı məhkəmə qeyd edir ki, Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyası və onun 1967-ci il tarixli Protokolu altmış ildir ki, qaçqınların beynəlxalq himayəsi rejiminin təməlini təşkil edən əsas sənəd rolunu oynayırlar. 1950-ci ildə Birləşmiş Millətlər Təşkilatının Ali Komissarlığı təsis ediləndən və 1951-ci il Konvensiyası qəbul olunandan bəri ölkə sərhədlərini keçərək didərgin düşmüş şəxslər üçün beynəlxalq himayənin təmin edilməsi olduqca mürəkkəb qlobal vəzifə olaraq qalır. Konvensiyanın 1-ci maddəsinə görə “Bu Konvensiyanın məqsədləri üçün “qaçqın” anlayışı: irqinə, dininə, milliyyətinə, konkret sosial qrupa mənsubluğuna və ya siyasi rəyinə görə təqib ediləcəyinə dair əsaslı qorxunun olması səbəbindən vətəndaşı olduğu ölkədən kənarda olan və həmin qorxunun ucbatından bu ölkənin müdafiəsindən yararlanmaq istəməyən, yaxud vətəndaşlığı olmayan və yuxarıdakı səbəblərlə bağlı hadisələr nəticəsində adətən əvvəllər yaşadığı ölkədən kənarda olan və ya həmin səbəblərlə bağlı qorxu ucbatından oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən istənilən şəxsə şamil olunur.” Avropa Məhkəməsinin presedent hüququnda da bu məsələ beynəlxalq hüququn hamılıqla tanınan məsələsi hesab olunur ki, iştirakçı dövlətlər öz müqavilə öhdəliklərinə, o cümlədən Konvensiyadan irəli gələn öhdəliklərinə əməl etmək şərti ilə əcnəbilərin ölkəyə gəlişinə, yaşayış yerinə və ölkə daxilində yerdəyişmələrinə nəzarət etmək hüququna malikdirlər (Əbdüləziz, Kabales və X1rşı, 28 may 1985-ci il tarixli qərar, A seriyaları, c. 94, b. 67; və Bujlifa Fransaya qarşı, 21 oktyabr 1997-ci il tarixli qərar, Qərar və qərardadlar toplusu, 1997-Vİ, b. 42). Bundan əlavə, nə Konvensiya, nə də onun Protokolları siyasi sığınacaq hüququ vermir (bax: Vilvaraca və başqaları Birləşmiş Krallığa qarşı, 30 oktyabr 1991-ci il tarixli qərar, A seriyaları, c. 215, b. 102; və Əhməd Avstriyaya qarşı, 17 dekabr 1996-cı il tarixli qərar, Qərar və qərardadlar toplusu, 1996-Vİ, b. 38). İddiaçı Əfqanıstana qayıtdıgı təqdirdə Avropa Konvensiyasının 3-cü maddəsinə zidd olan rəftarın baş verəcəyinə dair real riskin mövcud olduğunu düşünmək üçün əsaslı səbəblərin oldugunu göstərmir. Bunların olub-olmadığını müəyyən edərkən Məhkəmə ona təqdim edilmiş, yaxud da öz təşəbbüsü ilə əldə etdiyi bütün materialları əsas kimi götürür (bax: H.L.R. Fransaya qarşı iş üzrə yuxarıda adı çəkilən qərar, b. 37; və X5rşı, ərizə N 45276/99, b. 60, AİHM 2001-İİ). Bu işlərdə real riskin mövcudluğunun Məhkəmə tərəfindən araşdırılması ciddi şəkildə aparılır (Çahalın işi üzrə qərar, b. 96). Barəsində şikayət edilən tədbir həyata keçiriləcəyi təqdirdə ərizəçinin 3-cü maddəyə zidd rəftara məruz qalacağına dair real riskin mövcud olduğunu düşünmək üçün əsaslı səbəblər olduğunu sübut etməyə qadir olan sübutların təqdim edilməsi prinsipcə ərizəçinin öhdəsinə düşür (bax: N. Finlandiyaya qarşı, ərizə N 38885/02, b. 167, 26 iyul 2005). Bu cür sübut təqdim edildikdə onunla bağlı hər hansı şübhələri dağıtmaq isə hökumətin öhdəsinə düşür. Qəddar rəftar riskinin olub-olmadığını müəyyən etmək üçün Məhkəmə ərizəçini onu qəbul edəcək ölkəyə göndərməyin öncədən görülə bilən nəticələrini araşdırır və bu zaman oradakı ümumi situasiyanı və ərizəçinin şəxsi vəziyyətini nəzərə alır (bax: Vilvaraca və başqalarının işi üzrə yuxarıda adı çəkilən qərar, b. 108, yekun hissə). Konkret ölkədəki ümumi situasiyanı araşdırmaq məqsədi ilə məhkəmə çox vaxt insan hüquqlarının müdafiəsi üzrə müstəqil beynəlxalq assosiasiyaların son dövrlərə aid hesabatlarında yer alan informasiyaya önəm verir (Çahalın işi üzrə qərar, b. 99-100; Müslim Türkiyəyə qarşı, ərizə N 53566/99, b. 67, 26 aprel 2005; Səid Niderlanda qarşı, ərizə N 2345/02, b. 54, 5 iyul 2005; və Əl-Moayad Almaniyaya qarşı (qərardad), ərizə N 35865/03, b. 65-66, 20 fevral 2007). Eyni zamanda, bir çox işlərdə Məhkəmə qərara alıb ki, sadəcə şəxsi qəbul edəcək ölkədə nizamsız situasiyanın olması səbəbindən qəddar rəftar ehtimalının mövcud olması özlüyündə 3-cü maddənin pozuntusuna səbəb olmur (bax: Vilvaraca və başqalarının işi üzrə yuxarıda adı çəkilən qərar, b. 111; və Fatqan Katani və başqaları Almaniyaya qarşı (qərardad), ərizə N 67679/01, 31 may 2001) və Məhkəmənin əlində ümumi situasiyanı təsvir edən mənbələr olduqda, onun konkret işdə ərizəçinin konkret iddialarını digər sübutlarla tutuşdurması tələb olunur (bax: Mamatkulov və Askarovun işi üzrə qərar, b. 73; və Müslimin işi üzrə qərar, b. 68). Ərizəçinin mütəmadi olaraq qəddar rəftar praktikasına məruz qalan qrupun üzvü olduğunu iddia etdiyi işlərdə Məhkəmə hesab edir ki, ərizəçi əvvəlki bənddə qeyd edilmiş mənbələrin əsasında zərurət yarandığı təqdirdə sözügedən praktikanın mövcud olduğunu və onun sözügedən qrupun üzvü olduğunu düşünmək üçün ciddi səbəblərin olduğunu sübut edərsə, o halda Konvensiyanın 3-cü maddəsinin müdafiə mexanizmi işə düşür (Salah Şixin işi üzrə qərar, b. 138-149). Hazırkı işdə ərizəçi digər bir səbəb kimi ölkəsini tərk etməsini dini etiqadına görə şiə həzarə olduğu üçün Əfqanıstanda qarşılaşdığı mənəvi və fiziki təzyiqlərlə əlaqələndirmiş, lakin özünün dini mənsubiyyətinə görə, məhz həzarə olduguna görə hər hansı cinayət təqibinə məruz qalması (polisdə saxlanılma, tavandan asma, zorlama ilə hədələmə, elektroşokun tətbiqi, başını suya salınması, döymə və bəndəni siqaretlə yandırma – bütün bunlar, şübhəsiz ki, 3-cü maddənin tələb etdiyi qəddarlıq səviyyəsinə çatan cəza praktikalarıdır, işgəncə və qəddar rəftar iddialarının səlahiyyətli orqanlar tərəfindən araşdırılmaması, şikayətlərinə baxmaqdan imtina edilməsi və məcburiyyət altında ittiham hökmlərini təmin etmək üçün alınmış etiraflardan istifadə edilməsi) barədə sübut ya dəlil gətirməmişdir. Yəni ərizəçi istinad etdiyi mənbələrdəki iddiaları ona aid təsdiq edən hər hansı sübut və ya məlumat təqdim etməyib. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı işdə ərizəçinin Əfqanıstan İslam Respublikasına qayıdacağı təqdirdə Konvensiyanın 3-cü maddəsinə zidd olan rəftara məruz qala biləcəyinə dair real riskin mövcud olduğunu düşünmək üçün əhəmiyyətli əsaslar gətirilməyib. Bu risk məhkəməyə təqdim olunan iş materialları əsasında da sübut olunmur. Ərizəçi həmçinin onun Konvensiyanın 8-ci və 13-cü maddələrinin iddia edilən pozuntusu (məsələn, ailəsini onunla birgə olmaqdan və onun yardımından məhrum edilməsi, ərizəçinin ailəsinin üzərinə hər-hansı qeyri-mütənasib və ya həddən artıq ağır vəzifənin qoyulması, ailə həyatına müdaxilənin digər formada baş verməsi) barədə hərhansı sübut ya dəlil gətirməyib, yalnız bəhailərin qeyri-adekvat mühitdə yaşamaqlarını ümumi formada ifadə edib. Əksinə olaraq o, Azərbaycana gəlməkdə başqa niyyətinlə oldugunu da, yəni atasının qəbrini tapmaq, habelə təhsilini davam etdirmək barədə fikirlər bildirmişdir ki, bu hallar da qaçqın statusunun verilməsinin nəinki əsası, ümumiyyətlə predmeti deyil. Beləliklə də ərizəçinin vəsatəti Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmiş və bu dəlillər Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Qaçqın" statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının 3-cü və 7-ci bəndlərinə əsasən onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, iddiaçıya qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmiş, bununla da Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-İQ-225/1 saylı xx.xx.2019-cu tarixli qərarına əsasən Əfqanıstan İslam Respublikasının vətəndaşı X6çqın statusu verilməsindən imtina edilməsi qərara alınmışdır. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”na əsasən “Qaçqın” statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində "Qaçqın” statusu verilməsi xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir. Həmin Qaydanın 13-cü bəndinə əsasən şəxsə "Qaçqın" statusu verilməsi və ya bundan imtina edilməsi barədə qərarı Dövlət Miqrasiya Xidməti "Qaçqın" statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir və bu barədə, imtina haqqında qərar qəbul edildikdə isə belə qərardan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilməsi hüququ göstərilməklə, həmin şəxsə və Daxili İşlər Nazirliyinə beş gün müddətində yazılı bildiriş göndərir. Məhkəmə qeyd edir ki, iddiaçının qaçqın statusu verilməsi ilə bağlı gətirdikləri dəlillər "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində "qaçqın"a verilən anlayışın tələbləri ilə əhatə olunmur. Həmçinin, işin faktiki hallarından da müəyyən edilir ki, X7 vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır, iddiaçının nə özü, nə də ailə üzvləri vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. Məhkəmə göstərilənləri və işin faktiki hallarını araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən ona qaçqın statusunun verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan zəruri faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı X7 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı İQ-İQ-225/1 saylı xx.xx.2019-cu tarixli qərarının qanunsuz hesab edilməklə, iddiaçıya qaçqın statusu verilməsi vəzifəsinin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və İPM-in 75 və 85-ci maddələrini rəhbər tuturaq, məhkəmə Qərara aldı: İddia təmin edilməsin. Qərarından təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-780/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-780/2020
18.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver