Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-780/2021 03.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, iddiaçının nümayəndəsi, eyni zamanda vəkili Vəkil (ünvan: ünvan 1 iş yeri və vəzifəsi: Bakı şəhəri 2 saylı Vəkil Bürosu, vəkil), cavabdehin nümayəndəsi X2 (ünvan: ünvan 2 və vəzifəsi: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin böyük hüquqşünası) iştirakları ilə, iddiaçı- İddiaçı MMC-nin cavabdeh - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdeh tərəfindən qəbul edilmiş 28 yanvar 2020-ci il tarixli, **********196626 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında Qərar”ın qərarının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddaya qarşı yazılı münasibəti (etirazı) 03.06.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmənin 18.06.2020-ci il tarixli qərardadı ilə iş üzrə qiymətləndirmə ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi “xxxx” (Konsaltinq xidmətləri) MMC və “xxxx” MMC-yə həvalə edilmişdir. 06.08.2020-ci il tarixdə “xxxx” (Konsaltinq xidmətləri) MMC-nin 01/391 nömrəli 15.07.2020-ci il tarixli Qiymətləndirmə Rəyi məhkəməyə daxil olmuşdur. 29.09.2020-ci il tarixdə “xxxx”nin QXM 321/M nömrəli 23.09.2020-ci il tarixli Qiymətləndirmə Rəyi məhkəməyə daxil olmuşdur. Məhkəmənin 21.10.2020-ci il tarixli qərardadı ilə iş üzrə mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. 29.12.2020-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25.12.2020-ci il tarixli 9/4746 nömrəli Ekspert Rəyi məhkəməyə daxil olmuşdur. Məhkəmənin 30.12.2020-ci il tarixli qərardadı ilə iş üzrə qiymətləndirmə ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi “xxxx” MMC-yə həvalə edilmişdir. 12.01.2021-ci il tarixdə “xxxx” MMC-nin 11.01.2021-ci il tarixli ƏEM/Y 16-016/21 nömrəli Ekspert Rəyi məhkəməyə daxil olmuşdur. Məhkəmənin 15.01.2021-ci il tarixli qərardadı ilə iş üzrə mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. 09.02.2021-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08.02.2021-ci il tarixli 9/344 nömrəli Ekspert Rəyi məhkəməyə daxil olmuşdur. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas 03.03.2021-ci il tarixə təyin olunmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın mübahisələndirmə iddia növünə aid olduğunu və iddiaçının hüquqi ünvanını nəzərə alaraq işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalı olduğunu qeyd edir. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtlərinə, o cümlədən prosessual müddətə əməl etmişdir. İddia ərizəsində bildirilmişdir ki, İddiaçı 29 sentyabr 2011-ci il tarixində qeydiyyatdan keçərək ********** saylı VÖEN almışdır. Müəssisənin əsas fəaliyyəti öz mülkiyyətində olan qeyri-yaşayış binasının hissələrinin müxtəlif ticarət sahələri ilə, biznes və ictimai iaşə fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin icarəsinə verərək gəlir əldə etməkdən ibarətdir. Fəaliyyətini həmin fiziki və hüquqi şəxslərlə aralarında bağlanmış “İcarə Müqavilə”-ləri əsasında həyata keçirirlər. Vergilər Nazirliyinin Bakı Şəhəri X5 üzrə Baş İdarəsinin 24 dekabr 2018-ci il tarixli, **********172480 saylı qərarına əsasən Vergilər Nazirliyinin Bakı Şəhəri X5 üzrə Baş İdarəsinin Səyyar Vergi yoxlamaları İdarəsinin İctimai İaşə və Xidmət Sahələri üzrə Şöbəsinin dövlət vergi müfəttişi 1-ci dərəcəli müfəttiş X3 tərəfindən “Mədən vergisi” - mart 2017-oktyabr 2018-ci illər, “Torpaq vergisi” - 2018-ci il, “Əmlak vergisi” - 2017-ci il, “Əlavə dəyər vergisi” - mart 2017-oktyabr 2018-ci illər, “Aksiz vergisi” - mart 2017-oktyabr 2018-ci illər, “Sadələşdirilmiş vergi” - 1-ci rüb 2017- 3-cü rüb 2018-ci illər, “Ödəmə mənbəyində tutulan vergi” - 1-ci rüb 2017-3-cü rüb 2018-ci illər, ödəmə mənbəyində tutulan vergi üzrə 1-ci rüb 2017-ci- 3-cü rüb 2018-ci illər, “Mənfəət vergisi” - 2017-ci il və “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi” - 2017-ci il üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə İddiaçındə növbədənkənar səyyar vergi yoxlaması həyata keçirilmişdir. Həmin vergi yoxlamasının nəticəsi olaraq Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı Şəhəri X5 üzrə Baş İdarəsi tərəfindən 03 dekabr 2019-cu il tarixli “Səyyar vergi yoxlaması Aktı **********172532” tərtib edilmişdir. 28 yanvar 2020-ci il tarixində cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi (bundan sonra cavabdeh vergi orqanı adlandırılacaq) qeyd edilən “Səyyar vergi yoxlaması aktı”-nın əsasında özünün **********196626 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında Qərar”-ını qəbul etmişdir, mübahisələndirilən 1 594 521,26 manat həcmində vergi məbləğlərini və onlara hesablanmış maliyyə sanksiyalarını İddiaçı MMC-nin “Şəxsi hesab vərəqəsi”-nə işləmiş və 03 mart 2020-ci il tarixində 766 006,33 manat həcmində pul vəsaitini sərəncam qoyaraq “YapıKredi Bank Azərbaycan”-da olan hesablaşma hesabdan silmişdir. Həmin Qərar 14 fevral 2020-ci il tarixində İddiaçınə rəsmi olaraq çatdırılmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1. maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Aşağıdakı səbəblərə görə hesab edir ki, mübahisələndirilən “Səyyar vergi yoxlaması aktı” qanunların tələbləri və işin faktiki halları nəzərə alınmadan qərəzli tərtib edilmişdir və onun əsasında cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında Qərar”-ı qanuna ziddir. Belə ki, vergi yoxlaması keçirilən zaman fəaliyyətimizlə əlaqədar bütün sənədlər, o cümlədən yoxlama ilə əhatə olunan 2017-ci və 2018-ci maliyyə illəri üzrə fiziki və hüquqi şəxslərlə aramızda bağlanmış “İcarə müqavilə”-ləri, bank və kassa sənədləri, gəlirdən çıxılan xərcləri təsdiq edən sənədlər və s. tərəfimizdən yoxlayıcıya təqdim edildiyi halda cavabdeh vergi orqanı buna əhəmiyyət verməmiş və İddiaçı MMC tərəfindən icarəyə verilmiş icarə obyektlərinin real bazar qiymətlərini müəyyən etmək məqsədi ilə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “xxxx” Birliyindən ekspert dəvət etmişdir. Bunun nəticəsi kimi 21 noyabr 2019-cu il tarixində həmin Birliyin eksperti X1 tərəfindən “Ekspert rəyi” tərtib edilmişdir. “Səyyar vergi yoxlaması aktı”-nın 6-cı səhifəsində qeyd edilir: “Ekspert tərəfindən təqdim edilmiş rəydə qeyd olunan icarə məbləğləri İddiaçı MMC ilə ticarət mərkəzində fəaliyyət göstərən digər vergi ödəyiciləri arasında bağlanmış icarə müqavilələri əsasında müəyyən edilmişdir.” Deməli yoxlayıcıya iddiaçı tərəfindən lazım olan bütün sənədlər təqdim edilmişdir. Müəssisəyə vergilərin səhv hesablanmasına 21 noyabr 2019-cu il tarixli “Ekspert rəyi” səbəb olduğu üçün ilk öncə həmin rəyə münasibət bildirmək istəyir. Həmin rəy bir-birini təkzib edən fikir yığmağından başqa bir sənəd deyil. Belə ki, rəyin “Qiymətləndirmənin keyfiyyət şəhadətnaməsi” hissəsində “Rəydə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən daşınmaz əmlaka aid internet səhifələrindən götürülmüş məlumatlar analiz olunmuşdur. Eyni zamanda ekspert qiymətləndirilən obyektin kriteriyalarına cavab verən obyektlər üzrə zəruri hesab etdiyi hər cür məlumatı şifahi formada üçüncü şəxslərdən əldə etmişdir.” Rəydə belə göstərilsə də ekspert həmin məlumatları rəyə əlavə etməmişdir. Bunun əksi olaraq rəyin “Müqayisəli yanaşma üzrə icarə haqqının hesablanması” bölməsində qeyd edilir: “Obyekt nə qədər çox unikal olursa, zəruri məlumatın kifayət miqdarda olmaması mümkünlüyü bir o qədər çox olur və bunun nəticəsi kimi müqayisəli yanaşma metodikasından istifadə daha mürəkkəbləşir.” İddiaçı ekspertin bu fikri ilə şərikdir. Belə ki, həqiqətən də İddiaçı MMC-yə məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Ə.Əliyev küçələrinin kəsişməsində yerləşən 7 mərtəbəli əyləncə və ticarət mərkəzinə oxşar həmin ərazidə heç bir obyekt yoxdur. Məhz bu səbəbə görə də orada icarəyə verilmiş obyektlərin yaxınlıqda yerləşən digər icarə obyektlərinin icarə haqqları ilə müqayisə edilməsi mümkün deyildir. Hətta onların əyləncə və ticarət mərkəzində bir mərtəbədə yerləşən obyektlərin icarə haqqlarını da müqaisə etmək olmaz. Belə ki, eyni mərtəbədə yerləşən obyektlərin yerləşmə yerləri, ölçüləri və icarəçinin şəxsi keyfiyyətləri icarə haqqlarına təsir göstərən faktorlardır. Ekspert öz rəyinə icarə haqqlarına dair cədvəl əlavə etmişdir. Heç bir əsas göstərmədən icarə haqqlarını ağlına gələn qədər artırmışdır. Obyektivliyinə dair görüntü yaratmaq məqsədi ilə yalnız dörd kiçik ölçülü icarə obyektləri üzrə icarə haqqlarını icarəçilərlə aralarında bağlanmış “İcarə müqavilə”-lərində olduğundan az göstərmişdir. Bunun nəticəsi olaraq “Ekspert rəyi”-ndə bir ay üzrə ƏDV nəzərə alınmadan 317 403,72 (üç yüz on yeddi min dörd yüz üç.72) manat həcmində icarə haqqları olduğundan artıq göstərilmişdir. Ekspertin gəldiyi bu səhv nəticəyə əsaslanaraq cavabdeh vergi orqanı tərəfindən müəssisəyə külli miqdarda vergilər hesablanmışdır. Aşağıdakı səbəblərə görə hesab edir ki, mübahisələndirilən “Səyyar vergi yoxlaması aktı” qanunların tələbləri və işin faktiki halları nəzərə alınmadan qərəzli tərtib edilmişdir və onun əsasında cavabdeh vergi orqanı tərəfindən 28 yanvar 2020-ci il tarixli, **********196626 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında Qərar”-ı qərəzli qəbul. Mənfəət vergisi üzrə: yuxarıda qeyd etdiyim kimi cavabdeh vergi orqanı 2017-ci il üzrə “Mənfəət vergisi”-ni hesablayarkən Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “xxxx” Birliyindən ekspertinin verdiyi 21 noyabr 2019-cu il tarixli “Ekspert rəyi”-nə istinad etmişdir. Həmin il üzrə İddiaçı MMC-nin gəlirləri 2 572 756,18 manat olduğu halda “Ekspert rəyi”-nə əsaslanaraq cavabdeh vergi orqanı müəssisəmizin gəlirlərinin 4 381473,62 manat olduğu qənaitinə gəlmişdir. Bundan sonra cavabdeh vergi orqanı bank köçürmələri və digər rəsmi sənədlərlə təsdiq edilən hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclərinin 2 521 466,18 manat olduğunu nəzərə almamış və heç bir səbəb göstərmədən həmin xərclərin səhv olaraq 1 694 571,74 manat olduğu qənaitinə gəlmişdir. Bunun nəticəsində cavabdeh vergi orqanı səhv olaraq müəssisəyə 2017-ci il üzrə “Mənfəət vergisi” növündə 537 380,38 manat həcmində vergi məbləği hesablamışdır. Kameral yoxlama ilə müəyyən edilmiş 111 327,68 manat məbləğində vergini nəzərə alan cavabdeh vergi orqanı yekun olaraq müəssisəyə 2017-ci il üzrə “Mənfəət vergisi” növündə 426 052,70 manat həcmində vergi məbləği hesablamışdır. Əlavə dəyər vergisi üzrə: 2017- ci ilin mart ayı və 2018-ci ilin oktyabr ayı üzrə İddiaçı MMC tərəfindən 4 537 957,99 manat ƏDV-siz dövriyyə, həmin məbləğə 2 158 125,67 manat əvəzlədirilən dövriyyə və 428 369,73 manat həcmində ƏDV hesablandığını nəzərə almayan cavabdeh vergi orqanı Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “xxxx” Birliyindən ekspertinin verdiyi 21 noyabr 2019-cu il tarixli “Ekspert rəyi”-nə istinad edərək həmin dövr üzrə səhv olaraq müəssisənin dövriyyəsinin ƏDV-siz 8 077 91 1,00 manat, 2 153 478,20 manat əvəzləndirilən dövriyyəsinin olduğunu müəyyən etmiş, həmin məbləğə 1 066 397,90 manat ƏDV hesablamış və müəssisə tərəfindən 428 369,73 manat ƏDV hesablandığını nəzərə alaraq yekun olaraq həmin dövr üzrə 638 028,17 manat həcmində ƏDV hesablamışdır. Göstərdiklərimə əsasən hesab edir ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı Şəhəri X5 üzrə Baş İdarəsi tərəfindən səhv olaraq tərtib edilmiş 03 dekabr 2019-cu il tarixli “Səyyar vergi yoxlaması Aktı N **********172532”nın əsasında cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş 28 yanvar 2020-ci il tarixli, **********196626 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında Qərar”-ı məhkəmə qaydasında ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, Vergilər Nazirliyinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 24.12.2018-ci il tarixli **********172480 nömrəli qərarına əsasən İddiaçı MMCnin 01.03.2017-ci ildən 31.10.2018-ci il tarixədək olan dövr üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama vergi ödəyicisinin nümayəndəsinin iştirakı ilə aparılmışdır. Səyyar vergi yoxlamasının nəticəsi 03.12.2019-cu il tarixli **********172532 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Yoxlama ilə əhatə olunan dövrdə 638.028,14 manat məbləğində ƏDVnin, 426.052,70 manat məbləğində mənfəət vergisinin az hesablandığı, 1600 manat məbləğində ödəmə mənbəyində tutulan verginin artıq hesablandığı müəyyən edilmiş, cəmi 1.064.080,84 manat məbləğində vergilərin azaldılmasına görə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 532.040,43 manat məbləğində maliyyə sanksiyalarının tətbiq edilməsi təklif edilmişdir. Yoxlama cəmiyyət tərəfindən müxtəlif fiziki və hüquqi şəxslərlə bağlanmış icarə müqavilələrinə, Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası "Azərekspertriza" Birliyi tərəfindən təqdim edilmiş ekspert rəyinə, cəmiyyət tərəfindən əldə edilmiş və təqdim edilmiş elektron vergi hesab fakturalarına əsasən aparılmışdır. Cəmiyyət yoxlama ilə əhatə olunan dövrdə (01.03.2017- 31.10.2018) faktiki olaraq sair işlərin görülməsi, xidmətlərin göstərilməsi, daşınmaz əmlakın icarəyə verilməsi fəaliyyəti ilə məşğul olmuşdur. Cəmiyyətin fəaliyyət göstərdiyi ünvan 4 ünvanında yerləşən obyektə baxışın keçirilməsi məqsədilə 15.04.2019-cu il tarixli **********180892 saylı "Səyyar vergi yoxlamasının keçirilməsi zamanı vergi ödəyicisinin ərazisinin, binalarının, habelə sənədlərin və əşyaların baxışının keçirilməsi haqqında” qərar çıxarılmış və 17.04.2019-cu tarixli vergi ödəyicisinin ərazisinə, binalarına, habelə sənədlərinə və əşyalarına baxışın keçirilməsi haqqında protokol tərtib edilmişdir. Baxışın keçirilməsi zamanı cəmiyyətin fəaliyyət göstərdiyi obyektdə stasionar obyektlərin və piştaxtaların fəaliyyət göstərdiyi müəyyən edilmişdir. Cəmiyyət tərəfindən icarəyə verilmiş obyektlərin icarə haqqının real bazar qiymətinin düzgünlüyünün müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası "Azərekspertriza" Birliyindən ekspert dəvət edilməsi üçün Vergi Məcəlləsinin 44-cü maddəsinə əsasən 06.03.2019-cu il tarixli **********178204 nömrəli "Ekspertizanın təyin edilməsi haqqında" Qərar çıxanlmışdır. Vergi Məcəlləsinin 14.3.2-ci maddəsinə əsasən cəmiyyət tərəfindən icarəyə verilmiş ünvan 4 ünvanında yerləşən obyektlərin və piştaxtaların 01.03.2017-ci il taixdən 31.10.2018-ci il tarixədək real icarə haqqı müəyyən edilərək bu barədə ekspert rəyi tərtib edilmişdir (rəyin surəti etiraza əlavə edilir). Ekspertə İddiaçı MMC-yə məxsus daşınmaz əmlakda yoxlanılan dövr ərzində fəaliyyət göstərən obyektlərin sahələri və icarə məbləğləri göstərilmiş cədvəl təqdim edilmişdir. Ekspertin qarşısında qoyulmuş sualın həlli ilə əlaqədar ekspert tərəfindən obyektə baxış keçirmişdir. Baxış zamanı obyektin Nərimanov metro stansiyasının yanında yerləşdiyi, həmin ünvanda 7 mərtəbəli zirzəmili qeyri-yaşayış binasının mövcud olduğu, ümumilikdə əyləncə obyekti kimi fəaliyyət göstərdiyi müəyyən edilmişdir. İcarə qiymətləri müəyyən edilər zaman, ticarət obyektinin mərtəbəliliyi, icarəyə verilən sahələrin ölçüləri, icarəyə verilən sahələrin mərtəbələrdə yerləşdiyi ərazilər, təqdim edilmiş icarə müqavilələri və icarə qiymətlərinə təsir edə biləcək bütün digər amillər ekspert tərəfindən analiz edilmiş, əmlakın kriteriyaları, icarə bazarında tələb və təkliflər nəzərə alınmışdır. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş elektron vergi hesab fakturalarına, Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası "Azərekspertriza" Birliyi tərəfindən təqdim edilmiş ekspert rəyinə əsasən, vergi ödəyicisi tərəfindən vergi öhdəliklərinin düzgün yerinə yetirilmədiyi müəyyən edilmişdir. Belə ki, vergi ödəyicisi tərəfindən təqdim olunmuş ƏDV bəyannamələrinə əsasən, 2017- ci ilin mart ayı üzrə 191.792,44 manat, aprel ayı üzrə 210.969,74 manat, may ayı üzrə 213.721,22 manat, iyun ayı üzrə 214.382,56 manat, iyul ayı üzrə 225.024,0 manat, avqust ayı üzrə 239.068,68 manat, sentyabr ayı üzrə 227.768,0 manat, oktyabr ayı üzrə 241.231,27 manat, noyabr ayı üzrə 211.633,5 manat, dekabr ayı üzrə 234.812,55 manat, 2018-ci ilin yanvar ayı üzrə 219.004,85 manat, fevral ayı üzrə 218.362 3 manat, mart ayı üzrə 228.652,32 manat, aprel ayı üzrə 245.025,25 manat, may ayı üzrə 245.102,9 manat, iyun ayı üzrə 231.134,17 manat, iyul ayı üzrə 234.530,45 manat, avqust ayı üzrə 231.096,0 manat, sentyabr ayı üzrə 236.841,49 manat, oktyabr ayı üzrə 237.833,9 manat ƏDV-siz dövriyyəsi olmuşdur. Yoxlanılan dövr üzrə ümumilikdə müəssisə tərəfindən 4.537.957,99 manat (ƏDV- siz) dövriyyə, həmin məbləğə 2.158.125,67 manat əvəzləşən dövriyyə göstərilmiş, 428.369,73 manat ƏDV hesablanmışdır. Yoxlama ilə isə müəssisənin 2017-ci ilin mart ayı üzrə 393.569,69 manat, aprel ayı üzrə 391.793,66 manat, may ayı üzrə 406.251,78 manat, iyun ayı üzrə 398.017,24 manat, iyul ayı üzrə 398.052,54 manat, avqust ayı üzrə 410.452,21 manat, sentyabr ayı üzrə 390.332,23 manat, oktyabr ayı üzrə 417.891,02 manat, noyabr ayı üzrə 393.626,05 manat, dekabr ayı üzrə 409.592,4 manat, 2018-ci ilin yanvar ayı üzrə 399.258,68 manat, fevral ayı üzrə 404.213,02 manat, mart ayı üzrə 400.731,88 manat, aprel ayı üzrə 417.530,31 manat, may ayı üzrə 417.644,43 manat, iyun ayı üzrə 407.644,43 manat, iyul ayı üzrə 406.844,61 manat, avqust ayı üzrə 410.855,31 manat, sentyabr ayı üzrə 410.505,97 manat, oktyabr ayı üzrə 408.173,91 manat ƏDV-siz dövriyyəsinin olduğu müəyyən edilmişdir. Eyni zamanda vergi ödəyicisi tərəfindən, 06.04.2018-ci il tarixli HS seriyalı 221307 nömrəli vergi hesab fakturası üzrə 144,0 manat əlavə dəyər vergisi məbləğinin qarşı tərəfin ƏDV depozit hesabına ödənilmədiyi, 01.05.2018-ci il tarixli HS seriyalı 581835 nömrəli vergi hesab fakturası üzrə 692.54 manat əlavə dəyər vergisinin təkrar daxil edildiyi müəyyən edilmiş və ümumilikdə 836,54 manat ƏDV məbləğinin azaldılmalı olduğu müəyyən edilmişdir. Yoxlama ilə 8.077.911,0 manat (ƏDV-siz) dövriyyənin, 2.153.478,2 manat əvəzləşdirilən dövriyyənin olduğu müəyyən edilmiş və vergi ödəyicisinin həmin məbləğə 1.066.397,9 manat ƏDV məbləğini hesablama öhdəliyinin olması müəyyən edilmişdir. Qeyd olunan dövr ərzində müəssisə tərəfindən təqdim olunmuş ƏDV bəyannamələrinə əsasən, Vergi Məcəlləsinin 159-cu maddəsinə uyğun olaraq 428.369,73 manat əlavə dəyər vergisinin hesablandığı nəzərə alınaraq, müəssisə tərəfindən 638.028,17 (1.066.397,9- 428.369,73) manat əlavə dəyər vergisinin azaldıldığı müəyyən edilmişdir. Bundan başqa cəmiyyət tərəfindən təqdim edilmiş 2017-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə gəlirləri 2.572.756,18 manat (daşınan və daşınmaz əmlakın icarəyə verilməsindən gəlir 2.572.756,18 manat), gəlirin əldə edilməsi ilə bağlı xərcləri 2.521.466,18 manat (əmək haqqı və ona bərabər tutulan ödəmələr 111.492,24 manat, sosial sığorta haqları 24.528,29 manat, xammal və materiallar 50.698,7 manat, enerji xərci 627.972,75 manat, qaz xərci 68.721,0 manat, yanacaq xərci 25.480,0 manat, su və kanalizasiya xərci 98.564,71 manat, rabitə xərci 54.890,0 manat, mühafizə xərci 215.500,0 manat, bank xidməti üzrə xərclər 16.210,70 manat, reklam xidməti üzrə xərclər 278.200,0 manat, bilavasitə malların təqdim edilməsi ilə bağlı sair xərclər 572.873,69 manat, amortizasiya ayırmaları 82.681,0 manat, sığorta üzrə xərclər 18.900,0 manat, digər xərclər 271.648,57 manat, gəlirdən çıxılan vergilər və yığımlar 3.104,53 manat (əmlak vergisi 3 104,53 manat )) təşkil etmişdir. 2017-ci il üzrə müəssisənin 51.290,0 manat vergiyə cəlb olunan mənfəəti olmuş və 10.258,0 manat mənfəət vergisi hesablamışdır. Cəmiyyət tərəfindən təqdim edilmiş 2017-ci ilin mənfəət vergisi bəyannaməsi kameral vergi yoxlaması ilə yoxlanılmışdır. Belə ki, kameral vergi yoxlaması ilə gəlirləri 2.572.756,18 manat, xərcləri 2.016.117,77 manat (əmək haqqı və ona bərabər tutulan ödəmələr 111.492,24 manat, sosial sığorta haqları 24.528,29 manat, xammal və materiallar 50.698,7 manat, enerji xərci 627.972,75 manat, qaz xərci 68.721,0 manat, yanacaq xərci 25.480,0 manat, su və kanalizasiya xərci 98.564,71 manat, rabitə xərci 54.890,0 manat, mühafizə xərci 215.500,0 manat, bank xidməti üzrə xərclər 16.210,70 manat, reklam xidməti üzrə xərclər 278.200,0 manat, bilavasitə malların təqdim edilməsi ilə bağlı sair xərclər 68.525,28 manat, amortizasiya ayırmaları 82.681,0 manat, sığorta üzrə xərclər 18.900,0 manat, digər xərclər 271.648,57 manat, gəlirdən çıxılan vergilər və yığımlar 3.104 53 manat (əmlak vergisi 3.104,53 manat)) təşkil etmişdir. 2017-ci il üzrə müəssisənin 556.638.41 manat vergiyə cəlb olunan mənfəəti oimuş və 111.327,68 manat mənfəət vergisi hesablamışdır. Səyyar vergi yoxlaması ilə müəssisənin gəlirləri Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının "Azərekspertriza" Birliyi tərəfindən təqdim edilmiş ekspert rəyinə, cəmiyyət tərəfindən təqdim edilmiş elektron vergi hesab fakturalara, xərcləri isə cəmiyyət tərəfindən əldə edilmiş elektron vergi hesab fakturalara əsasən müəyyən edilmişdir. Yoxlama ilə müəssisənin gəlirlərinin 4.381.473,62 manat xərclərinin 1.694.571,74 manat (əmək haqqı və ona bərabər tutulan ödəmələr 111.492,24 manat, sosial sığorta haqları 24.528,29 manat, xammal və materiallar 12.718,6 manat, enerji xərci 565.053,86 manat, qaz xərci 25.912,38 manat, su və kanalizasiya xərci 69.067,8 manat, rabitə xərci 36.019,26 manat, mühafizə xərci 207.500,0 manat, bank xidməti üzrə xərclər 16.210,7 manat, reklam xidməti üzrə xərclər 7.210,0 manat, bilavasitə malların təqdim edilmısi ilə bağlı xərclər 508.666,3 manat, amortizasiya ayırmaları 82.681,0 manat, digər xərclər 24.406,78 manat, gəlirdən çıxılan vergilər və yığımlar 3.104,53 manat (əmlak vergisi 3.104,53 manat)) təşkil etdiyi müəyyən edilmişdir. Yoxlama ilə 2017-ci il üzrə müəssisənin 2.686.901.88 manat vergiyə cəlb olunan mənfəətinin olduğu və 537.380,38 manat mənfəət vergisinin hesablamalı olduğu müəyyən edilmişdir. Beləliklə, müəssisə tərəfindən Vergi Məcəlləsinin 104-cü maddəsinə əsasən, 2017-ci il ildə 111.327,68 manat mənfəət vergisinin hesablandığını nəzərə alaraq, 426.052,7 manat mənfəət vergisinin azaldıldığı müəyyən edilmişdir. Həmçinin 1-ci rüb 2017-ci il ödəmə mənbəyində tutulan verginin yoxlanması zamanı cəmiyyət tərəfindən hesablanmış 1.600,0 manat ödəmə mənbəyində tutulan vergi məbləği təsdiqedici sənədlərlə öz təsdiqini tapmadığı üçün, həmin məbləğin artıq hesablandığı müəyyən edilərək iddiaçının şəxsi hesab vərəqəsindən azaldılması təmin edilmişdir. Göründüyü kimi, vergi ödəyicisi tərəfindən daşınmaz əmlakların icarəyə verilməsi üzrə təqdim olunmuş icarə haqqı ilə bağlı məbləğlər real göstəriciləri əks etdirmədiyindən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 14-cü maddəsinin tələbləri nəzərə alınmaqla, daşınmaz əmlaklara dair icarə haqları bazar qiyməti əsas götürülməklə, həmçinin cəmiyyət tərəfindən əldə edilmiş və təqdim edilmiş elektron vergi hesab fakturalarına əsasən iddiaçının vergi öhdəliklərini düzgün yerinə yetirmədiyi müəyyən edilmişdir. İddiaçı isə iddia ərizəsində cəmiyyət tərəfindən icarəyə verilmiş daşınmaz əmlakların icarə haqlarının ekspert tərəfindən müəyyən edilmiş bazar qiyməti ilə razı olmadığını qeyd edərək mübahisələndirdiyi qərarın qanunazidd olmaqla ləğv olunmasını xahiş etmişdir. Qeyd edək ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” 25 iyun 1998-ci il tarixli 510-İQ nömrəli Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi ilə qiymətləndirmə fəaliyyəti haqqında mövcud qanunvericilik çərçivəsində qiymətləndirmənin forma və metodlarını müstəqil seçmək, qiymətləndirmə keçirildiyi hallarda sifarişçidən zəruri olan sənədləri tələb etmək, əlavə məlumat və izahatlar almaq, dövlət və kommersiya sirləri istisna olunmaqla, qiymətləndirməni həyata keçirmək üçün zəruri hesab etdiyi hər cür məlumatı yazılı və ya şifahi formada üçüncü şəxslərdən almaq qiymətləndiricinin hüquqlarına aid edilmişdir. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsi əmlaka müqavilə əsasında, əvəzi ödənilməklə müddətli sahib olmanın və bundan istifadə etmənin icarə olduğunu müəyyən edir. Həmin Qanunun 8-ci maddəsinin 1-ci bəndinə əsasən icarə haqqının məbləği və ödənilməsi qaydası müqavilədə şərtləşdirilir. Eyni zamanda, Azəroaycan Respublikası Vergi Məcəlləsinin 14.6.1.8-ci maddəsi vergitutma məqsədləri, o cümlədən icarə haqqı məbləğindən tutulmalı olan verginin müəyyən edilməsi üçün bazar qiymətinin tətbiq olunmasını nəzərdə tutur. Belə ki, bu Məcəllənin 13.2.11-ci maddəsində “xidmət” malların təqdim edilməsi sayılmayan, nəticələri maddi ifadə kəsb edən fəaliyyət kimi göstərilmiş, Məcəllənin 14-cü maddəsi isə “xidmət” anlayışına icarəni daxil etməklə bu sahəyə də bazar qiymətinin tətbiqini mümkün etmişdir. Onu da qeyd edək ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14.6.4-cü maddəsinə əsasən, müəyyənləşdirilmiş bazar qiymətlərindən ancaq vergitutma məqsədləri üçün istifadə edilir və mallar (işlər, xidmətlər) qanunvericilikdə nəzərdə tutulmuş qaydada faktiki satış qiyməti ilə uçota alınır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh olunmasına dair” 12 yanvar 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14- cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” 12 mart 2012-ci il tarixli Qərarında da bu məsələyə münasibət bildirirək, qeyd olunan yanaşmanın beynəlxalq hüquqda da öz əksini tapdığını göstərərək qərarda qeyd edir ki, “İnsan hüquqları haqqında Ümumi Bəyannamə"nin 29-cu maddəsinin 2-ci bəndi, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında" Beynəlxalq Paktın 8-ci maddəsinin 1 "a” yarımbəndi və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi də ümumi rifah tələblərinin ödənilməsi, başqalarının hüquq və azadlıqlarının, eləcə də ümumi marağın qorunması məqsədilə müqavilə azadlığının məhdudlaşdırılmasın! mümkün edir. Sonuncu müddəa ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bildirmişdir ki, “ümumi maraq” anlayışı zəruri olaraq genişdir və Tərəf Dövlətlər öz vergi siyasətlər ini formalaşdırmaq və təşkil etmək, eləcə də vergilərin ödənilməsini təmin etmək üçün hazırlıq görmək məqsədilə müəyyən mülahizə sərbəstliyinə malikdirlər. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, əmlakın icarəyə verilməsindən əldə olunan gəlirə verginin hesablanması məqsədilə Vergi Məcəlləsinin 14-cü maddəsində nəzərdə tutulmuş bazar qiymətinin tətbiqi Mülki Məcəllənin 152.1 və 390-cı maddələrində təsbit eailmiş mülkiyyət hüququnu və müqavilə azadlığını pozmur. Qeyd olunanlardan da göründüyü kimi, iddiaçı tərəfindən icarəyə verilmiş daşınmaz əmlakların icarəyə verilməsindən əldə olunan gəlirlərin bazar qiyməti əsasında müəyyən edilməsi qanunvericiyilin tələbinə tam cavab verdiyindən iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən, vergi orqanları bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüququna malikdirlər. Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə əsasən, vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək, vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək vergi orqanlarının vəzifələrinə aid edilmişdir. Vergi Məcəlləsinin 70.3-cü maddəsinə görə, vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə görə, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, notarial qaydada təsdiq edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş “Kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında” şəhadətnaməyə əsasən İddiaçı MMC 29.09.2011-ci il tarixdə ********** nömrəli VÖEN ilə qeydiyyatdan keçmişdir. İş materiallarından görünür ki, Vergilər Nazirliyinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 24.12.2018-ci il tarixli **********172480 nömrəli qərarına əsasən İddiaçı MMC-nin 01.03.2017-ci ildən 31.10.2018-ci il tarixədək olan dövr üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama vergi ödəyicisinin nümayəndəsinin iştirakı ilə aparılmışdır. Səyyar vergi yoxlamasının nəticəsi 03.12.2019-cu il tarixli **********172532 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Yoxlama ilə əhatə olunan dövrdə 638.028,14 manat məbləğində ƏDV-nin, 426.052,70 manat məbləğində mənfəət vergisinin az hesablandığı, 1600 manat məbləğində ödəmə mənbəyində tutulan verginin artıq hesablandığı müəyyən edilmiş, cəmi 1.064.080,84 manat məbləğində vergilərin azaldılmasına görə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 532.040,43 manat məbləğində maliyyə sanksiyalarının tətbiq edilməsi təklif edilmişdir. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan qeyd edilən “Səyyar vergi yoxlaması aktı”-nın əsasında 28 yanvar 2020-ci il tarixli **********196626 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul etmişdir. İddiaçı tərəfindən 2017-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində MMC-nin daşınmaz əmlakların icarəyə verilməsindən gəlirinin 2572756,18 manat, həmin gəlirin əldə edilməsi ilə bağlı xərclərinin isə 2521466,18 manat olduğu bildirilmiş və nəticədə qeyd edilən dövriyyədən 10258 manat məbləğində mənfəət vergisi hesablanmışdır. Səyyar vergi yoxlmasıyla isə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “xxxx” Birliyi tərəfindən tərtib edilmiş 21.11.2019-cu il tarixli ekspert rəyi əsasında MMC tərəfindən icarəyə verilmiş daşınmaz əmlakların icarə haqqlarının real bazar qiymətləri üzrə iddiaçının gəlirinin 4381473,62 manat olduğu müəyyən edilmişdir. Eləcə də yoxlanılan dövr üzrə MMC tərəfindən təqdim edilmiş bəyannamələrdə onun əlavə dəyər vergisi tutulan dövriyyəsinin ümumilikdə 4537957,99 manat, əvəzləşdirilən dövriyyəsinin 2158125,97 manat olduğu qeyd edilmiş və nəticədə cəmi 428369,73 manat məbləğində əlavə dəyər vergisi hesablanmışdır. Səyyar vergi yoxlmasıyla isə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “xxxx” Birliyi tərəfindən tərtib edilmiş 21.11.2019-cu il tarixli ekspert rəyi əsasında icarəyə verilmiş daşınmaz əmlakların icarə haqqlarının real bazar qiymətləri üzrə MMC-nin əlavə dəyər vergisi tutulan dövriyyəsinin ümumilikdə ******* manat olduğu müəyyən edilmişdir. Göründüyü kimi yoxlama zamanı Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “xxxx” Birliyi tərəfindən tərtib edilmiş 21.11.2019-cu il tarixli ekspert rəyi MMC-yə yoxlama ilə həm mənfəət vergisi, həm də əlavə dəyər vergisi üzrə əlavə vergi məbləğlərinin hesablanmasına əsas olmuşdur. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “xxxx” Birliyi tərəfindən tərtib edilmiş 21.11.2019-cu il tarixli ekspert rəyinin nəticələri ilə razı olmadığını, rəydə reallığa uyğun olmayan və heç bir əsas göstərilmədən icarə haqqları üzrə məbləğlərin müəyyən edildiyini bildirmiş, o cümlədən iş üzrə ekspertizanın təyin edilməsinə dair vəsatət təqdim etmişdir. İPM-in 12.1-ci maddəsinə əsasən məhkəmə iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə xidməti vəzifəsindən irəli gələrək qiymətləndirmə ekspertizanın təyin olunmasını zəruri hesab etmiş, eləcə də mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmasının təmin edilməsi və obyektiv qiymətləndirilməsi məqsədi ilə yoxlanılan dövrdə iddiaçıya məxsus obyektlərin bazar qiymətinə uyğun icarə məbləğinin müəyyən edilməsi üçün qiymətləndirmə ekspertizasını iki ayrı müəssisənin “xxxx” (Konsaltinq xidmətləri) MMC-nin və “xxxx” MMC-nin mütəxəssislərinə həvalə etmişdir. Ekspertiza qarşısında aşağıdakı sual qoyulmuşdur: Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Ə.Əliyev küçələrinin kəsişməsi ünvanında yerləşən İddiaçı MMC tərəfindən icarəyə verilmiş obyektlərin (müvafiq siyahı üzrə) 01.03.2017- 31.10.2018-ci illər üzrə ayrı-ayrılıqda aylıq icarə haqlarının bazar qiymətinin neçə manat təkil etməsi müəyyən edilsin. İş materiallarından görünür ki, “xxxx” (Konsaltinq xidmətləri) MMC tərəfindən təqdim edilmiş 15.07.2020-ci il tarixli 01/391 nömrəli ekspert rəyində İddiaçı MMC tərəfindən icarəyə verilmiş obyektlərin aylıq icarə haqqının qiymətinin 230117 manat (ƏDV daxil olmadan) məbləğində, “xxxx” MMC tərəfindən təqdim edilmiş 23.09.2020-ci il tarixli QXM321/M nömrəli qiymətləndirmə rəyində isə İddiaçı MMC tərəfindən icarəyə verilmiş obyektlərin aylıq icarə haqqının qiyməti 423034 manat məbləğində müəyyən edildiyi qeyd edilmişdir. Həmçinin 21.10.2020-ci il tarixli qərardad ilə təyin edilmiş mühasibatlıq ekspertizası ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib edilmiş 25.12.2020-ci il tarixli 9/4746 nömrəli ekspert rəyi məhkəməyə təqdim edilmiş və 9/4746 nömrəli rəydə “xxxx” (Konsaltinq xidmətləri) MMC tərəfindən təqdim edilmiş 15.07.2020-ci il tarixli 01/391 nömrəli mütəxəssis rəyində İddiaçı MMC tərəfindən icarəyə verilmiş obyektlərin aylıq icarə haqqının qiymətinin ƏDV-siz 230117 manat olduğu qeyd edildiyi halqa, “xxxx” MMC tərəfindən təqdim edilmiş 23.09.2020-ci il tarixli QXM321/M nömrəli qiymətləndirmə rəyində İddiaçı MMC tərəfindən icarəyə verilmiş obyektlərin aylıq icarə haqqının qiymətinin 423034 manat məbləğində müəyyən edildiyi, lakin bu qiymətə ƏDV-nin daxil edilib-edilmədiyinin göstərilmədiyi bildirilmiş, bu ziddiyətlərin olması səbəbindən İddiaçı MMC tərəfindən dövlət büdcəsinə ödənilməli olan vergilərin müəyyən edilməsinin mümkün olmadığı qeyd edilmişdir. Həmçinin 9/4746 nömrəli rəydə yuxarıda qeyd edilən ziddiyətlərin həll olunduğu halda ekspertiza qarşısında qoyulmuş suallar üzrə tədqiqatın aparılaraq rəy verilə bilinəcəyi göstərilmişdir. Beləliklə məhkəmə işin yuxarıda sadalanan xüsusatlarını nəzərə alaraq, iddiaçı tərəfindən icarəyə verilmiş obyektlərin aylıq icarə haqlarının bazar qiymətinin müəyyən edilməsi üçün yenidən ekspertizanın keçirilməsini zəruri hesab etmiş və müvafiq qərardadla qiymətləndirmə ekspertizası təyin edərək qiymətləndirmənin keçirilməsini “xxxx” MMC-nin mütəxəssislərinə həvalə edilmişdir. Ekspertiza qarşısında aşağıdakı sual qoyulmuşdur: Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Ə.Əliyev küçələrinin kəsişməsi ünvanında yerləşən İddiaçı MMC tərəfindən müxtəlif hüquqi və fiziki şəxslərin icarəsinə hər bir obyektin 01.03.2017- 31.10.2018-ci illər üzrə ayrı-ayrılıqda aylıq icarə haqlarının (ƏDV daxil) bazar qiymətinin neçə manat təkil etməsi müəyyən edilsin. “xxxx” MMC tərəfindən təqdim edilmiş 11.01.2021-ci il tarixli ƏEM/Y 16- 16/21nömrəli ekspert rəyində İddiaçı MMC tərəfindən icarəyə verilmiş obyektlərin aylıq icarə haqqının qiyməti ƏDV daxil olmadan 252238 manat məbləğində müəyyən edildiyi qeyd edilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün iddiaçı tərəfindən icarəyə verilmiş daşınmaz əmlakların icarə haqqlarının real bazar qiymətlərinin müəyyən edilməsi məqsədi ilə üç ayrı qiymətləndirici təşkilatın ekspert rəyləri əldə edilmiş, bunlardan “xxxx” MMC tərəfindən təqdim edilmiş 23.09.2020-ci il tarixli QXM321/M nömrəli qiymətləndirmə (ekspert) rəyi tam olmadığı üçün sübut kimi qiymətləndirilməmişdir. Məhkəmə “xxxx” Birliyinin 21.11.2019-cu il tarixli ekspert rəyini mötəbər sübut kimi qiymətləndirməyərək qeyd edir ki, ekspert internet səhifəsində yerləşdirilmiş hər hansı istinadı olmayan və rəsmi hesab edilməyən, eləcə də vergi orqanı üçün eyni dərəcəli əlçatan məlumatlardan istifadə etməklə rəy tərtib etmişdir. Ekspert gəldiyi nəticədə indternetdə verilmiş elanlara (oferta) istinad etmişdir ki, bu da hələ həmin elanlarda göstərilən qiymətlərlə icarə müqaviləsinin bağlanması və ya bağlanacağı hesab olunmur. Yəni ekspert oferta kimi təqdim edilən məlumatlar əsasında rəy tərtib etmiş, cavabdeh vergi orqanı isə həmin rəyi əsas götürərək iddiaçıya vergi hesablamışdır. Halbuki yuxarıda da qeyd edildiyi kimi “xxxx” Birliyinin 21.11.2019-cu il tarixli ekspert rəyi ümumiyyətlə əsaslandırılmamış, belə olan təqdirdə isə rəyin formallığı cavabdehə məlum idi yaxud məlum olmalı idi. Nəticədə ekspert rəyinin vergi ödəyicisi üçün açıq aşkar əlverişli olmayan nəticələrə səbəb olacağı vergi orqanına məlum olsa da, vergi orqanı vergi ödəyicisi üçün əlverilşli olan halları araşdırmamış, yalnız vergi ödəyicisinin vəziyyətini ağırlaşmasına yönəlmiş sübutları mötəbər sübut kimi qiymətləndirərək əsassız vergi hesablamışdır. Həmçinin “xxxx” Birliyi tərəfindən tərtib edilmiş və hesablamaya əsas olmuş 21.11.2019-cu il tarixli ekspert rəyi ilə müəyyən edilmiş daşınmaz əmlakların icarə haqqlarının məbləğləri real bazar qiymətindən yüksəkdir. Belə ki, səyyar vergi yoxlması zamanı Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “xxxx” Birliyi tərəfindən tərtib edilmiş və hesablamaya əsas olmuş 21.11.2019-cu il tarixli ekspert rəyi ilə müəyyən edilmiş daşınmaz əmlakların icarə haqqlarının bazar qiymətləri yuxarıda qeyd edilən digər qiymətləndirici təşkilat tərəfindən müəyyən edilmiş bazar qiymətlərindən kəskin fərqlənir. 21.11.2019-cu il tarixli ekspert rəyi ilə müəyyən edilmiş daşınmaz əmlakların icarə haqqlarının bazar qiymətləri digər ekspert rəylərində təsbit edilmiş qiymətlərdən dəfələrlə çox göstərilmişdir. Halbuki, “xxxx” (Konsaltinq xidmətləri) MMC və “xxxx” MMC tərəfindən aparılmış tədqiqat nəticəsində az fərqlənən, bir-birinə yaxın hesab edilə biləcək nəticələr əldə edilmişdir. Hətta məhkəmə tərəfindən sübut kimi qiymətləndirilməmiş “xxxx” MMC tərəfindən təqdim edilmiş 23.09.2020-ci il tarixli QXM321/M nömrəli qiymətləndirmə (ekspert) rəyində müəyyən edilən daşınmaz əmlakların icarə haqqlarının bazar qiymətləri ilə Ticarət və Sənaye Palatası “xxxx” Birliyi tərəfindən tərtib edilmiş 21.11.2019-cu il tarixli ekspert rəyi arasında kəskin qiymət fərqi mövcuddur. Ekspertin yuxarıda da qeyd edildiyi kimi, oferta hesab ediləcək məlumatlara istinad etməsi, müqayisə edilən qeyri-yaşayış sahələrinin iqtisadi cəhətdən eyni dərəcədə səmərəli olub-olmadığı, yerləşdiyi yerin əlverişlilik cəhətdən fərqli olub-olmadığı araşdırılmadığından “xxxx” Birliyi tərəfindən tərtib edilmiş 21.11.2019-cu il tarixli ekspert rəyini məhkəmə mötəbər sübut kimi qiymətləndirmir. Məhkəmə “xxxx” MMC-nin 11.01.2021-ci il tarixli ƏEM/Y 16-16/21nömrəli ekspert rəyində müəyyən edilən icarə haqqlarını əsas götürməklə vergilərin hesablanmasını daha ədalətli hesab edir. Daha sonra, iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin olunmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib edilmiş 08.02.2021-ci il tarixli 9/344 nömrəli ekspert rəyi məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08.02.2021-ci il tarixli 9/344 nömrəli Ekspert Rəyində göstərilmişdir: Rəyin tədqiqi hissəsində göstərildiyi kimi, səyyar vergi yoxlamasının əhatə etdiyi 01.03.2017-ci il tarixdən 31.10.2018-ci il tarixədək olan dövr üzrə İddiaçı MMC-yə məxsus ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin avadanlıqla təchiz edilmədən, yaxşılaşdırma, təmir və tikinti işləri aparılmadan 1 noyabr 2015-ci il tarixdən 1 noyabr 2018-ci il tarixədə ünvan 8 ünvanında yerləşən obyektlərin və piştaxtaların 01.03.2017-ci il tarixdən 31.10.2018-ci il tarixədək olan dövr üzrə “xxxx” MMC-nin 15 07 2020-ci il tarixli, 01/391 saylı və “xxxx” MMC-nin ƏEM/Y 16-016/21 nömrəli 11.01.20201-ci il tarixli ekspert rəylərində orta bazar icarə qiymətləri əsas götürülməklə İddiaçı MMC tərəfindən yoxlanılan dövr üzrə ƏDV və Mənfəət vergiləri növündə hesablanmış və dövlət büdcəsinə ödənilməkdən yayındırılmış vergilər aşağıdakı kimi müəyyən edilir: Mənfəət vergisi üzrə: “xxxx” MMC-nin 15.07.2020-ci il tarixli, 01/391 saylı ekspert rəyinə əsasən ünvan 8 ünvanında yerləşən obyektlərin və piştaxtaların 01.03.2017-ci il tarixdən 31.10.2018-ci il tarixədək olan dövr üzrə ƏDV-siz aylıq icarə haqqı 230117,0 manat məbləğində olduğu nəzərə alınmaqla; - 2017-ci ildə ümumi gəlir 2761404,0 manat, xərclər 2521466,18 manat, vergiyə cəlb olunan mənfət 239937,82 manat, mənfəət vergisi 47987,56 manat hesablanır. Yəni müəssisə tərəfindən 2017-ci üzrə dövlət büdcəsinə hesablanmış 10258,0 manat nəzərə alınmaqla tədqiqatla müəssisə tərəfindən 2017-ci il üzrə 37729,56 (47987,56 - 10258,0) məbləğində mənfəət vergisinin dövlət büdcəsinə az hesablanması müəyyən edilir. “xxxx” MMC-nin ƏEM/Y 16-016/21 nömrəli 11.01.20201-ci il tarixli ekspert rəyinə əsasən ünvan 8 ünvanında yerləşən obyektlərin və piştaxtaların 01.03.2017-ci il tarixdən 31.10.2018-ci il tarixədək olan dövr üzrə ƏDV-siz aylıq icarə haqqı 252238,0 manat məbləğində olduğu nəzərə alınmaqla; -2017-ci ildə ümumi gəlir 3026856,0 manat, xərclər 2521466,18 manat, vergiyə cəlb olunan mənfət 505389,82 manat, mənfəət vergisi 101077,96 manat hesablanır. Yəni müəssisə tərəfindən 2017-ci üzrə dövlət büdcəsinə hesablanmış 10258,0 manat nəzərə alınmaqla tədqiqatla müəssisə tərəfindən 2017-ci il üzrə 90819,96 (101077,96 - 10258,0) məbləğində mənfəət vergisinin dövlət büdcəsinə az hesablanması müəyyən edilir. Əlavə dəyər vergisi üzrə: “xxxx" MMC-nin 15.07.2020-ci il tarixli, 01/391 saylı ekspert rəyinə əsasən ünvan 8 ünvanında yerləşən obyektlərin və piştaxtaların 01.03.2017-ci il tarixdən 31.10.2018-ci il tarixədək olan dövr üzrə ƏDV-siz aylıq icarə haqqı 230117,0 manat məbləğində olduğu nəzərə alınmaqla; Yoxlamanın əhatə etdiyi 01.03.2017-ci il tarixdən 31.10.2018-ci il tarixədək olan dövr ərzində ümumi dövriyyə 4602340,0 (ƏDV-siz) manat, iş materiallarına əsasən 2153478,2 manat əvəzləşdirilən dövriyyə müəyyən edilmiş və həmin məbləğə 440795,12 manat (4602340,0 - 2153478,12 x 18%) ƏDV hesablanır. Yəni, hazırki tədqiqatla yoxlamanın əhatə etdiyi dövr üzrə bəyan edilmiş 428369,73 manat nəzərə alınmaqla müəssisə tərəfindən 12425,39 (440795,12 - 428369,73) manat məbləğində əlavə dəyər vergisinin dövlət büdcəsinə az hesablanması müəyyən edilir. “xxxx" MMC-nin ƏEM/Y 16-016/21 nömrəli 11.01.20201-ci il tarixli ekspert rəyinə əsasən ünvan 8 ünvanında yerləşən obyektlərin və piştaxtaların 01.03.2017-ci il tarixdən 31.10.2018-ci il tarixədək olan dövr üzrə ƏDV-siz aylıq icarə haqqı 252238,0 manat məbləğində olduğu nəzərə alınmaqla; Yoxlamanın əhatə etdiyi 01.03.2017-ci il tarixdən 31.10.2018-ci il tarixədək olan dövr ərzində ümumi dövriyyə 5044760,0 (ƏDV-siz) manat iş materiallarına əsasən 2153478,2 manat əvəzləşdirilən dövriyyə müəyyən edilmiş və əmin məbləğə 520430,72 manat (5044760,0-2153478,12 x 18%) ƏDV hesablanır. Yəni, hazırki tədqiqatla yoxlamanın əhatə etdiyi dövr üzrə bəyan edilmiş 428369,73 manat nəzərə alınmaqla müəssisə tərəfindən 92060,99 (520430,72 - 428369,73) manat məbləğində əlavə dəyər vergisinin dövlət büdcəsinə az hesablanması müəyyən edilir. Məhkəmə vergi orqanı tərəfindən keçirilmiş səyyar vergi yoxlması ilə bağlı həmçinin aşağıdakıları da qeyd etməyi zəruri hesab edir. İddiaçı tərəfindən 2017-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində gəlirin əldə edilməsi ilə bağlı xərclərinin 2521466,18 manat olduğu bildirilsə də, səyyar vergi yoxlması ilə həmin xərclərin cəmiyyət tərəfindən əldə edilmiş elektron vergi hesab fakturalara əsasən 2016117,77 manat təşkil edildiyi müəyyən edilmişdir. Həmçinin əlavə dəyər vergisi üzrə də əlavə hesablama aparılarkən yoxlanılan dövr üzrə MMC tərəfindən təqdim edilmiş bəyannamələrdə əvəzləşdirilən dövriyyəsinin 2158125,97 manat olduğu qeyd edilsə də, səyyar vergi yoxlması ilə MMC-nin əvəzləşdirilən dövriyyəsinin 2153478,2 manat təşkil edildiyi müəyyən edilmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, nə səyyar vergi yoxlaması aktında, nə də iddia ərizəsinə dair etirazda MMC tərəfindən bəyan edilmiş xərclərin vergi orqanı tərəfindən qəbul edilməməsinin, eləcə də MMC-nin əlavə dəyər vergisi üzrə əvəzləşdirilən dövriyyəsinin bir hissəsinin nəzərə alınmamasının səbəbi əsaslandırılmamışdır, eləcə də bununla bağlı hər hansı sənədə istinad edilməmişdir. Hazırki iddia növünə görə mübahisələndirmə haqqında iddialara aiddir. Bu növ iddialarda mübahisələndirirlən inzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. Cavabdeh vergi orqanının mübahisləndirilən qərarının qanuniliyi araşdırılarkən məlum olmuşdur ki, həmin inzibati akt qəbul edilərkən qanunvericiliyin forma və icraat ilə bağlı bir sıra müddəaları pozulmuşdur. Belə ki, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun: 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2-ci maddəsində əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. İşin materiallarından görünür ki, MMC tərəfindən bəyan edilmiş mənfəət vergisi üzrə gəlirin əldə edilməsi ilə bağlı xərclərinin və əlavə dəyər vergisi üzrə əvəzləşdirilən dövriyyəsinin bir hissəsinin qəbul edilməməsi ilə bağlı səyyar vergi yoxlaması aktında, habelə 28.01.2020-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarda işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar,habelə aktı qəbul edərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməmiş, əlavə vergi öhdəliyinin hesablanması əsaslandırılmamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən: Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Bu baxımdan cavabdehin mübahisəli qərarı iddiaçıya münasibətdə icraatla bağlı müddəalara riayət olunmadan qəbul edilmiş qanunsuz əlverişsiz (yükləyici) inzibati aktdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair“ 12.03.2012-ci il tarixli Qərarında qeyd edilir ki, Avropa Məhkəməsinin hüquqi mövqeyindən görünür ki, icarə münasi-bətlərindən əldə olunan gəlirdən verginin tutulması üçün bazar qiymətinin tətbiq edilməsi vergidən yayınmanın baş verməsinə dair ciddi əsasların mövcudluğunu tələb edir. Belə ciddi əsasların mövcudluğunu təsdiq edə biləcək sübut etmə vasitələri ilə bağlı vergi orqanı, ilk növbədə, hər bir konkret işə onun fiziki, hüquqi və iqtisadi xüsusi hallarını nəzərə almaqla fərdi yanaşmalıdır. Bu məqsədlə vergi orqanı “İcarə haqqında” Qanunun 8-ci maddəsinin 1-ci bəndində göstərilən hallar, yəni icarə ödənişinin məbləğinin icarəyə götürülən əsas fondların dəyəri və vəziyyəti, müəssisənin inkişaf perspektivləri və digər amillər, habelə icarəyə götürülmüş əmlakın istismarından əldə edilməli olan minimum gəlir nəzərə alınmaqla müəyyənləşdirildiyi, eləcə də analoji vəziyyətdə olan dövlət və bələdiyyə əmlakına təyin edilmiş normativ hədləri baxımından çıxış etməlidir. Həmçinin həmin Qərarında qeyd edilmişdir ki, Vergi Məcəlləsinin 14-cü maddəsində qeyd olunan əsaslar vergi orqanına vergi ödəyicisi tərəfindən üzərinə düşən verginin azaldılmasına yönəlmiş hərəkətlərin edilməsinə dair şübhələnmək, bununla da ona münasibətdə vergini bazar qiyməti əsasında hesablamaq üçün əsas verir. Bu halda, sonrakı bütün hesablamalar və bundan irəli gələn nəticələr bazar qiymətinin dəqiqliklə müəyyən edilməsindən asılıdır. Bu mənada, bazar qiymətinin müəyyən edilməsina dair Avropa mütəxəssislərinin təcrübəsi də maraq kəsb edir. Belə ki, həmin təcrübə ilə formalaşmış anlayışa görə icarə haqqı icarə müqaviləsi çərçivəsində daşınmaz əmlakın istifadəsi bazarında əldə oluna bilən illik maliyyə ekvivalentini təşkil edir. Müvafiq olaraq, o həmin ərazidə yerləşən müvafiq əmlak üçün adi icarənin şərtlərində daşınmaz əmlakın əldə oluna bildiyi bazar icarə haqqına uyğun olmalıdır. Bazar icarə qiyməti icarə hüququ və ya ƏDV və icarə ilə bağlı olan, yaxud da icarə üçün üzərinə qoyulmuş istənilən başqa xərclər çıxmaqla müəyyən edilir. Lakin vergi orqanı tərəfindən bu halların həyata keçirilməsi barədə, yəni 30 gün ərzində eyni xüsusiyyətli eyni cinsli xidmətlərə görə iddiaçı kimi fəaliyyət göstərən heç bir analoji vergi ödəyicisinin məlumatı iş materiallarında mövcud deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh tərəfindən İddiaçı MMC barəsində qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 28 yanvar 2020-ci il tarixli, **********196626 saylı qərar qismən ləğv edilməlidir. Şərh olunanlara əsasən və İPM-in 75 və 85-ci maddələrini rəhbər tuturaq, məhkəmə Qərara aldı: İddia qismən təmin edilir. Cavabdeh tərəfindən İddiaçı MMC barəsində qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 28 yanvar 2020ci il tarixli **********196626 saylı qərar 90819,96 manat məbləğində mənfəət vergisi və ona tətbiq edilmiş 45409,98 manat məbləğində maliyyə sanksiyası və 92060,99 manat məbləğində ƏDV və ona tətbiq edilmiş 46030,49 manat məbləğində maliyyə sanksiyası hissəsində istisna olmaqla qalan hissədə ləğv edilir. İddia qalan hissədə təmin edilməməlidir. Qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-780/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-780/2021
03.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver