Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7807/2025 22.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əlavələr nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əlavələr nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş pensiyanın yenidən hesablanması və pensiya hesablanarkən "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası 2010-cu il 10 avqust tarixli Qanununa əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələrinin hakimlərinin vəzifə maaşının 15 faizi miqdarında vergilərdən azad olunan aylıq pul təminatı (məhkəmə orqanında sədr və hakim vəzifəsində ümumilikdə 23 il işlədiyi xidmət illəri nəzərə alınmaqla), sabiq hakim kimi 01 sentyabr 2021-31 avqust 2023-cü illərdə aldığı vəzifə maaşına uyğun olaraq hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində əlavə haqq, səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı ödənilən iki aylıq əmək haqqı məbləğində müavinət və müalicə olunmaq üçün ödənilən iki aylıq əmək haqqı məbləğində pul təminatı, eləcə də sonrakı artımlar da (olduğu təqdirdə) nəzərə alınmaqla ona hakim kimi əmək pensiyanın hesablanmasını, habelə qeyd edilən əlavələr nəzərə alınmaqla müəyyən edilmiş orta aylıq əmək haqqının 80 faizi miqdarında pensiyaya əlavənin hüququ yarandığı gündən, yəni 2023-cü ilin sentyabr ayından hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 15 avqust 1980-ci ildən əmək fəaliyyətinə başlamışdır. 15 avqust 1980-ci ildən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yanında Notariat və VVAQ İdarəsində məsləhətçi, 12 iyul 1982-ci ildən həmin İdarədə böyük məsləhətçi, 20 dekabr 1982-ci ildən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüququn təbliği və vətəndaşların hüquqi maarifləndirilməsi Şöbəsində böyük məsləhətçi, 15 sentyabr 1983-cü ildən Məhkəmə orqanları İdarəsinin Məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və statistika Şöbəsində böyük məsləhətçi, 21 yanvar 1987ci ildən "Sosialist qanunçuluğu” btülletenində böyük redaktor, 05 iyun 1989-cu ildən Məhkəmə orqanları İdarəsində böyük məsləhətçi, 01 dekabr 1989-cu ildən Məhkəmə orqanları İdarəsinin 1-ci dərəcəli mütəxəssisi, 01 may 1992-ci ildən həmin İdarənin aparıcı mütəxəssisi, 21 aprel 1994-cü ildən həmin idarənin baş mütəxəssisi, 21 noyabr 1994-cü ildən Azərbaycan Respublikası Prezidentinin X1 böyük məsləhətçisi, 04 may 1995-ci ildən Azərbaycan Respublikası Prezidentinin Aparatında Bağışlama məsələləri Sektorunun müdiri, 05 may 1998-ci ildən 02 sentyabr 2000-ci ilədək Azərbaycan Respublikası Prezidentinin Aparatında Hüquq mühafizə orqanları ilə iş X4 Sektorunun müdiri, 02 sentyabr 2000-ci ildən 28 iyul 2007-ci ilədək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin sədri vəzifəsində, 28 iyul 2007-ci ildən 06 avqust 2008-ci ilədək Bakı şəhərinin Nizami Rayon Məhkəməsində, 06 avqust 2008-ci ildən 01 yanvar 2011-ci ilədək Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsində, 01 yanvar 2011-ci ildən 01 sentyabr 2023-cü ilədək Bakı Ağır Cinayətlər Məhkəməsində hakim vəzifəsində işləmişəm. Məhkəmə-Hüquq Şurasının 31 avqust 2023-cü il tarixli Qərarı ilə 01 sentyabr 2023-cü ildən hakimlik səlahiyyətlərinin həyata keçirilməsi üçün son yaş həddinə çatması nəzərə alınaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi səlahiyyətlərinə xitam verilmişdir. Məhkəmə orqanında sədr və hakim vəzifəsində işlədiyi xidmət illəri ümumilikdə 23 il təşkil edir. İşlədiyi 23 il ərzində hər ay DSMF-yə konkret məbləğdə onun əmək haqqından pul ödənilmişdir. 05 sentyabr 2023-cü ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən mənə 2018-ci ilin sentyabr ayından 2023-cü ilin avqust ayına qədər aldığı əmək haqqı barədə 5 illik (60 aylıq) arayış təqdim edilmişdir. 07 sentyabr 2023-cü ildə o, pensiya təyin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına müraciət etmişdir. O, 11 dekabr 2024-cü ildə əmək haqqı barədə arayışla "əmək pensiyasının hesablanması qaydası haqqında ona rəsmi şəkildə ətraflı məlumat verilməsi üçün" Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etsə də, bu günə qədər ona rəsmi cavab verilməmişdir. Hazırki pensiyası 2018-ci ilin avqust ayından 2023-cü ilin iyul ayınadək (60 aylıq) hesablanmışdır. 15 sentyabr 2023-cü ildə ona 02 sentyabr 2023-cü ildən başlayaraq (bununla da, hakimlik stajı 23 il təşkil etmişdir) 5923,06 (beş min doqquz yüz iyirmi üç manat 06 qəpik) manat pensiya hesablanmışdır. Sonradan 2024-cü ilin yanvar ayından pensiyaların artması ilə əlaqədar onun pensiyası 6.586,44 (altı min beş yüz səksən altı min qırx dörd qəpik) manat olmuşdur. Ona pensiya təyin olunarkən orta aylıq əmək haqqının 80 faizi nəzərə alınmışdır. Halbuki, ona pensiya sonuncu 2 il ərzində aldığı orta əmək haqqı da həmin 80 faizi ilə hesablanmalı idi. Sonradan tərəfindən müəyyən edilmişdir ki, ona pensiya təyin olunarkən qanunda nəzərdə tutulan iki aylıq məzuniyyət pulu hesablanmamışdır.
3. Sonuncu dəfə iddiaçının nümayəndəsi və vəkili tərəfindən iddia tələbinin dəqiqləşidirilməsi barədə ərizə ilə müraciət edilərək ona təyin edilmiş pensiyanın yenidən hesablanması və pensiya hesablanarkən "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası 2010-cu il 10 avqust tarixli Qanununa əsasən məhkəmə orqanında sədr və hakim vəzifəsində ümumilikdə 23 il işlədiyi xidmət illərini nəzərə alınmaqla sabiq hakim kimi 01 sentyabr 2021-31 avqust 2023-cü illərdə aldığı vəzifə maaşına uyğun olaraq hakimlərə hər ay ödənilən 1 aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində əlavə haqq (cəmi 45%) səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25%-i miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı ödənilən iki aylıq əmək haqqı məbləğində müavinət və müalicə olunmaq üçün ödənilən iki aylıq əmək haqqı məbləğində pul təminatı, eləcə də, sonrakı artımlar da (olduğu təqdirdə), həmçinin, istifadə edilməmiş məzuniyyətə görə kompensasiya məbləği nəzərə alınmaqla ona hakim kimi əmək pensiyasının hesablanması, habelə mülahizədə göstərdikləri nəzərə alınmaqla müəyyən edilmiş orta aylıq əmək haqqının 80 faizi miqdarında pensiyaya əlavənin hüququ yarandığı gündən, yəni 2023-cü ilin sentyabr ayından hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, İddiaçı 3 may 2019-cu il tarixindən dövlət qulluqçusu kimi yaşa görə (işləyən əmək pensiyaçısı) əmək pensiyası təyin edilmişdir. İddiaçı 7 sentyabr 2023-cü il tarixli ərizə ilə Mərkəzi Filiala müraciət edərək, hakimlik səlahiyyətlərinə xitam verildiyinə görə hakim kimi pensiya təyin edilməsini xahiş etmişdir. Mərkəzi Filialın 14 sentyabr 2023-cü il tarixli 3-17- 1/3-7-14392/2023 nömrəli qərarı ilə hakim vəzifəsindən azad olunmağı ilə əlaqədar iddiaçının yaşa görə əmək pensiyanısın kateqoriyası dəyişdirilərək 2 sentyabr 2023-cü il tarixindən yenidən hesablanmışdır. Belə ki, iddiaçının vaxtilə işlədiyi hakim vəzifəsi üzrə vəzifə maaşı 2272,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə 1022,40 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavə 568,00 manat, bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə 1779,73 manat (son 60 ay ərzində cəmi 47 ay ödənildiyi üçün 2272x47/60), 60 ay ərzində vəzifə maaşının, vəzifə maaşı miqdarında əlavənin və hakimlik stajına görə əlavənin cəminin 16 misli həcmində ödənilmiş əlavə - 1484,37 manat ((2272+2272+1022,40)x16:60), 60 ay ərzində vəzifə maaşının və hakimlik stajına görə əlavənin cəminin 2 misli həcmində ödənilmiş əlavə - 109,81 manat ((2272+1022,40)x2:60) olmaqla orta aylıq əmək haqqı 7236,31 manat təşkil etmişdir. Bununla əlaqədar olaraq, iddiaçının əmək pensiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2008-ci il tarixli Qərarının tələblərinə uyğun qaydada "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən, 22 il 11 ay 29 gün hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqının (7236,31 manat) 80 faizi - 5789,05 manat məbləğində, 2 sentyabr 2023- cü il tarixinədək əmək pensiyasının tərkibində ödənilmiş 134,01 manat maddi yardım nəzərə alınmaqla ümumilikdə 5923,06 manat məbləğində təyin edilib. Əmək pensiyalarının 1 yanvar 2024-cü il tarixindən 11,2 faiz indeksləşdirilməsi ilə əlaqədar iddiaçının pensiyası həmin tarixdən 6586,44 manat məbləğində müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. Əlavə olaraq bildiririk ki, iddiaçının əmək pensiyası müəyyən edilərkən vaxtilə işlədiyi vəzifələr üzrə ümumilikdə orta aylıq əmək haqqı xx.xx.2018-xx.xx.2023-cü il tarixləri arasındakı dövr əsas götürülməklə hesablanıb. Sonradan iddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, müvafiq ödənişlər nəzərə alınmaqla hakim vəzifəsindəki fəaliyyətinin son 24 ayı - xx.xx.2021- xx.xx.2023-cü il dövrü üzrə əməkhaqqının orta aylıq məbləğinin 80 faizi məbləğində əlavənin hüququnun yarandığı 2023-cü ilin sentyabr ayından hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının tələbi Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-13218/2024 nömrəli qərardadı ilə mümkün sayılmamışdır. İddiaçının eyni tələblə Mərkəzi Filiala müraciəti xx.xx.2024-cü il tarixdə (3-17-1/1-H297387/2024 daxilolma nömrəsi) daxil olmuşdur. Həmin müraciət Mərkəzi Filialın "Əmək 2 pensiyasının hesablanması haqqında" xx.xx.2024-cü il tarixli 3- 17-1/2-H-323671/2024 nömrəli məktubu ilə cavablandırılmışdır. Belə ki, iddiaçının Mərkəzi Filialda mövcud olan sənədləri araşdırılarkən məlum olmuşdur ki, hazırda iddiaçıya sabiq hakim kimi yaşa görə ödənilən 6586,44 manat əmək pensiyasının məbləğinin müraciətində göstərdiyi son 24 ay üzrə əmək fəaliyyəti əsas götürülməklə yenidən hesablanaraq müəyyən ediləcək 6321,10 manat pensiya məbləğindən çoxdur. Buna görə də iddiaçının əmək pensiyasının yenidən hesablanması təxirə salınıb. Həmçinin qeyd etməyi zəruri hesab edirik ki, Konstitusiya Məhkəməsinin Plenumunun "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 109-cu, "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikası Qanununun 73-cü və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair" xx.xx.2008-ci il tarixli Qərarına əsasən xx.xx.2005-ci il tarixinədək vəzifəyə təyin edilmiş ümumi yurisdiksiyalı məhkəmələrin hakimlərinin əmək pensiyası “Əmək pensiyaları haqqında" Qanuna əsasən deyil, həmin günədək qüvvəpe olmuş "Məhkəmələr və hakimlər haqqında" Qanunun 109-cu maddəsinə uyğun hesablanmalıdır. Yəni sözügedən Plenum Qərarına əsasən xx.xx.2005-ci il tarixinədək hakim təyin olunmuş şəxsə beş il iş stajına əsasən maksimum 80 faiz miqdarında pensiya təyin edilməlidir. Həmin şəxsin vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əməkhaqqı son 24 ay üzrə deyil, istənilən 5 il üzrə hesablanmalıdır. Çünki "Məhkəmələr və hakimlər haqqında" Qanunun 109-cu maddəsinin xx.xx.2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasında "hakimlərin işlədikləri son 24 ayı üzrə pensiyanın hesablanması" anlayışı mövcud deyildi, sözügedən Qanunda yalnız 5 illik əməkhaqqına uyğun hesablanma nəzərdə tutulmuşdu. Bildirirlər ki, İddiaçı iddiası: orta aylıq əməkhaqqının tərkibində göstərilmiş əlavələr nəzərə alınmaqla; Pensiyasının son 24 ay ərzində ödənilmiş əməkhaqqı əsas götürülməklə 80 faiz dərəcəsində müəyyən edilərək əmək pensiyasının yenidən hesablanmasından ibarətdir. Onun faktiki pensiyasında iddiasının "əlavələr" və "80 faiz" hissələri Mərkəzi Filial tərəfindən nəzərə alınıb. Lakin iddiasının "son 24 ay üzrə" hissəsi nəzərə alınacağı təqdirdə pensiyasının faiz dərəcəsi qanunvericiliyə uyğun olaraq 80 faiz deyil, 73,75 faiz olaraq müəyyən edilməlidir. Belə ki, "Əmək pensiyaları haqqında" Qanunun tələbləri aşağıdakı kimidir: Qanunun 20.7-ci maddəsinə əsasən, sabiq hakimin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir; Qanunun 20.7.1-ci və 20.7.2-ci maddələrinə əsasən, sabiq hakimin pensiyasının faiz dərəcəsi 15 ilə görə 50 faiz, 15 ildən yuxarı hər ilə görə 3 faiz (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) olmaqla ən çoxu 80 faiz miqdarında müəyyən edilir. Bununla əlaqədar olaraq, İddiaçı pensiyası son 24 ay üzrə orta aylıq əməkhaqqına əsasən hesablanacağı təqdirdə "Əmək pensiyaları haqqında" Qanunun 20.7.2-ci maddəsinin tələblərinə görə pensiyasının faiz dərəcəsi 22 il 11 ay 29 gün hakim kimi iş stajına uyğun olaraq 80 faiz deyil, 73,75 faiz (15 il görə 50 faiz + 15 ildən yuxarı 7 ilə görə 21 (7x3) faiz + 11 aya görə 2,75 (3:12x11) faiz) müəyyən edilməlidir. Buna görə də, qeyd edilənləri nəzərə alaraq hesab edirlər ki, İddiaçı "əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia tələbi təmin edilməməlidir.
6. İddiaçı tərəfindən məhkəməyə mülahizə təqdim edilərək bildirilmişdir ki, işçi işdən azad olunarkən istifadə olunmamış məzuniyyətlərə görə son haqq-hesab vəzifə maaşından deyil, Əmək Məcəlləsinin 139, 140 və “Məzuniyyətlər haqqında” Qanunun 26, 27-ci maddələrinə əsasən məzuniyyətin verildiyi və ya işdən azad olunduğu vaxtda əvvəlki 12 təqvim ayının orta əmək haqqında hesablanır və qanunvericilikdə nəzərdə tutulan qaydalara əsasən son əmək haqqına əmsallaşdırılır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 144-cü - “istifadə edilməmiş məzuniyyətlər üçün pul əvəzinin verilməsi” maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əzəvi ödənilməlidir. Hesablanmış dövlət məvacibi (aylıq əmək haqqı) vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən ibarət olmaqla Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması qaydalarının 9-cu maddəsinə əsasən sosial sığortaya cəlb edilən digər pul ödənişləri də pensiya hesablanmasında nəzərə alınır. “Məhkəmələr və hakimlər haqqında” Qanuna edilmiş 30 dekabr 2005-ci il və 19 oktyabr 2007-ci il tarixli əlavə və dəyişikliklərlə hakim kimi pensiya təminatı hüququna malik olmaq üçün əvvəla, ən azı 5 il hakim vəzifəsində işləmək şərti təsbit edilmişdir. Bundan başqa, təyin ediləcək pensiya məbləğinin hakim vəzifəsində işləmə müddətlərindən asılı olaraq müəyyən faiz dərəcələrinə görə hesablanması qaydası müəyyənləşdirilmişdir. Halbuki qeyd edilən dəyişikliklər hakim vəzifəsində işlədikləri müddətlərdən asılı olmayaraq hakimlər axırıncı iş yerlərində hakim kimi aldıqları istənilən beş ilin orta aylıq əmək haqlarının 80 faizi miqdarında pensiya təminatı hüququna malik idilər. 19 oktyabr 2007-ci il tarixdə isə “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 73-cü maddəsinin müddəaları Konstitusiyanın 127-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş hakimlərin müstəqilliyinin təminatlarından biri kimi qəbul edilməli və onların barəsində hakim vəzifələrində işlədikləri dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları tətbiq olunmalıdır. Hakimlərin sosial müdafiəsi ilə bağlı məsələlər həll edilərkən Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə uyğun olaraq “Əmək pensiyaları haqqında” Qanunun 20.1.4 və 20.7-ci maddələrini müddəalarından daha üstün sosial müdafiə təminatları müəyyənləşdirən: 30 dekabr 2005-ci il tarixədək vəzifəyə təyin olunmuş ümumi yurisdiksiyalı məhkəmələrin hakimkərinə - həmin günədək qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin; 19 oktyabr 2007-ci il tarixədək vəzifəyə təyin olunmuş Konstitusiya Məhkəməsinin hakimlərinə - həmin günədək qüvvədə olmuş “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 73-cü maddəsinin müddəaları tətbiq olunmalıdır. 30 dekabr 2005-ci il tarixədək vəzifəyə təyin olunmuş ümumi yurisdiksiyalı məhkəmələrin hakimlərinə - həmin günədək qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin; 19 oktyabr 2007- ci il tarixədək vəzifəyə təyin olunmuş Konstitusiya Məhkəməsinin hakimlərinə - həmin günədək qüvvədə olmuş “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları tətbiq olunmalıdır. Beləliklə, o, işlədiyi son 2 ilin orta əmək haqqının 80% miqdarında pensiya təminatı hüququna malikdir və bunu məhkəmə qarşısında iddia edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 3-16-8/2-H19577-6/2025-C-9963 saylı müraciətə baxılmasının nəticəsi barədə arayışda aşağıdakılar qeyd edilmişdir: 2021- ci ilin dekabr ayında hesablanmış 3.944,72 manat – 2021-ci il üzrə istifadə edilməyən 26 təqvim günü məzuniyyət günlərinə görə kompensasiya; -2022-ci ilin dekabr ayında hesablanmış 4.098,60 manat – 2022-ci il üzrə istifadə edilməyən 20 təqvim günü məzuniyyət günlərinə görə kompensasiya; - 2023-cü ilin avqust ayında hesablanmış 8.520,80 manat – 2023-cü il üzrə istifadə edilməyən 40 təqvim günü məzuniyyət günlərinə görə son haqq-hesab. Qeyd edilən dövr ərzində hesablanmış gəlirlərdən məcburi dövlət sosial sığorta haqqı tutulmuşdur. Bununla da, istifadə edilməyən məzuniyyət günlərinə görə kompensasiya da, pensiya məbləğinə daxil olmalıdır. 2024-cü ilin yanvar ayından indeksasiya nəzərə alınaraq o, 6586,44 manat pensiya alırdı, 2025-ci ilin yanvar ayından isə indeksasiya nəzərə alınaraq o, 7119,94 manat pensiya alır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının qanunvericliyinin tələblərini, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə qorunan hüquqlarımın kobud şəkildə pozulmasını, cavabdehin imtinasını qanunsuz və əsassız hesab edərək, qanunun aliliyinin təmin edilməsi məqsədilə yuxanda göstərilənlərə əsasən məhkəmədən xahiş edir ki, ona təyin edilmiş pensiyanın yenidən hesablanması və pensiya hesablanarkən “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası 2010-cu il 10 avqust tarixli Qanununa əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələrinin hakimlərinin vəzifə maaşının 15 faizi miqdarında vergilərdən azad olunan aylıq pul təminatı (məhkəmə orqanında sədr və hakim vəzifəsində ümumilikdə 23 il işlədiyi xidmət illəri nəzərə alınmaqla), sabiq hakim kimi 01 sentyabr 2021-31 avqust 2023-cü illərdə aldığı vəzifə maaşına uyğun olaraq hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində əlavə haqq, səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı ödənilən iki aylıq əmək haqqı məbləğində müavinət və müalicə olunmaq üçün ödənilən iki aylıq əmək haqqı məbləğində pul təminatı, eləcə də, sonrakı artımlar da (olduğu təqdirdə) habelə istifadə edilməmiş məzuniyyətə görə kompensasiya məbləği nəzərə alınmaqla, ona hakim kimi əmək pensiyamın hesablanmasını, habelə qeyd edilən əlavələr nəzərə alınmaqla müəyyən edilmiş orta aylıq əmək haqqımın 80 faizi miqdarında pensiyaya əlavənin hüquq yarandığı gündən, yəni 2023-cü ilin sentyabr ayından hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qanuni və ədalətli qərar çıxarılsın. 2024-cü ilin yanvar ayından indeksasiya nəzərə alınaraq o, 6586,44 manat pensiya alırdı, 2025-ci ilin yanvar ayından isə indeksasiya nəzərə alınaraq o, 7119,94 manat pensiya alır. Ona 2018-ci ilin sentyabr ayından 2023-cü ilin avqust ayına kimi müddət ərzində pensiya hesablanarkən aşağıdakılar nəzərə alınmalıdır: 1) 2272 ( vəzifə maaşı) + 1022,40 (45%) + 568 (25%) + 2272 (vəzifə maaşına əlavə) +1391,60 (2272 +1022,40 + 2272 x 6 : 24 = 1391,60) + 274,53 (2272 +1022,40 x 2: 24 = 274,53) = 7800,53 İstifadə edilməmiş məzuniyyətə görə: 2) 3944,72 + 4098,60 + 16564,12 : 24 = 690,17 8520,80. Beləliklə, 02 sentyabr 2023-cü ildən aldığı pensiya məbləği aşağıdakı kimi hesablanmalı idi: P/m = 7800,53 +690,17 = 8490,70 + 80% = 6792,56 + 134,01 (maddi yardım) = 6926,57 xx.xx.2024-сü ildən p/m = 6926,57 +11,2% (indeksasiya) = 7702,34 xx.xx.2025-ci ildən p/m = 7702,34 +8,1% (indeksasiya) = 8326,23 Beləliklə, hesab edir ki, hazırki vəziyyətdə onayenidən hesablanacaq pensiya məbləği 8326,23 (səkkiz min üç yüz iyirmi altı manat iyirmi üç qəpik) təşkil etməlidir.
7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
8. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
9. İddiaçı tərəfindən məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdehə müraciət edilmişdir. Ərizəyə poçt qəbzi əlavə edilmişdir.
10. İddiaçı tərəfindən iş materiallarına əmək kitabçasının surəti, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Bakı Ağır Cinayətlər məhkəməsinin sabiq hakimi kimi X3 xx.xx.2021-ci il tarıxdən-xx.xx.2023-cü il tarixədək əmək haqqı barədə cədvəl əlavə edilmişdir.
11. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən 7 aprel 2025-ci il tarixli, 3- 17-1/2-74611/2025 nömrəli məktubla İddiaçı pensiya işinə dair sənədlərin və onun Mərkəzi Filiala müraciətinə dair inzibati icraat materiallarının təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
12. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
13. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
14. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
15. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
16. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
17. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
18. Məhkəmə gəldiyi nəticəni aşağıdakılar ilə əsaslandırır:
19. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109cu, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh ediləmsinə dair Azərbaycan Respublikası Kosntitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarına əsasən:
1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsi və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş hakimlərin müstəqilliyinin təminatlarından biri kimi qəbul edilməli və onların barəsində hakim vəzifələrində işlədikləri dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericilin müddəaları tətbiq olunmalıdır.
2. Hakimlərin sosial müdafiəsi ilə bağlı məsələlər həll edilərkən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə uyğun olaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin müddəalarından daha üstün sosial müdafiə təminatları müəyyənləşdirən: - 30 dekabr 2005-ci il tarixədək vəzifəyə təyin olunmuş ümumi yurisdiksiyalı məhkəmələrin hakimlərinə - həmin günədək qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin; - 19 oktyabr 2007-ci il tarixədək vəzifəyə təyin olunmuş Konstitusiya Məhkəməsinin hakimlərinə - həmin günədək qüvvədə olmuş “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları tətbiq olunmalıdır.
20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7-ci maddəsinə əsasən bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilməsi qaydası göstərilmişdir.
21. xx.xx.2017-ci il tarixdən etibarən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7-ci maddədə “əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla” sözləri “əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir” sözləri ilə əvəz edilmişdir.
22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017ci il tarixə qədər olan reaksiyasına əsasən: - 20.7.1-ci maddəsinə əsasən 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əmək haqqının 45 faizi miqdarında; - 20.7.2-ci maddəsinə əsasən 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əmək haqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əmək haqqının 2 faizi miqdarında əlavə olunmaqla; - 20.7.3-cü maddəsinə əsasən, 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin, həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.
23. Məhkənənin hazırki iş üzrə mövqeyi sabiq hakimə münasibətdə Azərbaycan Respublikası Ali Məhkəməsiin İnzibati Kollegiyasının 2-1(102)-48/2022 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarına uyğundur.
24. “Hakimlərin Statusuna dair” Avropa Xartiyasının 6.4-cü maddəsinə əsasən müəyyən olunmuş müddət çərçivəsində öz hakimlik vəzifəsini yerinə yetirib, pensiya yaşına çatmış hakimlərə onların axırıncı iş yerlərində hakim kimi aldıqları vəzifə maaşlarına mümkün olduğu miqdarda yaxın olan məbləğdə pensiya təyin olunmasına təminat verilməlidir.
25. Nəzərə alınmalıdır ki, milli hüquqda və beynəlxalq-hüquqi aktlarda hakimlərin sosial müdafiəsi, o cümlədən pensiya təminatı ilə bağlı nəzərdə tutulmuş normalar onların müstəqilliyinin və qərəzsizliyinin qorunması, gələcəkdə onların layiqli və uyğun maddi təminatının zəmanətə alınması məqsədlərinə xidmət edir. Belə ki, hakim hələ işlədiyi dövrdə gələcəkdə sosial müdafiəsinin daha üstün təminatlar əsasında həyata keçiriləcəyi nə əmin olmalıdır.
26. Hazırkı mübahisəyə münasibətdə «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin və «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin müddəaları da məhz bu prizmadan, yəni Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsində,127-ci maddəsinin İ və İİ hissələrində, 128-ci maddəsinin İ və İİ hissələrində, habelə beynəlxalqhüquqi aktlarda hakimlərin hüquqi statusu və onların müstəqilliyi ilə bağlı nəzərdə tutulmuş təminatlar baxımından təfsir olunmalıdır. Nəzərə almaq lazımdır ki, yuxarıda qeyd olunan konstitusion-hüquqi dəyərlər şəxsin hakim vəzifəsində işlədiyi dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını nəzərdə tutan qanunvericilik müddəalarının tətbiqini şərtləndirir və zəruri edir.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü və “X1” Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair” 18 iyul 2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, hakimlərin səlahiyyət müddətində mövcud olmuş və tədricən dəyişdirilmiş hakimlər üçün daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 149-cı maddəsinin Vİİ hissəsinin müddəaları nəzərə alınmaqla mövcud qanunvericiliyin dəyişdirilməsindən asılı olmayaraq qüvvəsini saxlamalıdır.
28. Nəzərə almaq lazımdır ki, şəxsin hakim vəzifəsində işlədiyi dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəalarının tətbiqi pensiya qanunvericiliyində sonradan həyata keçiriləcək dəyişikliklərin hakimlərin sosial müdafiəsinə, o cümlədən pensiya təminatına neqativ təsirini Azərbaycan Respublikası Konstitusiyasının 149-cı maddəsinə əsasən neytrallaşdırmaq və bunun üzərindən hakimlərin hüquqi təhlükəsizliyini təmin etmək məqsədlərinə xidmət edir.
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı həmin şəxsin “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) aldığı və “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta haqqı ödədiyi vəsaitlər nəzərə alınır.
30. Məhkəmə qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə yuxarıda qeyd edilənlər və eləcə də “qazanılmış hüquq” (qanuni gözlənti və hüquqi müəyyənlik prinsipləri) konsepsiyası nəzərə alınaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci ilədək qüvvədə olmuş normaları tətbiq edilməli və iddiaçıya işlədiyi dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən hakim kimi pensiya təyin olunmalıdır.
31. “Məhkəmələr və hakimlər haqqında” Qanundan: Maddə 106. Hakimlərin maddi təminatı Hakimlərin aşağıdakı məbləğdə aylıq vəzifə maaşları müəyyən edilir və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir. 106-cı maddənin birinci hissəsinə “məbləğdə” sözündən sonra “aylıq” sözü və “edilir” sözündən sonra “və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir” sözləri 12 iyul 2019-cu il tarixli 1647-VQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə əlavə edilmişdir. Odur ki, iddiaçı xx.xx.2023-cü il tarixə qədər hakim işlədiyindən pul təminatını almışdır. Maddə 107. Hakimlərin məzuniyyət müddəti və haqqı ...Hakimlərə məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqı verilir. 8 iyul 2022-ci il tarixli 582-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 107-ci maddənin birinci hissəsinin ikinci cümləsindən “və iki aylıq əmək haqqı məbləğində müavinət” sözləri çıxarılmışdır. Odur ki, xx.xx.2022-ci il tarixə qədər hakim işlədiyindən pul təminatını almışdır. Odur ki, məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqı və iki aylıq əmək haqqı məbləğində müavinət almışdır. 8 iyul 2022-ci il tarixli 582-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 109-cu maddənin dördüncü hissəsinin ikinci cümləsi çıxarılmışdır. Həmin cümləyə əsasən, Hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilir.
32. İddiaçının məhkəməyə təqdim etdiyi əmək kitabçasının surətindən aydın olur ki iddiaçı xx.xx.2000-xx.xx.2023-cü illər ərzində hakim vəzifəsində işləmişdir (22 il 11 ay). Faktiki olaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixə qədər olan redaksiyasına uyğun olaraq iddiaçının 16 il 9 ay stajı mövcud olduğundan ona münasibətdə həmin Qanunun 20.7.3-cü maddəsinin tətbiqinə əsas verir.
33. İddiaçı (16 il 9 ay) 10 ildən yuxarı hakim işlədiyi üçün hakim vəzifəsində aldığı 5 ilin orta aylıq əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla (55+6×5=85%), lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərtilə (odur ki, iddiaçıya münasibətdə 80 % tətbiq olunmalıdır) müəyyən olunan məbləğlə təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilməlidir.
34. “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliyin qüvvəyə mindiyi xx.xx.2017-ci il tarixdə iddiaçının hakim kimi (16 il 9 ay) stajı (sonradan) ona pensiya təyini üçün imkan verirdi.
35. Beləliklə, iddiaçı xx.xx.2021-xx.xx.2023-cü illərdə aldığı vəzifə maaşına uyğun olaraq hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində əlavə haqq (cəmi 45 %), səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı ödənilən iki aylıq əmək haqqı məbləğində müavinət və müalicə olunmaqla üçün ödənilən iki aylıq əmək haqqı məbləğində pul təminatı, eləcə də, sonrakı artımlar da (olduğu təqdirdə), həmçinin, istifadə edilməmiş məzuniyyətə görə kompensasiya məbləği nəzərə alınmaqla ona hakim kimi əmək pensiyasının hesablanması, habelə pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla orta aylıq əmək haqqının 80 faizi miqdarında pensiyaya əlavənin hesablanmasını tələb etməkdə haqlı sayılmalıdır.
36. Məhkəmə qeyd edir ki, iddiaçının əmək pensiyasının yenidən ehsablanmasından və əmək pensiyasınaəlavənin hesablanmasından cavabdehin imtinası qanuna zidd oluş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
37. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
38. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğun təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı məhkəmə sədri və hakim vəzifəsində ümumilikdə 23 il işlədiyi xidmət illəri nəzərə alınmaqla sabiq hakim kimi xx.xx.2021-xx.xx.2023-cü illərdə aldığı vəzifə maaşına uyğun olaraq hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində əlavə haqq (cəmi 45%), səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı ödənilən iki aylıq əmək haqqı məbləğində müavinət və müalicə olunmaq üçün ödənilən iki aylıq əmək haqqı məbləğində pul təminatı, eləcə də, sonrakı artımlar da (olduğu təqdirdə), həmçinin, istifadə edilməmiş məzuniyyətə görə kompensasiya məbləği nəzərə alınmaqla ona hakim kimi əmək pensiyasının hesablanması, habelə, pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla orta aylıq əmək haqqının 80 faizi miqdarında pensiyaya əlavənin hesablanaraq ona hüqunun yarandığı gündən, yəni 2023-cü ilin sentyabr ayından hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva