Məhkəmə qərarları › İş №2-1(112)-7814/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7814/2024

13.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7814/2024 13.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “əlavə dəyər vergisinin qaytarılmalı olan hissəsinin yekun məbləği barədə məlumatın müvəkkil banka ötürülməsi” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında" xx.xx.2023-cü il tarixli **********496500 nömrəli, xx.xx.2023-cü il tarixli **********427900 nömrəli, xx.xx.2023-cü il tarixli **********526300 nömrəli, xx.xx.2023-cü il tarixli **********573700 nömrəli və xx.xx.2024-cü il tarixli **********886900 nömrəli qərarlarının, habelə həmin qərarların dəyişdirilmədən saxlanılmasına dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "İnzibati şikayətin təmin edilməməsi haqqında" xx.xx.2024-cü il tarixli **********702700 nömrəli qərarının ləğv edilməsi, həmçinin onunla "xxxx" MTK arasında bağlanmış 30 may 2023-cü il tarixli CY3-252/23 nömrəli müqaviləyə əsasən tərəfindən ünvan 1 ünvanındakı "K Residence Baku" yaşayış kompleksində yerləşən 2402 nömrəli mənzilin nağdsız qaydada alışı ilə bağlı qaytarılmalı olan əlavə dəyər vergisinin (ƏDV-nin) ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla "xxxx" MTK arasında 30 may 2023cü il tarixli CY3-252/23 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, mən həmin kooperativ tərəfindən inşa olunan ünvan 1 ünvanındakı "K Residence Baku" yaşayış kompleksində yerləşən 2402 nömrəli mənzili almışam. Mənzil ipoteka krediti yolu ilə əldə olunduğuna görə, müqavilənin 337327 manat təşkil edən dəyərinin bir hissəsini, yəni 107327 manatı ödəmişdir, qalan 230000 manatı isə "xxxx" ASC tərəfindən müvafiq olaraq kooperativin və onun ƏDV depozit hesabına ödənilmişdir. Beləliklə, kooperativlə aramızda bağlanmış müqavilə üzrə öhdəliyimi tam şəkildə yerinə yetirmişəm və mənzilin dəyəri, habelə əlavə dəyər vergisi (ƏDV) nağdsız qaydada tam şəkildə ödənilmişdir. Bundan sonra, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası"nın (bundan sonra "Qayda") verdiyi hüquqdan istifadə edərək, əlavə dəyər vergisinin bir hissəsinin qaytarılması məqsədilə, 90 (doxsan) gündən gec olmayaraq portalda qeydiyyatdan keçmişəm və müvafiq sənədləri (müqaviləni, mədaxil qəbzlərini və ödəniş tapşırıqlarını) skan edərək portala göndərmişdir. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi (bundan sonra "İdarə") müraciətimə cavab olaraq xx.xx.2023-cü il tarixli **********496500 nömrəli "Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında" qərar qəbul etmişdir. Həmin qərarda göstərilən iradları nəzərə alaraq, müvafiq sənədləri əlavə etməklə, yenidən İdarəyə müraciət etmişəm. Müraciətə cavab olaraq İdarə xx.xx.2023-cü il tarixli **********427900 nömrəli "Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında" qərar qəbul etmişdir. Bundan sonra bir daha İdarəyə müraciət edərək müvafiq sənədləri müraciətimə əlavə etmişdir. İdarənin xx.xx.2023-cü il tarixli **********526300 nömrəli "Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında" qərarı ilə müraciəti yenidən təmin edilməmişdir. Bundan sonra, yenə də müvafiq sənədləri (müqavilə, ödəniş qəbzləri, ödəniş tapşırıqları) əlavə edərək İdarəyə müraciət etmişdir. İdarənin xx.xx.2023-cü il tarixli **********573700 nömrəli "Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında" qərarı ilə müraciəti təmin edilməmişdir. Daha sonra, yenə də müvafiq sənədləri (müqavilə, ödəniş qəbzləri, ödəniş tapşırıqları) əlavə edərək İdarəyə müraciət etmişdir. İdarənin xx.xx.2024-cü il tarixli **********886900 nömrəli "Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında" qərarı ilə müraciəti təmin edilməmişdir. Beləliklə, İdarə hər dəfə bir əsas (bəhanə) gətirməklə, müraciətini təmin etməmiş, geri qaytarılmalı olan ƏDV-nin mənə ödənilməsindən imtina etmişdir. Bundan sonra, İdarənin müvafiq qərarlarından yuxarı inzibati orqana - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (bundan sonra "Cavabdeh") müraciət etmişəm. Müraciətində İdarənin qərarlarının ləğv edilməsini və nağdsız qaydada mənzilin alışı ilə bağlı qaytarılmalı olan ƏDV-nin ödənilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişəm. Cavabdehin "İnzibati şikayətin təmin edilməməsi haqqında" **********702700 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə mənim xx.xx.2024-cü il tarixli inzibati şikayətim təmin edilməmiş və İdarənin "Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında" xx.xx.2023-cü il tarixli **********496500 nömrəli, xx.xx.2023-cü il tarixli **********427900 nömrəli, xx.xx.2023-cü il tarixli **********526300 nömrəli, xx.xx.2023-cü il tarixli **********573700 nömrəli və xx.xx.2024-cü il tarixli **********886900 nömrəli qərarları dəyişdirilmədən saxlanılmışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli protokol qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti iddiaçının vəkili və nümayəndəsinin ərizəsi əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “İddiaçı ilə "xxxx" MTK arasında bağlanmış 30 may 2023-cü il tarixli CY3-252/23 nömrəli müqaviləyə əsasən iddiaçı tərəfindən nağdsız qaydada alınmış yaşayış sahəsinə (ünvan 2 ünvanındakı "K Residence Baku" yaşayış kompleksində yerləşən 2402 nömrəli mənzilə) görə ödənilmiş əlavə dəyər vergisinin iddiaçıya qaytarılmalı olan hissəsinin yekun məbləği barədə məlumatın müvəkkil banka ötürülməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılması” kimi dəyişdirilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, vətəndaş İddiaçı xx.xx.2023-cü il tarixli **********896000 nömrəli “Fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı” elektron ərizə ilə müraciət etmiş, həmin ərizəyə CY3- 252/23 nömrəli müqaviləni və müvafiq ödəniş sənədlərini əlavə etmişdir. Vergi orqanı tərəfindən elektron müraciətə əlavə edilmiş sənədlər yoxlanılarkən, mənzilin tam dəyərinin 107.327,0 manat məbləğində olan hissəsinin ödənilməsini təsdiq edən sənədlərin müraciətə əlavə edilmədiyi müəyyən olunmuşdur. Bununla bağlı olaraq İddiaçı xx.xx.2023cü il tarixli **********332900 nömrəli “Müraciətə baxılması barədə” bildiriş göndərilərək mənzilin tam dəyərinin ödənilməsini təsdiq edən sənədlərin müraciətə əlavə edilmədiyinin müəyyən olunduğu, qeyd olunan çatışmazlığın aradan qaldırılaraq 10 iş günü müddətində yenidən müraciət olunması bildirilmişdir. Bildirişlə müəyyən edilən müddətdə qeyd olunan çatışmazlıqlar aradan qaldırılmadığından vergi orqanı tərəfindən “Yaşayış və qeyriyaşayış sahələrininə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********496500 nömrəli qərar qəbul edilmişdir. Bundan sonra vətəndaş İddiaçı xx.xx.2023-cü il tarixli **********499200 nömrəli “Fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı” elektron ərizə ilə yenidən müraciət etmiş və həmin ərizəyə CY3-252/23 nömrəli müqaviləni və müvafiq ödəniş sənədlərini əlavə etmişdir. Vergi oranı tərəfindən təqdim edilən sənədlərin araşdırılması zamanı bu dəfə mənzilin tam dəyərinin 230,0 manat məbləğində olan hissəsinin ödənilməsini təsdiq edən sənədlərin müraciətə əlavə olunmadığı müəyyən edilmişdir. Bu səbəbdən İddiaçı xx.xx.2023-cü il tarixli **********438400 nömrəli “Müraciətə baxılması barədə” bildiriş göndərilərək mənzilin tam dəyərinin ödənilməsini təsdiq edən sənədlərin müraciətə əlavə edilmədiyinin müəyyən olunduğu, qeyd olunan çatışmazlığın aradan qaldırılaraq 10 iş günü müddətində yenidən müraciət olunması bildirilmişdir. Bundan sonra İddiaçı xx.xx.2023-cü il tarixli **********941400 nömrəli və xx.xx.2023- cü il tarixli **********670800 nömrəli “Fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı” elektron ərizələrlə müraciət etmiş, Qaydaların 5.2-ci bəndinə zidd olaraq, bank ödəniş sənədlərinin təyinatında elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi qeyd edilmədiyindən vergi orqanı tərəfindən "Yaşayış və qeyri-yaşayış sahələrininə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********427900 nömrəli qərar qəbul edilmişdir. Bundan sonra vətəndaş İddiaçı xx.xx.2023-cü il tarixli **********112700 nömrəli “Fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı” elektron ərizə ilə yenidən müraciət etmiş, bank ödəniş sənədlərinin təyinatında Qaydaların 5.2-ci bəndinə zidd olaraq, elektron qaimə- fakturanın tarixi, seriyası və nömrəsi qeyd edilmədiyindən vergi orqanı tərəfindən “Yaşayış və qeyriyaşayış sahələrininə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********526300 nömrəli qərar qəbul edilmişdir. Daha sonra vətəndaş İddiaçı xx.xx.2023-cü il tarixli **********544000 nömrəli “Fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı” elektron ərizə ilə yenidən müraciət etmiş, yenə də bank ödəniş sənədlərinin təyinatında Qaydaların 5.2-ci bəndinə zidd olaraq, elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi qeyd edilmədiyindən vergi orqanı tərəfindən “Yaşayış və qeyri-yaşayış sahələrininə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********573700 nömrəli qərar qəbul edilmişdir. Vətəndaş İddiaçı yenidən xx.xx.2023-cü il tarixli **********809700 nömrəli “Fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı” elektron ərizə ilə müraciət etmiş Qaydaların 5.2-ci bəndi ilə müəyyən olunmuş müddətdən gec müraciət edildiyindən vergi orqanı tərəfindən “Yaşayış və qeyri-yaşayış sahələrininə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********886900 nömrəli qərar qəbul edilmişdir. Yuxarıda qeyd olunan qərarlardan narazı qalan iddiaçı inzibati qaydada şikayət vermişdir. İnzibati şikayətin araşdırılması məqsədilə vətəndaşa xx.xx.2024-cü il tarixli **********393300 nömrəli "Araşdırmada iştirak etmək haqqında” məktub göndərilərək, xx.xx.2024-cü il tarixdə saat 10: 00-da Dövlət Vergi Xidmətinin inzibati binasına dəvət olunmuşdur. Vətəndaş İddiaçı etibarnamə ilə səlahiyyətli nümayəndəsi Vəkil araşdırmaya verdiyi xx.xx.2024-cü il tarixli izahatında təmsil etdiyi şəxs tərəfindən ümumi məbləği 337.327,0 manat təşkil edən mənzil əldə edildiyini, həmin mənzilin dəyərinin 107.327,0 manatının onun tərəfindən, qalan 230.000,0 manatının isə ipoteka krediti yolu ilə bank tərəfindən ödənildiyini, ödənişlərin xx.xx.2023-cü il tarixdə olunduğunu, xx.xx.2023-cü il tarixdə ƏDVnin qaytarılması ilə bağlı müraciət edildiyini, lakin 107.237,0 manat təşkil edən məbləğin ödənilməsini təsdiq edən sənədlər müraciətə əlavə edilmədiyindən imtina qərarı qəbul olunduğunu, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü tarixlərdə yenidən müraciət edildiyini, lakin xx.xx.2023-cü il tarixli qərarla ödənişin təyinatı hissəsində elektron qaiməfakturanın tarixi, seriyası və nömrəsi göstərilməməsi səbəbi ilə yenidən imtina olunduğunu, xx.xx.2023-cü il tarixdə yenidən müraciət edildiyini, lakin eyni səbəbdən yenə imtina olunduğunu, xx.xx.2023-cü il tarixdə bir daha müraciət edildiyini, lakin yuxarıda qeyd edilən səbəbdən yenidən imtina qərarı qəbul olunduğunu, nəhayət xx.xx.2023-cü il tarixdə edilən müraciətə isə müddətin keçirilməsi səbəbi əsas gətirilməklə imtina olunduğunu, xx.xx.2023-cü il tarixli müraciətə ödəniş sənədlərinin təyinat hissəsində düzəliş edilməsi barədə bankın arayışının əlavə edildiyini, lakin ödəniş sənədləri əvvəlki müraciətlərdə təqdim edildiyindən bu müraciətə əlavə olunmadığını bildirmişdir. Həmçinin, Vəkil izahatında xx.xx.2023-cü il tarixli müraciətdə yol verilmiş nöqsanların aradan qaldırılması ilə bağlı vətəndaşa göndərilmiş xx.xx.2023-cü il tarixli **********332900 nömrəli bildirişin İddiaçı tərəfindən nə zaman alınması və Qaydalarla müəyyən edilmiş 10 iş günü müddətində bildirişdə qeyd edilən nöqsanların hansı səbəbdən aradan qaldırılmaması ilə bağlı suala cavab olaraq bu barədə məlumatlı olmadığını, xx.xx.2024cü il tarixədək bununla bağlı araşdırmaya məlumat verəcəyini bildirmişdir. Bu sualla bağlı İddiaçı araşdırmaya təqdim etdiyi xx.xx.2024-cü il tarixli (AVİS qeydiyyatı: xx.xx.2024-cü il tarixli **********491900 nömrəli) məktubunda bildirişlə nə vaxt tanış olması barədə məlumatın əldə edilməsinin texniki cəhətdən mümkün olmadığını, xx.xx.2023-cü il tarixdə cavab məktubunu vergi orqanına təqdim etdiyini bildirmişdir. Araşdırma zamanı belə bir məktubun vergi orqanına daxil olması aşkar edilməmiş, bu məktuba qoşma edilmiş sənədin vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərar olduğu müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, X1 Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********702700 nömrəli qərarı ilə inzibati şikayət təmin edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydalarının 5.1-ci maddəsinə əsasən, alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir. İddiaçı və "xxxx" Mənzil Tikinti Kooperativi arasında bağlanılmış CY3-252/23 saylı xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Şirkət Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Y. Əliyev küç., 8 Noyabr prospekti, və X. Rüstəmov küçəsinin əhatə etdiyi məhəllələrdə və 8 Noyabr prospekti ilə Xəzər dənizi arasında yerləşən ərazidə (sahə 3 - ƏTPM-nin cizgisi üzrə) ünvan 3ünvan arayışı) (kortyard 3) ünvanındakı “K Residence Baku” yaşayış kompleksinin inşa-inkişaf etdirilməsini həyata keçirməyə və bu binada yerləşən Əmlakı (müqavilə predmeti: binada yerləşən 2402 saylı mənzil) Müştəriyə satmağa razılaşmış, Müştəri isə Binada yerləşən Əmlakı (“Əmlak”) yaşayış məqsədləri üçün satın almışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********496500 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı xx.xx.2023-cü il tarixli ərizəsi üzrə ƏDV-nin geri qaytarılması təmin edilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********427900 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı xx.xx.2023-ci il tarixli, xx.xx.2023-ci il tarixli və xx.xx.2023-cü il tarixli ərizələri üzrə ƏDV-nin geri qaytarılması təmin edilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********526300 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı xx.xx.2023-cü il tarixli ərizəsi üzrə ƏDV-nin geri qaytarılması təmin edilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********573700 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı xx.xx.2023-cü il tarixli ərizəsi üzrə ƏDV-nin geri qaytarılması təmin edilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********886900 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən İddiaçı xx.xx.2023-cü il tarixli ərizəsi üzrə ƏDV-nin geri qaytarılması təmin edilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti X2 İdarəsinin **********702700 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən Vətəndaş İddiaçı nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması barədə Dövlət Vergi Xidmətinə verdiyi xx.xx.2024-cü il tarixli inzibati şikayəti təmin edilməsin. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Yaşayış və qeyri-yaşayış sahələrininə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması barədə müraciətin baxılmamış saxlanılması haqqında” xx.xx.2023-cü il tarixli **********496500 nömrəli, xx.xx.2023-cü il tarixli **********427900 nömrəli, xx.xx.2023-cü il tarixli **********526300, 15.11,2023-cü il tarixli **********573700 nömrəli və xx.xx.2024-cü il tarixli **********886900 nömrəli qərarları qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq **********298900 saylı xx.xx.2024-cü il tarixli məktub ilə Dövlət Vergi Xidmətində aparılmış inzibati icraat materiallarının təsdiq edilmiş surəti təqdim edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı xx.xx.2023-cü il tarixli müraciətinə cavab olaraq ünvanlanmış məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” təsdiq edilib. Təsdiq edilmiş qaydaların 5.1.2,ci bəndinə əsasən alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənilməlidir. Lakin, tərəfinizdən təqdim edilmiş sənədlərin araşdırılması zamanı müqavilə üzrə mənzilin tam dəyərinin (cəmi 337327 manat, o cümlədən nağdsız qaydada ödənilməsi barədə sənəd təqdim olunan 230000 manat, nağdsız qaydada ödənilməsi barədə sənəd təqdim olunmayan 107327.0 manat) nağdsız qaydada ödənilməsini təsdiq edən sənədlərin təqdim edilmədiyi və alqı-satqı müqaviləsində satıcının imza və möhürünün olmadığı müəyyən edilmişdir. Eyni zamanda xx.xx.2023-cü il tarixli ödəniş sənədlərinin “Ödənişin təyinatı və əsas” bölməsində elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsinin qeyd edilmədiyi müəyyən edilmişdir. Qeyd olunan çatışmazlıqlar aradan qaldırıldıqdan və müvafiq sənədlər 10 (on) iş günü ərzində tam təqdim edildikdən sonra qanunamüvafiq tədbirlərin görülməsi təmin ediləcəkdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı xx.xx.2023-cü il tarixli müraciətinə cavab olaraq ünvanlanmış məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri- yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” təsdiq edilib. Təsdiq edilmiş qaydaların 5.1.2ci bəndinə əsasən alıcı tərəfindən yaşayış və qeyri- yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlər satıcının uçotda olduğu vergi orqanına təqdim edilməlidir. Lakin, tərəfinizdən təqdim edilmiş sənədlərin araşdırılması zamanı müqavilə üzrə mənzilin tam dəyərinin (cəmi 337327 manat, o cümlədən nağdsız qaydada ödənilməsi barədə sənəd təqdim olunan 107327 manat, nağdsız qaydada ödənilməsi barədə sənəd təqdim olunmayan 230000.0 manat) nağdsız qaydada ödənilməsini təsdiq edən sənədlərin təqdim edilmədiyi müəyyən edilmişdir. Qeyd olunan sənədlər 10 (on) iş günü ərzində tam təqdim edildikdən sonra qanunamüvafiq tədbirlərin görülməsi təmin ediləcəkdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən İddiaçı ünvanlanmış **********225900 saylı xx.xx.2024-cü il tarixli məktub ilə xx.xx.2024-cü il tarixli **********702700 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” Qərar “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62-ci maddəsinə əsasən göndərilmişdir. Vergi qanunvericiliyi və inzibatçılığı, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri ilə bağlı əlavə məlumat almaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet saytına, Çağrı Mərkəzinə (195) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilər. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankı elektron hökümət portalı vasitəsi ilə "xxxx" ASC-nə 90955,08 manat pul vəsaiti köçürmüşdür. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankı elektron hökümət portalı vasitəsi ilə "xxxx" ASC-nə 16371,92 manat pul vəsaiti köçürmüşdür. xx.xx.2023-cü il tarixli 02 nömrəli Ödəniş tapşırığından görünür ki, emitent bank "xxxx" ASC 28 May filialı, ödəyən İddiaçı, köçürülən məbləğ 194915,25 manat vəsait, ödənişin təyinatı və əsası – xx.xx.2023-cü il tarixli CY3-252/23 saylı müqaviləyə əsasən vəsaitin köçürülməsi, İddiaçı FİN xxxxxxx, elektron qaimə seriya nömrəsi YT**********31, tarix xx.xx.2023, alan müştəri "xxxx" MTK, benefisiar bank Paşa Bank ASC qeyd edilmişdir. xx.xx.2023-cü il tarixli 03 nömrəli Ödəniş tapşırığından görünür ki, emitent bank "xxxx" ASC 28 May filialı, ödəyən İddiaçı, köçürülən məbləğ 35084,75 manat vəsait, ödənişin təyinatı və əsası – xx.xx.2023-cü il tarixli CY3-252/23 saylı müqaviləyə əsasən ƏDV vəsaitin köçürülməsi, İddiaçı FİN xxxxxxx, elektron qaimə seriya nömrəsi YT**********31, tarix xx.xx.2023, alan müştəri "xxxx" MTK, benefisiar bank X3 qeyd edilmişdir. "xxxx" ASC-nin 28 May filialı tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 1313/112 saylı arayışda bildirilmişdir ki, "xxxx" ASC-nin 28 May filialı ilə iddiaçı arasında xx.xx.2023cü il tarixli, İPKB2078408B112saylı ipoteka müqaviləsi bağlanmışdır. Zəhmət olmasa İddiaçı satıcı "xxxx" MTK-na ödədiyi 35084,75 manat məbləği xx.xx.2023-cü il tarixli 03 nömrəli Ödəniş tapşırığının təyinatını “xx.xx.2023-cü il tarixli CY3-252/23 saylı müqaviləyə əsasən ƏDV vəsaitin köçürülməsi, İddiaçı FİN xxxxxxx, elektron qaimə seriya nömrəsi **********31, tarix xx.xx.2023” kimi nəzərə alasınız. "xxxx" ASC-nin 28 May filialı tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 1313/114 saylı arayışda bildirilmişdir ki, "xxxx" ASC-nin 28 May filialı ilə iddiaçı arasında xx.xx.2023cü il tarixli, İPKB2078408B112saylı ipoteka müqaviləsi bağlanmışdır. Zəhmət olmasa İddiaçı satıcı "xxxx" MTK-na ödədiyi 194915,25 manat məbləği xx.xx.2023-cü il tarixli 02 nömrəli Ödəniş tapşırığının təyinatını “xx.xx.2023-cü il tarixli CY3-252/23 saylı müqaviləyə əsasən vəsaitin köçürülməsi, İddiaçı FİN xxxxxxx, elektron qaimə seriya nömrəsi YT**********31, tarix xx.xx.2023” kimi nəzərə alasınız. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iş üzrə dəyişdirilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü İddianın növü öhdəliyin icrası növündə iddiadır. İddia mümkündür. III. Məhkəmənin mövqeyi Məhkəmə hüquqların xəyali deyil, praktik və səmərəli qorunmasını həyata keçirir. Məhkəməyə çatım hüququ "praktiki və effektiv" olmalıdır (Bellet Fransaya qarşı, § 38). Konvensiya nəzəri və xəyali hüquqları deyil, praktik və effektiv hüquqları təmin etmək üçün nəzərdə tutulmuşdur (Airey İrlandiyaya qarşı, § 24). Azərbaycan Respublikası Vergi Məcəlləsinin 153.1-ci maddəsinə əsasən Əlavə dəyər vergisi (bundan sonra – ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”ndan: 1.2. Bu Qaydanın tələbləri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə təqdim edilmiş elektron qaiməfaktura üzrə yaşayış və qeyri-yaşayış sahələrinin qiymətindən (ƏDV ilə birlikdə) asılı olmayaraq tətbiq edilir. 1.3. ƏDV-nin alıcıya qaytarılması alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. 2.0.2. alıcı – satıcıdan yaşayış və qeyri-yaşayış sahələrini nağdsız qaydada alan fiziki şəxs olan istehlakçı; 2.0.3. satıcı – ƏDV ödəyicisi olan və Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs; 2.0.4. operator – ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsinə, həmin elektron qaimə-faktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid elektron məlumat bazasının fəaliyyətini təşkil və idarə edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (bundan sonra – Dövlət Vergi Xidməti); 2.0.7. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi – bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanılmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi; 3.1. Operator: 3.1.1. bu Qayda ilə müəyyən edilmiş hallarda ƏDV-nin qaytarılması işlərini təşkil edir; 5.1. Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi: 5.3. Dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDVnin qaytarılmasına yol verilmir. 5.5. Elektron qaimə-faktura və bu Qaydanın 5.1-ci bəndində qeyd olunmuş sənədlərdə göstərilən məlumatlar operator tərəfindən yoxlanıldıqdan sonra dərhal risk qiymətləndirilməsi aparılır və risk qiymətləndirilməsinin nəticələri əsasında, təqdim edilmiş sənədlər bu Qayda ilə müəyyən edilmiş tələblərə cavab verdikdə, operator alıcıya qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatı həmin gün müvəkkil banka ötürür. Bu barədə alıcının portalda yaratdığı elektron kabinetə məlumat göndərilir. 5.7. Müvəkkil bank bu Qaydanın 5.5-ci bəndində nəzərdə tutulan ƏDV məbləğini məlumatı aldığı tarixdən 5 (beş) iş günündən gec olmayaraq alıcının bank hesabına qaytarır. Müvəkkil bank tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ƏDV məbləği onların seçimindən asılı olaraq milli və ya xarici valyutada qaytarılır. 5.8. Qaytarılacaq ƏDV məbləği müvəkkil bank tərəfindən bank əməliyyatlarının aparılmasına görə xidmət haqları çıxılmaqla alıcıya ödənilir. Cavabdeh orqan tərəfindən iddiaçıya münasibətdə ƏDV-nin qaytarılmasından imtina edilməsi üçün əsas olaraq əvvəlcə ödənişin təyinatı hissəsində elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi göstərilməməsi səbəbi ilə sonradan isə, iddiaçı tərəfindən bildirişin alındığı tarixdən 10 (on) iş günü müddətində çatışmazlıqlar aradan qaldırılmaması qeyd olunmuşdur. İşin faktiki hallarına və qanunvericilik normalarının təhlilinə əsasən məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı alıcı qismində, yəni satıcıdan yaşayış sahəsini nağdsız qaydada alan fiziki şəxs olan istehlakçı olaraq iştirak edir. Yaşayış sahəsinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra ödənilmiş əlavə dəyər vergisinin geri qaytarılması üçün müraciət etmək iddiaçının qanunla nəzərdə tutulmuş hüququdur. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı tərəfindən yaşayış sahəsinin dəyəri satıcıya tam şəkildə ödənilmiş (iş materiallarında olan mədaxil qəbzləri ilə sübut olunur) və müvafiq orqana müraciət etmişdir. Cavabdeh qurumun məhkəmə iclasında imtina əsası əvvəlcə ödənişin təyinatı hissəsində elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi göstərilməməsi səbəbi ilə sonradan isə, iddiaçı tərəfindən bildirişin alındığı tarixdən 10 (on) iş günü müddətində çatışmazlıqlar aradan qaldırılmaması qeyd edilsə də, iddiaçıya ünvanlanmış bildiriş və qərarda imtina əsası aydın şəkildə qeyd edilməmiş, bu səbəbdən də iddiaçı qeyd edilən sənədləri birlikdə gec təqdim etmiş, lakin cavabdeh iddiaçının bildirişin alındığı tarixdən 10 (on) iş günü müddətində çatışmazlıqlar aradan qaldırılmaması əsası ilə iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə nəzərə alır ki, qanunvericiliyin tələblərinə uyğun olaraq ƏDV-nin qaytarılması ilə bağlı müraciət olunarkən 10 iş günü müddətində iddiaçı tərəfindən təqdim olunan sənədlər yoxlanılmalı və çatışmazlıqlar barədə müvafiq olaraq iddiaçıya məlumat verilməlidir. Lakin hazırkı iş üzrə cavabdeh orqan tərəfindən sənədlərdəki çatışmazlıqlar barədə faktiki olaraq məlumat verilmədən, sonda isə bütün sənədlər təqdim edilməsinə baxmayaraq iddiaçıya münasibətdə ƏDV-nin qaytarılmasından imtina olunması barədə qərar qəbul edilmişdir. Nəticədə isə iddiaçı çatışmazlıqlar barədə məlumatlanma və çatızmazlıqların aradan qaldırılması hüququndan da məhrum olmuşdur. Təqdim edilən bank sənədlərinə əsasən mənzilə görə nağdsız ödəniş iddiaçının Kapital Bank ASC-nin 28 May filialındakı hesabından həyata keçirilmişdir, odur ki, müvəkkil bank da məhz qeyd edilən filialdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1, 23.1, 58.7, 69, 75, 78–79, 81, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. ünvan 2 ünvanındakı "K Residence Baku" yaşayış kompleksində yerləşən 2402 nömrəli mənzilə görə İddiaçı qaytarılacaq əlavə dəyər vergisinin yekun məbləği barədə məlumatın müvəkkil Banka ötürülməsi öhdəliyi cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar