Məhkəmə qərarları › İş №2-1(112)-7816/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7816/2022

05.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7816/2022 05.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, iddiaçı-İddiaçı iştirakı ilə, iddiaçı-İddiaçı cavabdeh-Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh-Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “arayışın verilməsi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin onun xx.xx.2022-ci il tarixli müraciətinin cavablandırılmasında ifadə olunan hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab olunması və xx.xx.N994-cü il tarixdə hərbi xidmət dövrü aldığı travmanın ağırlıq dərəcəsi haqqında müvafiq arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsinə (tələbin dəqiqləşdirilməsi) dair ərizə təqdim edərək, məhkəmədən ona xx.xx.N994-cü il tarixdə hərbi xidmət dövründə aldığı travmanın ağırlıq dərəcəsi haqqında müvafiq arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, N993-cü ilin noyabr ayında hərbi xidmətə çağırılaraq, N №-li hərbi hissəyə göndərilmiş, xx.xx.N994-cü il tarixdə döyüş vaxtı yaralanmış, xx.xx.N994-cü il tarixdən xx.xx.N994-cü il tarixədək X7 Xəstəxanasında müalicədə olmuş, xx.xx.N994-cü il tarixdə AR Müdafiə Nazirliyinin Poliklinikasında şəhadətləndirilmiş və ona xx.xx.N994-cü il tarixdən xx.xx.N994-cü il tarixədək 30 gün müddətinə xəstəliyə görə məzuniyyət verilmişdir. Lakin ona hərbi xidmət dövrü xx.xx.N994-cü il tarixdə aldığı yaralanmanın ağırlıq dərəcəsi haqqında arayış verilməmişdir. xx.xx.N994-cü il tarixdə aldığı yaralanmanın ağırlıq dərəcəsi haqqında arayışın verilməsi üçün Müdafiə Nazirliyinin müvafiq qurumuna göstəriş verilməsi xahişi ilə o, cavabdehə xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət etmiş, lakin müraciəti cavabsız və nəticəsiz qalmışdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti məhkəmənin xx.xx.2022-ci il tarixli sərəncamı ilə cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2022-ci il tarixli NN/203N №li iddiaya dair yazılı münasibətdə (etiraz) göstərilmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixli ərizəsinin cavablandırılmamasını qeyd etsə də, Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli N6/38 №-li məktubu ilə cavab verilmişdir. İnzibati iş materiallarından da görmək olar ki, iddiaçı N994cü il tarixdə şəhadətləndirilərək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının xx.xx.N994-cü il tarixli 3223 №-li arayışı verilmişdir. Həmçinin iddia ərizəsinə əlavə olumuş digər arayışda da qeyd olunmuşdur ki, (rus dilində yazılmışdır ki, “ Больной проконсультирован с врачом и главным хирургом ... повреждение органов шеи не выявлено”), yəni “ xəstə, həkim və baş cərrah tərəfindən konsultasiya edilib ... boyun orqanları zədələnməyib”. Onu da qeyd etmək lazımdır ki, iddiaçı hərbi qulluqçu olmadığından, qeydiyyatda olduğu Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq idarə, şöbə və ya bölməsinə müraciət etməli və həmin qurumun göndərişi əsasında şəhadətləndirilməyə göndərilməlidir. Cavabdeh və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ayrı qurum olduqlarından Müdafiə Nazirliyi öz səlahiyyətlərinə aid olmadığı məsələlərə görə cavabdehlik daşıya bilməz. Qeyd olunanlara əsasən iddianın mümkün sayılmaması xahiş olunmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı-İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin etirazını və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddia mümkündür. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin N.N, 2.N və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, iddiaçı cavabdeh orqanın bu hərəkətinin İPM-in 35.N-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır. İddia əsaslıdır. Belə ki, iş materiallarında olan; iddiaçıya məxsus “ASAN N “tərəfindən xx.xx.20N3-cü il tarixdə verilmiş AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.N962-ci ildə Quba şəhərində doğulmuş İddiaçı ünvan N ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 4/2-229 № arxiv arayışında (surətində) qeyd olunmuşdur ki, Səbail RHK-dan toplanışa çağırılmış, N962-ci il təvəllüdlü X2 N №-li hərbi hrsə komandirinin 29 dekabr N993-cü il tarixli 363 №-li əmrilə (əsas: səh.-400, §N3, sıra- 25; qeyd: əmrdə adı “Zeynalabdin” yazılmışdır) xx.xx.N993-cü il tarixdən 6 MAT-un şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. N №-li hərbi hissə komandirinin N5 fevral N994cü il tarixli 46 №-li əmrində (əsas: səh.-2N5, §N5, sıra-79; qeyd: əmrdə adı “Zeynalabdin” yazılmış, atasının adı yazılmamışdır) yaralanaraq hərbi hospitala göndərildiyi üçün 6 MATun hərbi qulluqçusu Zeynalabdin Dadaşovun qazan təminatından çıxarılması barədə məlumat vardır. 30 (otuz) yaş və yuxarı yaş hədli, hərbi hissəni özbaşına tərk etmiş, Səbail RHK- dan çağırılmış, N962-ci il təvəllüdlü X3 Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.N995-ci il tarixli müvafiq Direktivinə əsasən, N №-li hərbi hissə komandirinin N sentyabr N995-ci il tarixli 273 №-li əmrilə (əsas: səh.-N92, §9, sıra-233; qeyd: əmrdə adı “Zeynaladdin” yazılmışdır) 3C.09.N995-ci il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. N №-li hərbi hissə komandirinin mart-iyun N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. N №-li hərbi hissənin N994-cü il tarixli əsgər heyətinə “pul paylama cədvəlləri” Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmamışdır. İddiaçının hazırki tələblə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə olunmuş müraciətinə cavab olaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının N638 №-li, xx.xx.2022-ci il tarixli məktubu ilə ona (nümayəndəsinə) təqdim olunmuş XN N994-cü ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında (N45 №-li Hərbi Poliklinikada) müayinədə olması haqqında xx.xx.N994-cü il tarixli 3223 №-li mayinə vərəqinin təsdiq olunmuş surətindən görünür ki, N993-cü ilin dekabr ayında Səbail RHK-dan 702 saylı hərbi-hissəyə göndərilmiş XN aldığı (xx.xx.N994-cü ildə) güllə yarası ilə əlaqədar Hərbi Həkim Komissiyası belə qərara gəlmişdir ki, “30 gün müddətinə xx.xx.N994-cü il tarixdən xx.xx.N994-cü il tarixədək məzuniyyətə zərurət vardır; Bəli yaralanmışdır, Azərbaycan Respublikasının müdafiəsi zamaı alınmışdır”. Lakin cavabdeh inzibati orqan tərəfindən iddiaçıya xx.xx.N994-cü il tarixdə aldığı yaralanmanın ağırlıq dərəcəsi haqqında arayışın verilməsi təmin olunmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 52.N-ci maddəsinə əsasən səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. İPM-nin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmin Məcəllənin 39.N-ci maddəsinə əsasən inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçənədək (qanunvericiliklə daha qısa və ya daha uzun müddətin müəyyən olunduğu hallar istisna olmaqla) məhkəmədə iddia qaldırılmasına yol verilmir. İddiaçı (nümayəndəsi X6) hazırki iddia tələbi ilə xx.xx.2022-ci il tarixdə cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizə ilə müraciət etmiş, lakin Cavabdeh tərəfindən onun müraciətinə rəsmi qaydada cavab verilməmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə hazırki iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinə əsasən vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin birinci hissəsinə müvafiq olaraq hərbi vəzifə - qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası vətəndaşlarının hərbi qeydiyyatı, çağırışaqədərki hazırlığı, hərbi xidmətə çağırışı, çağırış üzrə və könüllü hərbi xidmətkeçməsi, ehtiyatda olması, toplanışlara çağırışı və toplanış keçməsi, səfərbərlik üzrə vəzifələrin yerinə yetirilməsidir; üçüncü hissəsinə müvafiq olaraq ehtiyatda xidmət – toplanışlar keçmək və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarət olan xidməti fəaliyyətdir. Həmin Qanunun 27.N.9-cu maddəsinə əsasən hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər toplanışlar keçərkən hərbi xidmət vəzifələrinin icrasında sayılırlar. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin birinci hissəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin Qanunun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamə Ümumi müddəalar: Bu Əsasnamə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanına, “Hərbi vəzifə və hərbi xidmət haqqında” və “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunlarına əsasən hazırlanmışdır və müvafiq olaraq hərbi-həkim ekspertizasının təşkili və aparılması qaydalarını, hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələbləri müəyyən edir. N.2. Hərbi-həkim ekspertizası sülh və müharibə dövrlərində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətində, Azərbaycan Ordusunda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə (bundan sonra — digər qoşunlar), Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, və gömrük orqanlarında (bundan sonra — orqanlar) Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra — vətəndaşlar) sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyasını, habelə vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini (bundan sonra — xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi) təyin etmək məqsədi ilə keçirilir Vİİ. Hərbi qulluqçularda, hərbi toplanışa çağırılmış vətəndaşlarda, orqanlarda xidmət keçən vətəndaşlarda, hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət keçmiş vətəndaşlarda xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsinin təyin edilməsi Hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. 7.3 Hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması göstərilir. Arayışın forması Cavabdeh və bu Əsasnamənin N.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir. Əsasnamədən göründüyü kimi travma haqqında arayış vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilir. İşin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı xx.xx.N993-cü ildən xx.xx.N995-ci ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində N №-li hərbi hissədə xidmət aparmış, xx.xx.N994-cü ildə xidmət zamanı yaralanmışdır. Göründüyü kimi, iddiaçı xəsarət aldığı zaman hərbiçi kimi xidmət etdiyindən travma haqqında arayış da Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun N9.N-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun N5.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.N-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının izahatına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.N-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.N962-ci il təvəllüdlü İddiaçı xx.xx.N994-cü il tarixdə aldığı xəsarətin ağırlıq dərəcəsi haqqında müvafiq arayışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar