Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7817/2021 12.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «əmək pensiyasının yenidən hesablanması və verilməmiş pensiya məbləğinin ödənilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «əmək pensiyasının yenidən hesablanması və verilməmiş pensiya məbləğinin ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirlir ki, iddiaçı 8 avqust 2008-ci il tarixdən Azərbaycan Respublikası Hərbi Prokurorluğunun şöbə prokuroru vəzifəsindən pensiyaya çıxmış və hazırda yaşa görə hərbi qulluqçu kimi əmək pensiyası alır. Ona əmək pensiyası təyin edilərkən pensiya aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən və ərzaq payı əvəzinə verilən pul kompensasiyasından hesablanmaqla 28 il 7 ay 10 gün əmək stajına görə cəmi 990 manat təşkil etmişdir. Hazırda isə pensiyası 1.178 manatdır. Göründüyü kimi, 13 il ərzində onun əmək pensiyası cəmi 188 manat artmışdır ki, bunun da əhəmiyyətli hissəsi müvafiq ay və günlərin əmək stajına hesablanmasına dair qanunvericilikdə edilmiş dəyişiklik hesabına baş vermişdir. Əmək pensiyası hesablanarkən ona aid təminat xərcliyinə daxil olan və vəzifə maaşından hesablanan prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatı, prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində verilən birdəfəlik pul müavinəti, prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardım, bir aylıq vəzifə maaşı həcmində ildə 3 dəfə ödənilən pul mükafatı və hərbi qulluqçulara ilin sonunda ödənilən 13cü əmək haqqı nəzərə alınmamışdır. Qeyd edilən ödənişləri o, prokurorluq orqanlarında xidməti zamanı almış və onlardan məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. Ona aid təminat xərcliyinə daxil olan və vəzifə maaşından hesablanan göstərilən ödənişlər nəzərə alınmaqla 8 avqust 2008-ci il tarixdən qanunamüvafıq indeksləşdirmə aparmaqla yenidən hesablanmasını, 1 avqust 2020-ci il tarixdən etibarən isə, bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavənin hesablanmasını və toplanmış məbləğin ona birdəfəlik ödənilməsinə dair 25 aprel 2021-ci il tarixli müraciətinə cavabdeh tərəfindən 27 may 2021ci il tarixli imtina cavabı verilmişdir. İmtina cavabı sonuncu xidmət etdiyi orqanın müvafiq qurumları tərəfindən əmək haqqında dair artımlar barədə məlumatların cavabdehə göndərilməsi və onun AR Nazirlər Kabinetinin 17 iyun 2020-ci il tarixli 253 nömrəli qərarı ilə əmək haqqına edilmiş artımı almaması ilə əsaslandırılmışdır. Prokurorluq orqanlarında xidmət etdyi son 5 ildə – 2003-2008-ci illər ərzində «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» AR Qanununun 20.8, 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulmuş və digər ödənişləri alması barədə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun 17 sentyabr 2008-ci il tarixli 1/172M nömrəli arayışı və AR Nazirlər Kabinetinin 17 iyul 2020ci il tarixli 253 nömrəli qərarının surəti cavabdehə təqdim olunmuş müraciətə əlavə edildiyindən, imtina əsaslı sayıla bilməz. «Əmək pensiyaları haqqında» AR Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürülldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. «Prokurorluq haqqında» AR Qanununun 38-ci maddəsinə əsasən, prokurorluq işçilərinin maddi və sosial müdafiəsi qanunvericiliklə hakimlər üçün nəzərdə tutulmuş, habelə «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» AR Qanununda müəyyən edilmiş qaydada həyata keçirilir. Hərbi prokurorluq orqanlarının hərbi qulluqçularına əlavə olaraq Azərbaycan Respublikası qanunları ilə hərbi qulluqçular üçün müəyyən edilmiş pensiya, tibbi və başqa növ maddi və sosial təminatlar da şamil edilir. «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» AR Qanununun 20.8-ci maddəsinə əsasən prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir. Həmin Qanunun 20.9-cu maddəsinə əsasən prokurorluq işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilir. Həmin Qanunun 21.4-cü maddəsinə əsasən, prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən prokurorluq işçilərinin əmək haqqı vəzifə maaşından, rütbələrə, xidmət illərinə görə əlavələrdən və qanunvericiliklə nəzərdə tutulan digər ödənişlərdən ibarətdir. Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən verilmiş 17 sentyabr 2008- ci il tarixli 1/172M nömrəli arayışdan görünür ki, prokurorluq orqanlarında xidmət keçdiyi son beş ildə – 2003-2008-ci illər ərzində «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» AR Qanununun 20.8, 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulmuş ödənişlər, habelə bir aylıq vəzifə maaşı həcmində ildə 3 dəfə ödənilən pul mükafatı və hərbi qulluqçulara ilin sonunda ödənilən 13-cü əmək haqqı ona ödənilmiş və onlardan məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. AR Nazirlər Kabinetinin 17 iyul 2020-ci il tarixli 253 nömrəli qərarına əsasən Azərbaycan Respublikası prokurorluq orqanlarında çalışan prokurorluq işçilərinə dövlət büdcəsinin vəsaiti hesabına 1 avqust 2020-ci il iarixdən etibarən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə müəyyən edilmişdir. «Əmək pensiyaları haqqında» AR Qanununun (1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyada) 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Həmin Qanunun (1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyada) 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. «Əmək pensiyaları haqqında» AR Qanununun 32.1-1- ci maddəsinin tətbiqinə dair Ali Məhkəmənin İnzibati Kollegiyasının 8 oktyabr 2020-ci il qərardadına əsasən «Əmək pensiyaları haqqında» AR Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Ali Məhkəmənin həmin qərardad üzrə hüquqi mövqeyinə əsasən müdaxilənin mütənasibliyinin qiymətləndiriliməsi baxımından konkret vəziyyətdə şəxslərdən gözlənilən məsuliyyətli davranışın edilib-edilmədiyinə də diqqət yetirilməlidir. Bu baxımdan, şəxslərin hüquqlarının yarandığı uzun müddət ərzində və hətta yeni qanunun qüvvəyə mindiyi günədək olan keçid dövrü ərzində hüquqlarının reallaşdırılması üçün konkret müraciət etməmələri onların həmin pensiya vəsaitlərinə real ehtiyaclarının olmadığını təsdiq edən hal kimi qiymətləndirilə bilər. İddiaçının pensiya hüququnun təmini ilə bağlı cavabdehə 2015-ci ilin avqust ayından hazıradək cəmi doqquz müraciəti olmuş, həmin müraciətlərin beşi 01 iyul 2017-ci il tarixədək olmuşdur. Belə ki, o, ilk dəfə 3 avqust 2015-ci il tarixdə DSMF Bakı şəhəri Qaradağ rayon şöbəsinin əmək pensiyaları sektoru müdirinin qəbulunda olmuş və müvafiq sənədlərin surətlərini ona təqdim edərək ona 25 il qulluq etmiş prokurorluq işçisi kimi əmək pensiyası təyin edilməsini və daha əvvəl təyin edilmiş hərbi qulluqçu pensiyası arasındakı fərqin ödənilməsini xahiş etmişdir. Sektor müdiri həmin sənədləri ondan qəbul edərək müvafiq komissiyada müzakirə edəndən sonra cavab verəcəyini bildirdi və bu məqsəd üçün ondan mobil telefon nömrəsini almışdır. Həftə ərzində ona zəng edərək həmin məsələnin Komissiyada müzakirə və ona qeyd edilən əsasla pensiya təyin edilməsindən imtina olunduğunu bildirmişdir. Bundan başqa, Sumqayıt Şəhər Poçt Filialının 18 avqust 2015-ci il tarixli 117-88071 nömrəli qəbzindən görünür ki, onun (iddaçının) DSMF-yə ünvanlanmış müraciəti həmin tarixdə xəbərnaməli göndərilmişdir. Həmin müraciətə DSMF Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentinin 4 sentyabr 2015-ci il tarixli 03/89102-1087 nömrəli cavabından görünür ki, ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması üçün hərbi xidmət keçdiyi inzibati orqandan müvafiq sənədlər alınıb təqdim edilməlidir. Həmçinin, Sumqayıt Şəhər Poçt Filialının 7 noyabr 2015-ci il tarixli ********* nömrəli qəbzindən görünür ki, onun Azərbaycan Respublikası Hərbi Prokurorluğuna ünvanlanmış müraciəti həmin tarixdə xəbərnaməli göndərilmişdir. Həmin müraciətə Hərbi Prokurorluğun 25 noyabr 2015-ci il tarixli hp/10-655 nömrəli cavabından görünür ki, ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması üçün tələb olunan sənədin təqdim olunmasından imtina edilmişdir. Bundan başqa, Sumqayıt Şəhər Poçt Filialının 14 aprel 2017-ci il tarixli ********* nömrəli qəbzindən görünür ki, onun Hərbi Prokurorluğa ünvanlanmış müraciəti həmin tarixdə xəbərnaməli göndərilmişdir. Həmin müraciətə Hərbi Prokurorluğun 26 aprel 2017-ci il tarixli hp/10-311 nömrəli cavabından görünür ki, ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması üçün tələb olunan sənədin təqdim olunmasından imtina edilmişdir. Həmçinin, Sumqayıt Şəhər Poçt Filialının 30 iyun 2017-ci il tarixli ********** nömrəli qəbzindən görünür ki, onun DSMF-yə ünvanlanmış pensiya hüququnun təmini ilə bağlı müraciəti həmin tarixdə xəbərnaməli göndərilmişdir. Həmin poçt filialının poçt göndərişinin verilməsi barədə xəbərnamədən görünür ki, 1 iyul 2017-ci il tarixdə poçtdan göndərilmiş məktub 6 iyul 2017-ci il tarixdə Bakı şəhərində qəbul edildikdən sonra xəbərnamə 12 iyul 2017-ci il tarixdə Sumqayıt Şəhər Poçt Filialına qayıtmışdır. Həmin müraciətə cavab verilməməsi səbəbi ilə 2019-cu ilin may ayının əvvəllərində DSMF Bakı şəhəri Qaradağ rayon şöbəsinə müraciət edərkən məlum olmuşdur ki, ona imtina cavabı kimi təqdim edilmiş 4 avqust 2017-ci il tarixli 10/418 nömrəli məktubda onun ünvanı nə qeydiyyatda olduğu, nə də ki, faktiki yaşadığı ünvan deyil, ona aidiyyəti olmayan ünvan göstərilmişdir. Beləliklə, məlum olmuşdur ki, müraciətə ya heç cavab verilməmiş, ya da ona cavab kimi təqdim edilmiş məktub orada göstərilmiş ünvana göndərilmiş olsa belə, onun cavabı almağı qeyri-mümkün olmuşdur. Daha sonra pensiya hüququnun təmini ilə bağlı 10 may 2019-cu il tarixli müraciətini qeydiyyatda olduğu yer üzrə DSMF Sumqayıt şəhər şöbəsinə imza etdirməklə təqdim etmişdir. DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin 11 iyul 2019-cu il tarixli **********3 nömrəli məktubundan görünür ki, onun 10 may 2019-cu il tarixli müraciəti təmin edilməmişdir. Bundan başqa, DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin 11 iyul 2019-cu il tarixli cavabı ilə razılaşmayaraq həmin cavabı alandan sonra AR Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinə şkayət edib həmin müraciəti Nazirliyin inzibati binasındakı poçt qutusu vasitəsilə göndərmişdir. DSMF Sumqayıt şəhər şöbəsi müdirinin 29 oktyabr 2019-cu il tarixli **********5 nömrəli məktubdan görünür ki, onun 4 oktyabr 2019-cu il tarixdə həmin şöbəyə daxil olmuş müraciəti aidiyyəti üzrə DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilmişdir. DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Mail Məmmədovun 20 fevral 2020-ci il tarixli **********5 nömrəli məktubdan görünür ki, cavabından yuxarı inzibati orqana şikayət olunan eyni vəzifəli şəxs tərəfindən müraciətdə göstərilən xüsusatlara ümumiyyətlə münasibət bildirilmədən ona eyni cavab göndərilmişdir. Nəhayət, 4 aprel 2020-ci il tarixli iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq təyin edilmiş hərbi qulluqçu pensiyasının 25 il qulluq etmiş prokurorluq işçisi pensiyası ilə əvəz edilməsini və yaranmış fərqin ödənilməsini xahiş etmişdir. 2 oktyabr 2020-ci il tarixli qərarla iddia təmin edilməmişdir. Həmin iddiadan verilmiş apellyasiya şikayəti üzrə Bakı Apelyasiya Məhkəməsinin 6 aprel 2021-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır. Bundan başqa, 19 fevral 2021-ci il tarixdə AR Nazirlər Kabinetinin 17 iyul 2020-ci il tarixli 253 nömrəli qərarına əsasən Azərbaycan Respublikası prokurorluq orqanlarında çalışan prokurorluq işçilərinə dövlət büdcəsinin vəsaiti hesabına vəzifə maaşına bir aylıq vəzifə maaşına əlavə təyin edilməsi ilə əlaqədar ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasına dair müraciət etmiş və ərizəni həmin tarixdə göstərilən idarənin məsul əməkdaşına surətinə imza etdirməklə təqdim etmişdir. Lakin həmin müraciətə ümumiyyətlə rəsmi cavab almamışdır. Həmçinin, Sumqayıt Şəhər Poçt Filialının 26 aprel 2021-ci il tarixli xəbərnaməsindən görünür ki, DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə ünvanlanmış pensiya hüququnun təmini ilə bağlı müraciəti həmin tarixdə poçtdan göndərilmiş və məktub 30 aprel 2021-ci il tarixdə aidiyyəti üzrə qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinə ünvanlanmış 9 iyun 2020-ci il tarixli vəsatətdən görünür ki, surətləri hazırkı iddia ərizəsinə əlavə edilmiş sənədlərin əsilləri araşdırılan inzibati mübahisəyə dair işə əlavə edilməsi üçün həmin məhkəməyə təqdim edilmişdir. Bütün bunlardan görünür ki, pensiya hüququnun təmini ilə bağlı cavabdehə 2015-ci ilin avqust ayından 01 iyul 2017-ci il tarixədək 5 müraciəti olmuş, onlardan sonuncu – 30 iyun 2017-ci il tarixdə xəbərnaməli göndərilmiş müraciətə isə cavab verilməmiş, uzun müddətdən sonra müraciəti rəsmi qəbul etmiş DSMF Bakı şəhəri Qaradağ rayon şöbəsinə gedib cavab verilməməsi səbəbini soruşarkən ona aid olmayan bir ünvanın ünvanı kimi göstərilmiş sənəd təqdim olunmuşdur. Həmin vaxt qeydiyyada olduğu yer dəyişdiyindən yenidən bir neçə gün ərzində eyni məsələ ilə bağlı aidiyyəti üzrə DSMF Sumqayıt şəhər şöbəsinə müraciət etmişdir. Həmin müraciətə verilmiş 11 iyul 2019-cu il tarixli cavabdan razı qalmayaraq yuxarı orqana şikayət etmiş, 20 fevral 2020-ci il tarixdə isə həmin şikayətə cavab alandan sonra məhkəməyə müraciət etmişdir. Göstərilənlərdən görünür ki, onun 30 iyun 2017-ci il tarixli müraciətinə cavabın ona aid olmayan ünvana göndərilməsi faktını biləndən sonra ünvanının dəyişməsi ilə əlaqədar cavabdeh orqan da dəyişdiyindən həmin imtina ilə bağlı məhkəməyə deyil, bir neçə gün ərzində 10 may 2019-cu il tarixdə DSMF Sumqayıt şəhər şöbəsinə yeni müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin 20 fevral 2020-ci il tarixli cavabı isə 10 may 2019-cu il tarixli müraciətinin 11 iyul 2019-cu il tarixli imtina cavabından yuxarı orqana şikayətin cavabı olmuşdur. Beləliklə, pensiya hüququnun təmini ilə bağlı 1 iyul 2017-ci il tarixədək DSMF-in müvafiq qurumlarına və digər inzibati orqana 5 müraciətinin olması və onların qanunamüvafıq qaydada hazıradək davam etdirilməsi nəzərə alınaraq müraciəti həmin tarixədək edilmiş kimi qəbul edilməlidir. Ali Məhkəmənin İnzibati Kollegiyasının 18 sentyabr 2019-cu il tarixli 2-1(102)-2497/19 nömrəli qərarından görünür ki, formalaşmış məhkəmə təcrübəsinə əsasən hərbi prokurorluq işçilərinin həm prokurorlrq işçisi kimi və həm də hərbi qulluqçu kimi əmək pensiyası hesablanarkən prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatı, prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində verilən birdəfəlik pul müavinəti, prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmincbn az olmayaraq verilən maddi yardım iddiaçının əmək pensiyası hüququ yaranan vaxtdan – 2006-cı ildən hesablanması və birdəfəlik ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Ali Məhkəmənin İnzibati Kollegiyasının 29 oktyabr 2019-cu il tarixli 2-1(102)-2847/2019 nömrəli qərarından görünür ki, formalaşmış məhkəmə təcrübəsinə əsasən hərbi məhkəmənin hakimlərinin hərbi qulluqçu kimi əmək pensiyası hesablanarkən hakimlər hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatı, hakimlərin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində verilən birdəfəlik pul müavinətinin hesablanması və birdəfəlik ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 01 dekabr 2020-ci il tarixli 2-1(102)-1229/2020 nömrəli qərarından görünür ki, formalaşmış son məhkəmə təcrübəsinə əsasən 1 iyul 2017-ci il tarixədək pensiya rüququ yaranmış şəxsin həmin tarixədək DSMF-a deyil, pensiya hüququun təmini üçün müvafiq sənədlərin alınması məqsədi ilə digər inzibati orqanlara müraciət etməsi ilə bağlı onun pensiya hüququ 2006-cı ildən təmin edilmiş və birdəfəlik iddiaçıya ödənilmişdir. Ali Məhkəmənin İnzibati Kollegiyasının qeyd edilən qərarları və eyni mühüm faktiki hallara malik digər qərarları DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən icra edilməklə həmin şəxslərə əmək pensiyaları müvafiq əlavələrlə təyin edilmişdir. Qetd edilənləri və «İnzibati İcraat haqqında» AR Qanununun 12.2-ci maddəsinin, İPM-in 38.2-ci maddəsinin, «Dövlət rüsumu haqqında» AR Qanununun 9.1.2-ci maddəsinin tələblərini nəzərə alaraq, ona (iddiaçıya) aid təminat xərcliyinə daxil olan və vəzifə maaşından hesablanan prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatının, prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində verilən birdəfəlik pul müavinətinin, prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardımın, bir aylıq vəzifə maaşı həcmində ildə 3 dəfə ödənilən pul mükafatının, hərbi qulluqçulara ilin sonunda ödənilən 13-cü əmək haqqının 8 avqust 2008-ci il tarixdən qanunamüvafiq indeksləşdirmə aparmaqla əmək pensiyasının yenidən hesablanması, habelə 1 avqust 2020-ci il tarixdən etibarən isə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavənin hesablanması və toplanmış məbləğin ona birdəfəlik ödənilməsi öhdəliyinin DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsi üzrə Mərkəzi Filialının üzərinə qoyulmasına dair qərar qəbul edilməlidir. Göstərilənlərə və «Əmək pensiyaları haqqında» AR Qanununun 29.1, 29.2-cu maddəsinə əsaslanaraq, İPM-in 45, 46-cı maddələrini rəhbər tutaraq, ona aid təminat xərcliyinə daxil olan və vəzifə maaşından hesablanan prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatının, prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində verilən birdəfəlik pul müavinətinin, prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardımın, bir aylıq vəzifə maaşı həcmində ildə 3 dəfə ödənilən pul mükafatının, hərbi qulluqçulara ilin sonunda ödənilən 13-cü əmək haqqının 8 avqust 2008-ci il tarixdən qanunamüvafiq indeksləşdirmə aparmaqla iddiaçının əmək pensiyasının yenidən hesablanması, habelə 01 avqust 2020-ci il tarixdən etibarən isə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavənin hesablanması və toplanmış məbləğin birdəfəlik ödənilməsi öhdəliyinin DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsi üzrə Mərkəzi Filialının üzərinə qoyulmasına dair qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdehin nümayəndəsinin iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı etirazında aşağıdakılar bildirilir: - İddiaçı cavabdeh Filiala qarşı təminat xərcliyinə daxil olan və vəzifə maaşından hesablanan əlavələr nəzərə alınmaqla 8 avqust 2008-ci il tarixdən qanunamüvafiq indeksləşdirmə aparılmaqla əmək pensiyasının yenidən hesablanması və s tələblərinə dair iddiası qəbul edilmir. İddiaçıya 8 avqust 2008-ci-il tarixdən xidmət illərinə görə hərbi qulluqçu kimi əmək pensiyası təyin edilmişdir. AR Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»na əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün DSMF-yə göndərilir. Qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində DSMF-yə təqdim olunur. Qeyd edilən qərardan göründüyü kimi, hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin pensiya təminatı «Əmək pensiyaları haqqında» AR Qanununun 22.4-cü maddəsinə əsasən hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Pensiya təminatı ilə bağlı iddiaçının xidmət etdiyi qurum tərəfindən tərtib edilmiş məlumat vərəqəsindəki təminat xərcliyinə əsasən təyin edilir. Həmin Qanunun 6.3 və 37.3.1-ci maddələrində qeyd edilən baza, sığorta və yığım hissələri, hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin pensiya məbləğlərinin tərkib hissəsidir. Lakin bütövlükdə hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin pensiya təyinatı onların vəzifə, rütbə maaşları, xidməti illərinə görə faiz əlavəsi və sair kimi ümumilikdə təminat xərcliyini təşkil edir. «Əmək pensiyaları haqqında» AR Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların fccdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Həmin Qanunun 9.6-cı maddəsinə əsasən hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. Həmin Qanunun 22.4-cü maddəsinə əsasən hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İddiaçıya həmin Qanunun 9.5-ci maddənin tələblərinə uyğun olaraq yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı isə sözügedən 9.4 və 20.8-ci maddələrinin tələblərinin ona şamil edilməsini istəyir. Bu isə mümkünsüzdür. Bu məsələlər ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Əmək pensiyaları haqqında» AR Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Qərarı mövcuddur. Həmin Qərarda deyilir: “Qeyd edilməlidir ki, pensiya münasibətləri sahəsində fasiləsiz xidmət illərinə güzəştli xidmət müddətlərinin daxil edilməsi qeyri-mümkündür. Belə ki, «Əmək pensiyaları haqqında» AR Qanununun 20.14-cü maddəsinə görə bu Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəfərə alınmaqla müəyyən edilir. Qanunun 20.1.11-ci maddəsi bu Qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçuları nəzərdə tutur . . . Bu baxımdan «Əmək pensiyaları haqqında» AR Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə müvafiq olaraq, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz . . . «Əmək pensiyaları haqqında» AR Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alma bilməz.” Şərh edilənlərə əsasən və İPM-in tələblərini rəhbər tutaraq, İddiaçı iddiasının təmin edilməməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə aşağıdakı məzmunda “iddianın müdafiəsi çıxışı” təqdim etdi və iddianın təmin olunmasını xahiş etdi: - O (iddiaçı) 8 avqust 2008-ci il tarixdən Azərbaycan Respublikası Hərbi Prokurorluğunun şöbə prokuroru vəzifəsindən «Əmək pensiyaları haqqında» AR Qanununun 20.1.14-cü maddəsinə əsasən pensiyaya çıxmışdır və hazırda yaşa görə hərbi qulluqçu kimi əmək pensiyası alır. Ona əmək pensiyası təyin edilərkən pensiyası aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən və ərzaq payı əvəzinə verilən pul kompensasiyasından hesablanmaqla 28 il 7 ay 10 gün əmək stajına görə cəmi 990 manat təşkil etmişdir. Hazırda isə pensiyası 1.178 manatdır. Göründüyü kimi, 13 il ərzində onun əmək pensiyası cəmi 188 manat artmışdır ki, bunun da əhəmiyyətli hissəsi müvafiq ay və günlərin əmək stajına hesablanmasına dair qanunvericilikdə edilmiş dəyişiklik hesabına baş vermişdir. Əmək pensiyası hesablanarkən ona aid təminat xərcliyinə daxil olan və vəzifə maaşından hesablanan prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatı, prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində verilən birdəfəlik pul müavinəti, prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardım, bir aylıq vəzifə maaşı həcmində ildə 3 dəfə ödənilən pul mükafatı və hərbi qulluqçulara ilin sonunda ödənilən 13cü əmək haqqı nəzərə alınmamışdır. Qeyd edilən ödənişləri o, prokurorluq orqanlarında xidməti zamanı almış və onlardan məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. Ona aid təminat xərcliyinə daxil olan və vəzifə maaşından hesablanan göstərilən ödənişlər nəzərə alınmaqla 8 avqust 2008-ci il tarixdən qanunamüvafiq indeksləşdirmə aparmaqla yenidən hesablanması, 1 avqust 2020-ci il tarixdən etibarən isə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavənin hesablanması və toplanmış məbləğin birdəfəlik ödənilməsi xahişi ilə 25 aprel 2021-ci il tarixli müraciətinə cavabdeh tərəfindən 27 may 2021-ci il tarixli imtina cavabı verilmişdir. İmtina cavabı onun sonuncu xidmət etdiyi orqanın müvafiq qurumları tərəfindən əmək haqqına dair artımlar barədə məlumatların cavabdehə göndərilməməsi və AR Nazirlər Kabinetinin 17 iyul 2020-ci il tarixli 253 nömrəli qərarı ilə əmək haqqına edilmiş artımı almaması ilə əsaslandırılmışdır. Prokurorluq orqanlarında xidmət keçdiyi son beş ildə – 2003-2008-ci illər ərzində «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» AR Qanunun 20.8, 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulmuş və digər ödənişləri almağı barədə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun 17 sentyabr 2008-ci il tarixli 1/172M nömrəli arayışı cavabdehə müraciətinə, habelə 2015-ci ilin avqust ayından etibarən cavabdeh orqanın müvafiq qurumlarına davamlı müraciətlərinə əlavə edildiyindən, həmin imtina əsaslı sayıla bilməz. İşin hazırlıq icraatı üzrə məhkəmə iclasında cavabdehin vəkilinin (nümayəndəsinin) təqdim etdiyi “iddiaya qarşı etiraz”da qeyd edilmişdir ki, ona «Əmək pensiyaları haqqında» AR Qanununun 9.5-ci maddəsinin tələblərinə uyğun olaraq yaşa görə pensiya təyin edildiyi və həmin Qanunun 9.4 və 20.8-ci maddələrinin tələblərinin ona şamil edilməsini istədiyi üçün, iddianın təmin edilməsi mümkünsüzdür. Bu etirazla cavabdehin vəkili (nümayəndəsi) işin faktiki hallarında əks olunmayan və hətta təmsil etdiyi orqanın rəhbərinin imtina cavabı ilə ziddiyyət təşkil edən təhrifedici məlumatlara istinad etmişdir. Belə ki, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktorunun 27 may 2021-ci il tarixli **********1 nömrəli imtina cavabında qeyd edilmişdir ki, ona «Əmək pensiyaları haqqında» AR Qanununun 20.1.14-cü maddəsinə əsasən 8 avqust 2008-ci il tarixdə yaşa ğörə əmək pensiyası təyin edilmişdir. Bundan başqa, o (iddiaçı), iddia ərizəsində təminat xərcliyinin hərbi qulluqçunun hərbi xidmətdən buraxıldığı ğünə, büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavə və diğər vəsaitlərdən başqa, almış olduğu bütün vəsaitlərdən və onların artımlarından ibarət olmasını nəzərdə tutan «Əmək pensiyaları haqqında» AR Qanununun 1.0.5-cü maddəsinə, habelə iddia edilən ödənişlərin pensiya məbləğinə daxil edilməsinin hüquqi əsasını təşkil edən «Prokurorluq haqqında» AR Qanununun 38-ci maddəsinə, «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» AR Qanunun 20.8, 20.9, 21.4 və 21.1ci maddələrinə əsaslanmışdır. Cavabdeh imtina məktubunda AR Nazirlər Kabinetinin 17 iyul 2020-ci il tarixli 253 nömrəli qərarına əsasən Azərbaycan Respublikası prokurorluq orqanlarında çalışan prokurorluq işçilərinə dövlət büdcəsinin vəsaiti hesabına 1 avqust 2020-ci il tarixdən etibarən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavənin ona aid pensiya məbləğinə daxil edilməməsini Konstitutsiya Məhkəməsi Plenumunun “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14cü maddələrinin şərh edilməsinə dair” 15 may 2020-ci il tarixli Qərarı ilə əsaslandıraraq qeyd etmişdir ki, Qanunun 20-ci maddəsində ğöstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissəsinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutmasını özündə ehtiva edir. Cavabdeh həmçinin qeyd etmişdir ki, həmin Qərara əsasən «Əmək pensiyaları haqqında» AR Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə ğörə şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi sosial sığortasına cəlb edilməyən əlavələrə edilən artımlar nəzərə alına bilməz. Bundan başqa, təminat xərcliyinin hesablanması üçün tələb olunan, ehtiyata buraxılmazdan əvvəl bir təqvim ili üzrə aldığı və ondan məcburi sosial sığortaya cəlb olunmuş ödənclər barədə arayışı cavabdehə təqdim etsə də, ondan əsassız olaraq, yeni məlumat tələb olunmuşdur. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun DSMF-yə təqdim edilməsi üçün verilmiş 30 iyun 2021-ci il tarixli HP-13/75 nömrəli arayışına əsasən prokurorluq orqanlarında işlədiyi müddətin son beş ilinin, yəni 31 iyul 2003-cü il tarixdən 31 iyul 2008-ci il tarixədək olan dövr ərzində aldığı və məcburi dövlət sığorta haqqı ödədiyi əmək haqqına olan əlavələr barədədir. Həmin arayışa əsasən prokurorluq orqanlarında işlədiyi son təqvim ili olan 2007-ci il ərzində aldığı əlavələr: qanunda nəzərdə tutulan prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatından, prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində verilən birdəfəlik pul müavinətindən, prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardımı təşkil edən üç aylıq vəzifə maaşından, iki vəzifə maaşı və iki rütbə maaşından ibarət ödənişlər olmuşdur. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun 30 iyun 2021-ci il tarixli, HP-13/75 nömrəli arayışına əsasən şöbə prokurorunun maaşı 01 mart 2018-ci il tarixdən 1.055 manat, ədliyyə mayorunun rütbə maaşı 130 manat, xidmət illərinə ğörə əlavə vəzifə maaşına 30 faiz hesablanmaqla 355 manat 50 qəpik təşkil edir. «Əmək pensiyaları haqqında» AR Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürülldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 08 oktyabr 2020-ci il qərardadına əsasən «Əmək pensiyaları haqqında» AR Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Ali Məhkəmənin həmin qərardad üzrə hüquqi mövqeyinə əsasən müdaxilənin mütənasibliyinin qiymətləndiriliməsi baxımından konkret vəziyyətdə şəxslərdən gözlənilən məsuliyyətli davranışın edilib-edilmədiyinə də diqqət yetirilməlidir. Bu baxımdan, şəxslərin hüquqlarının yarandığı uzun müddət ərzində və hətta yeni qanunun qüvvəyə mindiyi günədək olan keçid dövrü ərzində hüquqlarının reallaşdırılması üçün konkret müraciət etməmələri onların həmin pensiya vəsaitlərinə real ehtiyaclarının olmadığını təsdiq edən hal kimi qiymətləndirilə bilər. Pensiya hüququnun təmini ilə bağlı onun cavabdehə 2015-ci ilin avqust ayından hazıradək cəmi doqquz müraciəti olmuş, həmin müraciətlərin beşi 1 iyul 2017-ci il tarixədək olmuşdur. Ali Məhkəmənin İnzibati Kollegiyasının 18 sentyabr 2019-cu il tarixli 2-1(102)-2497/19 nömrəli qərarından görünür ki, formalaşmış məhkəmə təcrübəsinə əsasən hərbi prokurorluq işçilərinin həm prokurorlrq işçisi kimi və həm də hərbi qulluqçu kimi əmək pensiyası hesablanarkən prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatı, prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində verilən birdəfəlik pul müavinəti, prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardım iddiaçının əmək pensiyası hüququ yaranan vaxtdan – 2006-cı ildən hesablanması və birdəfəlik ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Ali Məhkəmənin İnzibati Kollegiyasının 29 oktyabr 2019cu il tarixli 2-1(102)-2847/2019 nömrəli qərarından görünür ki, formalaşmış məhkəmə təcrübəsinə əsasən hərbi məhkəmənin hakimlərinin hərbi qulluqçu kimi əmək pensiyası hesablanarkən hakimlər hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatı, hakimlərin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində verilən birdəfəlik pul müavinətinin hesablanması və birdəfəlik ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Ali Məhkəməsinin İnzibati Kollegiyasının 1 dekabr 2020-ci il tarixli 2-1(102)-1229/2020 nömrəli qərarından isə görünür ki, formalaşmış son məhkəmə təcrübəsinə əsasən 1 iyul 2017-ci il tarixədək pensiya hüququ yaranmış şəxsin həmin tarixədək DSMF-yə deyil, pensiya hüququnun təmini üçün müvafiq sənədlərin alınması məqsədi ilə digər inzibati orqanlara müraciət etməsi ilə bağlı onun pensiya hüququ 2006-cı ildən təmin edilmiş və birdəfəlik iddiaçıya ödənilmişdir. Ali Məhkəmənin İnzibati Kollegiyasının iş materiallarına əlavə edilmş 27 yanvar 2021-ci il tarixli 2-1(102)-49/2021 nömrəli qərarının surətindən görünür ki, birinci instansiya məhkəməsində hakim Rüstəm Kərimlinin sədrliyi ilə baxılmış həmin iş üzrə polis əməkdaşlarının əmək pensiyası hesablanarkən müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara orta aylıq əmək haqqı məbləğində verilən birdəfəlik pul müavinəti, məzuniyyət pulu və il ərzində verilmiş bütün pul mükafatlarının məbləğinin sonrakı artımlar nəzərə alınmaqla hesablanması və iddiaçıya ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsininin həmin mövqeyi Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən qanuni və əsaslı hesab edilmişdir. Ali Məhkəmənin İnzibati Kollegiyasının qeyd edilən qərarları və eyni mühüm faktiki hallara malik digər qərarları DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən icra edilməklə həmin şəxslərə əmək pensiyaları müvafiq əlavələrlə təyin edilmişdir. Qeyd edilənləri və «Əmək pensiyaları haqqında» AR Qanununun 29.1, 29.2-ci maddələrinin, 31.1, 32.1, 37.7-ci maddələrinin 1 yanvar 2017-ci il tarixədək qüvvədə olan redaksiyada tələblərini, «Prokurorluq haqqında» AR Qanununun 38-ci maddəsinin, «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» AR Qanunun 20.8, 20.9, 21.1, 21.4-cü maddələrinin, «İnzibati icraat haqqında» AR Qanununun 12.2-ci maddəsinin tələblərini nəzərə alaraq, ona aid təminat xərcliyinə daxil olan və vəzifə maaşından hesablanan: prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatının, prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində verilən birdəfəlik pul müavinətinin, prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardımın, bir aylıq vəzifə maaşı həcmində ildə 3 dəfə ödənilən pul mükafatının, hərbi qulluqçulara ilin sonunda ödənilən 13-cü əmək haqqının 8 avqust 2008-ci il tarixdən qanunamüvafiq indeksləşdirmə aparmaqla əmək pensiyanın yenidən hesablanması, habelə 1 avqust 2020-ci il tarixdən etibarən isə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavənin hesablanması və toplanmış məbləğin ona birdəfəlik ödənilməsi öhdəliyinin DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsi üzrə Mərkəzi Filialının üzərinə qoyulmasına dair qərar qəbul edilməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 45, 46-cı maddələrini rəhbər tutaraq, iddianın təmin edilməsinə dair qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya qarşı yazılı etirazda göstərilənləri təsdiqlədiyini bildirdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. «Əmək pensiyaları haqqında» AR Qanununun 1.0.1-ci maddəsinə görə əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.3-cü maddəsinə əsasən hərbi qulluqçular – Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Həmin Qanunun 9.4-cü maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin yaşa görə əmək pensiyası hüququ vardır: (9.4.1) prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçiləri; (9.4.2) yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 25 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri. Həmin Qanunun 9.5-ci maddəsinə əsasən aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: - (9.5.1) hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; - (9.5.2) hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər. Həmin Qanunun 29.1-ci maddəsinə görə əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Həmin Qanunun 29.2-ci maddəsinə əsasən bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Həmin Qanunun 30.1-ci maddəsinə əsasən əmək pensiyası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyasının təyinatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Həmin Qanunun 31.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olan tələblərinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 31.1-ci maddəsinin hazırda qüvvədə olan tələblərinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinin hazırda qüvvədə olan tələblərinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olan tələblərinə görə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinin 1 iyul 2017-ci il tarixdən qüvvədə olan tələblərinə görə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. «Prokurorluq haqqında» AR Qanununun 38-ci maddəsinə əsasən prokurorluq işçilərinin maddi və sosial müdafiəsi bu Qanun və «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» AR Qanununda müəyyən edilmiş qaydada həyata keçirilir. «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» AR Qanununun 20.8-ci maddəsinə görə prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir. Həmin Qanunun 20.9-cu maddəsinə görə prokurorluq işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilir. Həmin Qanunun 20.14-cü maddəsinə görə pensiyaya çıxmış prokurorluq işçilərinin pensiya təminatı «Əmək pensiyaları haqqında» AR Qanununa uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 21.4-cü maddəsinə əsasən prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir. AR Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın müddəalarına görə: - (1-ci bənd) Bu Qaydalar «Əmək pensiyaları haqqında» AR Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular – Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər – Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir; - (2-ci bənd) «Əmək pensiyaları haqqında» AR Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır; - (3-cü bənd) bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər (8.1.1 – 8.13-1-ci maddələrindən başqa) hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi»nin 1.1.-ci bəndinə görə Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Binəqədi rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Cavabdeh inzibati orqan DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldlırılan məsələnin həllini təmin edilmədiyindən (imtina olunduğundan), tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisəyə baxılması üçün İPM-in 8.1.4-cü maddəsinin tələblərinə uyğun olaraq cavabdehin olduğu yer (Bakı şəhərinin Binəqədi rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Mübahisənin mahiyyətinə gəldikdə isə məhkəmə qeyd edir ki, iddiaçı iddiasında aşağıdakı tələblərini irəli sürür. - əmək pensiyası təminat xərcliyinə daxil olan və vəzifə maaşından hesablanan prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatının, prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində verilən birdəfəlik pul müavinətinin, prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardımın, bir aylıq vəzifə maaşı həcmində ildə 3 dəfə ödənilən pul mükafatı, hərbi qulluqçulara ilin sonunda ödənilən 13-cü əmək haqqının 8 avqust 2008-ci il tarixdən qanunamüvafiq indeksləşdirmə aparmaqla əmək pensiyasının yenidən hesablanması, 1 avqust 2020-ci il tarixdən etibarən isə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə nəzərə alınmaqla yenidən hesablanması; - əmək pensiyasının yenidən hesablanması zamanı verilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi. Məhkəmə qeyd edir ki, hazırkı iddiaçıya əmək pensiyası prokurorluq işçisi kimi deyil, hərbi qulluqçu kimi təyin edilmişdir. mövcud qanunvericilik normaları hərbi qulluqçuların pensiya təminatını onların qulluq etdiyi orqanlarda xidmətdən buraxıldığı günə aldıqları vəzifə maaşı və digər müvafiq əlavələrlə müəyyən edilən təminat xərcliyi ilə müəyyən olunan məbləğlə şərtləndirir və həmin vəzifə maaşı və əlavələr aidiyyəti qurum tərəfindən DSMF orqanına təqdim olunmuş “məlumat vərəqəsi”ndə əksini tapır. İddiaçının hərbi qulluqçu kimi xidmət dövründə aldığı vəzifə maaşına əlavələr təqdim olunmuş “məlumat vərəqəsi”ndə əks olunduğu halda, onun əmək pensiyasında bəzərə alına bilər. Lakin işin hallarına görə (bunu iddiaçı da təkzib etmir) həmin əlavələr “məlumat vərəqəsi”ndə göstərilməmişdir. İddiada pensiya hesablanmasında nəzərə alınması tələb olunan digər əlavələrə gəldikdə isə, məhkəmə vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 15 may 2020-ci il tarixli qərarında qeyd etmişdir ki, «Əmək pensiyaları haqqında» AR Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur, «Əmək pensiyaları haqqında» AR Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Belə olan halda, iddiaçının tələbində göstərilən “digər əlavələr”in ona hərbi qulluqçu kimi təyin edilmiş əmək pensiyasında nəzərə alınması yolverilən deyil. Qeyd olunanlara əsasən məhkəmə belə qənəatə gəlir ki, iddia “əmək pensiyasının yenidən hesablanması” hissəsində əsassızdır. İddiada “pensiyanın yenidən hesablanması zamanı verilməmiş məbləğin ödənilməsi” tələbi də irəli sürülür, lakin bu tələb birinci tələbdən, yəni “əmək pensiyasının yenidən hesablanması” tələbindən törəmə və asılıdır. Birinci tələb əsaslı olmadığından, bu tələb də təmin edilə bilməz. Məhkəmə bir məsələni də diqqətə çəkərək qeyd edir ki, iddiaçının inzibati məhkəmə icaatında baxılmış digər işlərin xüsusatları hazırkı işin halları ilə uzlaşmır. Belə ki, hazırkı iddiaçının qeyd etdiyi işlər üzrə qərarlar (Ali Məhkəmənin və birinci instansiya məhkəməsinin qərarları) müvafiq iddiaçıların prokurorluq işçisi kimi təyin edilmiş əmək pensiyasının yenidən hesablanması, xidmət etdiyi orqana qarşı “məlumat vərəqəsi”nin yenidən tərtib olunması tələbi üzrə işlərə baxılmasının nəticəsidir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçıya əmək pensiyasının yenidən hesablanmasından cavabdeh inzibati orqan DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının imtinası qanuna zidd sayılmamalıdır. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «əmək pensiyasının yenidən hesablanması və verilməmiş pensiya məbləğinin ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «əmək pensiyasının yenidən hesablanması və verilməmiş pensiya məbləğinin ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-7817/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7817/2021
12.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver