Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7821/2024 23.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa hesablanması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına “14 dekabr 2018-ci il tarixdən 57 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə öhdəlik qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 14 dekabr 1962-ci il tarixdə doğulmuşdur. 1979-cu ildə Sumqayıt Politexnik texnikomuna qəbul olmuş, 1980-1982-ci illərdə hərbi xidmətdən sonra 1984-cü ildə həmin texnikumun əyani şöbəsini bitirmiş və təyinatla 01 iyul 1984-cü il tarixdən 25 iyun 2003-cü il tarixədək Bakı şəhərində yerləşən Tikinti İdarəsində Polad və dəmirbeton konstruksiyaların quraşdırılması vəzifəsində çalışmışdır. 01 aprel 2002-ci il tarixdən 05 yanvar 2017-ci il tarixədək Bakı Oksigen Kombinatı ASC-də Nasosxana maşinisti vəzifəsində işləmişdir. 14 dekabr 2018-ci il tarixdən 57 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh müraciətinə 16 fevral 2024-cü il tarixli məktubu ilə imtina edərək məhkəməyə müraciət etmək hüququnun olmasını bildirmişdir. Həmin məktubu 26 fevral 2024-cü il tarixdə poçt vasitəsi ilə almışdır. Cavabdehin pensiyanı təyin etməməsi əsassız və qanunsuzdur. Belə ki, 01 yanvar 2006-cı ilədək 25 ildən artıq ümumi iş stajı, 12 il 06 aydan artıq güzəştli şərtlərlə iş staşı olduğuna görə 57 yaşından, yəni 14 dekabr 2018-ci il tarixdən pensiya təyin edilməlidir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, işin faktiki hallarına əsasən İddiaçı ona xx.xx.2022-ci il tarixdən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ilə razılaşmayaraq, yaşa görə əmək pensiyasının 57 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən təyin edilməsi ilə bağlı 17 yanvar 2024-cü il tarixli ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən vətəndaşın müraciətinə cavab olaraq ünvanlanmış 16 fevral 2024-cü il tarixli məktubla İddiaçı ümumi iş stajının xx.xx.2006-cı il tarixədək 25 ildən az olduğu üçün ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı bildirilmişdir. İddiaçı cavabdehin imtinası ilə razılaşmayarag yaşa görə pensiyanın 57 yaşdan təyin edilməsi tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı tərəfindən təgdim edilən xx.xx.2024-cü il tarixli iddia ərizəsinin əsasları kimi onun xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi və 12 il 06 aydan artıq güzəştli iş stajının olması çıxış edir. İddiaçı iddia tələbi tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinə əsasən 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Sözügedən Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li siyahıya görə zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı xx.xx.2022-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə 348.49 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.2006-cı il tarixədək cavabdeh tərəfindən mübahisələndirilməyən ümumi iş stajı 21 il 2 ay 27 gündən ibarət olmaqla aşağıdakı kimidir: xx.xx.1979-xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1997-ci il, xx.xx.2002-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər. İddiaçı cavabdeh tərəfindən mübahisələndirilən ümumi iş stajı isə Bakı Tikinti Quraşdırma ATSC-nin xx.xx.2020-ci il tarixli arayışına əsasən xx.xx.1984xx.xx.2003-cü il tarixləri arasındakı dövrdə Tikinti idarəsində Polad və dəmirbeton konstruksiyalarının quraşdırılması vəzifəsində işlədiyi dövrdür. Belə ki, sözügedən arayışda 1997-ci ilin ikinci rübündən sonra müəssisənin işə sifarişi olmadığı üçün işçilərə əməkhaqqı ödənilmədiyi göstərilmişdir. Qanunvericiliyə uyğun olaraq məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər sığorta stajına daxil edilmədiyindən iddiaçıya əməkhaqqı ödənilməyən, işləmədiyi xx.xx.1997-xx.xx.2003-cü il tarixləri arasındakı dövrün iş stajına daxil edilməsi mümkün deyil. Ümumilikdə, Y. Əliyevin ümumi iş stajı xx.xx.2006cı il tarixədək 25 ildən az (21 il 2 ay 27 gün) təşkil etdiyi üçün iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi qeyri-mümkündür. İddiaçıya verilən imtina qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbi yuxarıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Cavabdeh iddiaya dair yazılı etiraza əlavə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı xx.xx.2006-cı il tarixədək cavabdeh tərəfindən mübahisələndirilməyən ümumi iş stajı 21 il 2 ay 27 gündən ibarət olmaqla aşağıdakı kimidir: xx.xx.1979-xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1997-ci il, xx.xx.2002-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər. İddiaçı cavabdeh tərəfindən mübahisələndirilən ümumi iş stajı Bakı Tikinti Quraşdırma ATSC-dəki əmək faəiyyəti dövrüdür. İddiaçı əmək kitabçasında onun xx.xx.1984-cü il tarixdən (xx.xx.1984-cü il tarixli 45 nömrəli əmr) xx.xx.2003-cü il tarixədək (xx.xx.2003-cü il tarixli 10 nömrəli əmr) sözügedən müəssisədə əmək fəaliyyəti ilə məşğul olduğu müəyyən olunur. İddiaçının ümumi sosial sığorta stajında mübahisələndirilən dövrlər də sözügedən müəssisənin fəaliyyəti ilə bağlı olmuşdur. Belə ki, məhkəməyə də təqdim edilmiş xx.xx.2020-ci il tarixli müəssisənin arayışına əsasən müəyyən olunmuşdur ki, 1997-ci ilin ikinci rübündən sonra müəssisənin işə sifarişi olmadığı üçün işçilərə əməkhaqqı ödənilməmişdir. Qanunvericiliyə uyğun olaraq məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər sığorta stajına daxil edilmədiyindən iddiaçıya əməkhaqqı ödənilməyən, faktiki olaraq işləmədiyi xx.xx.1997- xx.xx.2003-cü il tarixləri arasındakı dövrlər Mərkəzi Filial tərəfindən onun iş stajına daxil edilçəmişdir. İddiaçının əmək kitabçasının 10 və 11-ci səhifəsində qeyd edilən xx.xx.2002-ci il tarixdən "xxxx" ASC-dəki əmək fəaliyyəti onun ümumi iş stajına daxil edilmişdir. Göründüyü kimi mübahisəli dövrlər iddiaçının Bakı Tikinti Quraşdırma ATSC-də işlədiyini iddia etdiyi xx.xx.1997-cu il tarixdən “Sabunçu Azot-Oksijen’’ ASC-də işə qəbul olunduğu xx.xx.2002-ci il tarixədək olan dövrdür. İddiaçının xx.xx.1997-cı il tarixdən faktiki olaraq Bakı Tikinti Quraşdırma ATSC-də işləməməsi xx.xx.2002-ci il tarixdə başqa müəssisədə işə qəbul olunması ilə təsdiqlənir. Həmçinin məhkəmə sorğusuna cavab olaraq verilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət vergi Xidmətinin xx.xx.2024-cü il tarixli **********277800 nömrəli məktubundan görünür ki, Bakı Tikinti Quraşdırma ATSC xx.xx.2003-cü il tarixdə dövlət qeydiyyatından keçmişdir. Sözügedən müəssisənin fəaliyyəti 2003-cü il tarixdən sonrakı dövrə aid olduğu halda iddiaçı qeyd edilən dövrdən əvvəl orda işlədiyini iddia edərək, ümumi iş stajına daxil edilməsini cavabdehdən haqsız olaraq tələb etmişdir. Qeyd olunanlardan da göründüyü kimi Y. Əliyevin ümumi iş stajı xx.xx.2006-cı il tarixədək 25 ildən az (21 il 2 ay 27 gün) təşkil etdiyi üçün iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi qeyri-mümkündür. İddiaçıya verilən imtina qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbi yuxarıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. İddiaçı dair ИТ-İ seriyalı ******* saylı xx.xx.1984-cü il tarixli əmək kitabçasının surətindən görünür ki, 1978-1980-ci illərdə Sumqayıt Politexnik texnikomuna qəbul olmuş, 1980-1982-ci illərdə hərbi xidmətdə olmuş, 1982-1984-cü illərdə Sumqayıt Politexnik texnikomunda təhsil almışdır. xx.xx.1984-cii il tarixdən (əmr № 45, xx.xx.1984-ci il tarixli)xx.xx.2003-cü il (əmr № 10, xx.xx.2003-cü il) tarixədək Tikinti İdarəsində Polad və dəmirbeton konstruksiyaların quraşdırıcısı vəzifəsində çalışmışdır. xx.xx.2003-cü il tarixdə 10 saylı xx.xx.2023-cü il tarixli əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.2002-ci il tarixdə “X6” Açıq Səhmdar Cəmiyyətində nasosxana növbətçisi vəzifəsinə keçirilmişdir. xx.xx.2003-cü il tarixdə mülkiyyət formasının dəyişməsi ilə əlaqədar olaraq “X6” Açıq Səhmdar Cəmiyyəti "xxxx" Açıq Səhmdar Cəmiyyəti adı ilə dəyişdirilmişdir. xx.xx.2003-cü il tarixdə xx.xx.2003cü il tarixli əmrə əsasən nasosxana növbətçisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2010-cu il tarixdə xx.xx.2011-ci il tarixli əmrə əsasən struktur dəyişikliyi ilə əlaqədar 4-cü dərəcəli nasosxana maşınisti vəzifəsinə keçirilmişdir. xx.xx.2011-ci il tarixdə xx.xx.2011-ci il tarixli əmrə əsasən 5-ci dərəcəli nasosxana maşinisti vəzifəsinə keçirilmişdir. xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2017-ci il tarixdə 102 saylı xx.xx.2017-ci il tarixli əmrə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Nizami rayon Məşğulluq Mərkəzində “Məşğulluq haqqında” Qanunun 4-cü maddəsinin 4.3-cü bəndinə əsasən işsizlik statusu verilmiş və müavinət təyin edilmişdir. xx.xx.2017-ci il tarixdə 239 saylı xx.xx.2017-ci il tarixli əmrə əsasən “Məşğulluq haqqında” Qanunun 25-ci maddəsinin 25.2-ci bəndinə əsasən müavinətin ödənişi dayandırılmışdır. İddiaçı dair H3 seriyalı ******* saylı xx.xx.1980-ci il tarixli hərbi biletin surəti məhkəməyə təqdim edilmişdir. ДТ-İ seriyalı 774332 saylı xx.xx.1984-cü il tarixli diplomdan görünür ki, İddiaçı Sumqayıt Politexnik Texnikumunu bitirmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-17-1/2-104702/2024 saylı xx.xx.2024cü il tarixli məktub ilə vətəndaş Yaşar Şaşa oğlu X2 müraciətinə dair inzibati icraat materiallarının təsdiq edilmiş surəti təqdim edilmişdir. "xxxx" ATSC tərəfindən təqdim edilmiş 05/23 saylı xx.xx.2023-cü il tarixli arayışa əsasən İddiaçı 1979-cu ildə Sumqayıt Poltexnik Texnikomuna qəbul olmuş, 1980-1982-ci illərdə hərbi xidmətdə olmuşdur. 1984-cü ildə isə həmin texnikomun əyanişöbəsini bitirmiş və təyinatla Bakı şəhərində SSMU idarəsində əmək fəaliyyətinə başlamışdır. xx.xx.1984cii il tarixdən (əmr № 45, xx.xx.1984-cii il tarixli)- xx.xx.2003-cü il (əmr №10, xx.xx.2003-cü il) tarixədək Tikinti İdarəsində Polad və dəmirbeton konstruksiyaların quraşdırıcısı vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Dövlət Əmlak Nazirliyinin 01 dekabr 2000-ci il tarixli sərəncamına əsasən “Azərsənaye” tikinti şirkətinin tabeliyində olan "Bakı Tikinti-Quraşdırma” idarəsinin bazasında "xxxx" ATSC yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli. 12 saylı qərarının 3-cü bölməsinə əsasən Güzəştli şərtlərlə pensiya almaq hüququna malikdir. "xxxx" ATSC əvvəlki yerindən başqa ünvana köçürülməsi ilə əlaqədar olaraq işçilərin sənədlərini tapa bilmədiyimizə görə İddiaçı əmək haqqı arayışını vermək mümkün olmamışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş 053 saylı xx.xx.2020-ci arayışdan görünür ki, İddiaçı Saşa oğlu xx.xx.2002-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Bakı Oksigen Kompani ASC-də Nasosxana maşinisti vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 3-17-1/2-Ə-36728/2024 saylı xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, xx.xx.2023-ci il tarixində Mərkəzi Filial tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və pensiya hüququnun yarandığı xx.xx.2022-ci il tarixindən hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanununun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260- İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 Nə-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filialda mövcud olan "xxxx" ATSC-nin sizə dair xx.xx.2020-ci il tarixli arayışında xx.xx.1984-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində Tikinti idarəsində Polad və dəmir beton konstruksiyaların quraşdırılması vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. Sözügedən arayışda 1997-ci ilin ikinci rübündən sonra müəssisənin işə sifarişi olmadığı üçün işçilərə əmək haqqı ödənilmədiyi göstərilib. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) sığorta stajına daxil edilmədiyi üçün sizə əmək haqqı ödənilməyən, işləmədiyiniz xx.xx.1997-xx.xx.2002-ci il tarixləri arasındakı dövrü iş stajına daxil etmək mümkün deyil. Bu səbəbdən də, 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (21 il 2 ay 27 gün (xx.xx.1979-xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1997-ci il, xx.xx.2002-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ödənilən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ərizədə göstərilən əsaslarla yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ var. "xxxx" ATSC tərəfindən təqdim edilmiş 1 saylı xx.xx.2020-ci il tarixli arayışa əsasən İddiaçı 1979-cu ildə Sumqayıt Politexnik Texnikomuna qəbul olmuş, 1980-1982-ci illərdə hərbi xidmətdə olmuşdur. 1984-cü ildə isə həmin texnikomun əyani şöbəsini bitirmiş və təyinatla Bakı şəhərində SSMU idarəsində əmək fəaliyyətinə başlamışdır. xx.xx.1984-cü il tarxindən (əmr № 45 06.0.6.1984-cü il tarixli) - xx.xx.2003-cü il (əmr № 10 xx.xx.2003- cü il) tarixinədək Tikinti İdarəsində Polad və dəmirbeton konstruksiyaların quraşdırılması vəzifəsində çalışmşdır. Azərbaycan Respublikası Dövlət Əmlak Nazirliyinin 01 dekabr 2000-ci il tarixli sərəncamına əsasən “Azərsənaye” tikinti şirkətinin tabeliyində olan "xxxx" idarəsinin bazasında "xxxx" ATSC yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 2 saylı qərarının XXİX bölməsinə əsasən (səh. 160) güzəştli pensiya almaq hüququna malikdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış **********8 saylı xx.xx.2020-ci il tarixli məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Bundan başqa həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim edilən sənədlərdən göründüyü kimi ümumi iş stajı 1 yanvar 2006-cı il tarixinədək 25 ildən az (17 il 5 ay 20 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. "xxxx" ATSC tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli arayışa əsasən İddiaçı xx.xx.1984-cü il tarxindən (əmr № 45 06.0.6.1984-cü il tarixli) - xx.xx.2003- cü il (əmr № 10 xx.xx.2003- cü il) tarixədək Tikinti İdarəsində Polad və dəmirbeton konstruksiyaların quraşdırılması vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Dövlət Əmlak Nazirliyinin 01 dekabr 2000-ci il tarixli sərəncamına əsasən “Azərsənaye” tikinti şirkətinin tabeliyində olan “Bakı Tikinti- Quraşdırma” idarəsinin bazasında "xxxx" ATSC yaradılmışdır. 1997-ci ilin İİ rübündən sonra müəssisənin işə sifarişi olmadığı üçün işçilərə əmək haqqı hesablanmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış **********8 saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya.təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi.qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 45840,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 43422,59 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezdentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. “X7” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş X-Y-1745 saylı xx.xx.2022-ci il tarixli araşdırıcı arayışdan görünür ki, Verilir İddiaçı ondan ötrü ki, həqiqətən o, "X7" QSC-də (bundan əvvəl "X7" MMC-də) 22 aprel 2021-ci il tarixdən halhazıradək Energetiklər xidmətində Poladəritmə və yayma avadanlıqlarının quraşdırılması və təmiri üzrə çilingər peşəsində çalışır. Qeyd edilmiş peşə (vəzifə) hazırda "X7" QSC-də mövcud olan və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 Yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nm 3-cü Metallurgiya İstehsalatı bölməsinin 3.2 Polad və ferroərintilər istehsalatı bəndinin (a) Fəhlələr yarımbəndində və 3.3. Yayma, təkəryayma, bandajyayma, viloyayma, təbəqə metalyayma, qalaylama, sinkləmə və qurğuşunlama istehsalatı rels bəndləyicilərin istehsalı, isti metalın kəsmə və təmizlənməsi. Termiki emal. Kalibrlənmiş metal istehsalı bəndinin (a) Fəhlələr yarımbəndində "təmirçi çilingərlər, elektrik qaz qaynaqçıları, əl ilə elektrik qaynaqçıları, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları" peşəsinə uyğundur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış **********8 saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, , “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə ИТ-İ ******* nömrəli əmək kitabçanızda xx.xx.1991-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində işlədiyinizə ıraq-tərəfinizdən Mərkəzi Filiala dair aparılmış qeydlər əmək haqqı arayışı əs: təqdim edildikdən sonra baxılacaqdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-48-2F/2-1340/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, Dövlət Arxivinin Bakı filialında saxlanılan "xxxx" Sənaye Təmir-Tikinti Şirkətinin 2000-2003-cü illərə dair natamam arxiv sənədlərində vət.İddiaçı barəsində heç bir məlumat yoxdur. "xxxx" Sənaye Təmir-Tikinti Şirkətinin 1997-1999-cu illərə dair və "xxxx" Sənaye Təmir-Tikinti Şirkətinin nəzdində olan “Bakı Tikinti- Quraşdırma “ATSC-nin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq **********277800 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, dövlət reyestrində Bakı Tikinti Quraşdırma Açıq Səhmdar Cəmiyyətinin (VÖEN: **********) xx.xx.2003-cü il tarixdə 0103-P32-38615 nömrə ilə dövlət qeydiyyatından keçməsi və əsas fəaliyyətinin "Binaların genişləndirilməsi, yenidən qurulması və bərpası üzrə işlər” olması barədə məlumat mövcuddur. xx.xx.2003-cü il tarixdə təsdiq edilmiş Nizamnaməsinin 1.1-ci bəndinə əsasən Cəmiyyət Bakı Tikinti X5 Səhmdar Cəmiyyətinin bazasında yaradılıb və onun hüquqi varisidir. Sahibkarlıq fəaliyyətinin dayandırılması və vergi tutulan əməliyyatının olmaması barədə müxtəlif tarixlərdə təqdim edilən arayışlara əsasən uçot məlumat bazasında həmin Cəmiyyətin fəaliyyətinin xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2023-cü il tarixdən hazırki dövrədək dayandırılması barədə qeyd aparılmışdır. Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-2-2-1/2-17505/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti (VÖEN **********) xx.xx.2000- ci il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" X8 Cəmiyyətinin bazasında yaradılmış və onun hüquqi varisidir. "xxxx" X8 Cəmiyyəti ləğv edilmiş "xxxx" Dövlət Şirkətinin tabeliyində olmuş Bakı Tikinti-Quraşdırma idarəsinin bazasında yarauilmişair. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-34/2-763/01-3/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində Laçın rayon Daş Karxanasına dair məlumat mövcud deyildir. Bakı Tikinti Quraşdırma ATSC 13 iyun 1996-cı il tarixindən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdadır. Laçın rayon Avtonəqliyyat Müəssisəsi və Laçın Tikinti Materialları Kombinatı müvafiq olaraq 08 avqust 1996-cı il və 18 sentyabr 2001-ci il tarixlərində statistik vahidlərin Dövlət reyestrində qeydiyyata alınsalar da, qeydiyyat tarixindən hal-hazıradək Dövlət Statistika Komitəsində sözügedən müəssisələrə dair hər hansı əlavə məlumat mövcud olmamışdır. Statistik vahidlərin Dövlət reyestrində müəssisələrlə bağlı məlumatların axtarışı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qeydiyyat zamanı hüquqi şəxsə təqdim olunmuş vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) və yaxud da Dövlət Statistika Komitəsi tərəfindən təqdim olunmuş statistik identifikasiya kodu vasitəsi ilə həyata keçirilir. Belə ki, müəssisənin yalnız “ada” görə axtarışı səhv nəticələrə gətirib çıxara bilər. Qeyd olunanları nəzərə alaraq, gələcəkdə Sizi maraqlandıracaq bu və ya digər müəssisəyə dair məlumatların statistik vahidlərin Dövlət reyestrində axtarışının dəqiq aparılması üçün onun vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) və yaxud statistik identifikasiya kodunun təqdim olunmasını, bunların heç biri olmadığı halda isə hüquqi şəxslərin qeydiyyat orqanı olan Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etməyiniz xahiş olunur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazların məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Hazırkı iddia öhdəliyin icrası haqqqında iddiadır. İddia mümkündür. III. Məhkəmənin mövqeyi X3 Presedent hüququna əsasən məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27 may 2010-cu il tarixli Qərar [İİ Bölmə] ərizə № 1). Məhkəmə hesab edir ki, güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə pensiya hüququnun hansı dövrdən yarandığını müəyyən etmək zəruridir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd edilənlərdən asılı olaraq pensiya təminatının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (23 sentyabr 1992-ci il tarixli qanun 06 mart 2007-ci il tarixdə qüvvədən düşmüşdür) və ya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu ilə (01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir) tənzimləndiyi müəyyən edilməlidir. Məhkəmənin qeyd edilən qənaəti həm də hüquqi müəyyənlik prinsipindən irəli gəlir; - Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. - Konstitusiya Məhkəməsi Plenumunun hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir (Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarı) - Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qanunverici tərəfindən hər hansı ictimai münasibətlərin tənzimlənməsinə dair normativ hüquqi aktlar qəbul edilərkən hüquqi müəyyənlik prinsipinə riayət edilməsinin vacibliyini vurğulamışdır. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu, öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər ("Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” 2008-ci il 22 sentyabr tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2012-ci il 2 aprel tarixli Qərarlar). -...Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun... (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin b) bəndinə əsasən: əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər — istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun (qanun 01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) 9.1-ci bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir). Beləliklə, normaların təhlilindən görünür ki, güzəştli şərtlətlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-ci il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə mindiyindən həmin tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır). xx.xx.2006-ci il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 55, qadınlarda 50 yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla; xx.xx.2000-ci il tarixdən kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2017-cı ildən sonra (qanun xx.xx.2017-ci il tarixdə qüvvəyə minib) axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud idi yaş (kişilərdə 60, qadınlarda 55); iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinin tələblərinə əsasən ilk meyar tam əmək stajının mövcudluğudur. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (bundan sonra 2 nömrəli Siyahı) təsdiq edilmiş, həmin qərar "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı təsdiq edilənə qədər qüvvədə olmuşdur. Odur ki, 23 yanvar 2007-ci il tarixə qədər əmək şəraiti zərərli və ağır olan işlərin siyahısı 2 nömrəli siyahıda kodlara uyğun nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, inzibati orqanın imtinasının dəlillərindən asılı olmayaraq, məhkəmə xidməti vəzifəsinə görə şəxsin güşətli şərtlərlə pensiya hüququnun yaranması ilə bağlı qanunun tələb etdiyi şərtlərin ödənilib-ödənilmədiyini müəyyənləşdirməyə borcludur. İddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür. Ona xx.xx.2022-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Hazırda iddiaçı 57 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş edir. Bunun üçün qanunvericiliklə nəzərdə tutulan 2 tələb – xx.xx.2006-cı il tarixədək ən az 25 il siğorta stajı və bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır. Belə ki, iddiaçıya güzəştli şərtlərlə pensiya təyinatı zamanı “Əmək Pensiyaları haqqında haqqında” Azərbaycan Respublikasının qanununun 9.1-ci maddəsinin xx.xx.2017-ci ilədək qüvvədə olan redaksiyanına əsasən və güzəştli şərtlərlə pensiya təyinatı zamanı pensiya təyin edilən tarixə yalnız iki meyarın mövcudluğu nəzərə alınmalıdır: staj (25 il iş stajı, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa) və yaş (57 yaş). İddiaçının xx.xx.2006-cı il tarixədək cavabdeh tərəfindən mübahisələndirilməyən ümumi iş stajı 21 il 2 ay 27 gündən ibarət olmaqla aşağıdakı kimidir: xx.xx.1979xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1984-cü il, xx.xx.1984xx.xx.1997-ci il, xx.xx.2002-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər. İddiaçı cavabdeh tərəfindən mübahisələndirilən ümumi iş stajı isə Bakı Tikinti Quraşdırma ATSC-nin xx.xx.2020-ci il tarixli arayışına əsasən xx.xx.1997-xx.xx.2003-cü il tarixləri arasındakı dövrdə Tikinti idarəsində Polad və dəmirbeton konstruksiyalarının quraşdırılması vəzifəsində işlədiyi dövrdür. İmtina onunla əsslandırılmışdır ki, işəgötürən tərəfindən verilmiş arayışda 1997-ci ilin ikinci rübündən sonra müəssisənin işə sifarişi olmadığı üçün işçilərə əməkhaqqı ödənilmədiyi göstərilmişdir. Qanunvericiliyə uyğun olaraq məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər sığorta stajına daxil edilmədiyindən iddiaçıya əməkhaqqı ödənilməyən, işləmədiyi xx.xx.1997-xx.xx.2003-cü il tarixləri arasındakı dövrün iş stajına daxil edilməsi mümkün deyil. Mübahisəli iş dövrü ilə əlaqədar "xxxx" ATSC tərəfindən təqdim edilmiş xx.xx.2020ci il tarixli arayışda bildirilir ki, İddiaçı xx.xx.1984-cü il tarxindən (əmr № 45 06.0.6.1984-cü il tarixli) - xx.xx.2003-cü il (əmr № 10 xx.xx.2003-cü il) tarixədək Tikinti İdarəsində Polad və dəmirbeton konstruksiyaların quraşdırılması vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Dövlət Əmlak Nazirliyinin 01 dekabr 2000-ci il tarixli sərəncamına əsasən “Azərsənaye” tikinti şirkətinin tabeliyində olan "xxxx" idarəsinin bazasında "xxxx" ATSC yaradılmışdır. 1997-ci ilin İİ rübündən sonra müəssisənin işə sifarişi olmadığı üçün işçilərə əmək haqqı hesablanmamışdır. “Əmək pensiyaları haqqqında” Qanunundan: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 146.1ci maddəsinə əsasən Kollektiv müqavilələrdə, belə müqavilələr bağlanmadığı hallarda əmək müqavilələrində nəzərdə tutulan şərtlərlə və qaydalarda, işin normal ahəngini pozan amillər — təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər. Bu halda ödənişsiz məzuniyyətin müddəti, işçinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada müəyyən edilmiş əsas məzuniyyətinin iki illik müddətinin cəmindən çox olmamalıdır. «Məzuniyyətlər haqqında» Azərbaycan Respublikasının Qanunundan (01 iyul 1999cu il tarixədək qüvvədə olmuşdur) : Maddə 14. Məzuniyyət hüququ verən əmək stajı hesablanarkən nəzərə alınan və alınmayan dövrlər: Məzuniyyət hüququ verən əmək stajına işçinin faktik işlədiyi vaxtdan savayı aşağıdakı dövrlər də daxil edilir. iş yerinin və qanunvericilikdə nəzərdə tutulan hallarda əmək haqqının saxlanılması şərti ilə işçinin işdən ayrıldığı dövr; qanunsuz və əsassız işdən çıxarılmaqla, yaxud başqa işə keçirilməklə əlaqədar işə bərpa edilən işçilərin əmək haqqı ödənilməli olan məcburi işburaxma dövrü; sosial sığorta üzrə müavinət verilməklə əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövr; qanunsuz və əsassız həbs edilməklə və ya ittiham edilərək azadlıqdan məhrum edilməklə və yaxud azadlıqdan məHrum edilmədən qanunsuz və əsassız cinayət məsuliyyətinə cəlb edilməklə işdən kənarlaşdırılan və müəyyən edilmiş qaydada tam bəraət alaraq işə bərpa edilən şəxsin məcburi işburaxma dövrü və ya həbsdə olduğu dövr. Uşağa qulluq etməklə əlaqədar qismən ödənişli sosial məzuniyyətlərin, bir aydan çox müddətə verilmiş ödənişsiz məzuniyyətlərin müddətləri; habelə azadlıqdan məhrum edilmədən islah işlərinə cəlb edilən şəxslərin cəza çəkdiyi müddət məzuniyyət hüququ verən əmək stajına daxil edilmir. xx.xx.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunundan: Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) Əsasnamədən: 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri...nəzərə alınır. Məhkəmə qeyd edir ki, iddiaçının əmək kitabçasında olan 10-cu və 11-ci qeydlərin də biri-biri ilə ziddiyyət təşkil etməsi, cavabdehin yalnız əmək kitabçasını deyil, işəgötürən tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli arayışı nəzərə alaraq mübahisəli dövrün siğorta stajına daxil edilməsindən imtinasını haqlı edir. Belə ki, əmək kitabçasının 10-cu qeydi iddiaçının xx.xx.2003-cü il tarixdə 10 saylı xx.xx.2023-cü il tarixli əmrə əsasən işdən azad edilməsi, 11-ci qeydi isə onun xx.xx.2002-ci il tarixdə “X6” Açıq Səhmdar Cəmiyyətində nasosxana növbətçisi vəzifəsinə keçirilməsi barədədir. İddiaçının əmək müqaviləsinə xitam verilməzdən əvvəlki 01 ildən artıq müddətdə digər müəssisədə işləməyə davam etməsi iddiaçının mübahisəli dövrdə "xxxx" ATSC-də işləməməsini təsdiq edən hal kimi nəzərə alına bilər. İşəgötürən tərəfindən təqdim edilmiş yuxarıda qeyd edilən arayışda iddiaçının (o cümlədən, müəssisənin) xx.xx.1997-xx.xx.2003-cü illərdə faktiki əmək fəaliyyətinin olmaması, ona hər hansı ödəniş edilməməsi, əmək haqqı almaması öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh qurumun iddiaçının əmək haqqı almadığı aylar və illər üzrə dövrün pensiya hüququ verən əmək stajına daxil edilməsindən və ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmur. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı halda iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlər mövcud olduğundan, cavabdehin iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası əsaslı olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-7821/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7821/2024
23.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver