Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7824/2022 14.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X5 kаtibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, N saylı hərbi hissədə sürücü işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbi barədə iddiası üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “iddiaçı Qaradağ rayon İcra Hakimiyyəyi Başçısının xx.xx.2000-ci il tarixli, 243 saylı sərəncamı ilə Qarabağ müharibəsi veteranı olduğuna görə Lökbatan qəsəbəsində yerləşən 600 kv.m torpaq sahəsinə dair onun mövcud vəziyyətdə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Qaradağ rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 243 saylı sərəncamı ilə Qarabağ müharibəsi veteranı olduğuna görə Lökbatan qəsəbəsində yerləşən 600.0 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisinə görə iddiaçının istifadəsinə verilmişdir. İddiaçı Lökbatan qəsəbəsində yerləşən 600.0 kv.m torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2022-ci il tarixində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sözügedən qurum xx.xx.2022-ci il tarixli **********81 saylı məktubla daşınmaz əmlakın dövlət qeydiyyatına alınmasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, vahid elektron kadastr məlumatlarına əsasən torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı ərazidə yerləşir. Torpaq sahəsinin bir hissəsi daşınmaz əmlakın dövlət reyestrində digər şəxsin adına qeydiyyatdan keçmiş torpaq sahəsi ilə üst-üstə düşür. Bundan başqa, torpaq sahəsinin ayrılmasına dair təqdim edilən sərəncamda hüquq sahibinin adı “Eyyar” kimi göstərilsə də, şəxsiyyət vəsiqəsində “Eliyar” olaraq qeyd olunmuşdur. Belə ki, lazımi olan hüquqmüəyyənedici sənəd - sərəncam, eskiz layihə və.s inzibati orqana təqdim edilmişdir. İmtinada Lökbatan qəsəbəsində yerləşən 600.0 kv.m torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı ərazidə yerləşdiyi göstərilməsinə baxmayaraq, hüquqmüəyyənedici sənədlərdə faktiki olaraq torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya ayrıldığı görünür. İndiyənə qədər kimsə tərəfindən Qaradağ rayonu İcra Hakimiyyəti başçısının 29.3.2000-ci il tarixli, 243 saylı sərəncamı mübahisələndirilmədiyi halda inzibati orqanın imtinaya əsaslardan biri olaraq göstərdiyi ad uyğunsuzluğu tamamilə əsassız və qanunsuzdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş sərəncamla bağlı cavabdeh iddia tələbinə etirazını təqdim edərək göstərmişdir ki, sərəncamın icrası ilə bağlı aparılan araşdırma zamanı məlum olmuşdur ki, vahid elektron kadastr məlumatlarına (NECAS sistemi) əsasən torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı ərazidə yerləşir. Torpaq sahəsinin bir hissəsi (18 kv.m. hissəsi) **********42 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmiş və hazırda X1 xüsusi mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. Torpaq sahsinin ayrılmasına dair təqdim edilən sərəncamda hüquq sahibinin adı “Eyyar” kimi göstərilsə də, şəxsiyyət vəsiqəsində "Eliyar” olaraq qeyd edilmişdir. Bu səbəbdən ərizənin icrası cavabdeh tərəfindən mümkün olmamış və bu barədə iddiaçıya **********81 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Cavabdeh göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Оdur ki, məhkəmə işə cavabdehin iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat və çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahat və çıxışını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 243 nömrəli ‘fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında” sərəncama əsasən Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsi, ev 3a, mənzil 21-də Qarabağ müharibəsi veteranı X11 fərdi yaşayış evinin tikintisi üçün Lökbatan qəsəbəsindən 600,0 kv.m. torpaq sahəsi ayrılmışdır. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli **********81 nömrəli bildirişində qeyd olunmuşdur ki, vahid elektron kadastr məlumatlarına (NECAS sistemi) əsasən torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı ərazidə yerləşir. Torpaq sahəsinin bir hissəsi daşınmaz əmlakın dövlət reyestrində digər şəxsin adına qeydiyyatdan keçmiş torpaq sahəsi ilə üst-üstə düşür. Bundan başqa torpaq sahəsinin ayrılmasına dair təqdim edilən sərəncamda hüquq sahibinin adı Eyyar kimi göstərilsə də, şəxsiyyət vəsiqəsində Eliyar olaraq qeyd edilmişdir Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı Filialının xx.xx.2021-ci il tarixli BA- 024443-2021-ci il tarixli iddiaçıya ünvanladığı məktuba əsasən 3 saylı Bakı Asan Xidmət Mərkəzindən daxil olmuş xx.xx.2021-ci il tarixli müraciətə əsasən Qaradağ rayon İcra Hakimiyyətinin arxiv fondu üzrə xx.xx.2000-ci il tarixli, 243 saylı sərəncamından təsdiq edilmiş arxiv çıxarışı 1 vərəqdə X6 göndərilmişdir. İş materiallarına Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 243 nömrəli sərəncamına əsasən X11 Lökbatan qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600,0 kv.m. ölçüdə torpaq sahəsinin baş planda yerləşmə sxemi əlavə edilmişdir. Qaradağ rayonu İcra Hakimiyyəti Başçısının Lökbatan qəsəbəsi üzrə nümayəndəliyinin 703 nömrəli xx.xx.2019-cu il tarixli arayışına əsasən, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsi, ev 3a, mənzil 21 ünvanında qeydiyyatda olan İddiaçı adı ona məxsus olan 243 nömrəli xx.xx.2000-ci il tarixli sərəncamda X4 göstərilmişdir. İddiaçı ilə X12 eyni şəxsdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli sorğusuna Daşınmaz Əmlakın Dövlət Kadastı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********39 nömrəli cavab məktubuna əsasən, torpaq sahəsinin hüquqmüəyyənedici sənədə əsasən sahəsi 600.0 kv.m, faktiki sahəsi isə 626.0 kv.m təşkil edir. Ərazinin sərhədləri mişar daşı ilə hasarlanmışdır. İki tərəfdən yol, iki tərəfdən isə qonşu ilə əhatə olunmuşdur. Bundan başqa torpaq sahəsinin üzərində St.a=146.6 kv.m olan bir mərtəbəli yaşayış evi, St.a=92.0 kv.m olan yarımçıq tikili mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən 600.0 kv.m sahənin 17.0 kv.m hissəsi **********42 reyestr nömrəsi ilə X2 mülkiyyətində olan sahə ilə üst-üstə düşür. **********926 nömrəli ərizəyə əsasən Əmirov X7 rayonu, Lökbatan qəsəbəsi ünvanında yerləşən 600 kv.m torpaq sahəsinin 582 kv.m hissəsinə çıxarış və plan ölçü verilməsinə razıdır və etiraz etmir. Məhkəmənin xx.xx.2022-ci il tarixli sorğusuna əsasən, cavabdeh xx.xx.2022-ci il tarixdə məktubu ilə birlikdə X3 adına Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində qeydiyyatdan keçmiş torpaq sahələrinə aid müvafiq sənədlərin təsdiq edilmiş surətini: ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı, Qaradağ rayon İcra Hakimiyyətinə X3 ünvanladığı 444745 nömrəli ərizəni, ********** qeydiyyat nömrəli xx.xx.2013-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı, AN- İ seriyalı ******* nömrəli, xx.xx.2013-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsini, ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı məhkəməyə təqdim etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli sorğusuna əsasən, cavabdeh xx.xx.2022-ci il tarixdə məktubu ilə birlikdə sözügedən torpaq sahəsinə dair arxiv qovluğunda saxlanılan müvafiq sənədlərin təsdiq edilmiş surətini: ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı, 665673 nömrəli torpaq sahəsinin planı, 440213 nömrəli notarial qaydada bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi, ********* qeydiyyat nömrəli xx.xx.2012-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı, 440213 nömrəli Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpaq sahəsinin planı və ölçüsü, Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 238 nömrəli sərəncamını məhkəməyə təqdim etmişdir. Məhkəmə iddiaçını aşağıda göstərilənlərə görə öz tələbində haqlı hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir...Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi Qaradağ rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 243 saylı sərəncamı ilə Qarabağ müharibəsi veteranı olduğuna görə Lökbatan qəsəbəsində yerləşən 600.0 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün iddiaçının istifadəsinə verilmişdir. İddiaçı həmin sərəncamı cavabdehə təqdim edərək həmin torpaq sahəsinin mövcud vəziyyətdə( yəni 582 kv.m. hissəsinin) onun adına dövlət reyestrində qeydiyyata alınmaqla, reyestrdən çıxarışın verilməsini xahiş etsə də, müraciəti təmin edilməmişdir, Məhkəmə hesab edir ki, cavabdehin göstərdiyi- vahid elektron kadastr məlumatlarına əsasən torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı ərazidə yerləşməsi, torpaq sahəsinin bir hissəsi daşınmaz əmlakın dövlət reyestrində digər şəxsin adına qeydiyyatdan keçmiş torpaq sahəsi ilə üst-üstə düşməsi(16 kv.m hissəsi), torpaq sahəsinin ayrılmasına dair təqdim edilən sərəncamda hüquq sahibinin adı "Eliyar” əvəzinə Eyyar olaraq qeyd edilməsi kimi- halların heç biri iddiaçının torpaq sahəsinə hüquqların qeydiyyata alınmasından imtina üçün əsas ola bilməz. Beləki, məkəmə gedişatında müəyyən olundu ki, iddiaçı ona ayrılmış 600 kv.m torpaq sahəsinin bir hissəsinin (16 kv.m) başqa şəxsin adına qeydiyyatına alınması ilə əlaqədar olaraq, torpaq sahəsinin mövcud vəziyyətdə, yəni 582 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun onun adına qeydiyyata alınmasına yazılı razılıq təqdim etmişdir. Cavabdeh imtinsında və iddiya dair etirazında iddiaçının istifadəsinə verilmiş torpağın kənd təsərrüfatı torpaqları kateqiriyasına aid olduğu göstərsədə, buna dair müvafiq sübutları təqdim etməmiş, əksinə iddiaçı ilə qonşu torpaq sahəsinin( o cümlədən iddiaçıya ayrılmış torpaq sahəsinin 16 kv.m hissəsinin) başqa şəxsin adına dövlət qeydiyyatına alınması barədə məlumat verərək,təsdiq edən sənədləri də təqdim etmişdir. Cavabdehin etirazının digər bir əsası - icra hakimiyyəti tərəfindən iddiaçıya torpaq sahəsinin ayrılması barədə sərəncamında iddiaçının adının “Eliyar” əvəzinə “Eyyar” göstərilməsidir. Məhkəmə, iddiaçının adının sərəncamda fərqli göstərilməsi – sənədin (sərəncamın) hazırlanması zamanı yol verilmiş sadə texniki səhv olması kimi qiymətləndirir. Belə ki, iddiaçının uzun müddət ərzində istifadə etdiyi torpaq üzərində onunla digər fiziki və ya hüquqi şəxs arasında mübahisənin mövcud olması müəyyən edilməmişdir.Bundan başqa dövlət orqanı olan Qaradağ rayonu İcra Hakimiyyəti Başçısının Lökbatan qəsəbəsi üzrə nümayəndəliyi təsdiq etmişdir ki, sərəncamda göstərilmiş İddiaçı ilə X12 eyni şəxsdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İş materiallarından göründüyü kimi cavabdehin etirazında göstərilən əsasların heç biri də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsində göstərilməmiş əsaslara uyğun gəlmir. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 1.1. –ci bəndinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir; 3.1. –ci bəndinə əsasən bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq: 3.1.20. Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək; 3.1.21. hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılması, ünvan reyestri, dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək cavabdeh DƏDKR-in vəzifələrinə aid edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçıya Qaradağ rayon İcra Hakimiyyəyi Başçısının xx.xx.2000-ci il tarixli, 243 saylı sərəncamı ilə Qarabağ müharibəsi veteranı olduğuna görə Lökbatan qəsəbəsində ayrılan torpaq sahəsinə dair onun mövcud vəziyyətdə 582 kv.m-yə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçıya Qaradağ rayon İcra Hakimiyyəyi Başçısının xx.xx.2000-ci il tarixli, 243 saylı sərəncamı ilə Qarabağ müharibəsi veteranı olduğuna görə Lökbatan qəsəbəsində ayrılmış torpaq sahəsinə dair onun mövcud vəziyyətdə, yəni 582 kv.m sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-7824/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7824/2022
14.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver