Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7825/2025 30.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlu katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2023-cü il tarixdən 27 avqust 2024-cü il tarixədək olan dövr ərzində sağlamlıq imkanları məhdud övladı xx.xx.2008-ci il təvəllüdlü X8 görə sosial müavinətın hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ I. Mübahisənin predmeti
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2023-cü il tarixdən 27 avqust 2024-cü il tarixədək olan dövr ərzində sağlamlıq imkanları məhdud övladı xx.xx.2008-ci il təvəllüdlü X8 görə, sosial müavinətın hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, X3 əlilliyi ilə əlaqədar təkrar müayinə üçün xx.xx.2023 - cü ildə 2 saylı X1 müraciət edilmiş, xx.xx.2023-ci ildə Həkim- psixiator komissiyası rəy vermişdir. Göndərilən müəssisənin qərarı - F71.1 Komissiyanın qərarı - orta kəm ağıllılıq qulluq və müalicə tələb edən ciddi davranış və nitq pozuntuları ilə anamnezində təkrarlanan qicolma tutmaları. Qıcolma tutmalarına görə qəbul etdii dərman: Depakin-xrono. Qanda dərman preparatının miqdarını təyin etmək üçün əlavə müayinəyə 1 saylı X14 (Semaşko) tibb müəssisəsinə göndərdilər. Alınan cavabı 2 saylı xəstəxanaya təqdim etmiş, lakin, cavab xəstəxananı qane etməmişdir. Səbəbini izah etdilər ki, qanda Depakinin miqdarı rəqəmdə göstərilməmişdir. Sadəcə olaraq “ +” və “ ilə göstərilmişdir. 2 saylı Kliniki Psixiatriya xəstəxanası bunu qəbul etmədi. Bu səbəbdən, yenidən 1 saylı X15 (Semaşko) xəstəxanasına müraciət edildi. Oradan bildirdilər ki, bu müayinənin dəqiq göstəricisini müəyyənləşdirmək üçün ancaq “+” və “ işarələrindən istifadə olunur. Təkrartəkrar müraciətlərdən sonra nəhayət ki, xəstəxana cavabı qəbul etdi. Sənədləri hazırlayıb 39 saylı şəhər poliklinikasına göndərdilər. Həmin poliklinikada Həkim komissiyasından keçməyi tələb olundu. Növbələr böyük olduğundan, 2 həftə sonra növbə təyin olundu. Poliklinikada komissiyanı keçdikdən sonra, sənədləri yenidən 2 saylı xəstəxanaya göndərdilər ki, orada yenidən komissiyadan keçilsin. Beləliklə, yoxlanışlar və komissiyalar aylar çəkdi. Məlumatların ALT sistemə oturması haqqda cavab, bir ay yarım iki ay çəkir. ALT sistemdən isə əlilliyin təsdiq olunması haqqında məlumat 15 iş günü ərzində verilir. Beləliklə, 2023 ilin dekabr ayında verilən sənədlərin cavabını 2024 ilin may ayında almışdır. Məlumat gəldi ki, övladının əlilliyi haqqında qərardan imtina olunub. Səbəb olaraq göstərilir ki, sənədlərin vaxtı bitib, yəni 6 ay müddət keçib. Hərçənd ki, bu göstərilən səbəblər iddiaçıdan asılı olmayan səbəblərdir. Yenidən müraciət etdi TSEK-ə. Orada övladını yoxlayıb diaqnozu təsdiqlədilər və göndərdilər təzədən sənədləri toplamağa. xx.xx.2024 ildə yenidən 2 saylı Kliniki Psixiatriya xəstəxanasına müraciət edildi. xx.xx.2024 ildə rəy yazıb verdilər. Beləliklə, yenidən sənəd toplamağı gəlib çatdı 2024 ilin sentyabr ayına. Naməlum səbəblərdən övladının əlilliyi haqqında qərardan yenə imtina gəldi. Yenidən TSEK -ə müraciət edildi, övladını yoxlayıb diaqnozu təsdiqləyib sənədlərini göndərdilər lazımı ünvana. Bundan 15-20 gün sonra övladının əlilliyi bərpa olundu: 2 qrup verildi. Sənədlərin bu qədər gecikməsi; tibb müəssisələrindəki növbələrin çoxluğu tibb personalın məsuliyyətsizliyi səbəbindən - 9 ayın müavinətini ala bilmədi. 2023-cü ilin dekabr ayından 2024 ilin sentyabr ayinədək müavinət ödənilmədi. Bununla əlaqədar olaraq, 2024 ilin dekabr ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinə yazılı ərizə ilə müraciət edərək sağlamlıq imkanları məhdud azyaşlı övladı 17 iyun 2008 il təvəllüdlü X8 2023 ilin dekabr ayından 2024 ilin sentyabr ayı da daxil olmaqla 9 ayın müavinətinin ödənilməsini xahiş etdi. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiəsi Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı 23 yanvar 2025 il tarixli məktubla sağlamlıq imkanları məhdud azyaşlı övladı 17 iyun 2008 il təvəllüdlü X8 2023 ilin dekabr ayından 2024 ilin sentyabrına qədər sosial müavinətin ödənilməsindən imtina etdi. İddiaçı cavabdehin imtinasını əsassız hesab edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
3. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, iddiaçı xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edərək övladı- Ə.Fərzəliyevə xx.xx.2023- 01,09.2024-cü illərdə ödənilməmiş müavinətin ona ödənilməsi tələbilə cavabdehə müraciət etmiş, lakin qanunvericiliyin tələblərinə əsasən xx.xx.2025-ci il tarixli cavab məktubu ilə müraciətin müsbət həlli mümkün olmamışdır. İş materialları ilə müəyyən olunur ki, iddiaçının övladı X4 xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək sağlamlıq imkanlarının məhdudluqları müəyyən edilmiş və müvafiq olaraq ona təyin edilmiş əlilliyə görə müavinətin ödənişi xx.xx.2020-ci il tarixədək davam etdirilmişdir. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemində olan məlumatlara əsasən Əli Fərzəliyevin təkrar müayinəsi əsasında xx.xx.2020-ci il tarixdən sağlamlıq imkanlarının məhdudluğuna görə əlilliyi müəyyən edilmiş və müvafiq olaraq ona həmin tarixdən sosial müavinət təyin edilmiş, Ə.Fərzəliyevin ödənişi xx.xx.2023-cü il tarixədək (əlillik müayinəsinin müddəti bitdiyi üçün) davam etdirilmişdir. xx.xx.2021-ci il tarixdən əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi müəyyən edildikdə, yəni şəxsə əlillik müddəti bitəndən sonra 6 aya qədər dövr ərzində yenidən əlillik təyin edilibsə, bu yeni əlillik təyinatı onun əvvəlki əlillik müddətinin bitdiyi tarixdən, 6 ay keçibsə əlilliyin təkrar qiymətləndirilməsi tarixindən bərpa edilir. Qeyd olunanları nəzərə alaraq, Ə.Fərzəliyevin əlilliyinin müddəti xx.xx.2023-cü il tarixdə bitmişdir. Təkrar müayinə əsasında əlilliyi xx.xx.2024-cü il tarixdən müəyyən edildiyindən (əlilliyinin bitdiyi tarixdən təkrar müəyyən edildiyi tarixədək 6 aydan çox müddət keçdiyi üçün) ona ərizədə qeyd edildiyi dövrlər üzrə müavinətin təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1 (102)- 195/2021 nömrəli xx.xx.2021-ci il tarixli (sədrlik edən hakim: Nigar Rəsulbəyova) və 2- 1(102)-630/2021 nömrəli xx.xx.2021-ci il tarixli (sədrlik edən hakim: İspəndiyar Şəfiyev) oxşar qərarlarında (18 yaşından sonra əlilliyi müəyyən edilmiş şəxslərə ailə başçısını itirməyə görə pensiya təyini) haqlı olaraq müvafiq qanunvericilik normalarına istinad edilməklə ədalətli yekun nəticəyə gəlinmişdir. Belə ki, göstərilən qərarlarda qeyd olunur: Azərbaycan Respublikası Konstitusiyada təsbit olunmuş hakimiyyətlər bölgüsü prinsipinə uyğun olaraq məhkəmə özü həmin qiymətləndirməni inzibati orqanın əvəzinə apara bilməz. Məhkəmə yalnız həmin qiymətləndirməni aparmış inzibati orqanın gəldiyi nəticənin qanuniliyini və əsaslılığını diskresion səlahiyyətlərin həyata keçirilməsinin yoxlanılması qaydasında qiymətləndirə bilər. Beləliklə, hazırkı qanunvericilik normalarının tələbinə görə əgər şəxs 18 yaşı tamam olduqdan sonra əlilliklə bağlı TSEK-ə müraciət etmiş və onun əlilliyi məhz 18 yaşından sonra müəyyən olunmuşsa, əlilliyin müəyyən edilməsinə dair həmin qərar qüvvədə olduğu halda, məhkəmə tərəfindən “Əmək pensiyaları haqqında" Qanunun 14.1.1.2-ci maddəsinə istinadla həmin şəxsə ailə başçısının itirməyə görə pensiya təyin edilə bilməz. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, 18 yaşından sonra əlilliyi müəyyən edilmiş şəxslər əgər əlilliyi (sağlamlıq imkanlarının məhdudluğunu) 18 yaşınadək əldə etdiklərini güman edərək “Əmək pensiyaları haqqında" Qanunun 14.1.1.2-ci maddəsinə uyğun olaraq ailə başçısının itirməyə görə pensiya təyin edilməsinə nail olmaq istəyirlərsə, bu halda, əlilliyin təyin edilməsinə dair qərarı mübahisələndirməklə, həmin qərarda əlilliyin (sağlamlıq imkanlarının məhdudluğunun) yaranma tarixinin 18 yaşından əvvəlki tarix kimi göstərilməsini tələb edə bilərlər. Bundan başqa, həmin şəxslər həm də inzibati orqana yeni bir tələblə müraciət edərək əlilliyin və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunun bununla bağlı qərarın qəbul edildiyi tarixdən əvvəl yarandığına dair qərar qəbul edilməsini də tələb edə, eləcə də inzibati orqanın həmin müraciətlə bağlı qərar və ya hərəkətini (hərəkətsizliyini) yenə də məhkəmədə mübahisələndirə bilərlər.” Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
İİ. İddianın növü və mümkünlüyü
4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin
- 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); - 34.1. -ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
5. Hazırda iddiaçının cavabdehə qarşı iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazın məzmununda izahat verərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
6. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, iddia ərizəsini nəzərdən keçirərək, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir İş materiallarında olan:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2017-ci il tarixli “Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair” məlumatında qeyd edilmişdir ki, X5 əlillik vəziyyəti xx.xx.2017-ci ildə qiymətləndirilmiş və “Fokal başınqıc qıcolma tutmaları ilə müşahidə olunan idiopatik epilepsiya” diaqnozu ilə xx.xx.2020-ci il müddətinədək əlillik təyin edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2021-ci il tarixli “Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair” məlumatında qeyd edilmişdir ki, X5 əlilliy vəziyyəti xx.xx.2020-ci ildə qiymətləndirilmiş və “generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, antikonvulsant müalicə fonunda qıcolmalar gündə 12-15 dəfə” diaqnozu ilə xx.xx.2023-cü il müddətinədək əlillik təyin edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair” məlumatında qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyəti xx.xx.2024-cü ildə qiymətləndirilmiş və müddətsiz əlillik təyin edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 23 yanvar 2025-ci il tarixli 3- 17-1/2-H-14160/2025 nömrəli “Əlilliyə görə sosial müavinət üzrə artıqödəmə məbləğinin müəyyən olunması və ötən dövr üzrə müavinətin təyin edilməsinin mümkün olmaması haqqında” məktubunda qeyd edilmişdir ki, X2 və X4 01,07.2017-ci il tarixindən xx.xx.2020ci il tarixinədək sağlamlıq imkanlarının məhdudluqları müəyyən edilmiş və müvafiq olaraq onlara təyin edilmiş əlilliyə görə müavinətin ödənişi xx.xx.2020-ci il tarixinədək davam etdirilmişdir. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində olan məlumatlara əsasən Mehdi Fərzəliyevin və Əli Fərzəliyevin təkrar müayinəsi əsasında xx.xx.2020-ci il tarixindən sağlamlıq imkanlarının məhdudluğuna görə əlillikləri müəyyən edilmiş və müvafiq olaraq onlara həmin tarixdən sosial müavinət təyin edilmiş, M.Fərzəliyevin ödəniş: xx.xx.2024-cü il tarixinədək (18 yaşının tamam olduğu ayın sonunadək), Ə.Fərzəliyevin ödənişi isə xx.xx.2023-cü il tarixinədək (əlillik müayinəsinin müddəti bildiyi üçün) davam etdirilmişdir. Belə ki, xx.xx.2021-ci il tarixindən əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi müəyyən edildikdə, yəni şəxsə əlillik müddəti bitəndən sonra 6 aya qədər dövr ərzində yenidən əlillik təyin edilibsə, bu yeni əlillik təyinatı onun əvvəlki əlillik müddətinin bitdiyi tarixdən, 6 ay keçibsə əlilliyin təkrar qiymətləndirilməsi tarixindən bərpa edilir. Ə.Fərzəliyevin əlilliyinin müddəti xx.xx.2023-cü il tarixində bitmişdir. Təkrar müayinə əsasında əlilliyi xx.xx.2024-cü il tarixindən müəyyən edildiyindən (əlilliyinin bitdiyi tarixdən təkrar müəyyən edildiyi tarixədək 6 aydan çox müddət keçdiyi üçün) ona ərizənizdə qeyd etdiyiniz dövrlər üzrə müavinətin təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. Əlavə olaraq bildiririk ki, M.Fərzəliyevin xx.xx.2024-cü il tarixindən orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edildiyi halda ona xx.xx.2024- cü il tarixinədək sağlamlıq imkanlarının məhdudluğuna görə sosial müavinət ödənilmişdir. Bu səbəbdən sağlamlıq imkanlarının məhdudluğuna görə sosial müavinət üzrə xx.xx.2024-cü il tarixindən 31,05.2024-cü il tarixinədək artıqödəmə müəyyən edilmişdir. M.Fərzəliyevin sağlamlıq imkanlarının məhdudluğu xx.xx.2021- ci il tarixindən əvvəl (xx.xx.2020-ci il tarixində) müəyyən edildiyi üçün ona ərizənizdə qeyd etdiyiniz dövrlər üzrə (xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci tarixinədək) müavinətin təyin edilərək ödənilməsi mümkün hesab edilmir. Cavabdeh tərəfindən iddiaçının müraciəti əsasında aparılmış inzibati icraat materialları məhkəməyə təqdim edilmişdir.
II. Məhkəmənin mövqeyi
7. "Sosial müavinət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir: 1.0.1. sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti. 4.0. Bu Qanunla aşağıdakı müavinətlər təyin edilir:4.0.1. aylıq müavinətlər:4.0.1.1. dövlət qulluqçularına ömürlük müavinət;4.0.1.2. yaşa görə müavinət;4.0.1.3. əlilliyə görə müavinət; 7.0. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla, müavinətlər aşağıdakı hallarda təyin edilir:7.0.3. əlilliyə görə müavinət - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında əlilliyi müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda; 9.1. Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir:9.1.2. əlilliyə görə müavinətəlillik müddətinə;
8. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: -1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması;1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs; -3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. -3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. -3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. -3.5. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) əlilliyi olan şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının apardığı elektron informasiya ehtiyatlarından istifadə etməklə əlilliyi olan şəxslərin reyestrini elektron formada aparır. -3.6. Əlilliyi olan şəxslərin reyestrinin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. -3.7. Şəxsin əlilliyinin müəyyən edilməsi və əlilliyin müəyyən olunmasından imtina edilməsi barədə qərarlarda göstərilən məlumatlar X6 Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu qərarlarda göstərilən məlumatların X6 Sistemi üzərindən təqdim edilməsi həmin qərarların təqdim edilməsinə bərabər tutulur.
9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən
- 1.1.Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. - 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. - 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir.
10. Göründüyü kimi iddia tələbinin heç bir qanuni əsası yoxdur və qanunvericilikdə bu barədə birbaşa göstərişlər nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1746/2023 nömrəli, xx.xx.2023-cü il tarixli; 2-1(102)-1528/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarları ) iddiaçının iddia tələbi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-1-ci maddəsinə uyğun deyildir. Belə ki, həmin maddənin tələbinə əsasən əlillik müddəti bitəndən sonra 6 aya qədər dövr ərzində yenidən əlillik müəyyən olunduqda həmin dövr üçün şəxs əlilliyi olan şəxs hesab olunur. Əlilliyin bitdiyi tarixdən 6 ay keçdikdə əlilliyin tarixi əlilliyin təkrar qiymətləndirilməsi tarixindən bərpa edilir və bu müddət ərzində şəxs əlilliyi olan şəxs hesab olunmur. Hazırkı işin faktiki hallarına əsasən, iddiaçının uşağının əlilliyi xx.xx.2023-cü il tarixdə bitmiş (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydalar”ının 1.7-ci maddəsinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir), növbəti əlillik isə 6 aydan sonra yəni xx.xx.2024-cü il tarixdə müəyyən edilmişdir. Beləliklə, iddiaçının uşağının növbəti əlilliyi 9 aydan sonra təyin edildiyindən, nəticədə iddiaçının uşagı ötən dövr üçün əlilliyi olan şəxs hesab edilmədiyindən onun əvvəlki dövrlərə görə (əvvəlki 9 ay üçün) müavinət almaq hüququ olmamışdır. Oxşar mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-3508/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadında göstərilmişdir: “12.Mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də iddiaçı kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə tərəflər üçün əlçatan və bəlli olmuşdur. 13. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur. “
11. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun
- 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; - 2.0.6-cı maddəsinə əsasən isə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - 2.0.7-ci maddəsinə əsasən, diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi; - 3.3. –ci maddəsinə əsasən, Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu Qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar (bu Qanunun 30.5-ci maddəsində müəyyən olunmuş hallar istisna olmaqla) müəyyən oluna bilər. - 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. -11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qanun pozuntusuna yol verilməsi məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir.
12. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin
- 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəməni n mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci mаddəsinə əsаsən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
13. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2023-cü il tarixdən 27 avqust 2024-cü il tarixədək olan dövr ərzində sağlamlıq imkanları məhdud övladı xx.xx.2008-ci il təvəllüdlü X8 görə, sosial müavinətın hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir.
14. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. NƏTİCƏVİ HİSSƏ
15. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər.
Hakim Miminat Hacıbəyova