Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7826/2021 25.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31.05.1982-ci il tarixdən 26.01.1988-ci il tarixədək işləməyərək 3 yaşına çatanadək körpə uşaqlarına qulluq etdiyi müddətin sosial sığorta stajına daxil edilməklə, 06.10.2012-ci il tarixdən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi, müraciətindən əvvəlki 3 il üçün, yəni 01.10.2017-ci il tarixdən ödənilmiş sosial müavinətlə ödənilməmiş əmək pensiyası arasındakı fərqin hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1954-cü il tarixdə anadan olmuş, 1976-1980, 1993-1997-ci illərdə müxtəlif təşkilatlarda işləmiş, 2 uşaq anasıdır, 31.05.1982-ci il və 26.01.1985-ci il tarixlərində övladları dünyaya gəlmişdir. İddiaçı yaşa görə sosial müavinət alır. İddiaçı 3 yaşadək körpə uşaqlarına qulluq etdiyi müddəti nəzərə almaqla, yaşa görə əmək pensiyası təyin olunması üçün sənədlərini 1 saylı “DOST” Mərkəzi vasitəsilə DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına təqdim etmiş, lakin filial tərəfindən ünvanına göndərilmiş məktubla tələb olunan 25 il sosial sığorta stajı və pensiya kapitalı olmadığından yaşa görə əmək pensiyası təyin olunmasından ona imtina olunmuşdur. Belə ki, 01.07.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda, yaşa görə əmək pensiyası almaq hüququ vardır. Bu maddədə nəzərdə tutulan qadınların yaş həddi 2010cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il 6 ay artırılır. Maddəyə istinadən iddiaçının yaşa görə əmək pensiyası almaq hüququ 58 yaş 6 ayı tamam olduğu 06.10.2012-ci il tarixdə yaranmışdır. 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin e) bəndinə əsasən işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq onun iş stajına daxil edilir. Bu maddəyə əsasən uşaqlarına görə 31.05.1982-ci il tarixdən 26.01.1988-ci il tarixədək olan 5 il 7 ay 25 gün müddət işləməyərək 3 yaşına çatanadək körpə uşaqlarına qulluq etdiyi müddət kimi sosial sığorta stajına daxil edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə istinadən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Belə ki, iddiaçının 31.05.1982-ci il və 26.01.1985-ci il tarixlərdə uşaqları doğulduğundan və həmin tarixdən etibarən körpə uşaqlarına qulluq etdiyindən həmin dövrdə qüvvədə olan qanunvericilik aktları hazırkı münasibətlərə tətbiq edilməlidir. Hazırkı mübahisədə cavabdeh inzibati orqanın iddiaçının hüquqi vəziyyətini ağırlaşdıran normalara istinad edərək onun körpə uşaqlarına qulluq müddətinin sosial sığorta stajına daxil etməməsi iddiaçının Konstitusiya ilə qorunan hüquqlarının pozulmasına gətirib çıxarır. Cavabdeh tərəfindən ünvanına göndərilmiş məktubda iddiaçının əmək kitabçasına əsasən 7 il 9 ay iş stajının olduğu qeyd olunmuşdur. Lakin 5 il 7 ay 3 yaşadək uşaqlara qulluq müddəti nəzərə alınmaqla iddiaçının cəmi 13 il 4 ay sığorta stajı yaranır ki, bu staj da ona yaşa görə əmək pensiyası təyin olunması üçün yetərlidir. Həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2017-ci il tarixli 11 dekabr tarixli 17 №li qərarı ilə təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 1.3. bəndində deyilir: 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ 06.10.2012-ci ildə tarixdə yaranmışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra - İnzibati- Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi tələb olunsa da, etiraz məhkəməyə daxil olmamışdır. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi təyin edilmiş məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - 27.12.2016-ci il tarixdə ASAN 3 tərəfindən verilmiş iddiaçıya məxsus AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən aydın olur ki, İddiaçı xx.xx.1954-cü il tarixdə Azərbaycan Respublikası, Ağdam şəhərində doğulmuşdur. - Doğum haqqında şəhadətnamələrdən görünür ki, iddiaçının övladları -X1 31.05.1982-ci il tarixdə, X2 26.01.1985-ci il tarixdə Bakı şəhərində doğulmuşlar. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 11 fevral 2021ci il tarixli **********360600 saylı məktubundan görünür ki, Dövlət Reyestrində "84 Saylı ixtisaslaşdırılmış Tikinti ldarəsi”nin (VÖEN: **********) 01.02.1997-ci il tarixdə 34247 nömrə ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınması barədə məlumat mövcuddur. Dövlət reyestrində idarənin yenidən təşkil edilməsi barədə məlumat mövcud deyildir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 05.03.2021-ci il tarixli **********490300 saylı məktubundan görünür ki, idarədə olan reyestrə əsasən “84 Saylı İxtisaslaşdırılmış Tikinti İdarəsi”nın huquqi ünvanı AZ1040, ünvan 1 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12.02.2021-ci il tarixli **********740000 saylı məktubundan görünür ki, dövlət reyestrində “84 Saylı İxtisaslaşdırılmış Tikinti ldarəsi”nin (VÖEN: **********) 01.02.1997-ci il tarixdə 34247 nömrə ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınması barədə məlumat mövcuddur. Dövlət reyestrində idarənin yenidən təşkil edilməsi barədə məlumat mövcud deyildir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 26.01.2021-ci il tarixli **********94 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 1999-cu il tarixli 226 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”yə əsasən, dövlət əmlakının Registrində müəssisə haqqında məlumatların qeydiyyata alınması həmin müəssisələr tərəfindən təqdim olunmuş məlumatlar əsasında aparılır. “84 saylı İxtisaslaşdırılmış Tikinti İdarəsi” haqqında məlumat təqdim edilmədiyi üçün dövlət əmlakının Registrində heç bir məlumat qeydiyyata alınmamışdır. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 04.03.2021-ci il tarixli 4/484 saylı məktubundan görünür ki, 84 Saylı İxtisaslaşdırılmış Tikinti İdarəsinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. - İddiaçıya məxsus ИТ-İ ******* saylı 14.06.1976-ci il tarixdə doldurulmuş əmək kitabçasının notarial qaydada təsdiq edilmiş tərcüməsindən görünür ki, iddiaçının 8 saylı SMD daxil olana qədər iş stajı olmayıb. 05.06.1976-cı il tarixdən 25.07.1977-ci il tarixə qədər 8 saylı trestin 8 saylı SMD-də fəhlə işləmiş, 23.08.1977-ci il tarixdən 20.07.1980-ci il tarixə qədər Əli Bayramov adına BİTB-də dərzi, 12.07.1993-cü il tarixdən 02.04.1997-ci il tarixə qədər "xxxx" Dövlət Şirkətinin 8 saylı Trestinin 84 saylı İTİ-də 2 dərəcəli fəhlə işləmişdir. - Cavabdehin 23.11.2020-ci il tarixli **********2 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır, (kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) 2020-ci ilin 1 iyul tarixindən qadınların pensiya yaşı 62 yaş müəyyən olunmuşdur. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim etdiyi sənədlərdən göründüyü kimi ümumi iş stajı 7 il 9 ay olmaqla qanunla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda 01.01.2006-cı il tarixdən 01.07.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Həmçinin 01.01.2006-cı il tarixədək olan sığorta stajına uyğun (7 il 9 ay) sığorta kapitalı 5.745,08 manat olmaqla tələb olunan 28.800 manat sığorta kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Belə ki, pensiya kapitalı məbləğinin sözügedən Qanunun 45-ci maddəsinin birinci cümləsinə və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanının 2.11-ci bəndinə uyğun olaraq müəyyən edilən gözlənilən pensiya ödənişi müddətinə - 144 aya bölünməsi ilə alınan məbləğ “Əmək pensiyaları haqqında” Qanunun 6-1.ci maddəsində nəzərdə tutulmuş əmək pensiyasının minimum məbləğindən (200,00) aşağıdır. Qeyd olunanları nəzərə alaraq yaşa görə əmək pensiyası təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün olmadığından yaşa görə sosial müvainətin təyin edilməsi üçün 1 saylı Bakı “DOST” mərkəzinə müraciət etməyi tövsiyə olunmuşdur. Əlavə olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait (23054,92 manat) ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nini 217.2-ci maddəsinə müvafiq olaraq qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası İPM-nin 33.1-ci maddəsinə görə, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə uyğun olaraq bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtına edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Mübahisənin mahiyyəti ilə əlaqədar isə məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun muəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 2017-ci il iyul ayının 1-dək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır. Göründüyü kimi iddiaçının pensiya hüququnun yarandığı 06.10.2012-ci il tarixdə, yəni 58 yaş 6 ayı tamam olduğu vaxt qüvvədə olan normalara əsasən onun 12 il sığorta stajı olmalıdır. İddiaçının isə həm iddia ərizəsində özünün də qeyd etdiyi kimi, həm də əmək kitabçasına əsasən 7 il 10 ay 14 gün sığorta stajı mövcuddur. Hazırkı iddia tələbi ilə iddiaçı 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 67-ci maddəsinin e bəndinə əsasən işləməyərək 2 uşaga qulluq etdiyi müddətin də (31.05.1982-ci i tarixdən 26.01.1988-ci il tarixə qədər -5 il 7 ay 25 gün) iş stajına daxil edilməsini xahiş etmişdir. Halbuki, iddiaçının pensiya hüququnun yarandığı 06.10.2012-ci il tarixdə (58 yaş 6 ayının tamam olduğu vaxt) həmin Qanun qüvvədən düşmüş, Əmək pensiyaları haqqında” AR Qanununun 7-ci və 01.01.2010-cu il tarixdən qüvvəyə minmiş 8.1-ci maddəsi ilə hüququnun yarandığı zaman qadının 5 və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etməsi və yaş həddinin hər uşağa görə 1 il azaldılmaqla pensiyaya çıxmaq hüququnun müəyyən edilməsi “nəzərdə tutulmuşdur. İddiaçının əmək kitabçasından görünür ki, 05.06.1976-cı il tarixdən 25.07.1977-ci il tarixə qədər 8 saylı trestin 8 saylı SMD-də fəhlə işləmiş, 23.08.1977-ci il tarixdən 20.07.1980-ci il tarixə qədər Əli Bayramov adına BİTB-də dərzi, 12.07.1993-cü il tarixdən 02.04.1997-ci il tarixə qədər "xxxx" Dövlət Şirkətinin 8 saylı Trestinin 84 saylı İTİ-də 2 dərəcəli fəhlə, cəmi 7 il 10 ay 14 gün sığorta stajı mövcud olmuşdur. Qeyd olunduğu kimi, cavabdeh iddiaçının 12.07.1993-cü il tarixdən 02.04.1997-ci il tarixə qədər olan iş stajının mövcudluğunu şübhə altına alır . İddiaçının 1993-1997-ci illərdə işlədiyi dövrdə 1 yanvar 1992-ci ildən 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri...nəzərə alınır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının 12.07.1993-cü il tarixdən 02.04.1997-ci il tarixə qədər işlədiyi "xxxx" Dövlət Şirkətinin 8 saylı Trestinin 84 saylı İxtisaslaşdırılmış Tikinti İdarəsinin Dövlət Reyestrində ********** saylı VÖEN-lə 01.02.1997-ci il tarixdə 34247 nömrə ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınması barədə məlumat mövcuddur. Belə olan halda iddiaçının 12.07.1993-cü il tarixdən 01.04.1997-ci il tarixə qədər işləməsi barədə qeyd şübhə doğurur. iddiaçının iş stajını arxiv məlumatları və qarşılıqlı yoxlanılma ilə müəyyən etmək mümkün olmamışdır. Həmçinin, məhkəmə araşdırması zamanı iddiaçının həmin müəssədə məhz 12.07.1993-cü il tarixdən işləməsini təsdiq edən başqa mötəbər sübut aşkar edilməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçının işlədiyini iddia etdiyi həmin dövr onun sosial sığorta stajına daxil edilməklə hesablana bilməz. Beləliklə, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri olan 12 il iş stajı toplanmadıgı üçün cavabdeh tərəfindən edilmiş imtina qanuni və əsaslıdır. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3 Sədrlik edən: Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-7826/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7826/2021
25.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver