Məhkəmə qərarları › İş №2-1(112)-7826/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7826/2022

07.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7826/2022 07.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının və vəkili X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırır ki, o, xx.xx.N2-ci il tarixində Bakı şəhəri, Nərimanov rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Bundan sonra Hərbi Polis İdarəsi rəisinin xx.xx.N2-ci il tarixli, 116 №-li əmrilə şəxsi heyətin siyahısına, bütün növ təminatlara salınaraq “sıravi” hərbi rütbəsi verilərək atıcı vəzifəsinə təyin olunmuşdur. Hərbi Polis İdarəsi rəisinin xx.xx.N2-ci il tarixli, 129 №-li əmrilə Kəlbəcər döyüş əməliyyatları bölgəsinə xidməti ezamiyyətə göndərilərək qazan təminatından çıxarılmışdır. Hərbi Polis İdarəsi rəisinin xx.xx.N3-cü il tarixli, 19 №-li əmrilə Ağdam rayon döyüş əməliyyatları bölgəsinə xidməti ezamiyyətə göndərilərək qazan təminatından çıxarılmışdır. Hərbi Polis İdarəsi rəisinin xx.xx.N3-cü il tarixli, 26 №-li əmrilə Ağdam rayon döyüş əməliyyatları bölgəsindən xidməti ezamiyyətdən gəlmiş hesab edilərək qazan təminatına qoyulmuşdur. Hərbi Polis İdarəsi rəisinin xx.xx.N3-cü il tarixli, 27 №-li əmrilə Ağdərə rayon döyüş əməliyyatları bölgəsinə xidməti ezamiyyətə göndərilərək qazan təminatından çıxarılmışdır. Hərbi Polis İdarəsi rəisinin xx.xx.N3-cü il tarixli, 34 №-li əmrilə Ağdərə rayon döyüş əməliyyatları bölgəsindənxidməti ezamiyyətdən gəlmiş hesab edilərək qazan təminatına qoyulmuşdur. Hərbi Polis İdarəsi rəisinin xx.xx.N3-cü il tarixli, 153 №-li əmrilə Mühafizə taborunun 3-cü mühafizə bölüyünün 1-ci tağımına atıcı-patrul vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli, 1 №-li əmrilə Mühafizə taborunun 3-cü mühafizə bölüyünün 1-ci tağımına atıcı-patrul vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli, 99 №-li əmrilə Tərtər rayon döyüş əməliyyatları bölgəsindən xidməti ezamiyyətə göndərilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli, 120 №-li əmrilə Tərtər rayon döyüş əməliyyatları bölgəsindən xidməti ezamiyyətdən qayıtmışdır. N №-li hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli, 123 №-li əmrilə Mühafizə bölüyünün 1-ci tağımında atıcı-patrul vəzifəsindən və şəxsi heyyətin bütün növ təminatlardan çıxarılaraq həqiqi hərbi xidmətini davam etdirmək üçün Füzuli şəhər Hərbi Polisinə göndərilmiş və bütün yuxarıda qeyd olunan müddətlərdə döyüş bölgəsində döyüş əməliyyatlarında sıravi əsgər kimi iştirak etmişdir. Yuxarıda qeyd olunan əsaslarla da "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bölməsinin müvafiq bəndinə uyğun olaraq iddiaçıya “Müharibə veteranı” statusunun və vəsiqəsinin verilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin cavabdeh onun xx.xx.2022-ci il tarixli məktubuna hələ də cavab verməmişdir. Komissiyanın onun müraciətini cavabsız qoyması əsassız, qanunsuz və ədalətsizdir. Hesab edir ki, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsasların mövcud olmadığını, onun döyüş əməliyyatları aparan hərbi hissədə xidmət etdiyini, hərbi hissəni özbaşına tərk etmədiyini, ona “Müharibə veteranı” adının verilməsindən imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsasların mövcud olmadığını nəzərə alaraq “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməlidir. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçının iddia tələbi əsassız olduğundan rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli, 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin 1-ci bəndinə əsasən “1988-ci il fevralın 1-dən N4-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, şəxşi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanların təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Müdafiə nazirinin xx.xx.N8-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı», «Silahlı qüvvələr veteranı», və «Əmək veteranı» adlarının verilməsi qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrində tətbiq edilməsi qaydalarına dair Təlimatının 1.6-cı bəndindən görünür ki, “Müharibə veteranı” adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrlərində hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat mütləq təqdim edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli 216 №-li qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı», «Silahlı qüvvələr veteranı», və «Əmək veteranı» adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bəndinə olunmuş qeydində göstərilib ki, Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatların aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə “Müharibə veteranı” adı verilə bilməz. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, İddiaçı hərbi hissəni özbaşına tərk etmişdir. Azərbaycan Respublikası Prokurorluğunun 28 iyul 2002-ci il tarixli qərarı ilə hərbi hissəni özbaşına tərki etdiyinə görə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin “Hərbi cinayətlər törətmiş şəxslər barəsində Dövlət müstəqilliyi günü münasibəti ilə amnistiya haqqında” xx.xx.N7-ci il tarixli, 383-İ QR nömrəli Qərarının 6-cı maddəsində göstərilmişdir ki, Qərarın 1-ci maddəsinə göstərilən şəxslərin bu Qərarın qüvvəyə mindiyi günədək törətdikləri cinayətlərə dair təhqiqat və istintaq edilən bütün işlərin məhkəmələr tərəfindən baxılmamış işlərin icraatına xitam verilsin, materiallar üzrə cinayət işinin başlanması rədd edilsin. Qərarın 9-cu maddəsinə görə isə bu Qərarın qüvvəyə mindiyi günədək hərbi hissədən, qulluq yerindən özbaşına getmiş, fərailik etmiş şəxslər hərbi uçota qəbul edilməli, onların xidmət müddətləri Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət müddətinə hesablanmamalıdır. Göstərilənlərə əsasən hesab edilir ki, iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X5 iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE ******** №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü ildə Ermənistan Respublikasının Amasiya rayonunda doğulmuşdur. - İddiaçı məxsus Bakı şəhəri Nərimanov rayon hərbi komissarlığı tərəfindən xx.xx.2002-ci il tarixdə verilmiş AQ ******* №-li hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Bakı şəhəri Nərimanov rayon Hərbi Komissiarlığı tərəfindən hərbi xidmətə yararlı sayılaraq hərbi xidmətə çağırılmış və xx.xx.N2-ci il tarixdə hərbi hissəyə göndərilmişdir. xx.xx.N2-ci il tarixdə N №-li hərbi hissənin siyahısına daxil edilmiş, xx.xx.N4-cü il tarixdə hərbi hissənin siyahısından çıxarılmışdır. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun 28.07.02-ci il tarixli, HP-7-1/5-1562 saylı məktubuna əsasən hərbi qeydiyyata götürülmüşdür. Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidməti hesab edilmir. - İddiaçı tərəfindən Müdafiə Nazirliyi Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyanın sədrinə ünvanlanmış ərizənin və poçt qəbzinin surətlərindən görünür ki, o, hərbi xidmətinin nəzərə alınaraq müharibə veteranı adının və vəsiqəsinin verilməsini xahiş etmişdir. Həmin ərizə xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxiv tərəfindən İddiaçı verilmiş xx.xx.2020-ci il tarixli, 9/2-590 №-li arxiv arayışının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, hərbi komissarlıqdan həqiqi hərbi xidmətə çağırılmış İddiaçı Hərbi Polis İdarəsi rəisinin 03 oktyabr N2-ci il tarixli, 116 №-li əmrilə (əsas: §-1, sıra 47) şəxsi heyətin siyahısına bütün növ təminatlara salınaraq “sıravi” hərbi rütbəsi verilərək atıcı vəzifəsinə təyin olunmuşdur. Hərbi Polis İdarəsi rəisinin 18 oktyabr N2-ci il tarixli, 129 №-li əmrilə (əsas: §-1, sıra-14) sıravi İddiaçı Kəlbəcər döyüş əməliyyatları bölgəsinə xidməti ezamiyyətə göndərilərək qazan təminatından çıxarılmışdır. Hərbi Polis İdarəsi rəisinin 20 yanvar N3-cü il tarixli, 19 №-li əmrilə (əsas: §-9, səh-45, sıra-82, əmrdə adı rus əlifbası ilə “Искендеров С.Д.” yazılmış, adı və atasının adı tam yazılmamışdır) sıravi “Искендеров С.Д.” oğlunun Ağdam rayon döyüş əməliyyatları bölgəsinə xidməti ezamiyyətə göndərilərək qazan təminatından çıxarılması barədə məlumat vardır. Hərbi Polis İdarəsi rəisinin 04 fevral N3-cü il tarixli 26 №-li əmrilə (əsas: §-14, səh-65, sıra-8, əmrdə adı rus əlifbası ilə “Искендеров С.Д.” yazılmış, adı və atasının adı tam yazılmamışdır) sıravi “Искендеров С.Д.” oğlunun Ağdam rayon döyüş əməliyyatları bölgəsindən xidməti ezamiyyətdən gəlmiş hesab edilərək qazan təminatına qoyulması barədə məlumat vardır. Hərbi Polis İdarəsi rəisinin 05 fevral N3-cü il tarixli, 27 №-li əmrilə (əsas: §-9, səh-68, sıra-26, əmrdə adı rus əlifbası ilə “Искендеров С.Д.” yazılmış, adı və atasının adı tam yazılmamışdır) sıravi “Искендеров С.Д.” oğlunun Ağdərə rayon döyüş əməliyyatları bölgəsinə xidməti ezamiyyətə göndərilərək qazan təminatından çıxarılması barədə məlumat vardır. Hərbi Polis İdarəsi rəisinin 13 fevral N3-cü il tarixli, 34 №-li əmrilə (əsas: §-1, səh-79, sıra-15, əmrdə adı rus əlifbası ilə “Искендеров С.Д.” yazılmış, adı və atasının adı tam yazılmamışdır) sıravi “Искендеров С.Д.” oğlunun Ağdərə rayon döyüş əməliyyatları bölgəsindən xidməti ezamiyyətdən gəlmiş hesab edilərək qazan təminatına qoyulması barədə məlumat vardır. Hərbi Polis İdarəsi rəisinin 26 iyun N3-cü il tarixli, 153 №-li əmrilə (əsas: §-3, səh-6, sıra-74) sıravi İddiaçı Mühafizə taborunun 3-cü mühafizə bölüyünün 1-ci tağımına atıcı-patrul vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin N iyul N3-cü il tarixli, 1 №-li əmrilə (əsas: §-3, səh-11, sıra-15) sıravi İddiaçı Mühafizə taborunun 3-cü mühafizə bölüyünün 1-ci tağımına atıcı-patrul vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli, 99 №-li əmrində (əsas: §-2, səh-156, sıra 29, əmrdə adı rus əlifbası ilə “Искендеров С.Д.” yazılmış, adı və atasının adı tam yazılmamışdır) sıravi “Искендеров С.Д.” oğlunun Tərtər rayon döyüş əməliyyatları bölgəsinə xidməti ezamiyyət göndərilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli, 120 №-li əmrində (əsas: §-12, səh – 186, sıra 33. əmrdə adı rus əlifbası ilə“Искендеров С.Д.” yazılmış, adı və atasının adı tam yazılmamışdır) sıravi “Искендеров С.Д.” oğlunun Tərtər rayon döyüş əməliyyatları bölgəsindən xidməti ezamiyyətdən qayıtması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli, 123 №-li əmrilə (əsas: §-2, səh – 11, sıra 15) Mühafizə taborunun 3-cü mühafizə bölüyünün 1-ci tağımına atıcı-patrul vəzifəsində xidmət edən sıravi İddiaçı şəxsi heyətin siyahısından bütün növ təminatlarından çıxarılaraq həqiqi hərbi xidmətini davam etdirmək üçün Füzuli şəhər Hərbi Polis şöbəsinə göndərilmişdir. Ərizədə İddiaçı sonrakı xidməti göstərilmədiyindən barəsində əlavə araşdırıla apara bilinməmişdir. - Azərbaycan Respublikasının Müdafiəsi Nazirliyi Milli Arxiv İdarəsi Azərbaycan Resublikası X9 Filialı tərəfindən məhkəməyə ünvanlanmış 31/M №-li, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, X9 filialına İddiaçı aid heç bir sənəd materialı daxil olmamışdır. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nərimanov rayon İdarəsi tərəfindən məhkəməyə daxil olmuş 945 №-li, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov rayon idarəsində hərbi qeydiyyatda olan xx.xx.1974-cü il təvəllüdlü İddiaçı xx.xx.N2-ci il tarixdən xx.xx.N4-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət etmişdir. xx.xx.2002-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nərimanov rayon idarəsində hərbi mükəlləfiyyətlilərin qeydiyyatındadır. - Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Hərbi Prokurorluğu Respublika hərbi prokurorluğunun təhqiqat orqanlarında qanunların icrasına nəzarət şöbəsinin rəisi tərəfindən qəbul edilmiş cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2002-ci il tarixli qərarın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki,1974-cü il təvəllüdlü İddiaçı xx.xx.N2-ci il tarixdə Nərimanov RHK-ğı tərəfindən hərbi xidmətə çağırılaraq xidmətə N saylı hərbi hissədə başlamış, N4-cü ilin aprelin 30-da hərbi hissəni özbaşına tərk etdiyi üçün bütün növ təminatlardan çıxarılmışdır. İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 334.1-ci madddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü, CPM-nin 40.2.3-cü və 212-ci maddələrinə əsasən İddiaçı barəsində cinayət işinin başlanması rədd edilmişdir. - Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 4/2-3113 №-li, xx.xx.2022 tarixli məktubdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı barədə Hərbi Polis İdarəsi Rəisinin 03 oktyabr N2-ci il tarixli, 116 №-li, 18 oktyabr N2-ci il tarixli, 129 №-li, 20 yanvar N3-cü il tarixli, 19 №-li, 04 fevral N3-cü il tarixli, 26 №-li, 05 fevral N3-cü il tarixli, 27 №-li, 13 fevral N3-cü il tarixli, 34 №-li, 26 iyun N3-cü il tarixli, N №-li, N №-li hərbi hissə komandirinin N iyul N3-cü il tarixli, 1 №-li, 16 aprel N4-cü il tarixli, 99 №-li, 09 may 994-cü il tarixli, 120 №-li və 12 may N4-cü il tarixli, 123 №-li əmrlərdən arxiv çıxarışları göndərilir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 14 aprel N3-cü il tarixli, 075 №-li əmrinə əsasən N №-li hərbi hissə yaradılmışdır. N №-li hərbi hissə komandirinin nizami hissə üzrə əmrlərinə əsasən hərbi hissənin dislokasiya yeri xx.xx.N3-cü il tarixdən xx.xx.N4-cü il tarixədək Bakı şəhəri yazılmışdır. - Cavabdehndən məhkəməyə daxil olmuş 4/2-3646 №-li, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, xidmətini davam etdirmək üçün N №-li hərbi hissədən gəlmiş sıravi X1 rayon Hərbi Polis şöbəsi rəisinin xx.xx.N4-cü il tarixli 72 №-li əmrilə (əsas: səh 31, § 2, sıra 4) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Füzuli rayon Hərbi Polis şöbəsi rəisinin xx.xx.N4-cü il tarixli 78 №-li əmrində (əsas: səh 33, sıra 71, əmrdə adı və atasının adı tam yazılmamışdır) xx.xx.N4-cü il tarixdən xx.xx.N4-cü il tarixədək döyüş zonasında olmuş və döyüş tapşırığını yerinə yetirmiş şəxsi heyətin siyahısında S.C.İskəndərovun adı qeyd edilmişdir. Füzuli rayon Hərbi Polis şöbəsi rəisinin xx.xx.N4-cü il tarixli 90 №-li əmrində (əsas səh 37, sıra 71, əmrdə adı və atasının adı tam yazılmamışdır) xx.xx.N4-cü il tarixdən xx.xx.N4-cü il tarixədək döyüş zonasında olmuş və döyüş tapşırığını yerinə yetirmiş şəxsi heyətin siyahısında S.C.İskəndərovun adı qeyd edilmişdir. Füzuli rayon Hərbi Polis şöbəsi rəisinin xx.xx.N4-cü il tarixli 92 №-li əmrində (əsas: səh 38, sıra 74, əmrdə adı və atasının adı tam yazılmamışdır) xx.xx.N4-cü il tarixdən xx.xx.N4-cü il tarixədək döyüş zonasında olmuş və döyüş tapşırığını yerinə yetirmiş şəxsi heyətin siyahısında S.C.İskəndərovun adı qeyd edilmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisinin Hərbi Səfərbərlik üzrə müavinin xx.xx.N4-cü il tarixli müvafiq göstərişinə əsasən Füzuli rayon Hərbi Polis şöbəsi rəisinin xx.xx.N4-cü il tarixli 95 №-li əmrilə (əsas: səh 39, sıra 3) X4 qulluğunun qalan hissəsini davam etdirmək üçün N №-li hərbi hissəyə ezam olunaraq təminatlardan çıxarılmışdır. Qeyd edilir ki, N №-li hərbi hissə komandirinin noyabr-dekabr N4-cü il tarixli nizami hissə üzrə əmrlərində X2 xidməti barədə məlumat aşkar edilməmişdir. - Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən məhkəməyə ünvanlanmış HP xx/xx-5368 №-li xx.xx.2022-ci il tarixli məktubudan görünür ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov rayon İdarəsindən İddiaçı barəsində sənədlər xx.xx.2002-ci il tarixdə Respublika Hərbi Prokurorluğuna daxil olmuş və aparılmış araşdırma nəticəsində toplanmış HP-07/5-1562 nömrəli material üzrə xx.xx.2002-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Lakin, qeyd olunan materialın saxlama müddəti bitdiyindən xx.xx.2016-cı il tarixdə məhv edilmişdir. Məhkəmə iddiaçının vəkilini dinləyərək, iş materiallarını tədqiq edərək, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Hərbi Polis İdarəsi rəisinin 03 oktyabr N2-ci il tarixli, 116 №-li əmrilə şəxsi heyətin siyahısına bütün növ təminatlara salınaraq “sıravi” hərbi rütbəsi verilərək atıcı vəzifəsinə təyin olunmuşdur. Hərbi Polis İdarəsi rəisinin 18 oktyabr N2-ci il tarixli, 129 №-li əmrilə Kəlbəcər döyüş əməliyyatları bölgəsinə, 20 yanvar N3-cü il tarixli, 19 №-li əmrilə Ağdam rayon döyüş əməliyyatları bölgəsinə xidməti ezamiyyətə göndərilərək qazan təminatından çıxarılmışdır. Hərbi Polis İdarəsi rəisinin 04 fevral N3-cü il tarixli 26 №-li əmrilə Ağdam rayon döyüş əməliyyatları bölgəsindən xidməti ezamiyyətdən gəlmiş hesab edilərək qazan təminatına qoyulmuşdur. Hərbi Polis İdarəsi rəisinin 05 fevral N3-cü il tarixli, 27 №-li əmrilə Ağdərə rayon döyüş əməliyyatları bölgəsinə xidməti ezamiyyətə göndərilərək qazan təminatından çıxarılmışdır. Hərbi Polis İdarəsi rəisinin 13 fevral N3-cü il tarixli, 34 №-li əmrilə Ağdərə rayon döyüş əməliyyatları bölgəsindən xidməti ezamiyyətdən gəlmiş hesab edilərək qazan təminatına qoyulmuşdur. Hərbi Polis İdarəsi rəisinin 26 iyun N3-cü il tarixli, 153 №-li əmrilə Mühafizə taborunun 3-cü mühafizə bölüyünün 1-ci tağımına atıcı-patrul vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin N iyul N3-cü il tarixli, 1 №-li əmrilə İddiaçı Mühafizə taborunun 3-cü mühafizə bölüyünün 1-ci tağımına atıcı-patrul vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli, 99 №-li əmri ilə Tərtər rayon döyüş əməliyyatları bölgəsinə xidməti ezamiyyət göndərilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli, 120 №-li əmrinə əsasən Tərtər rayon döyüş əməliyyatları bölgəsindən xidməti ezamiyyətdən qayıtmışdır. N №-li hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli, 123 №-li əmrilə Mühafizə taborunun 3-cü mühafizə bölüyünün 1-ci tağımına atıcı-patrul vəzifəsində xidmət edən sıravi İddiaçı şəxsi heyətin siyahısından bütün növ təminatlarından çıxarılaraq həqiqi hərbi xidmətini davam etdirmək üçün Füzuli şəhər Hərbi Polis Şöbəsinə göndərilmişdir. N №-li hərbi hissədən gəlmiş sıravi X1 rayon Hərbi Polis şöbəsi rəisinin xx.xx.N4-cü il tarixli, 72 №-li əmrilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Füzuli rayon Hərbi Polis şöbəsi rəisinin xx.xx.N4-cü il tarixli, 78 №-li əmrində xx.xx.N4-cü il tarixdən xx.xx.N4-cü il tarixədək döyüş zonasında olmuş və döyüş tapşırığını yerinə yetirmiş şəxsi heyətin siyahısında S.C.İskəndərovun adı qeyd edilmişdir. Füzuli rayon Hərbi Polis şöbəsi rəisinin xx.xx.N4-cü il tarixli 90 №-li əmrində xx.xx.N4-cü il tarixdən xx.xx.N4-cü il tarixədək döyüş zonasında olmuş və döyüş tapşırığını yerinə yetirmiş şəxsi heyətin siyahısında S.C.İskəndərovun adı qeyd edilmişdir. Füzuli rayon Hərbi Polis şöbəsi rəisinin xx.xx.N4-cü il tarixli, 92 №-li əmrində xx.xx.N4-cü il tarixdən xx.xx.N4-cü il tarixədək döyüş zonasında olmuş və döyüş tapşırığını yerinə yetirmiş şəxsi heyətin siyahısında S.C.İskəndərovun adı qeyd edilmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisinin Hərbi Səfərbərlik üzrə müavinin xx.xx.N4-cü il tarixli müvafiq göstərişinə əsasən Füzuli rayon Hərbi Polis şöbəsi rəisinin xx.xx.N4-cü il tarixli 95 №-li əmrilə X4 qulluğunun qalan hissəsini davam etdirmək üçün N №-li hərbi hissəyə ezam olunaraq təminatlardan çıxarılmışdır. N №-li hərbi hissə komandirinin noyabr-dekabr N4-cü il tarixli nizami hissə üzrə əmrlərində X2 xidməti barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Hərbi Prokurorluğu Respublika hərbi prokurorluğunun təhqiqat orqanlarında qanunların icrasına nəzarət şöbəsinin rəisi tərəfindən qəbul edilmiş cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2002-ci il tarixli qərara əsasən İddiaçı N4-cü ilin aprelin 30-da N saylı hərbi hissəni özbaşına tərk etdiyi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 334.1-ci madddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü, CPM-nin 40.2.3-cü və 212ci maddələrinə əsasən barəsində cinayət işinin başlanması rədd edilmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun: - 3-cü maddəsinin ikinci hissəsində qeyd edilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. - 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə müəyyən edilmişdir. Həmin Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndinə əsasən müharibə veteranı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən N4-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin bəndin Qeyd hissəsinə əsasən bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. 25 dekabr N1-ci ildə qəbul edilmiş “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 3-cü maddəsində qeyd edilir ki, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Qeyd olunan Qanunun 18-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş xidmət müddətini başa çatdıran, habelə həqiqi hərbi xidmətdə olmadığın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. Məhkəmə hesab edir ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni özbaşına tərk etdiyindən, barəsində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verildiyindən, həmçinin qanuni əsaslarla ehtiyata buraxılması barədə müvafiq sənədlər olmadığından ona müharibə veteranın adının və vəsiqəsinin verilməsindən cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddiaçının tələbinin təmin edilməsi üçün qanuni əsaslar müəyyən edilmədiyindən iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar