Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7829/2021 28.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X24 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə qarşı X10 3-cü şəxs qismində cəlb edilməklə “3-cü şəxs və azyaşlı uşaqlarının yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” tələbinə dair iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, ona məxsus ünvan 1 ünvanından X6 və azyaşlı övladları 15.07.2008-ci il təvəllüdlü X11 və 07.04.2010-cu il təvəllüdlü X7 qeydiyyatdan çıxarılması barədə öhdəliyinin Xəzər rayon Polis İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir. Azərbayan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 3 24 may 2002-ci il tarixdən daşınmaz əmlakın dövlət reyestrində onun adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. X13 2006-cı ildə onun oğlu X14 ilə nikaha daxil olaraq həmin evə cehiz əşyaları ilə gəlin gəlmiş və onun evinə qeydiyyata düşmüşdür. Onun evinə dair heç bir istifadə hüququ yoxdur. Onun qeydiyyatdan çıxarılması ilə bağlı polisə müraciət etmişdir. Lakin Xəzər RPİ-nin 19 iyun 2021-ci il tarixli məktubu ilə müraciəti təmin olunmamışdır. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 29.06.2021-ci il tarixli 2-1(112)-7829/2021 saylı qərardadı ilə X10 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia ərizəsini müdafiə edərək, izahatında bildirdi ki, pasport qeydiyyatından çıxarılmasını tələb etdiyi şəxslərdən X13 2006-cı ildə oğlu ilə nikaha daxil olaraq onun evinə gəlin gəlmişdir. X13 15 ilə yaxındır ki, həmin evdə yaşayır. X11 və X2 Zülfiyə Vəli qızının övladları, onun nəvələridır. Nəvələri də onlarla birlikdə yaşayır. Onların evdən istifadə hüququ olmamışdır. Hesab edir ki, həmin şəxslərin ona məxsus mənzildə qeydiyyatda olması onun mülkiyyət hüququnu pozur. Buna görə də iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehə və üçüncü şəxsə şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh tərəfindən məhkəməyə ərizə ünvanlanaraq işə onların nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmiş, lakin üçüncü şəxslər məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş sənədlər: - Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 24.05.2002-ci il tarixdə verilmiş Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi, ev 1, 29 saylı mənzil üzərində İddiaçı Dəskirəli qızının 1220 saylı reyestr kitabında 183185-ci səhifədə mülkiyyət hüququ qeydiyyata alınmışdır. - Bakı Şəhər Xəzər Rayon Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 19.06.2021ci il tarixli 055-11498H-3221 nömrəli məktubdan görünür ki, X8 ünvan 3 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına köməklik göstərilməsi ilə bağlı Xəzər rayon Polis İdarəsinə ünvanladığı müraciətə həmin idarənin Qeydiyyat məsələləri bölməsində baxılmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 5-ci hissəsinin tələblərinə müvafiq olaraq qeyd olunan məsələ ilə əlaqədar məhkəmə orqanlarına müraciət etməyi tövsiyə olunmuşdur. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 23.07.2021-ci il **********19 nömrəli məktubundan görünür ki, X3, X4 və X1 mənzildə istifadə hüquqlarının qeydə alınması ilə bağlı məlumat aşkar edilməmişdir. - Bakı Şəhəri Xəzər Rayon Polis İdarəsinin 07.08.2021-ci il tarixli 055-15877-1221 nömrəli məktubundan görünür ki, 19.03.1975-ci il təvəllüdlü X15 03.08.2007-ci il tarixdə Xəzər rayon Polis İdarəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsi tərəfindən, 15.07.2008-ci il təvəllüdlü X11 və 07.04.2010-cu il təvəllüdlü X16 17.01.2016-cı il tarixdə 5 saylı Bakı “Asan xidmət” Mərkəzi tərəfindən ünvan 3 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmışdırlar. Daxili İşlər Nazirliyinin müvafiq qərarının tələblərinə uyğun olaraq Z.Hüseynovanın sözügedən ünvana qeydiyyata alınmağına əsas verən sənədlər 5 (beş) il saxlanıldıqdan sonra məhv edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi, ev 1, 29 saylı mənzildə iddiaçı ilə yanaşı X13, X11 və X16 qeydiyyatdadırlar. 3-cü şəxs X13 2006-cı ildə həmin evə gəlin köçmüş, 2007ci ildən mənzilə qeydiyyata düşmüşdür, hazıradək həmin ünvanda yaşayır, X11 və X16 iddiaçının nəvələri, anaları ilə birlikdə həmin ünvanda yaşayırlar. İddiaçı mülkiyyətində olan mənzildən həmin şəxslərin pasport qeydiyyatından çıxarılmasını xahiş edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” AR Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 9-cu maddəsinə əsasən müvafıq iсra hakimiyyəti orqanları tərəfındən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır. 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafıq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafıq icra hakimiyyəti orqanlarmın məlumatma əsasən; 3) azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktımın qeydə alınması haqqında müvafıq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və уa yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında; 7) əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarıldıqda - müvafıq icra hakimiyyəti orqanının məlumatı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14.06.1996-cı il tarixli 493 nömrəli Fərmanının 2.3cü bəndinə görə “ Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu bəndində nəzərdə tutulmuş “ müvafiq icra hakimiyyəti orqanı” səlahiyyətini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. Azərbaycan Respublikasının 08.12.1999-cu il tarixli 773- İQ saylı Qanunu ilə təsbit edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında ” Azərbaycan Respublikasının Qanununun tətbiqi haqqında Əsasnamənin 10-cu bəndinə görə Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti yalnız aşağıdakı hallarda şəxsi yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. a) Yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanının məlumatına əsasən; b) Başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanının məlumatına əsasən; v) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; q) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında; d) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; ə) əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası hüdudlarından kənar edildikdə - müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında. Həmin hüquq normasının məzmunundan da göründüyü kimi qanunverici şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas verən halların dəqiq siyahısını vermiş və həmin siyahı inzibati orqan tərəfindən geniş təfsir oluna, yəni uzadıla bilməz. İşin müəyyən edilmiş faktiki hallarına Qanunun, mübahisənin maddi hüquqi əsasını təşkil edən 9-cu maddəsinin tələbləri baxımından hüquqi qiymət verən Məhkəmə hesab edir ki, iş üzrə sözügedən norma ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticəsinə riayət olunur. Belə ki, 9-cu maddənin mənasına görə cavabdeh yaşayış yeri üzrə qeydiyyatda olan hər hansı şəxsi (hazırkı işdə üçüncü şəxsləri) 1 və 2-ci bəndlərdə nəzərdə tutulan hallarda yalnız müvafiq icra hakimiyyəti orqanının rəsmi məlumatı, 3-6-cı bəndlərində təsbit olunan hallarda isə yalnız məhkəmə qərarı təqdim olunduqda yaşayış yeri üzrə qeydiyyatdan çıxara bilər. Qanunverici adıçəkilən normada qəti siyahı tərtib etmiş və inzibati orqana bu məsələnin həllində heç bir qiymətləndirmə sərbəstliyi tanımamışdır. Məhkəmə qeyd edir ki, X3, X4 və X7 yaşayış sahəsindən çıxarılmasına və ya yaşayış sahəsindən istifadə hüququnun xitam verilməsinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi nə inzibati orqana, nə də ki, məhkəməyə təqdim olunmamış, həmçinin məhkəmə araşdırması zamanı da müəyyən olunmamış, əksinə iddiaçı məhkəmə araşdırması zamanı 3-cü şəxslərin 15 ildən çoxdur ki, həmin ünvanda yaşadıqlarını təsdiqləmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi 1, 29 saylı mənzildə X10, X11 və X16 yaşayış yeri üzrə qeydiyyatda olduqlarından onların mənzildə qeydiyyatda qalması iddiaçının mülkiyyət hüququnu məhdudlaşdıran hal kimi hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, ...“hər bir şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması qanunvericiliyin tələbidir və bu tələb şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Bu tələbin icra edilməməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun güddüyü məqsədə zidd olmaqla seçki və sosial təminat hüquqlarının realizəsi, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s. kimi məsələlərdə çətinliklər yarada bilər. Məhz bunun qarşısının alınması məqsədi ilə qanunverici Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsində yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulmasını inzibati xəta kimi müəyyən edərək inzibati məsuliyyət nəzərdə tutmuşdur.” Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab etmişdir ki, “şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Bu baxımdan müraciətdə qaldırılan məsələyə aydınlıq gətirilməsi üçün mülkiyyət hüququnun elementlərinin, xüsusi ilə də istifadə hüququnun məzmununun açıqlanması vacibdir..... “.... Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir...” Göstərilənləri nəzərə alaraq Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən 3-cü şəxslərin sözügedən mənzildən qeydiyyatdan çıxarılmasından imtina edilməsi onun qanunsuz hərəkəti kimi qiymətləndirilə bilməz. Çünki iddiaçı tərəfindən həmin orqana hımin şəxslərin hal-hazırda yaşadıqları ünvandan qeydiyyatdan çıxarılmalarına əsas verən (qanunla müəyyən edilmiş) sənədlər təqdim edilməmişdir. Beləliklə, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən üçüncü şəxsin qeydiyyatdan çıxarılmaması ilə bağlı hərəkətləri qanunazidd deyildir. Çünki cavabdeh vətəndaşların yaşayış yerləri üzrə qeydiyyatını aparmaqla öz fəaliyyətini yalnız qanunla müəyyən edilmiş qaydada qurmalı olan dövlət orqanıdır, yəni cavabdeh vətəndaşların yaşayış yeri üzrə qeydiyyatdan çıxma və qeydiyyata salınması ilə bağlı məsələləri hüquq çərçivəsində həll etməlidir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə qarşı ünvan 3 ünvanından X3, X4 və X7 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Xəzər Rayon Polis İdarəsinin üzərinə qoyulması tələbinə dair iddiası əsassızdır və təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 14.3-cü, 23.1-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 73.1-ci, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-7829/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7829/2021
28.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver