Məhkəmə qərarları › İş №2-1(112)-783/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-783/2021

04.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-783/2021 04.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı nümayəndəsi, vəkil Vəkil (ünvan 1 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X3 (ünvan 2 ünvanda qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “mənzilə kirayə müqaviləsinin bağlanması” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında şifahi açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı və 3 (üç) nəfər ailə üzvlərinin 1992-ci ildən etibarən daimi sahiblik etdikləri və istifadələrində olan Bakı şəhəri, Biləcəri qəsəbəsi, T.Yaqubov küçəsi, 20 saylı evin, 8 saylı mənzilinə dair “sosial kirayə müqaviləsinin bağlanması” öhdəliyinin cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayon İcra Aparatının 15.05.1992-ci il tarixli, 415 saylı sərəncamına əsasən, Bakı şəhəri, Biləcəri qəsəbəsi, T.Yaqubov küçəsi, 20 saylı evin, 8 saylı mənzili (əvəllər посолек Баладжары, улица Луначарского дом 20, квартира 8) onun, İddiaçı, həyat yoldaşının və oğlunun istifadəsinə verilmişdir. Həmin vaxtdan etibarən qeyd olunan ünvanda 3 nəfərdən ibarət ailəsilə birgə yaşayır. Sonradan həmin mənzildə kiçik oğlu dünyaya gəlmişdir və onlar 4 nəfər həmin mənzildə yaşayırlar. Hal-hazırda İddiaçı və 3 nəfər ailə üzvünün daimi istifadəsində olan Bakı şəhəri, Biləcəri qəsəbəsi, T.Yaqubov küçəsi, ev 20, 8 saylı mənzilə dair sosial kirayə müqaviləsinin bağlanmasına zərurət yaranmışdır. Bildirir ki, 1992-ci ildən istifadələrində və daim yaşadıqları mənzilə xeyli vəsait yatırmış, bir neçə dəfə təmir etdirmiş, komunikasiya xətləri çəkdirmiş və yaşayış üçün yararlı hala öz hesablarına gətirmişlər. Mənzilə dair işıq, su, qaz, bələdiyyə, o cümlədən MKTB ilə bağlanmış bütün müqavilələr ilə onun adına rəsmiləşdirilmiş, bütün ödənişlərə dair qəbzlər mövcuddur. Həmçinin, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyinin 08.05.1998-ci il tarixli, 153 saylı və Azerbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Departamenti Binəqədi MKTB-nin, 107 saylı MKİS-nin 19.08.2019-cu il tarixli, 1172 saylı arayışlarına əsasən Bakı şəhəri, Biləcəri qəsəbəsi, T. Yaqubov küçəsi, ev 20, 8 saylı mənzil mənim, İddiaçı və 3 (üç) nəfər ailə üzvlərinin, həyat yoldaşının və 2 (iki) oğlunun istifadəsində olması qeyd edilmişdir. Onunvə ailəsi uzun illərdir istifadəsində olan ünvan 3 ünvanında yerləşən 2 otaqlı mənzilə dair sosial kirayə müqaviləsinin bağlanmasına ehtiyac vardır. Müvafiq sənədlər hazır edilərək Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə ünvan 3 ünvanında yerləşən mənzilə dair sosial kirayə müqaviləsinin bağlanmasına köməklik göstərilməsi barədə ərizə ilə müraciət olunmuşdur. Lakin, 05 fevral 2020-ci il tarixli, 02/09-11-1 l/F-2-059 saylı bildirişlə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən sosial kirayə müqaviləsinin bağlanmasına dair ərizədən imtina edilmişdir. Qeyd olunan imtina məktubunda Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti imtinanın əsası kimi Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 62-ci maddəsinə əsasən, yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır və yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli forması müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) tərəfindən təsdiq olunması qeyd edilmişdir. Yaşayış sahəsinin birtipli forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmədiyi üçün Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən ünvan 3 ünvanında yerləşən mənzilə dair sosial kirayə müqaviləsinin bağlanmasından imtina edilmişdir. Hesab edir ki, qeyd olunan imtina qanunsuz və əsassızdır. Belə ki, qanunvericiliyin tələbərini nəzərə alaraq ailəsinə məxsus və uzun illərdir isftifadəsində olan mənzilə dair sosial kirayə müqaviləsinin bağlanmasından dair dair sosial kirayə müqaviləsinin bağlanması zəruridir. Hesab edir ki, artıq 30 ilə yaxındır fasiləsiz və etirazsız ona və ailə üzvlərinə məxsus və istifadələrində olan mənzilə sosial kirayə müqaviləsinin bağlanması hüququ vardır. 1992-ci ildən etibarən ona məxsus mənzilin tam qanuni əsaslarla və digər şəxslərin hüquqlarını məhdudlaşdırmadan sahiblik və istifadə etmişdir. Bu səbəbdən də ona məxsus mənzilə dair sosial kirayə müqaviləsinin bağlanması hüququ vardır. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı və üç nəfər ailə üzvlərinin 1991-ci ildən etibarən daimi sahiblik etdiyi və istifadəsində olan Bakı şəhəri, Biləcəri qəsəbəsi, T.Yaqubov küçəsi, 20 saylı evin, 8 saylı mənzilinə dair “Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsinin kirayə haqqında birtipli müqavilənin bağlanması öhdəliyinin cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Şifahi məhkəmə baxışı iclasında İddiaçının nümayəndəsi və vəkili Vəkil ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən X6 iddia ərizəsində göstərilənlərə münasibət bildirərək verdiyi izahatda bildirdi ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 62-ci maddəsinə əsasən, yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır və yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edildikdən sonra sözügedə məsələyə baxıla bilər. Məhkəmə işdə iştirak edən tərəflərin nümayənələrinin izahatlarınını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək, hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş, - Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanmış 02/09-11/F-2- 059 saylı, 05 fevral 2020-ci il tarixli imtina məktubundan görünür ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 62-ci maddəsinə əsasən, yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlandığı və yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli formasının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) tərəfindən təsdiq oulnduğu, yaşayış sahəsinin birtipli formasının müvafiq icra hakimiyyəti (Azərbaycan Respublikası Nazirlər Kabineti) tərəfindən təsdiq edildikdən sonra həmin məsələyə baxıla baxıla bilər - Binəqədi rayon Polis İdarəsi tərəfindən verilmiş 05.11.2010-cu il tarixli AZE № 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 6 ünvanda pasport qeydiyyatındadır. - Bakı şəhəri, Binəqədi rayon İcra Aparatının 15.05.1992-ci il tarixli, 415 saylı sərəncamının tərcümə edilməklə notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, çətin mənzil Bakı şəhəri, Binəqədi rayon İcra Aparatının 15.05.1992-ci il tarixli, 415 saylı sərəncamına əsasən, Bakı şəhəri, Biləcəri qəsəbəsi, T.Yaqubov küçəsi, 20 saylı evin, 8 saylı mənzili (əvəllər посолек Баладжары, улица Луначарского дом 20, квартира 8) onun, İddiaçı, həyat yoldaşının və oğlunun istifadəsinə verilmişdir. Çətin mənzil şəraitinin olması ilə əlaqədar, həmçinin Bakı şəhər İcra hakimiyyəti Başçısının müavini S.M.Salmanovun tapşırığını nəzərə alaraq Bakı şəhəri, Biləcəri qəsəbəsi, T.Yaqubov küçəsi, 20 saylı evin, 8 saylı mənzili (əvəllər посолек Баладжары, улица Луначарского дом 20, квартира 8) İddiaçı, arvadı və qızının müvəqqəti istifadəsinə verilmişdir. - Bakı şəhər İcra Hakimiyyəti Binəqədi Mənzil Kommunal Departamenti Binəqədi rayon MKTB-nin 107 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən ünvan 8 ünvanda yerləşən 8 saylı mənzilə dair plan cizgi tərtib edlərək təsdiq edilmişdir. - Bakı şəhər İcra Hakimiyyəti Binəqədi Mənzil Kommunal Departamenti Binəqədi rayon MKTB-nin 107 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 16 noyab 2019-cu il tarixli, 1433 saylı arayışdan görünür ki, İddiaçı, ailə tərkibi olan 1963-cü təvəllüdlü X5, 1990-cı il təvəllüdlü Fərəcova (Heydərova) Selcan Sərdar qızı, 1992-ci il təvəllüdlü Fərəcova (Cabbarova) Humay Sərdar qızı ilə birlikdə 415 saylı 15 may 1992-ci il tarixli Sərəncama əsasən ünvan 8 ünvanda yerləşən 8 saylı mənzildə qeydiyyatsız olaraq yaşayırlar. ünvan 8 ünvanda yerləşən 21 saylı mənzildə qeydiyyatdadırlar. - X2 13.11.2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş razılıq ərizəsindən görünür ki, o Binəqədi rayonu, Biləcəri qəsəbsi, T.Yaqubov küçəsi 20 ünvanda yerləşən 8 saylı mənzilin İddiaçı adına özəlləşdirilib və sənədləşdirlməsinə etiraz etmədiyini bildirmişdir. - X1 13.11.2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş razılıq ərizəsindən görünür ki, o Binəqədi rayonu, Biləcəri qəsəbsi, T.Yaqubov küçəsi 20 ünvanda yerləşən 8 saylı mənzilin İddiaçı adına özəlləşdirilib və sənədləşdirlməsinə etiraz etmədiyini bildirmişdir. - X4qızının 12.11.2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş razılıq ərizəsindən görünür ki, o Binəqədi rayonu, Biləcəri qəsəbsi, T.Yaqubov küçəsi 20 ünvanda yerləşən 8 saylı mənzilin İddiaçı adına özəlləşdirilib və sənədləşdirlməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə araşdırması dövründə xx.xx.1957-ci il təvəllüdlü İddiaçının adına hər hansı daşınmaz əmlakın qeydə alınıb-alınmaması barədə məlumatın, qeydə alındığı təqdirdə buna dair sənədlərin təsdiqlənmiş surəti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən sorğu əsasında tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********23 saylı, 16 oktyabr 2020-ci il tarixli məktubda İddiaçının adına Bakı şəhərində qeydiyyatdan keçmiş əmlakın aşkar edilmədiyi bildirilmişdir. Beləliklə işin hallarından görünür ki, iddiaçının ailə üzvləri ilə birlikdə uzun müddət faktiki yaşadığı mübahisəli yaşayış sahəsi dövlət fonduna aid olmaqla yaşayış üçün yararlıdır. İddiaçı Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət edərək həmin yaşayış sahəsinə dair onun adına icarə müqaviləsi bağlanmasını xahiş etmiş, lakin İcra Hakimiyyəti yaşayış sahəsinin sosial kirayə müqaviləsinin dövlət və ya bələdiə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlandığı və yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli formasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edildikdən sonra kirayə müqaviləsinin bağlana biləcəyi qeyd olunaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Halbuki, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, mübahisə predmeti olan mənzil Bakı şəhəri, Binəqədi rayon İcra Aparatının 15.05.1992-ci il tarixli, 415 saylı sərəncamına əsasən Bakı şəhəri, Biləcəri qəsəbəsi, T.Yaqubov küçəsi, 20 saylı evin, 8 saylı mənzili ailə tərkibi ilə birlikdə yaşaması üçün iddiaçıya verilmişdir. Həmin dövrdən etibarən mənzil bütünlüklə iddiaçının ailəsinin istifadəsində olmuşdur. Hazırda iddiaçı ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayırlar. Mənzilin 2008-ci il tarixindən fasiləsiz iddiaçının və ailə üzvlərinin istifadəsində olması, mənzilə dair kommunal xərclərinin iddiaçı tərəfindən ödənilməsi iş materiallarında olan sənədlər əsasında öz təsdiqini tapmışdır. Beləliklə uzun illərdir ki, iddiaçı həmin mənzildə maneəsiz olaraq yaşayır, mənzilə dair xərclər onun tərəfindən ödənilir, yaşayış sahəsi faktiki olaraq onun istifadəsində olmaqla yaşayış sahəsinə cavab verən tələblərə uyğundur. Mənzildə daimi qeydiyyatda olan şəxslər mənzilə dair kirayə müqaviləsinin iddiaçı ilə bağlanmasına etiraz etmirlər və bu barədə notarial qaydada təsdiq edilmiş ərizələrini təqdim etmişlər. Göründüyü kimi iddiaçının həmin yaşayış sahəsinə kirayə müqaviləsi bağlamaq hüququ yaranmışdır. Həmçinin iddiaçının yaşamağa başqa yaşayış yeri yoxdur. İddiaçı faktiki olaraq qeyd edilən mənzillə bağlı müvafiq icra hakimiyyəti orqanı ilə kirayə münasibətlərindədir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ və İİ hissələrinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gərçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikasının qüvvədə olan Mənzil Məcəlləsinin 1-ci maddəsinə əsasən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə dövlət orqanları tərəfindən şərait yaradılması mənzil qanunvericiliyinin əsaslarından biridir. Mənzil Məcəlləsinin 4.0.2-ci maddəsinə əsasən dövlət orqanları öz səlahiyyətləri daxilində müəyyən edilmiş qaydada dövlət fondu yaşayış sahələrinin kirayə müqavilələri əsasında vətəndaşları yaşayış sahələri ilə təmin edir. Mənzil Məcəlləsinin 8.0.3-cü maddəsinə əsasən məhkəmə qərarları mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi üçün əsasdır. Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə görə sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Mənzil Məcəlləsinin 58.1-ci maddəsinə əsasən bir neçə kirayəçinin və mülkiyyətçinin yaşadığı kommunal mənzildə boşalmış yaşayış sahəsi onların ərizəsi əsasında sosial kirayə müqaviləsinə əsasən həmin mənzildə yaşayan kirayəçilərə və mülkiyyətçilərə verilir bu şərtlə ki, onlar yaşayış sahəsinin boşaldığı günə müəyyən edilmiş qaydada aztəminatlı və yaşayış sahəsinə ehtiyacı olan hesab edilir və ya hesab edilə bilərlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 62.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 62.2-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Məhkəmənin qənaətinə görə iddiaçı sözügedən mənzildə həm faktiki olaraq, həm də qeydiyyata alınmaqla 2009-cu ildən əvvəlki dövrdə yaşadığından mənzil münasibətləri də 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan qanunvericiliklə (əvvəlki Mənzil Məcəlləsi) tənzimlənməlidir. Mənzil Məcəlləsinin 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarlamənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən mənzilə dair 01 oktyabr 2009-cu il tarixdən əvvəl icarə münasibətləri yarandığından, həmçinin hazırki qanunvericiliyin tələblərinə əsasən kirayə müqaviləsinin bağlanması üçün əsaslar olduğunda, iddiaçının müraciətinin təmin edilməsi üçün kifayət qədər əsasların mövcud olduğu halda, cavabdehin əsassız imtinası nəticəsində iddiaçının hüquqları pozulmuşdur. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, İddiaçı və üç nəfər ailə üzvlərinin 1992-ci ildən etibarən daimi sahiblik etdiyi və istifadəsində olan Bakı şəhəri, Biləcəri qəsəbəsi, T.Yaqubov küçəsi, 20 saylı evin, 8 saylı mənzilinə dair dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsinin kirayə haqqında birtipli müqavilənin bağlanması öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı və üç nəfər ailə üzvlərinin 1991-ci ildən etibarən daimi sahiblik etdiyi və istifadəsində olan Bakı şəhəri, Biləcəri qəsəbəsi, T.Yaqubov küçəsi, 20 saylı evin, 8 saylı mənzilinə dair dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsinin kirayə haqqında birtipli müqavilənin bağlanması öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar