Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7836/2024 10.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qzının sədrliyi, İddiaçı nümayəndəsi (anası) X4, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə təyin edilmiş pensiyanın bərpa edilməsi” dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: I. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək atasının əmək pensiyasını yenidən bərpa olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
2. İş üzrə məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddia tələbi “Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli qərarlarının ləğv edilməsi, ailə başçısını itirməyə görə təyin edilmiş pensiyanın bərpa edilməsi” kimi dəyişdirilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, atası Məhərrəmov Mənsum İsa oğlunun ölməsi ilə əlaqədar əmək pensiyası hesablanmışdır. 160 (yüz altmış) manat sonralar ölkə başçısı pensiyalarda artım etdi və bu məbləğ də tədricən artdı və bunlar mərhələli şəkildə həyata keçirilmişdir. X1 lazımi sənədləri indiki “DOST” mərkəzə təqdim etmişdir və hər şey olduğu kimi gedirdi. Lakin iddiaçının 18 yaşı tamam olduğundan sonra hər şey dəyişərək yenidən hesablandı və ona əmək pensiyası deyil, sosial müavinət təyin edildi, bununla yanaşı (6434,26) borc yazıldı. Anası yenidən məsələyə aydınlıq gətirmək üşün mərkəzə və Dövlət Sosial Müdafiə Fonduna müraciət etmişdir. Tələb olunan sənədlər yenidən yığılaraq mərkəzə təqdim olunmuşdur. Əyani və ödənişli şəkildə tədris alır. Atasının sənədləri Ağdam şəhərindən məcburi köçkün düşdüyü zaman itmişdir. Ona görə də anası arxiv sənədlərini Mərkəzə təqdim etmişdir. Stajın tamam olması üçün 2 ay 28 gün lazımdır. Onun Hərbi Səfərbərlikdən arayışını da təqdim etmiş, lakin Mərkəz yenə də qəbul etməmişdir. Qeyd edilmişdir ki, atsının dünyasını dəyişdiyi vaxta qədər sosial sığorta hesabı olmuşdur. X1 əlində olan bütün sənədləri ilə “Dost” mərkəzinə təqdim etsə də yenə də etiraz cavabı alınmışdır. Təqdim olunan arxiv sənədlərində atasının sosial hesabında (21299,08) manat əmanət toplanmışdır. İddiaçı bu barədə Sosial Xidmətlər Agentliyinə də müraciət etmişdir. Atasının əmək kitabçası olmasa da onun bütün arayışları, stajı, oxuduğu təhsil ocağından da arayış təqdim olunmuş və iddiaçıdan 14 il staj tələb olunmuşdur. Atası 57 yaşında dünyasını dəyişmişdir. Onun hərbi bileti də itkin düşmüşdür. Lakin Arxiv sənədində aydın göstərilmişdir ki, xx.xx.1978-ci ildən xx.xx.1983-cü il tarixədək Azərbaycan Kənd Təsərrüfatı İnstitunu bitirmişdir və həmin institutun nəzdində hərbi kafedra keçmiş və ona SSRİ MN-nin 194 №-li əmrinə əsasən xx.xx.1983-cü ildə leytenant hərbi rütbəsi verilmişdir. Burada tələb olunan (2 ay) aydın şəkildə görünür hansı ki, 13 il 9 ay 8 gün hal-hazırda staj kimi yazılıb (14 il i tamamlayan (2 ay 23 gün) onun hərb kafedra keçmiş olanlara “sbor”a 2 ay, 3 ay müddətində çağırış olurdu. Həmin o çağırışa o zamanlar keçmiş “Kirovabad” indiki “Gəncə” şəhərində Zaqafqaziya hərbi qoşun birlyində “Sborda” olmuş 15 №-li əmrə əsasən atasına xx.xx.1989-cu ildə hərbi rütbə verilmişdir. Bütün bunlar arayışda təqdim olunmuşdur. Bütün tələb olunan sənədləri təqdim etsə də Əhalinin Sosial Müdafiəsi Nazirliyi bununla kifayətlənmir və iddiaçının verdiyi sənədləri qənaətbəxş olmadığını deyirlər Tələbləri isə ağılasığmaz dərəcədə yanlışdır. X8 əmrlərin açıqlanmasının tələb olunması düzgün deyildir. İddiaçı və anasının adına yaşayış evi yoxdur.
4. Cavabdeh tərəfindən iddiaçının nümayəndəsi X5 ünvanlanmış xx.xx.2023-cü il tarixli müraciətin cavablandırılması haqqında məktubda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının 18 yaşına çatmamış, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan və təhsil müəssisələrinin əyani şöbəsində təhsil alan, lakin ən çoxu 23 yaşına çatanadək övladlarının ailə başçısını itirməyə görə əmək pensiyası hüququ var. Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1 ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Bildirilmişdir ki, İddiaçı pensiya işində olan sənədlərin surətlərinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən mərhum Məhərrəmov Mənsum İsa oğlunun sığorta stajı (xx.xx.1978ci il tarixindən xx.xx.1983-cü il tarixinədək əyani təhsil aldığı müddət nəzərə alınmaqla) 13 il 9 ay 8 gün təşkil edir və bu qanunvericiliklə tələb olunan müddətdən (14 il) azdır. Qeyd olunanlara əsasən övladı İddiaçı Mənsum Məhərrəmovun ölümü ilə əlaqədar ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətlə əlaqədar olaraq bildirilmişdir ki, təqdim etdiyi xx.xx.2023-cü il tarixli arayışda qeyd olunan xx.xx.1978-ci il tarixindən xx.xx.1983-cü il tarixinədək əyani təhsil dövrü M.Məhərrəmovun sığorta stajına daxil edilmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.4.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə müavinət vəfat etmiş şəxsin uşaqlarına - 18 yaşına çatanadək (əyani təhsil alanlara təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla) təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən İddiaçı xx.xx.2020-ci il tarixindən (xx.xx.2023-cü il tarixli müraciətdən 3 il əvvələ) ailə başçısını itirməyə görə sosial müavinət təyin edilib, xx.xx.2023-cü il tarixindən 120 manata çatdırılıb. Qanunun 39.1 -ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Məlumat üçün bildirilmişdir ki, xx.xx.2023-cü il tarixli müraciətin araşdırılması zamanı müəyyən olunmuşdur ki, mərhum Mənsum Məhərrəmovun qanunvericiliklə tələb olunan 14 il sığorta stajı olmadığı halda, övladı İddiaçı Dövlət Sosial Müdafiə Fondunun keçmiş Xəzər rayon şöbəsi tərəfindən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Bu səbəbdən əmək pensiyasının ödənişi xx.xx.2023-cü il tarixindən dayandırılmışdır. Nəticədə Qanunun 39.1 -ci maddəsinin tələbləri nəzərə alınmaqla xx.xx.2020-ci il tarixindən (xx.xx.2023-cü il tarixli müraciətdən 3 il əvvələ) xx.xx.2023-cü il tarixinədək İddiaçı əmək pensiyası üzrə ödənilən məbləğ əsassız ödənilmiş vəsait hesab edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1 -ci və 73-cü maddələrinə əsasən qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır.
5. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, İddiaçı ailə başçısının itirməyə görə əmək pensiyanın bərpa edilməsi üçün inzibati orqana xx.xx.2024-cü il tarixdə müraciət etmiş, inzibati icraatın nəticəsi olaraq iddiaçıya xx.xx.2024-cü il tarixdə ailə başçısının itirməyə görə əmək pensiyanın bərpa edilməməsinə dair 3-17-1/2-R- 56036/2024 nömrəli imtina məktubu ünvanlanmışdır. Bundan narazı qalan İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, ailə başçısını itirməyə görə əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Hesab edilmişdir ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının 18 yaşına çatmamış, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan və təhsil müəssisələrinin əyani şöbəsində təhsil alan, lakin ən çoxu 23 yaşına çatanadək övladlarının ailə başçısını itirməyə görə əmək pensiyası hüququ var. İşin faktiki hallarına əsasən İddiaçı atası Məhərrəmov Mənsum İsa oğlunun vəfat etdiyi xx.xx.2018-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun həmin tarixə qüvvədə olmuş 14.1.2 və 18.3-cü maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1 -ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Qanunun 18.3-cü maddəsinin xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən vəfat etmiş ailə başçısı yaşa və ya əlilliyə görə əmək pensiyaçısı olmuşdursa, ailə üzvləri üçün ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin (bu Qanunun 29.1 -ci maddəsi nəzərə alınmaqla) məbləği vəfat etmiş ailə başçısına təyin edilmiş yaşa və ya əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyətli olmayan ailə üzvlərinin sayına nisbəti şəklində müəyyənləşdirilir. Belə ki, mərhum Mənsum Məhərrəmovun qanunvericiliklə tələb olunan 14 il sosial sığorta stajı olmadığı halda, övladı İddiaçı Dövlət Sosial Müdafiə Fondunun keçmiş Xəzər rayon şöbəsi tərəfindən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Bu səbəbdən əmək pensiyasının ödənişi xx.xx.2023-cü il tarixdən etibarən dayandırılmışdır. Bildirilmişdir ki, İddiaçı pensiya işində olan sənədlərin surətlərinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən mərhum Məhərrəmov Mənsum İsa oğlunun sığorta stajı (xx.xx.1978ci il tarixdən xx.xx.1983-cü il tarixədək əyani təhsil aldığı müddət nəzərə alınmaqla) 13 il 9 ay 8 gün təşkil edir və bu qanunvericiliklə tələb olunan müddətdən (14 ildən) azdır. Qeyd olunanlara hallara əsasən İddiaçı atası Mənsum Məhərrəmovun ölümü ilə əlaqədar ailə başçısını itirməyə görə əmək pensiyasının bərpa edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Həmçinin qeyd etməyi zəruri hesab edilmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli arayışda qeyd olunan xx.xx.1978-ci il tarixdən xx.xx.1983-cü il tarixədək əyani təhsil dövrü M.Məhərrəmovun sığorta stajına daxil edilmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.4.1 -ci maddəsinə əsasən ailə başçısını itirməyə görə müavinət vəfat etmiş şəxsin uşaqlarına - 18 yaşına çatanadək (əyani təhsil alanlara təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla) təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən İddiaçı xx.xx.2020ci il tarixdən (xx.xx.2023-cü il tarixli müraciətindən 3 il əvvələ) ailə başçısını itirməyə görə sosial müavinət (pensiya hüququ olmadığı üçün) təyin edilib, xx.xx.2023-cü il tarixdən 120 manata çatdırılıb. Qanunun 39.1 -ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Nəticədə Qanunun 39.1 -ci maddəsinin tələbləri nəzərə alınmaqla xx.xx.2020-ci il tarixdən (xx.xx.2023-cü il tarixli müraciətdən 3 il əvvələ) xx.xx.2023-cü il tarixədək İddiaçı əmək pensiyası üzrə ödənilən məbləğ əsassız ödənilmiş vəsait hesab edilmişdir. Qanunun 32.1 -1 -ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Sözügedən Qanunun 37.3.1 -ci maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1 -ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Qanununun 39.1 -ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın-qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 -ci maddəsinə əsasən inzibati orqanlar inzibati akt qəbul etmək səlahiyyətinə malikdirlər. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanununun 63.1 -ci maddəsinə əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. Sözügedən Qanununun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.8-ci maddəsinə əsasən bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları icra sənədləri sayılır. İddiaçı “ailə başçısını itirməyə görə əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2-1 (112)-7836/2024 nömrəli iş üzrə iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
6. AZ-İ № 162731 Atalığın müəyyən edilməsi haqqında şəhadətnamədə qeyd edilmişdir ki, Məhərrəmov Mənsum İsa oğlu xx.xx.2005-ci ildə X3 doğulmuş X6 atası hesab edilmişdir.
7. AZ-İİ № 000132 Ölüm haqqında şəhadətnamədə bildirilmişdir ki, Məhərrəmov Mənsum İsa oğlunun xx.xx.2018-ci il tarixində ölmüşdür.
8. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 145 nömrəli xx.xx.2019-cu il tarixli qərarına əsasən X5 Ailə başçısını itirməyə görə əmək ppensiyası təyin edilmişdir.
9. Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xəzər rayon İdarəsinin xx.xx.2023-cü il tarixli 87 nömrəli arayışına əsasən onun mərhum atası baş leytenanat Məhərrəmov Mənsum İsa oğlu xx.xx.1978-ci ilədn xx.xx.1983-cü il tarixədək Azərbaycan Kənd Təsərrüfatı İnstitunu bitirmiş və həmin institutun nəzdində hərbi kafedra keçmiş və ona SSRİ MN-nin 194 №-li əmri ilə xx.xx.1983-cü ildə leytenant hərbi rütbəsi, Zaqafqaziya Hərbi qoşun Birliyinin 15 №-li əmrinə əsasən xx.xx.1989-cu ildə baş leytenant hərbi rütbəsi verilmişdir.
10. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filial tərəfindən qəbul edilmiş ümümi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/1-R-233502/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 3-17-1/1-R- 233502/2023 nömrəli (Qeyd: xx.xx.2020-xx.xx.2023-cü il dövrü üşün ödənilməli olan müavinətin məbləği əmək pensiyası işi üzrə artıq ödənilmiş vəsait ilə əvəzləşdirilmişdir), ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/1-R-233502/2023 nömrəli, əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/1-R-317895/2023 nömrəli, xx.xx.2024-cü il tarixli 3-17-1/1-R-40144/2024 nömrəli qərarlar iş materiallarına əlavə edilmişdir.
11. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 247 nömrəli xx.xx.2024-cü il tarixli arayışına əsasən İddiaçı “Kütləvi-tətbiqi idman” fakültəsinin bakalavriat təhsil səviyyəsinin məşqçilik ixtisası üzrə (idman növü-güllə atıcılığı) əyani təhsilalma formasının İİ kurs tədris ilində 112A4 qrupunda ödənişli əsaslarla təhsil aldığı təsdiq edilmişdir (hazırda İİİ kurs təhsil alır).
12. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xəzər Rayon İdarəsinin xx.xx.2024-cü il tarixli 8 nömrəli arayışına əsasən xx.xx.1978-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Azərbaycan Kənd Təsərrüftaı İnstitutunda təhsil almış və həmin institutun nəzdində hərbi kafedra keçmişdir. 1983-cü il tarixdə N nömrəli hərbi hissədə N gün təlim keçmiş və SSRİ MN-nin 194№-li əmri ilə xx.xx.1983-cü ildə leytenant hərbi rütbəsi, xx.xx.1989-cu ildə isə Zaqafqaziya Hərbi qoşun birliyinin 15 №-li əmrinə əsasən baş leytenant hərbi rütbəsi verilmişdir.
13. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli məhkəmə sorğusunun cavablandırılması haqqında məktubda qeyd edilmişdir ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” və “Sosial ödənişlər” altsisteminə əsasən mərhum Məhərrəmov Mənsum İsa oğluna hər hansı növ pensiya və ya müavinət təyin edilməsi barədə məlumat aşkar edilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, İddiaçı xx.xx.2018-ci il tarixində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. X4 müraciətinin araşdırılması zamanı müəyyən olmuşdur ki, mərhum Mənsum Məhərrəmovun qanunvericiliklə tələb olunan 14 il sığorta stajı olmadığı halda, övladı İddiaçı Fondun keçmiş Xəzər rayon şöbəsi tərəfindən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Nəticədə İddiaçı əmək pensiyası ləğv edilmiş və ona ailə başçısını itirməyə görə sosial müavinət təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla xx.xx.2020-ci il tarixindən (vətəndaşın xx.xx.2023-cü il tarixli müraciətindən 3 il əvvəl) xx.xx.2023-cü il tarixinədək vətəndaşa ödənilmiş əmək pensiyası üzrə artıqvermə məbləği müəyyən edilmişdir. Həmin artıqvermə məbləği İddiaçı təyin edilmiş sosial müavinətdən xx.xx.2023-cü il tarixindən etibarən aylıq 24 manat məbləğində olmaqla tutularaq Fondun hesabına bərpa olunmaqdadır.
14. İş materiallarına əlavə edilmiş xidməti məktubda bildirilmişdir ki, Fondun keçmiş Xəzər rayon şöbəsinin xx.xx.2019-cu il tarixli qərarı ilə İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilən zaman hüququ olmadığı halda avtomatlaşdırılmış qaydada hesablanmaqla atası Mənsum Məhərrəmovun xx.xx.2006-cı il tarixinədək sığorta stajı 8 il 2 ay müəyyən edilmiş və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Pensiya" altsistemində olan məlumata əsasən xx.xx.2006-cı il tarixindən sonra fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınan 8 il daxil olmaqla ümumilikdə 16 il 2 ay sığorta stajı nəzərə alınmışdır. Bildirilmişdir ki, İddiaçı əmək pensiyası hüququna yenidən baxılan zaman onun təqdim etdiyi atası M.Məhərrəmova məxsus təhsil haqqında sənədin surətinə əsasən xx.xx.1978-ci il tarixindən xx.xx.1983-cü il tarixinədək təhsil illəri, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin “Siqnal” İLİ idarəsinin xx.xx.2023-cü il tarixli arayışının surətinə əsasən 01,06.2004-cü il tarixindən 01,09.2004-cü il tarixinədək, xx.xx.2005-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək əmək fəaliyyəti dövrü, MEİS-in “Pensiya” altsistemində olan məlumata əsasən xx.xx.2006-cı il tarixindən sonra fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınan 8 il daxil olmaqla ümumilikdə 13 il 9 ay 8 gün sığorta stajı müəyyən edilmişdir.
15. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xəzər Rayon İdarəsi tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, mərhum xx.xx.1961-cı il təvəllüdlü baş leytenant Məhərrəmov Mənsum İsa oğlu xx.xx.1978-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Azərbaycan Kənd Təsərüfatı İnstutunu bitirmiş və həmin institun nəzdində hərbi kafedra keçmiş və ona SSRİ MN-nin 194 Ns-li əmri ilə xx.xx.1983-cü ildə leytenant hərbi rütbəsi, Zaqafqaziya Hərbi qoşun birliyinin 15 №-li əmrinə əsasən 31,03.1989-cu ildə isə baş leytenant hərbi rütbəsi verilmişdir. Əlavə olaraq bildirirəm ki, baş leytenant mərhum Məhərrəmov Mənsum İsa oğluna xx.xx.1984-cü il tarixdə Ağdam RHK-ğı tərəfindən VÇ № 067543 nömrəli hərbi bilet verilmişdir.
16. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xəzər Rayon İdarəsi tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, mərhum xx.xx.1961-ci il təvəllüdlü baş leytenant Məhərrəmov Mənsum İsa oğlunun şəxsi işinin təsdiq olunmuş surəti göndərilmişdir.
17. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (anası) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
18. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
II. Məhkəmənin mövqeyi
19. AZ-İ № 162731 Atalığın müəyyən edilməsi haqqında şəhadətnamədə qeyd edilmişdir ki, Məhərrəmov Mənsum İsa oğlu xx.xx.2005-ci ildə X3 doğulmuş X6 atası hesab edilmişdir.
20. AZ-İİ № 000132 Ölüm haqqında şəhadətnamədə bildirilmişdir ki, Məhərrəmov Mənsum İsa oğlunun xx.xx.2018-ci il tarixində ölmüşdür.
21. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 247 nömrəli xx.xx.2024-cü il tarixli arayışına əsasən İddiaçı “Kütləvi-tətbiqi idman” fakültəsinin bakalavriat təhsil səviyyəsinin məşqçilik ixtisası üzrə (idman növü-güllə atıcılığı) əyani təhsilalma formasının İİ kurs tədris ilində 112A4 qrupunda ödənişli əsaslarla təhsil aldığı təsdiq edilmişdir. (hazırda İİİ kurs təhsil alır.)
22. “Əmək pensiyaları haqqında” qanundan: 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; 17.1. Ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur.
23. “Əmək pensiyaları haqqında” Qanunun 31.2-ci maddəsinə əsasən, əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır.
24. Cavabdeh tərəfindən bildirilmişdir ki, İddiaçı pensiya işində olan sənədlərin surətlərinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən mərhum Məhərrəmov Mənsum İsa oğlunun sığorta stajı (xx.xx.1978ci il tarixindən xx.xx.1983-cü il tarixinədək əyani təhsil aldığı müddət nəzərə alınmaqla) 13 il 9 ay 8 gün təşkil edir və bu qanunvericiliklə tələb olunan müddətdən (14 il) azdır. İddiaçı əmək pensiyası hüququna yenidən baxılan zaman onun təqdim etdiyi atası M.Məhərrəmova məxsus təhsil haqqında sənədin surətinə əsasən xx.xx.1978-ci il tarixindən xx.xx.1983-cü il tarixinədək təhsil illəri, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin “Siqnal” İLİ idarəsinin xx.xx.2023-cü il tarixli arayışının surətinə əsasən xx.xx.2004-cü il tarixindən xx.xx.2004-cü il tarixinədək, xx.xx.2005-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək əmək fəaliyyəti dövrü, MEİS-in “Pensiya” altsistemində olan məlumata əsasən xx.xx.2006-cı il tarixindən sonra fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınan 8 il daxil olmaqla ümumilikdə 13 il 9 ay 8 gün sığorta stajı müəyyən edilmişdir.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 sentyabr tarixli 217 nömrəli qərarı ilə qüvvədən düşmüşdür) əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, 5 vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
26. İddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 14 il sığorta stajdan 13 il 9 ay 8 gün sığorta stajına malik olması işin mübahisəsiz halıdır.
27. Məhkəmə qeyd edir ki, inzibati orqan tərəfindən mərhum Məhərrəmov Mənsum İsa oğlunun sığorta stajı hesablanarkən xx.xx.1978-ci il tarixindən xx.xx.1983-cü il tarixinədək əyani təhsil aldığı müddət nəzərə alınmışdır. Azərbaycan SSR təhsil qanunvericiliyinə əsasn, tədris ili rəsmi olaraq sentyabr 1-i başlayıb 31 mayda başa çatırdı. Bu müddət ərzində ümumi təhsil müəssisələrində nəzəri və praktiki dərslər keçirilir, iyun ayında isə yekun imtahanlar təşkil edilirdi. Lakin cavabdeh orqan hesablama zamanı bu faktı nəzərə almadan tədris müddətinin bitməsi kimi xx.xx.1983-cü il tarixi nəzərə almışdır. Məhkəmə hesab edir ki, cavabdeh orqan tərəfindən nəzərə alınmayan 1 ay 21 günü sığorta stajı kimi hesablamalıdır.
28. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xəzər Rayon İdarəsinin xx.xx.2024-cü il tarixli 8 nömrəli arayışına əsasən xx.xx.1978-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Azərbaycan Kənd Təsərrüftaı İnstitutunda təhsil almış və həmin institutun nəzdində hərbi kafedra keçmişdir. 1983-cü il tarixdə N nömrəli hərbi hissədə N gün təlim keçmiş və SSRİ MN-nin 194№-li əmri ilə xx.xx.1983-cü ildə leytenant hərbi rütbəsi, xx.xx.1989-cu ildə isə Zaqafqaziya Hərbi qoşun birliyinin 15 №-li əmrinə əsasən baş leytenant hərbi rütbəsi verilmişdir.
29. Məhkəmə qeyd edir ki, inzibati orqan sığorta stajının hesablanması zamanı 1983-cü il tarixdə N nömrəli hərbi hissədə N gün təlim keçdiyi dövr də sığorta stajı hesablanarkən nəzərə alınmalı idi. nəzərə almalıdır.
30. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xəzər Rayon İdarəsi tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli məktubu ilə mərhum xx.xx.1961-ci il təvəllüdlü baş leytenant Məhərrəmov Mənsum İsa oğlunun şəxsi işinin təsdiq olunmuş surəti göndərilmişdir.
31. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xəzər Rayon İdarəsi tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçının mərhum atasının ПМК 48 (передвежная механизированная колонна) hansı tarixdən xidmət etməsini təsdiq edən faktiki sənəd mövcud deyildir. Lakin Bakı şəhəri, Əzizbəyov rayonu Hərbi Komissarlığının Atttestasiya Şəhadətləndirilməsinə əsasən ПМК 48-də (передвежная механизированная колонна) xidmətdə olan leytenant Məhərrəmov Mənsum İsa oğluna növbəti hərbi rütbənin verilməsinə layiq olduğu qeyd edilmiş, odur ki, iddiaçının mərhum atasının həmin attestasiya şəhadətləndirilməsinin verildiyi anda (xx.xx.1988-ci ildə) artıq ПМК 48-də (передвежная механизированная колонна) xidmət etdiyinə dair şübhə yaranmadığından Məhərrəmov Mənsum İsa oğlunun stajı hesablanarkən ən azı həmin tarixdən hesablama aparılmalıdır. xx.xx.1989-cu ildə isə Zaqafqaziya Hərbi qoşun birliyinin 15 №-li əmrinə əsasən baş leytenant hərbi rütbəsi verilmişdir. Odur ki, ən geci attestasiya şəhadətləndirilməsi (növbəti hərbi rütbənin verilməsinə dair təqdimat) verildiyi tarixdən (xx.xx.1988-ci il) baş leytenant hərbi rütbəsinin verildiyi tarixə qədər olan dövr (xx.xx.1989cu il) Məhərrəmov Mənsum İsa oğlunun stajı hesablanarkən nəzərə alınmalıdır (5 ay 21 gün).
32. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” qanundan: İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: q) idarə tabeliyindən və xüsusi, yaxud hərbi rütbənin olub-olmamasından asılı olmayaraq hərbiləşdirilmiş mühafizə və xilasetmə hissələrində, xüsusi rabitə orqanlarında xidmət müddəti; ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;
33. Nəticə etibarilə, mərhum Məhərrəmov Mənsum İsa oğlunun mərhumun təhsil müəssisələrinin əyani şöbəsində təhsil alan və ən çoxu 23 yaşına çatmamış oğlunun ailə başçısını itirməyə görə pensiyasının ödənilməsi hüququ və bununla bağlı iddiaçının “qanuni gözləntisi” var. Belə ki, X10 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
34. Odur ki, iddiaçının mərhum atası Məhərrəmov Mənsum İsa oğlunun sığorta stajı tələb olunan 14 ildən çoxdur (təqribən 14 il 6 aydır).
35. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic );
36. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05)
37. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filial tərəfindən qəbul edilmiş ümümi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/1-R-233502/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 3-17-1/1-R-233502/2023 nömrəli, ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/1-R-233502/2023 nömrəli qərarlar ləğv edilməli və ailə başçısını itirməyə görə təyin edilmiş pensiyanın bərpa edilməldir.
38. Məhkəmə qeyd edir ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli 3-17-1/1-R- 317895/2023 nömrəli və xx.xx.2024-cü il tarixi qərarlar hazırki iddianın predmeti olan xx.xx.2023-cü il tarixli 3-17-1/1-R-233502/2023 nömrəli qərarın qüvvədə saxlanması ilə bağlıdır, ona görə də ayrıca hüquqi tənzimləmə yaratmır. Məhkəmə tərəfindən iddiaçıya pensiya ödənişinin həyata keçirilməsinə əsas olan xx.xx.2023-cü il tarixli 3-17-1/1-R- 233502/2023 nömrəli qərar ləğv edildiyindən sonrakı qərarlar (artıq) öz əhəmiyyətini itirmiş olur.
39. Odur ki, hazırki məhkəmə aktının nəticəsi olaraq iddiaçının ailə başçısını itirməyə görə pensiya hüququ bərpa edilərək (mübahisələndirən aktın nəticələrinin aradan qaldırılması qaydasında) əmək pensiyasından tutulmuş məbləğlər ona geri qaytarılmalıdır.
40. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filial tərəfindən qəbul edilmiş ümümi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/1-R-233502/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 3-17-1/1-R- 233502/2023 nömrəli, ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/1-R-233502/2023 nömrəli qərarlar ləğv edilsin. İddiaçı ailə başçısını itirməyə görə təyin edilmiş əmək pensiyasının bərpa edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva