Məhkəmə qərarları › İş №2-1(112)-7838/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7838/2022

28.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7838/2022 28.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, meşəçidir və işləmir), cavabdehin nümayəndəsi X1 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası-hüquqşünas, baş məsləhətçi vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “Müharibə veteranı” adının və müvafiq vəsiqənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubunun qanunsuz hesab edilməsi və “Müharibə veteranı” adının və müvafiq vəsiqənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiаçı tələbini оnunlа əsаslаndırmışdır ki, iddiaçı 1988-ci ilin iyun, noyabr aylarında, 1990-cı ilin iyul ayında Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı erməni təcəvüzü ilə əlaqəda Şuşa və Xankəndi şəhərlərində döyüş bölgələrində olmuş və döyüş əməliyyatlarında iştirak etmişdir. “Müharibə veteranı” adı və vəsiqəsinin alınması üçün yaşadığı rayonun Səfərbərlik və Hərbi Xidmətə çağrış üzrə Dövlət Xidmətinin müvafiq bölməsinə müraciət etmişdir. O, xx.xx.2012-ci il tarixində Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Binəqədi rayon Hərbi Komissarlığa müraciət etmiş və mövcüd olan sənədlərə baxış keçirdikdən sonra müharibə veteranı adı və vəsiqəsini almaq hüququna malik olduğunu bildirilmişdir. xx.xx.2017-ci il tarixli məktubunda Şuşa rayonun İcra hakimiyyətinin başçısı iddiaçının təqdim etdiyi sənədlərdəki hüquqi əhəmiyyəti olan faktı təsdiq etmək üçün məhkəməyə müraciət etməyini məqsədə uyğun olduğu hesab etmişdir. Bu məsələ ilə bağlı iddiaçı Binəqədi rayon məhkəməsinə müraciət etmişdir. Binəqədi rayon Məhkəməsi 02 oktyabr 2017-ci il tarixli qərardadında göstərilmişdir ki, ərizəyə əlavə edilmiş arayışlardan görünür ki, ərizəçinin məhkəmə qaydasında müəyyən olunmasını tələb etdiyi fakt qeyd edilən sənədlərlə müəyyən edilir və Şuşa rayon İcra hakimiyyətinin Başçısı tərəfindən verilmiş 21 oktyabr 2005-ci il tarixli arayışından görünür ki, İddiaçı 1988ci ilin iyun , noyabr aylarında və 1990-cı ilin iyul ayında Şuşa Xankəndi şəhərlərində döyüş bölmələrində olmuş,döyüş əməliyyatlarında iştirak etmişdir. xx.xx.2005-ci il Şuşa rayon Hərbi Komissarlığının verdiyi arayışda iddiaçının döyüş əməliyyatlarında iştirak etməyi sübut olunur. İddiaçı məsələyə yenidən baxılması üçün müraciət etsə də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti xx.xx.2017-ci və xx.xx.2021 -ci il tarixli iclaslarında baxılmış sənədlərin hüquqi əsas vermədiyinə əsaslanaraq (döyüşlərdə iştirakını sübut edən sənədlər yoxdur) ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinin mövcüd qanunvericiliyin tələblərinə əsasən mümkün olmadığını xx.xx.2022-ci il tarixli imtina məktubunda bildirmişdir. İddiaçı hesab edir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi qanunsuz və əsassızdır. Sadalanan arayışlarla onun Dağlıq Qarabağ ərazisində baş verən hərbi əməliyyatlarda iştirak etdiyi bir başa sübut olunur. AR Şuşa rayon İcra Hakimiyyəti başçısının 16 yanvar 2017-ci il tarixli və 22 noyabr 2017-ci il tarixli məktublarında və 21 oktyabr 2005-ci il tarixli arayışında birbaşa onun 1988-ci ilin iyun, noyabr aylarında və 1990-cı ilin iyul ayında Şuşa və Xankəndi şəhərlərində döyüş bölgələrində olduğunu və döyüş əməliyyatlarında iştirak etdiyini qeyd edir. Binəqədi rayon Məhkəməsi 02 oktyabr 2017-ci il tarixli qərardadında da iddiaçının Şuşa rayon İcra hakimiyyəti başçisi tərəfindən verilmiş 21 oktyabr 2005-ci il tarixli arayışına əsasən 1988-ci ilin iyun ,noyabr aylarında və 1990-cı ilin iyul ayında Şuşa və Xankəndi şəhərlərində döyüş bölgələrində olduğunu və döyüş əməliyyatlarında iştirak etdiyini müəyyən edir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən şəxsin müharibə veteranı hesab edilməsi üçün yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılarla birgə döyüşlərdə iştirakı sübut edən sənədlər təqdim edilməlidir. Döyüşlərdə iştirakı sübut edən sənədlər dedikdə - silahların təhkim edilməsi barədə əmrlərdən çıxarışlar, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, əmrlərdən çıxarışlar, döyüşlərdə iştirakı sübut edən başqa sənədlər nəzərdə tutulur. Şuşa Rayon İcra Hakimiyyəti “Döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərin adlı siyahısını Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim etmiş, lakin tərtib olunmuş siyahıya İddiaçı adı mövcud deyil. İddiaçı “Müharibə veteran” adı və vəsiqəsinin verilməsi məsələsi ilə bağlı araşdırma aparılmış və Şuşa Rayon İcra Hakimiyyəti 14.02 2020-ci il tarixli, 5/65 nömrəli məktubla bildirmişdir ki, Şuşa rayon İcra Hakimiyətində vətəndaş İddiaçı 1988-ci ilin iyun-noyabr aylarında, 1990-cı ilin iyun ayında Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı erməni təcavüzü ilə əlaqədar Şuşa şəhərində döyüş bölgələrində olaraq döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etməsi barədə heç bir rəsmi sənəd yoxdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. İddiaçı verilən 21 oktyabr 2005-ci il tarixli 3278 saylı arayışda qeyd edildiyi kimi O, Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı erməni təcavüzü ilə əlaqədar Şuşa və Xankəndi şəhərlərində olsaydı və döyüş əməliyyatlarında iştirak etsəydi müvafiq əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün təminat növlərinə daxil edilər, xidməti barədə məlumat olardı. Ancaq bu barədə də heç bir məlumat yoxdur. İddiaçı cavabdehdə olan məlumata görə Azərbaycan SSR Meşə Təsərrüfatı Nazirliyinin 30 iyun 1988-ci il tarixli, 187 saylı əmrilə Şuşa rayon ərazisində qanunsuz meşə qırılmasını yoxlamaq üçün Respublika Aqrar Sənaye Komitəsinin və Təbiəti Mühafizə Komitəsinin nümayəndələri ilə 4 gün müddətinə Şuşa rayonuna, 9 noyabr 1988-ci ildə 324 saylı əmrlə Topxana ərazisində ağac və kolların köklənməsi barədə Azərbaycan Respublikasının Baş Prokurorluğundan daxil olmuş siqnalı yerində yoxlamaq üçün 5 gün müddətinə yenə Şuşa və Əskəran rayonlarına, Azərbaycan SSR Meşə Təsərrüfatı istehsalat Birliyinin 17 iyul 1990-cı il tarixli 137 nömrəli əmrinə əsasən 7 gün və 2 avqust 1990-cı il tarixli 148 nömrəli əmrinə əsasən isə 3 gün olmaqla 10 gün Laçın və Kəlbəcər meşə təsərrüfatlarında meşələrin qorunub mühafizə edilməsi vəziyyətini nəzarəti qaydada və X3 Vilayətinin təşkilat komitəsinin çağırışına əsasən Xankəndi (Stepanakert) şəhərinə ezam olunmuşdur. Bir neçə gün meşə qırılması faktını yoxlamaq üçün Şuşaya və qonşu rayonlara ezamiyyətə gəlmiş adamın adının Şuşa rayon icra Hakimiyyətinin tərtib etdiyi siyahılara daxil edib. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müharibə veteranı adı verilməsi üçün təqdim etməyi qeyri-qanunidir. Cavabdeh göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);.. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaçının ərizəsinə dair imtina məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarında olan sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək, hеsаb еdir ki, iddiа tələbi təmin еdilməməlidir. İş materiallarında olan: Binəqədi rayon məhkəməsinin 2(002)-14256/2017 saylı xx.xx.2017-ci il tarixli Qərardadına əsasən ərizəçi İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Hərbi Xidmətə Çağırış Dövlət Xidməti maraqlı şəxs qismində işə cəlb etməklə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsinin qəbul edilməsindən imtina olunmuşdur. Şuşa rayon İcra Hakimiyyəti başçısının 3278 nömrəli xx.xx.2005-ci il tarixli notarial qaydada təsdiq olunmuş arayışına əsasən İddiaçı həqiqətən 1988-ci ilin iyun, noyabr aylarında, 1990-ci ilin iyul ayında Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı erməni təzavüzü ilə əlaqədar Şuşa və Xankəndi şəhərlərində döyüş bölgələrində olmuş, döyüş əməliyyatlarında iştirak etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şuşa rayon Hərbi Komssarlığının 2012 nömrəli xx.xx.2005-ci il tarixli notarial qaydada təsdiq olunmuş arayışına əsasən İddiaçı həqiqətən 1988-ci ilin iyun, noyabr aylarında, 1990-cı ilin iyul ayında Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı erməni təzavüzü ilə əlaqədar Şuşa və Xankəndi şəhərlərində döyüş bölgələrində olmuş, döyüş əməliyyatlarında iştirak etmişdir. Azərbaycan Respublikası Binəqədi rayon Hərbi Komissarlığının 61 nömrəli Azərbaycan Respublikası Hərbi Komisarına ünvanlanmış məktuba əsasən İddiaçı Müharibə Veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar qərar qəbul edilməsi üçün sənədləri göndərilmişdir. Bakı şəhəri Binəqədi rayon Hərbi Komissarı xx.xx.2011-ci il aktına əsasən İddiaçı barəsində toplanmış sənədləri Azərbaycan Respublikası Hərbi Komissarlığının nəzdindəki veteran adının və müvafiq sənədlərinin verilməsi üzrə komissiyaya təqdim edilməsi məqsədə uyğundur. Binəqədi rayon hərbi komissarlığı tərəfindən verilən 61 nömrəli xx.xx.2012-ci il tarixli arayışa əsasən siyahıda adı olan şəxslər (İddiaçı) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci ilin fevralın 1-dən 1991-ci ilin oktyabrın 9-dək erməni işğalçı quldur dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi bölgələrində və keçmiş X3 Vilayətinin ərazilərində aparılan döyüş əməliyyatlarında iştirak etmişlər və qanunvericiliyə müvafiq surətdə Müharibə veteranı adı və vəsiqəsi almaq hüququna malikdirlər. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli H1640 nömrəli iddiaçıya ünvanlanan məktuba əsasən iddiaçının sənədlərində Xidmətin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi komissiyasının xx.xx.2017-ci və xx.xx.2021-ci il tarixli iclaslarında baxılmış, sənədlər hüquqi əsas vermədiyi üçün (döyüşlərdə iştirakını sübut edən sənədlər yoxdur) "Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi mövcud qanunvericiliyin tələblərinə əsasən mümkün olmamışdır. İddiaçının ərizədə qeyd etdiyi məsələ ilə əlaqədar ona Xidmətin Aparatı tərəfindən dəfələrlə (sonuncu dəfə xx.xx.2021 -ci il tarixli H/4345 nömrəli məktubla) ətraflı cavab verilmişdir. Bu səbəbdən iddiaçının sənədləri ünvanına geri qaytarılmışdır. Şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır və xx.xx.1946-cı il təvəllüdlüdür. Azərbaycan SSR Meşə təsərrüfatı istehsalat birliyinin 137 saylı xx.xx.1990-cı il tarixli əmrinə əsasən İddiaçı meşələrin qorunması, mühafizəsi və nəzarəti şöbəsinin müfəttişi Laçın və Kəlbəcər meşə təsərrüfatlarında meşələrin qorunub mühafizə edilməsi vəziyyətini nəzarəti qaydada və X3 Vilayətinin təşkilat komitəsinin çağırışına əsasən Stepanakert şəhərinə Laçın və Kəlbəcər meşə təsərrüfatlarına 7 gün müddətinə ezam edilmişdir. Azərbycan SSR Meşə təsərrüfatı istehsalat birliyinin 148 saylı xx.xx.1990-cı il tarixli əmrinə əsasən birliyin xx.xx.1990-cı il tarixli 137 nömrəli əmrinə əlavə olaraq İddiaçı ezamiyyə müddəti 3 gün artırılmışdır. Azərbycan SSR Meşə Təsərrüfatı Nazirliyinin 187 saylı xx.xx.1990-cı il tarixli əmrinə əsasən İddiaçı meşə quruluşu, meşə mənbələrinin hesaba alınması və istifadəsinin təşkili idarəsinin böyk mühəndisi Şuşa rayon ərazisində qanunsuz meşə qırılmasını yoxlamaq üçün Respublika Aqrar Sənaye Komitəsinin və Təbiəti mühafizə komitəsinin nümayəndələri ilə Şuşa rayonuna 4 gün müddətinə ezam edilmişdir. Azərbaycan SSR Meşə Təsərrüfatı Nazirliyinin 324 saylı xx.xx.1988-ci il tarixli əmrinə əsasən İddiaçı Respublika Aqrar Sənaye Komitəsinin və Təbiəti Mühafizə Komitəsinin nümayəndələri ilə 4 gün müddətinə Şuşa rayonuna, 9 noyabr 1988-ci ildə Topxana ərazisində ağac və kolların köklənməsi barədə Azərbaycan Respublikasının Baş Prokurorluğundan daxil olmuş siqnalı yerində yoxlamaq üçün 5 gün müddətinə ezamiyyə olunmuşdur. İddiaçı iş materiallarına əlavə olaraq Azərbaycan Respublikası Şuşa rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2017-ci il tarixli 13/08 nömrəli məktubunu və həmin idarənin xx.xx.2017-ci il tarixli 13/460 nömrəli məktubunu məhkəməyə təqdim etmişdir. Məhkəmə iddiaçıya veteran adının verilməsindən cavabdehin imtinasını əsaslı hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Veteranlar haqqında ” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 3-cü abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar; Həmin Qanunun 7-ci maddəsinə əsasən, veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında əsasnamə”nin 1-ci bölməsinə əsasən müharibə veteranı adı aşağıdakı qaydada verilir:.. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş X3 Vilayətinin ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında.Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin birinci-yeddinci yarımbəndlərində qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir.Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş X3 Vilayətinin ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir.Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən:respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. İşdə olan sənədlər ilə İddiaçı həqiqətən 1988-ci ilin iyun, noyabr aylarında, 1990-ci ilin iyul ayında Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı erməni təzavüzü ilə əlaqədar Şuşa və Xankəndi şəhərlərində döyüş bölgələrində olarkən döyüş əməliyyatlarında iştirak etməsinə dair heç bir sübut mövcud deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “Müharibə veteranı” adının və müvafiq vəsiqənin verilməsi barədə cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubunun qanunsuz hesab edilməsi və “Müharibə veteranı” adının və müvafiq vəsiqənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubunun qanunsuz hesab edilməsi və “Müharibə veteranı” adının və müvafiq vəsiqənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin Qərаrdаn şikаyət qərаrın tаm fоrmаdа təqdim оlunduğu gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar