Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-784/2021 23.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı (üçüncü şəxs "xxxx" QSC) “kompensasiya məbləğinin hesablanması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı (üçüncü şəxs "xxxx" QSC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona ödənilməli olan 1628,45 manat məbləğində kompensasiyanın ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanın tələblərinin onun barəsində tətbiq edilməsi barədə sonuncunun müraciəti ilə bağlı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının imtinasının qanunsuz hesab edilməsi və onun adının "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrası ilə bağlı tərtib edilmiş siyahılara salınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, iddiaçı ilə “Accessbank’' QSC arasında 10 aprel 2008-ci il kredit xətti müqaviləsi üzrə 10 dekabr 2013-cü il tarixli kredit razılaşması imzalanmış və iddiaçıya kredit xətti açılmışdır. Həmin kredit xətti üzrə iddiaçıya 24.000 ABŞ dolları, 7.000 ABŞ dolları və 20.000 ABŞ dolları məbləğində kredit ayrılmışdır. Həmin kredit məbləğləri iddiaçıya 1-ci devalivasiyadan əvvəl ayrılmışdır. Birinci devalivasiya baş verəndən sonra həmin kredit məbləğləri iddiaçı tərəfindən tam ödənilmişdir. Daha sonra iddiaçıya yeni kredit xətti ayrılmış və 85.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit birinci devalivasiya dövründə götürülmüşdür. Lakin 2-ci devalivasiya baş verəndən sonra həmin kredit məbləğinin ödənilməsində çətinliklər yarandığına görə iddiaçının “Accessbank" QSC-nin əməkdaşı olduğu nəzərə alınaraq bank iddiaçıya güzəşt etmiş və 85.000 ABŞ dolları məbləğində kredit 44.500 manat və 44.500 ABŞ dolları olmaqla iki hissəyə bölünmüşdür. Həmin kredit məbləği də iddiaçı tərəfindən tam ödənilmişdir. Daha sonra Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanı qəbul edilmiş və həmin Fərman əsasında devalivasiya nəticəsində vətəndaşların maliyyə itkisinin qarşılanması üçün kompensasiyalar ödənilməyə başlanılmışdır. İddiaçıya da verilmiş 7000 ABŞ dolları kreditə görə 1628,45 manat məbləğində kompensasiya hesablanmışdır. Lakin həmin kompensasiya iddiaçıya hal-hazıra qədər ödənilməmişdir. Belə ki, həmin kompensasiyanın iddiaçının "xxxx" QSC qarşısında olan digər kredit öhdəliyinin (85.000 ABŞ dolları) icra edilməsinə yönəldiyi iddiaçıya bildirilmişdir. İddiaçı bununla bağlı bir çox aidiyyatı orqanlara müraciətlər ünvanlamışdır. Cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankı iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdehin imtinası əsassızdır. Belə ki, «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanına əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilməli, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilməlidir. Göründüyü kimi, kompensasiya ilk öncə fiziki şəxslərin banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilməlidir. Lakin qeyd olunan Fərman qəbul edildiyi gün iddiaçının heç bir bank qarşısında öhdəliyi mövcud olmamış, Fərman qəbul edilənə qədər iddiaçının bütün kreditləri ödənilmişdir. 85.000 ABŞ dolları ilə bağlı bank tərəfindən edilən 21115,73 manat məbləğində güzəşt isə Fərman qəbul edilənə qədər artıq edilmişdir. Buradan belə müəyyən olunur ki, Fərman qəbul olunanda iddiaçının nə ödəniş müddəti keçmiş borcu, nə də güzəşt ediləsi krediti mövcud olmamışdır. Əksinə onun devalivasiya nəticəsində itirdiyi maliyyə itkisinə görə ona 1628,45 manat məbləğində kompensasiya ödənilməli idi. Lakin bu kompensasiya bankın iddiaçıya edilmiş güzəştinə hesablanaraq qanunsuz olaraq iddiaçıya ödənilməmişdir. Halbuki həmin Fərmanın məqsədi məhz baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etməkdir. Lakin cavabdeh qanunsuz hərəkətlər edərək iddiaçını kompensasiya ödənilməli olan şəxslərin siyahısına salmamışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi X1 izahatında bildirdi ki, Mərkəzi Bankın məlumat bazalarına əsasən İddiaçı ilə "xxxx" QSC arasında bağlanmış 10.04.2008-ci il taraxli kredit xətti müqaviləsi əsasında 25.04.2008-ci il tarixli kredit razılaşması (20.000,00 ABŞ dolları dəyərində), 01.08.2008-ci il tarixli kredit razılaşması (24.000,00 ABŞ dolları dəyərində) və 10.12.2013-cü il tarixli kredit razılaşması (7.000,00 ABŞ dolları dəyərində) “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanının təsiri çərçivəsinə düşmüşdür. Belə ki, birinci devalvasiya gününə (21.02.2015-ci il tarixinə) 25.04.2008-ci il tarixli kredit razılaşması üzrə iddiaçının əsas kredit borcu 1.019,21 ABŞ dolları, 01.08.2008-ci il tarixli kredit razılaşması üzrə 2.404,07 ABŞ dolları və 10.12.2013-cü il tarixli kredit razılaşması üzrə 3.090,53 ABŞ dolları təşkil etdiyindən iddiaçıya müvafiq olaraq 254,80 manat, 601,02 manat və 772,63 manat olmaqla cəmi 1.628,45 manat kompensasiya hesablanmışdır. İkinci devalvasiya gününə (21.12.2015-ci il tarixinə) gəlincə isə, həmin dövr üçün iddiaçının "xxxx" QSC ilə bağladığı 24.04.2015-ci il tarixli kredit razılaşmasından (84.000,00 ABŞ dolları dəyərində) sonra əsas kredit borcu 10.000 ABŞ dollarını ötdüyündən bu hissədə ona kompensasiya hesablanmamışdır. Eyni zamanda qeyd olunmalıdır ki, Mərkəzi Bankın məlumat bazalarına əsasən "xxxx" QSC tərəfindən iddiaçıya 24.04.2015-ci il tarixli kredit razılaşması üzrə 21.115,74 manat güzəşt edildiyindən hesablanmış kompensasiya məbləği kredit təşkilatının qarşıladığı hissə qədər azaldılmışdır. Belə ki, “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi" Qaydasının 3.3-cü bəndinə əsasən devalvasiya nəticəsində fiziki şəxsin xarici valyutada olan əsas kredit borcunun artım hissəsi üzrə yaranmış fərq (artan məzənnə fərqi) kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı tərəfindən qarşılandığı hallarda, dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək kompensasiya məbləği kredit təşkilatının və ya ləğvetmə prosesində olan kredit təşkilatının qarşıladığı hissə qədər azaldılır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan "xxxx" QSC ilə İddiaçı arasında bağlanmış 10 aprel 2008-ci il tarixli 01L000000947 saylı kredit xətti müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, "xxxx" QSC tərəfindən İddiaçı 120 ay müddətinə 70.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşması ilə müəyyən edilir. İş materiallarında olan "xxxx" QSC ilə İddiaçı arasında bağlanmış 10 aprel 2008-ci il tarixli 01L000000947 saylı kredit xətti müqaviləsi üzrə 25.04.2008-ci il tarixli 01R000001571 saylı kredit razılaşmasının təsdiq edilmiş surətindən görünür ki, "xxxx" QSC tərəfindən İddiaçı 84 ay müddətinə aylıq faiz dərəcəsi 1% hesablanmaqla 20.000 (iyirmi min) ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan "xxxx" QSC ilə İddiaçı arasında bağlanmış 10 aprel 2008-ci il tarixli 01L000000947 saylı kredit xətti müqaviləsi üzrə 01.08.2008-ci il tarixli, 01R000001907 saylı kredit razılaşmasının təsdiq edilmiş surətindən görünür ki, "xxxx" QSC tərəfindən İddiaçı 84 ay müddətinə aylıq faiz dərəcəsi 1% olmaqla 24.000 (iyirmi dörd min) ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan "xxxx" QSC ilə İddiaçı arasında bağlanmış 10 aprel 2008-ci il tarixli 01L000000947 saylı kredit xətti müqaviləsi üzrə 10.12.2013-cü il tarilxi 01R000011917 saylı kredit razılaşmasının təsdiq edilmiş surətindən görünür ki, "xxxx" QSC tərəfindən İddiaçı 24 ay müddətinə aylıq faiz dərəcəsi 0,8333% olmaqla 7.000 (yeddi min) ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan "xxxx" QSC ilə İddiaçı arasında bağlanmış 20 aprel 2015-ci il tarixli 01L000000947S saylı Uzunmüddətli kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında Sazişin təsdiq edilmiş surətindən görünür ki, "xxxx" QSC tərəfindən İddiaçı 204 ay müddətinə 200.000 ABŞ dolları məbləğində uzunmüddəti kredit müqaviləsi açılmışdır. Verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşması ilə müəyyən edilir. İş materiallarında olan "xxxx" QSC ilə İddiaçı arasında bağlanmış 10 aprel 2008-ci il tarixli 01L000000947S saylı uzunmüddətli kredit müqaviləsi üzrə 24.04.2015-ci il tarixli 999R********** saylı kredit razılaşmasının təsdiq edilmiş surətindən görünür ki, "xxxx" QSC tərəfindən İddiaçı 84 ay müddətinə aylıq faz dərəcəsi 0,8333% olmaqla 85.000 (səksən beş min) ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan "xxxx" QSC ilə İddiaçı arasında bağlanmış 10 aprel 2008-ci il tarixli 01L000000947 saylı kredit xətti müqaviləsi üzrə 23.12.2015-ci il tarixli 004R********** saylı kredit razılaşmasının surətindən görünür ki, "xxxx" QSC tərəfindən İddiaçı 24 ay müddətinə aylıq faiz dərəcəsi 1,75% hesablanmaqla 44541.00 (qırx dörd min beş yüz qırx bir) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan "xxxx" QSC tərəfindən məhkəməyə təqdim edilmiş 15.02.2021-ci il tarixli borc haqqında cədvəldən görünür ki, İddiaçı 01R000011917, O1R000001571, 01R000001907, 999R********** nömrəli kredit müqavilələri üzrə 20.02.2020-ci il tarixə olan borc: əsas məbləğ üzrə borc - 01R000011917 nömrəli kredit müqaviləsi üzrə - 3090,53 ABŞ dolları; 01R000001571 nömrəli kredit müqaviləsi üzrə - 1019,21 ABŞ dolları; 01R000001907 nömrəli kredit müqaviləsi üzrə - 2404,07 ABŞ dolları, əsas məbləğ üzrə ümumi borc 6513,81 ABŞ dolları təşkil edir. Əsas məbləğ üzrə borc – 999R********** nömrəli kredit müqaviləsi üzrə - 84.840,12 ABŞ dolları təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən İddiaçı ünvanlanmış 24.02.2020-ci il tarixli məktubda qeyd edilir: Sizin müraciətinizə Azərbaycan Respublikasının Mərkəzi Bankında baxılmışdır. Cavab olaraq bildirilir ki, “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasına əsasən, devalvasiya nəticəsində fiziki şəxsin xarici valyutada olan əsas kredit borcunun artım hissəsi üzrə yaranmış fərq (artan məzənnə fərqi) kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı tərəfindən qarşılandığı hallarda, dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək kompensasiya məbləği kredit təşkilatının və ya ləğvetmə prosesində olan kredit təşkilatının qarşıladığı hissə qədər azaldılır. Xahiş olunur nəzərə alasınız. İş materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən məhkəməyə ünvanlanmış 05.03.2021-ci il tarixli məktubda qeyd edilir: İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankına (Mərkəzi Bank) qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsinə və bu iddiaya qarşı Mərkəzi Bankdan öz münasibətini yazılı şəkildə bildirmək tələbinə dair məhkəmədən Sərəncam daxil olmuşdur. Bununla bağlı qeyd olunur ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Ölkə Başçısının 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanının (Fərman) icrası Mərkəzi Bankın 01.03.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasında, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Müraciətinizlə bağlı bildiririk ki, Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı ilə "xxxx" QSC arasında bağlanmış 10.04.2008-ci il taraxli kredit xətti müqaviləsi əsasında 25.04.2008-ci il tarixli kredit razılaşması (20.000,00 ABŞ dolları dəyərində), 01.08.2008-ci il tarixli kredit razılaşması (24.000,00 ABŞ dolları dəyərində) və 10.12.2013-cü il tarixli kredit razılaşması (7.000,00 ABŞ dolları dəyərində) “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Ölkə Başçısının 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanının (Fərman) təsiri çərçivəsinə düşmüşdür. Belə ki, birinci devalvasiya gününə (21.02.2015-ci il tarixinə) 25.04.2008-ci il tarixli kredit razılaşması üzrə iddiaçının əsas kredit borcu 1.019,21 ABŞ dolları, 01.08.2008-ci il tarixli kredit razılaşması üzrə 2.404,07 ABŞ dolları və 10.12.2013-cü il tarixli kredit razılaşması üzrə 3.090,53 ABŞ dolları təşkil etdiyindən iddiaçıya müvafiq olaraq 254,80 manat, 601,02 manat və 772,63 manat olmaqla cəmi 1.628,45 manat kompensasiya hesablanmışdır. İkinci devalvasiya gününə (21.12.2015-ci il tarixinə) gəlincə isə, həmin dövr üçün iddiaçının "xxxx" QSC ilə bağladığı 24.04.2015-ci il tarixli kredit razılaşmasından (84.000,00 ABŞ dolları dəyərində) sonra əsas kredit borcu 10.000 ABŞ dollarını ötdüyündən bu hissədə ona kompensasiya hesablanmamışdır. Qeyd edilməlidir ki, məhkəmə sorğusu əsasında "Accessbank” QSC tərəfindən təqdim edilmiş sənədlərdə də iddiaçının birinci və ikinci devalvasiya gününə yuxarıda qeyd edilən məbləğlərdə əsas kredit borclarının mövcud olduğu bir daha təsdiq edilmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən "xxxx" QSC tərəfindən iddiaçıya 24.04.2015-ci il tarixli kredit razılaşması üzrə 21.115,74 manat güzəşt edildiyindən hesablanmış kompensasiya məbləği kredit təşkilatının qarşıladığı hissə qədər azaldılmışdır. Belə ki, “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi" Qaydasının (Qayda) 3.3-cü bəndinə əsasən devalvasiya nəticəsində fiziki şəxsin xarici valyutada olan əsas kredit borcunun artım hissəsi üzrə yaranmış fərq (artan məzənnə fərqi) kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı tərəfindən qarşılandığı hallarda, dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək kompensasiya məbləği kredit təşkilatının və ya ləğvetmə prosesində olan kredit təşkilatının qarşıladığı hissə qədər azaldılır. Həmin fiziki şəxslərin siyahısı, habelə kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı tərəfindən qarşılanan məbləğ müvafiq kredit təşkilatı, ləğvetmə prosesində olan kredit təşkilatlarına münasibətdə isə ləğvedici funksiyalarının həvalə olunduğu şəxs tərəfindən Palataya təqdim edilir. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq iddia tələbinin Mərkəzi Banka münasibətdə rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edirik. İş materiallarında olan "xxxx" QSC tərəfindən məhkəməyə ünvanlanmış 16.06.2021ci il tarixli məktubda qeyd olunur: 10 aprel 2008-ci il tarixli 01L000000947 nömrəli Kredit xətt müqaviləsi üzrə İddiaçı 24 aprel 2015-ci il tarixli 999R********** nömrəli Kredit razılaşmasına əsasən 85000 (səksən beş min) ABŞ dolları məbləğində kredit verilmiş və 23 dekabr 2015-ci il tarixli 999R**********S nömrəli sazişə əsasən həmin kredit üzrə saziş bağlanmış və Kredit razılaşmasının ayrılmaz hissəsi olan ödəniş planında qeyd edilən məbləğlərə və ödəniş tarixlərinə dəyişklik edilmişdir. Məlumat üçün bildirilmişdir ki, müvafiq kreditə dəyişiklik ləğv olunmuş Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”na əsasən həyata keçirilməmişdir. Həmin məktuba əlavə edilmiş "xxxx" QSC tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, 10 aprel 2008-ci il tarixli, 01L000000947 saylı Kredit xətti müqaviləsi üzrə bağlanmış 24 aprel 2015-ci il tarixli, 999R**********S saylı Kredit Razılaşmasına əsasən ona verilmiş 85000 (səksən beş min) ABŞ dolları məbləğində kredit "xxxx" Qapalı Səhmdar Cəmiyyəti qarşısında olan kredit öhdəliyini 12 aprel 2016-ci il tarixdə tam olaraq yerinə yetirmiş və hazırda həmin Kredit Razılaşması üzrə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti qarşısında onun kredit öhdəliyi mövcud deyildir. İş materiallarında olan problemli kreditlərin kompensasiyası barədə məlumatdan görünür ki, İddiaçı cəmi hesablanmış kompensasiya (izahlı) 21.02.2015-ci il tarixə 601,02 manat, 772,63 manat, 254,80 manat olmaqla, cəmi 1628,45 manat, 21.12.2015-ci il tarixə 0 manat təşkil edir. Güzəştə görə kompensasiya məbləğinin azaldılan hissəsi 21115,735 manatdır. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanın 1-ci bəndinə əsasən aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. Həmin Fərmanın 2-ci bəndinə əsasən bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının ********** nömrəli 27 mart 2019-cu il qərarı ilə təsdiq edilmiş «Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası»nın 3.3-cü bəndinə əsasən devalvasiya nəticəsində fiziki şəxsin xarici valyutada olan əsas kredit borcunun artım hissəsi üzrə yaranmış fərq (artan məzənnə fərqi) kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı tərəfindən qarşılandığı hallarda, dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək kompensasiya məbləği kredit təşkilatının və ya ləğvetmə prosesində olan kredit təşkilatının qarşıladığı hissə qədər azaldılır. Həmin fiziki şəxslərin siyahısı, habelə kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı tərəfindən qarşılanan məbləğ müvafiq kredit təşkilatı, ləğvetmə prosesində olan kredit təşkilatlarına münasibətdə isə ləğvedici funksiyalarının həvalə olunduğu şəxs tərəfindən Palataya təqdim edilir. Məhkəmə qeyd edir ki, iddia ərizəsindən və iddiaçının nümayəndəsi və vəkilinin məhkəmə iclasında verdiyi izahatdan müəyyən edilir ki, iddiaçı onunla "xxxx" QSC arasında bağlanmış 10 aprel 2008-ci il tarixli 01L000000947 saylı kredit xətti müqaviləsi üzrə 25.04.2008-ci il tarixli 01R000001571 saylı kredit razılaşmasına, 01.08.2008-ci il tarixli 01R000001907 saylı kredit razılaşmasına və 10.12.2013-cü il tarixli 01R000011917 saylı kredit razılaşmasına əsasən ona hesablanmış 1.628,45 manat kompensasiya məbləğinin ona ödənilməsi üçün onun adının “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməsini tələb edir. Məhkəmə tərəfindən müəyyən edildi ki, "xxxx" QSC ilə İddiaçı arasında bağlanmış 10 aprel 2008-ci il tarixli 01L000000947 saylı kredit xətti müqaviləsi üzrə 25.04.2008-ci il tarixli 01R000001571 saylı kredit razılaşmasına əsasən "xxxx" QSC tərəfindən İddiaçı 84 ay müddətinə aylıq faiz dərəcəsi 1% hesablanmaqla 20.000 (iyirmi min) ABŞ dolları məbləğində, "xxxx" QSC ilə İddiaçı arasında bağlanmış 10 aprel 2008-ci il tarixli 01L000000947 saylı kredit xətti müqaviləsi üzrə 01.08.2008-ci il tarixli, 01R000001907 saylı kredit razılaşmasına əsasən "xxxx" QSC tərəfindən İddiaçı 84 ay müddətinə aylıq faiz dərəcəsi 1% olmaqla 24.000 (iyirmi dörd min) ABŞ dolları məbləğində və "xxxx" QSC ilə İddiaçı arasında bağlanmış 10 aprel 2008-ci il tarixli 01L000000947 saylı kredit xətti müqaviləsi üzrə 10.12.2013-cü il tarilxi 01R000011917 saylı kredit razılaşmasına əsasən "xxxx" QSC tərəfindən İddiaçı 24 ay müddətinə aylıq faiz dərəcəsi 0,8333% olmaqla 7.000 (yeddi min) ABŞ dolları məbləğində kredit verilmişdir. Qeyd olunan müqavilələr “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının təsiri çərçivəsinə düşmüşdür. Belə ki, birinci devalvasiya gününə (21.02.2015-ci il tarixinə) 25.04.2008-ci il tarixli kredit razılaşması üzrə iddiaçının əsas kredit borcu 1.019,21 ABŞ dolları, 01.08.2008-ci il tarixli kredit razılaşması üzrə 2.404,07 ABŞ dolları və 10.12.2013-cü il tarixli kredit razılaşması üzrə 3.090,53 ABŞ dolları təşkil etdiyindən iddiaçıya müvafiq olaraq 254,80 manat, 601,02 manat və 772,63 manat olmaqla cəmi 1.628,45 manat kompensasiya hesablanmışdır. İkinci devalvasiya gününə iddiaçının "xxxx" QSC ilə bağladığı 24.04.2015-ci il tarixli kredit razılaşmasından sonra əsas kredit borcu 10.000 ABŞ dollarından çox olduğu üçün bu hissədə ona kompensasiya hesablanmamışdır. Məhkəmə tərəfindən həmçinin müəyyən edildi ki, "xxxx" QSC tərəfindən iddiaçıya 24.04.2015-ci il tarixli kredit razılaşması üzrə 21.115,735 manat güzəşt edilmişdir, bu səbəbdən də hesablanmış kompensasiya məbləği kredit təşkilatının qarşıladığı hissə qədər azaldılmışdır. Göründüyü kimi, iddiaçıya cəmi 1.628,45 manat kompensasiya hesablansa da, kredit təşkilatı tərəfindən ona 21.115,735 manat güzəşt edilmişdir. İddiaçıya hesablanmış kompensasiya məbləği «Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası»nın tələblərinə uyğun olaraq kredit təşkilatının qarşıladığı hissə qədər azaldılmışdır. Belə olan halda iddiaçının adının “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməsi mümkün deyildir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Bu səbəbdən də iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 52, 58.1, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-784/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-784/2021
23.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver