Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-784/2022 15.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, Əsədova Türkanə Malik qızının kаtibliyi, iddiaçı Bayramov Elbrus Zəkəriyə oğlunun (Mingəçevir şəhərində qeydiyyatdadır, Mingəçevir İstilik Elektrik Stansiyasında işləyir) iştirаkı ilə, iddiаçı Bayramov Elbrus Zəkəriyə oğlunun cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qаrşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” bаrədə iddiа tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İddiaçı Bayramov Elbrus Zəkəriyə oğlu Bakı İnzibati Məhkəməsində cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiа qaldıraraq 57 yaşı tamam olduğunu, 34 il 11 ay fasiləsiz olaraq "xxxx" MMC-də (keçmiş Azərbaycan Dövlət Rayon Elektrik Stansiyasında) əmək şəraiti xüsusil zərərli və ağır olan işlərdə işləməyini nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1963-cü ildə Ağdaş rayonunda anadan olmuşdur. Əmək fəaliyyətinə 15.09.1980-ci ildə Ağdaş rayonunun “H.Hacıyev” adına kolxozunda sahə gözətçisi (qarovulçu) işinə qəbul edilməklə başlamış və həqiqi hərbi xidmətə getdiyinə görə 18.05.1981-ci ilədək kolxozda işləmişdir. 18.05.1981-ci ildən 24.05.1983-cü ilədək həqiqi hərbi xidmət keçmişdir. 01.06.1983-cü ildən 30.09.1983-cü ilədək Ağdaş rayonunun “H.Hacıyev” adına kolxozda sahə gözətçisi (qarovulçu) işində işləmişdir. Həmin iş stajı ona məlum olmayan səbəblərdən əmək kitabçasında qeyd edilməmişdir.06.10.1983-cü ildən 01.01.1986-cı ilədək Azərbaycan Dövlət Rayon Elektrik Stansiyasının HYH üzrə yanğınsöndürən işinə təyin edilmişdir. 11.03.1986-cı ildə stansiyaya Vİİ dərəcəli turbin avadanlıqları üzrə maşinist-nəzarətçisi kimi qazan-turbin sexinə işə qəbul edilmişdir. 03.02.1995-ci ildə həmin sexdə enerji blokuna böyük maşinist işinə keçirilmişdir və hal-hazıradək fasiləsiz olaraq həmin sexdə və həmin işdə işləyir. "xxxx" ASC-nin 25.04.2003-cü il tarixli, AÜ/091 nömrəli əmrinə əsasən Azərbaycan Dövlət Rayon Elektrik Stansiyası “Azərbaycan Dövlət Rayon Elektrik Stansiyası” Məhdud Məsuliyyətili Cəmiyyəti, 05.01.2006-cı il tarixli, AÜ/002 nömrəli əmrinə əsasən “Azərbaycan Dövlət Rayon Elektrik Stansiyası” X2 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti adlandırılmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində zərərli iş sahəsində işlədiyinə görə 14.03.1983-cü ildən başlayaraq hal-hazıradək ona aylıq əmək haqqının 12% miqdarında əlavə əmək haqqı və əlavə məzuniyyət hesablanaraq verilir. 57 yaşı tamam olması ilə əlaqədar və zərərli, ağır əmək şəraiti olan müəssisədə fasiləsiz olaraq 34 il 11 ay işlədiyinə görə ona yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə tələb olunan sənədlərlə Mingəçevir rayon “ASAN” xidmət mərkəzi vasitəsi ilə cavabdehə müraciət etmişdir. Cavabdeh onun iş stajının 25 ildən az (24 il 8 ay 3 gün) olması əsası ilə ona pensiya təyin etməkdən imtina etmişdir.İddiaçı cavabdehin imtiasını qanunsuz və əsassız hesab edir.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, iddiaçıya məxsus əmək kitabçasından görünür ki,iddiaçı 06.10.1983- 01.01.1986-cı illərdə (02 il 02 ay 25 gün) yanğınsöndürən, 11.03.1986-01.01.2006-cı illərdə (19 il 09 ay 20 gün) turbin avadanlıqları üzrə nəzarətçi maşinist, qazan avadanlıqları üzrə nəzarətçi maşinist, enerji blokunun maşinisti işində işləmişdir. Bu müddət ümumilikdə 22 il 15 gün təşkil edir. İddiaçı 18.05.1981-14.05.1983-cü illərdə (01 il 11 ay 26 gün) müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Bu da ümumilikdə 24 il 11 gün təşkil edir. İddiaçı hesab edir ki, arxiv arayışına görə gözətçi işində çalışdığı 01 il 03 gün də onun ümumi əmək stajına daxil edilməlidir. Lakin həmin arayışın tərtib edilməsi zamanı əsas olan sənədlər təqdim edilməmişdir. Cavabdeh göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İPM-nin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Оdur ki, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахmışdır. İddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının izahat və çıxışını dinləyərək, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiaçının iddiа tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası vətəndaşının AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı Azərbaycan vətəndaşıdır, xx.xx.1963-cü ildə anadan olmuşdur. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Ağdaş rayon İcra Hakimiyyəti Ağdaş rayon Dövlət Arxivinin 22.01.2021-ci il tarixli arayışına əsasən iddiaçı Pirəzə kənd sabiq “H.Hacıyev” kolxozunda 1980-cı ildə il ərzində 76 adamgün, 1981-ci ildə 137 adamgün, 1983-cü ildə 222 adamgün gözətçi işləmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinin 21.08.2020-ci il tarixli, 267 №li arayışına əsasən iddiaçı 18.05.1981-ci ildən 14.05.1983-cü ilə qədər keçmiş SSRİ Silahlı Qüvvələri sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. "xxxx" MMC-nin 07-98 nömrəli, 17.09.2020-ci il tarixli işin xarakteri haqqında arayışına əsasən iddiaçı 14.03.1986-cı ildən 18.07.1986-cı ilə qədər “Azərbaycan DRES”-in qazan-turbin sexində Vİ qrup (öyrənən) turbin avadanlıqları üzrə nəzarətçi maşinist işləmiş, 18.07.1986-cı ildən müstəqil işə buraxılmışdır, 18.07.1986-cı ildən 16.01.1989-cu ilə qədər həmin sexdə Vİ qrup turbin avadanlıqları üzrə nəzarətçi maşinist vəzifəsində, 16.01.1989-cu ildən 26.06.1989-cu ilə qədər həmin sexdə Vİ qrup qazan avadanlıqları üzrə nəzarətçi maşinist, 26.06.1989-cu ildən 03.02.1995-ci ilə qədər 1 nömrəli qazan-turbin sexində Vİİ qrup enerji blokun maşinisti vəzifəsində işləmişdir, 03.02.1995-ci ildən hal-hazıra qədər də həmin sexdə enerji blokun böyük maşinisti vəzifəsində işləyir.İşlədiyi müddədə iddiaçı bilavasitə stansiyanın qazan və turbin sexində yerləşən avadanlıqların istismarı ilə məşğul olmuşdur.İş şəraitində səs-küy, titrəmə, havanın cərəyan surəti, iş yerində havanın temperaturunun normadan yuxarı olması amilləri mövcud olmuşdir.İddiaçının 14.03.1986-cı ildən tutduğu vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 №li qərarının 24-cü bölməsinin “a” bəndinə uyğundur. ”Azərbaycan İES” MMC-də zərərli iş stajı 34 il 05 ay 23 gün təşkil edir. İddiaçının əmək kitabçasının notariat qaydasında təsdiq edilmiş surətinə əsasən iddiaçı 15.09.1980-cı ildən 18.05.1981-ci ilə qədər Ağdaş rayonu H.Hacıyev adına kolxozun sahə qaravulçusu işləmişdir, 06.10.1983-cü ildən 01.01.1986-cı ilə qədər Azərbaycan DRES-də yanğınsöndürən, 11.03.1986-cı ildən 18.07.1986-cı ilə qədər Vİİ dərəcəli turbin avadanlığı üzrə təcrübəçi maşinist nəzarətçisi kimi qazan turbin sexinə işə qəbul edilmiş, 18.07.1986-cı ildən həmin sexin turbin avadanlıqları üzrə maşinistnəzarətçisi vəzifəsində sərbəst işləməsinə icazə verilmiş, 16.01.1989-cu ildə həmin sexdə Vİ qrup qazan avadanlığı ürə maşinist nəzarətçisi keçirilmiş, 26.06.1989-cu ildə həmin sexdə Vİİ qrup enerji bloku maşinisti vəzifəsinə keçirilmiş,03.02.1995-ci ildə həmin sexdə enerji bloku böyük maşinisti vəzifəsinə keçirilmiş, hal-hazırda da həmin vəzifədə işləyir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Ağdaş rayon İcra Hakimiyyəti Ağdaş rayon Dövlət Arxivindən təqdim edilmiş və məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş şəxsi hesab kitablarından çıxarışlara əsasən iddiaçı 1983-cü ilin iyun, iyul, avqust, sentyabr aylarında cəmi 122 gün işləmişdir,1981-ci ildə yanvar, fevral, mart, aprel, may aylarında cəmi 137 gün, 1980-cı ildə cəmi 76 gün gözətçi işləmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının 18.02.2021-ci il tarixli imtina məktubunda göstərilmişdir ki, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışdırsa və şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ qazanırlar. Mərkəzi Filiala təqdim edilmiş sənədlərdən göründüyü kimi ərizəçinin 01.01.2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (24 il 8 ay 3 gün) müddəti təşkil edir. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyinin tələbləri baxımından mümkün hesab edilmir. Beləliklə, iş materiallarında olan sənədlərdən məhkəmə müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1963-cü il təvəllüdlüdür, 01.03.2020-ci il tarixində onun 57 yaşı tamam olmuşdur, onun 34 ildən çox ümumi iş stajı vardlr, həmin müddətin 25 ildən çox müddəti əsgərlikdə xidmət etdiyi müddət də daxil olmaqla 01.01.2006-cı ilə qədər işlədiyi dövrə təsadüf edir, iddiaçı 01.01.2006-cı ilə qədər işlədiyi müddətin 18 ildən çox hissəsini güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşədə qazan-tirbin sexində turbin və qazan avadanlıqları üzrə maşinist (nəzarətçi maşinist), enerj bloku maşinisti, enerji blokunun böyük maşinisti işləmişdir. İddiaçı ona 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etsə də cavabdeh onun müraciətini təmin etməkdən imtina etmişdir. Məhkəmə cavabdehin iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin etməsindən imtinasını əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir:21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; 21.2.3.müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti;21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minməmişdən əvvəl qüvvədə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. İnzibati iş materiallarından göründüyü kimi iddiaçı ona güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün qanunvericiliyin yuxarıda sadalanan şərtlərinə cavab verir. Yəni onun 57 yaşı tamam olmuşdur, 01.01.2006-cı il tarixinə ümumi iş stajı 25 ildən çoxdur, həmin tarixə zərərli peşələrdə iş stajı isə 18 ildən çoxdur. Cavabdeh iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinasını iddiaçının 01.01.2006-cı il tarixə ümumi stajının 25 ildən az (yəni 24 il 8 ay 3gün) olması ilə əsaslandırsa da məhkəmə cavabdehin bu mövqeyi ilə razılaşmır. Belə ki,Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 1.1-ci bəndinə əsasən isə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. İddiaçının əmək kitabçası üzrə və 18.05.1981-ci ildən 14.05.1983-cü ilə qədər SSRİ silahlı qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olması da nəzərə alınmaqla 01.01.2006-cı ilə ümumi iş stajı 24 il 8 ay 18 gün təşkil edir. Habelə iddiaçının təqdim etdiyi arxiv arayışına və məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Ağdaş rayon İcra Hakimiyyəti Ağdaş rayon Dövlət Arxivindən təqdim edilmiş şəxsi hesab kitablarından çıxarışlara əsasən iddiaçı 1983-cü ilin iyun, iyul, avqust, sentyabr aylarında cəmi 122 gün,1981-ci ildə yanvar, fevral, mart, aprel, may aylarında cəmi 137 gün, 1980-cı ildə cəmi 76 gün kolxozda gözətçi işləmişdir. Cavabdeh iddia ərizəsinə təqdim etdiyi etirazında, arxiv arayışının hansı sənədlər əsasında tərtib edilməsinin müəyyən olmadığı, arayışa onu tərtib edilməsinin əsasında dayanan sənədlərin əlavə edilmədiyi, arayışın məzmun baxımından şübhəli olması göstərilsə də məhkəmənin sorgusu əsasında arxiv idarəsi tərəfindən iddiaçının həqiqətən də kolxozda işləməyini təsdiq edən şəxsi hesab vərəqələri məhkəməyə təqdim edilmişdir, yəni arxiv arayışının əsaslandığı sübutlar inzibat iş materiallarında mövcuddur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 06 mart tarixli, 32 nömrəli qərarı ilə təsdiq edilmiş “Milli arxiv fondunun komplektləşdirilməsi, mühafizəsi və ondan istifadə Qaydaları haqqında” Əsasnamənin 4.4-cü bəndində göstərilmişdir ki, dövlət arxivləri onlarda saxlanılan sənədlər əsasında idarə, təşkilat və müəssisələrə sənədlərin surətini və ya sənədlərdən çıxarışları, vətəndaşlara isə onların hüquqi və qanuni mənafelərini təmin edəcək sosial-hüquqi xarakterli məlumat daşıyıcısı olan arxiv arayışı, yaxud sənədlərdən çıxarışları verir. Beləliklə iddiaçının 01.01.2006-cı il tarixə 25 ildən çox ümumi stajının olması iş materialları ilə təsdiqlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısının 24-cü bölməsinin (elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı) “a” yarımbölməsinə əsasən turbin avadanlığı üzrə nəzarətçi maşinistlər, qazanxana avadanlığı üzrə nəzarətçi maşinistlər, qaz-turbin qurğularının maşinistləri, qazan maşinistləri enerji bloklarının maşinistləri peşələri güzəştli şərtlərlə pensiya hüququ verən vəzifədir. İddiaçının əmək kitabçası, habelə işlədiyi müəssisənin arayışına əsasən iddiaçı güzəştli şərtlərlə pensiya hüququ verən peşədə - qazan, turbin avadanlıqarında nəzarətçi maşinist, enerji blokun maşinisti, böyük maşinisti peşəsində 20 ilə yaxın bir müddətdə işləmişdir ki, ümumi stajının 01.01.2006-cı ilə 25 ildən çox olması və yaşının 57 olması ona güzəştli şərtlərlə pensiya təyin edilməsini tələb etmək hüququnu verir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 24-cü maddəsi ilə və yuxarıda istinad edilən əsasnamələrlə onun üzərinə qoyulmuş öhdəlikləri də icra etməmiş, iddiaçının əmək stajı ilə bağlı arxiv arayışında göstərilən məlumatların əsaslılığını yoxlamadan iddiaçının 01.01.2006-cı il tarixinə ümumi stajının həqiqətən də 25 il olub-olmamasını müəyyən etmək əvəzinə iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, iddiaçıya 57 yaşının tamam olduğu vaxtdan(01.03.2020-ci ildən) iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İPM-nin 2, 33, 68, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı Zəkəriyə oğluna 57 yaşının tamam olduğu vaxtdan (01.03.2020-ci ildən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-784/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-784/2022
15.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver