Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-784/2023 11.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə İddiaçı əmək kitabçasında qeyd edilən, xx.xx.1974-cü il tarixdən xx.xx.2001-ci il tarixə kimi olan iş stajı nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1974-cü il tarixdən əmək fəaliyyətinə başlayaraq “Minpromstroy”un nəzdində olan “SU 46” tikinti idarəsində suvaqçı-boyaçı işinə qəbul edilmişdir. xx.xx.1974-cü il tarixdə SSRİ SQ-də həqiqi hərbi xidmət keçməyi ilə əlaqədar olaraq işdən təxris olmuşdur. xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixə kimi həqiqi hərbi xidmətdə olmuş, hərbi xidmətdən qayıtdıqdan sonra xx.xx.1976-cı il tarixdə “SU-46” trestində boyaçı kimi əmək fəaliyyətini davam etdirmişdir. Nəhayət xx.xx.1991-ci il tarixdən xx.xx.2001-ci il tarixə kimi “Əhaliyə vətəndaşlıq xidməti” trestində daş ustası işləmişdir. Onun ümumilikdə 27 il iş stajı var. Yaşı əmək pensiyası almağa imkan verdikdə, cavabdeh orqana müraciət etmiş, ona cəmi 130 manat yaşa görə müavinət təyin edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən ünvanlanan 09 fevral 2022-ci il tarixli imtina məktubunda qeyd edilir ki, sığorta stajı cəmi 23 il 3 ay təşkil edir. “Əhaliyə vətəndaşlıq xidməti” trestində xx.xx.1996-cı il tarixindən xx.xx.1998-ci il tarixinədək, xx.xx.1998-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək əmək haqqı hesablanmadığından həmin dövrlər sığorta stajına əlavə edilməmişdir. Bu səbəbdən də ona əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Cavabdeh orqanın yaşa görə əmək pensiyasının verilməsindən imtinası əsasızdır. Çünki o “Əhaliyə vətəndaşlıq xidməti” trestində işlədiyi xx.xx.1996-cı il tarixindən xx.xx.1998-ci il tarixinədək, xx.xx.1998-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək əmək haqqı almasa da lakin işləmişdir. Əmək haqqının ödənilib-ödənilməməsindən asılı olmayaraq sığorta stajı nəzərə alınmalıdır. Əgər işlədiyi idarə mənə əmək haqqı verməmişdirsə buna görə iddiaçı məsuliyyət daşımır. İddiaçı “Əhaliyə vətəndaşlıq xidməti” trestində xx.xx.1991-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək işləmiş və işlədiyi bu illər sığorta stajı kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6374/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə əsl olmayan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İnzibati Prosessual Məcəllənin 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və bildirilmişdir ki, cavabdehə təqdim edilən sənədlərin surətlərinə əsasən iddiçının əmək fəaliyyəti dövrü, o cümlədən xx.xx.1974-cü il tarixdən - xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olduğu dövr, eyni zamanda əmək kitabçanızın surətində qeyd edilən digər dövrlər nəzərə alınmaqla sığorta stajı 23 il 3 ay təşkil edir və bu qanunvericiliklə tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 22 il 2 ay sığorta stajına uyğun olaraq 16892,55 manat, xx.xx.2020-cı il tarixdən – xx.xx.2021-ci il tarixədək 1681,35 manat olmaqla ümumilikdə 18573,90 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Bundan əlavə xx.xx.2006-cı il tarixdən - xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Aparılan araşdırmaya (qarşılıqlı yoxlama) əsasən Əhaliyə vətəndaşlıq xidməti trestində xx.xx.1996-cı il tarixdən xx.xx.1998-ci il tarixədək, xx.xx.1998-ci il tarixdən - xx.xx.2001- ci il tarixədək əməkhaqqı hesablanmadığından həmin dövrlər sığorta stajına əlavə edilməmişdir. Qeyd olunanlara əsasən iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Bundan əlavə İddiaçı arxiv sənədlərində işə daxilolma, işdən azad edilmə, məzuniyyətə çıxma və məzuniyyətdən qayıtma barədə əmrlərin, qeyd edilən illər, aylar üzrə əməkhaqqı cədvəllərinin və qeyd olunan müvafiq müəssisələrin əmrlər kitabından çıxarışın təsdiq olunmuş surətinin əldə olunması, həmçinin iddiaçının işlədiyini iddia etdiyi “Su-46 tresti”nin və “Əhaliyə vətəndaşlıq xidməti tresti”nin hansı tarixdə qeydiyyatdan keçməsi, təskilati-hüquqi formasında dəyişikliyin olub- olmaması, hüquqi varisliyin müəyyən edilib-edilməməsi barədə ətraflı məlumatların əldə edilməsi, eyni zamanda “əhaliyə vətəndaşlıq xidməti tresti”nin həqiqətən də qeyd olunan dövrlərdə dövlət qeydiyyatından keçib-keçməməsi, fəaliyyətinin olub-olmaması, dövlət qeydiiyatına alınma və ləğv olunma tarixləri və digər zəruri məlumatların əldə edilməsi məqsədilə müvafiq qurumlara sorğular göndərilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli, **********999100 nömrəli məktubuna əsasən “əhaliyə vətəndaşlıq xidməti tresti” xx.xx.1996-cı ildə D-1602 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 10 may 2022-ci il tarixli, **********84 nömrəli məktubuna qeyd edilir ki, “əhaliyə vətəndaşlıq xidməti tresti” dövlət əmlakının registrində qeydiyyata alınmış, lakin “Su-46 tresti” barədə dövlət əmlakının registrində heç bir məlumat qeydiyyata alınmamışdır. Göründüyü kimi iddiaçının “əhaliyə vətəndaşlıq xidməti tresti”ndə işlədiyini iddia etdiyi müfaviq müddətlə həmin müəssisənin qeydiyyat tarixləri üst-üstə düşmür. Belə ki, iddiaçı qeyd edilən müəssisədə xx.xx.1991-ci il tarixdən işlədiyini qeyd etmiş, lakin müəssisə xx.xx.1996-cı ildə dövlət qeydiyyatına alınmışdır. Bundan əlavə iddiaçının işlədiyini iddia etdiyi “Su-46 tresti” barədə dövlət əmlakının registrində heç bir məlumat qeydiyyata alınmamışdır ki, bu da iş üzrə diqqətəlayiq hallardan biridir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi üçün faktiki əsaslar mövcud olmadığı kimi, hüquqi əsaslar yoxdur. Belə ki, 12 dekabr 2003-cü il tarixinədək qüvvədə olmuş “Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında” 6 fevral 1996-cı il № 17-İQ Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin birinci bəndinə əsasən dövlət qeydiyyatına alınan hüquqi şəxslər, xarici hüquqi şəxslərin filialları və nümayəndəlikləri üçün dövlət statistika orqanından identifikasiva kodu alınır və onlar müvafiq say altında dövlət qeydiyyatı orqanında aparılan dövlət qeydiyyatı kitabına daxil edilirlər. Həmin qanunun 14-cü maddəsinin 2-ci bəndinə əsasən dövlət qeydiyyatı haqqında şəhadətnamə hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filiallarının və nümayəndəliklərinin möhür, ştamp, firma blanklarının və əmtəə nişanlarının hazırlanması, bank hesablarının açılması, habelə vergi orqanlarında uçota alınmaları üçün əsas sənəddir. “Müəssisələr haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinin 3-cü bəndində qeyd edilmişdir ki, dövlət qeydiyyatına alınmayan müəssisənin fəaliyyəti qadağandır. Göründüyü kimi, dövlət qeydiyyatından keçmək üçün ilk öncə müəssisə dövlət statistika orqanından identifikasiva kodu alır, daha sonra müvafiq sənədlərlə Ədliyyə Nazirliyinə dövlət qeydiyyatından keçmək üçün müraciət edir və dövlət qeydiyyatı haqqında şəhadətnaməni aldıqdan sonra vergi orqanlarında uçota alınır. Dövlət qeydiyyatına alınmamış müəssisənin fəaliyyətinin qadağan olduğunu xatırlasaq, “Əhaliyə vətəndaşlıq xidməti tresti” xx.xx.1991-ci il tarixdən xx.xx.1996-cı il tarixədək fəaliyyət göstərmədiyini və va qanunsuz olaraq fəaliyyət göstərdiyini deməyə əsas verir. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.Sözügedən Qanunun 22-1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Belə ki, 2019-2022-ci illərdə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək ona 65 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1956-cı il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş BT 037485 nömrəli diplomun surətinə əsasən liyev Aftandil Kərim oğlu 1977-ci ildə Bakı Baza Energetika Texnikumunun məişətdə işlədilən elektrik cihazları ixtisasını xx.xx.1980-ci ildə bitirmişdir. İş materiallarına əlavə edilmiş H3 № ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü ildə hərbi xidmətə çağırılmış, xx.xx.1976-cı ildə hərbi xidmətdən tərxis olunmuşdur. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus xx.xx.1974-cü il tarixli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1974-cü ildə AZ SSR Sənaye-Tikinti Nazirliyinin 4-cü trestinin Tİ 2-ci dərəcəli rəngsaz suvaqçı qəul edilmiş, xx.xx.1974-cü ildə işdən azad edilmişdir. xx.xx.1976-cı ildə 4 nömrəli Trestin Tİ-46 2-ci dərəcəli suvaqçı rəngsaz qəbul edilmiş, xx.xx.1982-ci ildə işdən azad edilmişdir. xx.xx.1982-ci ildə Tİ-46 köçürmə yolu ilə idarənin ştatına 5-ci dərəcəli mozaikaçı qəbul edilmiş, xx.xx.1991-ci ildə işdən azad edilmişdir. xx.xx.1991-ci ildə Vətəndaşlara Xidmət Trestinə briqada oymaçı qəbul edilmiş, xx.xx.2001-ci ildə işdən azad edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin xx.xx.2022-ci il tarixli 48 nömrəli məktubunda bildirilmişdir ki, vətəndaş İddiaçı xx.xx.1991-ci il tarixdə (əmr № 80) Keşlə istehsalat briqadasına işə muzd əmək haqqı ilə cilalayıcı vəzifəsinə qəbul edilmişdir. xx.xx.2001-ci il tarixli, 19 saylı əmrlə işdən azad olunması barədə əmək kitabçasında qeydiyyat aparılmışdır. İşdən azad olma əmri bilinməyən səbəblərdən tərəfimizdən tapılmamışdır. Əmək haqqı cədvəllərinə əsasən 1991-ci ilin avqust ayından, 1996-cı ilin aprel ayına qədər əmək haqqı hesablanmışdır. 1998-ci ilin yanvarında isə son hesablaşma aparılmışdır. Həmin məktuba qoşma olaraq İddiaçı trestə işə qəbul edilməsi barədə xx.xx.1991ci il tarixli 80 nömrəli əmrin və 67 vərəqdə əmək haqqı cədvəllərinin surəti təqdim edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli **********88 nömrəli məktubunda bildirilmişdir ki, müraciətdə qeyd olunan Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin 4 nömrəli trestinin 46 nömrəli Tikinti İdarəsi 6 nömrəli Tikinti Sahəsi adı ilə ləğv edilmiş "xxxx" Dövlət Şirkətinin “Bakısənayetikinti” Birliyinin bazasında yaradılmış, hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, K.Marks (indiki Ziya Bünyadov) prospekti, 2061-ci məhəllə olan "xxxx" ASC-nin (VÖEN **********) tərkibində 2000-ci ildə özəlləşdirilmişdir. "xxxx" ASC-nin səhmləri 100% özəlləşdirildiyindən onun hal-hazırda fəaliyyəti ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətində hər hansı məlumat yoxdur. Məhkəmə sorğusuna cavab olaraq "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 16 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı (1956-ci il təvəllüdlü) ondan ötrü ki,o həqiqətən "xxxx" X2 Ordenli 4 №-li Trestin 46 №-li Tikinti idarəsində xx.xx.1974-cü ildən 2-ci dərəcəli rəngsaz-malakeş işinə qəbul edilmişdir. (əmr № 9 ЛC, xx.xx.1974-cü il ). xx.xx.1974-cü ildə Sovet ordu sıralarında xidmətə çağırılmışdır, (əmr № 115 ЛC, xx.xx.1974-cü il). xx.xx.1976-cı ildə Ordu sıralarından qayıtdıqdan sonra 2-ci dərəcəli malakeş-rəngsaz işinə qəbul edilmişdir. (əmr № 168 ЛC, xx.xx.1976-cı il ). xx.xx.1977-ci ildə 3-cü dərəcə verilmişdir. xx.xx.1977-ci ildə üzlükçü işinə keçirilmişdir. xx.xx.1978-ci ildə 4-cü dərəcə verilmişdir. xx.xx.1982-ci ildə köçürmə yolu ilə həmin Trestin 43 №-li Tamamlanma idarəsinə 3-cü dərəcəli üzlükçü keçirilmişdir, (əmr № 6, xx.xx.1982-ci il ) xx.xx.1995-ci il tarixindən 4№-li Trest və onun nəzdində olan tikinti idarələri ("xxxx" Dövlət Şirkətinin xx.xx.1995-ci tikinti idarələri 68 №-li əmri ilə) ləğv olunmuşdur və onun bazasında “Bakısənayetikinti “Birliyi yaradılmışdır. xx.xx.2001-ci il tarixindən “Bakısənayetikinti” Birliyi (Dövlət Əmlak Nazirliyinin xx.xx.2000-ci il tarixli 137№-li sərəncamı ilə) ləğv olunmuşdur və onun bazası əsasında "xxxx"X3 Cəmiyyəti yaradılmışdır. xx.xx.2004-cü il tarixindən "xxxx" X3 Cəmiyyəti Ədliyyə Nazirliyinin xx.xx.2004-cü il tarixli 0104-P 51-39852 №-li sərəncamı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə keçmişdir. Bununla "xxxx" Açıq Səhmdar Cəmiyyəti 4№-li Trestin və onun nəzdində olan tikinti idarələrinin hüquqi varisi olduğu üçün hər bir sənəd, o cümlədən arxiv sənədləri yeni ştampla və möhürlə təsdiq edilir. Arayış əmək kitabçası, əmrlər və T- 2 əsasında tərtib olunmuşdur. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşliq Xidməti Trestinin xx.xx.2022-ci il tarixli 48 nömrəli məktubunda bildirilmişdir ki, Əhaliyə Vətəndaşlıq Xidməti Tresti Bakı şəhər X1 İcraiyyə Komitəsinin 24 iyul 1970-ci il tarixli, 35/745 saylı qərarına əsasən Bakı şəhər Dəfn Xidmətləri Kontoru ləğv edilmiş və onun bazasında Əhaliyə Vətəndaşlıq Xidməti Tresti yaradılmışdır və xx.xx.1996-cı il tarixli D-1602 saylı şəhadətnamə ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydə alınmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2022-ci il tarixli, **********0 nömrəli məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim etdiyiniz sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrünüz, 0 cümlədən xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixinədək hərbi xidmətdə olduğunuz dövr, eyni zamanda əmək kitabçanızın surətində qeyd edilən digər dövrlər nəzərə alınmaqla sığorta stajınız 23 il 3 ay təşkil edir və bu qanunvericiliklə tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda sizin fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 22 il 2 ay sığorta stajına uyğun olaraq 16892,55 manat, xx.xx.2020-cı il tarixindən xx.xx.2021-cı il tarixinədək 1681,35 manat olmaqla ümumilikdə 18573,90 manat təşkil edir ki, bu məbləğ pensiya yaşınız tamam olan tarixdə qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Sözügedən Qanunun 22-1-ci maddəsinə əsasən 2019cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı Qanunun 22- 1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Belə ki, 2019-2022-ci illərdə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Məlumat üçün bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Mərkəzi Filialda aparılan araşdırmaya əsasən sizə Əhaliyə vətəndaşlıq xidməti trestində xx.xx.1996-cı il tarixindən xx.xx.1998-ci il tarixinədək, xx.xx.1998-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək əmək haqqı hesablanmadığından həmin dövrlər sığorta stajınıza əlavə edilməmişdir. Qeyd olunanlara əsasən bir daha bildiririk ki, sizə yaşa görə əmək pensiyasının təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Həmçinin bildiririk ki, sığorta stajınızı təsdiq edən əlavə sənəd təqdim edəcəyiniz təqdirdə sığorta stajınız qanunveriliciklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrləriniz zərurət olduğu halda araşdırıla bilər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən sizə xx.xx.2021-ci il tarixindən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin olunmuş, xx.xx.2022-ci il tarixindən 180 manata çatdırılmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. Beləliklə, işin hallarından görünür ki, iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh iddiaçının qanunla tələb olunan 25 il sığorta stajı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına malik olmadığı əsas gətirilərək müraciəti təmin edilməmişdir. Hazırkı iddiasında iddiaçı cavabdehin imtinasını əsassız hesab edir və ona yaşa görə əmək pensiyasının təyin edilməsini mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyət üzrə əsaslıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun qeyd olunan normasından görünür ki, yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatmalı, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajına malik olmalıdır. Qanunun 7-ci maddəsinin tələbinə əsasən 1 iyul 2020-ci il tarixdən kişilər üçün pensiya yaşı həddi 65 yaşdır. İddiaçı xx.xx.1956-cı il təvəllüdlü olmaqla 65 yaşını xx.xx.2021-ci il tarixdə tamamlamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; - “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. İddiaçıya məxsus hərbi bilet, diplom, əmək kitabçası qeydlərinə əsasən iddiaçının xx.xx.1974-xx.xx.1976-cı ilədək hərbi xidmət müddəti 02 il 03 gün, xx.xx.1977xx.xx.1980-ci ilədək 02 il 07 ay 24 gün təhsil müddəti, əmək fəaliyyəti dövrü xx.xx.1974xx.xx.1974-cü ilədək 09 ay 21 gün, xx.xx.1976-xx.xx.1982-ci ilədək 05 il 26 gün, xx.xx.1982-xx.xx.1991-ci ilədək 09 il 07 ay 06 gün, xx.xx.1991- xx.xx.2001-ci ilədək 09 il 06 ay 14 gün təşkil edir. İddiaçının xx.xx.1977-xx.xx.1980-ci ilədək təhsil dövrü iddiaçının xx.xx.1976xx.xx.1982-ci ilədək olan əmək fəaliyyəti dövrü ilə üst-üstə düşmüşdür. Nəzərə alınmalıdır ki, yuxarıda da qeyd edildiyi kimi hazırkı hüquq münasibətlərini tənzimləyən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunla həm əmək fəaliyyəti, həm də təhsil dövrü ümumi iş stajına daxil edilir. Bu zaman adı çəkilən Qanun yalnız üst-üstə düşən iş stajı dövrlərindən birinin hesaba alınmasını mümkün sayır, lakin qanunverici təhsil və əmək fəaliyyəti dövrləri üst-üstə düşdüyü halda onlardan yalnız birinin tam hesablanmasını nəzərdə tutur. Qeyd edilənlərə əsasən məhkəmə iddiaçının əmək fəaliyyəti ilə tam əhatə olunan təhsil müddətini ümumi staja hesablamır. Cavabdeh iddiaçının qeyd edilən staj dövrlərindən imtina cavabında Əhaliyə vətəndaşlıq xidməti trestində xx.xx.1996-cı il tarixindən xx.xx.1998-ci il tarixinədək, xx.xx.1998-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək əməkhaqqı hesablanmadığından həmin dövrləri sığorta stajına daxil etməmişdir. Eyni zamanda cavabdeh iddiaya etirazında “”Su-46” trestinin dövlət əmlakının registrində qeydiyyata alınmaması əsası ilə həmin idarədə işlədiyi dövrü də mübahisələndirmişdir. Məhkəmə cavabdehin qeyd edilən imtina əsasları ilə razılaşmır. Belə ki, ilk növbədə iddiaçının işlədiyi əmək kitabçasında qeyd edilən “Cтроительнoe Управление (CY)-46” cavabdehin iddia etdiyi kimi azərbaycan dilinə tərcümədə “Su-46” tresti kimi deyil, Tİ-46 (Tikinti idarəsi) kimi tərcümə olunur. Odur ki, “Su-46” tresti adında idarənin qeydiyyatının araşdırılmasının nəticəsiz qalması məntiqlidir. Halbuki, Tİ-46 tresti "xxxx" Dövlət Şirkətinin tərkibində yaradılmış, daha sonra “Bakısənayetikinti “Birliyinin tərkibində fəaliyyətini davam etdirmiş, “Bakısənayetikinti” Birliyi Dövlət Əmlak Nazirliyinin xx.xx.2000-ci il tarixli 137№-li sərəncamı ilə ləğv olunmuşdur və onun bazası əsasında "xxxx" X3 Cəmiyyəti yaradılmışdır. Hazırda fəaliyyət göstərən hüquqi varis "xxxx" ASC iddiaçının Tİ-46 trestində xx.xx.1974-cü ildən xx.xx.1974-cü ilədək, xx.xx.1976-cı ildən xx.xx.1991-ci ilədək olan əmək fəaliyyətini təsdiq edir. Beləliklə, cavabdehin bu hissədə etirazının əsası öz təsdiqini tapmır. Bundan əlavə, iddiaçının əmək kitabçası qeydlərinə əsasən xx.xx.1991-ci ildə Əhaliyə vətəndaşlıq xidməti trestində işə qəbul edilmiş, xx.xx.2001-ci ildə işdən azad edilmişdir. Cavabdeh vergi orqanının məlumatına əsasən Əhaliyə vətəndaşlıq xidməti trestinin xx.xx.1996-cı il tarixdə dövlət qeydiyyatına alındığını, bununla da iddiaçının trestin qeydiyyata alınmadığı vaxt əmək fəaliyyətinə başladığına istinad edərək əmək kitabçasındakı həmin qeydin əsassızlığını iddia etmişdir. Halbuki, Bakı şəhər X1 İcraiyyə Komitəsinin 24 iyul 1970-ci il tarixli, 35/745 saylı qərarına əsasən Bakı şəhər Dəfn Xidmətləri Kontoru ləğv edilmiş və onun bazasında Əhaliyə Vətəndaşlıq Xidməti Tresti yaradılmışdır. Trest xx.xx.1996-cı il tarixli D-1602 saylı şəhadətnamə ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydə alınmışdır. Nəzərə alınsa ki, idarə, müəssisələrin dövlət qeydiyyatı məhz müstəqillik dövründən sonraya təsadüf edir, belə olan halda Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin də öncədən fəaliyyət göstərməsinə baxmayaraq 1996-cı ildə dövlət qeydiyyatına alınması mümkün hesab olunmalıdır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: -1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir; -3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasıı”nın: -4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;(....) 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən;(....) Məhkəmə qeyd edilən qanunvericiliyin tələblərindən çıxış etməklə hesab edir ki, xx.xx.2006-cı il tarixədək ümumi iş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiq edən sənəd kimi digər mötəbər sənədlər, o cümlədən əmək haqqı cədvəlləri nəzərə alına bilər. Başqa sözlə, qanunvericilikdə xx.xx.2006-cı il tarixədək iş stajının hesablanması zamanı işçinin işlədiyi dövrün sığorta stajına daxil edilməsi üçün əmək kitabçası olduğu halda əmək kitabçası ilə yanaşı həmin dövrə əmək haqqı cədvəllərinin təqdim edilməli olmasına dair imperativ tələb yoxdur. Əmək kitabçası bilavasitə işçi kimi müəssisə, idarə və təşkilatda işləyən şəxs barəsində, onun əmək fəaliyyətinin əsas dövrləri qeyd edilməklə tərtib edilir. İşçinin əmək fəaliyyəti dövrü onun işə başlaması və işdən çıxması tarixləri arasındakı fərqlə müəyyən edilir. İddiaçının əmək fəaliyyəti əmək kitabçasına işlənilən Əhaliyə Vətəndaşlıq Xidməti Trestində işə qəbul və işdən çıxması barədə əmrlərin nömrəsi, tarixi, müəssisənin səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiq edilmiş qeydlərlə sübut olunur. Həmin qeydlərin mötəbərliliyini şübhə altına alacaq hər hansı hala isə məhkəmə icraatında rast gəlinməmişdir. Başqa sözlə, nə qədər ki, iddiaçının mübahisələndirilən dövr üzrə fəaliyyəti əmək kitabçasında olan qeydlərdə öz əksini tapmış və həmin qeydlərin mötəbərliyini şübhə altına alacaq sübut təqdim edilmədiyi nəzərə alındıqda, o zaman əmək kitabçası əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən iş stajı faktına dair həqiqi vəziyyəti dəqiq əks etdirməklə özü-özlüyündə şübhə doğurmur. Bundan əlavə iddiaçının işə qəbul barədə əmrin surəti, eləcə də əmək haqqı cədvəlləri müəssisə tərəfindən məhkəməyə təqdim edilmişdir. Təqdim olunmuş əmək haqqı cədvəllərində xx.xx.1996-cı il tarixindən xx.xx.1998ci il tarixinədək olan dövr üzrə iddiaçıya əmək haqqının hesablanmaması həmin dövrün iş stajına hesablanmamasına əsas vemir. Əvvəla ona görə ki, həmin cədvəllərə əmək haqqı ilə bağlı qeydlərin daxil edilməməsinin səbəbləri (texniki yalnışlıq və s.) məlum deyildir. Digər tərəfdən işçiyə əmək haqqının ödənilmədiyi qəbul edilsə belə xx.xx.2006-cı il tarixədək dövr üzrə əmək haqqından dövlət sosial sığorta haqqının ayrılması məcburi olmadığından, indiki halda pensiya təminatına da təsir etmir. Bu hal (əmək haqqı əsasında işləyib-işləməməsi) yalnız həmin dövrdə işçinin və işəgötürənin maraq dairəsinə aid olan məsələ olaraq qalmışdır. Beləliklə, bu və ya digər səbəbdən əmək haqqı cədvəllərinin tam şəkildə təqdim edilə bilməməsi iddiaçının ziyanına təfsir və tətbiq edilə bilməz. Qeyd edildiyi kimi əmək fəaliyyəti əmək haqqı cədvəlləri ilə deyil, ilk növbədə işə qəbul və işdən çıxma barədə əmrlər əsasında, əmək kitabçası əsasında müəyyən olunur. İş stajının sübuta yetirilməsi ilə bağlı həddən artıq sübutetmə yükü iddiaçının üzərinə qoyula bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Buna görə də məhkəmə hesab edir ki, qanunvericiliyin müddəalarına uyğun olaraq mübahisə olunan dövr iddiaçının əmək kitabçasında qeyd edildiyindən və iddiaçının işləməsi barədə qeydlərin cavabdehdə şübhə doğurması barədə cavabdeh hər hansı mötəbər sübut təqdim etmədiyindən inzibati orqanın bu imtinası əsaslı sayıla bilməz. Beləliklə, iddiaçının ümumi iş stajı xx.xx.1974-xx.xx.1976-cı ilədək hərbi xidmət müddəti 02 il 03 gün, əmək fəaliyyəti dövrü xx.xx.1974-xx.xx.1974-cü ilədək 09 ay 21 gün, xx.xx.1976-xx.xx.1982-ci ilədək 05 il 26 gün, xx.xx.1982-xx.xx.1991-ci ilədək 09 il 07 ay 06 gün, xx.xx.1991-xx.xx.2001-ci ilədək 09 il 06 ay 14 gün olmaqla ümumilikdə 27 il 10 gün təşkil edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Beləliklə, iddiaçıya yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan 25 il ümumi iş stajı tələbi ödənilir. Cavabdehin pensiya təyin edilməsindən imtinası əsassız olmaqla iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə qeyd edilənlərə əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, İddiaçı 65 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına həvalə edilməlidir İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 68 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddia tələbi təmin edilsin. İddiaçı 65 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər.
Hakim Aygün Əhədova