Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7842/2022 28.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X24 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X11 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona hüququnun yarandığı 10 dekabr 2021-ci ildən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1961-ci ildə anadan olmuşdur. 10 dekabr 2021-ci ildə 60 yaşı tamam olub. Bu səbəbdən də, onun həmin tarixdən 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Cavabdehə hazırki tələblə bağlı müraciət etsə də, sonuncu tərəfindən müraciətindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə istinad edilməklə imtina edilmişdir. İmtinaya əsas kimi Azərbaycan Milli Elmlər X2 dair vermiş olduğu 18 yanvar 2022-ci il tarixli, 60/01-1 nömrəli arayışında xx.xx.1984xx.xx.1985-ci il tarixləri arasındakı dövr ərzində İnstitutun 4 nömrəli laboratoriyasında işlədiyi mühəndis vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”da kimya istehsalatı bölməsində aşkar olunmamasına və bu səbəbdən də, onun güzəştli iş stajının 12 il 6 aydan az (12 il 2 ay 27 gün (xx.xx.1985-xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər) təşkil etməsi göstərilmişdir. Cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir. Çünki, 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq üçün həm ümumi, həm də, xüsusi stajı var. Belə ki, o, xx.xx.1984-cü ildən xx.xx.1985-ci ilə kimi Azərbaycan Milli Elmlər X7 İnstitutunun 4 nömrəli laboratoriyasına gənc mütəxəssis kimi mühəndis vəzifəsində və xx.xx.1985-ci ildən xx.xx.1998-ci ilə kimi Bakı Kimya-Əczaçılıq Zavodunda işləmişdir. Milli Elmlər X7 İnstitutunun 10 dekabr 2021-ci il tarixli 60/01-52 nömrəli arayışında göstərilir ki, İddiaçı AMEA X13 “Korroziya inhibitorları” laboratoriyasında 1984-1985-ci illər ərzində gənc mütəxəssis kimi kimyaçı-mühəndis vəzifəsində çalışaraq, orqanizm üçün xüsusilə zərərli olan ağır əmək şəraitində tam iş günü işləmişdir. “Korroziya inhibitorları” laboratoriyasında işlədiyi müddətdə alkilfenolların, asetofenolların müxtəlif törəmələrini sintez etmişdir. Bu zaman o, formaldehid, xloroform, metanol, müxtəlif aminlər, ammonyak, aldehidlər, krezollardan istifadə etmişdir. Laboratoriya şəraitində tərkibində kükürd və azot atomu saxlayan zəhərli birləşmələrdən istifadə etməklə müxtəlif korroziya inhibitorları sintez etmişdir. Təcrübələr zamanı brom, xlor və onun birləşmələrindən, kükürd ərintisindən, müxtəlif ketonlardan və onların törəmələrindən istifadə etmişdir. Bununla yanaşı sintez prosesində, həmçinin nitrat turşusundan, sulfat turşusundan, kaliumhidroksiddən, benzol və fenol kimi zərərli kimyəvi maddələrdən də, istifadə olunmuşdur. Həmin bənddə xüsusi istehsalat .... və laboratoriyada kimyəvi xüsusi maddələrlə məşğul olan işçilər antikorroziya tərkiblərinin və örtük sexlərinin, bölmələrin, sahələrin işçiləri də, güzəştli şərtlərlə əmək pensiyası hüququna malikdirlər. O da, məhz antikorroziya (korroziya inhibitoru) laboratoriyasında xüsusi zərərli kimyəvi maddələrdən istifadə edərək sintez işlərində çalışmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”-nın 8-ci bəndində göstərilən kimya istehsalatı əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verilir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətinə əsasən o, xx xxxxxx 1961-ci ildə anadan olmuşdur. 10 dekabr 2021-ci ildə 60 yaşı tamam olmuşdur. İş materiallarına əlavə edilmiş əmək kitabçasının, "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, 68 nömrəli və Azərbaycan Milli Elmlər Akademiyası Akademik Ə.M.Quliyev adına X12 xx.xx.2021-ci il tarixli, 60/01- 52 nömrəli arayışlarına əsasən 13 il 04 ay 28 gün güzəştli iş stajı var. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət (etiraz) bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçı Filiala ərizə ilə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin, onun Mərkəzi Filiala təqdim etdiyi sənədlərə əsasən Azərbaycan Milli Elmlər X7 İnstitutunun 4 nömrəli laboratoriyasında xx.xx.1984-xx.xx.1985-ci il tarixlərdə işlədiyi mühəndis vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”da nəzərdə tutulmaması səbəbindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina cavabı verilmişdir. İş materiallarında olan iddiaçıya məxsus xx.xx.1984-cü il tarixli 1680325İT nömrəli əmək kitabçasının surətindən məlum olur ki, o, xx.xx.1984xx.xx.1985-ci il tarixlərdə, xx.xx.1985-xx.xx.2009-cu il tarixlərdə, xx.xx.2009-cu il tarixdən müraciət etdiyi tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. İş materiallarında olan Azərbaycan Milli Elmlər X6 İnstitutunun 18 yanvar 2022-ci il tarixli, 60\01-1 nömrəli arayışında İddiaçı xx.xx.1984-xx.xx.1985-ci il tarixləri arasındakı dövr ərzində adıçəkilən İnstitutun 4 nömrəli laboratoriyasında mühəndis vəzifəsində işlədiyi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Milli Elmlər X6 İnstitutunun 10 dekabr 2021-ci il tarixli, 60/01-52 nömrəli arayışında İddiaçı Azərbaycan Milli Elmlər X7 İnstitutunun korroziya inhibitorları laboratoriyasında 1984-16985-ci il tarixlərdə gənc mütəxəssis kimi kimyaçı-mühəndis vəzifəsində çalışdığı, laboratoriyada işlədiyi müddətdə alkifenollar və asetofenonları sintez etdiyi, formaldehid, xloroform, metanol, müxtəlif aminlər, ammonyak, aldehid və krezollardan istifadə etdiyi qeyd edilmişdir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" ASC-nin 10 dekabr 2021-ci il tarixli 68 nömrəli arayışında onun xx.xx.1998-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində 7 ay 15 gün ödənişsiz məzuniyyətdə olduğu qeyd edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən sosiasl sığorta stajına daxil edilmədiyindən yuxarıda qeyd edilən dövrün iddiaçının sosial sığorta stajına daxil edilməsi mümkün deyildir. Eyni zamanda, Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən iddiaçının iş stajına dair məlumatların yerində qarşılıqlı yoxlanılması zamanı onun işlədiyi mühəndis vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın kimya istehsalatı bölməsinin (8) tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft-kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri bəndində (8.1) nəzərdə tutulan vəzifələrə uyğun olmadığı aşkar edilmiş və 22 fevral 2022-ci il tarixli qarşılıqlı yoxlama aktı tərtib edilmişdir. 22 fevral 2022-ci il tarixli qarşılıqlı yoxlama aktına əsasən, iddiaçının işlədiyi müddətdə 125 manat məbləğində əmək haqqına əmək şəraitinin zərərliliyinə görə əlavənin ödənilmədiyi və əlavə məzuniyyət hesablanmadığı müəyyən edilmişdir. İddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (12 il 2 ay 27 gün (xx.xx.1985-xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər)) təşkil etdiyindən ona 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin mülahizələrinə və dəlillərinə qiymət verərək, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür. İşdə olan notarial qaydada tərcümə və təsdiq edilmiş iddiaçıya məxsus ИТ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1979-cu ildən xx.xx.1984-cü ilədək Lenin Komsomolu adına X14 təhsil almış, Azərbaycan SSR X17 Kimyası İnstitutuna girməzdən əvvəl iş təcrübəsi olmamışdır. 1984-1986-cı illərdə hərbi xidmətdə olmuş, xx.xx.1984-cü il tarixdə Azərbaycan SSR X17 Kimyası İnstitutuna gənc mütəxəssis kimi 3 nömrəli laboratoriya mühəndisi vəzifəsinə işə götürülmüş, xx.xx.1985-ci il tarixdə “Bakıkimyaəczazavodu” keçirilmə il əlaqədar olaraq işdən çıxarılmışdır. xx.xx.1985-ci il tarixdə Azərbaycan SSR Elmlər Akademiyası X13n köçürülmə yolu ilə böyük kimyaçı kimi Mərkəzi Zavod laboratiyasına işə götürülmüş, xx.xx.1986-cı il tarixdə Ampulalarda qlükoza inyeksiya məhsulun İstehsalı Sexinə texnoloq kimi keçirilmiş, xx.xx.1978-ci il tarixdə Ampul sexinin böyük həcmli ampulaların sahəsinə usta kimi keçirilmiş, xx.xx.1989-cu il tarixdə hazır dərman vasitələrinin istehsalı sexinin həblər sahəsinə usta kimi keçirilmiş, xx.xx.1991-ci il tarixdə həblər sexinin ustası olaraq hesab olunmuş, xx.xx.1992-ci il tarixdə həmin sexin rəis müavini vəzifəsinə keçirilmiş, xx.xx.1993-cü il tarixdə həblər sexində rəis vəzifəsini icra edən təyin edilmiş, xx.xx.1997-ci il tarixdə X8 kimyaçı keçirilmiş, xx.xx.1997-ci il tarixdə həmin laboratoiyada böyük kimyaçı vəzifəsinə keçirilmiş, xx.xx.1998-ci il tarixdə işdən azad edilmiş, xx.xx.2000-ci il tarixdə 11-ci dərəcəli təhlükəsizlik texnikası üzrə mühəndis vəzifəsinə qəbul edilmiş, xx.xx.2004-cü il tarixdə xətt qurğularının tikintisi və təmiri sexinə 11-ci dərəcəli iş icraçısı vəzifəsinə keçirilmiş, xx.xx.2005-ci il tarixdə təmir tikinti quraşdırma üzrə xidmət qrupuna 11-ci dərəcəli iş icraçısı vəzifəsinə keçirilmiş, xx.xx.2006-cı il tarixdə X15 Tikintisi və Təmiri sahəsinə 11-ci dərəcəli iş icraçısı vəzifəsinə keçirilmiş, xx.xx.2007-ci il tarixdə işdən azad edilmişdir. xx.xx.2007-ci il tarixdə "xxxx" MMC-yə iş icraçısı işinə qəbul edilmiş, xx.xx.2009-cu il tarixdə işdən azad edilmiş, xx.xx.2009-cu il tarixdə X19 Şöbəsinə 13-cü dərəcə ilə rəis vəzifəsinə təyin edilmiş, xx.xx.2011-ci il tarixdə 14-cü dərəcəli RMMŞ-yə rəis təyin edilmiş, xx.xx.2018-ci il tarixdə KMTQ-nin xx.xx.2018-ci il tarixli, 34 saylı əmrinə əsasən X4 Sektoruna sektor müdiri vəzifəsinə keçirilmiş, xx.xx.2019-cu il tarixdən NRYTN-nin xx.xx.2019-cu il tarixli, 089 saylı əmri ilə "xxxx" MMC-nin tabeli qurumu olan KMTQ-nin yeni təsdiq olunmuş strukturuna əsasən kabel magistrallarının mühafizə sektoruna 10-cu kateqoriyalı sektor müdiri təyin edilmişdir. İşdə olan AMEA X20 tərəfindən verilmiş 10 dekabr 2021-ci il tarixli, 60/01-52 nömrəli arayışın surətindən görünür ki, İddiaçı həqiqətən xx.xx.1984-cü ildən xx.xx.1985-ci ilə kimi Kimya müəssisəsində işləyib. AMEA X13 “Korroziya inhibitorları” laboratoriyasında 1984-1985-ci illər ərzində gənc mütəxəssis kimi kimyaçı-mühəndis vəzifəsində çalışaraq, oqanizm üçün xüsusilə zərərli olan ağır əmək şəraitində tam iş günü işləmişdir. İddiaçı “Korroziya inhibitorları” laboratoriyasında işlədiyi müddətdə alkilfenolların, asetofenolların müxtəlif törəmələrini sintez etmişdir. Bu zaman o, formaldehid, xloroform, metanol müxtəlif aminlər, ammonyak, aldehidlər, krezollardan istifadə etmişdir. Laboratriya şəraitində tərkibində kükürd və azot atomu saxlayan zəhərli birləşmələrdən istifadə etməklə müxtəlif korroziya inhibitorları sintez etmişdir. Təcrübələr zamanı brom, xlor və onun birləşmələrindən, kükürd ərintisindən, müxtəlif ketonlardan və onların törəmələrindən istifadə etmişdir. Bununla yanaşı sintez prosesində, həmçinin nitrat turşusundan, sulfat turşusundan, kaliumhidroksiddən, benzol və fenol kimi kimyəvi maddələrdən də, istifadə olunmuşdur. İşdə olan AMEA X20 tərəfindən verilmiş 18 yanvar 2022-ci il tarixli, 60/01-1 nömrəli arayışın surətindən görünür ki, İddiaçı AMEA X13 “Korroziya inhibitorları” laboratoriyasında xx.xx.1984xx.xx.1985-ci il tarixlərdə 4 nömrəli laboratoriyanın mühəndisi (Siyahı № 2 bölmə 8 (kimya istehsalatı) punkt 8.1. (fəhlələr, rəhbərlər və mütəxəssislər)) vəzifəsində işləmişdir. O, 1 il 2 ay 1 gün zərərli iş stajına malikdir. Siyahı № 2, bölmə 8 (kimya istehsalatı) punkt 8.1. (fəhlələr, rəhbərlər və mütəxəssislər). Azərbaycan Respublikası Nazirlər Kabineti “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin və göstəricilərin Siyahısı”nın 23 yanvar 2007-ci il tarixində təsdiq edilməsi barədə 12 saylı Qərar. İşdə olan "xxxx" ASC tərəfindən verilmiş 68 nömrəli, 10 dekabr 2021-ci il tarixli izahlı güzəştli arayışdan görünür ki, iddiaçı Bakı Kimya-Əczaçılıq Zavodunda aşağıdakı vəzifələrdə işləmişdir: xx.xx.1985-xx.xx.1986–cı illərdə X8 aparıcı kimyaçı (Siyahı № 2, bölmə 18 (dərmanların, tibb və bioloji preparatların və materialların istehsalı) punkt 18.8. “b” (rəhbərlər və mütəxəssislər) istehsalatda və sex laboratoriyalarında məşğul olan kimyaçılar); xx.xx.1986-xx.xx.1987-ci illərdə Ampullarda Qlükoza məhsulu istehsalı sexində texnoloq (Siyahı № 2, bölmə 18 (dərmanların, tibb və bioloji preparatların və materialların istehsalı) punkt 18.8. “b” (rəhbərlər və mütəxəssislər)) texnoloqlar; xx.xx.1987-xx.xx.1989-cu illərdə İri həcmli ampulalar istehsalı sahəsində usta (Siyahı № 2, bölmə 18 (dərmanların, tibb və bioloji preparatların və materialların istehsalı) punkt 18.8. “b” (rəhbərlər və mütəxəssislər)) ustalar; xx.xx.1989-xx.xx.1991-ci illərdə HDV-ri istehsalı sexinin həbb istehsalı sahəsində usta ((Siyahı № 2, bölmə 18 (dərmanların, tibb və bioloji preparatların və materialların istehsalı) punkt 18.8. “b” (rəhbərlər və mütəxəssislər)) ustalar; xx.xx.1991-xx.xx.1992-ci illərdə həbb istehsalı sexində usta ((Siyahı № 2, bölmə 18 (dərmanların, tibb və bioloji preparatların və materialların istehsalı) punkt 18.8. “b” (rəhbərlər və mütəxəssislər)) ustalar; xx.xx.1992-xx.xx.1993-cü illərdə həbb istehsalı sexində rəis müavini ((Siyahı № 2, bölmə 18 (dərmanların, tibb və bioloji preparatların və materialların istehsalı) punkt 18.8. “b” (rəhbərlər və mütəxəssislər)) sex rəisləri və onların müavinləri; xx.xx.1993-xx.xx.1997-ci illərdə həbb sexində rəis (Siyahı № 2, bölmə 18 (dərmanların, tibb və bioloji preparatların və materialların istehsalı) punkt 18.8. “b” (rəhbərlər və mütəxəssislər)) sex rəisləri və onların müavinləri; xx.xx.1997-xx.xx.1997-ci il tarixlərdə X8 kimyaçı (Siyahı № 2, bölmə 18 (dərmanların, tibb və bioloji preparatların və materialların istehsalı) punkt 18.8. “b” (rəhbərlər və mütəxəssislər)) istehsalatda və sex laboratoriyalarında məşğul olan kimyaçılar; xx.xx.1997-xx.xx.1998-ci illərdə X8 aparıcı kimyaçı ((Siyahı № 2, bölmə 18 (dərmanların, tibb və bioloji preparatların və materialların istehsalı) punkt 18.8. “b” (rəhbərlər və mütəxəssislər)) istehsalatda və sex laboratoriyalarında məşğul olan kimyaçılar. İddiaçı 12 il, 10 ay, 12 gün zərərli iş stajına malikdir. Siyahı № 2, bölmə 18 (Dərmanların, tibbi və bioloji aparatların və materialların istehsalı) punkt 18.8 (b). Azərbaycan Respublikası Nazirlər Kabineti “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin və göstəricilərin Siyahısı”nın 23 yanvar 2007ci il tarixində təsdiq edilməsi barədə 12 saylı Qərar. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 05 yanvar 2022-ci il tarixli, **********4 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubdan görünür ki, Mərkəzi Filiala təqdim edilmiş "Bakıkimyaəczasənaye” ASC-nin 10 dekabr 2021-ci il tarixli 68 nömrəli arayışında xx.xx.1998-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 7 ay 15 gün ödənişsiz məzuniyyətdə olduğu qeyd edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd olunan müddəti onun iş stajına daxil emtək mümkün deyil. Bu səbədən də, onun güzəştli iş stajı 12 il 6 aydan az (12 il 2 ay 27 gün (xx.xx.1985-xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün deyil. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 01 mart 2022-ci il tarixli, **********4 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubdan görünür ki, "Bakıkimyaəczasənaye” ASC-nin 10 dekabr 2021-ci il tarixli 68 nömrəli arayışında xx.xx.1998xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 7 ay 15 gün ödənişsiz məzuniyyətdə olduğu qeyd edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən sığorta stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olunmaqla) yuxarıda qeyd olunan dövrün onun iş stajına daxil edilməsi mümkün deyildir. Eyni zamanda Mərkəzi Filiala təqdim etdiyi Azərbaycan Milli Elmlər X1 dair 18 yanvar 2022-ci il tarixli, 60/01-1 nömrəli arayışında xx.xx.1984-xx.xx.1985-ci il tarixləri arasındakı dövr ərzində adıçəkilən İnstitutun 4 nömrəli laboratoriyasında mühəndiz vəzifəsində işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən iş stajına aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı onu işlədiyi mühəndis vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəriciərin Siyahısı”nın kimya istehsalatı bölməsinin (8) tam iş günü aşağıda sadalanan istehsalatlarında və işlərdə məşğul olan kimya müəssisələrinin və neftkimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri bəndində (8.1) nəzərdə tutulan vəzifələrə uyğun olmadığı aşkar edilmişdir. Qeyd edilən fakt AMEA “X20” tərəfindən 22 fevral 2022-ci il tarixli akt ilə təsdiq edilmişdir. Bu səbəblərdən də, onun güzəştli iş stajı 12 il 6 aydan az (12 il 2 ay 27 gün (xx.xx.1985-xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İşdə olan "Bakıkimyaəczasənaye” ASC tərəfindən verilmiş 68 nömrəli, 10 dekabr 2021-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı xx.xx.1985-ci il tarixdə Bakı X3 Zavod Laboratoriyasına aparıcı kimyaçı vəzifəsinə qəbul edlmiş (əmr № 126-k, xx.xx.1985). xx.xx.2007-ci il tarixdə Azərbaycan Respulikası Əmək Məcəlləsinin 69-cu maddəsi (öz xahişi) ilə işdən azad edilmişdir. Öz hesabına məzuniyyətlər – xx.xx.1998-ci ildən xx.xx.1998-ci ilə kimi, xx.xx.1998-ci ildən xx.xx.1998-ci ilə kimi, xx.xx.1998-ci ildən xx.xx.1998-ci ilə kimi. İşdə olan Azərbaycan Milli Elmlər X7 İnstitutu tərəfindən verilmiş 60/01-22 nömrəli, 09 iyun 2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.1984-cü ildən xx.xx.1985-ci ilə kimi Azərbaycan Milli Elmlər X7 İnstitutunda “Korroziya inhibitorları” laboratoriyasında kimyaçı-mühəndis vəzifəsində çalışaraq orqanizm üçün xüsusilə zərərli olan ağır əmək şəraitində tam iş günü işləmişdir. Onun “Korroziya inhibitorları” laboratoriyasında işlədiyi dövrdə mühəndis vəzifəsinin peşə funksiyaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin və göstəricilərin Siyahısı”nın bölmə 8-də (kimya istehsalatı) 8.1-ci bənddə göstərilən mütəxəssislərin peşə funksiyaları ilə eynidir. İddiaçı 1 il 2 ay 1 gün zərərli iş stajına malikdir. Siyahı № 2, Bölmə 8 (kimya istehsalatı) bənd 8.1 (fəhlələr, rəhbərlər və mütəxəssislər). Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli qərarı. İşdə olan məhkəmənin sorğusuna əsasən Azərbaycan Milli Elmlər Akademiyası Akademik Ə.M.Quliyev adına X20 tərəfindən verilmiş 15 iyul 2022-ci il tarixli, 60/01-8-201 nömrəli məktubun surətindən görünür ki, AMEA X13 “Korroziya İnhibitorları” laboratoriyasının sabiq əməkdaşı İddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək mühəndis vəzifəsində işləmişdir. İddiaçı Sovet dövründə gənc mütəxəssis kimi təyinatla instituta göndərilmiş, 1 il 2 ay 1 gün müddətində yalnız mühəndis vəzifəsində çalışmışdır. Məhkəmə hazırki mübahisədə cavabdehin etiraz ərizəsində göstərdiyi dəlilləri nərəzə alaraq, ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirərək, qeyd edir ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Belə ki, iddia mümkün iddiadır. Hazırki işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Öhdəliyin icrası iddia növünün tələb olunan xüsusi mümkünlük şərti iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir ki, hazırki iş materiallarından müəyyən edilir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilməmişdən öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət edilmiş, cavabdeh tərəfindən iddiaçının müraciətindən 05 yanvar 2022-ci il tarixli və 01 mart 2022-ci il tarixli məktubla imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddia mümkünlük şərtlərinə cavab verir. İddianın mahiyyətinə gəlincə məhkəmə hesab edir ki, iddia mahiyyətcə də, əsaslıdır. Məhkəmə araşdırması zamanı işin hallarından müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1961-ci il təvəllüddür. İddiaçının xx.xx.2021-ci il il tarixdə 60 yaşı olmuş, iddiaçının xx.xx.2021-ci il tarixədək 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq isə xüsusi əmək stajı olmuş, bundan əlavə onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verir. Bununla da, o, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən güzəştli şərtlərlə pensiya hüququ qazanmışdır. Bu səbəbdən də, ona 60 yaşdan yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir. Belə ki, iddiaçıya məxsus əmək kitabçasına əsasən onun ümumi iş stajı 25 ildən artıqdır. Hazırki mübahisənin predmeti olan güzəştli iş stajına gəldikdə isə məhkəmə qeyd edir ki, işin hallarından görünür ki, iddiaçının 12 il 2 ay 27 gün güzəştli iş stajının olması işin mübahisəsiz halıdır. İddiaçı hazırda onun xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək AMEA X13 “Korroziya inhibitorları” laboratoriyasında gənc mütəxəssis kimi işlədiyi dövrün onun güzəştli iş stajına daxil edilərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. Məhkəmə iddiaçının güzəştli iş stajının araşdırılması məqsədilə iddiaçı barəsində sözügedən İnstituta sorğu göndərmiş, əlavə olaraq da, iddiaçı tərəfindən həmin dövrlərin güzəştli iş stajı hesab olunması ilə bağlı İnstitut tərəfindən güzəştli arayışlar təqdim edilmişdir. Həmin arayışlara əsasən müəyyən edilmişdir ki, iddiaçı AMEA X13 “Korroziya inhibitorları” laboratoriyasının sabiq əməkdaşı kimi Sovet dövründə gənc mütəxəssis kimi təyinatla instituta göndərilmiş, xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək mühəndis vəzifəsində işləmişdir. Onun “Korroziya inhibitorları” laboratoriyasında işlədiyi dövrdə mühəndis vəzifəsinin peşə funksiyaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ istehsalatların, peşələrin və göstəricilərin Siyahısı”nın 8-ci bölməsinin (kimya istehsalatı) 8.1-ci bəndində göstərilən mütəxəssislərin peşə funksiyaları ilə eynidir. İddiaçı 1 il 2 ay 1 gün zərərli iş stajına malikdir. Göründüyü kimi, məhkəmə araşdırması zamanı işin yuxarıda qeyd edilən halları ilə iddiaçının güzəştli iş stajının 12 il 6 aydan artıq olması öz təsdiqini tapmışdır. Məhkəmə eləcə də, iddiaçının ümumi iş stajına və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi ilə bağlı qeyd edir ki, iddiaçının ümumi iş stajının 25 ildən artıq, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının isə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi halı işin mübahisəsiz halıdır. Sözügedən halları təkzib edəcək hər hansı bir sübut, dəlil məhkəmə araşdırması zamanı müəyyən edilməmiş və məhkəməyə təqdim edilməmişdir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı Qərarına əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növdən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (2 nömrəli Əlavə qeyd edilən) əlavə edirlər. Qeyd edilən 2 saylı Əlavəyə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir ki, iş materiallarına əlavə olunmuş iddiaçının işlədiyi AMEA X22 tərəfindən verilmiş arayışlar güzəştli şərtlərlə hüququ verən işdə çalışmasını təsdiq edən arayışlardır və həmin arayışlar mötəbər sübut kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2021-ci il tarixədək, 25 ildən çox ümumi, 12 il 6 aydan çox xüsusi əmək stajı olduğundan, eləcə də, bundan əlavə onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdiyindən, bununla da, qanunvericiliklə nəzərdə tutulmuş qaydada onun pensiya hüququ yarandığından iddia tələbi təmin edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı omayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı trəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərrtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X21 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı 60 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibat Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-7842/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7842/2022
28.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver