Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7843/2023 05.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi, Tərəflərin iştirakı olmadan iddiaçı - İddiaçı cavabdeh - Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsin qarşı “avtomobilin gömrük rəsmiləşdirilməsinin aparılması, dayanacaqdan çıxarılması və hesablanmış xərclərin ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə qarşı “avtomobilin gömrük rəsmiləşdirilməsinin aparılması, dayanacaqdan çıxarılması və hesablanmış xərclərin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş üzrə növbəti məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmişdir. İş materiallarından görünür ki, iddiaçının nümayəndəsi (vəkili) xx.xx.2023-cü il tarixdə elektron məhkəmə sistemi vasitəsilə ərizə təqdim edərək, iddiadan imtina edildiyini bildirmişdir. Ərizədə qeyd edilmişdir ki, iddiaçı tərəfindən onun nümayəndəsinə (vəkilinə) məlumat verilmişdir ki, cavabdeh tərəfindən iddiaçının nümayəndəsi (atası) Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə dəvət olunmuş və iddiada nəzərdə tutulmuş hallar nəzərə alınaraq mülkiyyəti özlərinə təhvil verilmişdir. İddiada nəzərdə tutulmuş tələblər məhkəmədən kənar təmin olunmuşdur. İddiada nəzərdə tutulmuş tələblər məhkəmədən kənar təmin olunduğu səbəbindən iddiadan imtina edildiyi üçün bu barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iddiaçının ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının ərizəsi təmin edilməli və iddiaçı iddiadan imtina etdiyindən, hazırkı iş üzrə icraata xitam verilməlidir. Belə ki, İPM-n 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. İPM-in 55.4-ci maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. İPM-in 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Göstərilənlərə əsasən və İPM-nin 55 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddiaçı ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə qarşı “avtomobilin gömrük rəsmiləşdirilməsinin aparılması, dayanacaqdan çıxarılması və hesablanmış xərclərin ləğv edilməsi” tələbinə dair 2-1(112)-7843/2023 saylı iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-7843/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7843/2023
05.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver