Məhkəmə qərarları › İş №2-1(112)-7845/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7845/2023

18.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7845/2023 18.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı “X11” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv olunması” tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi: İddiaçı “X11” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə (bundan sonra - Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********648800 saylı 03 avqust 2022-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizələr təqdim edərək, yekunda cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 04 sentyabr 2023-cü il tarixli, **********223900 nömrəli qərarının ləğv edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddia tələbini bununla əsaslandırılmışdır ki, “X11” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra “Bank”) tərəfindən 2021-ci il üzrə təqdim edilmiş mənfəət vergisinin bəyannaməsi kameral qaydada yoxlanılmış və yoxlama nəticəsində xx.xx.2022-ci il tarixli **********648800 saylı Qərar qəbul edilmişdir. Həmin Qərar nəticəsində Bankın bəyan edilmiş 1 763 064.66 (bir milyon yeddi yüz altmış üç min altmış dörd manat, altmış altı qəpik) manat məbləğində ödənişlərinin xərc kimi nəzərə alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli, 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 1.3-cü bəndinə əsasən riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. Həmin Meyarların 1.4cü bəndinə əsasən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Bank tərəfindən 2021-ci ildə mal, iş və xidmətlərin alındığı 23 vergi ödəyicisi sonradan vergi orqanı tərəfindən riskli vergi ödəyicisi sayılaraq riskli vergi ödəyicilərinin reyestrinə daxil edilmişdir. Bu səbəbdən sözügedən şəxslərə bağlanılmış 29 müqavilə üzrə ödənişlərin edilməsi zamanı onların riskli vergi ödəyicisi olmaları barədə məlumat İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunmamışdır. Nəticə etibarilə, Bank mal, iş və xidmət əldə edən və/və ya əməliyyatlar aparan zaman, ödəniş edən zaman, malın və/və ya xidmətin təhvil alınmasına dair təhvil-təslim aktları imzalandığı zaman həmin vergi ödəyiciləri riskli vergi ödəyiciləri hesab edilmirdi və onların gələcəkdə riskli vergi ödəyicisi olacağı barədə Bank məlumatlı ola bilməzdi. Daha sonrakı tarixlərdə, cədvəldə qeyd edilmiş müəssisələr tərəfindən aparılmış digər əməliyyatların riskli hesab edilərək sonuncunun riskli vergi ödəyicilərinin siyahısına salınması isə Bank ilə apardığı əməliyyatları şübhə altına ala bilməz və bu vergi qanunvericiliyin tələblərinə ziddir. Cavabdeh vergi orqanı sonradan riskli vergi ödəyiciləri siyahısına daxil olmuş müəssisələrin əvvəllər apardıqları əməliyyatları da riskli hesab edərək, Bank tərəfindən edilmiş ödənişləri xərc kimi nəzərə almaqdan imtina etmiş və bununla da qanun pozuntusuna yol vermişdir. Bundan əlavə, formalaşmış məhkəmə təcrübəsinə əsasən, hər hansı vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi üçün hüquqi əsas yalnız həmin vergi ödəyicisi barəsində müvafiq qərarın qəbul edildiyi andan yaranır. Həmin qərarın isə əvvəlki əməliyyatlara tətbiq edilməsi vergi qanunvericiliyinin tələblərinə uyğun deyil (Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyun 2021ci il tarixli 2-1(102)-1143/2021 nömrəli qərarı). Sözügedən şəxslər barədə qeyd edilən faktlar vergi orqanı tərəfindən vergi nəzarəti tədbirləri çərçivəsində vergi orqanının malik olduğu inzibati-texniki resursların istifadəsi nəticəsində aşkarlanmışdır. Lakin Bank vergi ödəyicisi olaraq, vergi orqanının malik olduğu inzibati-texniki resurslara malik deyildir və bu səbəbdən qeyd olunan məlumatlara elektron qaydada çıxış imkanı mövcud deyildir, həmçinin, həmin məlumatlar vergi ödəyicilərinə aid olan vergi sirri olduğu üçün vergi orqanından əldə edilməsi mümkün deyildir. Bununla yanaşı, qanunvericilikdə bankların mal, iş və xidmətlərin alınması zamanı sözügedən məlumatları əldə etməsi öhdəliyi mövcud deyildir. Eyni zamanda, Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri Vergi Məcəlləsinin 14cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Bank tərəfindən qeyd edilmiş şəxslər ilə aparılan əməliyyatlar əmtəəsiz əməliyyatlar olmamış, əməliyyatlar nəticəsində müvafiq müqavilələrdə nəzərdə tutulmuş mallar (işlər, xidmətlər) əldə edilmişdir və müvafiq təsdiqedici sənədlər ilə təsdiqlənmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli iddiaya yazılı etirazında bildirmişdir ki, kameral vergi yoxlaması ilə aparılan araşdırma zamanı Cəmiyyət tərəfindən 2021-ci il ərzində bir sıra vergi ödəyiciləri ilə aparılmış 1 763 064,66 manat məbləğində qarşılıqlı əməliyyatlar zamanı alınmış malların (iş və ya xidmətlərin) həcminin və çeşidinin Cəmiyyətin vergi orqanının uçot-baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmişdir ki, bu hal da əmtəəsiz əməliyyat kimi qiymətləndirilmiş və kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilən kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə “2021-ci il üçün təqdim edilmiş mənfəət (gəlir) vergisi bəyannaməsi üzrə yaranmış uyğunsuzluqlar barədə” xx.xx.2022-ci il tarixli **********626300 nömrəli məktub göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən qeyd edilən uyğunsuzluq məktubuna əsaslandırılmış cavab verilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən, 2021-ci il üçün mənfəət vergisi üzrə 1 763 064,66 manat zərər məbləği silinərək, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********648800 nömrəli Qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. Cəmiyyət tərəfindən qeyd edilən qərardan inzibati qaydada şikayət edilmiş və şikayətlə əlaqədar araşdırma zamanı Cəmiyyət tərəfindən 2021-ci il ərzində bir sıra vergi ödəyiciləri ilə 1 763 064,66 manat məbləğində aparılmış əməliyyatların dəqiqləşdirilməsi və müvafiq zəruri sənədlərin təqdim edilməsi məqsədi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN:**********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN:**********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********), X8 (VÖEN: **********), X4 (VÖEN: **********) kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması ilə əlaqədar məsələnin birgə araşdırılması məqsədilə xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli məktublar göndərilərək xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə şəxsən və ya səlahiyyətli nümayəndələri (vəkili) vasitəsilə Dövlət Vergi Xidmətinin inzibati şikayətlərə baxılması baş idarəsinə dəvət olunmalarına baxmayaraq, müəyyən edilmiş vaxtda vergi ödəyicilərinin səlahiyyətli nümayəndələri və ya vəkilləri araşdırmada iştirak etməmiş, inzibati araşdırma üçün heç bir təsdiqedici sənədlər təqdim edilməmişdir. Bu hal xx.xx.2022-ci il tarixli Aktla rəsmişlədirilmişdir. Araşdırma zamanı Cəmiyyət tərəfindən 2021-ci il ərzində 34 186 395,27 manat məbləğində elektron qaimə-fakturaların əldə edildiyi (Kabel shturmann UTP CAT 5e, material, aksessuar, quraşdırma, montaj, test və markirovka, data kabeli UTP CAT 6, "UNİ BANK" KB-nin ünvan 1 ünvanında yerləşən 11 saylı Dərnəgül filialında Call centrdə qarderobun düzəldilməsi üçün, rəf, masa, "UNİ BANK" Bakı şəhəri, Rəşid Behbudov 55 ünvanında yerləşən mərkəzi ofisinin 1-ci mərtəbəsində yerləşən VİP filialı üçün çilçıraqların alınması və quraşdırılması üçün, tv stend, tumba, fen, Bilgeh Estatesdə icarəyə götürülmüş obyekt üçün baseyn avadanlığının alınması və quraşdırılması, "UNİ BANK" Bakı şəhəri, Rəşid Behbudov 55 ünvanında yerləşən mərkəzi ofisinin 1-ci mərtəbəsində yerləşən VİP filialında təmir işlərinin aparılması, kreslo işçi üçün, masa yan və s.), əldə edilmiş elektron qaimə- fakturalardan 1 763 064,66 manat hissəsinin "xxxx" MMC-dən 27 283,44 manat məbləğində, "xxxx" MMC-dən 116 480,0 manat məbləğində, "xxxx" MMC-dən 35 500,0 manat məbləğində, "xxxx" MMC-dən 108 000,0 manat məbləğində, "xxxx" MMC-dən 90 810,0 manat məbləğində, "xxxx" MMC-dən 28 750,0 manat məbləğində, "xxxx" MMC-dən 130 000,0 manat məbləğində, "xxxx" MMC-dən 74 125,0 manat məbləğində, "xxxx" MMCdən 1 980,0 manat məbləğində, "xxxx" MMC-dən 10 864,0 manat məbləğində, "xxxx" MMC-dən 102 720,0 manat məbləğində, "xxxx" MMC-dən 60 000,0 manat məbləğində, "xxxx" MMC-dən 193 681,0 manat məbləğində, "xxxx" MMC-dən 63 840,0 manat məbləğində, "xxxx" MMC-dən 121 312,92 manat məbləğində, "xxxx" MMC-dən 196 992,0 manat məbləğində, "xxxx" MMC-dən 4 456,0 manat məbləğində, "xxxx" MMC-dən 28 200,0 manat məbləğində, "xxxx" MMC-dən 13 980,0 manat məbləğində, "xxxx" MMC-dən 44 200,0 manat məbləğində, "xxxx" MMC-dən 257 600,0 manat məbləğində, X5 32 299,30 manat məbləğində və X2 19 991,0 manat məbləğində əldə edilmiş mallların (iş və xidmətlərin) qeyd edilən vergi ödəyicilərinin əldə etdikləri elektron qaimə-faktura, yük gömrük bəyannamələri və elektron alış-aktlarına əsasən müəyyən edilmədiyi, yəni təsdiqedici sənədlərlə əldə etmədiyi malları (iş və xidmətləri) satdıqları, işçi sayı olmadığı halda iş və xidmətlər göstərildiyi, Cəmiyyətin riskli vergi ödəyicilərindən əldə etdiyi və 2021-ci il üçün mənfəət vergisi bəyannaməsinin xərclər hissəsində qeyd etdiyi 1 763 064,66 manat məbləğin öz təsdiqini tapmadığı müəyyən edilmişdir. Belə ki, "xxxx" MMCnin riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2021-ci il tarixli **********367400 nömrəli, X6 riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2021-ci il tarixli **********219500 nömrəli, X3 riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2021-ci il tarixli **********002600 nömrəli, "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2021-ci il tarixli **********685200 nömrəli, "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2021-ci il tarixli **********702600 nömrəli, "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2021-ci il tarixli **********463000 nömrəli, "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2021-ci il tarixli **********256500 nömrəli, "xxxx" MMCnin riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2021-ci il tarixli **********040000 nömrəli, "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2021-ci il tarixli **********386100 nömrəli, "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2021-ci il tarixli **********356600 nömrəli, "xxxx" MMCnin riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2021-ci il tarixli **********075000 nömrəli, "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2021-ci il tarixli **********090900 nömrəli, "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2021-ci il tarixli **********070500 nömrəli, "xxxx" MMCnin riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2021-ci il tarixli **********677900 nömrəli, "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2021- ci il tarixli **********459500 nömrəli, "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2021-ci il tarixli **********482300 nömrəli, "xxxx" MMCnin riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2021-ci il tarixli **********064600 nömrəli, "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2021-ci il tarixli **********461600 nömrəli, "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2021-ci il tarixli **********704300 nömrəli, "xxxx" MMCnin riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2021-ci il tarixli **********664100 nömrəli, "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2021-ci il tarixli **********235200 nömrəli, "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2022-ci il tarixli **********815000 nömrəli, "xxxx" MMCnin riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2021-ci il tarixli **********927500 nömrəli qərarlar qəbul edilmişdir. Bütün yuxarıda göstərilənlər bir daha təsdiq edir ki, bank tərəfindən müqavilə üzrə qarşı tərəfdən hər hansı malların əldə edilməsi qeyri mümkündür. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə təqdim etdiyi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Çünki iddiaçı cavabdehin qərarının ləğv edilməsini xahiş edir ki, bu iddia mübahisələndirmə haqqında iddiadır (İPM, maddə 2.2.1). Qərar iddiaçı barəsində qəbul edilməklə onun üçün əlavə vergi öhdəliyi yaratdığından onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). İddiaçı qanunvericiliklə nəzərdə tutulmuş müddətdə iddianı qaldırmışdır. Belə ki, o, xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi ilə bağlı iddianı məhkəmə icraatının gedişində, xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim etmişdir (İPM, maddə 38). İddianın əsaslılığına gəldikdə isə məhkəmə qeyd edir ki, işdə olan cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022ci il tarixli **********648800 saylı qərarından görünür ki, cavabdeh mənfəət vergisi üzrə 2021-ci il üzrə iddiaçının bəyan etdiyi zərərin məbləğinin 1.763.064,66 manat azaldılması barədə qərar qəbul etmişdir. Qərar bununla əsaslandırılmışdır ki, cəmiyyətə göndərilmiş xx.xx.2022-ci il tarixli **********626300 nömrəli uyğunsuzluq məktubunda qeyd edilən vergi ödəyicilərindən əldə edilmiş elektron qaimə fakturalar üzrə ümumi dəyəri 1.763.064,66 manatlıq mallar alınmışdır. Qeyd olunan vergi ödəyicilərdən əldə edilmiş elektron qaimə fakturalar üzrə alınmış malların və göstərilmiş xidmətlərin həcminin və çeşidinin, cəmiyyətin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı nəticəsində kənarlaşma yaranmışdır. İşdən görünür ki, cavabdeh məhkəmə icraatının gedişində həmin qərarını ləğv edərək, xx.xx.2023-cü il tarixli **********378700 nömrəli qərarı ilə yenidən mənfəət vergisi üzrə 2021-ci il üzrə iddiaçının bəyan etdiyi zərərin məbləğinin 1.763.064,66 manat azaldılması barədə qərar qəbul etmişdir. İş materialları ilə müəyyən edilir ki, cavabdeh xx.xx.2023-cü il tarixdə xx.xx.2023-cü il tarixli **********378700 nömrəli qərarını da ləğv edərək, mənfəət vergisi üzrə 2021-ci il üzrə iddiaçının bəyan etdiyi zərərin mələğinin 33 772,95 manat manat azaldılması barədə **********223900 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul etmişdir. Qərar bununla əsaslandırılmışdır ki, Cəmiyyətə göndərilmiş xx.xx.2022 il tarixli **********626300 nömrəli uyğunsuzluq məktubunda qeyd edilən vergi ödəyicilərindən əldə edilmiş riskli hesab olunmuş elektron qaimə - fakturalar üzrə ümumi dəyəri 1 763 064.66 manatlıq mallar alınmışdır. Təqdim edilən **********483300 nömrəli məktuba əsasən riskli vergi ödəyiciləri üzrə 33772,95 manat məbləğin xərclərə aid edildiyi müəyyən edilmişdir. Qeyd olunan vergi ödəyicilərindən əldə edilmiş elektron qaimə - fakturalar üzrə alınmış malların və göstərilmiş xidmətlərin həcminin və çeşidinin cəmiyyətin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı nəticəsində kənarlaşma yaranmış və təqdim edilmiş bəyannamədə xərclərə aid edildiyi müəyyən edilən 33772,95 manat xərc məbləği azaldılmışdır. İddiaçı hazırda cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********223900 saylı sonuncu qərarını mübahisələndirərək ləğv edilməsini xahiş edir. Məhkəmə iddiaçının bu tələbi ilə razılaşır və qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: - bənd 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. - bənd 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). İş materiallarından görünür ki: - xx.xx.2021-ci il tarixli, EBAX seriyalı 007010 nömrəli elektron qaiməyə əsasən "xxxx" MMC tərəfindən 43,00 manat; - xx.xx.2021-ci il tarixli, EBBA seriyalı 532982 nömrəli elektron qaiməyə əsasən "xxxx" MMC tərəfindən 8 186,60 manat; - xx.xx.2021-ci il tarixli, EBBF seriyalı 466327 nömrəli elektron qaiməyə əsasən "xxxx" MMC tərəfindən 1980 manat; - xx.xx.2021-ci il tarixli, EBBD seriyalı 235841 nömrəli elektron qaiməyə əsasən X10 tərəfindən 1 558,00 manat; - xx.xx.2021-ci il tarixli, EBBD seriyalı 236927 nömrəli elektron qaiməyə əsasən X10 tərəfindən 804,70 manat; - xx.xx.2021-ci il tarixli, EBBD seriyalı 838703 nömrəli elektron qaiməyə əsasən X10 4 455, 5 manat; - xx.xx.2021-ci il tarixli, EBAZ seriyalı 844085 nömrəli elektron qaiməyə əsasən "xxxx" MMC tərəfindən 550,00 man; - xx.xx.2021-ci il tarixli, EBAZ seriyalı 845816 nömrəli elektron qaiməyə əsasən "xxxx" MMC tərəfindən 7 125,00 manat; - xx.xx.2021-ci il tarixli, EBAZ seriyalı 224496 nömrəli elektron qaiməyə əsasən "xxxx" MMC tərəfindən 180,00 manat; - xx.xx.2021-ci il tarixli, EBAY seriyalı 553628 nömrəli elektron qaiməyə əsasən "xxxx" MMC tərəfindən 496 manat; - xx.xx.2021-ci il tarixli, EBBA seriyalı 534564 nömrəli elektron qaiməyə əsasən “Lazer-STV" MMC tərəfindən 1 600,00 manat; - xx.xx.2021-ci il tarixli, EBBE seriyalı 990875 nömrəli elektron qaiməyə əsasən X10 tərəfindən 1 114,90 manat; - xx.xx.2021-ci il tarixli, EBBD seriyalı 238061 nömrəli elektron qaiməyə əsasən X10 tərəfindən 1 815,2 manat; -xx.xx.2021-ci il tarixli, EBBD seriyalı 238848 nömrəli elektron qaiməyə əsasən X10 tərəfindən 1061,25 manat; - xx.xx.2021-ci il tarixli, EBBF seriyalı 979478 nömrəli elektron qaiməyə əsasən X10 tərəfindən 1909,8 manat; - xx.xx.2021-ci il tarixli, EBBE seriyalı 992475 nömrəli elektron qaiməyə əsasən X10 tərəfindən 893 manat olmaqla, cəmi 33772,95 manat dəyərində mal “X11” Açıq Səhmdar Cəmiyyətinə təqdim edilmişdir. İddiaçı onunla qeyd edilən vergi ödəyiciləri arasında bağlanmış müqavilələri, həmin müqavilələr əsasında təqdim edilən mallara (iş, xidmət) dair təhvil-təslim aktlarını məhkəməyə təqdim etmişdir. İşdən görünür ki, cavabdeh qeyd olunan əməliyyatların riskli vergi ödəyiciləri ilə aparılmasına istinad edərək, həmin vergi ödəyicilərindən əldə edilmiş elektron qaimə fakturalar üzrə alınmış malların və göstərilmiş xidmətlərin həcminin və çeşidinin cəmiyyətin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı nəticəsinə gəlmiş və bu halı əmtəəsiz əməliyyat kimi qiymətləndirərək gəlirlərin əldə edilməsi ilə bağlı xərc olaraq nəzərə almamışdır. Lakin iş materiallarından görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin müvafiq idarələri tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi” barədə: - xx.xx.2021-ci il tarixli, **********704300 nömrəli qərar ilə vergi ödəyicisi "xxxx" MMC -01.03-xx.xx.2021-ci il tarixlərində 168 122,6 manat dəyərində "Tumiket, HDD üçün səbət. Video server. Biostar kart oxuyucu, LCD monitor, İP dome kamera daxili, Şlaqbaun 5 mt və s." təqdim edildiyi, qeyd olunan mallar vergi ödəyicisinin alışı və idxalında müəyyən edilmədiyi üçün; - xx.xx.2021-ci il tarixli, **********075000 nömrəli qərar ilə vergi ödəyicisi "xxxx" MMC – xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə cəmi 70,5 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə satışda PlastikPlomb (Bayıl), Seyf HHd 14, qəpik sayan magner 926 Plus və sair qeyd olunduğu, lakin elektron qaimə-faktura üzrə "xxxx" MMC-nin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilmədiyi üçün; - xx.xx.2021-ci il tarixli, **********386100 nömrəli qərar ilə vergi ödəyicisi "xxxx" MMC – xx.xx.2021-xx.xx.2021-ci il tarixlərində cəmi 139,5 min manat məbləğində təqdim edilmiş qaimə fakturalar üzrə satışda ağ kağız A4, balıq konservi, bar masası, daş tozu, dondurulmuş balıq, kərə yağı, kreslo başlığı və sair qeyd olunduğu, lakin elektron qaiməfaktura üzrə "xxxx" MMC-nin alışında, idxalında qeyd edilən malların (iş, xidmət) müəyyən edilmədiyi üçün; - xx.xx.2021-ci il tarixli, **********356600 nömrəli qərar ilə vergi ödəyicisi "xxxx" MMC- xx.xx.2021-ci il tarixində e-qaimə üzrə satışında 130 000,0 manat (ƏFV-siz) dəyərində “kreslo, dolabça, masa, mətbəx mebelivə s qeyd olunduğu, lakin elektron qaimə-faktura üzrə "xxxx" MMC-nin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilmədiyi üçün; - xx.xx.2021-ci il tarixli, **********367400 nömrəli qərar ilə vergi ödəyicisi "xxxx" MMC – xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə cəmi 180,488 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə satışda "LAN kabel UTP CAT6 AWG 23 SHTURMANN, Material, aksessuar, Hərəkət detektoru Pyronix KX15-DT, Kassa üçün Klient-Kassir audio selektoru, Mərmər pillə (eni 33 mm), DT-75 köməkçi mühərrik, UAZ Fermer Çaşka feredo. New holland qabaq şin. Taxta, Şəkər tozu. Makaron məmulatları, Sement, Otsep, Qum, Sərt disk - 1TB HDD (HP DV6735 ER 17 cpu üçün) və s." qeyd olunduğı, lakin elektron qaimə faktura üzrə Cəmiyyətin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilmədiyi, əmək müfəttişliyinin uçot-baza məlumatlarına əsasən Cəmiyyətin işçisi müəyyən edilmədiyi, cəmiyyətin fəaliyyət növünün qablaşdırma kimi qeyd olunduğu. təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edildiyi üçün; - xx.xx.2021-ci il tarixli, **********219500 nömrəli qərar ilə vergi ödəyicisi X10 xx.xx.2021-05 08.2021-ci il tarixlərində cəmi 32,2 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə satışda" Konnektor female DC, Pyronix PCX-RİX8İ zon genişlətmə modulu, Həyacan düyməsi. Kabel ŞVP 2x0.75mm2 və s" qeyd olunduğu, lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mal (iş, xidmət) müəyyən edilmədiyi üçün riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Göründüyü kimi, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və X10 müvafiq olaraq xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərdə riskli vergi ödəyicisi hesab olunsalar da, iddiaçının həmin vergi ödəyiciləri ilə apardığı əməliyyat qeyd edilən vergi ödəyicilərinin riskli vergi ödəyicisi hesab olunma barədə qərar qəbul edildiyi tarixdən əvvəl, yəni müvafiq olaraq 10.03-xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021 və 14.06-xx.xx.2021-ci il tarixlərə aid olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 1.3-cü bəndinə əsasən riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. Həmin Meyarların 1.4-cü bəndinə əsasən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Göründüyü kimi, qanunvericiliyə əsasən vergi ödəyicisinin riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir və həmin vergi ödəyicilərinə dair məlumat İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq alqı-satqı əməliyyatlarının aparılmasına dair elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və X7 riskli vergi ödəyicisi hesab olunması barədə qərar qəbul edilmədiyindən bu barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır. Belə olan halda, iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də, apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. Təbii olaraq da, iddiaçı həmin əməliyyatlara görə ödədiyi məbləği xərcinə aid etməklə mənfəət vergisini hesablayarkən nəzərə almış, bu hal vergi qanunvericiliyinə uyğun olmuşdur. Eyni zamanda iddiaçının, əməliyyat apardığı müəssisələrin aldıqları və ya idxal etdikləri malların həcmindən məlumatlı olması, əməliyyat zamanı ona satılan malla alınan və ya idxal edilən malın həcminin yoxlanılması kimi səlahiyyətləri mövcud deyil. Həmçinin iddiaçının əməliyyat apardığı müəssisələrin iddiaçıya satdığı malların onların aldığı və ya idxal etdiyi malların həcmindən artıq olması iddiaçının məsuliyyət sferasına aid deyil və bu hallar onun hüquqlarını məhdudlaşdırmamalıdır. Bundan başqa, Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. Lakin hər hansı bir vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması, həmin vergi ödəyicisi ilə əməliyyatlar apardığı digər vergi ödəyicisinin sözügedən əməliyyatlarının avtomatik olaraq Vergi Məcəlləsinin 109.9-cu maddəsində nəzərdə tutulmuş müddəalara uyğun olması anlamına gəlmir. İddiaçı onunla qeyd edilən vergi ödəyiciləri arasında bağlanmış müqavilələri, həmin müqavilələr əsasında təqdim edilən mallara (iş, xidmət) dair təhvil-təslim aktlarını məhkəməyə təqdim etmiş, cavabdeh həmin sənədlərdə göstərilən mallar, işlər və xidmətlərin iddiaçıya təqdim edilməməsi, yəni mövcud olmaması ilə bağlı hər hansı bir əsaslı sübutu məhkəməyə təqdim edə bilməmişdir. O da qeyd edilməlidir ki, Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Cavabdeh iddiaçının “"xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və X10 ilə apardığı əməliyyatlar üzrə 33772,95 manat məbləği xərc olaraq nəzərə almadıqda VM-nin 109.9-cu maddəsini tətbiq etməklə, həmin malların VM-nin 14-cü, 14-1ci və 67-ci maddələrinə əsasən dəyərini müəyyən etməklə gəlirdən çıxmalı olduğu halda, bu normanın tələbinə də əməl etməmiş, ümumilikdə 33772,95 manat məbləği xərc kimi nəzərə almayaraq həmin məbləği tam olaraq xərcdən çıxmış və 2021-ci ilin mənfəət vergisi üzrə 33772,95 manat zərər məbləği silinmişdir. Beləliklə, göstərilənlərə əsasən müəyyən olunur ki, cavabdeh iddiaçıya vergi hesablayarkən həm maddi, həm də prosessual hüquq normalarını pozmuş, bununla da qanunsuz əlverişsiz inzibati akt qəbul etmişdir. Halbuki VM-in 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmçinin VM-in 94.0-cı maddəsinə görə verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: - 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; - 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləlikə, göstərilənlərə əsasən cavabdehin qəbul etdiyi qərarın əsaslandığı hallar iş materialları ilə təkzib olunduğundan məhkəmə hesab edir ki, mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmir. Buna görə də iddia təmin edilməli və cavabdehin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********223900 saylı 04 sentyabr 2023-cü il tarixli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar