Məhkəmə qərarları › İş №2-1(112)-7845/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7845/2025

24.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7845/2025 24.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “hərəkətlərin qanunsuz hesab edilməsi və hərəkətlərdən çəkinmə” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “hərəkətlərin qanunsuz hesab edilməsi və hərəkətlərdən çəkinmə” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə (bundan sonra mətndə Binəqədi RİH) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan ünvan 1 ünvanındakı 17A saylı mənzilinin cavabdeh Binəqədi RİH tərəfindən sökülməsi və onun həmin mənzildə təhlükəsiz şəraitdə yaşamağına qarşı yönələn qanunsuz hərəkətlərin cavabdehə qadağan edilməsi, həmçinin binada qazın və elektrik enerjisinin təchizatının bərpa edilməsi öhdəliyinin cavabdeh Binəqədi RİH-nin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, RX seriyalı ******* №li Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reysterindən çıxarışa əsasən, ünvan 3 ünvanında yerləşən 17A saylı mənzil onun şəxsi (özəl) mülkiyyətindədir. Daşınmaz əmlakın dövlət qeydiyyatı, həmçinin əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi çıxış edir. Qanunverici mülkiyyət hüququnun təminat mexanizmini məhz daşınmaz əmlakın dövlət reystrində qeydiyyatı ilə şərtləndirilmişdir. Mülkiyyəti üzərində öz iradəsinə uyğun şəkildə istifadə və sərəncam vermək hüququna sahibdir. İşin materallarından göründüyü kimi iş üzrə cavabdeh Binəqədi RİH tərəfindən onun Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu maddələri və mənzil qanunvericiliyində qorunan xüsusi mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. İddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2025-ci il tarixdə Binəqədi RİH-nin xx.xx.2025-ci il tarixli, 5-10/2-940/2025 № li iddia tələbinə dair yazılı mülahizəsi məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazı): İddiaçı cavabdeh Binəqədi RİH-yə qarşı “müəyyən hərəkətləri etməkdən çəkinməyə dair” iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş xx.xx.2013-cü il qeydiyyat tarixli və ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən tam hissədə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 17A nömrəli mənzilin cavabdeh tərəfindən sökülməsi və onun həmin mənzildə təhlükəsiz şəraitdə yaşamasına qarşı yönələn qanunsuz hərəkətlərin cavabdehə qadağan edilməsi, həmçinin binada qazın və elektrik enerjisinin təchizatının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Binəqədi RİH İddiaçı iddia ərizəsində irəli sürülən iddia tələbinə qarşı aşağıda qeyd olunan faktlara və hüquq normalarına əsaslanaraq etiraz edir. Belə ki, ünvan 1 ünvanında yerləşən yataqxana binasının qəzalı vəziyyətdə olması barədə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinin məsul əməkdaşlarının birgə iştirakı ilə xx.xx.2016-cı il tarixli müvafiq akt tərtib olunmuşdur (aktın surəti əlavə olunur). Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda Bakı şəhərində qəzalı vəziyyətdə olan 21 çoxmənzilli binalardan 17 ədəd binanın sakinlərinə birdəfəlik müəyyən pul vəsaiti ödəməklə Bakı şəhəri Binəqədi rayonunda ilkin olaraq Koroğlu Rəhimov küçəsi 53A nömrəli və Ağasadıq Gəraybəyli küçəsi 41 nömrəli ünvanlarda yerləşən qəzalı vəziyyətdə olan yataqxana binalarında yaşayan sakinlərin köçürülməsi, hər bir 30 kvadratmetrə qədər olan mənzillərə 30000 (otuz min) manat və 30 kvadratmetrdən çox olan mənzillərin hər kvadratmetrinə 1000 (bir min) manat məbləğində birdəfəlik pul vəsaitinin ödənilməsi nəzərdə tutulmuşdur (məktubun surəti əlavə olunur). Bakı Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən xx.xx.2023-cü il tarixli 3-52/2- 1498/2023 saylı məktubla Binəqədi RİH-yə müraciət edilərək, sözügedən yataqxanada yaşayan ailələrin təhlükəsizliyinin təmin olunması məqsədilə həmin ailələrin təxirəsalınmadan köçürülməsi üçün müvafiq tədbirlərin görülməsi tapşırılmışdır (məktubun surəti əlavə olunur). Sözügedən çoxmənzilli yataqxana binalarında baş verə biləcək bədbəxt hadisələrin qarşısının vaxtında alınması və sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə təxirəsalınmaz tədbirlərin görülməsi üçün aidiyyəti üzrə göstəriş verilməsi barədə Binəqədi RİH tərəfindən xx.xx.2025-ci il tarixli 5-10/2- 72/2025 nömrəli məktubla Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinə, Bakı Şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinə, “Azəriqaz” İstehsalat Birliyinə, “İri şəhərlərin X2 Xidməti” X3 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə rəsmi qaydada müraciət olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 124-cü maddəsinə əsasən yerlərdə icra hakimiyyətini yerli icra hakimiyyətlərinin başçıları həyata keçirirlər. İcra hakimiyyəti başçılarını Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. Yerli icra hakimiyyətlərinin səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti müəyyən edir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 3.1.1-ci bəndinə əsasən yerli icra hakimiyyətinin başçısı ona həvalə olunmuş vəzifələrin yerinə yetirilməsinə görə Azərbaycan Respublikasının Prezidenti qarşısında şəxsən məsuliyyət daşıyır. Həmin Əsasnamənin 3.1.2-ci bəndinə əsasən yerli icra hakimiyyəti başçısı Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarını yerinə yetirir. Həmin Əsasnamənin 3.1.6-cı bəndinə əsasən dövlət proqramları və konsepsiyalarının, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının təsdiq etdiyi tədbirlər planlarında müəyyənləşdirilmiş tədbirlərin müvafiq ərazidə icrasını təmin edir. İşin araşdırılan hallarından və qeyd olunan qanunvericilik normalarından görünür ki, Binəqədi RİH tərəfindən İddiaçı qarşı onun hüquq və azadlıqlarını pozan qanunsuz hərəkətlər edilməmiş və qanunvericiliyin tələblərinə əsasən ona yaşayışın təhlükəli olduğu binadan köçməsi və mülkiyyətində olan mənzilə görə təyin olunmuş birdəfəlik kompensasiya məbləğini əldə etməsi bildirilmişdir. Bununla yanaşı, Binəqədi RİH tərəfindən həmin yataqxana binası qəzalı vəziyyətdə olduğundan orada yaşayan ailələrin təhlükəsizliyinin təmin olunması məqsədilə aidiyyəti qurumlara kommunal xidmətlərin dayandırılması üçün müraciətlər edilmişdir. Beləliklə də, hesab edirlər ki, İddiaçı Bakı şəhəri Binəqədi RİH-yə qarşı iddia irəli sürməsi əsassızdır, onun hüquqları və qanunla qorunan maraqları inzibati orqan tərəfindən pozulmamış və həmin halın mövcudluğunu isə o, iddia ərizəsində əsaslandıra bilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən İddiaçı Binəqədi RİH-yə qarşı iddia tələbi əsassız olduğu üçün onun iddia tələbinin qeyri-mümkün sayılması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh inzibati orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddianı müdafiə edərək, məhkəmədən iddianın mümkün sayılmaqla, təmin olunmasını xahiş etdi Faktiki hallar və sübutlar: İş materiallarında olan: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11195/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadından müəyyən olunur ki; - İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “ünvan 7 ünvanındakı qəzalı sayılaraq söküntüsünə qərar verilmiş ikigirişli beşmərtəbəli daş binanın ikinci mərtəbəsində yerləşən xüsusi mülkiyyətindəki bir otaqlı, ümumi sahəsi 26,18 (iyirmi altı tam yüzdə on səkkiz) kv.m olan 17a №-li mənzilin əvəzinə təmirli mənzil verilməklə, yeni mənzil verilənədək kirayə mənzil üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin təmin edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. - Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “mülkiyyətində olan 17A saylı mənzilin yerləşdiyi Bakı şəhəri, Binəqədi rayonu, K.Rəhimov küçəsi 53a saylı bina söküləndən sonra yeni tikiləcək yaşayış binasında mənzillə və buna qədər müvəqqəti olaraq kirayə edilmiş mənzildə yerləşdirilməyi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin təmin edilməsi” kimi dəyişdirilmişdir. - Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “mülkiyyətində olan 17A saylı mənzilin yerləşdiyi Bakı şəhəri, ünvan 10 saylı bina söküləndən sonra yeni tikiləcək yaşayış binasında təmirli mənzillə və buna qədər müvəqqəti olaraq kirayə edilmiş mənzildə yerləşdirilməyi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir. - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8151/2023 nömrəli, 22 dekabr 2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. - Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi məqsədi ilə işin birinci instansiya məhkəməsinə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1876/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8151/2023 nömrəli, 22 dekabr 2023-cü il tarixli qərardadının ləğv edilməsi və inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. - Məhkəmə iclasında məhkəmənin qərardadı ilə iddiaçının “ünvan 1 ünvanındaki qəzalı vəziyyətdə olan beş mərtəbəli, iki girişli daş binanın yaşayış sahəsi üzrə 2-ci mərtəbəsində yerləşən, xüsusi mülkiyyətində olan 17 saylı mənzilin əvəzinə ona uyğun təqribən mənzilin yerləşən ünvana yaxın ərazi yeni tikili çoxmərtəbəli binanın yaşayış sahəsi üzrə mümkün qədər aşağı mərtəbəsində təmirli, hüquqi sənədli (çıxarışlı), tam kommunal şəraitli mənzillə təmin edilməsi, bu reallaşana qədər zərurət yaranarsa müvəqqəti olaraq kirayə edilmiş mənzildə yerləşdirilməsi və köçürülməsi” barədə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin qeyd olunan xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qeyd olunan iş üzrə işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki; Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin 22 saylı xx.xx.2023-cü il tarixli əmrinə əsasən Binəqədi Rayon İcra Hakimiyyətinin səlahiyyətləri daxilində birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələri ilə rəsmi yazışmaların aparılması, habelə iddia ərizəsinin, qarşılıqlı iddia ərizəsinin, vəsatət, etiraz, apellyasiya, kassasiya və əlavə kassasiya şikayətlərinin verilməsi zamanı bu sənədlərin (elektron) imzalanması hüququ Rayon İcra Hakimiyyəti başçısının müavini A.H.Babayevə həvalə edilmişdir. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli 16 saylı əmri qüvvədən düşmüş hesab edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışa (qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2013-cü il) əsasən Bakı şəhəri Binəqədi rayonu K.Rəhimov küçəsi ev 53a mənzil 17A İddiaçı xüsusi mülkiyyətindədir. Binəqədi rayonu Koroğlu Rəhimov küçəsi 53A mənzil 17A-nın prinsipal planından görünür ki, ümumi sahəsi 26,18 kv.m, sanitar şəbəkə 3,55 kv.m, eyvan 2,64 kv.m, mətbəx 2,19 kv.m, pəncərə (plastik 3 hissəli), mənzilin yaşayış sahəsi 17,8 kv.m-dir və metal (dəmir) seyf qapısı var. 78 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda bildirilmişdir ki, yaşadığı Koroğlu Rəhimov 53 a saylı bina Fövqəladə Hallar Nazirliyi tərəfindən kəskin qəzalı olduğu müəyyənləşmiş və bu haqda dəfələrlə xəbərdarlıq olunmuşdur. Bir daha qəzalı vəziyyətdə olan binanı təcili olaraq (5 gün) müddətində boşaldılması tələb edilmişdir. Müəyyən olunmuş vaxt ərzində qəzalı binanı boşaltmadığı təqdirdə digər inzibati vasitələrdən istifadə edilərək 17a nömrəli mənzildən binanın boşaldılması nəzərdə tutulmuşdur. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvanlanmış 02/12- 11-32/858 saylı xx.xx.2019-cu il tarixli xəbərdarlıq məktubunda bildirilmişdir ki, Binəqədi rayonu, Koroğlu Rəhimov küçəsi 53a ünvanında yerləşən qəzalı vəziyyətdə olan yataqxana binasında yaşayan ailələrə birdəfəlik maddi yardımın ödənilməsi və sakinlərin köçürülməsi Binəqədi Rayon İcra Hakimiyyəti başçısı yanında yaradılmış Komissiyaya tapşırılmışdır. Odur ki, təhlükəsizliyinin təmin edilməsi məqsədilə 3 (üç) gün müddətində Binəqədi RİH başçısının yanında yaradılmış Komissiyaya yaxınlaşaraq müvafiq razılaşma ptotokolunun tərtib olunmasında iştirakı tövsiyə edilmişdir. Əks təqdirdə qeyd olunan məsələnin həllinə məhkəmə qaydasında baxılacaqdır. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvanlanmış 02/12- 11-32/858 saylı xx.xx.2019-cu il tarixli xəbərdarlıq məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Rəyinə əsasən Bakı şəhərində qəzalı vəziyyətdə olan 21 sayda çoxmənzilli binalarda yaşayan sakinlərin təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə binalarda yaşayan ailələrə birdəfəlik maddi yardım ödənilməklə köçürülməsi nəzərdə tutulmuşdur. Binəqədi rayonunun ərazisində Ağasadıq Gəraybəyli küçəsi 41 saylı və Koroğlu Rəhimov küçəsi 53a saylı ünvanlarda yerləşən qəzalı vəziyyətdə olan binalarda yaşayan ailələrə ayrılan birdəfəlik maddi yardımın vətəndaşlara ödənilməsi və onların köçürülməsi məqsədi ilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı yanında Komissiya yaradılmışdır. Sakinlərin təhlükəsizliyinin təmin olunması məqsədilə qəzalı elan olunmuş yataqxana binasında yerləşən otağa görə ayrılmış kompensasiya məbləğini almaqla 5 gün müddətində otağın Binəqədi Rayon İcra Hakimiyyətində yaradılmış Komissiyaya təhvil verilməsi tələb edilmişdir. 78 saylı Mənzil İstismar Sahəsinin rəisi V.Nəcəfov, mühasibi X.Mustafayeva və texniki K.Alıyev tərəfindən tərtib edilmiş akta əsasən K.Rəhimov küçəsi 53a mənzil 17a yaşayan vətəndaş İddiaçı rayon fövqəladə hallar komissiyasının xx.xx.2019-cu il tarixli 02/12-11-32/858 saylı xəbərdarlığını qəbul etməkdən imtina etmişdir. Odur ki, tərtib edilmiş xəbərdarlığı qəbul etməkdən və razılaşmadan vətəndaşın imtina etdiyi imzaları ilə təsdiq edilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamenti tərəfindən iddiaçıya ünvanlanmış bildirişdə (xəbərdarlıqda) bildirilmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin "Azərkommunallayihə" Kommunal Lahiyə İnstitutunun mütəxəssisləri tərəfindən aidiyyəti qurumlarının işçiləri ilə birgə 28 sentyabr 2016-cı il tarixdə ünvan 10 ünvanında yerləşən yataqxana binasının texniki vəziyyəti haqqında akt tərtib edilmişdir. Həmin akta əsasən yaşadığı bina yaşayış üçün istismara yararsız və qəzalı vəziyətdə olduğu müəyyən edilmişdir. Bununla əlaqədar sakinlərin, o cümlədən onun və ailə üzvlərinin təhlükəsizliyinin qorunması məqsədi ilə dövlət vəsaiti hesabına ailələrə birdəfəlik maddi yardım ödənilməklə köçürülmə işlərinin həyata keçirilməsi nəzərdə tutulduğundan, bu məqsədlə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı yanında Kommisiya yaradılmışdır. Qəzalı binadan 81 ailənin köçürülməsi təmin edilmişdir. Ona görə də, yaşayış sahəsinə görə ayrılmış birdəfəlik maddi yardımı (kompensasiyanı) almaqla 5 (beş) gün müddətində otağı boşaldaraq təhvil verilməsi tələb edilmişdir. Kompensasiyanı almaqla köçməkdən imtina edərək qəzalı binada yaşadığı təqdirdə, orada baş verə biləcək hər hansı xoşagəlməz və bədbəxt hadisəyə görə bütün məsuliyyət onun üzərində qalacaqdır. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanmış 02/13-11-11/c-31/2-152/2 saylı xx.xx.2021-ci il tarixli məktubda bildirilmişdir ki, yaşadığı qəzalı bina söküldükdən sonra yerində yeni yaşayış binasının tikintisinə dair məlumat verilməsi barədə Binəqədi Rayon İcra Hakimiyyətinə daxil olmuş xx.xx.2021-ci il tarixli C31-152 saylı və xx.xx.2021-ci il tarixli C-31/2-152/2 saylı müraciətinə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq baxılmışdır. Sözügedən yaşayış binasının söküntüsündən sonra və yerində yeni yaşayış binasının tikintisinə dair Rayon İcra Hakimiyyətində hər hansı bir məlumat mövcud deyil və halhazırda heç bir layihələndirmə işləri nəzərdə tutulmamışdır. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanmış 03/09-11-11/C-31/3-152/3H1 saylı xx.xx.2021-ci il tarixli məktubda bildirilmişdir ki, Bakı şəhərində qəzalı vəziyyətdə olan 17 sayda yataqxana binasının sakinlərinin birdəfəlik yardım ödəməklə köçürülməsi və hər bir 30 kv.m qədər olan mənzillərə 30000,0 manat, 30 kv.m çox olan mənzillərə hər kv.m. 1000,0 manat birdəfəlik maddi yardımın ödənilməsi nəzərdə tutulmuşdur. ünvan 12 ünvanda qəzalı vəziyyətdə olan yataqxana binasının 17a saylı mənzilə görə (17.8 kv.m 1 otaqlı) 30000,00 manat məbləğində kompensasiya və əlavə 500,0 manat köçürülmə xərci ödənilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan kompensasiyanın və əlavəsini götürməklə qəzalı vəziyyətdə olan yataqxana binasının tərk olunması tövsiyə edilmişdir. Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış XO-02-02-C-16-2021-01736 saylı xx.xx.2021-ci il tarixli məktubda bildirilmişdir ki, Ərazi Tikinti-Planlaşdırma Mərkəzində ünvan 14 ünvanda tikintiyə icazə icraatına başlanılmasına dair heç bir sənədləşmə işi həyata keçirilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin İddiaçı qarşı “birdəfəlik maddi yardım ödənilməklə qəzalı vəziyyətə düşmüş yataqxananın binasındakı otağın boşaldılması” barədə iddia tələbi təmin edilməyərək ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmişdir. İş üzrə keçirilmiş qiymətləndirmə rəyinin dəyərini təşkil edən 350 (üç yüz əlli) manat ekspertiza xərci Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətindən tutularaq "xxxx" MMC-nin hesabına köçürülmüşdür. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının “ünvan 15 və Koroğlu Rəhimov küçəsi 53a saylı ünvanlarında yerləşən binalarda yaşayan ailələrə ayrılan birdəfəlik maddi yardımın öz təyinatı üzrə istifadə olunmasını təmin etmək məqsədi ilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı yanında Komissiyanın yaradılması haqqında” 90 saylı xx.xx.2019-cu il tarixli sərəncamına əsasən ünvan 16 və Koroğlu Rəhimov küçəsi 53a saylı ünvanlarında yerləşən qəzalı vəziyyətdə olan binalarda yaşayan ailələrə ayrılan birdəfəlik maddi yardımın öz təyinatı üzrə istifadə olunmasını təmin etmək məqsədi ilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı yanında 12 nəfərdən ibarət tərkibdə Komissiya yaradılmışdır. Qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq Ağasadıq Gəraybəyli küçəsi 41 saylı və Koroğlu Rəhimov küçəsi 53a saylı ünvanlarında yerləşən qəzalı vəziyyətdə olan binalarda yaşayan ailələrin siyahısının dəqiqləşdirilməsi və Binalarda yaşayan ailələrin köçürülməsi üçün zəruri sənədləşdirilmənin aparılması təmin edilməsi Komissiyaya tapşırılmışdır. ünvan 16 və Koroğlu Rəhimov küçəsi 53a saylı ünvanlarında yerləşən qəzalı vəziyyətdə olan binalarda yaşayan ailələrin birdəfəlik yardım məqsədi ilə vəsaitin ödənilməsi üçün zəruri tədbirlərin görülməsi Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının sektor müdiri (baş mühasib) H.Dadaşovaya tapşırılmışdır. Sərəncamın icrası ilə əlaqədar qeyd olunan ərazidə ictimai asayişin qorunmasının təmin edilməsi Binəqədi Rayon Polis İdarəsinin ictimai təhlükəsizlik şöbəsinin rəisi C.Şabanova tapşırılmışdır. Qəzalı binalarda kommunikasiya xətlərinin kənarlaşdırılması ilə əlaqədar zəruri tədbirlərin görülməsi Binəqədi Rayon Sukanal İdarəsinə, Binəqədi Rayon Enerji Təchizatı və Satışı İdarəsinə, və Bakı Regional Qaz İstismar Departamentinin Binəqədi Rayonu üzrə Texniki İstismarı Xidmətinə həvalə edilmişdir. Komissiyanın səmərəli fəaliyyətinin təşkil edilməsi və görülmüş işlər barədə mütəmadi olaraq Rayon İcra Hakimiyyəti başçısına məruzə edilməsi Komissiyanın sədri İ.Süleymanova tapşırılmışdır. Sərəncamın icrasına nəzarət Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin üzərində saxlanılmışdır. TƏTBİQ EDİLƏN HÜQUQ “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu; … 2.0.6. İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İnzibati Prosessual Məcəllə. ... Maddə 35. İddianın mümkünlüyü. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. ... 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. ... 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. 9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. ...

12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.

13. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. ... 14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. 14.2. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır.

İddianın növü və mümkünlüyü və buna dair məhkəmənin mövqeyi.

İlk olaraq, məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsi ilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu hüquq məhkəmə prosesinin bütün mərhələlərinə aid olmaqla, məhkəmə müdafiəsinin yalnız birinci instansiyada təmin olunmasını deyil, qanunla nəzərdə tutulmuş hallarda apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Konstitusiyanın 60-cı maddəsi müxtəlif məhkəmə instansiyalarına verilmiş şikayətlərə (müraciətlərə) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün prosessual məcəllələrdə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, məhkəmə icraatında prosessual qaydaları tənzim edir. Prosessual məcəllələr məhkəmə icraatının ümumi qaydalarını, habelə icraatın prinsip və şərtlərini müəyyən etməklə yanaşı, məhkəmələr tərəfindən icraatın aparılması, işin ədalətli həllinə yönəlmiş qaydalara riayət olunmaqla son nəticədə məhkəmə aktlarının qəbulunu, onlardan şikayət verilməsi və bu şikayətlərə baxılması qaydasını tənzimləyir. Prosessual qanunun normaları məhkəmə icraatının gedişatını, həmçinin prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü müəyyən edir. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda bu hüququn, müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli Qərarı) Məhkəmə qeyd edir ki, hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyrimüəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət edir. Eyni zamanda, yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir. İPM-də məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran amillər nəzərdə tutulmuşdur. Bu qəbil məhdudlaşdırıcı tədbirlərdən biri də iddianın məhkəmə tərəfindən mümkün sayılmasıdır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmçinin, nəzərə alınmalıdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər, habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulan digər şərtlər mütləq ödənilmiş olmalıdır. Beləliklə, inzibati prosessual qanunvericilik məhkəmələrdən tələb edir ki, onlar ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlasınlar. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Bunun əksinə olaraq, mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. Nəzərə alınmalıdır ki, hər hansı bir iddiaya mahiyyəti üzrə baxılması üçün iddiaçının iddia tələbinin təmin olunmasında hüquqi marağı olmalıdır. Hüquqi maraq şəxsin çatmağı arzuladığı məqsədin nədə ifadə edilməsini ehtiva edir. Məhkəmə qeyd edir ki, iddiaçının hüququ marağının mövcud olub-olmamasının müəyyən edilməsi iddianın mümkün olubolmamasının müəyyən edilməsi ilə birbaşa asılılıqdadır. Yəni, iddiaçının iddia qaldırmaqda hər hansı hüquqi marağı mövcuddursa, başqa sözlə qaldırılan iddia onun hüquq və mənafelərinin müdafiəsi ilə bağlı qaldırılmışdırsa iddia mahiyyəti üzrə qiymətləndirilməlidir. Prosessual qanunvericiliyin aşkar tələbindən də göründüyü kimi məhz qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut edilməli, inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırılmalı, konkret halda hüquqi müdafiəyə ehtiyacının olub müəyyən edilməlidir. İşin hazırkı faktiki hallarından isə göründüyü kimi iddiaçının məhkəmədən tələbi ehtimallarla bağlı olmuş, xəyali pozuntu ehtimalına əsaslanmaqla hazırkı tələblə müraciət edilmişdir. Göründüyü kimi, işin halları ilə iddiaçının hazırkı iddianı qaldırması üçün hər hansı bir əsası, yaxud onun hazırkı iddiaya hüquqi marağı müəyyən olunmur, məhkəmə hüquq müdafiəsinə isə zərurət mövcud deyildir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: ... 2.1. Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. ... Maddə 3.1. Mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. .. Maddə 15. Yaşayış sahəsindən istifadə Yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Maddə 28.1. Mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır. Maddə 28.3. Mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Həmin qərarda qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmiri üçün ağlabatan müddət müəyyən olunmalıdır. Bu təmir qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən və onun hesabına həyata keçirilir. Maddə 28.4. Qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçiləri bu Məcəllənin 28.3-cü maddəsində nəzərdə tutulan məhkəmə qərarını müəyyən edilmiş müddətdə icra etmədikdə və ya ümumiyyətlə dərhal tələb olunan təmirdən imtina etdikdə, qəza vəziyyətində olan mənzil (yaşayış binası) məhkəmənin qərarı ilə açıq hərracda tələb olunan təmiri həyata keçirməyə razılıq verən şəxsə satılmalıdır. Həmin məhkəmə qərarında, həmçinin məhkəmə tərəfindən müstəqil qiymətləndiricinin təklifləri nəzərə alınmaqla mənzilin (yaşayış binasının) açıq hərraca çıxarılacaq qiyməti müəyyən olunur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: ... Maddə 4.1. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin qorunmasından ibarətdir. Maddə 4.2. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri aşağıdakılardır: 4.2.1. Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi; 4.2.2. Azərbaycan Respublikası ərazisində insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin yaradılması baxımından fərqlərin azaldılması və tədricən aradan qaldırılması; ... Maddə 7.0. Azərbaycan Respublikasında şəhərsalma və tikinti fəaliyyəti aşağıdakı prinsiplər əsasında həyata keçirilir: 7.0.1. sağlam və təhlükəsiz yaşayış, iş və istirahət şəraiti ilə bağlı sosial minimumların təmin edilməsi; 7.0.2. təhlükəsizliyin təmin edilməsi. 17.1. Bu Məcəllənin ərazi planlaşdırılmasına dair müddəaları Azərbaycan Respublikasının bütün ərazisinin, o cümlədən ərazi hissələrinin (regionların, inzibati ərazi vahidlərinin), şəhərlərin və başqa yaşayış məntəqələrinin ərazilərinin planlaşdırılması, həmin ərazilərdəki torpaqların tikinti və ya digər məqsədlər üçün istifadəsi ilə bağlı münasibətləri tənzimləyir. 17.2. Ərazi planlaşdırılması dövlət ehtiyacları və ya şəhərsalmanın məqsədləri baxımından həyata keçirilir. 17.3. Ərazi planlaşdırılması şəhərsalmanın nizamlı inkişafını və torpaqların sosial baxımdan ədalətli istifadəsini təmin etməli, ictimaiyyətin rifahına uyğun olmalı, insan üçün əlverişli və sağlam ətraf mühitin təşəkkül tapmasına, həyat üçün zəruri təbii əsasların qorunmasına və inkişaf etdirilməsinə xidmət etməlidir. Məhkəmə istinad olunmuş qanunvericiliyin müddəalarına əsasən qeyd edir ki, mülkiyyət hüququna müdaxilənin mümkünlüyünü nəzərdə tutan aktlarda xüsusi mülkiyyətin sosial öhdəliklərə səbəb olması, sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə, cəmiyyətin maraqları naminə, qanunla nəzərdə tutulmuş şərtlər çərçivəsində məhdudlaşdırılması, şəxsin bu hüquqdan məhkəmə qərarı ilə məhrum edilməsinin mümkünlüyü açıqca təsbit olunmuşdur. O cümlədən, qəza vəziyyətində olan və bərpası mümkün olmayan binaların yerində yeniləri inşa edilməklə, mülkiyyət hüququnun kompensasiyası mümkündür. Bununla yanaşı, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən binaların sökülərək yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi kimi tədbirlər, orada yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması kimi qanuni məqsədlər daşımalıdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 4.3-cü maddəsində şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin müvafiq icra hakimiyyəti orqanları, yəni səlahiyyətlərini əsasnamələrinə uyğun olaraq Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilməsi müəyyən olunmuşdur. Həmçinin, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 648 nömrəli, xx.xx.2012-ci il tarixli Fərmanının 3.11.1-ci və 3.11.2-ci bəndlərində qeyd edilmişdir ki, müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edir. “Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü, 19-cu və 22-ci maddələrinə əsasən, şəhərsalma fəaliyyətində dövlətin, ictimaiyyətin və fərdin maraqlarının uzlaşdırılmasını təmin edir, təbii və texnogen xarakterli fövqəladə halların təsirinə məruz qalmış ərazilərdə və yaşayış məntəqələrində əhalinin həyat və fəaliyyət şəraitinin monitorinqini aparır və onun nəticələrinin Dövlət şəhərsalma kadastrına daxil edilməsini təmin edir, təsdiq olunmuş şəhərsalma sənədlərinə və şəhərsalma norma və qaydalarına uyğun olaraq şəhərsalma fəaliyyətinə nəzarəti həyata keçirir. Göründüyü kimi, köhnə binaların sökülüb yerinə yeni binaların tikilməsinə müvafiq icra hakimiyyət orqanları nəzarət edir. "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 31 may 2020-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki: - Nazirlər Kabinetinin Qərarı “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Piraliahı, Xəzər rayonlarının ərazisində abadlıq- quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Bu Qərar qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır. - Göründüyü kimi, Mənzil Məcəlləsinin qeyd edilən maddələri məhz qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən yenidən qurulmasının və (və ya) yenidən planlaşdırılmasının əsaslarını və qaydalarını tənzimləyir. Həmin maddələr Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq həyata keçirilən və əsas məqsədlərindən biri insanların həyatına, sağlamlığına, əmlakına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınması olan şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin reallaşdırılması və qəzalı mənzil fondunun yenidən qurulması prosesində tətbiq ediləcək norma kimi qəbul edilə bilməz. - Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyrimümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Bu baxımdan şəhərsalma və tikinti sahəsində dövlət siyasətinin əsas istiqamətləri üzrə fəaliyyətin, o cümlədən insanların sağlam və təhlükəsiz yaşayış şəraitinin təmin edilməsi və bu sahədə məskunlaşma sisteminin maneəsiz həyata keçirilməsi məqsədi ilə belə münasibətlərin iştirakçılarının hüquq və vəzifələrinin qanunverici tərəfindən dəqiq müəyyənləşdirilməsinə və normativ tənzimləmənin təkmilləşdirilməsinə zərurət vardır. Bununla əlaqədar, Konstitusiya Məhkəməsinin qeyd edilən qərarında Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin normalarına uyğun olaraq şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən olan ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi, insan üçün əlverişli və sağlam yaşayış mühitinin yaradılması məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydaların bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunmuş; Qeyd edilən qaydalar təkmilləşdirilənədək hüquq tətbiqedici tərəfindən bu kateqoriyadan olan mübahisələr üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hazırkı Qərarında əks olunmuş hüquqi mövqelər rəhbər tutulmalı olduğu bildirilmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının texniki vəziyyəti qeyri-qənaətbəxş olan, istismara yararsız və qüvvədə olan tikinti normalarının tələblərinə cavab verməyən binada yaşamaları gələcəkdə məhz onlar üçün arzuolunmaz nəticələrin meydana çıxmasına və ya bədbəxt hadisələrin baş verməsinə zəmin yaratmış olacaqdır. Məhkəmə hesab edir ki, konkret halda iddiaçı pozulmuş hesab etdiyi hüquqlarını (öz əmlak hüquqlarından sui-istifadə etməməklə) mənzilin əvəzinə bazar qiymətinə uyğun kompensasiya ödənilməsi (tələbi) ilə daha münasib və effektiv yolla bərpa etməsi mümkündür. Eyni zamanda işin faktiki hallarından müəyyən olunur ki, yerli icra hakimiyyəti tərəfindən müvafiq sərəncamın icrası ilə mülkiyyət hüququnun pozulması hallarına yol verilməmiş, ona mülkiyyətində olan əmlakın müqabilində ədalətli təkliflər edilmişdir. Belə olan halda Binəqədi Rayon İcra Hakimiyyəti üzərinə düşən öhdəlikləri icra etməsi və sakinlərə ədalətli mənzil sahələri və kompensasiya təklifləri onların öz mülkiyyətlərində olan yaşayış sahələrindən qanunsuz və əsassız olaraq çıxarılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı münasibətlər işığında hazırkı “mübahisə”nin nəticəsi fərdi hüquq və vəzifələrin müəyyən edilməsi baxımından həlledici deyil. Odur ki, iddia tələbi mümkün sayılmamalıdır. Bundan əlavə öz mövqeyini əsaslandırmaq üçün məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarına istinad etməyi məqsədə müvafiq hesab edir. Plenumun sözügedən qərarında qeyd edilmişdir ki, “Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, “Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. (2.3-cü bənd); Bundan əlavə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Lakin hazırkı mübahisəyə münasibətdə belə istisnanın nəzərdə tutulduğu müəyyən edilmir. Eyni zamanda məhkəmə qeyd edir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli qərarının 6.1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub - pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmamadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növlərindən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2-ci bənddə qeyd edilir ki, iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İPM: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 35.3. iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər Maddə.85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir.

NƏTİCƏVİ HİSSƏ

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “hərəkətlərin qanunsuz hesab edilməsi və hərəkətlərdən çəkinmə” barədə iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardaddan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar