Məhkəmə qərarları › İş №2-1(112)-7847/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7847/2021

16.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7847/2021 16.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Əsədova Türkanə Malik qızının katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, ixtisası-musiqi müəlliməsi, işləmir) cavabdehin nümayəndəsi X5 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, hüquq şöbəsində hüquq məsləhətçisi işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ünvan 1 ünvanında yerləşən evin iddiaçının mərhum həyat yoldaşı X6 məxsus olması barədə arayışı, həmçinin həmin evin üzərində hüquqların mərhumun adına dövlət qeydiyyata alınaraq, bu barədə çıxarışın və texniki sənədlərin verilməsi” tələbi barədə iddiası üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq ünvan 5vin iddiaçının mərhum həyat yoldaşı X6 məxsus olması barədə arayışın, həmçinin, həmin evin üzərində hüquqların mərhumun adına dövlət qeydiyyata alınaraq, bu barədə çıxarışın və texniki sənədlərin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehin 20.05.2021-ci il tarixli məktubuna əsasən iddiaçının ünvanladığı "mənzilin üzərində mülkiyyət hüquqların iddiaçının mərhum yoldaşı X3 məxsus olması barədə arayışın həmçinin onun adına dövlət qediyyatına alınaraq bu barədə çıxarışın və texniki sənədlərin verilməsinə dair" ərizələrinə imtina verilmişdir. İddiaçı aşağıdakılara əsasən həmin imtinanı qanunsuz, əsassız və ədalətsiz hesab edir. Belə ki, ünvan 5v iddiaçının mərhum həyat yoldaşı X6 X13 tərəfindən 14.12.1990-cı il tarixli Orderə əsasən verilmişdir. İddiaçının yoldaşı X7 24.11.2020-ci il tarixində vəfat etmişdir. X9 X1 22 noyabr 1990-cı il tarixli protokolundan çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Alatava 2, ev 2 B ünvanında yerləşən mənzilin X4 adına keçirilməsi qərara alınmışdır. X9 mənzil-məişət komissiyası ilə birgə iclasının qərarından çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Alatava 2, ev 2 B ünvanında yerləşən 1945-ci ildə tikilmiş 3 otaqlı mənzilin X6 şəxsi mülkiyyət kimi özəlləşdirilməsi qərara alınmışdır. Hazırda mənzilin üzərində hüquqların iddiaçının mərhum yoldaşının adına dövlət qeydiyyatına alınması zərurəti yaranmışdır. Layihə sənədlərinə əsasən evin ölçüləri dəqiq qeyd olunmuşdur. Buna baxmayaraq, cavabdeh mərhumun adına arayışın və digər sənədlərin verilməsindən imtina etmişdir. Cavabdeh imtinanı onunla əsaslandırmişdir ki, mənzilə dair əlavə edilmiş 14.12.1990-cı il tarixli orderdə mənzil sahəsi 39.8 kv.m olan 3 (üç) otaqlı kimi göstərilmişdir. İdarənin mütəxəssisləri tərəfindən mövcud daşınmaz əmlaka texniki baxış keçirilən zaman mənzilin sökülərək yerində ümumi sahəsi 196.5 kv.m olan 6 (altı) otaq yaşayış evinin tikildiyi müəyyən edilmişdir. Halbuki, bu həqiqətə uyğun olmamaqla qanuni və əsaslı hesab oluna bilməz. Əlavə olunmuş sənədlərdən aydın olur ki, heç bir söküntü işləri aparılmamışdır. Mərhum Bakı şəhəri, Yasamal rayonu, Alatava 2, ev 2 B ünvanında yerləşən 1945-ci ildə tikilmiş 3 otaqlı mənzilin X6 order əsasında işlədiyi yerdən verilməklə şəxsi mülkiyyət kimi özəlləşdirilməsi qərara alınmış mənzilin yaşayış sahəsi 39.8 kv metr qeyd olunmuş və sonradan köhnə evin üzərində ikinci mərtəbə inşa edildiyindən evin sahəsi böyümüşdür ki, bunun barəsində də müvafiq icra hakimiyyətinə məlumatlandırma icraatı aparılmışdır.İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Cаvаbdеhin məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzınında qeyd olunur ki, İddiaçı ünvan 2 ünvanında yerləşən evin mərhum həyat yoldaşı X6 məxsus olması barədə Arayışı, həmçinin həmin evin üzərində hüquqların mərhumun adına dövlət qeydiyyatına alınaraq, bu barədə çıxarışın və texniki sənədlərin verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. Mənzilə dair ərizəyə əlavə edilmiş 14.12.1990cı il tarixli orderdə mənzil sahəsi 39.8 kv.m olan 3 (üç) otaqlı kimi göstərilmişdir, idarənin mütəxəssisləri tərəfindən mövcud daşınmaz əmlaka texniki baxış keçirilən zaman mənzilin sökülərək yerində ümumi sahəsi 196.5 kv.m olan 6 (altı) otaqlı yaşayış evinin tikildiyi müəyyən edilmişdir. Fərdi yaşayış evinin və yerləşdiyi torpaq sahəsinin iddiaçının adına dövlət reyestrində qeydiyyata alınmasına dair Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanına uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlər toplusu təqdim olunmalıdir. Bu səbəbdən cavabdeh tərəfindən ərizənin icrası mümkün olmamış və iddiaçıya 20.05.2021-ci il tarixli, **********22 saylı cavab məktubu ünvanlanmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının inzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq cavabdeh iddia tələblərinin rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda İddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X8 etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək, iddiaçı və cavabdehin nümayəndəsini dinləyərək, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiа tələbi əsаssızdır. İş materiallarında olan: Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı 20.05.2021-ci il tarixli, **********22 nömrəli məktubuna əsasən bildirilmişdir ki, mənzilə dair ərizəyə əlavə edilmiş 14.12.1990-cı il tarixli orderdə mənzil sahəsi 39.8 kv.m olan 3 (üç) otaqlı kimi göstərilmişdir. İdarənin mütəxəssisləri tərəfindən mövcud daşınmaz əmlaka texniki baxış keçirilən zaman mənzilin sökülərək yerində ümumi sahəsi 196.5 kv.m elan 6 (altı) otaqlı yaşayış evinin tikildiyi müəyyən edilmişdir. Lakin qeyd olunan ünvanda inşa edilmiş daşınmaz əmlaka dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci məddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1 -ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1 ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığı məktuba əsasən, ünvan 5vin iddiaçının mərhum həyat yoldaşı X6 məxsus olması barədə arayışın, həmçinin, həmin evin üzərində hüquqların mərhumun adına dövlət qeydiyyata alınaraq, bu barədə çıxarışın və texniki sənədlərin verilməsini xahiş etmişdir. İddiaçı eyni zamanda iddiaçı "xxxx" MMC-nin ünvan 5vin İN/L-1155/2016 qeydiyyat nömrəli, lisenziya nömrəsi 088973, memarlıq planlaşdırma həllini, X13 tərəfindən X6 verilmiş 14.12.1990-cı il tarixli orderi, X9 18 dekabr 2000-ci il tarixli aktını, X9 həmkarlar təşkilatının mənzil-məişət komissiyası ilə birgə iclasın 3 nömrəli qərardan çıxarışını, X9 həmkarlar təşkilatının 22 dekabr 1990-cı il tarixli iclasının protokoldan çıxarışını, X4 AZ-İİ 121836 nömrəli, 27 noyabr 2020-ci il tarixli ölüm haqqında şəhadətnaməni, X7 ilə İddiaçı arasında bağlanmış 351499 nömrəli, 21 aprel 1993-cü il tarixli nigah haqqında şəhadətnaməni, X2 3 saylı Asan xidmət mərkəzinə verdiyi 16 dekabr 2021-ci il tarixli ərizəni iddia ərizəsinə əlavə etmişdir. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Alatava 2, ev 2B ünvanında yerləşən sahəsi 39,8 kv.m olan mənzil X9 14.12.1990-cı il tarixli orderi əsasında iddiaçının mərhum həyat yoldaşı X6 verilmişdir. İddiaçı sözügedən mənzilə dair hüququn mərhum həyat yoldaşının adına qeydiyyata alınaraq çıxarışın və texniki sənədlərin verilməsi ilə bağlı cavabdeh orqana müraciət etsə də cavabdeh orqan hüquqmüəyyənedici sənədlər toplusunun təqdim edilmədiyini əsas gətirərək iddiaçının ərizəsinə imtina vermiş, iddiaçı da öz növbəsində hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddiasını aşağıda göstərilənlərə görə əsassız hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla müəyyən edilmiş qaydada inzibati orqan olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həyata keçirilir. Daşınmaz əmlaka mülkiyyət hüququ və onunla bağlı digər hüquqların dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1 və 2.2-ci maddələrinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Mülki Məcəllə ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci bəndinə əsasən daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. Həmin Qanunun 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; (139- 1.1.9.1) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: (139-1.1.10) Tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; (139-1.1.10.1) Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;( 139-1.1.11.) Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Həmin Məcəllənin 234-cü maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququna daşınmaz əmlakın və ya tikinti hüququnun məhvi ilə və daşınmaz əmlakın dövlət reyestrində qeydlə xitam verilir. Əgər bina onun dəyərinin yarısından çox ölçüdə dağılmışdırsa və mülkiyyətçi özü üçün, demək olar, dözülməz yüklülüklər olmadan binanın bərpasına qadir deyildirsə, yaşayış binasının tərkib hissəsinin istənilən mülkiyyətçisindən mülkiyyət hüququna xitam verilməsi tələb edilə bilər, lakin yaşayış binasının tərkib hissələrinin mülkiyyətçiləri ümumi mülkiyyətə sahibliyi davam etdirmək niyyətindədirlərsə, qalan mülkiyyətçilərə peşman haqqı ödəmək yolu ilə hüquqa xitam verilməsinin qarşısını ala bilərlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 4.0.6-cı maddəsinə əsasən dövlət orqanları və bələdiyyələr öz səlahiyyətləri daxilində mənzil hüquqlarının həyata keçirilməsi üçün şərait yaradır və bu məqsədlə mənzil tikintisi həyata keçirilərkən qanunvericiliklə müəyyənləşdirilmiş tələblərin yerinə yetirilməsinə nəzarəti təmin edir. Həmin Məcəllənin 10.0.10-cu maddəsinə əsasən mənzil münasibətləri sahəsində yaşayış sahələrinin yenidən qurulması və yenidən planlaşdırılması şərtləri və qaydasını müəyyən etmək və belə yenidən qurulma və yenidən planlaşdırılmanı razılaşdırmaq dövlətin vəzifələrinə aiddir. Həmin Məcəllənin 24.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması üçün yaşayış sahəsinin mülkiyyətçisi və ya mülkiyyətçinin səlahiyyətli nümayəndəsi (bundan sonra bu fəsildə - ərizəçi) yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin yerləşdiyi yer üzrə razılaşdırmanı həyata keçirən orqana aşağıdakıları təqdim edir:24.2.1. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasına dair ərizə;24.2.2. yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinə dair hüquq müəyyənedici sənədlər (sənədlərin əsli və ya notariat qaydasında təsdiq olunmuş surətləri);24.2.3. yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin müəyyən edilmiş qaydada tərtib edilərək hazırlanmış yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi;24.2.4. yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin texniki pasportu;24.2.5. sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsindən istifadə edən kirayəçinin bütün ailə üzvlərinin (o cümlədən müvəqqəti başqa yerə getmiş ailə üzvlərinin) yazılı razılığı (ərizəçi qismində bu Məcəllənin 24.2-ci maddəsində nəzərdə tutulmuş sənədlərin təqdim edilməsinə kirayə verən tərəfindən səlahiyyət verilmiş yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin kirayəçisi çıxış etdikdə);24.2.6. yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsi və ya onun yerləşdiyi bina (ev) memarlıq, tarix və mədəniyyət abidəsi olduqda, həmin yaşayış sahəsinin yenidən qurulmasının və (və ya) yenidən planlaşdırılmasının aparılmasının mümkünlüyü barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi. Qeyd edilən normalardan müəyyən olunur ki, dövlət reyestrini həyata keçirən orqan tərəfindən daşınmaz əmlakla bağlı həmin əmlakın təsviri, həmin əmlakla bağlı dövlət qeydiyyatına alınmış hüquqlar eləcə də bu hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış hüquq sahibinə və ya hüquq sahibinin əmlakına vərəsəlik hüququ olan şəxsə həmin daşınmaz əmlakla bağlı hüquqmüəyyənedici sənəd əsasında verilir. Daşınmaz əmlak üzərində hüquq isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində sadalanmış hüquqmüəyyənedici sənədlər, eləcə də Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”ndakı sənədlər əsasında müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” təlimatın 7.2-ci bəndinə əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. Həmin təlimatın 7.1-ci bəndinə əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Kollegiyasının 07 dekabr 2012-ci il tarixli 08 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestrindən məlumatların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in 3.2.1-ci yarımbəndinə əsasən daşınmaz əmlak üzərində hüquq sahibi olmayan, daşınmaz əmlak üzərində hüquq sahibi tərəfindən vəkil edilməmiş şəxs və hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olmayan şəxs tərəfindən sorğu verildikdə və məhv olmuş daşınmaz əmlakın və onun üzərindəki hüquqların dövlət qeydiyyatı ləğv edildikdə xidmətin göstərilməsindən imtina edilir. Qeyd olunan normaların mövqeyindən çıxış edərək məhkəmə hesab edir ki, iddiaçı mərhum həyat yoldaşına order əsasında verilmiş mənzilin sökülməsi və yerində yeni ev inşa edilməsi ilə bağlı müvafiq orqanlardan icazə almamışdır. Belə ki, iddiaçının iddia ərizəsində və təqdim etdiyi sənədlərdə 14.12.1990-cı il tarixli order əsasında X6 verilmiş Bakı şəhəri, Yasamal rayonu, Alatava 2, ev 2 B ünvanında yerləşən mənzilin sahəsi 39.8 kv.m və 3 (üç) otaqdan ibarət olmuşdur. Hal hazırda həmin mənzil sökülərək yerində yeni ev inşa edildiyindən və order əsasında iddiaçının mərhum həyat yoldaşına verilmiş həmin mənzil faktiki olaraq mövcud olmadığından sözügedən mənzilə dair arayışın verilməsi mümkün deyildir. Eyni zamanda məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi sözügedən 39.8 kv metrdən ibarət mənzilin sökülmədən köhnə evin üzərində 150 kv.mdən artıq sahəsi olan ikinci mərtəbə inşa edildiyindən evin sahəsinin artması barədə dəlili inandırıcı deyil. Bundan başqa məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, inşa edilmiş evin altında olan torpaq sahəsinin iddiaçıya və ya onun mərhum həyat yoldaşına məxsus olmasına dair heç bir sənəd mövcud deyil. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ünvan 6 ünvanında yerləşən evin iddiaçının mərhum həyat yoldaşı X6 məxsus olması barədə arayışı, həmçinin həmin evin üzərində hüquqların mərhumun adına dövlət qeydiyyata alınaraq, bu barədə çıxarışın və texniki sənədlərin verilməsi barədə iddia tələbi rədd edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər; dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2-ci, 34-cü, 68 – 69cu, 85-ci, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ünvan 5vin iddiaçının mərhum həyat yoldaşı X6 məxsus olması barədə arayışı, həmçinin həmin evin üzərində hüquqların mərhumun adına dövlət qeydiyyata alınaraq, bu barədə çıxarışın və texniki sənədlərin verilməsi barədə iddia tələbi rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar