Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7847/2023 21.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxslər X8 və X6 işə cəlb edilməklə“fərdi yaşayış evinin eskiz layihəyə uyğun olaraq qanuni istifadəsindəki torpaq sahəsi ilə birlikdə vahid əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X26 Ağa qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X9, 3-cü şəxs X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxslər X8 və X7 işə cəlb edilməklə “fərdi yaşayış evinin eskiz layihəyə uyğun olaraq qanuni istifadəsindəki torpaq sahəsi ilə birlikdə vahid əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin eskiz layihədə göstərilən ölçülərə uyğun olaraq qanuni istifadədə olan torpaq sahəsi ilə birlikdə vahid əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi 1/3 hissədə X5, 2/3 hissədə isə mülkiyyət hüquqları üzrə ona məxsusdur. Fərdi yaşayış evi 1960-cı illərdən atası X20 məxsus olmuş və sonradan onun mülkiyyətinə keçmişdir. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aiddir. Tikilidə müəyyən artırma işləri aparılmış və faktiki dəyişiklilər fərdi yaşayış evinə dair tərtib edilmiş eskiz layihədə öz əksini tapmışdır. X1 aid hissəsi ilə balı sonuncunun notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi mövcuddur. O, **********627 saylı ərizə ilə tikilmiş yeni tikilinin və torpaq sahəsinin onun adına sənədləşdirilməsinə və torpaq sahəsinin paylı şəkildə özəlləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. Sözügedən məsələ ilə bağlı cavabdehə müraciət etməsinə baxmayaraq, cavabdeh tərəfindən torpaq sahəsinin Dövlət Neft Şirkətinin istifadəsinə ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşməsinə istinad edilməklə imtina edilmişdir. Bununla əlaqədar Dövlət Neft Şirkətinə müraciət edilsə də, sonuncu tərəfindən müraciətinə cavab olaraq bildirilmişdir ki, həmin torpaq sahəsi “X11” LTD Şirkətinin istifadəsnə verilmişdir, həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilər. Həmin ev 50 ildən artıqdır onun mülkiyyətində, əvvəllər isə atasının mülkiyyətində olduğu halda, “X12” Şirkətinin istifadəsində olması mümkün deyil. Əks halda, 12 il ərzində həmin Şirkət tərəfindən əraziə hər hansı bir işlər görülməli, yaxud ərazinin boşaldılması üçün tədbirlər görülməli idi. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır.
3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7847/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə X8 və X7 inzibati iş üzrə zəruri cəlb etmə qaydasında 3-cü şəxs qismində cəlb edilmişlər.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçının müraciətinin araşdırılması zamanı müəyyən olunmuşdur ki, elektron kadastr məlumatlarına əsasən fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasportun idarənin arxivində saxlanılan nüsxəsində qeyd olunan perimetrik ölçülər və konfiqurasiya ilə torpaq sahəsinin faktiki vəziyyəti arasında uyğunsuzluq mövcuddur. Eyni zamanda, İdarənin mütəxəssiləri tərəfindən keçirilən texniki baxış zamanı müəyyən olunmuşdur ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş fərdi yaşayış evnin daxilində rekonstruksiya işləri aparılaraq ümumi sahəsi 100 kv.m olan əlavə sahə inşa olunmuşdur. Həmçinin bildirilmişdir ki, iddiaçı tərəfində fərdi yaşayış evinin öz istifadəsində olan hissəsinə dair eskiz layihə təqdim edilmişdir. Bundna əalvə, notariat qaydasında təsdiq edilmiş xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən İddiaçı fərdi yaşayış evinə dair 2/3 hissədən bir hissəni X3 bağışlamışdır. Məlumat üçün bildirilmişdir ki, sözügedən fərdi yaşayış evi hal-hazırda 1/3 hissə (1 otaq, 20.34 kv.m) olmaqla X4, 2/3 hissədən “B” tikilisi olmaqla X2, 2/3 hissədən qalan hissə isə İddiaçı paylı mülkiyyətindədir.
6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, fərdi yaşayış evinin daxilində aparılmış rekonstruksiya işləri ilə əlaqədar məlumatlandırma icraatı qaydasında müvafiq icra hakimiyyəti orqanına müraciət edilmişdir.
7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, etirazda göstərilən dəlilləri qismən müdafiə edərək torpaq sahəsinin Dövlət Neft Şirkətinin ərazisinə düşməsi ilə bağlı dəlillərini müdafiə etməkdən imtina edirlər etirazın həmin hissədə araşdırılmamasını məhkəmədən xahiş edirlər.
8. Şifahi məhkəmə baxışı iclasında iştirak edən 3-cü şəxs S.Orucova məhkəməyə yazılı ərizə təqdim edərək, həmin yazılı ərizəyə uyğun izahat verərək bildirdi ki, bəhs edilən ünvanda yerləşən fərdi yaşayış evinin bir hissəsi bacısı İddiaçı tərəfindən ona bağışlanmışdır. Hal-hazırda həmin evin paylı mülkiyyətçisidir. İddia ərizəsinin təmin edilməsinə etiraz etmir və fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə vahid əmlak kimi daşınmaz əlmakın dövlət reyestrində qeydiyyata alınmasına razı olduğunu bildirir.
9. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər 3-cü şəxs X8 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə digər 3-cü şəxs X4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
10. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli **********50 nömrəli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” məktuba əsasən elektron kadastr baza məlumatına əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərdə yerləşdir. Bundan əlavə, fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasportun idarənin arxivində saxlanılan nüsxəsində qeyd olunan perimetrik ölüçlər və konfiqurasiya ilə faktiki vəziyyət arasında ciddi uyğunsuzluq mövcuddur.
11. SOCAR tərəfindən verilmiş 15 fevral 2023-cü il tarixli 14-2/2-M-1xx-xx/2023- 304 nömrəli məktuba əsasən, iddiaçının ərizəsinə baxılaraq bildirilmişdir ki, həmin koordinatlarda yerləşən torpaq sahəsi uzun illər ərzində neft-qaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsində olmuş və daha sonra, Azərbaycan Respublikasının 06 may 2011-ci il tarixli 105-İVQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən “X12” LTD Şirkətinin istifadəsinə verilmişdir ki, həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilər.
12. Bakı şəhərində Bələdiyyələşdirlməmiş Tikintilərin Reyestrindən 3 nömrəli 14/İ-1972 nömrəli 420 nömrəli çıxarışa əsasən İddiaçı və qeyriləri ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin paylı mülkiyyətçiləri olmuşlar.
13. İddiaçı və qeyrilərinin paylı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair evlər idarəsi üzrə texniki inventarizasiya komissiyası tərəfindən texniki pasport tərtib edilmişdir.
14. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsinə əsasən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X13 adına xx.xx.1996-cı il tarixdə qeydiyyat aparılmışdır.
15. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 2/3 hissədə, X8 isə 1/3 hissədə (1 otaq, 20.34 kv.m) paylı mülkiyyətçiləridir. İddiaçı mülkiyyət hüquqları xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə, X4 mülkiyyət hüquqları isə ********** qeydiyyat nömrəsi, xx.xx.2017-ci il qeydiyyat tarixi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir.
16. Notarial qaydada təsdiq edilmiş **********627 nömrəli ərizəyə əsasən X8 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı hissəsində layihə əsasında tikilmiş yeni tikililərin İddiaçı adına sənədləşməsinə və torpaq sahəsinin paylı şəkildə özəlləşməsinə etiraz etmir razıdır.
17. ünvan 2 ünvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin eskiz layihəsi məhkəməyə təqdim edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
18. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
19. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
20. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
21. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
22. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
23. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
24. Belə ki, məhkəmə cavabdehin imtina məktubunda əks olunan imtinanın əsasları ilə bağlı aparılmış məhkəmə araşdırması nəticəsində işin faktiki hallarına hüquqi qiymət verərək, aşağıdakıları qeyd edir:
25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. Həmin Qanunun 8.0-cı maddəsin əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; ...
26. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı-nın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd hesab olunur: ... 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); ...
27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
28. İşin hallarından göründüyü kimi, iddiaçı mübahisəli ünvanda yerləşən fərdi yaşayış evinin 1972-ci ildən paylı mülkiyyətçisidir. Həmin fərdi yaşayış evinə dair Evlər İdarəsi üzrəTexniki İnventarizasiya İdarəsi tərəfindən texniki pasport verilmişdir. Həmin texniki pasport cavabdeh inzibati orqanın arxivində mövcuddur. Hazırda həmin ev 1/3 hissədə (1 otaq, 20.34 kv.m) X4, 2/3 hissədə “B” tikilisi olmaqla X2 (iddiaçı fərdi yaşayış evinə dair 2/3 hissədən bir hissəni bağışlama müqaviləsinə əsasən X3 bağışlamışdır), 2/3 hissədən qalan hissə isə İddiaçı Əli qızının paylı mülkiyyətindədir.
29. İddiaçı ona məxsus hissədə fərdi yaşayış evi və onun altında yerləşən torpaq sahəsinin vahid əmlak şəklində adına qeydiyyata alınması üçün ilk öncə cavabdehə sonra isə məhkəməyə müraciət etmişdir.
30. Cavabdeh tərəfindən iddiaçının hüquqmüəyyənedici sənədlərinin olubolmaması mübahisələndirilməmişdir.
31. Beləliklə, mübahisə predmetinə dair hüquqmüəyyənedici sənədlər olan çıxarışlar və texniki pasportun mötəbər qiymətləndirilməməsi üçün hər hər hansı bir əsas müəyyən edilməmişdir.
32. Cavabdehin iddiaçıya məxsus fərdi yaşayış evinin və onun altında yerləşən torpaq sahəsinin vahid əmlak şəklində onun adına dövlət qeydiyyatına alınmasından imtinasının və məhkəməyə təqdim edilmiş etirazının əsası elektron kadastr baza məlumatlarına əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərdə yerləşməsi, bundan əlavə fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasportun idarənin arxivində saxlanılan nüsxəsində qeyd olunan perimetrik ölçülər və konfiqurasiya ilə faktiki vəziyyət arasında uyğunsuzluğun mövcud olması, texniki baxış zamanı daşınmaz əmalkın dövlət reyestrində qeydiyyatdan keçmiş fərdi yaşayış evinin daxilində rekonstruksiya işləri aparılaraq ümumi sahəsi 100 kv.m olan əlavə sahə inşa olunması təşkil etmişdir.
33. Məhkəmə cavabdehin imtinasında və etirazında göstərilən dəlillərlə bağlı qeyd edir ki, iddiaçının paylı mülkiyyətində olan sözügedən fərdi yaşayış evi və onun altında yerləşən torpaq sahəsi 1972-ci ildən idddiaçının faktiki sahibliyində və istifadəsindədir və onun hazırda Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanına əsasən sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ yaranmışdır. Həmin fərdi yaşayış evinin digər paylı mülkiyyətçiləri notarial qaydada razılıq ərizəsi təqdim edərək həmin fərdi yaşayış evi onun altında yerləşən torpaq sahəsinin paylı şəkildə vahid əmlak kimi iddiaçının adına qeydiyyata alınmasına etiraz etmirlər.
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında ifadə olunmuş, etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsi ilə bağlı hüquqi mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda qeyd edilmişdir ki, ... etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). ...Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilibedilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulubqoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir.
35. Göründüyü kimi, azı 1972-ci ildən iddiaçının mülkiyyətində olan torpaq sahəsi ayrıldığı vaxtdan belə Dövlət Neft Şirkətinə məxsus ərazidə olmuş olsa idi belə, həmin səhvin maraqlı şəxsin hesabına, indiki halda isə iddiaçının hesabına düzəldilməsi yolverilməzdir.
36. Həmçinin, məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, etirazda göstərilmiş torpaq sahəsinin Dövlət Neft Şirkətinin ərazisinə düşməsi ilə bağlı məsələni mübahisələndirmirlər.
37. Eləcə də, cavabdeh tərəfindən İdarənin arxivində saxlanılan texniki pasportla evin faktiki vəziyyəti arasında uyğunsuzluq olduğuna və evin daxilində aparılmış rekonstruksiya işləri nəticəsində əlavə sahənin yaranmasına istinad etsə də, iddiaçı fərdi yaşayış evinin daxildən aparılmış rekonstruksiya işləri ilə bağlı məlumatlandırma icraatı qaydasında müvafiq icra hakimiyyəti orqanına müraciət edərək, fərdi yaşayış evi ilə bağlı tərtib edilmiş eskiz layihəni cavabdehə təqdim edildiyindən, sözügedən hallar iddiaçının hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından əsassız imtinaya səbəb olmuşdur.
38. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün qanunvericiliyin tələbləri təmin edildiyindən, iddiaçının sözügedən fərdi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə ona məxsus hissədə vahid əmlak şəklində paylı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur.
39. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
40. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
41. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
42. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin paylı şəkildə eskiz layihədə göstərilən ölçülərə uyğun olaraq qanuni istifadədə olan torpaq sahəsi ilə birlikdə vahid əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva