Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7848/2022 02.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X14 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu Cavabdehnə qarşı qərarın ləğvinə dair iddiasına dair işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu Cavabdehnə qarşı Bakı şəhəri Binəqədi rayonu Cavabdeh 17 noyabr 2005-ci il tarixli, 1778/1 saylı sərəncamına əsasən ona fərdi yaşayış evi tikintisi üçün ayrılmış 0.09 ha torpaq sahəsinə dair sərəncamın ləğv edilməsi barədə Binəqədi rayon Qəsəbə Bələdiyyəsinin 25 yanvar 2022-ci il tarixli 01 saylı qərarının qanunsuz olduğu üçün ləvğ edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayonu Cavabdeh 17 noyabr 2005-ci il tarixli 1778/1 saylı qərarına əsasən ona fərdi yaşayış evinin tikintisi üçün alğı-satqı qaydasında 900 kv.metr torpaq sahəsi ayrılmışdır. O, həmin torpaq sahəsinin pulunu Cavabdeh hesabına ödədikdən sonra onunla alğı-satqı müqaviləsi bağlanmış və torpağın ayrılmasına dair sahənin planı (cizgisi) tərtib edilərək ona verilmişdir. Bundan sonra, həmin torpaq sahəsini daş hasara alaraq müəyyən abadlıq işləri görmüş və girişçıxış qapısı qoymuşdur. Qeyd edir ki, torpaq sahəsində tikinti-abadlıq işləri apararkən heç kəs ona bir söz deməmiş və o da, öz işlərini görmüşdür. Lakin, 2021-ci ilin may ayında vətəndaş X10 ona və Cavabdehnə qarşı “özbaşına tikilinin sökülməsi, torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin təhvil verilməsi tələbi"nə dair Binəqədi Rayon Məhkəməsində iddia qaldırmışdır. Binəqədi Rayon Məhkəməsi tərəfindən müvafiq araşdırma aparıldıqdan sonra 04 noyabr 2021-ci il tarixli, e-2(001)-4535/2021 saylı qətnamə ilə onun iddiası rədd edilmişdir. Bundan narazı qalan X10 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermiş və onun apellyasiya şikayəti 26 yanvar 2022-ci il tarixli 2(103)- 1152/2022 saylı qətnamə ilə təmin edilməmiş və Binəqədi Rayon Məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. Onun qanuni istifadəsində olan torpaq sahəsini bir qrup “maklerlər” ələ keçirmək istəyirlər və bu şəxslərə də, Cavabdeh müəyyən vəzifəli şəxsləri havadarlıq edirlər. Belə ki, Cavabdeh sədrinin səlahiyyətlərini icra edən Rəşad İsayevin və həmin bələdiyyənin hüquqşünası Natiq Kazımovun birgə imzaladıqları və Binəqədi rayon Məhkəməsinə ünvanladıqları 09 iyul 2021-ci il tarixli 01-13/M-347 saylı məktubdan görünür ki, bu şəxslər özlərinin verdikləri qanuni sənədləri “hansısa maraqlar” səbəbilə şübhə altına almağa çalışırlar. Məktubda qeyd edilir ki, Cavabdeh arxivində 1778/1 saylı sərəncam aşkar olunmuş, lakin alğı-satqı müqaviləsi bağlanmadığı üçün sərəncam yarımçıq saxlanılmış və guya ona torpaq sahəsi ayrılmamışdır. O, torpaq sahəsinin ayrılması barədə Cavabdeh 17 noyabr 2005-ci il tarixli 1778/1 saylı qərarını, torpaqların alqı-satqısına dair Aktı, torpağın dəyərinin ödənilməsi barədə pulun qəbzini, torpağın planını (cizgisini), 06 sentyabr 2019-cu il tarixli 876 saylı Cavabdeh arayışını və torpaq vergisinin ödənilməsi barədə qəbzin surətini Binəqədi rayon məhkəməsinə təqdim etmişdir. Onu da qeyd edir ki, iş məhkəmədə araşdırılan zaman Cavabdeh sədrinin səlahiyyətlərini müvəqqəti icra edən Rəşad İsayev öz səlahiyyətlərini aşaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X11nin 11 yanvar 2022-ci il tarixli 09/M-2578 saylı Cavabdehnə ünvanladığı qanunsuz tövsiyə məktubunu araşdırmaq adı altında ona ayrılmış torpaq sahəsinə dair Cavabdeh 17 noyabr 2005-ci il tarixli 1778/1 saylı sərəncamını 25 yanvar 2022-ci il tarixli 01 saylı qərarı ilə ləğv etmişdir. Diqqətə çatdırır ki, bələdiyyə tərəfindən sözügedən qərar qəbul edilərkən heç bir əsaslı araşdırma aparılmamış, sadəcə özlərinin formal mülahizələrinə əsaslanmaqla belə bir qərar qəbul etmişlər. Əgər məktubda qaldırılan məsələ obyektiv aradırılsaydı, onda o, da dəvət olunmalı və onda olan sənədlərə münasibət bildirilməli idi. Bu hal qərarın özündən də, açıq aydın görünür. Belə ki, qəbul edilmiş qərarın nəticə hissəsində qeyd edilir ki, onun adına rəsmiləşdirilmiş 17 noyabr 2005-ci il tarixli 1778/1 saylı sərəncam “etibarsız edilərək ləğv” edilsin. Qərarda göstərilən bu ifadə bir daha sübut etməyə əsas verir ki, bələdiyyə işi dərindən araşdırmamış real olmayan əsaslar göstərməklə sərəncamın qanunsuzluğunu izah etməyə çalışmışdır. Hansı ki, Cavabdeh özü məhkəmədə cavabdeh olduğu və iş məhkəmədə araşdırıldığı halda belə qanunsuz qərar qəbul etmişdir. X11nin qeyd olunan hadisə ilə bağlı belə bir tövsiyə məktubu yazması və Binəqədi rayonu Cavabdeh 25 yanvar 2022-ci il tarixli 01 saylı qərarı inzibati hüququn təməl prinsiplərinə, həmçinin dövlət hakimiyyətinin məqsədlərinə və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun normalarına zidd olaraq verilmişdir. Belə ki, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 5.0.2-ci maddəsində göstərilmişdir ki, hüquqlarına və ya qanuni mənafelərinə bələdiyyə tərəfindən zərər vurulduğunu iddia edən fiziki və ya hüquqi şəxsin, yaxud dövlət orqanının (qurumunun) müraciəti inzibati nəzarət icraatının başlanması üçün əsasdır. Qeyd olunan Qanunun 7.1 -ci maddəsinin tələbinə görə, hüquqlarına və ya qanuni mənafelərinə bələdiyyə tərəfindən zərər vurulduğunu iddia edən fiziki və ya hüquqi şəxsin müraciəti ərizəçinin hüquqlarının və ya qanuni mənafelərinin pozulduğu, yaxud ona bu barədə məlum olduğu gündən 6 ay ərzində verilə bilər. Binəqədi Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli e-2(001)-4535/2021 saylı qətnaməsində və Bakı Apellyasiya Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli 2(103)-1152/2022 saylı qətnaməsində X4 həmin torpaq sahəsinə heç bir subyektiv hüququnun olmaması qət edilmişdir. Belə olan halda, X4 “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 5.0.2-ci maddəsində göstərilən hüquqlarının pozulması halı mövcud deyildir. Lakin, buna baxmayaraq Pərvanə Məmmədovanın əsassız müraciətinə X11 tərəfindən baxılmış, həmin qurum tərəfindən verilən qanunsuz tövsiyə məktubu əsasında onun faktiki istifadəsində olan torpaq sahəsinə dair Binəqədi rayon Cavabdeh 17 noyabr 2005-ci il tarixli 1778/1 saylı qərarı bələdiyyənin 25 yanvar 2022-ci il tarixli 01 saylı qərarı ilə ləğv etmişdir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 8.6-cı maddəsində göstərilmişdir ki, hər hansı bələdiyyə aktı və ya bələdiyyənin fəaliyyəti dövlət mənafelərinə və ya ictimai mənafelərə ziyan vura bilərsə, inzibati nəzarəti həyata keçirən orqan müvafiq bələdiyyəyə dərhal həmin aktın ləğv edilməsini (dəyişdirilməsini) və ya həmin fəaliyyətə xitam verilməsini təklif edir. Bu təklif 3 iş günü müddətində yerinə yetirilmədikdə, inzibati nəzarəti həyata keçirən orqan dərhal məhkəməyə müraciət edir və həmin iddianın təmin edilməsi ilə bağlı qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş edir. Göründüyü kimi, qeyd olunan maddədə açıq aydın göstərilmişdir ki, bələdiyyələrin fəaliyyətinə nəzarət edən qurum iki halda tövsiyələrini bələdiyyələrə təklif edə bilər. 1-ci halda bələdiyyə aktı və ya bələdiyyənin fəaliyyəti dövlət mənafelərinə, 2-ci halda isə ictimai mənafelərə ziyan vursun. Həmin maddənin təməl prinsipi ondan ibarətdir ki, inzibati hüquq vətəndaşla dövlət arasında olan münasibətləri tənzimləyir və həmin münasibətlərdə vətəndaş zəif mövqedə olduğundan hüquqların bərabərliyi, bir çox hallarda isə şəxslərin hüquq və azadlıqları üstün tutulur. Bu hüquq və azadlıqların pozulmasına qətiyyən yol verilmir. Konkret olaraq onun işində hər iki mövqedə vətəndaş hüquqları dayandığından X11nin verdiyi tövsiyə məktubu və bunun əsasında Cavabdeh tərəfindən qəbul edilən akt heç bir hüquqla qorunan mənafedən çıxış etmir. Başqa sözlə deyilsə, ortada nə dövlət marağı, nə də hər hansı ictimai maraq vardır. X11nin və Cavabdeh bir vətəndaşın hüquqlarını qanunsuz “bərpa etmək” naminə digərinin qanuni hüquqlarını pozmaq səlahiyyətinin olması heç bir mövcud və qüvvədə olan qanunvericilik aktlarında yer almamışdır. Binəqədi rayonu Cavabdeh 17 noyabr 2005-ci il tarixli 1778/1 saylı qərarına əsasən mənə fərdi yaşayış evi tikintisi üçün ayrılmış 0,09 ha torpaq sahəsinə dair sərəncamın ləğv edilməsi barədə Binəqədi rayon qəsəbə bələdiyyəsinin 25 yanvar 2022-ci il tarixli 01 saylı qərarı Azərbaycan Respublikasının Konsitutsiyasına, həmçinin mövcud inzibati qanunvericiliyin normalarına zidd olduğundan qanunsuz hesab edilməli və bələdiyyənin həmin qərarı ləğv edilməlidir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilməsinə baxmayaraq, sərəncama hər hansı bir münasibət təqdim edilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iş üzrə qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Binəqədi rayonu Cavabdeh 1178/1 nömrəli, 17 noyabr 2005-ci il tarixli “Vətəndaş İddiaçı torpaq sahəsinin alğı-satqı qaydasında ayrılması haqqında” sərəncamından görünür ki, Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində Binəqədi qəsəbə ərazisindən 900 kv.m boş torpaq sahəsi fərdi yaşayış evinin tikinti üçün vətəndaş İddiaçı alğı-satqı qaydasında mülkiyyətinə ayrılmışdır. İşdə olan “Torpaqların alğı-satqısına dair” aktın surətindən görünür ki, Cavabdeh ərazisində 900 kv.m torpaq sahəsinin satlması barədə 2005-ci il 17 noyabr tarixli, 1778/1 nömrəli qərara əsasən İddiaçı ilə Cavabdeh arasında torpaqların alğı-satqısına dair akt tərtib edilmişdir. Aktın surəti bələdiyyənin möhürü ilə təsdiq edilmişdir. İşdə olan AİT seriyalı, 678576 nömrəli qəbzin surətndən görünür ki, İddiaçı tərəfindən torpağın dəyəri olan üç milyon iki yüz min manat pul məbləği ödənilmişdir. Buna dair Cavabdeh tərəfindən qəbz verilmişdir. İşdə olan torpaq sahəsinin planından görünür ki, Binəqədi rayonu Cavabdeh tərəfindən İddiaçı olun təklif olunan 900 kv.m torpaq sahəsinin planı Cavabdeh mütəxəssisi tərəfindən tərtib edilərək bələdiyyə tərəfindən təsdiq edilmişdir. İşdə olan Bakı şəhəri Binəqədi rayonu Cavabdeh tərəfindən verilmiş 876 nömrəli, 06 sentyabr 2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən də, Cavabdeh 1778/1 saylı, 17 dekabr 2005-ci il tarixli sərəncamı ilə onun adına 900 kv.m torpaq sahəsi ayrılmışdır. Arayış Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim etmək üçün verilmişdir. İşdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4535/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X10 cavabdehlər Bakı şəhəri Binəqədi rayonu Cavabdehnə və İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ididaçı X5 məxsus Cavabdeh 4 müvafiq sərəncamı ilə hər biri ayrı-ayrılıqda 600 kv.m təşkil edən torpaq sahələrində aparılmış tikinti işlərinin cavabdeh İddiaçı hesabına sökülməsi və Cavabdeh 4 müvafiq sərəncamı ilə hər biri ayrı-ayrılıqda 600 kv.m təşkil edən torpaq sahələrinin cavabdeh Bakı şəhəri Binəqədi rayonu Cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin sözügedən qətnaməsinə əsasən X4 iddia tələbi əmin edilməmişdir. Məhkəmə hesab etmişdir ki, X6 hazırki iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. İşdə olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1152/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)- 4535/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən iddiaçı X4 vermiş olduğu apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4535/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X11 tərəfindən Binəqədi rayonu Cavabdehnə ünvanlanmış 09/M-2578 nömərli, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, vətəndaş X3 qəsəbə bələdiyyəsi tərəfindən mülkiyyətinə ayrılmılş torpaq sahəsi ilə bağlı İddiaçılə aralarında mübahisə yaranması və bələdiyyənin həmin şəxsə torpaq sahəsinin ayrılmasına dair sərəncamının qanunuyğunluğu barədə Ədliyyə Nazirliyinə ünvanlanmış müraciətinə baxılmışdır. Müəyyən edilmişdir ki, bələdiyyə tərəfindən qanunvericiliyin tələblərinə əməl olunmadan bələdiyyə iclasları keçirilmədən, müvafiq icra hakimiyyəti orqanlarından rəylər alınmadan, torpaq qanunvericiliyinə uyğun olaraq sənədləşmə işləri aparılmadan İddiaçı mülkiyyətinə 600 kv.m torpaq sahəsi ayrılması barədə xx.xx.2005-ci il tarixli sərəncam tərtib edilmişdir. Nəzərə çatdırılmışdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 143.1-ci maddəsinə əsasən bələdiyyə öz fəaliyyətini iclaslar, daimi və başqa komissiyalar vasitəsi ilə həyata keçirir. Konstitutsiyanın 144.6-cı maddəsinə əsasən bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermək kimi məsələlər bələdiyyə iclaslarında həll edilir. Konstitusiyanın 145.1-ci maddəsinə əsasən bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir. Qeyd olunur ki, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 11-ci bəndinə əsasən bələdiyyə torpaqlarından hər hansı bir hüquqda torpaq sahəsinin ayrılması üçün hüquqi və fiziki şəxslər ərizə ilə bələdiyyəyə müraciət edirlər. Əsasnamənin 17-ci bəndinə əsasən bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda müraciətdən çıxarışı torpaq sahəsinin planını hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikasının DT və XK-nın yerli qurumları) göndərir. Əsasnamənin 21-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planını təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənədlə birlikdə bələdiyyəyə göndərir. Əsasnamənin 22-ci bəndinə əsasən bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədə baxaraq torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə qərar qəbul edir. Eyni zamanda 2005-ci ildə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən torpaq sahələrinin bələdiyyələr tərəfindən alğı-satqısı zamanı “Torpaqların alğı-satqısına dair akt” tərtib olunur. Yuxarıda göstərilənlərə əsasən, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun 8.4-cü maddəsinə əsasən, təklif edilmişdir ki, təklif 5 iş günü müddətində bələdiyyə iclasında müzakirəyə çıxarılsın, Cavabdeh xx.xx.2005-ci il tarixli, 1778/1 saylı sərəncamı etibarsız hesab olunsun, təklifin bələdiyyənin iclasında müzakirəsi barədə qərarın bir nüsxəsi 5 iş günü müddətində X7 təqdim edilsin. İşdə olan Cavabdeh 01 nömrəli, 25 yanvar 2022-ci il tarixli “Cavabdeh vətəndaş İddiaçı Mehrəli oğlunun adına rəsmiləşdirilmiş 1778/1 saylı, xx.xx.2005-ci il tarixli sərəncamın ləğvi barədə” qərarın surətindən görünür ki, vətəndaş X10 Ədliyyə Nazirliyi X7 müraicət edərək, mülkiyyətində olan torpaq sahəsini zəbt etmiş İddiaçı Mehrəli oğlu 1778/1 saylı, xx.xx.2005-ci il tarixli sərəncam təqdim edərək torpaq sahəsinin ona məxsus olduğunu iddia etmişdir. X8 qeyd olunan sərəncamın natamam olduğunu əsas gətirərək təkrar araşdırılması əsaslı dəlillər aşkar olunarsa qeyd olunan sərəncamın etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsi tövsiyyə təklifini vermişdir. Bələdiyyə üzvlərinin müzakirəsinə çıxarılan X9 09/M-2578 saylı, xx.xx.2022-ci il tarixli tövsiyyəsi araşdırılaraq, eləcə də, Bələdiyyə üzvlərinin müzakirəsi protokolunun 01 saylı, xx.xx.2022-ci il tarixli çıxarışı rəhbər tutaraq, vətəndaş İddiaçı Mehrəli oğlunun adına rəsmiləşdirilmiş 1778/1 saylı, xx.xx.2005-ci il tarixli sərəncam etibarsız sayılaraq ləğv edilmiş, qərardan irəli gələn işlərin həlli aidiyyatı məsul şəxslərə tapşırılması, qərarın surətinin İddiaçı, X7 və Pərvanə Məmmədovaya göndərilməsi, qərarın icrasına nəzarətin ümumi şöbənin müdiri Afiq Qasımova həvalə edilməsi qərara alınmışdır. Məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Binəqədi rayonu Cavabdeh tərəfindən 01-13/01-187 nömrəli, 06 may 2022-ci il tarixli məktubla təqdim edilmiş, Cavabdeh 01 saylı, 25 yanvar 2022-ci il tarixli qərarına əsas olmuş sənədlərin surətindən görünür ki, sözügedən qərarın qəbul edilməsinə əsas kimi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin X9 xx.xx.2022-ci il tarixli təklif məktubu və Binəqədi Rayon Məhkəməsinin icraatında olmuş e- 2(001)-4535/2021 saylı iş üzrə bələdiyyə tərəfindən verilmiş iddia ərizəsinə münasibət göstərilmişdir. Məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Binəqədi rayonu Cavabdeh tərəfindən 01-13/M-362 nömrəli, 24 avqust 2022-ci il tarixli məktubla təqdim edilmiş məlumatdan görünür ki, məhkəmənin İddiaçı adına rəsmiləşdirilmiş Cavabdeh 1778/1 saylı, 17 noyabr 2005-ci il tarixli sərəncamının təqdim edilməsi barədə sorğusuna cavab olaraq bildirmişdir ki, vətəndaş İddiaçı adına rəsmiləşdirilmiş natamam sənəd kimi qorunduğundan torpaq sahəsinin ayrılmasına əsas olmuş digər sənədlər arxiv materiallarında mövcud deyildir. Məhkəmə sorğusuna əsasən Bakı şəhəri Binəqədi rayonu Cavabdeh tərəfindən 01- 13/M-382 nömrəli, 05 sentyar 2022-ci il tarixli məktubla təqdim edilmiş Cavabdeh 17 yanvar 2022-ci il tarixi, 01 saylı protokolunun surətindən görünür ki, gündəlikdə duran 4-cü məsələ Ədliyyə Nazirliyi X11ndən daxil olmuş xx.xx.2022-ci il tarixli, M-2578 saylı Cavabdeh xx.xx.2005-ci il tarixli, 1778/1 saylı sərəncamının etibarsız hesab olunması təklifinin müzakirəsi olmuş, iclasın sədri Rəşad İsayev gündəlikdə duran İV məsələni iştirakçılarlın diqqətinə çatdırma üçün sözü iclas iştirakçısı Mətanət Nəsibovaya vermiş, Mətanət Nəsibova çıxış edərək, Ədliyyə Nazirliyi X11nin xx.xx.2022-ci il tarixli, 09/M-2578 saylı məktbunda verilmiş təklifin müzakirəsini xahiş etmiş, təklifdə qeyd olunan vətəndaş X1 İş Mərkəzinə müraciət edərək, onun mülkiyyətinə verilmiş torpaq sahəsinə iddiaçı qismində Cavabdehndə arxiv sənədləri olmayan vətəndaş İddiaçı zəbt etdiyini bildirmiş, təklifə əsasən araşdırması əsaslı dəlil olduğu sübut olunarsa, qeyd olunan 1778/1 saylı, xx.xx.2005-ci il tarixli sərəncamın etibarsız hesab edilməsi barədə qərar qəbul olunaraq X7 məlumat verilməsi tövsiyə olunmuşdur. İclasın sədri əlavə çıxışlar olmadığını nəzərə alıb, təklifi səsə qoymuş, iştirak edən 10 nəfər, lehinə səs verən 10 nəfər olmaqla, Ədliyyə Nazirliyi X11ndən daxil olmuş M-2578 saylı təklifi əsasında Cavabdeh xx.xx.2005-ci il tarixli, 1778/1 saylı sərəncamının etibarsız hesab olunması qərara alınmışdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Hazırki işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. Hazırkı iş üzrə iddiaçı cavabdehin 01 nömrəli, 25 yanvar 2022-ci il tarixli qərarının ləğv edilməsinə dair xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarında iddiaçının həmin qərarı hansı tarixdə alması ilə bağlı sübut olmasa da, həmin inzibati aktda şikayət vermə qaydası və müddəti qeyd edilmədiyindən, məhkəmə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 73-cü maddəsinin müddəalarına əsasən hesab edir ki, iddia mümkün sayılmalıdır. Belə ki, sözügedən maddədə göstərilmişdir ki: 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. 73.2. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Məhkəmə işdə iştirak edən şəxslərin mülahizələrini və dəlillərini dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq iddianın mahiyyətinə gəlincə qanunvericiliyin aşağıdakı normalarına istinad etməklə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxs; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 21-ci maddəsinin (İnzibati icraatda maraqlı şəxslərin iştirakı) müddəalarına əsasən: 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 21.3. İnzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; 21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. Həmin Qanunun 24-cü maddəsinin (İşin hallarının obyektiv araşdırılması) müddəalarına əsasən: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 53-cü maddəsinin (Kollegial inzibati orqanda inzibati icraat qaydası) müddəalarına əsasən: 53.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, kollegial inzibati orqanda icraat bu fəslin müddəaları nəzərə alınmaqla həyata keçirilir. 53.2. Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa qayda nəzərdə tutulmamışdırsa, kollegial orqana təqdim olunmuş ərizəyə dair qərar yalnız kollegial orqan tərəfindən qəbul edilir. 53.3. Bu Qanunun 53.2-ci maddəsində nəzərdə tutulmuş qayda, ərizənin həmin kollegial orqanın rəhbər vəzifəli şəxsi tərəfindən aidiyyəti üzrə müvafiq inzibati orqana göndərilməsi və ya ərizənin baxılmamış saxlanılması hallarına şamil olunmur. Həmin Qanunun 54-cü maddəsinə (Kollegial orqanın iclasının keçirilmə qaydası) əsasən: 54.1. Kollegial orqanın iclasını bu orqanın rəhbər vəzifəli şəxsi, o olmadıqda isə qanunvericiliyə müvafiq şəkildə iclasın sədri seçilmiş şəxs açır və bağlı elan edir. 54.2. İclasın sədri iclası cari gündəliyə müvafiq olaraq aparır. Həmin Qanunun 55-ci maddəsinə (Kvorum) əsasən: 55.1. Kollegial inzibati orqanın iclasına onun bütün üzvləri dəvət olunur. 55.2. Kollegial inzibati orqan onun üzvlərinin ən azı yarısı (üç nəfərdən az olmamaq şərtilə) iclasda iştirak etdiyi hallarda qərar qəbul etmək səlahiyyətinə malikdir. 55.3. Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa qayda nəzərdə tutulmamışdırsa, kollegial inzibati orqanın qərarı, iclasda iştirak edən üzvlərin yarısından çoxu həmin qərarın lehinə səs verdikdə qəbul edilmiş sayılır. Həmin Qanunun 56-cı maddəsinə (Kollegial inzibati orqanın iclasının protokolu) əsasən: 56.1. Kollegial inzibati orqanın iclası haqqında aşağıdakı məlumatları özündə əks etdirən protokol tərtib olunur: 56.1.1. kollegial inzibati orqanın adı barədə; 56.1.2. iclasın keçirildiyi vaxt və yer barədə; 56.1.3. iclasın sədri və üzvləri haqqında; 56.1.4. müzakirənin predmeti barədə; 56.1.5. qəbul edilmiş qərar barədə. 56.2. İclasın protokolu iclasın sədri və katibi tərəfindən imzalanır. Yuxarıda sadalanan qanunvericiliyin normalarının hazırki işin hallarına tətbiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi rayonu Cavabdeh 1778/1 saylı, 17 noyabr 2005-ci il tarixli qərarına əsasən Binəqədi rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən 900 kv.m boş torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün İddiaçı alğı-satqı qaydasında mülkiyyətinə ayrılmış, həmin qərara əsasən tərəflər arasında torpaqların alğı-satqısına dair akt qəbul edilmiş, torpaq sahəsinin yerləşmə sxemi cavabdeh tərəfindən təsdiq edilmiş, torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən ödənilmiş və bələdiyyə tərəfindən həmin məbləğin ödənilməsini təsdiq edən qəbz verilmişdir. X10 adlı şəxs tərəfindən ilk öncə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə cavabdehlər Bakı şəhəri Binəqədi rayonu Cavabdehnə və İddiaçı qarşı iddia ərizəsi ilə müraciət edilərək, ona məxsus Cavabdeh 4 müvafiq sərəncamı ilə hər biri ayrı-ayrılıqda 600 kv.m təşkil edən torpaq sahələrində aparılmış tikinti işlərinin cavabdeh İddiaçı hesabına sökülməsi və Cavabdeh 4 müvafiq sərəncamı ilə hər biri ayrı-ayrılıqda 600 kv.m təşkil edən torpaq sahələrinin cavabdeh Bakı şəhəri Binəqədi rayonu Cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsi barədə iddia ərizəsi ilə müraciət edilmiş, məhkəmə tərəfindən X4 hazırki iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün olmadığından, e-2(001)-4535/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnamə ilə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1152/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə X4 apellyasiya şikayət təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4535/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Eyni zamanda P.Məmmədova xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X7 eyni məzmunlu müraciət etmiş, onun müraciəti X11 tərəfindən nəzərə alınaraq, Binəqədi rayonu Cavabdehnə xx.xx.2005-ci il tarixli, 1778/1 saylı qərarın etibarsız hesab edilməsi barədə təklif göndərilmişdir. Həmin təklifə əsasən Binəqədi rayonunun Cavabdeh 01 nömrəli, 17 yanvar 2022-ci il tarixli iclas protokolu ilə 10 nəfər iştirakçı, 10 nəfər lehinə səslə Ədliyyə Nazirliyi X11ndən daxil olmuş M-2578 saylı təklif əsasında Cavabdeh xx.xx.2005-ci il tarixli, 1778/1 saylı sərəncamının etibarsız hesab edilməsi qərara alınmış və bununla bağlı Bələdiyyə tərəfindən 25 yanvar 2022-ci il tarixli 01 nömrəli qərar qəbul edilmişdir. Lakin, işin hallarından göründüyü kimi, cavabdeh orqan tərəfindən işin halları tam və hərtərəfli araşdırılmamış “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin (İnzibati icraatda maraqlı şəxslərin iştirakı) müddəalarına əməl edilməmiş, maraqlı şəxs kimi İddiaçı iştirakı təmin edilməmiş, inzibati icraatla bağlı məlumatlandırılmamış, onun mülahizələri dinlənilməmişdir. Bundan əlavə cavabdeh tərəfindən məhkəmənin sorğusuna əsasən təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, Binəqədi Rayon Məhkəməsinin icraatında olmuş iddiaçı X4 iddiası üzrə qəbul edilmiş məhkəmə qətnamələrindən cavabdehin məlumatı olmuş, hətta Binəqədi Rayon Məhkəməsində aparılmış icraat zamanı Bələdiyyə iddia ərizəsinə qarşı öz yazılı mülahizəsini təqdim etməsinə baxmayaraq, apardığı icraat zamanı sözügedən hallara qiymət verməmiş, sübutları tam həcmdə araşdırmamışdır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehin mübahisəli inzibati aktı yuxarıda qeyd edilən nüanslar nəzərə alınmadan, qanunvericiliyin normaları kobud surətdə pozularaq qəbul edildiyindən iddia tələbi əsaslı hesab edilməklə təmin edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin (qanunsuz inzibati aktın ləğv edilməsi) müddəalarına əsasən: 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, mübahisələndirilən qərar ləğv olunmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası 67.1-ci maddəsinə əsasən İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Cavabdehin “Bakı şəhəri Binəqədi rayonu Cavabdeh vətəndaş İddiaçı Mehrəli oğlunun adına rəsmiləşdirilmiş 1778/1 saylı, xx.xx.2005-ci il tarixli sərəncamın ləğvi barədə” 01 nömrəli, 25 yanvar 2022-ci il tarixli qərarı ləğv edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-7848/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7848/2022
02.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver