Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-785/2021 01.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası X3 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası X3 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “xxxx” məhdud məsuliyyətli cəmiyyəti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə reyestrdən çıxarışın ləğv edilməsi tələbinə dair inzibati işin materiallarına məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası X3 Komitəsinə qarşı “xxxx” məhdud məsuliyyətli cəmiyyəti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə reyestrdən çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası X3 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesri Xidməti tərəfindən “xxxx” məhdud məsuliyyətli cəmiyyətinin çoxmərtəbəli yaşayış binasının 105206,9 kv.m sahəsinin “xxxx” MMC-nin mülkiyyətinə keçirilməsi barədə xx.xx.2018-ci il tarixdə verilmiş ******* saylı çıxarışın (yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan, binada 1-dən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər, o cümlədən, mühəndis qurğuları olan zirzəmilər, binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, həmçinin binaya xidmət göstərən elektrik, sanitar-texniki və digər avadanlıq olan hissənin mülkiyyətə keçirilməsi hissəsində) ləğv edilməklə, dəyişdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxxx 2012-ci il tarixdə onunla “xxxx” məhdud məsuliyyətli cəmiyyəti arasında ünvan 1 ünvanda yerləşən yaşayış binasında E 1 bloku, 14-cü mərtəbə, ümmumi sahəsi 152,14 kv.m olan 31 №-li ünvanındakı mənzilin alqı-satqısına dair müqavilə bağlanmışdır. Bağlanmış alqı-satqı müqaviləsinə əsasən, müqavilənin predmeti olan mənzil dəyəri 168.000 manat, ümumi satış sahəsi isə 152.14 kv.m olmaqla 3 otaqdan ibarətdir. “xxxx” MMC-nin ünvan 1 ünvanda yerləşən yaşayış binasında E 1 bloku, 14-cü mərtəbə, ümumi sahəsi 152,14 kv.m.olan 31 №li mənzilin dəyəri onun tərəfindən tam ödənilmiş, xx xxxxxxxx 2016-cı il tarixdə 626 saylı maliyyə arayışı verilmişdir. xx xxxxxx 2016-cı il tarixdən isə həmin mənzilə köçüb yaşamağa başlamışdır. Azərbaycan Respublikası X3 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş ******* saylı çıxarışla “xxxx” MMC çox mərtəbəli yaşayış binasının 105206.9 kv.m sahəsini öz mülkiyyətinə keçirmişdir. Onunla “xxxx” MMC arasında xx xxxx 2019-cu il tarixdə bağlanmış ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 1-ci bəndində qeyd olunmuşdur ki, satıcı "xxxx" MMC, tam mülkiyyət üzrə ona məxsus Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 194,196,198,200,202, Şəfaət Mehdiyev küçəsi, 129,133 ünvanında yerləşən "A3" tikilisi, 14-cü mərtəbə, ümumi sahəsi 148.6 kv/m olan 3 otaqlı 31 nömrəli mənzili alıcı İddiaçı mülkiyyətinə verir. Qalan hissə mülkiyyətçinin öz mülkiyyətində qalır. “xxxx” MMC tərəfdən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan, binada 1-dən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər, o cümlədən, mühəndis qurğuları olan zirzəmilər, binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, həmçinin binaya xidmət göstərən elektrik, saııitar-texniki və digər avadanlıq olan qaraj adlandırılan hissə də özəlləşdirilmiş və mülkiyyətinə keçirilmişdir.Hazırda məlum olmuşdur ki, çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin mühəndis qurğuları olan zirzəmi hissəsində qaraj kimi istifadə olunan ərazi satışa çıxarılmışdır və bu haqda elanlar da yerləşdirilmişdir. Qarajların satışa çıxarılması bina sakinlərinin hüquqlarını pozur. Məhkəmənin xx xxxx 2020-ci il tarixli qərardadı ilə əsl olmayan cavabdeh Azərbaycan Respublikası X3 Komitəsi əsl cavabdeh Azərbaycan Respublikası X3 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası X3 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddia ərizəsinə dair etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edlmiş “xxxx” məhdud məsuliyyətli cəmiyyəti nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası X3 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X2 iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ərizənin təmin edilməsinə etirazı olmadığını bildirdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməklə iddia geri götürülmüş sayılmalı və inzibati iş üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5, 80, 81.1, 85.1-cı maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası X3 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “xxxx” məhdud məsuliyyətli cəmiyyəti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə reyestrdən çıxarışın ləğv edilməsi tələbi barədə iş üzrə iddia geri götürülmüş sayılsın və inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-785/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-785/2021
01.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver