Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7852/2021 05.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra edilməməsinə görə cavabdehə cərimə tətbiq edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası adından qəbul edilmiş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş 2-1(82)-1397/2018 saylı qərarını qanunsuz olaraq icra etmədiyinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq 50000 (əlli min) manat cərimə tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06 mart 2018-ci il tarixli 2-1(82)-1397/2018 saylı qərarı ilə İddiaçı 14.04.2009-cu ildən 52 yaşı tamam olduğu tarixdən həmin tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun şərtləri əsasında 2004-2005ci illərin orta aylıq əmək haqqı əsas götürülərək 1 nömrəli siyahı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibti-İqtisadi Kollegiyasının 30 may 2018-ci il tarixli 2-1(103)- 1164/2018 saylı qərarı ilə cavabdeh DSMF-nin Xəzər rayon Şöbəsinin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06 mart 2018-ci il tarixli 2- 1(82)-1397/2018 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 30 may 2018-ci il tarixli 2-1(103)-1164/2018 saylı qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14 noyabr 2018-ci il tarixli 2-1(102)-1893/2018 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 30 may 2018-ci il tarixli 2-1(103)-1164/2018 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bundan sonra 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06 mart 2018-ci il tarixli 2-1(82)- 1397/2018 saylı qərarı icra edilməsi üçün ƏƏSMN yanında DSMF-nun Xəzər rayon Şöbəsinə göndərilmiş və qərar icra edilərək ona əmək pensiyası təyin edilmişdir. Pensiya məbləği 1482,84 manat olmuşdur. Əmək pensiyasını o, 2020-ci ilin fevral ayına qədər almışdır. Bundan sonra ona verilən əmək pensiyası qanunsuz şəkildə dayandırılmışdır. Hazırki qanunvericiliyə görə güzəştli şərtlərlə əmək pensiyası alan şəxslərə cavabdeh baxır və aidiyyəti üzrə təyinat aparır. Bu barədə aidiyyəti üzrə qərarı qəbul etmiş Bakı İnzibati Məhkəməsinə vəsatət təqdim edərək Azərbaycan Respublikası adından qəbul edilmiş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş 2-1(82)- 1397/2018 saylı qərarını qanunsuz olaraq icra etmədiyinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin 120.3-cü maddəsinə uyğun olaraq cərimə tətbiq edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. 13.01.2021-ci il tarixli, 01.02.2021-ci il tarixli məktublarla ona bildirilmişdir ki, cavabdehin hərəkətlərindən inzibati qaydada iddia ərizəsi ilə müraciət etmək hüququ vardır. Cavabdehə 22.09.2020-ci il tarixində verilmiş Bakı İnzibati Məhkəməsinin təkrar icra vərəqi, 22.10.2020-ci il tarixli Binəqədi rayon İcra Şöbəsinin icraata başlama haqqında qərarının olmasına baxmayaraq, cavabdeh qanunsuz olaraq məhkəmə qərarlarını icra etmir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası adından qəbul edilmiş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş 2-1(82)- 1397/2018 saylı qərarını qanunsuz olaraq icra etmədiyinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq 50000 (əlli min) manat cərimə tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 izahatında bildirdi ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin İddiaçı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinə dair 06.03.2018-ci il tarixli 2-1(82)-1397/2018 nömrəli qərarının ləğv edilib, yeni açılmış hallarla bağlı iş üzrə icraatın təzələnməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edilmişdir. Pensiya işində olan sənədlərə mövcud olan məlumatlara əsasən məlum olmuşdur ki, 2017-ci ilin sentyabr ayınadək ünvan 1 ünvanında qeydiyyatda olmuş, 2017-ci ilin sentyabr ayının 28-dən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X5 ünvanına qeydiyyata alınmış və 2020-ci ilin sentyabr ayının 2dən isə əvvəlki - ünvan 1 ünvanında qeydiyyata alınmış xx.xx.1957-ci il təvəllüdlü İddiaçı adından yazıldığı ehtimal olunan imzası olmayan 23.06.2017-ci il tarixli ərizəsi ünvan aidiyyəti üzrə Fondun Bakı şəhəri Xəzər rayon şöbəsinə ünvanlanmış, Fondun Xəzər rayon şöbəsində daxilolma ştampı vurulmayan ərizədə "yaşa görə əmək pensiyası təyin edəsiniz” xahiş edilmişdir. Lakin vətəndaşın ərizəsində güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi göstərilməməsinə baxmayaraq, şöbənin vətəndaşa ünvanlanmış 29.09.2017-ci il tarixli 11/03-800 №-li cavab məktubunda 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı barədə məlumat verilmişdir. Həmin məktubu əsas göstərməklə vətəndaş iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Pensiya işində olan məhkəmə qərarlarına əsasən F.X6 rayon şöbəsinə qarşı qaldırdığı iddiaya baxılaraq 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06.03.2018-ci il tarixli (İş № 2-1(82)-1397/2018) qəbul etdiyi qərarla - “İddia tələbi təmin edilsin. İddiaçı 14.04.2009-cu ildən, yəni 52 yaşı tamam olan tarixdən həmin tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun şərtləri əsasında, yəni 2004-2005-ci illərin orta aylıq əməkhaqqı əsas götürülərək 1 nömrəli siyahı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsinin üzərinə qoyulsun” - vətəndaşın iddiası təmin edilmişdir. Şöbə tərəfindən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin İddiaçı xeyrinə qəbul edilmiş 06.03.2018-ci il tarixli qərarına qarşı 28.03.2018-ci il tarixli 11/03-167 №-li məktubla apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 30.05.2018-ci il tarixli qərarı (İş № 2-1(103)-1164/2018) ilə şikayət təmin edilməmişdir. Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin qərarından 23.07.2018-ci il tarixli **********4 №-li məktubla kassasiya şikayəti verilmiş, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 14.11.2018-ci il tarixli qərarı ilə (İş № 2- 1(102)-1893/2018) şöbənin şikayəti təmin olunmamışdır. Məhkəmə qərarlarından göründüyü kimi, 01.10.1990-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün müraciət etdiyi 23.06.2017-ci il tarixədək “Azərdəniznefttikinti” trestinin 2 №li tikinti quraşdırma idarəsində ekskavatorçu, 28 May adına Neft-Qaz Çıxarma İdarəsində qaldırıcı traktor maşinisti, “Dənizdə Neft və Qaz Çıxartma” İstehsalat Birliyində borudüzən maşinisti və “Xəzərdənizneftqaztikinti” trestində müxtəlif dövrlərdə borudüzən maşinisti, dəmir-beton məmulatlarının maşinisti, kran maşinisti vəzifələrində işlədiyi müddət nəzərə alınmaqla İddiaçı güzəştli şərtlərlə pensiya təyinatı barədə qərar qəbul edilmişdir. Lakin hər 3 instansiya məhkəməsində vətəndaşın istinad edilən iş yerindən onun xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə işləməsini təsdiq edən müvafiq rəsmi sənədlərin, o cümlədən güzəştli arayışın alınması təmin və tələb edilməmiş, ağır və zərərli işlərdə işləməsi və peşəsi barədə zəruri tədqiqat işləri aparılmamış, onun dəniz şəraitində işlədiyi peşələrin xüsusilə zərərli və xüsusilə ağır olması barədə əsaslar olmadan iddia tələbi təmin edilmişdir. Habelə Ali Məhkəmənin qərarında qeyd olunanların birinci instansiyanın qərarının mətnində olduğu kimi təkrarlandığı müşahidə edilmişdir. Pensiya işinə tikilmiş və seriya nömrəsi İT-İ № ******* olan əmək kitabçasının surətinə əsasən İddiaçı 17.03.1975- 06.10.1975-cı il dövr ərzində “Bakıbaştikinti” trestinin 10 №-li Tikinti idarəsində suvaqçı, 28.01.1976-23.04.1976-cı il dövr ərzində X1 suvaqçı-rəngsaz, 20.06.1978-02.03.1981-ci il dövr ərzində Azərbaycan Dağ-Mədən Kombinatında ekskavator maşinisti, 02.04.1981- 01.10.1990-cı il dövr ərzində “Azərdəniznefttikinti” Trestinin Tikinti Mexanizasiya İdarəsində 5 və 6-cı dərəcəli ekskavator maşinisti, 01.10.1990-09.03.1995-ci il dövr ərzində "Azərdəniznefttikinti” Trestinin 2 №-li tikinti quraşdırma idarəsində 6-cı dərəcəli ekskavator maşinisti, 09.03.1995-22.10.1997-ci il tarixlərində “28 May” adına Neft-Qaz Çıxarma İdarəsində 5-ci dərəcəli qaldırıcı traktor maşinisti və 4-cü dərəcəli təmirçi-çilingər, 25.10.1997-30.04.2001-ci il ərzində “Xəzərdənizneftqazinşaat” X2 Dəstəsində 6-cı dərəcəli borudüzən maşinist, 01.05.2001-13.09.2006-cı il ərzində “Xəzərdənizneftqaztikinti” Trestinin Tikinti Mexanikləşdirmə Filialında və 4 №-li İxtisaslaşdırılmış Tikinti Quraşdırma Filialında 6-cı dərəcəli borudüzən maşinist və 4-cü dərəcəli dəmir-beton məmulatların quraşdırıcısı, 19.09.2006-01.05.2007-ci il ərzində "Azərdənizneftqazinşaat” 3 №-li İxtisaslaşdırılmış Tikinti Quraşdırma Təmir Filialında 6-cı dərəcəli kran maşinisti, 01.05.2007-31.07.2014-cü il ərzində "Neftqaztikinti” Trestinin Xüsusi Texnika İdarəsində 6-cı dərəcəli kran maşinisti və 01.08.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün müraciət etdiyi 23.06.2017-ci il tarixədək Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin 5 №-li Texnoloji Nəqliyyat Departamentinin 2 №-li Avtonəqliyyat və xüsusi texnika sahəsində 6-cı dərəcəli kran maşinisti vəzifələrində işləmişdir. Pensiya işinə tikilmiş hərbi biletin surətinə əsasən İddiaçı 06.05.1976-04.05.1978-ci il tarixdə hərbi xidmətdə olmuşdur. Vətəndaş İddiaçı adından imzası olmayan və rekvizitləri tam doldurulmayan ərizə ilə şöbəyə müraciəti şöbənin Pensiya üzrə komissiyasının 08.01.2019-cu il tarixli 571 №-li qərarı ilə hərbi bilet və əmək kitabçası üzrə 2006-cı ilədək hesablanmış 30 il 2 ay sosial sığorta stajı nəzərə alınmaqla şöbəyə daxil olmuş məhkəmə qərarları və 4 №-li Texnoloji Nəqliyyat Departamentinin və 4 №-li İxtisaslaşdırılmış Tikinti Quraşdırma Filialı tərəfindən İddiaçı adına tərtib edilmiş 2004- 2005-ci illərin əməkhaqqı cədvəlinə əsasən Qanunun 9.1-ci maddəsinin şərtləri ilə 1 №-li Siyahıya istinad etməklə 52 yaşının tamam olduğu 14.04.2009-cu il tarixdən 587,03 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. 14.04.2009-cu il tarixdən təyin edilmiş əmək pensiyasının aylıq məbləği müvafiq dövrlər üzrə pensiyaların baza hissəsinin artırılması ilə və istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilməklə 01.01.2019-cu il tarixdən 911,63 manat məbləğində ödənişinə başlanılmışdır. Bununla belə, əmək kitabçasındakı qeydlərə əsasən pensiyanın təyin edilməsi barədə qərarın rəsmiləşdirildiyi 2018-ci il tarixədək İddiaçı 9 il əvvəl, yəni 2009-cu ildən güzəştli şərtlərlə pensiya hüququ yaranmışdırsa, onun pensiya təyinatı üçün aidiyyəti qurumlara müracət etməməsi və ya hansısa səbəblərdən güzəştli şərtlərlə pensiya təyin edilməməsi onun 52 yaşdan güzəştli şərtlərlə pensiya hüququnun yaranmaması, müvafiq qanunvericiliyin qayda və şərtlərinə zidd olması kimi səciyyələndirmək olar. İddiaçı əmək pensiyası təyin edildikdən sonra əmək fəaliyyətini davam etdirdiyi üçün Qanunun 37.3.1-ci maddəsinə əsasən 6 illik pensiya kapitalı əsasında şöbəyə 01.02.2019-cu il tarixdə kompüterdə yazılmaqla imzası olmayan ərizəsinə əsasən 01.03.2019-cu il tarixdən pensiyasının məbləği yenidən hesablanaraq 911,63 manatdan 1271,73 manata çatdırılaraq ödənişə göndərilmişdir. 14.04.2009-cu ildən 31.12.2018-ci ilədək olan dövr üzrə 83195,81 manat ötən dövrlər üçün fərq məbləği hesablanmışdır Həmin fərq məbləğindən 01.01.2019-31.12.2019-cu il aralığı üzrə 12 ay ərzində 8532,84 manat aylıq pensiyanın üzərinə əlavə olunmaqla ödənilmiş, 30.12.2019-cu il tarixdə isə ötən dövrlər üçün hesablanmış fərq məbləğinin 74662,97 manat qalıq hissəsi birdəfəlik vətəndaşın plastik kart hesabına köçürülmüşdür. Vətəndaşın aylıq pensiyası 01.02.2020-ci il tarixədək ödənişi aparılmış, araşdırma ilə əlaqədar həmin tarixdən ödəniş dayandırılmışdır. Ödənişi davam etdiriləcəyi təqdirdə 01.01.2020-ci il tarixdən pensiya məbləği 2019-cu il üçün müəyyənləşdirilmiş indeksləşdirmə faizi nəzərə alınmaqla 1482,84 manat ola bilərdi. 01.01.2019-01.02.2020-ci il aralıq dövr üzrə təyin edilmiş və yenidən hesablanaraq ödənilmiş aylıq pensiyanın cəmi məbləği isə 15812,29 manat təşkil etmişdir. Qeyd olunduğu kimi, məhkəmə qərarları nəzərə alınmadan İddiaçı pensiya təyin edilməsi zamanı yalnız şöbəyə təqdim etdiyi əmək kitabçasının surətindəki qeydlər nəzərə alındıqda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun qanunvericiliklə 14.04.2014-cü il tarixdən yarandığı müəyyən olunur. Həmin tarixdən vətəndaşın aylıq pensiya məbləği baza hissəsi, 30 il 2 ay stajına uyğun hesablanmış sığorta hissəsi, 01.01.2006-01.04.2014-cü il dövr üzrə fərdi hesabında qeydə alınmış pensiya kapitalı ilə birlikdə 268,49 manat, sonrakı indeksləşdirmələr və baza hissəsinə artımlar nəzərə alınmaqla 01.01.2015-ci ildən 270,82 manat, 01.01.2016-cı ildən 277,65 manat, 01 02.2016-cı ildən 287,65 manat, 01.01.2017-ci ildən 309,68 manat, 01.01.2018-ci ildən 327,33 manat, 01.01.2019-cu ildən 337,15 manat, ödənişin davam etdiriləcəyi təqdirdə 01.01.2020-ci il tarixə 393,12 manat, əmək pensiyası təyin edildikdən sonra əmək fəaliyyətini davam etdirdiyi üçün Qanunun 37.3.1-ci maddəsinə əsasən 261,96 manat fərdi hesabında qeydə alınmış pensiya kapitalı aylıq məbləğin üzərinə əlavə olunmaqla 01.05.2020-ci il tarixdən 655,08 manat təşkil etməlidir. 14.04.2014-cü il tarixdən 01.02.2020-ci il tarixədək olan dövr üzrə cəmi ödənilməli məbləğ 21074,74 manat təşkil edəcək. Göründüyü kimi, vətəndaşın pensiyasının aylıq məbləğinin 01.01.2020-ci il tarixdən olan vəziyyətə 393,12 manata qarşı 1482,84 manatla (4 dəfəyə yaxın) təyin olunmasına nail olunmuşdur. Nəticədə, məhkəmə qərarlarına əsaslanaraq hesablanmış və faktiki ödənilmiş pensiya məbləğləri 99008,10 manat müəyyən edilmiş, yuxarıda qeyd olunan qanunvericiliyə müvafiq hesablanılmalı və ödənilməli olan pensiya məbləğləri 21074,74 manat, əsassız ödənilmiş məbləğ 77933,36 manat (99008,10- 21074,74=77933,36) təşkil etmişdir. Beləliklə, Fondun Xəzər rayon şöbəsi tərəfindən məhkəmə qərarları əsasında İddiaçı pensiyanın təyin edilməsi, yenidən hesablanması və 01.02.2020-ci il tarixədək ödənilməsi nəticəsində plastik kart hesabına köçürülmüş cəmi əsassız məbləğ 77933,36 manat təşkil etmişdir. Qeyd olunanlara əsasən iddiaçıya dair məhkəmə qərarının ləğv edilərək iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməyə müraciət edilmişdir. İddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Daxili nəzarət və audit şöbəsi tərəfindən araşdırılır. Həmin araşdırma ilə əlaqəli Nazirlik tərəfindən Azərbaycan Respublikası Baş Prokurorunun yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edilmişdir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya əmək pensiyasının ödənişi dayandırılmışdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06.03.2018-ci il tarixli 2-1(82)-1397/2018 saylı qərarının surətindən görünür ki, iddia tələbi təmin edilmiş, İddiaçı 14.04.2009-cu ildən, yəni 52 yaşı tamam olan tarixdən həmin tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanununun şərtləri əsasında, yəni 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülərək 1 nömrəli siyahı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 30.05.2018-ci il tarixli 2- 1(103)-1164/2018 saylı qərarının surətindən görünür ki, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsinin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1397/2018 saylı iş üzrə qəbul etdiyi 06.03.2018-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 14.11.2018-ci il tarixli 2-1(102)-1893/2018 saylı qərarının surətindən görünür ki, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsinin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30.05.2018-ci il tarixli 2-1(103)- 1164/2018 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra etmədiyinə görə cavabdehə Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinə uyğun olaraq 50000 (əlli min) manat cərimə tətbiq edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsində inzibati məhkəmə icraatı qaydasında baxılan iddia növləri sırasında belə bir iddia növü nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 120.1-ci maddəsinə əsasən bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. Göründüyü kimi, iddiaçı qeyd olunan məsələ ilə bağlı iddia ərizəsi ilə deyil, ərizə ilə məhkəməyə müraciət etməlidir. Hazırki halda isə iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilə bilməz. İddiaçıya qeyd olunanlarla əlaqədar hüquqi yardım məktubu göndərilsə də, iddiaçı hüquqi yardım məktubuna münasibətin bildirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğunu və iddia tələbini müdafiə etdiyini bildirmiş və iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-7852/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7852/2021
05.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver