Məhkəmə qərarları › İş №2-1(112)-7859/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7859/2023

13.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7859/2023 13.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və almadığı pensiyanın ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1960-cı ildə anadan olmuşdur. İddiaçıya xx.xx.1977-ci ildən əmək kitabçası açılmışdır, fasiləsiz 35 il əmək stajı vardır. Hazırda iddiaçı "xxxx" MMC-də asfalt kütləsi bişirən peşəsində işləyir. xx.xx.1978-10.1980-ci illərdə iddiaçı Sovet ordusunda hərbi xidmət keçmişdir. İddiaçı xx.xx.1980-ci ildən xx.xx.1983-cü ilədək Şəhər abadlaşdırma Kombinatında fəhlə vəzifəsində, xx.xx.1983-xx.xx.1985-ci illərdə 4 saylı Yol İstismar İdarəsində usta vəzifəsində, xx.xx.1985-xx.xx.1988-ci illərdə 39 saylı Yol İstismar İdarəsində usta vəzifəsində, xx.xx.1988-xx.xx.1988-ci illərdə 39 saylı Yol İstismar İdarəsində usta vəzifəsində, xx.xx.1988-xx.xx.1989-cu illərdə Rayon partiya komitəsinin təlimatçısı vəzifəsində, xx.xx.1989-xx.xx.1989-cu illərdə 29 saylı Yol sahəsində fəhlə vəzifəsində işləmiş, xx.xx.1989-xx.xx.1994-cu illərdə həmin sahədə mühəndis vəzifəsinə keçirilmiş, xx.xx.1994-xx.xx.1994-cu illərdə X4 idarəsində İİ dərəcəli mühəndis işləmiş, xx.xx.1994-xx.xx.1999-cu illərdə həmin idarədə baş mühəndis vəzifəsinə keçirilmiş, xx.xx.1999-xx.xx.2001-ci illərdə Suraxanı Yol təmir-tikinti idarəsində usta vəzifəsində işləmiş, xx.xx.2001-xx.xx.2002-ci illərdə 3 saylı TTİ-nə köçürülmüş, xx.xx.2002-xx.xx.2002-ci illərdə 1 saylı TTİ-ndə yol ustası vəzifəsində işləmiş, xx.xx.2002xx.xx.2004-cü illərdə həmin idarədə iş icraçısı vəzifəsinə keçirilmişdir, xx.xx.2004xx.xx.2007-cü illərdə "xxxx" MMC-də operator vəzifəsində, xx.xx.2007-xx.xx.2008-ci illərdə "xxxx" ASC-də operator vəzifəsində işləmiş, xx.xx.2008-xx.xx.2018-ci illərdə "xxxx" MMCdə asfalt kütləsi bişirən vəzifəsinə qəbul edilmiş, xx.xx.2018-xx.xx.2018-ci illərdə 17N-№ Xüsusi Təyinatlı Yol İstismarı MMC-də iş icraçısı peşəsinə qəbul edilmiş, xx.xx.2018xx.xx.2019-cu illərdə "xxxx" MMC-də asfalt kütləsi bişirən vəzifəsinə qəbul edilmiş, xx.xx.2019-xx.xx.2021-ci illərdə həmin idarədə mühəndis-texnoloq vəzifəsində işləmiş, xx.xx.2021-ci ildə həmin idarədə asfalt kütləsi bişirən vəzifəsinə keçirilmiş və hal-hazıradək həmin vəzifədə işləmişdir. İddiaçının "xxxx" MMC-də zərərli əmək şəraiti üzrə iş stajı 14 il 2 ay 7 gün təşkil edir. Bu barədə Cəmiyyət tərəfindən 07 saylı 08 fevral 2023-cü il tarixli arayış təqdim edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətindən imtina edilmiş,səbəbi iddiaçının güzəştli iş stajının 12 il 6 aydan az (1 ay 2 gün (xx.xx.2018-xx.xx.2018-ci il tarixlər arasındakı dövrlər) təşkil etməsi göstərilmişdir.

3. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş 23 yanvar 2007ci il tarixli, 12 nömrəli siyahı üzrə müəyyən edilir. İddiaçının təqdim etdiyi xx.xx.2004-cü il tarixli əmək kitabçasında xx.xx.2008-xx.xx.2018-ci il, xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövrlər ərzində "xxxx" MMC-də operator və xx.xx.2019-cu il tarixdən bugünədək isə həmin müəssisədə mühəndis-texnoloq vəzifələrində işlədiyi qeyd edildiyi halda, adıçəkilən müəssisə tərəfindən verilən xx.xx.2023-cü il tarixli 07 nömrəli arayışında həmin dövrlər ərzində asfalt-beton bişirənlər vəzifəsində əmək fəaliyyəti ilə məşğul olduğu göstərilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən təqdim edilən sənədlərdə qeyd edilən məlumatlarda uyğunsuzluqlar mövcud olduğu üçün iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsindən imtina olunmuşdur.

4. İş materiallarında olan "xxxx" MMC-nin 08 fevral 2023-cü il tarixli 07 nömrəli arayışında qeyd olunur: xx.xx.1960-cı il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.2008-ci il tarixində (əmr № 29, xx.xx.2008-ci il) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində asfalt kütləsi bişirən peşəsinə işə qəbul edilib və xx.xx.2018-ci il tarixində (əmr № 12, xx.xx.2018-ci il) əmək müqaviləsinə xitam verilib. Əmək stajı 9 il 3 ay (doqquz il üç ay) təşkil edir. İddiaçı xx.xx.2018-ci il tarixində (əmr № 01, xx.xx.2018-ci il) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində iş icraçısı peşəsinə işə qəbul edilib və xx.xx.2018-ci il tarixində (əmr № 03, xx.xx.2018-ci il) əmək müqaviləsinə xitam verilib. Əmək stajı 1 ay 1 gün (bir ay bir gün) təşkil edir. İddiaçı xx.xx.2018-ci il tarixində (əmr № 13, xx.xx.2018-ci il) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində asfalt kütləsi bişirən peşəsinə işə qəbul edilib və xx.xx.2019-cu il tarixində (əmr № 14, xx.xx.2019-cu il) mühəndis-texnoloq vəzifəsinə keçirilib. Əmək stajı 1 il 6 ay 20 gün (bir il altı ay iyirmi gün) təşkil edir. İddiaçı xx.xx.2019-cu il tarixində (əmr № 14, xx.xx.2019-cu il) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində mühəndis-texnoloq vəzifəsinə keçirilib və xx.xx.2021-ci il tarixində (əmr № 07, xx.xx.2021-ci il) asfalt kütləsi bişirən peşəsinə keçirilib. Əmək stajı 1 il 7 ay 3 gün (bir il yeddi ay üç gün) təşkil edir. İddiaçı xx.xx.2021-ci il tarixində (əmr № 07, xx.xx.2021-ci il) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində asfalt kütləsi bişirən peşəsinə keçirilib və hal-hazıradək bu peşədə işləyir. Əmək stajı 1 il 8 ay 13 gün təşkil edir. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 29-cu maddəsinə (Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri) əsasən zərərli şəraitdə asfalt kütləsi bişirən peşəsi üzrə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququna malikdir. İddiaçı zərərli əmək şəraiti üzrə iş stajı 14 il 2 ay 7 gün təşkil edir.

5. İş materiallarında olan xx.xx.1977-ci il tarixli əmək kitabçasına əsasən, iddiaçı xx.xx.1980ci ildən xx.xx.1983-cü ilədək Şəhər Abadlaşdırma Kombinatında fəhlə, xx.xx.1983-ci ildən xx.xx.1985-ci ilədək 4 saylı Yol İstismar İdarəsində usta, xx.xx.1985-ci ildən xx.xx.1988-ci ilədək 39 saylı Yol İstismar İdarəsində usta, xx.xx.1988-ci ildən xx.xx.1988-ci ilədək 39 saylı Yol İstismar İdarəsində mühəndis, xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilədək Rayon Partiya Komitəsinin təlimatçısı, xx.xx.1989-cu ildən xx.xx.1989-cu ilədək 29 saylı Yol sahəsində fəhlə, xx.xx.1989-cu ildən xx.xx.1994-cu ilədək həmin sahədə baş mühəndis vəzifəsində işləmiş, xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilədək X4 İdarəsində İİ dərəcəli mühəndis, xx.xx.1994-cü ildən xx.xx.1999-cu ilədək həmin idarədə baş mühəndis kimi, xx.xx.1999-cu ildən Suraxanı Yol Təmir-Tikinti İdarəsində usta, xx.xx.1999-cu ildən həmin idarədə iş icraçısı vəzifəsində işləmiş, xx.xx.2001-ci ildə idarənin ləğv edilməsi ilə əlaqədar işdən azad edilmişdir. xx.xx.2001-ci ildə 3 saylı TTİ-nə köçürülməklə xx.xx.2002-ci ilədək orada işləmiş, xx.xx.2002-ci ildən köçürülmə yolu ilə 1 saylı TTİ-ndə yol ustası, xx.xx.2002-ci ildən iş icraçısı vəzifəsində işləmişdir.

6. İş materiallarında olan İT-İ ******* nömrəli əmək kitabçasına əsasən, iddiaçı xx.xx.2004-ci ildə işdən azad edilərək həmin tarixdən xx.xx.2007-cü ilədək "xxxx" MMC-də operator, xx.xx.2007-ci ildən xx.xx.2008-ci ilədək "xxxx" ASC-də operator, xx.xx.2008-ci ildən xx.xx.2018-ci ilədək "xxxx" MMC-də asfalt kütləsi bişirən, xx.xx.2018-ci ildən xx.xx.2018-ci ilədə "xxxx" MMC-də iş icraçısı, xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilədək "xxxx" MMC-də asfalt kütləsi bişirən, xx.xx.2019-cu ildən xx.xx.2021-ci ilədək həmin idarədə mühəndistexnoloq vəzifəsində işləmiş, xx.xx.2021-ci ildə həmin idarədə asfalt kütləsi bişirən vəzifəsinə keçirilmişdir.

7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək onun rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

II. İddianın növü və mümkünlüyü

9. Tələb zahirən məcburetmə haqqında iddia kimi görünsə də, məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

10. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

11. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

12. 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddə qeyd edilən yeni redaksiyada verilmişdir. - əvvəlki redaksiyada deyilirdi: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

13. İddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür və güzəştli şərtlərlə pensiya təyininə dair xx.xx.2023cü il və xx.xx.2023-cü il tarixlərdə müraciət etmişdir.

14. İddiaçının ümumi iş stajı ilə bağlı mübahisə yoxdur. Əmək kitabçasına əsasən 60 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixə iddiaçının ümumi stajı 25 ildən çoxdur.

15. İddiaçının mübahisələndirilən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajına münasibətdə məhkəmə qeyd edir ki: - İddiaçı xx.xx.2008-ci il tarixində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində asfalt kütləsi bişirən peşəsinə işə qəbul edilib və xx.xx.2018-ci il tarixində əmək müqaviləsinə xitam verilib. -"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində iş icraçısı peşəsinə işə qəbul edilib və xx.xx.2018-ci il tarixində əmək müqaviləsinə xitam verilib. xx.xx.2018-ci il tarixində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində asfalt kütləsi bişirən peşəsinə işə qəbul edilib və xx.xx.2019-cu il tarixində mühəndis-texnoloq vəzifəsinə keçirilib. -xx.xx.2019-cu il tarixində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində mühəndis-texnoloq vəzifəsinə keçirilib və xx.xx.2021-ci il tarixində asfalt kütləsi bişirən peşəsinə keçirilib. -xx.xx.2021-ci il tarixində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində asfalt kütləsi bişirən peşəsinə keçirilib və hal-hazıradək bu peşədə işləyir.

16. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli arayışında qeyd edilmişdir ki, iddiaçı xx.xx.2008-ci il tarixdən halhazıradək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində Operator (asfalt kütləsi bişirən) vəzifəsində işləyir.

17. Məhkəmə qeyd edir ki, iddiaçının əmək kitabçasında xx.xx.2008 - xx.xx.2018-ci il, xx.xx.2018 - xx.xx.2019-cu il tarixləri arasındakı dövrlər ərzində "xxxx" MMC-də operator, xx.xx.2018 – xx.xx.2018-ci illərdə iş icraçısı, və xx.xx.2019-cu il tarixdən hal-hazıradək həmin müəssisədə mühəndis-texnoloq vəzifələrində işlədiyi qeyd edildiyi kimi, "xxxx" MMC tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilən xx.xx.2023-cü il tarixli arayışında illər üzrə əmək haqqı göstərilməklə həmin dövrlər ərzində Operator (asfalt kütləsi bişirən) vəzifəsində əmək fəaliyyəti ilə məşğul olduğu göstərilib. Göründüyü kimi iddiaçının xx.xx.2008-ci ildən 60 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixə zərərli əmək şəraiti üzrə iş stajı (asfalt kütləsi bişirən, operator, iş icraçıları vəzifələri üzrə) 10 il 9 ay 22 gün olmuşdur. Bu iddiaçının əmək fəaliyyətinin cavabdeh tərəfindən mübahisələndirilən dövrüdür.

18. Bundan başqa iddiaçının cavabdeh tərəfindən mübahisələndirilməyən güzəştli iş stajına nəzərən məhkəmə qeyd edir ki, xx.xx.1983-ci ildən başlayaraq müxtəlif vaxtlarda xx.xx.2002-ilədək işlədiyi usta və yol ustası vəzifələri, xx.xx.2002-ci ildən işlədiyi iş icraçısı vəzifəsi və xx.xx.2004-ci ildən xx.xx.2008-ci ilədək "xxxx" MMC və "xxxx" ASC-də işlədiyi operator (asfalt kütləsi bişirən) vəzifəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrdir.

19. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” adlı 29-cu bölməsinin a) fəhlələr yarımbölməsindəki “asfalt və beton bişirənlər” bəndi və b) mütəxəssislər yarımbölməsindəki “iş icraçıları” bəndi, eyni zamanda Siyahının “Tikinti materialları istehsalı” adlı 14-cü bölməsinin “yol ustaları” bəndi iddiaçının işlədiyi asfalt kütləsi bişirən (opetaror), iş icraçısı və yol ustası vəzifələrinə uyğundur.

20. Beləliklə, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən peşədə - Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahəsində asfalt və beton bişirənlər və iş icraçıları vəzifəsləri və Tikinti materialları sahəsində yol ustaları vəzifəsində qanunvericiliklə tələb olunan 12 il 6 ay müddətindən çox müddətdə işləməsi xx.xx.1977-ci il tarixli və İT-İ ******* nömrəli əmək kitabçaları, işəgötürən müəssisənin - "xxxx" MMC-nin arayışları ilə təsdiqlənir.

21. Məhkəmə qeyd edilən qənaətə gələrkən hesab edir ki, cavabdeh qurum heç bir araşdırma aparmadan, müəssisəyə sorğu verib uyğunsuzluqlar barədə məlumat almadan belə qənaətə gəlmişdir.

22. İddiaçının pensiya kapitalı ilə bağlı mübahisə yoxdur. Bununla belə, məhkəmə hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvədə olan redaksiyası həmin tələbi istisna etmişdir və qeyd edilən hal əmək pensiyaçısının hüquqi vəziyyətini yüngülləşdirən haldır. Bununla bağlı məhkəmə əlavə araşdırmanın və əsaslandırmanın aparılmasına prosessual qənaət prinsipindən irəli gələrək zərurət görmür.

23. Məhkəmə hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, odur ki, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

24. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

25. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

26. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

27. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar