Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7859/2025 13.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh 3 saylı Bakı Cavabdehnə qarşı “akt qeydinə dəyişiklik edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh 3 saylı Bakı Cavabdehnə qarşı “akt qeydinə dəyişiklik edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 13 may 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh 3 saylı Bakı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 194 saylı, xx.xx.1977-ci il taixli doğum haqqında akt qeydinin ata haqqında məlumat qrafasının “adı” bəndində “Mirsalah”dan “Mirsaleh”ə düzəkiş edilmsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, onun doğum haqqında akt qeydində atası qrafasında atasının adı “Mirsaleh” yazılmalı olduğu halda texniki səhv səbəbindən “Mirsalah” olaraq yazılmışdır. Bu da ona əlavə çətinliklər yaradır. Bu səhvin düzəldilməsi üçün cavabdehə müraciət etsə də, imtina edilmişdir. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Salyan rayon qeydiyyat şöbəsi tərəfindən İddiaçı adına tərtib edilmiş, 194 saylı, xx.xx.1977-ci il tarixli doğum haqqında akt qeydinin “uşaq haqqında məlumat” qrafasının “ata adı” bəndində və ata haqqında məlumat qrafasının “adı” bəndində “Mirsalah” qeyd edilmişdir; Salyan rayon qeydiyyat şöbəsi tərəfindən X5 adına tərtib edilmiş, 340 saylı, xx.xx.1978-ci il tarixli doğum haqqında akt qeydinin “uşaq haqqında məlumat” qrafasının “ata adı” bəndində və ata haqqında məlumat qrafasının “adı” bəndində “Mirsaleh” qeyd edilmişdir; Salyan rayon qeydiyyat şöbəsi tərəfindən X2 adına tərtib edilmiş, 326 saylı, xx.xx.1980-ci il tarixli doğum haqqında akt qeydinin “uşaq haqqında məlumat” qrafasının “ata adı” bəndində və ata haqqında məlumat qrafasının “adı” bəndində “Mirsalah” qeyd edilmişdir; Salyan rayon qeydiyyat şöbəsi tərəfindən X4 adına tərtib edilmiş, 259 saylı, xx.xx.1985-ci il tarixli doğum haqqında akt qeydinin “uşaq haqqında məlumat” qrafasının “ata adı” bəndində və ata haqqında məlumat qrafasının “adı” bəndində “Mirsalah” qeyd edilmişdir; Salyan rayon qeydiyyat şöbəsi tərəfindən X1 adına tərtib edilmiş, 452 saylı, xx.xx.1950-ci il tarixli doğum haqqında akt qeydinin “uşaq haqqında məlumat” qrafasının “adı” bəndində “Mirsaleh” qeyd edilmişdir; AZE seriyalı 02108047 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.1950-ci il tarixdə doğulmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”:
3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: övladlığa götürmə ilə əlaqədar övladlığa götürülənin adı, atasının (anasının) adı, soyadı, doğulduğu yer və doğum tarixi dəyişdirildikdə; nikahın pozulması və nikahın etibarsız sayılması ilə əlaqədar ərin (arvadın) nikah qeydə alınan zaman seçdiyi soyadı dəyişdirildikdə; atanın adının dəyişdirilməsinin qeydə alınması hallarında onun uşaqlarının ata adı dəyişdikdə, valideynlərdən birinin və ya hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayan uşaqlarının soyadı dəyişdikdə; atalıq müəyyən edildikdə, uşağın doğumu haqqında akt qeydinə ata barəsində yeni məlumat yazıldıqda, doğum haqqında akt qeydindən uşağın atası və ya anası haqqında məlumatlar çıxarıldıqda; vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə; övladlığa götürmə ləğv edildikdə; atalığın müəyyən edilməsi ləğv olunduqda; vətəndaşlıq vəziyyəti akt qeydlərindəki səhvlər düzəldikdə; cinsin dəyişməsi ilə əlaqədar olaraq vətəndaşın adı, soyadı və ata adı dəyişdirildikdə; vətəndaşlıq vəziyyəti akt qeydlərində valideynlərin soyadları, adları, ata adları və ya milliyyəti göstərilməmişsə; vətəndaşlıq vəziyyəti akt qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda.
4. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi üçün aşağıdakılar əsas hesab edilir: övladlığa götürmə barədə məhkəmənin qərarı; nikahın pozulması barədə məhkəmənin qətnaməsi, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi, nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi; adın, soyadın və ata (ana) adının dəyişdirilməsi haqqında səlahiyyətli orqanların rəyi; yetkinlik yaşına çatmayanın adının və soyadının dəyişdirilməsinə dair səlahiyyətli orqanın rəyi; övladlığa götürmənin ləğv olunması haqqında məhkəmənin qətnaməsi; atalığın müəyyən edilməsi haqqında məhkəmənin qərarı və ya valideynlərin ərizəsi; atalığın müəyyən olunmasına dair məhkəmənin əvvəllər çıxarılmış qətnaməsinin ləğv edilməsi haqqında məhkəmənin qətnaməsi; ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi; vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında məhkəmənin qərarı; cinsin dəyişməsinin təsdiqi haqqında tibb müəssisəsinin rəyi; vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsinə əsas verən digər sənədlər.
5. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında ərizələr ərizə verən şəxsin seçdiyi yer üzrə qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”: 1.4. Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər.
Azərbaycan Respublikası Ailə Məcəlləsi: 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. 161.3. Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. 161.4. Vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.
Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, iddiaçının atasının şəxsiyyət vəsiqəsində və doğum haqqında akt qeydində adı “Mirsaleh” kimi qeyd edilsə də, iddiaçının 194 saylı, xx.xx.1977-ci il tarixli doğum haqqında akt qeydinin “uşaq haqqında məlumat” qrafasında “ata adı” bəndində və ata haqqında məlumat qrafasının “adı” bəndində “Mirsalah” kimi qeyd edilmişdir. Hətta iddiaçının qardaşı X5 adına tərtib edilmiş, 340 saylı, xx.xx.1978-ci il tarixli doğum haqqında akt qeydinin “uşaq haqqında məlumat” qrafasının “ata adı” bəndində və ata haqqında məlumat qrafasının “adı” bəndində “Mirsaleh” qeyd edilmişdir. İddiaçının bacılarının doğum haqqında akt qeydlərində ata adı iddiaçıda olduğu kimi göstərilmişdir. İş materiallarından görünür ki, iddiaçının ata adı əslində “Mirsaleh” olmaqla şəxsiyyət vəsiqəsində və doğum haqqında akt qeydində düzgün olaraq “Mirsaleh” qeyd edilmişdir. İddiaçının doğum haqqında akt qeydinin “uşaq haqqında məlumat” qrafasında “ata adı” bəndində və ata haqqında məlumat qrafasının “adı” bəndində iddiaçının atasının doğum haqqında akt qeydinə uyğun olaraq “Mirsaleh” kimi qeyd edilməli olduğu haıda, “Mirsalah” kimi qeyd edilmişdir. Yuxarıda qeyd edilən qanunvericiliyin tələbləri nəzərə alındıqda həmin hal doğum haqqında akt qeydinin dəyişdirilməsi üçün əsas kimi qəbul edilməlidir. Belə ki, həmin sənədləri tədqiq etdikdə aydın olur ki, akt qeydindəki mübahisə predmeti olan məlumat texniki səhv olaraq qeyd edilmişdir. Başqa sözlə, doğum haqqında akt qeydinə dəyişikliklər edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcuddur. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, cavabdeh inzibati orqanın iddiaçının “doğum haqqında akt qeydində dəyişiklik edilməsi” barədə müraciətinin təmin edilməsindən imtina etməsi əsassız və qanunsuz olmaqla, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Odur ki, iddia təmin еdilməli, Salyan rayon qeydiyyat şöbəsi tərəfindən İddiaçı adına tərtib edilmiş, 194 saylı, xx.xx.1977-ci il tarixli doğum haqqında akt qeydinin “uşaq haqqında məlumat” qrafasının “ata adı” bəndində və ata haqqında məlumat qrafasının “adı” bəndində “Mirsalah”dan “Mirsaleh”ə düzəliş edilməsi öhdəliyi 3 saylı Bakı Cavabdehnə həvalə edilməlidir.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. Salyan rayon qeydiyyat şöbəsi tərəfindən İddiaçı adına tərtib edilmiş, 194 saylı, xx.xx.1977-ci il tarixli doğum haqqında akt qeydinin “uşaq haqqında məlumat” qrafasının “ata adı” bəndində və ata haqqında məlumat qrafasının “adı” bəndində “Mirsalah”dan “Mirsaleh”ə düzəliş edilməsi öhdəliyi 3 saylı Bakı Cavabdehnə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Həmid Ağalarov