Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7862/2023 19.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının X2 Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinin Cavabdeh qarşı “siyahıya alınmış əmlakların satılması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Azərbaycan Respublikasının X2 Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehin xx.xx.2022-ci il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna 350 manat məbləğində borcuna görə onun fəaliyyət göstərdiyi Bakı şəhəri, Qaradağ rayonu. Lökbatan qəsəbəsi, Sədərək T/M, zona 3, sıra 4, korpus 1, mağaza 30 ünvanında yerləşən təsərrüfat subyektində fərqləndirici əlaməti Türkiyə istehsalı 1 vahidinin qiyməti 1,5 manat olan 150 ədəd corab və Türkiyə istehsalı 1 vahidinin qiyməti 2,5 manat olan 50 ədəd al geyim (kişi üçün mayka) olmaqla ümumilikdə 350 manat məbləğində siyahıya alınmış əmlaklarının ticarət şəbəkəsində satılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun Dövlət Sosial Müdafiə Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində Dövlət Sosial Müdafiə Fonduna ödənilməsi məqsədi ilə ona bildirişlər verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2022-ci il tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin Dövlət Sosial Müdafiə Fonduna 1814,57 manat borcuna görə onun fəaliyyət göstərdiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sədərək T/M, zona 3, sıra 4, korpus 1. mağaza 30 ünvanında yerləşən təsərrüfat subyektində fərqləndirici əlaməti Türkiyə istehsalı 1 vahidinin qiyməti 1.5 manat olan 150 ədəd corab və Türkiyə istehsalı 1 vahidinin qiyməti 2,5 manat olan 50 ədəd al geyim (kişi üçün mayka) olmaqla ümumilikdə 350 manat məbləğində əmlakları siyahıya alınmış və bu barədə xx.xx.2022-ci il tarixli ********** saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna 350 manat ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Azərbaycan Respublikasının X2 Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfindən Cavabdeh ünvanlanmış **********4 saylı xx.xx.2022-ci il tarixli bildirişlə bildirilmişdir ki, onun xx.xx.2022-ci il tarixə ümumilikdə 1814,57 manat, o cümlədən muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə 1225 manat, məcburi dövlət sosial sığorta haqqı üzrə maliyyə sanksiyaları üzrə 100 manat, faizlər üzrə 489,57 manat, inzibati cərimə üzrə 0,00 manat borcu var. Əmlakın siyahıya alınması haqqında **********2 saylı xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavədən görünür ki, Azərbaycan Respublikasının X2 Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinin borcunu ödəməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında **********2 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən baş dövlət vergi müfəttişi X1 tərəfindən Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu. Lökbatan qəsəbəsi, Sədərək T/M, zona 3, sıra 4, korpus 1, mağaza 30 ünvanında yerləşən təsərrüfat subyektində fərqləndirici əlaməti Türkiyə istehsalı 1 vahidinin qiyməti 1,5 manat olan 150 ədəd corab və Türkiyə istehsalı 1 vahidinin qiyməti 2,5 manat olan 50 ədəd al geyim (kişi üçün mayka) olmaqla ümumilikdə 350 manat məbləğində əmlakı siyahıya alınmışdır. İddiaçı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq **********595800 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, xx.xx.2023-cü il tarixə fiziki şəxs Cavabdeh sosial sığorta haqları üzrə vərəqədə 350,0 manat əsas borcu mövcuddur. Azərbaycan Respublikası Mərkəzi X5 Portalı ********** saylı xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, Cavabdeh ********** qeydiyyat kodu ilə 350 manat məbləğində pulu Dövlət Vergi Xidməti – Dövlət Sosial Müdafiə Fondunun Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin balansına köçürmüşdür. İş üzrə məhkəmə iclası təyin olunaraq bu barədə tərəflərə bildiriş ünvanlanmışdır. Cavabdeh məhkəmə iclasında iştirak etmişdir. İddiaçı işə nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh borcunu ödəməsinə dair mədaxil qəbzi təqdim edərək məhkəmədən icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsindən: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Cavabdeh tərəfindən təqdim edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı cavabdehin iddia tələbində qeyd etdiyi xx.xx.2023-cü il tarixə qeyd olunan Dövlət Sosial Müdafiə Fonduna 350 manat borc məbləğindən, cəmi 350 manat məbləğində pul iddiaçıya ödənilmişdir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan işin mahiyyəti üzrə mübahisə artıq mövcud deyil. Bu səbəbdən iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67.1, 67.3, 83.1 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-7862/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7862/2023
19.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver