Məhkəmə qərarları › İş №2-1(112)-787/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-787/2024

15.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-787/2024 15.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Araz Firidun oğlunun sədrliyi ilə İsayeva Gülay Rəhim qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı ərazi idarəsinə qarşı (Maraqlı şəxs MMC-nin üçüncü şəxs olduğu) mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə iddiası üzrə işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı ərazi idarəsinə qarşı (Maraqlı şəxs MMC-nin üçüncü şəxs olduğu) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 və ünvan 1 üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiаçı İddiaçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, 2016-cı ildən başlayan əmək mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin 2-(103)-11179/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçının “X2 LLC” (CATEL) MMC-də hüquq şöbəsinin müdiri vəzifəsinə bərpa edilməsi və ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi qərara alınmışdır. Qətnamə üzrə verilmiş icra sənədinin icrası zamanı tərəflər arasında bağlanmış barışıq sazişinə əsasən, CATEL iddiaçıya 40.000 manat ödəməyi, ünvan 2 və ünvan 1 ünvanında yerləşən mənzilləri iddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 8-(006)-500/21 nömrəli qərardadı ilə icra sənədi üzrə icraata barışıq sazişinin bağlanması əsası ilə xitam verilmişdir. Barışıq sazişinin pul öhdəliyi hissəsi icra olunsa da, mənzillərin iddiaçının mülkiyyətinə keçməsi ilə bağlı hissəsi cavabdeh inzibati orqanının müvafiq qeydiyyatın aparılmasından imtinası səbəbindən icrasız qalmışdır. Cavabdeh inzibati orqan məhkəmə tərəfindən göndərilmiş məktublara, həmçinin iddiaçının müraciətlərinə məhkəmə qərardadı ilə onun üzərinə öhdəlik qoyulmaması əsası ilə imtina cavabı vermişdir. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq, hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə və üçüncü şəxsə göndərilmiş, onlardan iddiaya dair öz münasibətlərini yazılı şəkildə məhkəməyə bildirməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən məhkəməyə daxil olmuş iddiaya etiraz onunla əsaslandırılmışdır ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 8-(006)-500/21 nömrəli qərardadı ilə tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi əsası ilə icra sənədi üzrə icraata xitam verilmişdir. Tərəflər barışıq sazişi bağlamaqla öz üzərinə öhdəlik götürürlər və üçüncü şəxslərə münasibətdə (o cümlədən səlahiyyətli dövlət orqanları) icra ilə bağlı hər hansı öhdəliyin icrası nəzərdə tutulmur. Həmçinin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı l tarixli 8-1(81)-233/2016 nömrəli qərardadı ilə həbs qoyulmuşdur. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin olunmaması xahiş edilmişdir. xx.xx.2023-cü il tarixdə məhkəmə iclasında Maraqlı şəxs MMC-nin nümayəndəsi X3 iddia tələbinə etiraz etmədiklərini bildirib, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclаsındа iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişlər və məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin və üçüncü şəxsin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edir ki, iddia rədd edilməlidir. Belə ki: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 8(006)-500/2021 saylı qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11179/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədinin icrasına xitam verilməsi üçün tələbkar İddiaçı və borclu Maraqlı şəxs MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli barışıq sazişi təsdiq edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(006)-500/2021 saylı qərardadından görünür ki, təsdiq edilmiş barışıq sazişinin 2.1-ci bəndinə əsasən, borclu Maraqlı şəxs MMC ünvan 2 və ünvan 1 ünvanlarında yerləşən iki ədəd mənzili tələbkar İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Həmin qərardadın icrası barədə iddiaçının müraciətləri ilə bağlı DƏDKR-nın 1 saylı Bakı ərazi idarəsi tərəfindən xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli cavab məktublarında, qeyd olunan qərardadla 1 saylı Bakı ərazi idarəsinin üzərinə hər hansı öhdəlik qoyulmadığına və məhkəmə tərəfindən təsdiq edilmiş barışıq sazişinin hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab olunmadığına istinad edilərək, iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. İddiaçının nümayəndəsinin sorğusuna cavab olaraq ƏMDX yanında DƏDKR-ın 1 saylı Bakı ərazi idarəsi tərəfindən xx.xx.2023-cü il tarixli məktubda qeyd edilən mənzillərlə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 8-2(81)-9/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadının olduğu bildirilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-2(81)-391/2018 nömrəli qərardadı ilə Maraqlı şəxs MMC-nin "xxxx" MMC-yə qarşı “öhdəliklərə xitam verilməsi” tələbinə dair iddiası üzrə tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilmişdir. Qeyd olunan qərardada izah verilməsi barədə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 8-2(81)-9/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadından görünür ki, həmin barışıq sazişinin 3.2, 3.2.1 və 3.2.2-ci bəndlərinə əsasən, Maraqlı şəxs MMC mülkiyyətində olan ünvan 1 və ünvan 2 ünvanlarında yerləşən mənzilləri "xxxx" MMC-nin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 418.30-05/24 nömrəli məktubuna əsasən, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2- 2(81)-391/2018 nömrəli (barışıq sazişinin təsdiq edilməsi barədə) və xx.xx.2019-cu il tarixli 8-2(81)-9/2019 nömrəli (qərardada izah verilməsi barədə) qərardadları qanuni qüvvələrini almışlar. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8, 8.0.4-cü maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Həmin qanununun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin qanunun 14.5-ci maddəsinə əsasən, bu qanunun 14.3-cü maddəsində nəzərdə tutulmuş müddət ərzində daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanmasına qadağan qoyulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır. Təqdim edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçı mülki iş üzrə xx.xx.2021-ci il tarixli qərardadla təsdiq edilmiş barışıq sazişinə əsasən, üçüncü şəxs Maraqlı şəxs MMCyə məxsus mənzillərə dair iddiaçıya keçməli olan mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbini irəli sürmüşdür. Şəxsin qanuni qüvvəyə minmiş məhkəmə qərardadı ilə təsdiq edilmiş barışıq sazişindən irəli gələn hüquqlarını tələb etmək hüququ olsa da, hazırkı iş üzrə məhkəmə araşdırılması zamanı Maraqlı şəxs MMC ilə "xxxx" MMC arasında qeyd olunan mənzillərin sonuncunun mülkiyyətinə verilməsinə dair daha əvvəl bağlanmış və qanuni qüvvəyə minmiş məhkəmə qərardadı ilə təsdiq edilmiş barışıq sazişinin olduğu müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, hazırkı işin halları üzrə iddiaçının mübahisəli mənzillərə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcuddur və belə olan halda iddia təmin edilə bilməz, rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı ərazi idarəsinə qarşı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə iddiası təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 4 Sədrlik edən Araz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar