Məhkəmə qərarları › İş №2-1(112)-7872/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7872/2022

19.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7872/2022 19.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi ilə, İddiaçı (ünvan 1 ünvanında qeydiyyatda olan) iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə (üçüncü şəxs X5) qarşı X5 qeydiyyatdan çıxarılması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 Bakı şəhəri, Yasamal rayonu, X25 küçəsi, dalan 13, 3 saylı evə qeydiyyatına xitam verilməsi (qeydiyyatdan çıxarılması) vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 28 iyun 2022-ci il tarixli Qərardadına əsasən X8 3-cü şəxs qismində işə cəlb edilmişdir. İddiaçı sonradana məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək X5 Bakı şəhəri, Yasamal rayonu, X25 küçəsi, dalan 13, mənzil 3 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsinin Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Məhkəmənin 19 iyul 2022-ci il tarixli Qərardadına əsasən X18, X10, X13 tərəfindən verilən ərizə təmin edilərək 3-cü şəxs qismində işə cəlb edilmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bildirir ki, Yasamal rayon Məhkəməsinin 2(004)-124/2017 saylı, 12 yanvar 2017-ci il tarixil qətnaməsi ilə iddiaçı X5 iddiası təmin edilərək, Bakı şəhəri, M.F.Axundov küçəsi, dalan 13, 3 saylı fərdi yaşayış evinin «A» tiklisinin yarımzirzəmisində yerləşən 1 saylı (2,7 kvm), 2 saylı (5,8 kvm), 3 saylı (16,4 kvm), 4 saylı (6,6 kvm) və 5 saylı (2,8 kvm) və «A» tikilisinin birinci mərtəbəsində yerləşən 9 saylı (17,8 kvm), 12 saylı (4,9 kvm), 13 saylı (7,1 kvm), 14 saylı (2,3 kvm), 15 saylı (8,1 kvm) və 16 saylı (15,8 kvm) tikililərin X5 mülkiyyətində olan 12/30 paya aid edilməklə onun istifadəsinə verilməsi qət edilmişdir. Həmin qətnamə ilə həmçinin X11 qarşılıqlı iddiası qismən təmin edilərək Bakı şəhəri, M.F.Axundov küçəsi, dalan 13, 3 saylı fərdi yaşayış evinin «A» tiklisinin birinci mərtəbəsində yerləşən 6 saylı (8,5 kvm), 7 saylı (16,2 kvm), 8 saylı (18,7 kvm), 10 saylı (9,7 kvm) və 11 saylı (8,1 kvm) tikililərin X11 mülkiyyətində olan 8/30 paya aid edilməklə onun istifadəsinə verilməsi qət edilmişdir. X11 qarşılıqlı iddiasının Bakı şəhəri, Yasamal rayonu, X25 küçəsi, dalan 13, 3 saylı evin X19, X14, X20, X21, X20, X15, X7 məxsus olan hissələrinə cəmi 12/30 hissəyə dair 18 fevral 2015-ci il tarixdə X5 adına Bakı şəhəri 15 saylı notariat kontoru tərəfindən verilmiş 2V- 29, 2V-28, 2V-33, 2V-32, 2V-31, 2V-30 reyestr nömrəli qanun üzrə vərsəlik hüququ haqqında şəhadətnamələrin və həmin evin 12/30 hissəsinin daşınmaz əmlakın dövlət reeystrində aparılmış qeydin və buna dair M.Məmmədovanın adına verilmiş Seriya RX № ******* saylı, 24 fevral 2015-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsinə dair hissələri təmin edilməmişdir. Həmin qətnamə ilə həmçinin X3rşılıqlı iddiası təmin edilərək Bakı şəhəri, M.F.Axundov küçəsi, dalan 13, 3 saylı fərdi yaşayış evinin «A» tiklisinin birinci mərtəbəsində yerləşən 1 saylı (3,8 kvm), 2 saylı (9,8 kvm), 3 saylı (19,4 kvm), 5 saylı (3,0 kvm) və «A» tikilisində (yanmzirzəmi hissəsində) yerləşən 6 saylı (6,1 kvm) tikililərin X4 mülkiyyətində olan 8/30 paya aid edilməklə onun istifadəsinə verilməsi qət edilmişdir. Həmin qətnamə ilə həmçinin Bakı şəhəri, M.F.Axundov küçəsi, dalan 13, 3 saylı fərdi yaşayış evinin «A» tiklisinin yanmzirzəmisində yerləşən 1 saylı (2,7 kvm), 2 saylı (5,8 kvm), 3 saylı (16,4 kvm), 4 saylı (6,6 kvm) və 5 saylı (2,8 kvm) və «A» tikilisinin birinci mərtəbəsində yerləşən 9 saylı (17,8 kvm), 12 saylı (4,9 kvm), 13 saylı (7,1 kvm), 14 saylı (2,3 kvm), 15 saylı (8,1 kvm) və 16 saylı (15,8 kvm) tikililərin X5; «A» tiklisinin birinci mərtəbəsində yerləşən 6 saylı (8,5 kvm), 7 saylı (16,2 kvm), 8 saylı (18,7 kvm), 10 saylı (9,7 kvm) və 11 saylı (8,1 kvm) tikililərin X11; «A» tiklisinin birinci mərtəbəsində yerləşən İsaylı (3,8 kvm), 2 saylı (9,8 kvm), 3 saylı (19,4 kvm), 5 saylı (3,0 kvm) və «A» tikilisində (yarımzirzəmi hissəsində) yerləşən 6 saylı (6,1 kvm) tikililərin X4 adlarına dövlət reyestrindən çıxrışların verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak X17 yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 dekabr 2019-cu il tarixli, 2(103)-1066/2019 saylı qətnaməsi ilə cavabdehlər X11, X12, Əliyev (İbrahimli) İkrəm Əbülfəz oğlunun apellyasiya şikayətləri qismən təmin edilərək, Yasamal rayon məhkəməsinin 2(004)-124/2017 saylı, 12 yanvar 2017-ci il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə çıxaralmışdır. Həmin qətnamə ilə iddiaçı X11 iddia ərizəsi qismən təmin edilərək, Bakı şəhəri, Yasamal rayonu, X25 küçəsi, dalan 13, 3 saylı evin X19, X14, X20, X21, X20, X15, X7 məxsus olan hissələrinə cəmi 12/30 hissəyə dair 18 fevral 2015-ci il tarixdə X5 adına Bakı şəhəri 15 saylı notariat kontoru tərəfindən verilmiş 2V-29, 2V-28, 2V-33, 2V-32, 2V-31, 2V-30 reyestr nömrəli qanun üzrə vərsəlik hüququ haqqında şəhadətnamələrin və həmin evin 12/30 hissəsinin daşınmaz əmlakın dövlət reeystrində aparılmış qeydin və buna dair M.Məmmədovanın adına verilmiş Seriya RX № ******* saylı, 24 fevral 2015-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi qət edilmişdir. Göstərilənlərə əsasən X8 Bakı şəhəri, Yasamal rayonu, X25 küçəsi, dalan 13, 3 saylı evə həmin evin 12/30 hissəsinə dair M.Məmmədovanın adına verilmiş Seriya RX № ******* saylı, 24 fevral 2015-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında qeydiyyata alındığından və həmin çıxarış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 dekabr 2019-cu il tarixli, 2(103)- 1066/2019 saylı qətnaməsi ilə ləğv edildiyindən M.Məmmədovanın göstərilən evə qeydiyyata alınmasına əsas olmuş hal aradan qalxmışdır. Buna görə də X5 Bakı şəhəri, Yasamal rayonu, X25 küçəsi, dalan 13, 3 saylı evə qeydiyyatına xitam veriləərək, həmin evdən pasport qeydiyyatından çıxarılmalıdır. Göstərilənlərə əsasən iddiaçı X5 Bakı şəhəri, Yasamal rayonu, X25 küçəsi, dalan 13, 3 saylı evdən qeydiyyatına xitam verilməsinin (qeydiyyatdan çıxarılmasının) təmin edilməsi barədə ərizə ilə cavabdeh Yasamal rayon Polis İdarəsinə müraciət etmiş, lakin, Yasamal rayon Polis İdarəsi hərəkətsizlik edərək müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdeh Yasamal rayon Polis İdarəsinin imtinası əsassızdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul eilməsini xahiş etmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı münasibət məhkəməyə təqdim edilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə məhkəmə icraatına cəlb edilmiş 3-cü şəxslərdən X18 və X13 da məhkəmə hazırlıq icraatında iştirak edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasına gəlməmişdir. Cavabdeh məhkəməyə məktub ünvanlayaraq, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı və məhkəmə hazırlıq icraatı iclasında iştirak edən X18 və X9 izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, mövcud maddi və prosessual hüquq normalarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 06 oktyabr 2021-ci il tarixli ********** qeydiyyat nömrəli Elektron Çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanda yerləşən 233.60 kv.metr sahədən ibarət fərdi yaşayış evinin 8/30 hissəsinə İddiaçı xüsusi mülkiyyət hüququ əldə etmişdir. Eyni zamana sözügedən Çıxarış üzrə X18 1/30, X10 8/30 hissəyə, X13 da 1/30 hissəyə xüsusi mülkiyyət hüququ əldə etmişlər. -Cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 091-5325R-3222 saylı imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış, X5 Bakı şəhəri, Yasamal rayonu, X25 küçəsi, dalan 13, mənzil 3 ünvanından qeydiyyatdan çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq əlaqədar məhkəməyə müraciət etməsi bildirilmişdir. -Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş ******* saylı arayışdan görünür ki, xx.xx.1941-ci il təvəllüdlü X8 Bakı şəhəri, Yasamal rayonu, X25 küçəsi, dalan 13, mənzil 3 ünvanında qeydiyyatdadır. Beləliklə işin hallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 dekabr 2019-cu il tarixli, 2(103)-1066/2019 saylı qətnaməsi ilə cavabdehlər X11, X12, Əliyev (İbrahimli) İkrəm Əbülfəz oğlunun apellyasiya şikayətləri qismən təmin edilərək, Yasamal rayon məhkəməsinin 2(004)-124/2017 saylı, 12 yanvar 2017-ci il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə çıxaralmış, həmin qətnamə əsasında iddiaçı X11 iddia ərizəsi qismən təmin edilərək, Bakı şəhəri, Yasamal rayonu, X25 küçəsi, dalan 13, 3 saylı evin X19, X14, X20, X21, X20, X15, X7 məxsus olan hissələrinə cəmi 12/30 hissəyə dair 18 fevral 2015-ci il tarixdə X5 adına Bakı şəhəri 15 saylı notariat kontoru tərəfindən verilmiş 2V-29, 2V-28, 2V-33, 2V-32, 2V-31, 2V-30 reyestr nömrəli qanun üzrə vərsəlik hüququ haqqında şəhadətnamələrin və həmin evin 12/30 hissəsinin daşınmaz əmlakın dövlət reeystrində aparılmış qeydin və buna dair M.Məmmədovanın adına verilmiş Seriya RX № ******* saylı, 24 fevral 2015-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi qət edilmişdir. X2 Bakı şəhəri, Yasamal rayonu, X25 küçəsi, dalan 13, 3 saylı evə həmin evin 12/30 hissəsinə dair M.Məmmədovanın adına verilmiş Seriya RX № ******* saylı, 24 fevral 2015-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında qeydiyyata alındığından və həmin çıxarış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 dekabr 2019-cu il tarixli, 2(103)- 1066/2019 saylı qətnaməsi ilə ləğv edildiyindən M.Məmmədovanın göstərilən evə qeydiyyata alınmasına əsas olmuş hal aradan qalxmışdır. Göründüyü kimi, Bakı şəhəri, Yasamal rayonu, X25 küçəsi, Dalan 13 ünvanında yerləşən 3 saylı fərdi yaşayış evinin1/30 hissəsi İddiaçı, 1/30 hissə X12, 8/30 hissə X6, 1/30 hissə X9 xüsusi mülkiyyətindədir 3-cü şəxs X1 ünvanda qeydiyyatda qalması iddiaçı və digər 3-cü şəxslərin marağlarına ziddir və onların mülkyyət hüquqularını həyata keçirməyə maneə yaradır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu maddəsinin 1-ci bəndinə əsasən, şəxs yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə hesab edir ki, X5 iddiaçıya məxsus Bakı şəhəri, Yasamal rayonu, X25 küçəsi, dalan 13, mənzil 3 ünvanında yaşamadığı halda onun həmin ünvanda formal olaraq qeydiyyatda qalması iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələbindən göründüyü kimi, yaşayış yerini dəyişdirmiş şəxs yeni yaşayış yeri üzrə qeydiyyata alınmalı olduğundan, iddiaçının iş üzrə üçüncü şəxsin Bakı şəhəri, Yasamal rayonu, X25 küçəsi, dalan 13, mənzil 3 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsinə dair tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. X5 Bakı şəhəri, Yasamal rayonu, X25 küçəsi, dalan 13, mənzil 3 ünvandan qeydiyyatdan çıxarılması vəzifəsi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar