Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7873/2022 11.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X11 qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı “idxal edilmiş avadanlıqların rəsmiləşdirilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən idxal edilmiş “Neles” markalı, “T5GB16AAH1805 MOV 24181” və “XG16DWTEJ2RXHBDF MOV 24182” modelli avadanlıqların gömrük rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin ünvanına 34JZ9529/34KZ4337 nömrəli nəqliyyat vasitəsində, 000128 saylı xx.xx.2021-ci il tarixli invoys sənədi ilə daxil olmuş yük **********7815 sorğu nömrəli, xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsində bəyan edilmişdir. Mal müşayiət sənədlərində həmin malların XİF MN üzrə ********** kodu altında təsnif edildiyi göstərilmişdir. Həmin malların XİF MN üzrə hansı kod altında sinifləşdirilməsinin müəyyən edilməsi məqsədi ilə X6 idarəsinə müraciət edilmişdir. X6 İdarəsindən daxil olmuş məktubda göstərilmişdir ki, İddiaçı MMC tərəfindən verilmiş invoys üzrə 1-ci mövqedə olan malın XİF MN ********** kodu altında təsnif edilməklə 5 % idxal gömrük rüsumuna, 2-ci mövqedə olan malın isə XİF MN ********** kodu altında təsnif edilməklə 15 % idxal gömrük rüsumuna cəlb edilməli olduğu qeyd edilmişdir. Nəticədə həmin malların idxalı zamanı İddiaçı MMC-nin 26678,80 manat gömrük ödənişlərinin ödənilməsindən yayındığı və əməldə Azərbaycan Respublikası CM-nin 209.1-ci maddəsinin tərkib əlamətlərinin olduğu göstərilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin istintaq və təhqiqat idarəsinin istintaq şöbəsinin böyük müstəntiqi, gömrük xidməti mayoru X5 icraatında olan və yuxarıda təsvir olunan 25\25\058849 nömrəli material üzrə araşdırma aparmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, İddiaçı MMC tərəfindən **********7815 sorğu nömrəli xx.xx.2021-ci il tarixli bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsində bəyan edilmiş “Neles” markalı “T5GB16AAH1805 MOV 24181” və “XG16DWTEJ2RXHBDF MOV 24182” modelli avadanlıqların XİF MN kodunun ********** olmasına dəalət edir. Eyni zamanda araşdırmanın nəticəsində İddiaçı MMC-nin həmin avadanlıqların idxalı və “sərbəst dövriyyə üçün buraxılışı” gömrük prosedurunda gömrük rəsmiləşdirilməsindən keçirilməsi zamanı malların təsviri və XİF MN kodunu düzgün bəyan etdiyi və gömrük ödənişlərinin ödənilməsindən yayınma halının olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin İstintaq şöbəsinin böyük müstəntiqi, gömrük xidməti mayoru X2 24 fevral 2022-ci il tarixli qərarı ilə 25\25\058840 nömrəli yoxlama materialı üzrə əməldə Azərbaycan Respublikası CM-nin 209 və digər maddələrində nəzərdə tutulan cinayət əməllərinin tərkibi olmadığından cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Eyni zamanda, Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunun anbarında saxlanılan, İddiaçı MMC tərəfindən idxal edilmiş “Neles” markalı, “T5GB16AAH1805 MOV 24181” və “XG16DWTEJ2RXHBDF MOV 24182” modelli avadanlıqların gömrük rəsmiləşdirilməsindən keçirilərək buraxılmasının təmin edilməsi Bakı Baş Gömrük İdarəsinə həvalə edilmişdir. Bundan sonra İddiaçı MMC-nin əməkdaşları Bakı Baş Gömrük İdarəsininin Təhqiqat şöbəsində olmuş, sonuncu tərəfindən raport yazılaraq materialın hüquqpozmalardan çıxarılmış və aidiyyəti sənədlər maliyyə inspektoruna təqdim edilmişdir. İddiaçı MMC tərəfindən idxal edilmiş “Neles” markalı, “T5GB16AAH1805 MOV 24181” və “XG16DWTEJ2RXHBDF MOV 24182” modelli avadanlıqların gömrük rəsmiləşdirilməsindən keçirilməsi yubadılmaqdadır və beləliklə, Azərbaycan Respublikası Konstitusiyası ilə qorunan İddiaçı MMC-nin mülkiyyət huquqları pozulmaqdadır. Eyni zamanda rəsmiləşdirilmə aparılması həvalə olunmuş gömrük inspektoru öz hərəkətləri ilə 24 fevral 2022-ci il tarixli qərarı ilə 25\25\058840 nömrəli yoxlama materialı üzrə gəlinmiş nəticəyə şübhə ilə yanaşır və müxtəlif bəhanələrlə rəsmiləşdirməni həyata keçirməkdən boyun qaçırmaqla qeyd edilən qərara öz şərhini verməkdədir. Gömrük əməkdaşlarının bu hərəkətləri ilə İddiaçı MMC-nin sahibkarlıq sahəsində bütün hüquqları pozulmaqda və gündəlik olaraq maliyyə itkilərinə məruz qalmaqdadır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi iddiaya dair etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, **********7815 sorğu nömrəli gömrük bəyannaməsində göstərilən məlumatların yoxlanılması zamanı malların təsnifat kodunun düzgün qeyd edilməməsi ilə bağlı şübhə yarandığı üçün müvafiq araşdırma aparılmış və ekspertiza rəyinin verilməsi üçün X6 İdarəsinə müraciətlər edilmişdir. Həmin müraciətlərin nəticəsində keçirilmiş ilkin və təkrar ekspertizalara əsasən cavabdehə elektron formada göndərilmiş xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli espert rəylərində invoysun 1-ci mövqeyindəki malın XİF MN üzrə 8481 80 812 0, 2-ci mövqeyindəki malın isə XİF MN üzrə 8481 80 819 0 təsnifat kodu ilə sinifləşdirildiyi göstərilmişdir. Daha sonra Əməliyyat İstintaq Baş İdarəsinin 1000-154/xx-xx/003655 saylı xx.xx.2022-ci il tarixli qərarının icrası ilə bağlı daxil olmuş malların koduna yenidən baxılması üçün X6 İdarəsinə xx.xx.2022-ci il tarixdə təkrar müraciət edilmiş, X6 İdarəsindən elektron formada daxil olmuş xx.xx.2022-ci il tarixli cavab məktubunda iddiaçının idxal etdiyi mal partiyasına aid sorğuların xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli cavab-rəyləri ilə cavablandırıldığı bildirilmişdir. Cavabdeh hazırkı iş üzrə X7 İdarəsinin malların təsnifat kodu üzrə verdiyi rəyi əsas tutur və tərəflərindən X7 İdarəsinin verdiyi rəyə zidd olaraq gömrük rəsmiləşdirilməsinin aparılması mümkün deyildir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2022-ci il tarixdə, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC tərəfindən 34JZ9529\34KZ4337 nömrəli nəqliyyat vasitəsində, 000128 saylı xx.xx.2021-ci il tarixli invoys sənədi və yük **********7815 sorğu nömrəli, xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi ilə idxal edilmiş “Neles” markalı, “T5GB16AAH1805 MOV 24181” və XG16DWTEJ2RXHBDF MOV 24182” modeli avadanlıqların gömrük rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixdə protokol qaydasında qəbul etdiyi qərardadla ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı MMC-nin ünvanına 34JZ9529/34KZ4337 nömrəli nəqliyyat vasitəsində, 000128 saylı xx.xx.2021-ci il tarixli invoys sənədi ilə daxil olmuş yük **********7815 sorğu nömrəli, xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsində bəyan edilmişdir. Mal müşayiət sənədlərində həmin malların XİF MN üzrə ********** kodu altında təsnif edildiyi göstərilmişdir. Həmin malların XİF MN üzrə hansı kod altında sinifləşdirilməsinin müəyyən edilməsi məqsədi ilə X6 İdarəsinə müraciət edilmişdir. X6 İdarəsindən daxil olmuş məktubda göstərilmişdir ki, İddiaçı MMC tərəfindən verilmiş invoys üzrə 1-ci mövqedə olan malın XİF MN ********** kodu altında təsnif edilməklə 5 % idxal gömrük rüsumuna, 2-ci mövqedə olan malın isə XİF MN ********** kodu altında təsnif edilməklə 15 % idxal gömrük rüsumuna cəlb edilməlidir. Nəticədə həmin malların idxalı zamanı İddiaçı MMC-nin 26678,80 manat gömrük ödənişlərinin ödənilməsindən yayındığı və əməldə Azərbaycan Respublikası CM-nin 209.1-ci maddəsinin tərkib əlamətlərinin olduğu göstərilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq İdarəsinin 24 fevral 2022-ci il tarixli qərarı ilə İddiaçı MMC barəsində xx/xx/058840 nömrəli materialı üzrə əməldə Azərbaycan Respublikası CM-nin 209 və digər maddələrində nəzərdə tutulan cinayət əməllərinin tərkibi olmadığından cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunun anbarında saxlanılan, İddiaçı MMC tərəfindən idxal edilmiş “Neles” markalı, “T5GB16AAH1805-MOV 24181” və “XG16DWTEJ2RXHBDF MOV 24182” modelli avadanlıqların müvafiq gömrük rəsmiləşdirilməsindən keçirilərək buraxılmasının təmin edilməsi Bakı Baş Gömrük İdarəsinə həvalə edilmişdir. Lakin cavabdeh X7 İdarəsinin verdiyi rəyə əsaslanaraq, gömrük rəsmiləşdirilməsinin aparılmasından imtina etmişdir. Hazırda iddiaçı idxal edilmiş “Neles” markalı, T5GB16AAH1805 MOV 24181” və XG16DWTEJ2RXHBDF MOV 24182” modelli avadanlıqların gömrük rəsmiləşdirilməsi tələbini irəli sürür. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: 319.4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında istifadə edilən xarici iqtisadi fəaliyyətin mal nomenklaturası X3 malların təfsiri və kodlaşdırılmasının Harmonikləşdirilmiş Sisteminə, X8 Edilmiş Sisteminə və X4 xarici iqtisadi fəaliyyətin vahid mal nomenklaturasına uyğun olmalıdır; 321.1-ci maddəsinə əsasən, mallar bəyan edilərkən malların təsnifatı aparılır, yəni malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasında kodu (kodları) müəyyən olunur; 321.3-cü maddəsinə əsasən, bəyan edilən malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu bəyannaməçi tərəfindən düzgün göstərilmədikdə, gömrük orqanları həmin malları sərbəst təsnifatlandırma hüququna malikdirlər; 321.4-cü maddəsinə əsasən, malların təsnifatını apararkən, gömrük orqanları xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olan malların kodlarından istifadə edirlər. Malı müşayiət edən sənədlərdə göstərilən məlumatlar, habelə ekspertiza fəaliyyətini həyata keçirən müəssisələr tərəfindən verilən ekspertiza aktları, arayışlar, rəylər yardımçı informasiya xarakteri daşıyır və malların təsnifatı zamanı nəzərə alınır. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 24 fevral 2022-ci il tarixli qərardan görünür ki, xx/xx/058840 nömrəli yoxlama materialı üzrə əməldə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 209 və digər maddələrində nəzərdə tutulan cinayət əməllərinin tərkibi olmadığından cinayət işinin başlanılması Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunun anbarında saxlaılan, İddiaçı MMC tərəfindən idxal edilmiş “Neles” markalı, “T5GB16AAH1805 MOV 24181” və XG16DWTEJ2RXHBDF MOV 24182” modelli avadanlıqların müvafiq gömrük rəsmiləşdirilməsindən keçirilərək buraxılmasının təmin edilməsi Bakı Baş Gömrük İdarəsinə həvalə edilmişdir. Həmin material üzrə müəyyən edilmişdir ki, idxalatçı tərəfindən təqdim edilmiş sənədlərin və sənədlərdə əksini tapmış məlumatların həqiqiliyi şübhə doğurmur. İddiaçı MMC həmin avadanlıqların idxalı və “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda gömrük rəsmiləşdirilməsindən keçirilməsi zamanı malların təsviri və XİFMN kodunu düzgün bəyan etmiş və gömrük ödənişlərinin ödənilməsindən yayınma halı mövcud deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Göründüyü kimi, cinayət mühakimə icraatı zamanı cinayət prosesini həyata keçirən orqanın şəxsin cinayət təqibini istisna edən ləğv edilməmiş qərarı preyudisial effektə malikdir. Belə olan halda, məhkəmə hesab edir ki, nə qədər ki, iddiaçının gömrük rəsmiləşdirilməsi zamanı malların XİFMN kodunu düzgün bəyan etməsi cinayət prosesini həyata keçirən orqanın yuxarıda qeyd olunan cinayət təqibini istisna edən qərarı ilə təsdiqini tapmışdır, həmin malların bəyan edildiyi şəkildə gömrük rəsmiləşdirilməsinə dair tələbi əsaslıdır. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının tələbi əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməli və İddiaçı MMC tərəfindən **********7815 sorğu nömrəli, xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi ilə idxal edilmiş “Neles” markalı, “T5GB16AAH1805 MOV 24181” və XG16DWTEJ2RXHBDF MOV 24182” modelli avadanlıqların gömrük rəsmiləşdirilməsi öhdəliyi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə həvalə edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı MMC tərəfindən **********7815 sorğu nömrəli, xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi ilə idxal edilmiş “Neles” markalı, “T5GB16AAH1805 MOV 24181” və XG16DWTEJ2RXHBDF MOV 24182” modelli avadanlıqların gömrük rəsmiləşdirilməsi öhdəliyi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-7873/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7873/2022
11.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver