Məhkəmə qərarları › İş №2-1(112)-7876/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7876/2021

16.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7876/2021 16.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Mahmud Orxan Əlövsət oğlunun katibliyi, İddiaçı Cavabdehin nümayəndəsi X5 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral X1rşı “qərarın ləğv edilməsi” barədə tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (ünvan: ünvan 1ında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 27.05.2021ci il tarixli 71 nömrəli “Yerin təkindən istifadə üçün verilmiş hüququn ləğv edilməsi haqqında” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və hazırlıq icraatı üzrə məhkəmə iclası 16.12.2021-ci il tarixə təyin edilərək proses iştirakçılarına məlumat verilmişdir. İş üzrə keçirilmiş məhkəmənin hazırlıq icraatı üzrə iclasında işin aidiyyəti üzrə baxılması ilə əlaqədar səlahiyyətli məhkəməyə göndərilməsi məsələsi müzakirə edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı işin aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməsinə etiraz etdi, cavabdehin nümayəndəsi isə məsələnin həllinin məhkəmənin mülahizəsinə buraxdıgını bildirdi. Məhkəmə işdə iştirak edən iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, hazırkı işə Şirvan İnzibati Məhkəməsində baxılmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi, iddiaçı qum-çınqıl materiallarının çıxarılması və emalı üçün Araz çayı yatağından torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı aidiyyəti üzrə İmişli Rayon İcra Hakimiyyətinə müraciət etmiş və sonuncunun 03.02.2015-ci il tarixli 23 nömrəli Sərəncamına əsasən ona İmişli rayonunun Yalavac kəndi yaxınlığında Araz çayının yatağından 4,0 ha torpaq sahəsi müvəqqəti istifadə hüququ ilə icarəyə verilmiş və çınqıl materiallarının çeşidlənməsi üçün qurğuların tikintisinə icazə verilmiş, tərəflər arasında torpaq icarəsi müqaviləsi bağlanmışdır. Bundan sonra iddiaçı həmin ərazidə qum-çınqıl materiallarının çıxarılması fəaliyyəti ilə məşğul olmuş və bununla bağlı zəruri sənədləri, “Dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılmasına” dair 12.11.2019-cu il tarixli EL-648/2019 nömrəli lisenziya və qum-çınqıl hasilatı ilə bağlı 13.11.2018-ci il tarixli 01119 nömrəli dağ-mədən ayırması aktını müvafiq qurumlardan əldə etmişdir ki, bu da iddiaçının Araz çayı yatağında hasilat işləri aparmaq səlahiyyətinə malik olduğunu göstərir. Lakin cavabdeh iddiaçının ona ayrılmış sahə üzrə yerin təkindən istifadə hüququnu müvəqqəti olaraq məhdudlaşdırmış, daha sonra isə həmin istifadə hüququnun ləğv edilməsi barədə qərar qəbul etmişdir ki, bu da nəticədə iddiaçının hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnmişdir. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsinə dair Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.1-ci maddəsinə əsasən, daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İlkin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırki mübahisə İmişli rayonunun inzibati ərazisindəki Araz çayının (“İmişli” qum-çınqıl yatağı) yatağında yerləşən torpaq sahəsinin istifadəsi ilə əlaqədar oldugundan inzibati işə həmin daşınmaz əmlakın yerləşdiyi yer üzrə məhkəmədə yəni, Şirvan İnzibati Məhkəməsində baxılmalıdır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmələrin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 01.01.2020-ci il tarixdən qüvvəyə minmiş «Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasının təsdiq edilməsi barədə” 14.11.2019-cu il tarixli 4 nömrəli qərarının 18.10-cu bəndinə əsasən İmişli rayonu Şirvan İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aiddir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı inzibati iş baxılması üçün mübahisəli ərazinin yerləşdiyi yer üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1, 8.2-ci və 8.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral X1rşı “Ekologiya və Təbii Sərvətlər Nazirliyi X6 X3 27.05.2021-ci il tarixdə 71 nömrəli “Yerin təkindən istifadə üçün verilmiş hüququn ləğv edilməsi haqqında qərarın ləğv edilməsi” tələbi barədə Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)- 7876/2021 saylı iş ərazi aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim edildiyi andan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə tərəflər Bakı Apellyasiya Məhkəməsinə şikayət verə bilərlər. Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar