Məhkəmə qərarları › İş №2-1(112)-7880/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7880/2023

05.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7880/2023 05.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi" tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdehin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 3-cü şəxs qismində cəlb edilməklə "torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi" barədə iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona icarə müqaviləsi əsasında 49 il müddətə istifadəsinə verilmiş Bakı şəhəri Yasamal rayonu, 2-ci Alatava, M.Xiyabanı küç, 14 saylı binanın yaxınlığında yerləşən, 342 kv.m torpaq sahəsi üzərində olan mövcud icarə hüququnun qeydiyyata alınması vəzifəsinin və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-7880/2023 saylı qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, 30 iyul 2015-ci il tarixdə icarəyə götürən kimi iddiaçı ilə Bakı şəhər İcra Hakimiyyətinin adından icarəyəverən qismində çıxış edən Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov arasında bağlanmış “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 1085 saylı icarə müqaviləsinə müvafiq olaraq Bakı şəhərində yerləşən 342 kv.m torpaq sahəsi, hər il 512 (beş yüz on iki) manat 18 qəpik icarə haqqı ödəmək şərti ilə 49 il müddətinə iddiaçının icarəsinə verilmişdir. Bakı şəhəri, Yasamal rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli 317 saylı sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş idarəsinin xx.xx.2015-ci il tarixli, 18/03-8/3274 saylı, həmin idarənin xx.xx.2015-ci il tarixli 18/03-8/3094 saylı məktubları ilə razılaşdırılmış şəhərsalma əsaslandırılmaları nəzərə alınmaqla Yasamal rayonu, Yeni Yasamal-1 yaşayış sahəsi, 2-ci Alatava, M.Xiyabanı küç, 14 saylı binanın yaxınlığında yerləşən 342 kv.m torpaq sahəsində razılaşdırılmış eskiz layihələrinə müvafiq olaraq İddiaçı tərəfindən ofis-ticarət obyektinin tikintisinin sənədləşdirilməsinə icazə verilmişdir. Aparılacaq tikintinin yerləşdiyi 0,0342 hektar ərazi sahəsi Baş plana müvafiq olaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən dəqiqləşdirilmiş, BŞİHnin MŞBİ-nin xx.xx.2015-ci il tarixli 18/03-8/2896-saylı məktubu ilə sahəyə dair cizgi planı tərtib edilmişdir. Həyata keçiriləcək tikintiyə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinin “Azərdövlətlayihə” DBLİ tərəfindən işlənilmiş şəhərsalma əsaslandırılması xx.xx.2015-ci il tarixli 18/03-8/3094 saylı məktubla razılaşdırılmışdır. Nəhayət Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Yasamal rayonu İcra Hakimiyyəti Başçısının adına ünvanlanmış xx.xx.2015-ci il tarixli, 18/03-8/3274 saylı məktubu ilə İddiaçı tərəfindən Yasamal rayonu, Yeni Yasamal-1 yaşayış sahəsi, 2-ci Alatava, M.Xiyabanı küç, 14 saylı binanın yaxınlığında yerləşən 342 kv.m torpaq sahəsində ofis-ticarət obyektinin tikintisi ilə əlaqədar təqdim edilmiş memarlıq planlaşdırılmasının eskiz həlli razılaşdırılmaqla, aparılacaq tikinti işlərinin qüvvədə olan inşaat norma və qaydalarına uyğun olaraq aparılmaqla qanunvericilikdə nəzərdə tutulmuş qaydada sənədləşdirilməsi göstərişi verilmişdir. Həmin torpaq sahəsi artıq 8 ilə yaxındır ki, iddiaçının istifadə və sərəncamındadır. Lakin iddiaçının müqavilə əsasında 49 il müddətinə icarəyə verilmiş torpaq sahəsi üzərində olan icarə hüququnun qeydiyyata alınması barədə cavabdehə etdiyi xx.xx.2023-cü il tarixli ********** saylı müraciətinə cavabdehin xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-S-0139- **********7139 saylı imtinası ilə bildirilmişdir ki, torpaq sahəsinin icarəyə verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının qərarı təqdim edilməmiş, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi yaşayış binaları ilə yol arasında qalan, ümumi istifadə üçün nəzərdə tutulmuş ərazidə yerləşir, torpaq sahəsinə digər şəxsin müraciəti mövcud olmaqla yanaşı, torpaq sahəsinin bir hissəsinin digər şəxs tərəfindən istifadə olunduğu müəyyən edilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuzdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehə iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi təklif olunmuşdur. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın əsasları İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı tərəf iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehin etirazında göstərmişdir ki, iddia etirazla qarşılanır. İddiaçı müvafiq tələblə ********** nömrəli, xx.xx.2023-cü il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, sözügedən torpaq sahəsinin icarəyə verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının qərarı təqdim edilməmişdir. Həmçinin elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi yaşayış binaları ilə yol arasında qalan ümumi istifadə üçün nəzərdə tutulmuş ərazidə yerləşir. Eyni zamanda, göstərilən torpaq sahəsinə Əmlak Məsələləri Dövlət Xidmətinin müraciəti mövcuddur. Bundan əlavə, idarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman göstərilən torpaq sahəsinin bir hissəsinin digər fiziki şəxs tərəfindən (metal tor çəpərlə sərhədlənib) istifadə edildiyi müəyyən olunmuşdur. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçıya xx.xx.2023-cü il tarixli, **********39 nömrəli cavab məktubu ünvanlanmışdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Aşağıdakı sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: -Cavabdehin xx.xx.2023-cü il tarixli **********39 saylı məktubu ilə bildirilmişdir ki, “Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 yaşayış sahəsi, M.Xiyabani küçəsi, 14 saylı yaşayış binasının yaxınlığında yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2023-cü il tarixli ərizənizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, sözügedən torpaq sahəsinin icarəyə verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının qərarı təqdim edilməmişdir. Həmçinin elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi yaşayış binaları ilə yol arasında qalan ümumi istifadə üçün nəzərdə tutulmuş ərazidə yerləşir və torpaq sahəsinə digər şəxsin müraciəti mövcuddur. Eyni zamanda idarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman göstərilən torpaq sahəsinin bir hissəsinin digər fiziki şəxs tərəfindən istifadə edildiyi müəyyən olunmuşdur. - Azərbaycan Respublikası Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinə ünvanlanmış S-246 saylı, xx.xx.2014-cü il tarixli məktubu ilə bildirilmişdir ki, “Yasamal rayon İcra Hakimiyyətinə, Bakı şəhəri, Nizami rayonu, B. Nuriyev küçəsi, ev 41, mənzil 25-də yaşayan vət. İddiaçı müraciət edərək, Yeni Yasamal-1 yaşayış sahəsində, Xiyabani küçəsi, 14 saylı binanın yaxınlığındakı sahədə təqdim olunmuş memarlıq-planlaşdırma həlli layihəsi əsasında ofıs-ticarət obyektinin tikintisinə razılıq verilməsini xahiş etmişdir. Yasamal rayon İcra Hakimiyyəti qeyd olunan ünvanda vət. İddiaçı tərəfindən təqdim olunmuş layihədə göstərilən sahədə ofis-ticarət obyektinin tikintisinə etiraz etmir və qaldırılmış məsələni Sizin müzakirənizə təqdim edir.” - İddiaçı ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında bağlanmış 1085 saylı xx.xx.2015-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında icarə müqaviləsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava, M.Xiyabani küçəsi 14 saylı binanın yaxınlığında yerləşən 342 kv.m. olçüsü olan torpaq sahəsi, hər il 512 (beş yüz on iki) manat 18 qəpik icarə haqqı ödəmək şərti ilə, 49 il müddətinə iddiaçının icarəsinə verilmişdir. - Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli 317 saylı sərəncamından görünür ki, “Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və şəhərsalma Baş idarəsinin xx.xx.2015-ci il tarixli, 18/03-8/3274 saylı, həmin idarənin xx.xx.2015-ci il tarixli, 18/03-8/3094 saylı məktubları ilə razılaşdırılmış şəhərsalma əsaslandırılmaları nəzərə alınmaqla Yasamal rayonu, Yeni Yasamal-1 yaşayış sahəsi, 2ci Alatava, M.Xiyabanı küç, 14 saylı binanın yaxınlığında razılaşdırılmış eskiz layihəsində göstərilən sahədə vətəndaş İddiaçı Akif oğlu tərəfindən ofis-ticarət obyektinin tikintisinin sənədləşdirilməsinə icazə verilmişdir. Vətəndaş İddiaçı tapşırılsın ki, tikinti işlərinə başlamazdan əvvəl torpaq sahəsi üzərində hüququnu təsdiq edən sənədin Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən alınmasını təmin edilməsi qərara alınmışdır.” - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin iddiaçıya ünvanlanmış 18/03-8/2896 saylı xx.xx.2015-ci il tarixli məktubu ilə bildirilmişdir ki, “Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinə daxil olmuş ərizənizə cavab olaraq, Yasamal rayonu, Yeni Yasamal-1 yaşayış massivi, M.Xiyabani küçəsi 14 saylı binanın yaxınlığında ofıs-ticarət obyektinin tikintisinin layihələndirilməsi üçün ayrılması nəzərdə tutulan 0,0342 ha torpaq sahəsinə dair tərtib olunmuş cizgi Sizə göndərilir.” - Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən tərtib edilmiş “İddiaçı, Yasamal rayonu, Yeni Yasamal-1 yaşayış massivi M.Xiyabani küçəsi 14 saylı binanın yaxınlığında, ofis və ticarət obyektinin tikintisinin layihələndirilməsi üçün nəzərdə tutulan torpaq sahəsinin ölçülərinə dair cizgi”dən görünür ki, torpaq sahəsinin ümumi sahəsi 0.0342 hektardır. - Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin iddiaçıya ünvanlanmış 18/03-8/3094 saylı xx.xx.2015-ci il tarixli məktubu ilə bildirilmişdir ki, “Sizin, daxil olmuş ərizənizi nəzərə alaraq, Yasamal rayonu, Yeni Yasamal-1 yaşayış massivi, M.Xiyabani küçəsi 14 saylı binanın yaxınlığında yerləşən torpaq sahəsində tikintisi nəzərdə tutulan ofis-ticarət obyektinin Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi «Azər-dövlətlayihə» DBLİ tərəfindən işlənilmiş şəhərsalma əsaslandırılması razılaşdırılır.” - Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin Yasamal Rayon İcra Hakimiyyətinə ünvanlanmış 18/03-8/3274 saylı xx.xx.2015-ci il tarixli məktubu ilə bildirilmişdir ki, “Sizin, xx.xx.2014-cü il tarixli, S-246 saylı razılıq məktubunuzu və Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2015-ci il tarixli 18/03-8/3094 saylı məktubu ilə razılaşdırılmış şəhərsalma əsaslandırılmasını nəzərə alaraq, vət. İddiaçı tərəfindən Yasamal rayonu, Yeni Yasamal-1 yaşayış sahəsi, Xiyabani küçəsi 14 saylı binanın yaxınlığında yerləşən torpaq sahəsində ofis-ticarət obyektinin tikintisi ilə əlaqədar təqdim olunmuş memarlıq-planlaşdırmasının eskiz həlli ("xxxx" MMC-nin işi, LBM Nuhbalayev Ə.) razılaşdırılır. Tikinti işlərinə başlamazdan əvvəl: obyektin lisenziya əsasında memarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən hazırlanmış işçi layihəsi razılaşdırılması üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim olunmalıdır; sahədə aşkar olunmamış mühəndisi kommunikasiya xətləri qeydə alınarsa, onların sahədən çıxarılması aidiyyəti təşkilatlarla razılaşdırmaqla sifarişçinin vəsaiti hesabına həyata keçirilməlidir. Tikinti işləri qüvvədə olan inşaat norma və qaydalarının tələblərinə ciddi riayət olunmaqla Yasamal Rayon İcra Hakimiyyətinin nəzarəti altında aparılmalı və qanunvericilikdə nəzərdə tutulmuş qaydada sənədləşdirilməlidir.” -Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin iddiaçıya ünvanlanmış 18/03-8/147 saylı xx.xx.2017-ci il tarixli məktubu ilə bildirilmişdir ki, “Sizin, daxil olmuş xx.xx.2016-cı il tarixli ərizənizi nəzərə alaraq, Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2015-ci il tarixli, 18/03-8/3274 saylı məktubu ilə Yasamal rayonu, Yeni Yasamal-1 yaşayış sahəsi, Xiyabani küçəsi 14 saylı binanın yaxınlığında yerləşən torpaq sahəsində ofis-ticarət obyektinin tikintisi ilə əlaqədar razılaşdırılmış memarlıq-planlaşdırmasının eskiz həlli layihəsinə əsasən təqdim olunmuş işçi layihəsinin memarlıq hissəsi (X2 işi) razılaşdırılır. Tikinti işləri qüvvədə olan inşaat norma və qaydalarının tələblərinə ciddi riayət olunmaqla aparılmalı və qanunvericilikdə nəzərdə tutulmuş qaydada sənədləşdirilməlidir.” - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Təsisatkənar Dövlət Ekspertiza Baş İdarəsinə ünvanlanmış 18/03-8/268 saylı xx.xx.2017-ci il taixli məktubu ilə bildirilmişdir ki, “Vətəndaş İddiaçı Yasamal rayonu, Yeni Yasamal-1 yaşayış sahəsi, M.Xiyabani küçəsi 14 saylı binanın yaxınlığında ayrılmış torpaq sahəsində qeyriyaşayış obyektinin tikintisi məqsədilə icazənin verilməsi üzrə icraat çərçivəsində təqdim edilmiş tikinti layihəsini, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75.5-ci maddəsinə uyğun olaraq, ekspertizadan keçirilməsi üçün Sizə təqdim edirik. Tikinti layihəsini müvafiq qaydada ekspertizadan keçirilməsini və nəticəsinə dair ekspert rəyinin göndərilməsini təmin etməyinizi Sizdən xahiş edirik.” - Cavabdeh tərəfindən tərtib edilmiş iddiaçıya ayrılmış torpaq sahəsinin baş planından görünür ki, sahənin koordinatları müəyyən edilərək qeydlər edilmişdir: 1.ünvan dəqiqləşdirilməli, 2) ərazinin sərhədləri şərtidir və bir hissəsi dəmir torla əhatələnmişdir. Baş planda göstərilən torpaq sahəsinin şərti sərhədləri, ərizəçi tərəfindən idarəyə təqdim olunan BŞİH-nin MŞBİ-nin xx.xx.2015-ci il tarixli 18/03-8/2896 saylı məktubuna əlavə olunan cizgi sxeminə və ərizəçinin göstərdiyi döngə nöqtələrinə əsasən tərtib olundu. 3) Kadastr, Yaşayış binalarının tam yaxınlığında olmaqla, yol kənarı ümumi istifadədə olan sahədə yerləşir; Sonuncu ortofotoya əsasən sahənin sərhədləri şərtidir. Yerləşməsi cizgiyə uyğun olub, Y/B-dan 4.45 m., 2.8 m., 2 m. aralı yerləşir.” - Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti- Planlaşdırma Mərkəzinin Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli 02/1157 nömrəli məktubu ilə bildirilmişdir ki, “Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 yaşayış massivi, M.Xiyabani küçəsi 14 nömrəli binanın yaxınlığında ofis-ticarət obyektinin torpaq sahəsinin Əmlak Məsələləri Dövlət Komitəsində qeydiyyata alınması barədə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2019-cu il tarixli, S-50 nömrəli dərkənarı ilə daxil olmuş vətəndaş İddiaçı xx.xx.2019-cu il tarixli ərizəsinə Ərazi Tikinti-Planlaşdırma Mərkəzində baxılmışdır. Bildiririk ki, qüvvədə olan Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə uyğun olaraq qeyri-yaşayış obyektinin tikintisi üçün torpaq sahəsinin ayrılması yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən həyata keçirildiyindən, sözügedən məsələ ilə əlaqədar vətəndaş İddiaçı aidiyyəti üzrə müraciət etməsi məqsədəuyğun hesab edilmişdir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, “Şəhərsalma fəaliyyətinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 17 sentyabr tarixli 274 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq, yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tikinti məqsədləri üçün torpaq sahələri ayırarkən həmin torpaq sahəsində həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəyi Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən alınmasını təmin etməlidirlər. Qeyd edilənləri nəzərə alaraq, müvafiq icra hakimiyyəti orqanından müraciət daxil olduğu təqdirdə vətəndaşın ərizəsinə baxıla bilər.”

ƏSASLANDİRMA HİSSƏSİ:

4.İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməlidir. İddiaçının tələbi torpaq sahəsi üzərində icarə hüququnun qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. İddia tələbinin hüquqi əsaslarını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələri təşkil edir. İşdə olan sənədlərdən məlum olur ki, iddiaçı hazırki iddia tələbi ilə cavabdehə müraciət etsə də, ərizə cavabdeh tərəfindən təmin edilməmişdir. Məhkəmə, cavabdehin dəlillərini əsaslı hesab etmir ona görə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınması üçün tələb olunan sənədlər – torpaq sahəsinin iddiaçıya ayrılmasına dair hüquqmüəyyənedici sənədlər iddiaçı tərəfindən cavabdehə təqdim edilsə də, cavabdeh inzibati orqan tərəfindən onun hüquqlarının dövlət qeydiyyatına alınmasından əsassız olaraq imtina edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar və 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəlləyə əsasən: 706.1. Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. 706.2. Torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. 706.3. Torpaq icarəsi müqaviləsində icarəyə verilən torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, təyinatı, icarənin müddəti, icarə haqqı, ödənilmə qaydaları, torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri, habelə torpaq qanunvericiliyi ilə və bu Məcəllə ilə müəyyənləşdirilmiş digər şərtlər nəzərdə tutula bilər 706.4. Torpaq icarəsi haqqında müqavilələrə bu Məcəllənin 700.1, 701, 702 və 703-cü maddələri, habelə bu paraqrafın müddəaları tətbiq edilir. 707.1. İcarə müqaviləsi üzrə hüquq münasibətlərinə girməzdən əvvəl icarəyə verən və icarəçi icarəyə verilən torpağın təsvirini birlikdə tərtib etməlidirlər. Təsvirdə torpağın həcmi, habelə verildiyi an olduğu vəziyyət göstərilir. Təsvir hüquq münasibətlərinə xitam verildikdə də tərtib edilir. Təsvirə onun tərtib olunduğu günün tarixi qoyulmalı və müqavilənin hər iki iştirakçısı imza atmalıdır. 707.2. Müqavilə iştirakçılarından biri təsvirin tərtibində iştirakdan imtina etdikdə və ya tərtib zamanı mühüm ixtilaflar yarandıqda müqavilənin istənilən iştirakçısı tələb edə bilər ki, təsvir ekspert tərəfindən tərtib edilsin, amma torpağın icarəyə verildiyi vaxtdan doqquz aydan çox və ya icarə hüquq münasibətlərinə xitam verildiyi vaxtdan üç aydan çox keçdiyi hallar istisna təşkil edir. Belə hallarda tərəflərdən birinin iddiası üzrə ekspert məhkəmənin qərarı ilə məcburi qaydada təyin edilə bilər. Bununla əlaqədar əmələ gələn xərcləri müqavilənin hər iki iştirakçısı yarıbayarı çəkir. 710.1. Torpaq icarəsi haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir. 710.2. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi onların təyinatından, sahəsindən, coğrafi yerləşməsindən və keyfiyyətindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativlər əsasında müəyyənləşdirilir. 710.3. İcarə haqqının ödənilməsi formaları və qaydaları torpaq icarəsi müqaviləsi ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Həmin maddənin 2-ci hissəsinə görə mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində - bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Həmin Məcəllənin 6-ci maddəsinə görə torpaq münasibətlərinin tənzimlənməsi sahəsində dövlətin səlahiyyətlərindən biri bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi, onların dövlət ehtiyacları üçün alınmasıdır. Həmin Məcəllənin 51-ci maddəsinin 3-cü hissəsinə görə icarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. Həmin maddənin 6-cı hissəsinə görə isə dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada, icarə əsasında verilir. Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır. Həmin Məcəllənin 66-cı maddəsinin 2-ci hissəsinə görə torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. “Torpaqların icarəsi haqqında” Qanunun 1-ci maddəsinə görə torpaq icarəsi müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Həmin Qanunun 12-ci maddəsinə görə isə torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. Yuxarıda qeyd olunan maddələrin məzmunundan müəyyən olunur ki, torpaq sahəsi üzərində hüquqların yaranmasının əsaslarından qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar hesab olunur. İşin şərh edilən hallarından müəyyən olunur ki, iddiaçı torpaq sahəsinin onun qanuni istifadəsində olduğuna dair qanunvericiliklə nəzərdə tutulmuş sənədləri cavabdeh inzibati orqana təqdim etmiş, həmin sənədlərin mötəbərliyi və ya qanunsuzluğu mübahisələndirilməmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli **********39 saylı imtinası onunla əsaslandırılmışdır ki, sözügedən torpaq sahəsinin icarəyə verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının qərarı təqdim edilməmişdir. Həmçinin elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi yaşayış binaları ilə yol arasında qalan ümumi istifadə üçün nəzərdə tutulmuş ərazidə yerləşir və torpaq sahəsinə digər şəxsin müraciəti mövcuddur. Eyni zamanda idarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman göstərilən torpaq sahəsinin bir hissəsinin digər fiziki şəxs tərəfindən istifadə edildiyi müəyyən olunmuşdur. Cavabdehin dəlillərini əsassız hesab edən məhkəmə qeyd edir ki, işdə olan Azərbaycan Respublikası Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinə ünvanlanmış S-246 saylı, xx.xx.2014-cü il tarixli məktubundan göründüyü kimi iddiaçı Sadıqov X4 rayon İcra Hakimiyyətinə müraciət edərək, Yeni Yasamal-1 yaşayış sahəsində, Xiyabani küçəsi, 14 saylı binanın yaxınlığındakı sahədə təqdim olunmuş memarlıq-planlaşdırma həlli layihəsi əsasında ofis-ticarət obyektinin tikintisinə razılıq verilməsini xahiş etmiş, Yasamal rayon İcra Hakimiyyəti qeyd olunan ünvanda iddiaçı tərəfindən təqdim olunmuş layihədə göstərilən sahədə ofis-ticarət obyektinin tikintisinə etiraz etməyərək qaldırılmış məsələni müzakirəyə təqdim etmişdir. Daha sonra iddiaçı ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında bağlanmış 1085 saylı xx.xx.2015-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında icarə müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava, M.Xiyabani küçəsi 14 saylı binanın yaxınlığında yerləşən 342 kv.m. olçüsü olan torpaq sahəsi, hər il 512 (beş yüz on iki) manat 18 qəpik icarə haqqı ödəmək şərti ilə 49 il müddətinə iddiaçının icarəsinə verilmişdir. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli 317 saylı sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və şəhərsalma Baş idarəsinin xx.xx.2015-ci il tarixli, 18/03-8/3274 saylı, həmin idarənin xx.xx.2015-ci il tarixli, 18/03-8/3094 saylı məktubları ilə razılaşdırılmış şəhərsalma əsaslandırılmaları nəzərə alınmaqla razılaşdırılmış eskiz layihəsində göstərilən sahədə iddiaçı tərəfindən ofis-ticarət obyektinin tikintisinin sənədləşdirilməsinə icazə verilmişdir. İddiaçıya tapşırılmışdır ki, tikinti işlərinə başlamazdan əvvəl torpaq sahəsi üzərində hüququnu təsdiq edən sənədin Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən alınmasını təmin etsin. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin iddiaçıya ünvanlanmış 18/03-8/2896 saylı xx.xx.2015-ci il tarixli məktubu ilə ofis-ticarət obyektinin tikintisinin layihələndirilməsi üçün ayrılması nəzərdə tutulan 0,0342 ha torpaq sahəsinə dair tərtib edilmiş cizgi göndərilmişdir. Həmin İdarənin iddiaçıya ünvanlanmış 18/03-8/3094 saylı xx.xx.2015-ci il tarixli məktubu ilə bildirilmişdir ki, ofis-ticarət obyektinin Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi «Azər-dövlətlayihə» DBLİ tərəfindən işlənilmiş şəhərsalma əsaslandırılması razılaşdırılmışdır. X5 Rayon İcra Hakimiyyətinə ünvanlanmış 18/03- 8/3274 saylı xx.xx.2015-ci il tarixli məktubu ilə bildirilmişdir ki, xx.xx.2014-cü il tarixli, S- 246 saylı razılıq məktubunu və Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2015-ci il tarixli 18/03-8/3094 saylı məktubu ilə razılaşdırılmış şəhərsalma əsaslandırılmasını nəzərə alaraq, iddiaçı tərəfindən torpaq sahəsində ofis-ticarət obyektinin tikintisi ilə əlaqədar təqdim olunmuş memarlıq-planlaşdırmasının eskiz həlli razılaşdırılmışdır, tikinti işləri qüvvədə olan inşaat norma və qaydalarının tələblərinə ciddi riayət olunmaqla Yasamal Rayon İcra Hakimiyyətinin nəzarəti altında aparılmalı və qanunvericilikdə nəzərdə tutulmuş qaydada sənədləşdirilməlidir. Həmin İdarənin iddiaçıya ünvanlanmış 18/03-8/147 saylı xx.xx.2017-ci il tarixli məktubu ilə bildirilmişdir ki, Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2015-ci il tarixli, 18/03-8/3274 saylı məktubu ilə torpaq sahəsində ofis-ticarət obyektinin tikintisi ilə əlaqədar razılaşdırılmış memarlıqplanlaşdırmasının eskiz həlli layihəsinə əsasən təqdim olunmuş işçi layihəsinin memarlıq hissəsi razılaşdırılmışdır. Həmin İdarənin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Təsisatkənar Dövlət Ekspertiza Baş İdarəsinə ünvanlanmış 18/03-8/268 saylı xx.xx.2017-ci il taixli məktubu ilə iddiaçıya ayrılmış torpaq sahəsində qeyri-yaşayış obyektinin tikintisi məqsədilə icazənin verilməsi üzrə icraat çərçivəsində təqdim edilmiş tikinti layihəsi, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75.5-ci maddəsinə uyğun olaraq, ekspertizadan keçirilməsi üçün təqdim edilərək tikinti layihəsinin müvafiq qaydada ekspertizadan keçirilməsi və nəticəsinə dair ekspert rəyinin göndərilməsinin təmin edilməsi xahiş edilmişdir. Cavabdeh tərəfindən tərtib edilmiş iddiaçıya ayrılmış torpaq sahəsinin baş planından görünür ki, sahənin koordinatları müəyyən edilərək qeydlər edilmişdir: 1.ünvan dəqiqləşdirilməli, 2) ərazinin sərhədləri şərtidir və bir hissəsi dəmir torla əhatələnmişdir. Baş planda göstərilən torpaq sahəsinin şərti sərhədləri, ərizəçi tərəfindən idarəyə təqdim olunan BŞİH-nin MŞBİ-nin xx.xx.2015ci il tarixli 18/03-8/2896 saylı məktubuna əlavə olunan cizgi sxeminə və ərizəçinin göstərdiyi döngə nöqtələrinə əsasən tərtib olundu. 3) Kadastr, Yaşayış binalarının tam yaxınlığında olmaqla, yol kənarı ümumi istifadədə olan sahədə yerləşir; Sonuncu ortofotoya əsasən sahənin sərhədləri şərtidir. Yerləşməsi cizgiyə uyğun olub, Y/B-dan 4.45 m., 2.8 m., 2 m. aralı yerləşir. Məhkəmə, qeyd etməyi zəruri hesab edir ki, “X.Mustayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (DƏDKR) publik hüquqi şəxsin Nizamnaməsinin: 1.3-cü bəndinə əsasən DƏDKR bu Nizamnamədə nəzərdə tutulan vəzifələrini və hüquqlarını Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə və tabeliyində olan qurumları vasitəsilə həyata keçirir. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra hüquqların dövlət qeydiyyatı) həyata keçirmək; 2.0.2. daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək; 3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək...; 3.1.16-ci bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq. Göründüyü kimi cavabdeh inzibati orqanın imtina əsası kimi göstərilən hallar formal xarakter daşıyır və yaranan hər-hansı ziddiyyətli halların aradan qaldırılması birbaşa cavabdehin vəzifəsidir. Cavabdehin imtinasında göstərilən hallar isə daşınmaz əmlak üzərində hüquqlarının yarandığını istisna etmir. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə araşdırması zamanı göstərilən halların heç biri hazırki iş üzrə müəyyən edilməmişdir. Beləliklə yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının xahişinə imtina verməsi üçün hüquqi əsaslar yoxdur. Məhkəmə xüsusilə vurgulayır ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 12.4-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludurlar. Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 23.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Beləliklə, qeyd olunan sənədlər əsasında aparılan araşdırma onu deməyə əsas verir ki, cavabdeh inzibati orqan iddiaçının ərizəsi üzrə araşdırma aparmaq əvəzinə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, maraqlı şəxsi - iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən ərizəsini təmin etməkdən imtina etmişdir. Lakin cavabdeh inzibati orqan olan iddiaçının tələbinin icrasından yayınsa da, bu barədə məhkəməyə hər hansı sübut (dəlil) təqdim edilmədiyindən, iddiaçıya məxsus sənədlər sübut kimi mötəbər qiymətləndirilir və Bakı Şəhər İcra Hakimiyyəti arasında bağlanmış 1085 saylı xx.xx.2015-ci il tarixli icarə müqaviləsinə əsasən torpaq sahəsinin iddiaçının icarəsinə verilməsini təsdiq edir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic ). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05). Avropa Məhkəməsi bir çox qərarlarında təkrar edir ki, “yaxşı idarəçilik” prinsipinin xüsusi vacibliyi ondan ibarətdir ki, ictimai maraqlara, xüsusən mülkiyyət hüququ da daxil olmaqla fundamental hüquqlara təsir göstərə biləcək hallarda, hökümət orqanları dərhal, müvafiq və ardıcıl şəkildə hərəkət etməlidirlər. Vistins və Peryepyolkin Latviyaya qarşı (GC), (no. 71243/01, § 120, 25 Oktyabr 2012) işdə Məhkəmə qeyd etdi ki, ərizəçinin torpaq sahəsinin vicdanlı alıcısı olması yerli səviyyədə heç zaman mübahisə edilməmişdir. Ərizəçi adi vətəndaş olmuş və torpaq sahəsinin alqı-satqısı həmin statuslu bütün şəxslərə tətbiq edilən qanunlar əsasında həyata keçirilmişdir, bu səbəbdən onun hər hansı imtiyazdan istifadə etməklə və ya qanuna zidd qaydada torpaq sahəsini əldə etməsinə dəlalət edən zəmin yoxdur (bax Albegras və Arlauskas Litvaya qarşı, § 68). Kopecki Slovakiyaya qarşı (GC), (no. 44912/98, §§ 45-47, AİHM 2004-İX, və Pirantiene Litvaya qarşı, § 61) işdə isə Məhkəmə bildirdi ki, ərizəçinin torpaq sahəsinin əldə edilməsi ilə bağlı “qanuni gözləməsi (intizarı)” əsaslı və haqlı olaraq mülkiyyət hüququnun qanuni əsasını təşkil edən və onu daşıyan inzibati orqanlar tərəfindən qəbul edilmiş qərarlara əsaslanır. Bu halda ərizəçi mülkiyyət hüququndan yararlanmağa davam etməklə “qanuni gözləmə”yə malik olur. Göründüyü kimi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında əmlakdan maneəsiz istifadəni mahiyyət etibarı ilə şəxsin mülkiyyət hüququnun tanınması kimi müəyyən etmişdir. Bu baxımdan Bakı Şəhər İcra Hakimiyyəti arasında bağlanmış 1085 saylı xx.xx.2015-ci il tarixli icarə müqaviləsinə əsasən torpaq sahəsi üzərində iddiaçının icarə hüququnun qeydiyyata alınmasından imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırki mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında bağlanmış 1085 saylı xx.xx.2015-ci il tarixli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava (Yeni Yasamal-1 yaşayış sahəsi), M.Xiyabani küçəsi 14 saylı binanın yaxınlığında yerləşən 342 kv.m. olçüsü olan torpaq sahəsi üzərində iddiaçının 49 il müddətinə icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında bağlanmış 1085 saylı xx.xx.2015ci il tarixli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava (Yeni Yasamal-1 yaşayış sahəsi), M.Xiyabani küçəsi 14 saylı binanın yaxınlığında yerləşən 342 kv.m. olçüsü olan torpaq sahəsi üzərində iddiaçının 49 il müddətinə icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 10

Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar