Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7882/2021 27.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X1 Hacıbəyоva İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “cavabdehin imtinası qanunsuz hesab edilməsi, Bakı şəhəri, Xətai rayon İcra Hakimiyyəti Başçısının 320 saylı 09.10.2000-ci il tarixli Sərəncamı ilə ayrılmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,06 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, çıxarışın və texniki pasportun verilməsi” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə iddiaçının ərizəsinə məhkəmənin binasında baхaraq, müəyyən еtdi: İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “cavabdehin imtinası qanunsuz hesab edilməsi, Bakı şəhəri, Xətai rayon İcra Hakimiyyəti Başçısının 320 saylı 09.10.2000-ci il tarixli Sərəncamı ilə ayrılmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,06 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, çıxarışın və texniki pasportun verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı 24 avqust 2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Rеspublikasının İnzibati Prоsеssual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Məhkəmə hesab edir ki, işə əlavə edilmiş sənədlərin geri qaytarılması inzibati məhkəmə icraatının prinsiplərinə zidd olmadığı üçün sənədlərin geri qaytarılması barədə iddiaçının ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd edir ki, iddia ərizəsi və ona əlavə edilən sənədlərin geri qaytarılması barədə iddiaçının ərizəsi təmin olunduğu halda iddiaçının iddia ərizəsinə baxılması qeyrimümkün olur və iddiaçı məhkəmə icraatından yayınmış olur. Azərbaycan Rеspublikasının İnzibati Prоsеssual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baхmayaraq, iddiaçı 30 gündən çох müddət ərzində ardıcıl оlaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia gеri götürülmüş sayılır. Bеlə hallarda məhkəmə iddianın gеri götürülmüş sayılması barədə qərardad qəbul еdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “cavabdehin imtinası qanunsuz hesab edilməsi, Bakı şəhəri, Xətai rayon İcra Hakimiyyəti Başçısının 320 saylı 09.10.2000ci il tarixli Sərəncamı ilə ayrılmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,06 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, çıxarışın və texniki pasportun verilməsi” barədə iddia ərizəsi və əlavə edilmiş sənədlər iddiaçının vəsatəti əsasında geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 55 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “cavabdehin imtinası qanunsuz hesab edilməsi, Bakı şəhəri, Xətai rayon İcra Hakimiyyəti Başçısının 320 saylı 09.10.2000-ci il tarixli Sərəncamı ilə ayrılmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,06 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, çıxarışın və texniki pasportun verilməsi” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçının vəsatəti əsasında gеri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3 Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-7882/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7882/2021
27.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver