Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7883/2023 16.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X9 və X10) “qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı, İddiaçının nümayəndəsi X4, İddiaçının nümayəndəsi (vəkili) Vəkil2, Üçüncü şəxs X5, Üçüncü şəxs X5 nümayəndəsi (vəkili) Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X9 və X10) “qeydiyyatdan çıxarılma” tələbinə dair iddianın mümkünlüyü məsələsinə Bakı İnzibati Məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis idarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək üçüncü şəxslər X5 və X6 iddiaçıya məxsus Bakı şəhəri Nərimanov rayonu, Daş Karxanası küçəsi 199A saylı evdən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalarını cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Nərimanov rayon Polis İdarəsinə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakı iddiaçının istifadəsində və sahibliyindədir. Həmin evdə həmişə iddiaçı yaşamış. bütün kommunal ödənişlər onun tərəfindən edilmişdir. Qeyd etmişdir ki, o, ağır onkoloji xəstəliyə tutulmuşdur və vəxəstələndiyi üçün baçısı X2 xahiş etmişdir ki, ona bir az köməklik etsin, yəni ona mənəvi dəstək olsun. Bacısı və onun oğlu X10 iddiaçını öz evlərinə apardılar və 2022-ci il yay ayının iki ayını orada qalmışdır. Sonra bacısı X9 və onun oğlu X10 iddiaçının şəxsiyyətini alçaldaraq, təhqiredici sözlər söyərək, iddiaçını evlərindən qovdular. O, bacısının evində iki ay qalan zaman 2022-ci ilin iyun ayının 29-da bacısı X9 və onun oğlu X10 iddiaçının köməksiz vəziyyətindən istifadə edərək, onun evinin yerləşdiyi Mənzil İstismar Sahəsinin rəisinin əli ilə iddiaçının ünvan 1 ünvanıda yerləşən evinə yaşayış yeri üzrə qeydiyyat düşmüşlər. İddiaçı Mənzil İstismar Sahəsinə getməmiş, və heç bir ərizəyə imza etməmişdir. İddiaçı qeyd edir ki, üçüncü şəxslər X9 və X10 heç vaxt onun evində yəni ünvan 2 ünvanında yaşamaışlar və heç vaxt onların həmin evdə onlara məxsus olan əşyaları olmamışdır və X5 və X6 özlərinin evləri var onlar həmişə həmin evdə yaşamışlar. İddiaçı bacısı X7 və və onun oğlu X1 olaraq, məhkəmədən kənar qaydada ona məxusu olan Bakı şəhəri Nərimanov rayonu, Daş Karxanası küçəsi 199A saylı evdən yaşayış yeri üzrə qeydiyyatdan çıxmaları barədə xahiş etmişdir, amma onlar iddiaçının müraciətlərinə diqqət belə verməmişlər. X9 və X10 iddiaçının İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş evinin texniki sxemini götürmüşlər və vermirlər. Evin bütün kommunal xidmətlərə aid müvafiq müqaviləri və digər sənədləri hamısı iddiaçının adınadır. X5 və X6 Bakı şəhəri Nərimanov rayonu. Daş Karxanası küçəsi 199A saylı evdən yaşayış yeri üzrə qeydiyyatdan çıxmaları barədə ərizə ilə iddiaçı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Nərimanov rayon Polis İdarəsinə müraciət etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Nərimanov rayon Polis İdarəsi özünün xx.xx.2023-cü il tarixli, 3-13-50/2-S-3314/11 nömrəli məktubunda göstərmişdir ki, “Sizin Nərimanov RPİ-nə ünvanladığınız ərizəniz icraatımıza daxil olmuşdur. Ərizənizə cavab olaraq bildiririk ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması üçün yeni yaşayış yerinə qeydiyyata düşməsi barədə məlumat, istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qüvvəyə minmiş qərarı və s. sənədlər tələb olunur. Əks təqdirdə şəxsin qeydiyyatdan çıxarılması tərəfimizdən mümkün deyildir. Bu məsələ ilə bağlı məhkəmə orqanına müraciət etməyiniz məqsədə müvafiqdir” xx.xx.2023cü il tarixli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* və xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında** ******* nömrəli arayışlardan görünür ki, xx.xx.1958-ci il təvəllüdlü X9 və xx.xx.1982-ci il təvəllüdlü X10 Bakı şəhəri Nərimanov rayonu, Daş Karxanası küçəsi 199A saylı evdə yaşayış yeri üzrə qeydiyyatdadır. 2009-cu ilin may ayında Bakı şəhəri Nərimanov rayonu Mənzil-Kommunal Təssərüfat Birliyinin 18 saylı Mənzil Kommunal İstismar Sahəsindən verilən arayışdan görünür ki, Bakı şəhəri Nərimanov rayonu, Daş Karxanası küçəsi 199A saylı evdə təkcə mən yaşayış yeri üzrə qeydiyyatdadır. Azərbaycan Tibb Universitetinin Onkoloji Kilnikasindan verilən arayışdan görünür ki, iddiaçı onkoloji xəstədir. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən: 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən: 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında: 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında: 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında. İddiaçı qeyd edir ki, vətəndaşlar X5 və X6 iddiaçıya məxsus Bakı şəhəri Nərimanov rayonu, Daş Karxanası küçəsi 199A saylı evdə yaşayış yeri üzrə qeydiyyatının və istifadə hüquqlarının olması onun hüquqlarını pozur və hüquqlarını məhdudlaşdırır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7883/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən X9 və X11 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixli hüquqi yardim məktubu ünvanlayaraq, iddiaçıya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən hüquqi yardım göstərilərək qanunvericiliyin müvafiq tələbləri izah edilmiş və qeyd edilmişdir ki, iddiaçı, mübahisələndirilən yaşayış sahəsinə dair subyektiv hüququnun mövcud olmasını təsdiq edən hər hansı bir sübut, mübahisəli mənzilə dair hüquqmüəyyənedici sənədi məhkəməyə təqdim etsin. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddiaçı hüquqi yardım məktubunda qeyd edilənlərlə razılaşmadığını və hüquqi yardım məktubunu qəbul etməkdən imtina etdiyininə dair qeyd apardıqdan sonra imzası ilə təsdiq etmiş və məhkəməyə qaytarmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə şifahi məhkəmə iclası xx.xx.2023cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə etdiyini və iddia tələbinin mümkün sayılaraq, təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxslər iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh tərəfindən iddiaya qarşı yazılı etirazını təqdim edilməmiş və xx.xx.2023-cü il tarixli məktubu ilə nümayəndələrinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul ediməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibatiProsessual Məcəlləsinin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə iddia ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, hazırki ərizəyə İnzibati Prosessual Məcəllənin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş ümumi və xüsusi şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olması şərti də yerinə yetirilməlidir. Həmçinin iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Mümkünlük şərtləri məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hazırki iş üzrə iddiaçının hüquqi marağı üçüncü şəxslərin mübahisəli ünvandan qeydiyyatdan çıxarılması ilə bağlıdır. Məhkəmə işin hallarının araşdırılması məqsədi ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri hüblik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə mübahisəli mənzilə dair üçüncü şəxslərin istifadə hüquqlarının qeydiyyata alınması və iddiaçının mülkiyyətində olmasını təsdiq edən sənədlərin təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim edilməsini tələb etmişdir. Məhkəmənin sorğusuna cavab olaraq, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri hüblik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinin İddiaçı adına qeydiyyatdan keçməsi ilə bağlı və X5 və X3 istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Mübahisəyə dair işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından və iş materiallarında olan sənədlərlə müəyyən edilmişdir ki, ünvan 6 ünvanında yerləşən ev özbaşına tikilidir. Müvafiq ünvandakı ev özbaşına tikili olduğu halda, iddiaçının ona hər hansı hüququ da yaranmış olmur və ya belə hüququn olması ilə bağlı hər hansı sənəd (qətnamə və s.) məhkəməyə təqdim edilməmişdir. Aşağıda qeyd edilən normalara görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Hazırkı mübahisəyə münasibətdə iddiaçının iddia etdiyi tələb hüququna malik olması üçün ən azından onun həmin yaşayış sahəsi üzərində qanuni istifadə hüququ (mülkiyyət, icarə və ya istifadə hüququ) mövcud olmalı və həmin hüquq qanunvericiliklə müəyyən olunmuş qaydada qeydiyyata alınmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə (iddiaçı) İddiaçı iddia qaldırmaq səlahiyyətinə malik olduğu iş üzrə toplanılmış sənədlərdən və işin faktiki halları ilə öz təsdiqini tapmır. Belə ki, işin faktiki hallarından görünür ki, iddiaçının qeydiyyatdan çıxarmaq istədiyi yaşayış sahəsinə dair daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən hər hansı hüquqmüəyyənedici sənədin (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) mövcudluğu müəyyən olunmamışdır. İddiaçı mənzilin onun mülkiyyətində olması barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evinə dair hər hansı hüquqmüəyyənedici sənədin mövcud olmadığı təqdirdə iddiaçının həmin mənzildən qeydiyyatdan çıxarılma ilə bağlı da hüququ da yaranmış olmur. Məhkəmənin qənaətinə görə, qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evinə dair iddiaçının hər hansı hüquqmüəyyənedici sənədin mövcud olmadığına əsasən iddiaçının sözügedən ünvanda qeydiyyatda olan başqa şəxsin (üçüncü şəxsin) qeydiyyatdan çıxarılması tələbini irəli sürmək üçün subyektiv hüququ mövcud deyil. Əlavə olaraq məhkəmə qeyd edir ki, analoji mübahisələr üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)- 952/2022-ci il saylı və xx.xx.2020-ci il tarixli 2-1(102)- 400/2020 saylı qərarlarında kassasiya instasiyası məhkəməsinin mövqeyi eyni olaraq göstərilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1 mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1. mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 180.1. torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Belə ki, həmin normalara görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq,icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən hazırkı mübahisəyəmünasibətdə şəxsin iddia etdiyi tələb hüququna malik olması üçün ən azından onun həminyaşayış sahəsi üzərində qanuni istifadə hüququ (mülkiyyət, icarə və ya istifadə hüququ) mövcud olmalı və həmin hüquq qanunvericiliklə müəyyən olunmuş qaydada qeydiyyata alınmalıdır. Mübahisəyə dair işin müəyyən olunmuşhallarından görünür ki, qeyd olunan həmin tikilinin rəsmiləşdirilmədiyi və bunun üzərindən iddiaçının həmin tikili üzərində hər hansı qanuni istifadə hüququnun mövcud olmadığı görünür. Bu baxımdan iddiaçının üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı tələb hüququ istisna olunur. Nəzərə almaq lazımdır ki, şəxsin tələb hüququna malik olması inzibati məhkəmə icraatında iddianın əsas mümkünlük şərtlərindən sayılır. Tələb hüququna malik olmayan şəxsin iddiası mümkün sayıla bilməz. Məhkəmə iddiaçının nəzərinə çatdırır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. - 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. - 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Qeyd edilən normalara əsasən, Ali Məhkəmənin və Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə də, iddiaçının subyektiv hüququnun olmaması iddianın mümkün sayılmaması üçün əsasdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbində qaldırılan məsələ ilə bağlı cavabdeh tərəfindən hazırkı iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi təsdiqini tapmadığından, iddia mümkün sayıla bilməz. İddiaçıya izah olunur ki, iddianın qeyri mümkün sayılması mümkünlük şərtlərinə əməl etməklə yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 80 və 85.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-7883/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7883/2023
16.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver