Məhkəmə qərarları › İş №2-1(112)-7888/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7888/2023

19.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7888/2023 19.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı «sərəncamın dəyişdirilməsi» tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı «sərəncamın dəyişdirilməsi» tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi Bakı İnzibati Məhkəməsinə müraciət edərək, müharibə veteranı kimi Yasamal rayon İcra Haimiyəti başçısının 206 saylı 11 avqust 2014-cü ildən mənzil növbəsini bu vaxtdan hesablamaqla ikinci verilmiş sərəncamı ləğv edilməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1-ci Alatava ev 157 A ünvanında 10 nəfər ailə üzvü ilə pasport qeydiyyatında olmaqla yaşayır. Qarabağ veteranı kimi Qarabağ müharibəsində iştirak etdiyi üçün Cavabdeh başçısının 206 saylı 11 avqust 2014-cü ildən mənzil növbəsinə götürülmüşdür. Hazırda gözdən əlil olmuşdur və 3-cü qrup gözdən əlil kimi mənzil növbəsinə dayanmaq üçün Cavabdehnə müraciət etmişdir. O, elə fikirləşmişdir ki, onun veteran kimi növbəsinin gözdən əlil olduğu üçün həmin vaxtdan hesablayacaqlar. Lakin ona sərəncamı verdikdə məlum oldu ki, onu Yasamal rayon İcra hakimiiyəti başçısının 24 saylı 17 yanvar 2023-cü il tarixdən ev növbəsinə götürmüşlər. Baxmayaraq ki, ona gözdən 3 qrup əlillik 06 sentyabr 2019-cu ildən verilmişdir. O, sərəncamın ləğv olunması və əvvəlki Yasamal rayon İcra Haimiyəti başçısının 206 saylı 11 avqust 2014-cü ildən mənzil növbəsində bərpa olunması barədə ərizə ilə müraciət etsə də, ona imtina etmişdirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə məhkəmə baxışı iclası xx.xx.2023cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında iddiaçının hüquqi marağı nəzərə alınaraq ““İddiaçı güzəştli mənzil növbəsinə qəbul edilməsi haqqında” Cavabdeh 24 saylı xx.xx.2023-cü il tarixli Sərəncamına “İddiaçı güzəştli mənzil növbəsinə alındığı vaxt xx.xx.2019-cu il tarixdən hesab edilsin.” məzmunlu dəyişikliyin (əlavə) edilməsi və buna uyğun olaraq mənzil uçot siyahısında mənzil növbəliliyinə dəyişikliyin edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərarın qəbul edilməsi” kimi iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilməmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Bakı şəhəri Cavabdeh başçısının Aparatının iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, onun Cavabdehnə ünvanladığı müraciəti baxılmışdır. Müraciət ilə əlaqədar olaraq bildirilir ki, ərizədə qeyd edilən mənzil növbəliliyinin tarixinin dəyişdirilməsi ilə bağlı məsələ Rayon İcra Hakimmiyətinin səlahiyyətləri xaricində olduğundan xahişin yerinə yetirilməsi mümkün deyildir. Bununla bağlı müvafiq məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur; - Bakı şəhəri Cavabdeh məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2023-cü il tarixli məktubla Cavabdeh Başçısının xx.xx.2023-cü il tarixli, 24 nömrəli və xx.xx.2014-cü il tarixli, 206 nömrəli sərəncamlarının təsdiq edilmiş surəti və onların verilməsinə əsas olmuş sənədlərin surəti məhkəməyə təqdim edilmişdir; - Cavabdeh Başçısının “İddiaçı güzəştli mənzil uçotuna qəbul edilməsi haqqında” xx.xx.2014-cü il tarixli, 206 nömrəli sərəncamına əsasən İddiaçı yaşayış yeri üzrə 6 nəfər ailə tərkibi ilə (özü, h/yoldaşı, 2 qızı, oğlu, anası) yaşayış yeri üzrə mənzil uçotuna götürülmüş və Qarabağ Müharibə iştirakçılarının mənzil-uçot siyahısına daxil edilmişdir; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdən müddətsiz olaraq üçüncü dərəcə əlillik təyin edilmişdir. Əlilliyin səbəbi hərbi xidmət dövrü ilə əlaqədar – gözdən əlil kimi göstərilmişdir; - Cavabdeh Başçısının “İddiaçı güzəştli mənzil növbəsinə qəbul edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, 24 nömrəli sərəncamına əsasən İddiaçı 5 nəfər ailə tərkibi (özü, həyat yoldaşı Əkbərova Vəfa, qızları Əkbərova Gülxanım, Əkbərova Günel, Əkbərli Kənan) ilə yaşayış yeri üzrə güzəştli mənzil növbəsinə götürülmüş və İİİ qrup gözdən əlillərin güzəştli mənzil-uçot siyahısına daxil edilmişdir; - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı adına Respublika ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna dair xx.xx.2022-ci il tarixli ********** qeyidyyat nömrəli müraciətinə əsasən daşınmaz əmlak aşkar edilməmişdir; - DİN tərəfindən verilmiş 006303 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı 1997-ci ildə müharibə veteranı statusu və vəsiqəsi almışdır; - Bakı şəhəri Cavabdeh məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2023-cü il tarixli məktubla İddiaçı Cavabdehnə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə tələb edilən gözdən əlillərin növbəli siyahısı məhkəməyə təqdim edilmişdir. Həmin Siyahıya əsasən İddiaçı xx.xx.2023-cü il tarixdən İİİ dərəcə əlil kimi növbəyə götürülmüşdür.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmişdir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələri) İddia inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. (İPM-nin 2.2.1-ci və 32.1-cü maddələri). İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Məhkəmə hazırkı iddianın mübahisələndirmə iddia növünə aid olduğunu və iddiaçının ünvanını (ünvan 3şə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəfin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, işin araşdırılmış halları və iş materialları ilə müəyyən edilir ki, Cavabdeh Başçısının “İddiaçı güzəştli mənzil uçotuna qəbul edilməsi haqqında” xx.xx.2014-cü il tarixli, 206 nömrəli sərəncamına əsasən İddiaçı yaşayış yeri üzrə 6 nəfər ailə tərkibi ilə (özü, h/yoldaşı, 2 qızı, oğlu, anası) yaşayış yeri üzrə mənzil uçotuna götürülmüş və Qarabağ Müharibə iştirakçılarının mənzil-uçot siyahısına daxil edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumata əsasən İddiaçı xx.xx.2019-cu il tarixdən müddətsiz olaraq üçüncü dərəcə əlillik təyin edilmişdir. Əlilliyin səbəbi hərbi xidmət dövrü ilə əlaqədar – gözdən əlil kimi göstərilmişdir. Daha sonra Cavabdeh Başçısının “İddiaçı güzəştli mənzil növbəsinə qəbul edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, 24 nömrəli sərəncamına əsasən İddiaçı 5 nəfər ailə tərkibi (özü, həyat yoldaşı Əkbərova Vəfa, qızları Əkbərova Gülxanım, Əkbərova Günel, Əkbərli Kənan) ilə yaşayış yeri üzrə güzəştli mənzil növbəsinə götürülmüş və İİİ qrup gözdən əlillərin güzəştli mənziluçot siyahısına daxil edilmişdir. Bakı şəhəri Cavabdeh gözdən əlillərin növbəli siyahısını məhkəməyə təqdim etmişdir. Həmin Siyahıya əsasən İddiaçı xx.xx.2023-cü il tarixdən İİİ dərəcə əlil kimi növbəyə götürülmüşdür. Hazırkı iddia tələbi ilə iddiaçı Cavabdeh “İddiaçı güzəştli mənzil növbəsinə qəbul edilməsi haqqında” 24 saylı xx.xx.2023-cü il tarixli Sərəncamı dəyişdirilərək, İddiaçı müharibə veteranı kimi (üçüncü dərəcə əlil kimi) yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəliliyinin tarixinin dəyişdirilərək, xx.xx.2019-cu il tarix kimi qeyd edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, iddiaçı onu müharibə veteranı olaraq (üçüncü dərəcə əlil kimi) yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəliliyinin xx.xx.2019-cu il tarixə kimi qeyd edilməsini tələb etməkdə haqlı olmamışdır. Göründüyü kimi, iddiaçı bu tələb üzrə iddia qaldırmaqla mənzil növbəsinin daha irəli çəkilməsinə nail olmağa çalışır. Belə ki, İddiaçı xx.xx.2019-cu il tarixdən müddətsiz olaraq üçüncü dərəcə əlil hesab edilsə də, o, həmin vaxt deyil daha sonra, yəni 2023-cü ildə üçüncü dərəcə əlil kimi mənzil növbəsinə götürülməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və başqa bir əsasla da cavabdehin 24 saylı xx.xx.2023-cü il tarixli Sərəncamı ilə yaşayış yeri üzrə güzəştli mənzil növbəsinə götürülmüş və İİİ qrup gözdən əlillərin güzəştli mənzil-uçot siyahısına daxil edilmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, həmin vaxt, yəni xx.xx.2014-ci il tarixdə iddiaçı Qarabağ Müharibəsinin iştirakçısı kimi mənzil növbəsində olmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qanunverici tərəfindən hər hansı ictimai münasibətlərin tənzimlənməsinə dair normativ hüquqi aktlar qəbul edilərkən hüquqi müəyyənlik prinsipinə riayət edilməsinin vacibliyini vurğulamışdır. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ-hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, qanunverici tərəfindən Konstitusiyada təsbit olunmuş hər hansı hüququn həyata keçirilməsinin tənzimlənməsi zamanı hüquqi müəyyənlik prinsipinin nəzərə alınmaması həmin hüququn pozulması ilə nəticələnə bilər. İş materiallarında olan DİN tərəfindən verilmiş 006303 nömrəli vəsiqənin surətindən görünür ki, iddiaçı 1997-ci ildə müharibə veteranı statusu və vəsiqəsi almışdır. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində göstərdiyi mövqedən çıxış etdikdə, onun 1997-ci ildə müvafiq statusu əldə etdiyi vaxtdan müharibə veteranı olduğuna görə 2014-cü il tarixli mənzil uçotuna alınmanı müəyyən edən Sərəncama da dəyişiklik edilməsini və mənzil növbəsinin 1997-ci ildən nəzərə alınmasını tələb etmək hüququnu özündə saxlamış olacaqdır. Belə olan halda digər vətəndaşların da müraciət etdiyi vaxt yox, mənzil növbəsinə dayanmaya əsas olan hüququ yarandığı vaxtdan növbəyə alınmasının tələb edilməsi mənzil uçot növbəliliyi üzrə qarışıq və qeyri-müəyyən vəziyyətin yaranmasına gətirib çıxaracaqdır. Beləliklə də, məhkəmə qeyd edir ki, şəxsin mənzil növbəsinə dayanmasına əsas olan halının yarandığı tarixdən uçota alınmasının tələb etməsi, digər şəxslərə münasibətdə mənzil növbəliliyində qeyri-müəyyənliyə səbəb olar bilər ki, bu halda həmin şəxslərin Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş mənzil hüququnun pozulmasına səbəb ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının Maddə 26. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi İ. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. İİ. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. M a d d ə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı] İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Vİİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Azərbaycan Respublikasının Konstitusiyasının Keçid Müddəalarının 6-cı bəndinə əsasən Bu Konstitusiya qüvvəyə mindiyi gündən Azərbaycan Respublikası yerli xalq Deputatları Sovetlərinin səlahiyyətlərinə xitam verilir. Azərbaycan Respublikasının qanunvericiliyi yerli xalq deputatları sovetlərinə aid edilmiş səlahiyyətləri yerli icra hakimiyyəti orqanları həyata keçirir. Azərbaycan Respublikasının Konstitusiyasın Keçid Müddəalarına 8-ci bəndinə əsasən. Bu Konstitusiyanın qəbul edildiyi günədək Azərbaycan Respublikasının ərazisində qüvvədə olan qanunlar və başqa normativ hüquqi aktlar bu Konstitusiyaya zidd olmayan hissədə öz qüvvəsini saxlayır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsində sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələrinin verildiyi təsbit edilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: Maddə 3. Mənzil hüquqlarının məhdudlaşdırılması 3.1. Mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. 3.2. Vətəndaşların yaşamaq üçün sərbəst yaşayış sahəsini seçmək hüququnun məhdudlaşdırılmasına yalnız bu Məcəllə, digər qanun əsasında yol verilir. Maddə 10. Mənzil münasibətləri sahəsində dövlətin vəzifələri 10.0. Mənzil münasibətləri sahəsində dövlətin vəzifələrinə aşağıdakılar aiddir: ... 10.0.3. sosial kirayə müqaviləsi üzrə verilən yaşayış sahələrinə ehtiyacı olan vətəndaşların aztəminatlı hesab edilməsi əsaslarını və qaydasını müəyyən etmək; ... 10.0.6. kateqoriyaları qanunvericiliklə müəyyənləşdirilən və yaşayış sahələrinə ehtiyacı olan vətəndaşlara dövlət mənzil fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən etmək; Maddə 48. Sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələri 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Maddə 49. Yaşayış sahəsinin ayrılma norması və yaşayış sahəsinin uçot norması ... 49.2. Dövlət mənzil fonduna münasibətdə ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 51. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün nəzərdə tutulmuş sənədlərin və ya məlumatların X1 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların X1 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir. ... 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 52. Vətəndaşlar tərəfindən yaşayış şəraitinin qəsdən pisləşdirilməsinin nəticələri Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Maddə 53. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtina 53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 51.4-cü maddəsinin üçüncü və dördüncü cümlələrinin tələbləri nəzərə alınmaqla); 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. 53.2. Uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. 53.3. Uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanının 2.3-cü yarımbəndinə görə, həmin Məcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.8-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərindən biri kimi müəyyən olunmuşdur. Mənzil qanunvericiliyinin tələblərinə əsasən vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. İş materillarından müəyyən olunur ki, iddiaçı hər iki əsas olan 2014-cü ildən Qarabağ müharibəsi iştirakçısı kimi, 2023-cü ildən isə gözdən əlil kimi güzəştli mənzil növbələrində olmuşdur. Göründüyü kimi, iddiaçı əlillik dərəcəsinin aldığı tarixdə, yəni xx.xx.2019-cu ildə digər əsasla mənzil növbəsində olmuş və bununla razılaşaraq başqa bir əsasla da mənzil növbəsinə alınması ilə bağlı cavabdeh inzibati orqana hər hansı müraciəti olmamışdır. Göründüyü kimi, qanunvericilik şəxsin mənzil növbəsinə dayanmasını onun müraciətindən və mülahizəsindən asılı etmişdir. İşin hallarında görünür ki, cavabdeh inzibati orqan iddiaçının müraciətini və mülahizəsini nəzərə alaraq onun müraciət etdiyi vaxtdan gözdən əlil kimi mənzil növbəsinə alınmanı təmin etmişdir. Beləliklə də, iddiaçı öz mülahizəsinə əsasən 2023-cü il tarixinədək mühaibə veteranı statusunda mənzil növbəsində olmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, müvafiq inzibati akta dəyişikliyin edilməsi cavabdeh inzibati orqanın tərtib etdiyi “İİİ qrup gözdən əlillərin güzəştli mənzil uçotu siyahısında” göstərilən 7-ci növbədən sonra sıradan olan digər vətəndaşların hər biri bir növbə sırası geriləyəcək və belə olan halda da onların mənzil təminatı hüquqları pozulmuş olacaqdır. Məhkəmə qeyd edir ki, bütün dövlət orqanlarının fəaliyyəti (hərəkəti) hüquq normalarına əsaslanır. Hüquq normaları hüquqi tənzimetmənin əsasına xidmət edir. Belə ki, dövlət orqanları tərəfindən qəbul edilən aktlar öz növbəsində hüquqazidd olmamalı və hüquqauyğun olmalıdır. Hüquqauyğun hərəkətlər o hərəkətlərdir ki, onlar hüquq normalarının (qanunun) tələbləri ilə üst-üstə düşür, heç bir halda qanuna zidd olmur. Cavabdeh inzibati orqan Cavabdeh tərəfindən müvafiq inzibati aktı (sərəncam) qəbul edilərkən hər hansı maddi hüquq normasının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan iddia tələbinə əsasən sərəncamın ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci bəndinə uyğun olaraq əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrini müəyyən edir, əlilliyə səbəb olan risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasını, əlilliyi olan şəxslərin reabilitasiyasını, cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunmasını, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətləri tənzimləyir. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları ... 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. 6.5. Dövlət əlilliyi olan şəxslərin qeyri-hökumət təşkilatlarına bu Qanunla müəyyən edilmiş hüquqlarını həyata keçirmək üçün şərait yaradılmasına təminat verir. Maddə 31. Əlilliyi olan şəxslərin mənzil təminatı 31.1. Əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11. Mənzil-məişət şəraitinin yaxşılaşdırılması Veteranlar Azərbaycan Respublikasının mənzil qanunvericiliyində onlar üçün nəzərdə tutulmuş güzəştlərdən istifadə edir, eyni zamanda qaraj, mənzil tikintisi kooperativlərinə və bağçılıq ortaqlıqlarına (birliklərinə) daxil olmaq sahəsində üstünlüklərə malikdirlər. Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli 418 nömrəli qərarı ilə “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin” Nümunəvi Qaydaları təsdiq edilmişdir.

1. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçota götürülməsi və dövlət, ictimai mənzil fondu evlərində yaşayış sahələri verilməsi ictimai nəzarət altında həyata keçirilir.

2. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar — mənzil-tikinti kooperativlərinin üzvləri, şəxsi mülkiyyətində yaşayış evi olan vətəndaşlar və bu evlərdə yaşayan başqa vətəndaşlar ümumi əsaslarla uçota götürülür və yaşayış sahələri ilə təmin edilirlər.

4. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçotuna həmin yaşayış məntəqəsində müddəti rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Sovetləri tərəfindən müəyyən edilən vaxt ərzində daimi yaşayan şəxslər götürülürlər. Respublikanın rəhbər orqanlarının qərarı ilə başqa yerə işə keçirilən işçilər mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna həmin yaşayış məntəqəsində yaşamaq müddətindən asılı olmayaraq, hər bir ayrı halda rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə götürülə bilərlər. Böyük Vətən müharibəsi əlilləri, həlak olmuş və ya xəbərsiz itkin düşmüş döyüşçülərin (partizanların) ailələri və müəyyən edilmiş qaydada onlara bərabər tutulan şəxslər üçün, habelə vətəndaş müharibəsi və Böyük Vətən müharibəsi dövründə və SSRİnin müdafiəsi üzrə digər döyüş əməliyyatları zamanı döyüşən ordu tərkibində olmuş şəxslər, vətəndaş müharibəsi və Böyük Vətən müharibəsi partizanları, habelə SSRİ-nin müdafiəsi üzrə döyüş əməliyyatlarında iştirak etmiş başqa şəxslər üçün, eyni müəssisədə, idarədə, təşkilatda azı 15 il, əmək şəraiti zərərli olan işlərdə isə azı 10 il işləmiş və vicdanla işləməkdə olan şəxslər üçün müvafiq yerli xalq deputatları Sovetləri mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar sırasına onların aid edilməsinin güzəştli şərtlərini nəzərdə tuta bilərlər. Vətəndaşlar SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyi ilə nəzərdə tutulan başqa əsaslara görə də mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan sayıla bilərlər.

6. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar, bir qayda olaraq, yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsində uçota götürülürlər. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının xx.xx.2019-cu il tarixdə (xx.xx.2014-cü il tarixdən) də digər əsasla mənzil növbəsində olduğundan, həmçinin iddiaçı üçüncü dərəcə əlil kimi mənzil növbəsinə alınması ilə bağlı həmin vaxt cavabdeh inzibati orqana müraciət etmədiyindən, vaxtında inzibati orqana müraciət etmiş və növbədə olan digər vətəndaşlara münasibətdə növbəliliyin pozulmasının yolverilməz olduğundan ididaçının tələbi əsassızdır və təmin edilməməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.3-cü maddəsinin tələbinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı «sərəncamın dəyişdirilməsi» ilə bağlı iddia tələbi təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar