Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7889/2025 03.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçınnı nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Elm və Təhsil Nazirliyinin yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi qarşı “diplomun verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İ. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Təhsil Nazirliyinə və Azərbaycan Tibb Universitetinə qarşı məhkəməyə müraciət edərək ona cavabdeh tərəfindən ingilis dili müəllimliyi ixtisası üzrə bakalavr dərəcəsində diplom verilməsi ilə əlaqədar cavabdehin üzərinə vəzifə qoyulmasını məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2023-cü ildə ingilis dili müəllimliyi ixtisası üzrə Xəzər Universitetini bitirmiş və ona həmin ixtisas üzrə bakalavr dərəcəsi verilmişdir. Lakin, Xəzər Universiteti ilə bağlamış olduğu ali təhsil haqqında müqavilə üzrə müəyyən edilmiş öhdəlik universitet tərəfindən pozularaq ona ingilis dili müəllimliyi ixtisası üzrə bakalavr dərəcəsində diplom verilməmişdir. Bununla əlaqədar olaraq Xəzər Universitetinin rektorunun adına ərizə ilə müraciət edərək ona ingilis dili müəllimliyi ixtisası üzrə bakalavr dərəcəcində diplomun verilməsinin təmin edilməsini xahiş etdi. Müraciətinə Xəzər Universitetinin rektorunun 03/T-7599 saylı, xx.xx.2024-cü il tarixli məktubu ilə cavab verilərək onun ikili vətəndaşlığının olması səbəbi ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən diplom verilməsindən imtina edildiyi bildirilmişdir. Xəzər Universitetinin yuxarıda qeyd edilən məktubunu aldıqdan sonra ingilis dili müəllimliyi ixtisası üzrə xx.xx.2023-cü ildə Xəzər Universitetini bitirməyi ilə əlaqədar ona ingilis dili müəllimliyi ixtisası üzrə bakalavr dərəcəsində dipolomun verilməsinin təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə ərizə ilə müraciət etsə də xx.xx.2025-ci il tarixdə cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən agentliyə dəvət edilərək ingilis dili müəllimliyi ixtisası üzrə bakalavr dərəcəsində dipolomun verilməsindən imtina edilməsi yazılı şəkildə bildirilmişdir. Cavabdeh diplom verilməsindən imtinanı onun ikili vətəndaşlığı ilə əlaqələndirməyə çalışmışdır. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə əsasən təhsil alan şəxsin ikili vətəndaşlığının olması ona diplom verilməsini məhdudlaşdırmır və bu barədə qanunda hər-hansı məhdudlaşdırıcı hüquq norması mövcud deyildir. Eyni zamanda bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 82 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qауdası”nın 4.1-ci bəndinə əsasən diplom məzunlara ali təhsil müəssisəsini bitirdikdən sonra 10 gün müddətində verilir.
3. Cavabdeh iddiaçıya ünvanlandığı imtina məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda (Azərbaycan Respublikası vətəndaşlığı ilə yanaşı, digər dövlətin (dövlətlərin) vətəndaşı olduqda) həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən Azərbaycan Respublikasının vətəndaşlarının orta ixtisas və ya ali təhsil müəssisələrinə qəbulu X6 (DİM) tərəfindən keçirilən buraxılış imtahanında iştirak yolu ilə həyata keçirilir. Bununla yanaşı, Azərbaycan Respublikasının "Təhsil haqqında" Qanununun müvafiq müddəalarına əsasən, ali təhsil müəssisələrini bitirən şəxslərə yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada təhsil sənədləri təqdim edilir. Mövcud qanunvericiliyin tələblərinə əsasən, Azərbaycan Respublikasında ikili vətəndaşlıq hüquqi baxımdan tanınmır. Bu xüsusda sizin müvafiq ali təhsil müəssisəsinə qəbulunuz yalnız DİM yolu ilə həyata keçirilməli idi. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, diplom verilməsi ilə bağlı müraciətiniz müvafiq qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün təmin edilə bilinmir və məsələnin müsbət həlli Agentliyin imkanları xaricindədir.
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 42-ci maddəsinə əsasən hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Həmçinin “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Bu Qanun vətəndaşların Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş təhsil hüququnun təmin edilməsi sahəsində dövlət siyasətinin əsas prinsiplərini və təhsil fəaliyyətinin tənzimlənməsinin ümumi şərtlərini müəyyən edir, təhsilin ayrı-ayrı pillələri üzrə müvafiq qanunların və digər normativ hüquqi aktların qəbul edilməsində baza rolunu oynayır. İddia ərizəsinin məzmunu və ona əlavə edilmiş sənədlərdən göründüyü kimi İddiaçı ikili vətəndaşlığının olduğu (həm Azərbaycan Respublikasının, həm də Türkiyə Respublikasının vətəndaşlığı) müəyyən edilir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən (Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin vətəndaşlığına mənsubiyyətinin tanınmaması) Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda (Azərbaycan Respublikası vətəndaşlığı ilə yanaşı, digər dövlətin (dövlətlərin) vətəndaşı olduqda) həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır. Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bir ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir. İş materiallarına əlavə edilmiş sənədlərdən isə İddiaçı müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə) belə bir müraciətinin olması müəyyən edilmir. Bundan əlavə “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsinə müvafiq olaraq ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu vətəndaşların təhsil hüququnu tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun olan təhsil proqramlarını daha yaxşı mənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin ixtisası və təhsil müəssisəsini sərbəst seçimi əsasında, bu Qanunun 26.5-ci və 26.5-3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, müsabiqə yolu ilə həyata keçirilir. Ali və orta ixtisas təhsili müəssisələrinə, həmçinin hazırlıq qruplarına tələbə qəbulu biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində hazırlıq qruplarında tədrisin sonunda keçirilən buraxılış imtahanları nəticəsində müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunurlar. Həmin Qanunun 27.1-ci maddəsinə əsasən təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi verilir. Həmin Qanunun 44.1ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsilin hər hansı pilləsində təhsil alması və ya ixtisas artırması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, dövlət tərəfindən müəyyən edilmiş kvota, təhsil qrantı proqramı və təhsil müəssisəsinin, hüquqi və fiziki şəxslərin birbaşa bağladıqları müqavilələr əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017ci il tarixli 8 fevral tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın 1.6-cı bəndinə əsasən ali təhsil müəssisələrinə tələbə qəbulu vətəndaşların təhsil hüququnu tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun olan təhsil proqramlarını daha yaxşı mənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin ixtisası və təhsil müəssisəsini sərbəst seçimi əsasında, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.5-ci və 26.5-3-cü maddələrində göstərilən hallar istisna olmaqla, müsabiqə yolu ilə həyata keçirilir. Ali təhsil müəssisələrinə tələbə qəbulu abituriyentlərin müvafiq tədris ilində biliyin qiymətləndirilməsi üzrə mərkəzləşdirilmiş qaydada bu Qaydaların 3-cü hissəsində göstərilən iki mərhələdə keçirilən imtahanda (qəbul imtahanında) əldə etdikləri nəticələrə əsasən Azərbaycan Respublikasının X6 tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 1 may tarixli 125 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”nın 3.1-ci bəndinə əsasən əcnəbilərin təhsil müəssisələrində əvvəlki təhsilinə uyğun gələn təhsil səviyyəsinə və ya əlavə təhsilin hər hansı istiqamətinə qəbulu təhsil sahəsində Azərbaycan Respublikası ilə xarici ölkələr arasında bağlanılmış müqavilələrə uyğun müəyyənləşdirilmiş kvota, təhsil müəssisələrinin iştirak etdiyi beynəlxalq proqramlar, dövlət tərəfindən müəyyən edilmiş təhsil qrantı proqramı, təhsil müəssisələri ilə xarici ölkələrin təhsil müəssisələri arasında bağlanılmış müqavilələr, təhsil müəssisəsinin hüquqi şəxslərlə birbaşa bağladığı müqavilələr, təhsil müəssisəsinin fiziki şəxslərlə birbaşa bağladığı müqavilələr, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X6 publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1.4-cü və 3.1.11-ci yarımbəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasının orta ixtisas təhsil müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) səviyyələrinə, Azərbaycan Respublikasının X6 tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən tələbə qəbulu müsabiqəsi əsasında həyata keçirilir. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən təhsil müəssisəsini bitirən əcnəbilərə təhsil haqqında dövlət nümunəli sənəd verilir. Göstərilən qanunvericilik aktlarının müvafiq müddəalarına əsasən İddiaçı müvafiq ali təhsil müəssisəsinə qəbulu “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydalan”na və ya “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”na riayət olunmadan həyata keçirilmişdir. Bu səbəbdən ona qanunvericiliklə müəyyən edilmiş qaydada təhsil haqqında dövlət sənədi (təhsil haqqında dövlət nümunəli sənəd) verilməmişdir. Aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə göndərilmiş Bakı İnzibati Məhkəməsinin hazırkı iş üzrə 28 fevral 2025-ci il tarixli, 2-1(112)-7889/2025 nömrəli sorğusu ilə əlaqədar olaraq bildirilir ki, İddiaçı müraciəti Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin elektron sənəd dövriyyəsi sistemində aşkar edilməmişdir. İddiaçı Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə daxil olmuş müraciətləri və həmin müraciətlərlə əlaqədar aparılmış inzibati icraat materialları isə etiraza əlavə edilməklə məhkəməyə təqdim edilir. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə qarşı “diplomun verilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir.
5. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli 03/T-5986 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə ingilis dili müəllimliyi ixtisası üzrə Xəzər Universitetini bitirmiş və ona həmin ixtisas üzrə bakalavr dərəcəsi verilmişdir.
6. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli 03/T-7599 nömrəli məktubunda qeyd edilmişdir ki, Xəzər Universiteti tərəfindən 2023-cü ildə ingilis dili müəllimliyi ixtisası üzrə məruz olmağınız, müvafiq olaraq Sizə diplom verilməməsi ilə bağlı nəzərinə çatdırıram ki, müvafiq ixtisasınız üzrə sizə diplom verilməsi üçün tərəfinizdən Elm və Təhsil Nazirliyinə müraciət edilmiş, lakin nazirlik ikili vətəndaşlığınız olduğundan bundan imtina etmişdir. Odur ki, bununla bağlı Elm və Təhsil Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
7. Məhkəmə sorğusu əsasında əldə edilmiş X3 xx.xx.2025-ci il tarixli 9-3/2-949/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.2001-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) 2018-ci ildə ali təhsil müəssisəsinə qəbul olmamış və barəsində X6 tərəfindən hər hansı təhsil müəssisəsinə qəbul əmri verilmişdir.
8. Məhkəmə sorğusu əsasında əldə edilmiş Xəzər Universitetinin xx.xx.2018-ci il tarixli S/3399 saylı əmrdən olan çıxarışda qeyd edilmişdir ki, Kurnaz X2 dil müəllimliyi ixtisası üzrə təhsil almışdır.
9. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində qeyd edilmişdir ki, İddiaçı xx.xx.2001-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur.
10. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş B12 seriyalı 818989 nömrəli X4 Cüzdanında qeyd edilmişdir ki, İddiaçı Nüfus Cüzdanı sənədi verilmişdir.
11. Məhkəmə iclasında iştirak verən iddiaçının nümayəndəsi (vəkili) iddianın təmin edilməsini xahiş etdi.
12. Məhkəmə iclasında iştirak verən cavabdehin nümayəndəsi iddia tələbinə yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi.
İİ.İddianın növü və mümkünlüyü
13. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).
14. Mübahisələndirmə və məcburetmə haqqında iddialar arasındakı münasibət müvafiq hüquqi müdafiə marağı və hüquqi müdafiə tələbindən asılı olaraq müəyyənləşdirilə bilər. Əgər şəxs hər hansı bir inzibati aktdan qorunmaq istəyirsə, nəzəri cəhətdən belə bir əlverişsiz inzibati aktın ləğv edilməsinə dair məcburetmə haqqında iddia da qaldıra bilər. Lakin bu, mübahisələndirmə haqqında iddiadan fərqli olaraq, inzibati aktın birbaşa ləğv edilməsi ilə deyil, yalnız aralıq addım kimi inzibati orqanın öz hərəkətini yenidən gözdən keçirməsi zərurətinin yaranması ilə nəticələnəcəkdir. Əgər inzibati orqan şəxs üçün əlverişli inzibati aktın qəbul edilməsinə dair ərizəni rədd edərsə, bu zaman inzibati akt olan bu qərara qarşı mübahisələndirmə haqqında iddianın qaldırılması barədə düşünmək mümkündür. Lakin qeyd olunan halda, şəxs bu iddia növü ilə məqsədinə çata bilməyəcək. Belə ki, o, mübahisələndirmə haqqında iddia ilə yalnız ərizəsinin rədd edilməsi barədə inzibati aktın ləğvinə nail ola bilər. İnzibati orqanın müəyyən hərəkətləri etməsi üçün isə, şəxs yalnız məcburetmə haqqında iddia qaldırmalıdır. Həmin iddia vasitəsilə şəxs həm ərizəni rədd edən qərarın ləğv edilməsini, həm də özünün xeyrinə inzibati aktın qəbul edilməsini tələb edə bilər.
15. Odur ki, hazırkı iddia məcburetməyə dair iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb tələb edir.
16. İddiaçı inzibati orqanın üzərinə arzuladığı inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını tələb edir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
17. İddia mümkündür.
İİİ. Məhkəmənin mövqeyi
18. Məhkəmə iddia tələbinə qiymət verməzdən öncə, iddiaçıya diplomun verilməsi üçün hansı əsasların olmasına münasibət bildirir. Təhsil hüququnun və həmin hüququn həyata keçirilməsi aşağıdakı qanunvericilik normaları ilə tənzimlənir.
19. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1. abituriyent – ali təhsil və ya orta ixtisas təhsili müəssisəsinə qəbul olunmaq üçün müvafiq sənədləri təqdim etmiş şəxsdir. 22.3. bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta ixtisas təhsili bazasında ayrıayrı ixtisasların təhsil proqramları üzrə geniş profilli ali təhsilli mütəxəssislər hazırlanır. Bakalavriat təhsili başa çatmış ali təhsildir. Bakalavriatı bitirən məzunlara «bakalavr» ali peşə-ixtisas dərəcəsi verilir. Bakalavriat təhsili almış məzunların əmək fəaliyyəti sahəsi elmi müəssisə və təşkilatlarda və ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyət istisna olmaqla, bütün digər sahələri əhatə edir. Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 26.1. Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu vətəndaşların təhsil hüququnu tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun olan təhsil proqramlarını daha yaxşı mənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin ixtisası və təhsil müəssisəsini sərbəst seçimi əsasında, bu Qanunun 26.5-ci və 26.5-3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, müsabiqə yolu ilə həyata keçirilir. 26.2. Ali və orta ixtisas təhsili müəssisələrinə, həmçinin hazırlıq qruplarına tələbə qəbulu biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. 26.5-1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində hazırlıq qruplarında tədrisin sonunda keçirilən buraxılış imtahanları nəticəsində müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunurlar. Ali təhsil müəssisələrinin hazırlıq qruplarında tədrisin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 27.1. Təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi verilir. 44.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsilin hər hansı pilləsində təhsil alması və ya ixtisas artırması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, dövlət tərəfindən müəyyən edilmiş kvota, təhsil qrantı proqramı və təhsil müəssisəsinin, hüquqi və fiziki şəxslərin birbaşa bağladıqları müqavilələr əsasında həyata keçirilir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il tarixli 8 fevral tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın 1.6. Ali təhsil müəssisələrinə tələbə qəbulu vətəndaşların təhsil hüququnu tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun оlan təhsil proqramlarını daha yaxşı mənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin ixtisası və təhsil müəssisəsini sərbəst seçimi əsasında, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.5ci və 26.5-3-cü maddələrində göstərilən hallar istisna olmaqla, müsabiqə yolu ilə həyata keçirilir. Ali təhsil müəssisələrinə tələbə qəbulu abituriyentlərin müvafiq tədris ilində biliyin qiymətləndirilməsi üzrə mərkəzləşdirilmiş qaydada bu Qaydaların 3-cü hissəsində göstərilən iki mərhələdə keçirilən imtahanda (qəbul imtahanında) əldə etdikləri nəticələrə əsasən Azərbaycan Respublikasının X6 (bundan sonra – Mərkəz) tərəfindən həyata keçirilir.
21. “Miqrasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.0.1. əcnəbi – Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olan şəxs; 3.0.2. vətəndaşlığı olmayan şəxs – heç bir dövlət tərəfindən onun qanununa əsasən vətəndaş hesab edilməyən şəxsdir
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 6 mart tarixli 56 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının təhsil almaq üçün xarici ölkələrə göndərilməsi və xarici ölkə vətəndaşlarının Azərbaycanın təhsil müəssisələrində təhsil almaları haqqında” Qaydalarının: 3.1. Əcnəbilərin təhsil müəssisələrində əvvəlki təhsilinə uyğun gələn təhsil səviyyəsinə və ya əlavə təhsilin hər hansı istiqamətinə qəbulu aşağıdakı əsaslarla həyata keçirilir: 3.1.1. təhsil sahəsində Azərbaycan Respublikası ilə xarici ölkələr arasında bağlanılmış müqavilələrə uyğun müəyyənləşdirilmiş kvota əsasında; 3.1.2. təhsil müəssisələrinin iştirak etdiyi beynəlxalq proqramlar əsasında; 3.1.2-1. dövlət tərəfindən müəyyən edilmiş təhsil qrantı proqramı əsasında; 3.1.3. təhsil müəssisələri ilə xarici ölkələrin təhsil müəssisələri arasında bağlanılmış müqavilələr əsasında; 3.1.4. təhsil müəssisəsinin hüquqi şəxslərlə birbaşa bağladığı müqavilələr əsasında; 3.1.5. təhsil müəssisəsinin fiziki şəxslərlə birbaşa bağladığı müqavilələr əsasında; 3.1-1. Əcnəbilərin hazırlıq sinif və kurslarına qəbulu bu Qaydaların 3.1.1-3.1.5-ci yarımbəndlərində göstərilmiş əsaslarla həyata keçirilir.
23. Yuxarıda sadalanan qanunvericiliyin normalarından görünür ki, iddiaçının Xəzər Universitetinə müqavilə əsasında qəbul olması üçün yeganə şərt onun xarici vətəndaş və ya vətəndaşlığı olmayan şəxs olmasıdır.
24. Məhkəmənin sorğusuna cavab olaraq Xəzər Universitetinin xx.xx.2025-ci il tarixli məktubu ilə iddiaçının Xəzər Universitetinə daxil olma əmrinin təsdiq olunmuş surəti göndərilmişdir. xx.xx.2018-ci il tarixli S/3399 saylı əmrdən çıxarışa əsasən iddiaçı Türkiyə vətəndaşı kimi universitetə qəbul edilmişdir. Lakin iş materiallarında olan iddiaçının AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.2001-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur.
25. Göründüyü kimi iddiaçı Azərbaycan Respublikası vətəndaşı olduğu təqdirdə xarici vətəndaş kimi Xəzər Universitetinə müqavilə əsasında daxil olub təhsil almışdır.
26. İddiaçı Azərbaycan Respublikası vətəndaşı olduğundan və onun ali təhsil müəssisəsinə qəbulu X6 (DİM) tərəfindən keçirilən buraxılış imtahanında iştirak yolu ilə həyata keçirilmədiyindən ona diplomun verilməsi mümkün olmamışdır.
27. Məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir.
28. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
29. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
30. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
31. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia rədd edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva