Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7890/2021 28.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X1 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “arayışın verilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 02 aprel 1993-cü il tarixdən 01 yanvar 1997-ci il tarixə kimi N saylı hərbi hissənin tərkibində 1-ci Qarabağ müharibəsində erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etməyi və hərbi xidmətdə olmağı barədə arayışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş Bakı İnzibati Məhkəməsinin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. İş üzrə məhkəmə hazırlıq icraatının iclası 28.09.2021-ci il tarixə təyin edilmiş və tərəflərə bu barədə məlumat verilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 02 aprel 1993-cü il tarixdən 01 yanvar 1997-ci il tarixə kimi N saylı hərbi hissənin tərkibində 1-ci Qarabağ müharibəsində erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etmiş və hərbi xidmətdə olmuşdur. Döyüşlər zamanı yararlanaraq müxtəlif bədən xəsarətləri almışdır.Yuxarıda qeyd olunanlara və qanunvericiliyə əsaslanaraq ona müvafiq arayışın, istifadə olunmamış məzuniyyət pullarının verilməsi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. 22.05.2021-ci il tarixli, (bu məktubu poçt vasitəsilə 27 may 2021-ci il tarixdə almış və bu barədə zərfi iddia ərizəsinə əlavə edir) 15/1475 nömrəli cavab məktubunda ona bildirildi ki, 21 mart 1998-ci il tarixdə N saylı hərbi hissənin qərargahında baş vermiş yanğın hadisəsi nəticəsində 01.02.1994-cü il tarixdən 21.03.1998-ci il tarixədək nizami hissə üzrə əmrlər kitablarının məhv olması səbəbindən onun istifadə etdiyi məzuniyyət günləri, pul təminatı haqqında arayış və ehtiyata buraxılmağını təsdiq edən hərbi hissə komandirinin əmri barəsində məlumat əldə etmək mümkün olmamışdır.Göründüyü kimi 01.02.1994-cü il tarixdən 21.03.1998-ci il tarixədək nizami hissə üzrə əmrlər kitablarının məhv olması səbəbindən 02.04.1993-cü il tarixdən 01.01.1997-ci il tarixə kimi N saylı hərbi hissəsinin tərkibində xidmət etdiyini, döyüşlərdə iştirak etdiyini təsdiq edə bilmir. Bunu təsdiq edə bilməməyi səbəbindən də istifadə etmədiyi məzuniyyət pulunu, eləcə də veteran adını da ala bilmir.Yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, onun 02 aprel 1993-cü il tarixdən 01 yanvar 1997-ci il tarixə kimi N sayı hərbi hissənin tərkibində 1-ci Qarabağ müharibəsində erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etməyi barədə arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən 26.08.2021-ci il tarixində iddiaya dair etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iş materiallarında olan Müdafiə Nazirliyi Mərkəzi Arxivi iddiaçının xidmətinə dair Mərkəzi Arxivdə olan əmrlər əsasında araşdırma apararaq, iddiaçıya 21 mart 1998-ci il tarixdə N saylı hərbi hissənin qərargahında baş vermiş yanğın hadisəsi nəticəsində əmrlər kitabının məhv olması səbəbindən arayış verilməsi qeyri mümkün olmuşdur. Beləliklə də Mərkəzi Arxiv tərəfindən hər hansı hərəkətsizlik edilməmiş, əmrlər kitabının məhv olması səbəbindən arayış verilməsi qeyri mümkün olmuşdur. Yuxarıda qeyd olunanlara əsasən İddiaçı N nömrəli hərbi hissənin tələb olunan əmrlər əsasında araşdırmaların nəticəsi barədə qərarın qəbul edilməsi və arxiv arayışının verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması tələbinə dair iddiasının mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəfindən məhkəmə iclasında İPM-in 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım göstərilərək, iddiaçının hüquqi marağı qiymətləndirilmiş, iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmişdir. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmədi və hazırki tələb üzrə iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarından aydın görünür ki, iddiaçının müraciətinə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi 22 may 2021-ci il tarixli 15/1475 nömrəli məktubla cavab verilərək bildirilmişdir ki, 21.03.1998-ci il tarixdə N nömrəli hərbi hissənin qərargahında baş vermiş yanğın hadisəsi nəticəsində 01.02.1994-cü il tarixdən 21.03.1998-ci il tarixədək nizami hissə üzrə əmrlər kitablarının məhv olması səbəbindən onun istifadə etdiyi məzuniyyət günləri, pul təminatı haqqında arayış və ehtiyata buraxılmağını təsdiq edən hərbi hissə komandirinin əmri barəsində məlumat əldə etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1.-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; 2.2.8. bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına; 2.2.9. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Hazırda iddiaçı cavabdeh inzibati orqan tərəfindən ona 02 aprel 1993-cü il tarixdən 01 yanvar 1997-ci il tarixə kimi N saylı hərbi hissənin tərkibində 1-ci Qarabağ müharibəsində erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etməyi və hərbi xidmətdə olmağı barədə arayışın verilməli olduğunu iddia edir. Cavabdeh inzibati orqan isə 21.03.1998-ci il tarixdə N nömrəli hərbi hissənin qərargahında baş vermiş yanğın hadisəsi nəticəsində 01.02.1994-cü il tarixdən 21.03.1998-ci il tarixədək nizami hissə üzrə əmrlər kitablarının məhv olduğunu qeyd edərək, iddiaçının istifadə etdiyi məzuniyyət günləri, pul təminatı haqqında arayış və ehtiyata buraxılmağını təsdiq edən hərbi hissə komandirinin əmri barəsində məlumat verilməsinin mümkün olmadığını bildirmişdir. Məhkəmə hesab edir ki, arxiv arayışı cavabdeh orqanın arxivində saxlanılan məlumatlar əsasında verilir. Buna görə də hazırkı iddiaya inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. Hakim: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-7890/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7890/2021
28.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver