Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7890/2022 07.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X9 qızının katibliyi, İddiaçı. cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1957-ci il tarixdə doğulmuşdur. İddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün X8 Fonduna müraciət etmişdir. Sözügedən qurum isə ona xx.xx.2022-ci il tarixli, **********2 nömrəli məktubla cavab verərək, yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddiaçı Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2022-ci il tarixli, **********2 nömrəli imtina cavabını qanunsuz hesab edir. Belə ki, həmin cavab məktubunda qeyd olunur ki, onun əmək kitabçasında qeyd edilmiş xx.xx.1991-ci ildən xx.xx.1993-cü ilədək, xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilədək, xx.xx.1993-cü ildən xx.xx.1994-cü ilədək, xx.xx.1994-cü ildən xx.xx.1996-cı ilədək, xx.xx.1996-cı ildən xx.xx.2002-ci ilədək olan iş stajı araşdırılmış və həmin tarixlərdə işlədiyi yerlərin ünvanı tapılmadığından yuxarıda sadalanan dövrlər (ümumilikdə 11 il 1 ay) əmək stajı kimi təsdiqlənmədiyindən onun sığorta stajı 15 il 8 ay olaraq müəyyən edilmişdir. Onun sığorta stajı hesablanarkən təhsil müddəti də nəzərə alınmamışdır. (xx.xx.1974-cü ildən xx.xx.1975-ci ilədək). Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək əsl olmayan cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə FondunuN əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsi qərara alınmışdır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İş üzrə cavabdeh iddiaya qarşı etirazını yazılı şəkildə məhkəməyə təqdim edərək bildirmişdir ki, xx.xx.1957-ci il təvəllüdlü İddiaçı xx.xx.2021-ci il tarixdə Fonda müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Fondun müraciətə cavab olaraq iddiaçıya ünvanladığı imtina məktubunda bildirilmişdir ki, xx.xx.1975-ci il tarixli ИТ-İ № ******* saylı əmək kitabçasının və hərbi biletin surətlərinə əsasən sığorta stajı (xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğu dövr də daxil olmaqla) 15 il 10 ay 20 gün təşkil edir. Həmçinin xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. xx.xx.2022-ci il tarixdən aylıq 180 manat sosial müavinət ödənişi təyin edilmişdir. İş üzrə icraat materiallarına əlavə olunmuş hərbi biletin surətinə əsasən İddiaçı hərbi xidmət dövrü xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək 1 il 11 ay 20 gün təşkil edir. İş üzrə icraat materiallarına əlavə olunmuş xx.xx.1975-ci il tarixində tərtib olunmuş ИТ-İ № ******* saylı əmək kitabçasının surətinə əsasən İddiaçı sığorta stajı xx.xx.1977-ci il tarixdən xx.xx.1991-ci il tarixədək 13 il 11 ay təşkil edir. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın sözügedən qurumda xx.xx.2022-ci il tarixində keçirdiyi monitorinqin nəticəsinə əsasən əmək kitabçasının surətində qeyd olunmuş X1, Maya firmasının və 14 nömrəli Təmir-Tikinti idarəsinin yerləşdiyi ünvanı tapmaq mümkün olmamışdır. Bununla bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə sorğular verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il № **********40 nömrəli cavab məktubunda X4, Maya firması və 14 nömrəli Təmir-Tikinti İdarəsi barədə hər hansı məlumat olmadığı qeyd olunmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli № **********614800 nömrəli cavab məktubunda 14 nömrəli Təmir-Tikinti İdarəsinin xx.xx.1994-cü ildə qeydiyyatdan keçməsi barədə məlumatın mövcud olduğu, hal-hazıradək həmin hüquqi şəxs adından yeni VÖEN almaq üçün vergi orqanına müraciət olunmadığı müəyyən olunmuşdur. Lakin reyestrdə X4 və Maya Firmasının dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyil. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2022-ci il tarixli № 4/966 nömrəli cavab məktubunda X1, Maya Firmasının və 14 nömrəli Təmir-Tikinti Trestinin arxiv sənədlərinin mühafizə üçün Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi qeyd olunmuşdur. Həmçinin Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialın xx.xx.2022-ci il № **********5 tarixli xidməti məktuba yazdığı cavab məktubunda İddiaçı təqdim etdiyi diplomun surətinə əsasən, xx.xx.1976-cı il tarixdən xx.xx.1983-cü il tarixədək təhsil aldığı 6 il 10 ay müddətinin əmək fəaliyyəti ilə üst-üstə düşdüyü üçün həmin illərin sığorta stajına daxil edilməsinin mümkün olmadığı qeyd olunmuşdur. İddiaçının mübahisələndirilən sığorta stajına xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək (3 ay 27 gün), xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək (11 ay 29 gün), xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək (2 il 4 ay 22 gün) və xx.xx.1996-cı il tarixdən xx.xx.2002-ci il tarixədək (5 il 5 ay 15 gün) olan dövrlər daxildir. Ümumi olaraq 9 il 2 ay 3 gün təşkil edir. Beləliklə, yuxarıda qeyd edilən əsaslara görə İddiaçı X2, Maya firmasında və 14 nömrəli Təmir-Tikinti İdarəsində və Xatirə Kooperativində işlədiyi dövrün onun sığorta stajına daxil edilməsi qanunamüvafiq hesab edilmir, bu səbəbdən də onun yaşa görə əmək pensiyası hüququ yaranmır. Həmçinin cavabdeh etiraza əlavəsində bildirmişdir ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixdə pensiya yaşına çatmışdır. Lakin iddiaçının sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsində təsbit olunmuş normada müəyyən edilmiş şərti ödəmir. İş üzrə icraat materiallarına əlavə olunmuş hərbi biletin surətinə əsasən İddiaçı hərbi xidmət dövrü xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək 1 il 11 ay 20 gün təşkil edir. İddiaçı təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək 1 il 11 ay 20 gün hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1975-ci il tarixdən xx.xx.1975-ci il tarixədək, xx.xx.1977-ci il tarixdən xx.xx.1991-ci il tarixədək 13 il 8 ay 20 gün əmək fəaliyyəti dövrü, xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək 9 ay 22 gün təhsil müəssisəsində dinləyici olduğu dövr olmaqla onun xx.xx.2006-cı il tarixədək ümumi 16 il 6 ay 2 gün mübahisələndirilməyən sığorta stajı hesablanmışdır ki, bu da tələb olunan müddətdən (25 ildən) azdır. İddiaçının mübahisələndirilən sığorta stajına xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək (3 ay 27 gün) X2, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək (11 ay 29 gün) Maya Firmasında, xx.xx.1994-ü il tarixdən xx.xx.1996-cı il tarixədək (2 il 4 ay 22 gün) Xatirə Kooperativində və xx.xx.1996-cı il tarixdən xx.xx.2002-ci il tarixədək (5 il 5 ay 15 gün) 14 №-li Təmir Tikinti İdarəsində işlədiyi dövrlər daxildir. Ümumi olaraq 9 il 2 ay 3 gün təşkil edir. onun xx.xx.2006-cı il tarixdən sonra fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Beləliklə, yuxarıda qeyd edilən əsaslara görə İddiaçı X2, Maya firmasına və 14 nömrəli Təmir-Tikinti İdarəsində və Xatirə Kooperativində işlədiyi dövrün onun sığorta stajına daxil edilməsi qanunamüvafiq hesab edilmir, bu səbəbdən də onun yaşa görə əmək pensiyası hüququ yaranmır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazın dəlillərinə uyğun izahat vermiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Qeyd edilməlidir ki, artıq uzun müddət ərzində formalaşmış təcrübəyə əsasən, əmək pensiyalarının təyin olunması barədə işlərə məhz öhdəlik xarakterli iddialar çərçivəsində baxılır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci il tarixdə doğulmuşdur; KВ 704319 nömrəli diplomun təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 1976- 1983-cü illərdə Odessa İnstitutunda təhsil almışdır; 5974 №-li attestatın təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1974xx.xx.1975-ci illərdə texniki peşə məktəbində təhsil almışdır; BC 068374 nömrəli hərbi biletin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1975-xx.xx.1977-ci illərdə hərbi xidmət keçmişdir; DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 1 aprel 2022-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, iddiaçının təqdim etdiyi xx.xx.1975-ci il tarixli ИТ-İ ******* saylı əmək kitabçasının və hərbi biletinin surətlərinə əsasən sığorta stajı (xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmətdə olduğu dövr) 15 il 8 ay təşkil edir. Həmçinin bildirilir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. xx.xx.1975-ci il tarixində adına tərtib olunmuş ИТ-İ ******* saylı əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1993-cü il tarixindən xx.xx.1993-cü il tarixinədək, xx.xx.1993-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək, xx.xx.1994-cü il tarixindən xx.xx.1996-cı il tarixinədək və xx.xx.1996-cı il tarixindən xx.xx.2002-ci il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın sözügedən qurumda xx.xx.2022-ci il tarixində keçirdiyi monitorinqin nəticəsinə əsasən əmək kitabçasının surətində qeyd olunmuş X1, Maya firmasının və 14 nömrəli Təmir-Tikinti idarəsinin yerləşdiyi ünvanı tapmaq mümkün olmamışdır. Eyni zamanda sözügedən Qanunun 22.2ci maddəsinə əsasən sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. İddiaçının təhsil aldığı müddətdə (1976-cı il tarixindən 1983-cü il tarixinədək) əmək fəaliyyəti ilə məşğul olduğu üçün sözügedən dövrlərin təkrar sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir; Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı 05 may 2022-ci il tarixli, **********9 nömrəli məktubla İddiaçı pensiya işinin təsdiq olunmuş surətini məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 31 may 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, sorğuda qeyd olunan X4, Maya firması və 14 nömrəli Təmir-Tikinti İdarəsi barədə Əmlak Məsələləri Dövlət Xidmətində hər hansı məlumat yoxdur; Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 24 may 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, sorğuda qeyd olunan “Sifariş” Müstəqil kooperativinin, "xxxx" Çoxsahəli firmasının və 14 №-li “Təmir-Tikinti Dizayn” Trestinin ((vətəndaşın əmək kitabçasına əsasən) arxiv sənədləri mühafizə üçün Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 20 may 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, dövlət reyestrində 14 nömrəli Təmir- Tikinti İdarəsinin xx.xx.1994-cü il tarixdə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Hal-hazıradək həmin hüquqi şəxs adından yeni VÖEN almaq üçün vergi orqanına müraciət olunmamışdır. Reyestrdə X1 və Maya firmasının dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir; Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 04 avqust 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, … Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində X3 və Maya firmasına dair məlumat mövcud deyildir. Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində “14 nömrəli Təmir-Tikinti İdarəsi” adı ilə 5 statistik vahidin qeydiyyata alınmasına dair məlumat mövcuddur. Onlardan 2-si müvafiq olaraq xx.xx.1996-xx.xx.2005-ci il və xx.xx.1996-xx.xx.1996-cı il tarixlərində qeydiyyatda olmuş, 3-ü isə müvafiq olaraq 05 və 20 (2 statistik vahid) iyun 1996-cı il tarixlərində statistik vahidlərin Dövlət reyestrində qeydiyyata alınsalar da, qeydiyyat tarixindən hal-hazıradək Dövlət Statistika Komitəsində sözügedən müəssisələrə dair hər hansı əlavə mlumat mövcud olmamışdır; Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 22 sentyabr 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, 1996-cı ildə yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində “Xatirə Kooperativi” adı ilə 5 statistik vahidin qeydiyyatına dair məlumat mövcuddur. Onlardan 3-ü müvafiq olaraq xx.xx.1996xx.xx.2001, xx.xx.1996-xx.xx.1997 və xx.xx.1996-xx.xx.2003-cü il tarixlərində qeydiyyatda olmuş, 1-i 13 avqust 1996-cı il tarixində qeydiyyata alınsa da, qeydiyyat tarixindən halhazıradək Dövlət Statistika Komitəsində sözügedən müəssisəyə dair hər hansı əlavə məlumat mövcud olmamış, 1-i isə 21 iyun 1996-cı il tarixindən qeydiyyatdadır; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 21 noyabr 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, reyestrdə “Sifariş” Müstəqil Kooperativi, "xxxx" Firması, 14 nömrəli “Təmir Tikinti Dizayn” Tresti adlı kommersiya qurumları aşkar edilməmiş, “Xatirə” Kooperativi adlı bir neçə fərqli kommersiya hüquqi şəxslər aşkar edilmişdir. Belə ki, hüquqi şəxslərin dövlət reyestri Azərbaycan Respublikası üzrə dövlət qeydiyyatına alınmış kommersiya hüquqi şəxsləri barədə məlumatı özündə əks etdirir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 22 noyabr 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, sorğuda qeyd olunan “Sifariş” Müstəqil kooperativinin, "xxxx" firmasının, 14 №-li Təmir Tikinti Dizayn Trestinin və “Xatirə” kooperativinin arxiv sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür, 65 yaşı tamam olduğuna görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciət etmiş, lakin cavabdeh inzibati orqan tərəfindən onun sığorta stajının və pensiya kapitalının yetərli olmaması səbəbindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. Hazırda iddiaçı pensiya hüququ yarandığı yarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsassız hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (İ və İİİ hissələr) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır; 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir; 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sığorta olunanın sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir; 22.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra mətndə - “Qaydalar”) 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. “Qaydalar”ın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bufəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçının 64 yaş 6 ayının tamam olduğu 11 may 2020-ci il tarixdən, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır. Məhkəmə bildirir ki, iddiaçının xx.xx.2006-cı il tarixdən sonra fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı qeydə alınmamışdır. Belə olan halda, yəni qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə, ikinici şərt kimi iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır. Cavabdeh tərəfindən iddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək X2, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Maya Firmasında, xx.xx.1994-ü il tarixdən xx.xx.1996-cı il tarixədək Xatirə Kooperativində və xx.xx.1996-cı il tarixdən xx.xx.2002-ci il tarixədək 14 №-li Təmir Tikinti İdarəsində işləməsinə dair qeydlər mübahisələndirilərək, X1, Maya firmasının və 14 nömrəli Təmir-Tikinti idarəsinin yerləşdiyi ünvanın məlum olmaması, həmçinin “Sifariş” Müstəqil kooperativinin, "xxxx" firmasının, 14 №-li Təmir Tikinti Dizayn Trestinin və “Xatirə” kooperativinin sənədlərinin arxivə təhvil verilməməsi səbəbindən sözügedən dövrün araşdırılmasının mümkün olmadığı bildirilmişdir. Məhkəmə cavabdehin qəbul etmədiyi dövrdə (xx.xx.1993-xx.xx.2002) iddiaçının işlədiyi müəssisələrin mövcud olub-olmaması, iddiaçının həmin təşkilatlarda işləyibişləməməsi ilə bağlı araşdırma aparmış və yalnız 14 nömrəli Təmir-Tikinti İdarəsinin xx.xx.1994-cü il tarixdə dövlət qeydiyyatına alınması müəyyən edilmiş, “Xatirə” Kooperativi adlı bir neçə fərqli kommersiya hüquqi şəxslər aşkar edilmiş, “Sifariş” Müstəqil kooperativi və "xxxx" firmasının mövcud olması ilə bağlı isə hər hansı məlumat aşkar edilməmiş, o cümlədən iddiaçının əmək faəliyyətinə dair sənədlər, işə qəbul olunması və işdən azad olunması barədə əmrlər əldə edilməmişdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və 25 il sığorta stajına malik olmadığından, iddia təmin еdilməməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-7890/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7890/2022
07.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver