Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7890/2025 07.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X5 kаtibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə qarşı “ünvan 1 ünvanından X8 və X3 qeydiyyatdan çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ЕTDİ: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə qarşı “ünvan 1 ünvanından X8 və X3 qeydiyyatdan çıxarılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, ünvan 2 ünvanında yerləşən mənzilin mülkiyyətçisidir. Hal hazırda X8, X7, həmin mənzildə qeydiyyatda olsalar da, mənzili ümumiyyətlə artıq 26 ildir orada yaşamamışlar. Hazırda üçüncü şəxslərin harada olması barədə dəqiq məlumatı yoxdur. Mənzil hazırda onun istifadəsində və sərəncamında olmaqla bütün kommunal xərcləri özü ödəyir. Bu isə ona bir sıra əlavə maliyyə çətinlikləri yaratmaqla, digər hüquqlarının həyata keçirilməsində maneələr yaradır. Həmin şəxslərin qeydiyyatdan çıxarılmasını cavabdehdən xahiş etsə də, ona ünvanlanan imtina məktubunda hazırkı məsələyə məhkəmə icraatı qaydasında baxılmalı olması tövsiyə edilmişdir. Cavabdeh təşkilatın bu mövqeyini qeyri-qanuni hesab edir. Məhkəmənin hazırkı iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadı ilə X8 və X7 məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxslər qismində cəlb edilmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: - 1.1. bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. - 2.2. inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); - 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: - 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. - 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur - 20. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. - 28.1. İnzibati icraat fiziki və ya hüquqi şəxsin ərizəsi əsasında başlanılır. İddia ərizəsindən göründüyü kimi, iddiaçının tələbi - ünvan 1 ünvanından X8 və X3 qeydiyyatdan çıxarılmasından ibarətdir. İş materiallarına əlavə edilmiş: - Azərbaycan SSR-in Bakı şəhəri XDS-nin İK-nin 18.02. –ci il tarixli 130499 №-li orderdən görünür ki, İddiaçı yaşadığı ünvan 3 ünvanını A.A Rzayevin yaşadığı ünvan 4nvanı ilə dəyişmişdir. Həmin mənzilə köçürülən və yaşamaq hüququ olan şəxslər aşağıdakılardır: 1. Özü – İddiaçı, 2. Arvadı – Əlimuradov J.A., 3. Oğlu – Əlimuradov E.A.,
4. Oğlu – Əlimuradov S.A., 5. Oğlu – Əlimuradov E.A. - Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.1981-ci il tarixli arayışından görünür ki, ünvan 5 ünvanında qeydiyyatda olan şəxslər: İddiaçı, X8, X9, X10, X2, İddiaçı Elxan oğlu, X7 - Suraxanı rayon MKTB 103 saylı MKİS-nin 914 saylı arayışından görünür ki, Hövsan qəsəbəsi, Hövsan yolu hal-hazırda Elman Qasımov küçəsi adlanır, eyni ünvandır. Məhkəmənin müvafiq sorğularına əsasən Azərbaucan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2025-ci il tarixli, 3-38-33/2-1791/25 №-li məktubdan görünür ki, xx.xx.1980-ci il təvəllüdlü X4 və xx.xx.1981-ci il təvəllüdlü X1 dəfə dövlət sərhədindən hərəkətləri barədə İAMAS bazasında aşağıdakı məlumatlar qeydə alınmışdır. X8: xx.xx.2024 – çıxış; X7: xx.xx.2024 – çıxış. Daşınmaz İmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 3-21-3-30/2-24816/2025 nömrəli 17 iyun 2025-ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanının dövlət qeydiyyatına alınması ilə bağlı məlumat aşkar edilməmişdir. Göründüyü kimi ünvan 1 Daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmamış və mülkiyyət hüququ ilə ona məxsus deyildir. Yuxarıda qeyd edilmiş orderdən müəyyən olunur ki, sözügedən mənzilə həm iddiaçının, həmdə qeydiyyatdan çıxarılması tələb edilən üçüncü şəxslər X8 və X3 hüquqları vardır. Belə olan halda iddiaçı və üçüncü şəxlərin heç birinin mənzil üzərində hüquqları digərinə münasibətdə üstünlük təşkil etmədiyindən, iddiaçının üçüncü şəxslər X8 və X3 qeydiyyatdan çıxarılmasını tələb etməkdə subyektiv hüququ mövcud deyildir Məhkəmə hesab edir ki, mənzil üzərində eyni hüquqları olan bir neçə şəxsdən biri digərlərinin pasport qeydiyyatından çıxarılmaları tələb etmək hüququna malik deyildir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 5.2-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Hazırda iddiaçı cavabdeh tərəfindən onun hüquqlarının pozulması barədə məlumatı məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçının üçüncü şəxslərin adlarını göstərməklə qeydiyyatdan çıxarılmasını tələb etdiyi yaşayış sahəsinə dair mülkiyyət, istifadə və ya icarə hüququ barədə müvafiq sənədlər mövcud deyil. Buna görə də cavabdeh tərəfindən iddiaçının hüquqları qanunvericiliyi ilə təsbit edilmiş onun qorunma sferasına müdaxilə aşkar şəkildə baş vermir və birmənalı nəzərə çarpmır. Məhkəmə qeyd edir ki, subyektiv hüquq – şəxsin qanunvericiliklə təmin olunan, onun maraqlarının qorunmasına yönələn mümkün davranış qaydasıdır. Bu anlayış hüquq subyektinin hüquqi münasibətlərdə öz mülkiyyətinə, şəxsi azadlıqlarına, sərbəst fəaliyyətinə, həyatına və digər hüquqlarına sahib olması ilə bağlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 iyul 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Belə ki, qeydiyyatdan çıxarılması tələb edilən şəxslər qarşısında iddiaçının mübahisəli yaşayış sahəsinə üstünlük hüquqlarının mövcud olmasını sübut edən sənədlər mövcud deyildir. Beləliklə məhkəmə iddianın mümkünlük şərtlərini yoxlayaraq müəyyən etmişdir ki, cavabdeh tərəfindən iddiaçının subyektiv hüquqlarının pozulması iddia ərizəsində göstərilməmiş və əsaslandırılmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə qarşı “ünvan 1 ünvanından X8 və X3 qeydiyyatdan çıxarılması” barədə iddia tələbi mümkünlük şərtlərinə cavab vermir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 35 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 7cıbəyova