Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7893/2024 03.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi və hüququnun yarandığı vaxtdan ona ödənilməli olan pensiyanın hesablanaraq ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək cavaddeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “22 noyabr 2006-cı il tarixdən dövlət qulluqçusu kimi İİİ dərəcəli əlilliyə görə ona təyin edilmiş əmək pensiyasının guya düzgün hesablanmaması, təyin edilmiş pensiya məbləğinin azaldılması, 2023-cü ilin dekabr ayından başlayaraq hissə-hissə (hər ay 123,69 manat) artıq ödənilmiş pensiyanın tutulması, habelə 1984-cü il 16 may tarixindən 1985-ci il 21 oktyabr tarixinədək Naxçıvan MSSR-in Nazirlər Sovetinin sədrinin köməkçisi vəzifəsində işlədiyi müddətin qulluq stajına aid edilməməsi barədə” inzibati aktının ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
2. İş üzrə məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi ”əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi, əmək pensiyasından tutulmaların qanunsuz hesab edilərək tutulmuş məbləğin geri qaytarılması” kimi dəyişdirilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ona ünvanlanmış 24 yanvar 2024-cü il tarixli 3-17-1/2-R- 18000/2024 nömrəli məktubu ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 2017-ci il iyulun 1-dən qüvvədən düşmüş normalarına, həmin normalardan irəli gələn və qüvvədən düşmüş Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli Fərmanına, həmçinin 2023-cü il yanvarın 1-dən qüvvəyə minmiş həmin Qanunun 39.1-ci maddəsinə istinad edərək, 22 noyabr 2006-cı il tarixdən dövlət qulluqçusu kimi İİİ dərəcəli əlilliyə görə ona təyin edilmiş əmək pensiyasının guya düzgün hesablanmaması, təyin edilmiş pensiya məbləğinin azaldılması, 2023-cü ilin dekabr ayından başlayaraq hissə-hissə (hər ay 123,69 manat) artıq ödənilmiş pensiyanın tutulması, habelə 1984-cü il 16 may tarixindən 1985-ci il 21 oktyabr tarixinədək Naxçıvan MSSR-in Nazirlər Sovetinin sədrinin köməkçisi vəzifəsində işlədiyim müddətin qulluq stajına aid edilməməsi barədə inzibati akt qəbul edildiyini bildirmişdir. Qeyd olunmalıdır ki, həmin tərtib olunan inzibati akt rəsmi qaydada ona təqdim edilməmişdir. Hesab edilmişdir ki, cavabdehin hal-hazırda mübahisələndirdiyi inzibati aktı Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri pozulmaqla qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Həmin Məcəllənin 7.2-ci maddəsinə əsasən, qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. Həmin Məcəllənin 7.3-cü maddəsinə əsasən, mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Bundan başqa “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 39.1-ci maddəsinə əsasən, əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Lakin, iddiaçı tərəfindən heç bir razılıq bildirilmədiyi halda əmək pensiyasıyasından 2023cü ilin dekabr ayından başlayaraq hissə-hissə hər ay 123,69 manat məbləğində vəsait tutulur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci və 2.2.1-ci maddələrinə əsasən, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia). Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 30.2-ci maddəsinə əsasən, əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər.
4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli inzibati icraat təzələnməsi və mülahizələrin öyrənilməsi haqqında məktubda bildirilmişdir ki, mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar, ona vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğunun araşdırılması ilə bağlı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən barəsində inzibati icraat başlanmışdır. Həmin inzibati icraatın gedişində pensiya hüququna yenidən baxılması zamanı ona artıq pensiya məbləğinin ödənildiyi müəyyən edilib. Belə ki, vaxtilə ona sabiq dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyası təyin edilərkən orta aylıq əmək haqqının düzgün hesablanmadığı aşkar olunub. Eyni zamanda bildirilmişdir ki, Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X4 qərarlarını, X4 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. “İnzibati icraat haqqında” Qanunun 21-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Qeyd olunanları nəzərə alaraq, “İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsinə əsasən, pensiya hüququna yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinin dinlənilməsi üçün 7 dekabr 2023-cü il tarixinədək Mərkəzi Filialın ünvan 1 ünvanında yerləşən Qəbul Mərkəzinə gəlməyi xahiş olunur. Göstərilən müddət ərzində mülahizələrinin təqdim edilməməsi barəsində müvafiq inzibati aktın qəbul edilməsini istisna etmir.
5. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli artıq ödənilmiş pul vəsaiti və müvafiq dövrün dövlət qulluğu stajının hesablanmasında nəzərə alınmasının mümkün olmaması haqqında məktubda qeyd edilmişdir ki, pensiya işinə aid sənədlərdə ona Fondun Yasamal rayon şöbəsi tərəfindən 22 noyabr 2006-cı il tarixindən sabiq dövlət qulluqçusu kimi İİİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edildiyi qeyd olunub. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Yuxarıda qeyd edilən Qanunun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla pensiya işi araşdırılaraq aylıq ödənişi 25 oktyabr 2023-cü il tarixində daxil olmuş müraciətindən 3 il geri dövr üzrə məhdudlaşdırılmaqla yenidən hesablanıb. Nəticədə müəyyən olmuşdur ki, dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 dekabr 2013-cü il tarixindən vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 726,38 manat, qulluq stajına görə əlavənin 104,16 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 82,39 manat olmaqla orta aylıq əmək haqqını 912,93 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyasının “Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 14 il 6 ay 17 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (912,93 manat) 75 faizi- 684,70 manat məbləğində hesablanıb. “Əmək pensiyaları haqqında” Qanunun 26.3-cü maddəsinin 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş qaydada azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar 14 il 6 ay 17 gün qulluq stajına görə əmək pensiyanın hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifələr üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 48,33 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 799,59 manat, qulluq stajına görə əlavənin 114,66 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavənin 90,72 manat olmaqla orta aylıq əmək haqqının 1004,97 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifələr üzrə orta aylıq əmək haqqı (912,93 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqının (1004,97 manat) arasındakı fərq məbləğinin (92,04 manat) 48,33 faizi-44,48 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyanın (684,70 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 729,18 manat məbləğində hesablanıb. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 1200,30 manat, qulluq stajına görə əlavənin 172,12 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavənin 136,14 manat olmaqla orta aylıq əmək haqqının 1508,56 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifələr üzrə orta aylıq əmək haqqı (1004,97 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqının (1508,56 manat) arasındakı fərq məbləğinin (503,59 manat) 48,33 faizi-243,38 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyanın (729,18 manat) üzərinə əlavə olunmaqla pensiyanın 972,56 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2020xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 1591,02 manat məbləğində köçürülüb. Buna görə də həmin dövr üzrə ona 16219,61 manat artıq pul vəsaiti ödənilib. Eyni zamanda maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirmə ilə əlaqədar 1 yanvar 2023-cü il tarixindən əmək pensiyası 1227,08 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 2007,39 manat məbləğində köçürülüb. Buna görə də həmin dövr üzrə 8583,41 manat artıq pul vəsaiti ödənilib. Qeyd olunanları nəzərə alaraq, ona son üç il üzrə ümumilikdə 24803,02 (16219,61+8583,41) manat artıq pul vəsaiti ödənilib. Həmin vəsaitin büdcəyə qaytarılması məqsədilə əmək pensiyandan tutulmanın aparılması üçün yazılı razılığını qısa müddətdə Mərkəzi Filiala təqdim etməyi xahiş olunur. Bundan başqa bildirilmişdir ki, maddi yardım üzrə 2022-ci il üçün ona 742,14 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin 742,14 manat vəsait 2023-cü ilin dekabr ayından etibarən hissə-hissə (hər ay 123,69 manat) əmək pensiyandan çıxılaraq büdcəyə bərpa edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən ona vaxtilə təyin edilmiş sabiq dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyanın yenidən hesablanması haqqında inzibati icraata başlanılıb, həmçinin nəzərdə tutulan tədbirlər haqqında mülahizələri dinlənilərək müvafiq qərar qəbul edilməsi üçün ona 22 noyabr 2023-cü il tarixində məktub göndərilməklə 7 dekabr 2023-cü il tarixinədək Mərkəzi Filiala gəlməyi xahiş edilib. Mülahizənin dinlənilməsi üçün Mərkəzi Filiala 28 noyabr 2023-cü il tarixində gəlmiş və vaxtilə sabiq dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyası təyin edilərkən əmək pensiyanın düzgün hesablanmadığı barədə ətraflı məlumat verilmiş, daha sonra onun yuxarıda qeyd olunanlarla bağlı mülahizələrinin dinlənilmiş və bu barədə birgə akt tərtib edilmişdir. Sonra isə tərəfindən sözügedən Qanunun tələblərinə uyğun qaydada əmək pensiyanın yenidən hesablanması haqqında inzibati akt qəbul edilib. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 nömrəli Fərmanına əsasən təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda müraciətində qeyd etdiyi vəzifə nəzərdə tutulmadığından həmin vəzifədə işlədiyi müddətin dövlət qulluğu stajınıza aid edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq bildirilmişdir ki, əmək pensiyanın yenidən hesablanması və artıq ödənilmiş pul vəsaiti haqqında ona 12 yanvar 2024-cü il tarixli 3-17-1/2-R-5819/2024 nömrəli məktubla məlumat verilib.
6. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, iddiaçının pensiya işinə aid sənədlərdə iddiaçıya Fondun Yasamal rayon şöbəsi tərəfindən 22 noyabr 2006-cı il tarixindən sabiq dövlət qulluqçusu kimi İİİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edildiyi qeyd olunub. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Buna görə də müvafiq hesablamalar aparılarkən iddiaçının artıq ödəmə məbləği yalnız son üç il üçün müəyyən edilib. Aparılan araşdırma nəticəsində 28 noyabr 2023-cü il tarixində əmək pensiyası 1227,08 manat məbləğində hesablanıb, həmçinin pensiya üzrə ötən üç il üçün ona 24803,02 manat artıq ödənilmiş pul vəsaiti müəyyən edilib. Bundan başqa, maddi yardım üzrə 2022-ci il üçün iddiaçıya 742,14 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin 742,14 manat vəsait 2023-cü ilin dekabr ayından etibarən hissə-hissə (hər ay 123,69 manat) əmək pensiyasından çıxılaraq büdcəyə bərpa edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.6-cı bəndinə əsasən əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6-6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əksik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Əmək pensiyalarının 1 yanvar 2024-cü il tarixindən hesablanmaqla indeksləşdirilməsi ilə əlaqədar iddiaçının pensiyası cari ilin fevral ayında 1364,51 manata artırılıb, həmçinin cari ilin yanvar ayı üzrə ona ödənilməli olan 137,43 manat fərq məbləği hesablanıb. Həmin 137,43 manat fərq məbləği ona üç il üzrə məhdudlaşdırılaraq artıq ödənilmiş 24803,02 manat pul vəsaitindən çıxılaraq büdcəyə bərpa edilib. Qalan artıq ödənilmiş 24665,59 (24803,02-137,43) manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə iddiaçının əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığını qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş olunub. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 nömrəli Fərmanına əsasən təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda iddiaçının müraciətində qeyd etdiyi vəzifə nəzərdə tutulmadığından həmin vəzifədə işlədiyi müddətin dövlət qulluğu stajına aid edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Dövlətin pensiya sisteminin əsas prinsiplərindən biri də pensiya təminatı zamanı ədalətliliyin gözlənilməsi və dövlətin maliyyə dayanıqlılığının təmin edilməsidir. Respublika ərazisində pensiya alan şəxslərin dairəsinin geniş olduğunu nəzərə aldıqda, pensiya hüquq münasibətləri ilə bağlı düzgün hesablanmamış pensiyaların qanunamüvafiq qaydada yenidən hesablanması çərçivəsində hərəkətlərin edilməsi və ya inzibati aktların qəbul edilməsi zamanı hər bir şəxsə ayrı-ayrılıqda məlumat verməklə inzibati icraatın həyata keçirilməsi inzibati icraatın səmərəli aparılmasına mane olmaqla yanaşı, ictimai maraqlara və ya dövlət maraqlarına ziyan vurulmasının aradan qaldırılması üçün təcili tənzimlənmə imkanlarını aradan qaldırır. Bu da ictimai maraqlar zəminində ədalət prinsipinin pozulmasına səbəb olur, o cümlədən dövlət büdcəsindən pensiya xərcləri ilə bağlı əlavə öhdəliklər yaratmaqla büdcəyə mənfi təsir göstərir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul etməyi xahiş edilmişdir.
7. “X5” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli müvafiq məsələyə münasibət bildirilməsi haqqında məktubda qeyd edilmişdir ki, 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısının 1-ci və 2-ci bəndlərinə əsasən aparılmışdır. 1984-1985-ci illərdə Naxçıvan MSSR Nazirlər Soveti sədrinin köməkçisi vəzifəsində iş müddətilə bağlı bildirilmişdir ki, yuxarıda qeyd edilən Siyahının 1.3-cü bəndində Naxçıvan MSSR Nazirlər Sovetinin Aparatında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. X2 MSSR Nazirlər Soveti sədrinin köməkçisi vəzifəsi nəzərdə tutulmamışdır.
8. Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsi tərəfindən 22 noyabr 2006-cı il tarixindən sabiq dövlət qulluqçusu kimi İİİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edildiyi qeyd olunub.
9. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli 3-17- 1/3-7-17098/2023 nömrəli qərarında qeyd edilmişdir ki, 2007,39 manat pensiya məbləği yenidən hesablanaraq 972,56 manat təyin edilmişdir.
10. Şifahi məhkəmə dinləmələri zamanı iştirak edən iddiaçı tələbin məzmununa uyğun olaraq izahat verməklə iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, o, cavabdeh tərəfindən idarəyə dəvət olunmuş, ona dövlət qulluğu vəzifəsinin düzgün uyğunlaşdırılmadığı bildirilmiş, bununla bağlı akt tərtib olunmuş və imzalanmışdır, lakin idarənin qeyd edilən mövqeyi ilə razı deyil, hesab edir ki, Naxçıvan MSSR Nazirlər Soveti sədrinin köməkçisi vəzifəsi dövlət qulluğu vəzifəsidir, eləcə də işlədiyi Naxçıvan şəhər komitəsinin katibi vəzifəsi əsaslı olaraq vaxtilə Naxçıvan vilayət komitəsinin katibi vəzifəsinə uyğunlaşdırılıb.
11. Şifahi məhkəmə dinləmələri zamanı iştirak edən cavabdehin nümayəndəsi imtinanın və iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.
II. Məhkəmənin mövqeyi
12. X3 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
13. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic);
14. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı xx.xx.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).
15. Məhkəmə bir daha xatırladır ki, 1 saylı Protokolun 1-ci maddəsi konkret məbləğdə pensiya almaq hüququna təminat vermir (Béláné Nagy Macarıstana qarşı №. 53080/13, 2016 § 113);
16. İddia tələbi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023cü il tarixli 3-17-1/3-7-17098/2023 nömrəli qərarın ləğv edilməsi, əmək pensiyasından tutulmaların qanunsuz hesab edilərək tutulmuş məbləğin geri qaytarılması ilə bağlıdır.
17. Cavabdeh tərəfindən bildirilmişdir ki, dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 dekabr 2013-cü il tarixindən vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 726,38 manat, qulluq stajına görə əlavənin 104,16 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 82,39 manat olmaqla orta aylıq əmək haqqını 912,93 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyanın “Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 14 il 6 ay 17 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (912,93 manat) 75 faizi-684,70 manat məbləğində hesablanıb. Bununla əlaqədar 14 il 6 ay 17 gün qulluq stajına görə əmək pensiyanın hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifələr üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 48,33 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 799,59 manat, qulluq stajına görə əlavənin 114,66 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavənin 90,72 manat olmaqla orta aylıq əmək haqqının 1004,97 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifələr üzrə orta aylıq əmək haqqının (912,93 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqının (1004,97 manat) arasındakı fərq məbləğinin (92,04 manat) 48,33 faizi-44,48 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyanın (684,70 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 729,18 manat məbləğində hesablanıb. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 1200,30 manat, qulluq stajına görə əlavənin 172,12 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavənin 136,14 manat olmaqla orta aylıq əmək haqqının 1508,56 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifələr üzrə orta aylıq əmək haqqının (1004,97 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqının (1508,56 manat) arasındakı fərq məbləğinin (503,59 manat) 48,33 faizi-243,38 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyanın (729,18 manat) üzərinə əlavə olunmaqla pensiyanın 972,56 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 1591,02 manat məbləğində köçürülüb. Buna görə də həmin dövr üzrə ona 16219,61 manat artıq pul vəsaiti ödənilib. Eyni zamanda maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirmə ilə əlaqədar 1 yanvar 2023-cü il tarixindən əmək pensiyanın 1227,08 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2023xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 2007,39 manat məbləğində köçürülüb. Buna görə də həmin dövr üzrə 8583,41 manat artıq pul vəsaiti ödənilib. Qeyd olunanları nəzərə alaraq, ona son üç il üzrə ümumilikdə 24803,02 (16219,61+8583,41) manat artıq pul vəsaiti ödənilib. Bundan başqa bildirilmişdir ki, maddi yardım üzrə 2022-ci il üçün ona 742,14 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib.
18. İddia tələbinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “əmək pensiyasının yenidən hesablanması” haqqında xx.xx.2023-cü il tarixli 3- 17-1/3-7-17098/2023 nömrəli qərarın ləğv edilməsi” hissəsində məhkəmənin mövqeyi Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-470/2024 nömrəli qərarında qeyd edilmiş mövqeyi ilə uyğundur: “... 23. Nəzərə almaq lazımdır ki, birdəfəlik və ya mütəmadi pul ödəmələrinin, o cümlədən artıq ödəmənin inzibati orqanın təqsiri üzündən baş verdiyi və şəxsin təqsirli davranışına bağlı olmadığı hallarda, inzibati icraat hüququnun müddəaları baxımından şəxsin əmlak vəziyyəti qorunmağa layiqdir. Bu zaman həmçinin şəxsin ona ödənilmiş pul vəsaitlərini xərclədiyi və buna görə də həmin vəsaiti qaytarmaq iqtidarında olmadığı və ya onu qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxsin etimad hüququnun qanunla qorunduğu da nəzərə alınmalıdır. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı.
24. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır.
25. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir.
26. Bu qərarın 23-25-ci bəndlərində qeyd edilən qayda əmək pensiyasının düzgün təyin edilməməsinə istinadən əmək pensiyasının yenidən hesablanması ilə bağlı hallara da tam şəkildə tətbiq olunur. Nəzərə almaq lazımdır ki, qeyd edilən əsasla şəxsə təyin edilmiş pensiya məbləğinin azaldılması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, inzibati orqan həmin pensiyanın təyin olunması barədə qərarın qəbulu ilə nəticələnmiş inzibati icraatı təzələməyə, icraat çərçivəsində pensiyanın düzgün təyin edilib-edilməməsini, pensiya məbləğinin artıq ödənilib-ödənilməməsini və bunun səbəblərini müəyyən etməyə, etimad hüququnun qorunması prinsipinin tələbləri və “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-cü maddələrinin müddəaları baxımından müvafiq qərar qəbul etməyə haqlı sayılmalıdır. ... ... 28. Qeyd olunmalıdır ki, iddiaçıya əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh pensiya ödənişini dayandırmağa və ya əmək pensiyasını yenidən hesablamağa haqlıdır. Lakin bu haqqından istifadə edərək pensiya ödənişinin dayandırılması və ya pensiyasının yenidən hesablanması barədə məsələni həll edən zaman, cavabdeh eyni zamanda həm “Əmək pensiyaları haqqında” Qanunun pensiya ödənişinin dayandırılması ilə bağlı normasının, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də, “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67.5-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. ... ... 32. Nəzərə alınmalıdır ki, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Qanunvericinin təsbit etdiyi bu tələblər eyni zamanda hüquqi dövlətdə qanunun aliliyi və qanunçuluq prinsiplərindən irəli gəlir. Qanunvericinin bu yanaşmasının məqsədi hüquqi dövlətdə qanuni qərar qəbul etməyə borclu olan inzibati orqan tərəfindən qanunun tələblərinə cavab verən inzibati icraat üzrə yalnız hərtərəfli və obyektiv, düzgün qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparıldıqdan sonra, onun tərəfindən əsaslandırılmış qərarın qəbul olunmasını və bunun üzərindən qanunçuluq prinsipini, xüsusilə də mübahisə yarandığı təqdirdə, məhkəmə tərəfindən həmin qərarın qanunauyğunluğunun inzibati icraat materialları əsasında səmərəli şəkildə yoxlanılmasını təmin etməkdən ibarətdir. Başqa sözlə, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq və ya natamam aparılmış inzibati icraatı tamamlamaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. ...”
19. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli inzibati icraat təzələnməsi və mülahizələrin öyrənilməsi haqqında məktubu ilə faktiki olaraq maraqlı şəxs (iddiaçı) inzibati icraatla bağlı məlumatlandırılmışdır.
20. Odur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-17098/2023 nömrəli qərarın qəbul edilməsi zamanı iddiaçının dinlənilmə hüququ təmin edilmiş, məhkəmə iclasında verdiyi izahatı zamanı xx.xx.2023-cü il tarixli aktda imzanın ona məxsus olduğunu bildirmişdir.
21. Məhkəmə qeyd edir ki, əmək pensiyasının yenidən hesablanması nəticəsində iddiaçının əmək pensiyası 1227,08 manat məbləğində müəyyən edilmişdir (hesablamadan əvvəlki məbləğ 2007,39 manat).
22. Pensiyanın yenidən hesablanmasının səbəbi iddiaçının xx.xx.1984-xx.xx.1985-ci illərdə Naxçıvan MSSR-in Nazirlər Sovetinin sədrinin köməkçisi vəzifəsində işdəyi dövrün dövlət qulluğu stajına daxil edilməməsi, eləcə də AzKP Naxçıvan şəhər Komitəsinin 2-ci katibi vəzifəsində işlədiyi dövrün Naxçıvan Vilayət Komitəsinin katibi vəzifəsinə uyğunlaşdırılması ilə bağlı olmuşdur.
23. Məhkəmənin sorğusuna cavab olaraq 1984-1985-ci illərdə Naxçıvan MSSR Nazirlər Soveti sədrinin köməkçisi vəzifəsində iş müddətilə bağlı “X5” publik hüquqi şəxsi cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 nömrəli Fərmanına əsasən təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1.3-cü bəndində Naxçıvan MSSR Nazirlər Sovetinin Aparatında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. X2 MSSR Nazirlər Soveti sədrinin köməkçisi vəzifəsi nəzərdə tutulmamışdır.
24. Həmin bənddə uyğunlaşdırma aşağıdakı vəzifələr üzrə aparılmışdır. 1.3. Naxçıvan MSSR Nazirlər Sovetinin 1.3. Naxçıvan Muxtar Respublikası Nazirlər Aparatında: Kabinetinin Aparatında: Nazirlər Sovetinin sədri Aparatın rəhbəri Nazirlər Soveti sədrinin müavini Aparatın rəhbərinin müavini şöbə müdiri yardımçı şöbənin müdiri böyük referent, baş mütəxəssis böyük məsləhətçi referent, aparıcı mütəxəssis aparıcı məsləhətçi mütəxəssis məsləhətçi
25. Qeyd edilən siyahının 1.5-ci bəndində Azərbaycan Kommunist Partiyasının Naxçıvan Vilayət Komitəsinin Aparatında ikinci katib vəzifəsi Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin Aparatında Aparatın rəhbərinin müavini vəzifəsinə, 1.6-cı bənddə Azərbaycan Kommunist Partiyasının şəhər (rayon) Komitəsinin aparatında ikinci katib, katib vəzifəsi yerli icra hakimiyyəti başçısının müavini vəzifəsinə uyğunlaşdırılmışdır.
26. Həmin bəndlərdə uyğunlaşdırma aşağıdakı vəzifələr üzrə aparılmışdır.
1.5. Azərbaycan Kommunist Partiyasının 1.5. Naxçıvan Muxtar Respublikasının Naxçıvan Vilayət Komitəsinin Aparatında: Nazirlər Kabinetinin Aparatında: birinci katib Aparatın rəhbəri ikinci katib Aparatın rəhbərinin müavini
1.6. Rayon, şəhər və şəhərdə rayon icra 1.6. Azərbaycan Kommunist Partiyasının şəhər hakimiyyəti başçısının (Bakı Şəhər İcra (rayon) Komitəsinin aparatında: Hakimiyyəti başçısı istisna olmaqla) aparatında: əhalisinin sayı müvafiq olaraq 50-100 min nəfər və 100 min nəfərdən çox olan rayonlar (şəhərlər) üzrə yerli icra hakimiyyəti birinci katib başçısının birinci müavini, əhalisinin sayı 50 min nəfərə qədər olan rayonlar (şəhərlər) üzrə yerli icra hakimiyyəti başçısının müavini ikinci katib, katib yerli icra hakimiyyəti başçısının müavini
27. İddiaçı barəsində müvafiq arxiv arayışına əsasən o, xx.xx.1990-cu il tarixli 4№-li protokol ilə AzKP Naxçıvan şəhər Komitəsinin 2-ci katibi vəzifəsinə təsdiq edilmiş, qeyd edilən dövrdə AzKP Naxçıvan Vilayət Komitəsinin Aparatının 2-ci katibi X6 olmuşdur.
28. Odur ki, qeyd edilən siyahıda Naxçıvan MSSR Nazirlər Soveti sədrinin köməkçisi vəzifəsi nəzərdə tutulmadığından, eləcə də iddiaçının tutduğu AzKP Naxçıvan şəhər Komitəsinin 2-ci katibi vəzifəsi AzKP Naxçıvan Vilayət Komitəsinin Aparatının 2-ci katibi nəzərə alındığından cavabdehin həmin uyğunsuzluğu aradan qaldırması qanunsuz olmamışdır. Nəticədə, iddiaçıya lazımi qaydada məlumat verilməklə pensiyası yenidən hesablanmış və yenidən hesablama nəticəsində qeyd edilən azalma baş vermişdir.
29. Odur ki, tələbin qeyd edilən hissəsində cavabdehin hərəkətləri qanunsuz olmamışdır və əmək pensiyasının yenidən hesablanması haqqında qərarın ləğv edilməsi hissəsində iddia tələbi təmin edilməməliidr.
30. Əmək pensiyasından tutma aparılması hissəsində məhkəmə aşağıdakıları qeyd edir.
31. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanundan: 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 39.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla ) tam məbləğdə tutulur. 39.3. Bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır. 39.4. Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi bu Qanunla müəyyən edilmiş hallarda dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır.
32. İddiaçının əmək pensiyasından tutulma ilə bağlı faktiki xarakterli hərəkətlərə münasibətdə məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.
33. Məhkəmə qeyd edir ki, əmək pensiyaçısının razılığı olmadığı təqdirdə əmək pensiyasından inzibati orqanın qərarı və ya faktiki xarakterli hərəkəti əsasında tutmanın həyata keçirilməsinə dair norma qanunvericilikdə nəzərdə tutulmamışdır, əksinə müvafiq razılıq olmadıqda tutma məhkəmə qaydasında həyata keçirilməlidir.
34. İddiaçıya artıq ödənilmiş manat pul vəsaitinin 742,1520 manat hissəsi iddiaçının razılığı olmadan onun əmək pensiyasından tutularaq büdcəyə bərpa edilib.
35. Belə ki, pensiya altsistemindən görünür ki, xx.xx.2023-xx.xx.2024-cü il tarixləri arası aylıq 123,69 manat olmaqla 6 ay ərzində iddiaçının əmək pensiyasından cəmi 742,15 manat tutulmuşdur.
36. Odur ki, həmin tarixdən etibarən iddiaçının razılığı və müvafiq qərar olmadan aparılmış tutulma qanunsuz hesab edilərək iddiaçıya geri qaytarılmalıdır.
37. Odur ki, məhkəmə hesab edir ki, əmək pensiyasından tutulma ilə bağlı iddiaçının razılıq ərizəsi və pensiyadan tutma aparılmasına dair qərar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Odur ki, tutulmanın həyata keçirilməsi maddi hüquq normasının prosessual aspektinə uyğun olmamışdır, həmin aparılmış tutulma qanunsuz hesab edilməli və tutulmuş məbləğ iddiaçıya geri qaytarılmalıdır.
38. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
39. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi qismən təmin edilsin. İddiaçı əmək pensiyasından artıq hesablanmış pulun tutulması ilə bağlı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hərəkətləri qanunsuz hesab edilsin və əmək pensiyasından tutulmuş 742,15 manat İddiaçı geri qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva